Məhkəmə qərarları › İş №1(060)-345/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-345/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-345/2023 14.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə təqsirləndirilən və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 02:00 radələrində Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində yerləşən “Marlbro” mağazasının arxasındakı adsız kafedə görüşdüyü Zərərçəkmiş şəxs yuxuya getməsindən istifadə edərək sonuncunun əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1090 manat pulu və masanın üzərinə qoyduğu 200 manat dəyərində SM-A127 (A 12) modelli, 128 GB yaddaşlı “Samsung” markalı mobil telefonu gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs 1290 (min iki yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində yerləşən “Marlbro” mağazasının yanından keçərkən mağazanın yaxınlığında “Opel” markalı avtomobilə yaxınlaşmış, həmin avtomobilin yanında olan tanımadığı şəxsə onu taksi kimi Sumqayıt şəhərində yaşadığı evə aparmasını xahiş etmişdir. Həmin şəxs ona avtomobilin sürücüsünün kafedə olduğunu demiş və kafeyə girib sürücünü çağırmışdır. Avtomobilin sürücüsü kafedən çıxdıqda sürücüdən onu Sumqayıt şəhərinə aparmasını xahiş etmiş, avtomobilin sürücüsü etiraz etməmiş və avtomobili idarə etmişdir. Həmin şəxsin adının Mahmud olduğunu bilmiş və söhbət əsnasında Mahmud ondan spirtli içki içib içmədiyini soruşmuşdur. O Mahmuda arada bir içki içdiyini dedikdə Mahmud onu götürdüyü kafeyə gedib oturub yeyib içməyi təklif etmiş və o da etiraz etməmişdir. “Marlbro” mağazasının arxasında yerləşən kafeyə gəlmiş, bir neçə dəqiqə sonra həmin kafenin sahibi Fazil adlı şəxs də onlarla stolda əyləşib birlikdə yeyib içmişdir. Daha sonra Fazil çıxıb getmişdir. Daha sonra o könüllü olaraq Mahmudla cinsi əlaqədə olmuşdur. Təxminən saat 02:00 radələrində Mahmud yatdıqdan sonra onun boz rəngli şalvarının sağ yan cibindən 1090 manat pul və masanın üzərində olan “Samsung A 12” markalı mobil telefonunu götürüb kafedən çıxmışdır. Təxminən 1 saat sonra evə gəlmişdir. Həmin vaxt anası Cəmilə evdə olmuşdur. Anası ondan evə niyə gec gəldiyini və əlindəki mobil telefonu hardan əldə etdiyini soruşmuşdur. O anasına oğurluq etdiyini demişdir. Həmin pulun 730 manatını tanışı Tahir ondan borca pul istədiyi üçün vermişdir, qalan pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Mahmuda məxsus “Samsung A12” markalı mobil telefonu üzərində gəzdirdiyi üçün 1-ci PBdə təhqiqatçıya kisəsini oğurlamış, oğurluğu tək törətmiş, Tahir adlı şəsin onun oğurluq etməsindən, pulu ona verəndə də pulun oğurluq olmasından xəbəri olmamışdır. Mahmuda məxsus 1090 manat pulu o şalvarı əynindən çıxarıb divanın üzərinə qoyub yatdıqdan sonra şalvarın cibindən oğurlamışdır. Törətdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, “Opel” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir və 10 ilə yaxındır ki, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində yerləşən “Malbro” mağazasının arxa tərəfində adsız kafedə tək oturub pivə içərkən çöldən adını bilmədiyi bir nəfər şəxs kafeyə daxil olaraq “Opel” markalı avtomobilin kimə məxsus olduğunu və müştəri gözlədiyini demiş, o da çölə çıxdıqda orada olan təndirin yanında 1 nəfər 27-28 yaşlarında sarı saçlı, arıq bədən quruluşlu xanımın gözlədiyini görmüşdür. Həmin xanım ona Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yaşadığı evə düşürtmək lazım olduğunu dedikdə o avtomobili təxminən 100 metr məsafə idarə etmiş, yolda həmin xanım ondan çəkmək üçün siqaret istəmişdir. O xanıma siqaret vermişdir. Bundan sonra həmin xanımı oturduğu kafedə birlikdə çörək yeməyə dəvət etmişdir. Həmin xanım onunla razılaşmış və birlikdə kafenin ortasında olan divanda oturmuşlar. Həmin vaxt təxminən 6-7 bakal pivə içmişlər. Kafenin sahibi Fazil də təxminən 10-15 dəqiqə onlarla oturmuş, lakin spirtli içki qəbul etməmişdir. Daha sonra Fazil saat 00 radələrində kafeni bağlamaq istədiyini demiş və açarı ona verərək bağlayıb getməyini bildirmişdir. Bundan sonra o yuxuya getmiş, təxminən 5-6 saat sonra ayıldıqda özünə məxsus “Samsung A 12” markalı mobil telefonunun masanın üzərində olmadığını görmüş və çölə çıxıb yanındakı qızın harada olduğuna baxmışdır. O həmin qızın mobil telefonu oğurladığını başa düşmüş və dərhal əlini cibinə atdıqda əynində olan boz rəngli cins şalvarın sağ yan cibində pulunun olmadığını görmüşdür. Cibində 1090 manat pul olmuşdur. Bundan sonra həmin gün Sumqayıt ŞPİ-nin 1ci PB-nə getmiş və baş vermiş hadisə ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Bundan bir neçə saat sonra 1-ci PB-də həmin xanımı görmüş və həmin şəxsin X2 olduğu ona məlum olmuşdur. Cibində olan 1090 manat pulun 8 ədədi 100 manatlıq, 5 ədəd 50 manatlıq, 1 ədədi 20 manatlıq, 2 ədədi 10 manatlıq əskinaslar olmuşdur. “Samsung Galaxy A 12 SM-A127” markalı, İMEİ kodu-**********25058, **********25050, 128 GB yaddaşlı, göy rəngli mobil telefonu xx.xx.2022-ci il tarixdə 481 manata almışdır. Təqsirləndirilən şəxslə barışmasa da onu bağışlayır, ona dəyən ziyan ödənilməsə də ona qarşı şikayəti yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində qeyd etmişdir ki, ona dəymiş ziyan ödənməsə də, hazırda o təqsirləndirilən şəxsdən şikayətçi deyildir, ona qarşı tələbi və iddiası yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Səbinə onun qızıdır və birlikdə yaşayırlar. xx.xx.2022-ci il tarixdə, saat 03:30 radələrində qızı Təqsirləndirilən şəxs evə gələndə onun evə niyə gec gəldiyini soruşmuş və əlində özünə aid olmayan mobil telefon görmüşdür. Səbinə ona Mahmud adlı şəxslə Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində yerləşən adını bilmədiyi kafedə yeyib içdiyini və onun yuxuya getməsindən sonra “Samsung” markalı mobil telefonunu və 1090 manat pulunu şalvarının cibindən oğurlasmasım demişdir. O Səbinəyə əsəbləşmiş və polisə məlumat verməsini bildirmişdir. Səbinə ona pulun hamısını xərclədiyini demiş, həmin günün səhəri evə polis əməkdaşları gəlib Səbinəni 1-ci PB-nə dəvət etmişlər və Səbinə onlarla birlikdə 1-ci PB-nə getmişdir. Səbinənin oğurluq etməsi barədə DİN-nin 102 xidmətinə saat 03:30 radələri olduğu üçün məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur və onu 20 ilə yaxındır ki, tanıyır. Sumqayıt şəhəri, Qurd dərəsi bağları ərazisində yerləşən “Malbro” mağazasının arxasında dostu Ağayar kafe işlədir. 10 oktyabr 2022-ci il tarixdə Ağayar ona şəxsi işi ilə əlaqədar Gədəbəy rayonuna gedəcəyini və 2-3 günlük kafeni işlətməsini xahis etdikdə razılaşmışdır. Mahmud xx.xx.2022-ci və adını sonradan bildiyi Səbinə adlı xanımla içəri daxil olmuşdur. Onlar yemək sifariş vermiş və birlikdə spirtli içki qəbul etmişlər. O Mahmudu tanıdığı üçün 15 dəqiqə onlarla bir stolda oturmuş, lakin spirtli içki qəbul etməmişdir. Təxminən saat 00:30 radələrində Mahmuda kafeni bağlamaq istədiyini demiş, Mahmud açarı ona verməyini və 1 saata çıxıb gedəcəklərini bildirmişdir. O açarı Mahmuda verib evə getmişdir. Həmin gün saat 07:30 radələrində Mahmud onun yaşadığı evə gəlmiş və gecə birlikdə oturduğu Səbinə adlı xanımın onun mobil telefonunu və şalvarının cibində olan 1090 manat pulunu oğurladığını demişdir. O Mahmuddan Səbinə ilə cinsi əlaqədə olduğunu soruşduqda onunla cinsi əlaqədə olmadığını demişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş kafeyə baxış keçirilmiş, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan “Təqdimetmə və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yalçin qızı özündə olan bir ədəd “Samsung Galaxy A12” markalı mobil telefonu təqdim edərək bildirmişdir ki, həmin telefonu və 1090 AZN pulu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, Qurddərəsi bağları massivi ərazisində yerləşənkafedə olarkən Mahmud adlı şəxsin şalvarının cibindən oğurlamışdır. Təqdim edilən telefona baxış keçirdikdə telefonun işlək və zədələnməmiş vəziyyətdə, **********2505801 və **********2505001 imei kodlu olması müəyyən edilmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19:20-də tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X3 adlı 1 azyalı uşağı vardır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertızasının 9/8758 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və telefon qutusunun məlumatlarında göstərilən 01 ədəd Samsung markalı SM-A127(A12) modelli, 128 GB yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olmasını nəzərə alaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 200,0 manat müəyyən olunur. İş materiallarında 6 saylı MKS-nin 04 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180ci, 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş üzrə təqdim edilmiş 01 ədəd Samsung markalı SM-A127 (A12) modelli, 128 GB yaddaşlı mobil telefon maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxsnun ona isnad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi 1 azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışmasını, ilk dəfə böyük ictimai təhlükəli cinayət törədərək məsuliyyətə cəlb edilməsini və əməlindən peşman olması müəyyən edilmişdir. Beləliklə, Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İşdə olan protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci ildən 16 oktyabr 2022-ci il tarixədək tutularaq saxlanmış və tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Maddi sübut-“Samsung” markalı SM-A127 (A12) modelli telefon saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs verilmişdir. Bu nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş, 10 (on) saat vaxt sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş ürə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdən 16 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün bir günə iki gün hesabı ilə ona təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxsnun yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxsnun üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 60 (altmış) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut-“Samsung” markalı SM-A127 (A12) modelli telefonun Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar