Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-345/2024 24.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci ildə Rusiya Federasiyasının Novosibirsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Belə ki, o 29 mart 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsində tibbi komissiyadan keçmiş və hərbi xidmətə yararlı sayılmaqla ilkin hərbi qeydiyyata alınmış, 9 sentyabr 2019-cu ildən 1 iyul 2023-cü ilədək Odlar Yurdu Universitetində ali təhsil alması ilə əlaqədar 1 iyul 2023-cü il tarixədək hərbi xidmətdən qanuni əsaslarla möhlət hüququ əldə etmiş, 21 may 2023-cü il tarixdə rəsmi qaydada dərc edilmiş Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 20 may 2023-cü il tarixli Sərəncamı ilə elan edilmiş növbəti hərbi çağırış üzrə Xidmətin Sumqayıt şəhər Baş İdarəsində lazımi tibbi müayinələrdən keçirilməklə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hesab edilmiş, çağırışa möhlət hüququ olmadığından və ya çağırışdan azad edilmədiyindən hərbi xidmət keçməsi üçün Müdafiə Nazirliyinə mənsub N saylı hərbi hissəyə təyin edilmiş, N iyul 2023-cü ildə Xidmətin ünvan 2 ünvanda yerləşən inzibati binasında rəsmi çağırış vərəqəsini şəxsən imzalayıb qəbul etməklə, 22 iyul 2023-cü ildə saat 14:47-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən istifadəsində olan +99470 *** ** ** mobil nömrəsinə qısa mesaj (SMS) göndərilməklə, həmin Xidmətin rəsmi internet səhifəsində müvafiq elektron xidmət üzrə internet vasitəsilə məlumatlandırılmaqla rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq üzrlü səbəblər olmadan 2023-cü il iyulun 1-dən 30-dək qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə təyin olunduğu hərbi hissəyə yola düşməq məqsədi ilə gəlməməklə növbəti hərbi çağırışdan qəsdən boyun qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxx 2002-ci ildə Rusiya Federasiyasının Novosibirsk şəhərində anadan olmuş, onun valideynləri 2007-ci ildə boşanmışar, həmin vaxtdan etibarən ünvan 3 ünvanında anası, qardaşı ilə birlikdə yaşamışdır. Qardaşı Anar təxminən 2020-ci ildə ailə həyatı qurduğu üçün ayrı yaşamağa başlamışdır. Anası Sumqayıt telekommunikasiya qovşağında işləyir. Özü isə hal-hazırda işsizdir. 2008-ci ildə Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən 28 saylı orta məktəbin birinci sinfinə getmiş, 2017-ci ildə həmin məktəbin 9-cu sinfini bitirib təhsilini Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 22 saylı orta məktəbdə davam etdirmişdir. 2019-cu ildə 22 saylı orta məktəbin 11-ci sinfini bitirmişdir. 2019-cu ildə qəbul imtahanında iştirak edərək 222 bal toplayaraq Odlar yurdu Universitetinin “Turizm və Otelçilik” fakültəsinə daxil olmuşdur. Universitetdə oxumaqla bərabər eyni zamanda Sumqayıt şəhərində müxtəlif yerlərdə köşk işlətmişdir. Universitetdə oxuduğu müddətdə birinci kursun birinci semestrində mütəmadi iştirak edərək imtahanları uğurla keçmiş, lakin, birinci kursun ikinci semestrindən etibarən işləri ilə əlaqədar dərslərdə tam iştirak edə bilməmiş, buna görə də bir çox fənlərdən kəsirləri yaranmışdır. İkinci və üçüncü kursda davamiyyəti aşağı olduğu üçün bir çox imtahnalara buraxılmamışdır. Bundan sonra kəsrləri artmışdır. Dördüncü kursda oxuyarkən demək olar ki, universitetə getməmişdir. Xeyli sayda kəsrləri olduğu üçün halhazırda da universiteti bitirə bilməmişdir. 2018-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsində hərbi həkim komissiyasından keçərək həqiqi hərbi xidmətə yararlı hesab olunmuşdur. Səhhəti ilə bağlı hər hansı şikayəti və narahatçılığı olmamışdır. 2023-cü ilin iyun ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsininin hazırda adını xatırlamadığı əməkdaşı hazırda xatırlmadığı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək hərbi həkim komissiyasından keçməkdən ötrü idarəyə dəvət etmiş, o, səhəri gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə gedərək hərbi həkim komissiyasından keçmiş, müayinələrin nəticəsinə əsasən həqiqi hərbi xidmətə yararlı hesab olunmuşdur. Müayinələrdən keçdikdən sonra idarədən ona çağırış vərəqəsi təqdim olunması üçün yaxın müddətdə əlaqə saxlanılacağını demişlər. Təxminən iki-üç gün sonra adını xatırlamadığı əməkdaş ona zəng edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə dəvət etmişdir. 1 iyul 2023-cü ildə idarəyə getmiş, 20 iyul 2023-cü il tarixə hərbi xidmətə yola düşməsi üçün çağırış vərəqəsi təqdim olunmuş və həmin çağırış vərəqəsini imzalamışdır. Lakin, göstərilən tarixdə Lerik rayonunda olduğundan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə gedə bilməmişdir. Təxminən 21 yaxud 22 iyul 2023-cü il tarixdə onunla əlaqə saxlayan idarənin əməkdaşı ona 20 iyul 2023-cü il tarixə çağırış vərəqəsi verildiyini, nə üçün hərbi xidmət keçmək üçün deyilən vaxtda gələmədiyini soruşmuş, o isə cavabında hazırda Lerik rayonunda olduğunu bildirmişdir. 22 iyul 2023-cü ildə günorta saatlarında mobil telefonuna da Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətindən SMS gələrək hərbi xidmətə yollanmaq barədə xəbərdar edilmişdir. Bir neçə gün sonra yenidən onunla Sumqayıt şəhər Baş İdarəsinin əməkdaşı 2 gündür onu axtardıqlarını, nə üçün nömrəsinə zəng çatmadığını soruşmuşdur. O isə sabah Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə gələcəyini bildirmişdir. Artıq çağırışın bitməsinə 5 gün qalmışdır. Onun məqsədi ali təhsli haqqında diplomu alıb sonra hərbi xidmətə getmək olmuşdur. O, 26 iyul 2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə getmiş və bütün çağırışçılardan olduğu kimi ondan da barmaq izi götürülmüşdür. Ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsindən N iyul tarixdə səhər saat 07:00-da idarədə olmağını tapşırmışlar. O, bundan imtina edərək psixiatrik xəstəxanaya göndəriş verilməsini tələb etmiş, oradakı adını bilmədiyi zabit artıq tibbi yoxlanışlarının aparıldığını və hərbi xidmətə yararlı olduğunu, müayinələr vaxtı hərbi xidmətə yollanmağını istisna edən heç bir halın aşkarlanmadığını demişdir. Növbəti gün və sonra da hərbi xidmətə yollanmaq üçün Baş İdarəyə getməməyi qərara almışdır, ancaq verdiyi qərarı heç kimə deməmişdir. O həmçinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytına baxarkən N saylı hərbi hissəyə düşdüyünü görmüşdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsindən ona N iyul 2023cü il tarixdə səhər saat 07:00-da idarədə olmağını demişlər. N iyul 2023-cü il tarixdə səhər radələrində idarənin adını bilmədiyi əməkdaşı anası Səbirəyə zəng edərək hərbi xidmətə yola düşməli olduğunu və tapa bilmədikəri barədə məlumat vermişlər. O, anasından bunu xəbər alsa da, yenə də hərbi xidmətə getməmişdir. N iyul 2023-cü il tarixdə təxminən saat 11-12 radələrində xalası oğlu Xəyal Ümidəliyevin işlədiyi Sumqayıt, şəhəri 18-ci mikrorayonda yerləşən bərbər salonuna getmiş, Xəyal ona anasının biraz öncə sonuncuyla əlaqə saxladığını, onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən axtarıldığını demişdir. Xəyal ona həmin vaxt dərhal Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə getməyi tapşırmış, yanında müştəri olduğunu, yoxsa aparıb özünün onun təhvil verəcəyini demişdir. O, Xəyala indi burdan çıxıb həqiqi hərbi xidmətə yola düşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə gedəcəyi barədə söz verərək bərbər salonunu tərk etmişdir. O, onsuz da hər bir halda hərbi xidmətə getməli olduğunu başa düşmüş, əslində onun fikri 2023-cü ilin iyul ayında olan hərbi çağırışdan yayınıb, oktyabr ayında hərbi xidmətə yollanmaq olmuşdur. Sadəcə həmin vaxt bu çağırışdan kənar qalmağı, növbəti çağırış hərbi xidmətə yollanmağı fikirləşmiş, lakin məsuliyyətə cəlb olunacağını fikirləşməmişdir. Bundan əlavə, 29 avqust 2023-cü il tarixdə yaşadığı Sumqayıt şəhərində yerləşən evdə sol qolunu özü ülgüclə kəsmiş, lakin intihar etmək niyyəti olmamışdır. Onun əsəbləri yerində olmadığı üçün heç bir səbəb olmadan özünə xəsarət yetirmişdir. Həmçinin bildirmişdir ki, 2023-cu ilin iyul ayının 1-də onun hərbi xidmətə yararlı olduğu ona elan edilmişdir, bundan xəbərdar olmuş və məlumatı olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsində hərbi həkim komissiyasının onun hərbi xidmətə yararlı olmağına dair qərarından heç vaxt şikayət etməmiş, bundan narazılığını bildirməmişdir. 1 iyul 2023-cü ildə ona Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsində çağırış vərəqəsi verilmişdir, buna dair qəbzə qol çəkmişdir. Həmin çağırış vərəqəsində 20 iyul 2023-cü ildə hərbi xidmətə yollanmaq barədə xəbərdar edilsə də, 20 iyul 2023-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə qəsdən gəlməmiş, həmin gün Lerik rayonuna getmişdir, Baş İdarənin işçilərinə Lerik rayonunda şəxsi işləri olduğunu demişdir. 22 iyul 2023-cü ildə şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrəsinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən rəsmi SMS gəlmişdir. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin adını bilmədiyi əməkdaşı da mobil nörməsi ilə zəng edərək çağırmışdır. 26 iyul 2023-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə o məqsədlə gedib ki, orada narazılıq edib xəstəliyi olduğunu deyib və xəstəxanaya göndəriş alsın. Fikirləşib ki, xəstəxanaya göndəriş alsa, müayinələrin bəhanəsilə bir neçə gün də yubadar, buna qədər də çağırış müddəti keçər və növbəti, yəni 2023-cü ilin oktyabr ayınadək hərbi xidmətə getməz. Həqiqətdə isə heç bir xəstəliyi olmamışdır. Həmin gün Sumqayıt şəhər Baş İdarəsində psixiatrik xəstəxanaya göndəriş istəmişdir. Ona burada artıq müayinələrin başa çatdığını, hərbi xidmətə tam yararlı sayıldığını elan etmişdirlər. Buna görə də bəhanəsinin işə yaramadığını başa düşmüş, növbəti gün hərbi xidmətə yollanmaq üçün çağırılsa da, həmin vaxtdan iyul ayının sonunadək bir daha Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə gəlməmişdir, həmin Baş İdarənin adını bilmədiyi əməkdaşının telefon zənginə də cavab verməmişdir. 2023- cü ilin iyul ayında ***-***-**-** mobil nömrəni işlətmişdir. Daha sonra özünü təqsirli bilməsini və əməlindən peşman olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin Həqiqi Hərbi Xidmətə Çağırış şöbəsinin zabiti Şahid3 ifadəsində göstərmişdir ki, 2012-ci ilin əvvəllərində bir sıra struktur dəyişiklikləri edildikdən sonra Sumqayıt şəhər hərbi komissarlığının adı dəyişdirilərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi kimi adlandırılmışdır. 2021-ci ilin fevral ayından isə Baş idarə adlandırılmışdır. O, 23 may 2022-ci ildən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Sumqayıt şəhər Baş idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti vəzifəsində işləyir, baş leytenant rütbəsindədir. Əsas vəzifəsi Sumqayıt şəhəri ərazisində çağırış yaşına çatmış kişi cinsindən olan gənclərin və 35 yaşınadək şəxslərin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə gətirilməsini, onların hərbi həkim müayinəsinə cəlb edilməsini təmin etməkdən ibarətdir. Təqsirləndirilən şəxs xx.xx.2018-ci ildə idarə tərəfindən ilkin hərbi qeydiyyata alınmış və həmin vaxt hərbi həkim komissiyasından keçirilərək hərbi xidmətə yararlı hesab edilmişdir. Təqsirləndirilən şəxs “Odlar yurdu” universitetində təhsil alması ilə əlaqədar olaraq ona xx.xx.2023-cü ilədək möhlət verilmişdir. 20 may 2023-cü ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən 2023-cü ilin iyul ayının 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidmətə çağırılması barədə sərəncam imzalanmışdır. Həmin sərəncama əsasən 2005-ci ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş 35 yaşadək möhlət hüququ və çağırışdan azad edilmiş şəxslərdən başqa bütün kişi cinsli Azərbaycan Respublikası vətəndaşları hərbi xidmətə çağırılaraq onların hərbi xidmət keçmələri təmin edilməli idi. Buna müvafiq olaraq Sumqayıt şəhərində yaşayan ilkin qeydiyyata alınmış və bu tələblərə cavab verən vətəndaşların hərbi xidmətə çağırışı ilə əlaqədar zəruri tədbirlər görülməyə başlamışdır. 2023-cü ilin iyul çağırışı üzrə 2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs müvafiq həkim müayinələrdən keçməsindən ötrü bildiriş verilmiş və 2023-cü ilin iyun ayında bütün müayinələrdən keçirilmişdir. 1 iyul 2023cü ildə Təqsirləndirilən şəxs hərbi həkim komissiyası tərəfindən müayinələr başa çatdırılaraq hərbi xidmətə yararlı hesab edilmişdir. Buna görə də 1 iyul 2023-cü ildə Təqsirləndirilən şəxs şəxsən imza ataraq 20 iyul 2023-cü il tarixdə hərbi xidmətə yola düşməsi üçün çağırış vərəqəsini təqdim etmişdir. Çağırış vərəqəsində Təqsirləndirilən şəxs göstərilən vaxtda və tarixdə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə olması, əks halda isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmiş, buna dair izah edildikdən sonra çağırış vərəqəsinin kötüyünü imzalamışdır. Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olduğu üçün çağırışçı hesab edilmiş və Müdafiə Nazirliyinə aid N saylı hərbi hissədə xidmət keçmək təyin edilmişdir. Buna dair Təqsirləndirilən şəxs məlumat verilmişdir. Lakin qeyd olunan tarixdə Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək idarəyə gəlməmişdir. Bundan sonra müvafiq olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Təqsirləndirilən şəxs öyrənilmə zamanı təqdim etdiyi ***-***-**-** mobil nömrəsinə SMS xəbərdarlıq mesajı gönədərilmişdir. Təqsirləndirilən şəxs çağırışlara gəlmədiyi üçün istifadəsində olan 070- 933-35- 45 mobil nömrədən 24 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng etmişdir. O, Təqsirləndirilən şəxs nə üçün göstərilən vaxtda və saatda Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə gəlmədiyini soruşduqda sonuncu yenidən müxtəlif bəhanələr gətirmişdir. Təqsirləndirilən şəxs 26 iyul 2023-cü il tarixdə idarəyə gəlmiş, burada bütün çağırışçılar kimi ondan əl-barmaq izi nümunələri götürülmüş və Müdafiə Nazirliyinə mənsub N nömrəli hərbi hissəyə təyin edilməsi barədə təkrar məlumat verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs növbəti gün hərbi xidmətə yola düşəcəyi barədə məlumat verdikdə, psixi xəstəliyi olduğunu deyərək psixiatrik xəstəxanaya göndəriş verilməsini israrla tələb etmişdir. O, Təqsirləndirilən şəxs artıq tibbi şəhadətləndirilməsinin aparıldığını və hərbi xidmətə yararlı olduğunu, müayinələr zamanı heç bir psixi xəstəliyi aşkar edilmədiyini, belə bəhanələr gətirməməsini demişdir. Təqsirləndirilən şəxs N iyul 2023-cü il tarixdə hərbi xidmətə yola düşməsi üçün saat 07:00da Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə gəlməli olduğu bildirilmişdir. Təqsirləndirilən şəxs göstərilən tarixdə və saatda idarəyə gəlmədiyini görüb sonuncuya dəfələrlə zəng olunsa da, telefon zənglərinə cavab verməmişdir. Bununla kifayətlənməyərək hazırda xatırlamadığı nömrədən sonuncunun anası Səbirə Həmzəyevaya zəng edərək oğlunun N saylı hərbi hissəyə düşməsi, N iyul 2023-cü il tarixdə hərbi hissəyə getməli olduğunu, lakin tapa bilmədiyini demişdir. Təqsirləndirilən şəxs axtarılsa da, həmin axtarışlar nəticəsiz olmuş və ona görə də tapıb hərbi xidmətə göndərmək mümkün olmamışdır. Onun axtarışı ilə əlaqədar Sumqayıt şəhər polis idarəsinə rəsmi məktub göndərilmişdir. Görülən tədbirlərə baxmayaraq Təqsirləndirilən şəxs tapıb hərbi xidmətə göndərmək mümkün olmamışdır. Bu səbəbdən də onun barəsində olan materiallar əməlində hərbi xidmət keçməkdən yayınma cinayətinin tərkibinin olub-olmaması məsələsinin araşdırılmasından və onun məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsindən ötrü tədbir görülməsi məqsədilə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsindən Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. İbrahim orta məktəbi bitirdikdən sonra 2019-cu ildə qəbul imtahanında iştirak edərək Odlar yurdu Universitetinin “Turizim və Otelçilik” fakültəsinə daxil olmuşdur. Universitetdə oxuduğu müddətdə kəsrləri oluğu üçün təhsilini bitirə bilməmişdir. İbrahim 2018-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsində hərbi həkim komissiyasından keçərək həqiqi hərbi xidmətə yararlı hesab olunmuşdur. 2023-cü ilin iyul ayının sonlarında Təqsirləndirilən şəxs işlədiyi Sumqayıt, şəhəri 18-ci mikrorayonda yerləşən bərbər salonuna gəlmişdir. İbrahim söhbət zamanı Gəncə şəhərində yerləşən N saylı hərbi hissəyə düşdüyünü və həqiqi hərbi xidmətə gedəcəyini demişdir. N iyul 2023-cü il tarixdə təxminən saat 11-12 radələrində İbrahim onun işlədiyi bərbər salonuna gəlmişdir. Həmin gün xalası Səbirə Həmzəyevə hazırda xatırlamadığı mobil nömrədən istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsindən ona zəng oldunduğunu və İbrahimin həqiqi hərbi xidmətə yola salınmalı olduğunu, lakin sonuncunu tapa bilmədiklərini demişdir. O, İbrahimə həmin vaxt dərhal «Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə get, yanımda müştəri var yoxsa aparıb özü səni təhvil verərdim» demişdir. İbrahim isə indi burdan çıxıb həqiqi hərbi xidmətə yola düşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə gedəcəyi barədə söz verdikdən sonra iş yerini tərk etmişdir. 30 iyul 2023-cü il tarixdə təxminən saat 16 radələrində İbrahimin yerinə gəldiyini görüb təəccüblənmiş, ona «axı sən bundan neçə gün öncə hərbi xidmətə yola düşməli idin» deyə sual vermişdir. İbrahim ona ailəsində olan problemlərdən danışmış və buna görə də həqiqi hərbi xidmətə getmədiyini demişdir. Sonrakı günlərdə İbrahim ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə getsə də, artıq çağırışın başa çatdığına görə İbrahimi hərbi xidmətə yollaya bilməmişdir. Təqsirləndirilən şəxs özü qəsdən vaxtı yubadıb hərbi xidmətdən yayınmışdır. Bu məsuliyyətsizliyi nə üçün etdiyini bilmir. Məhkəməyədək icraat zamanı zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin Həqiqi Hərbi Xidmətə Çağırış şöbəsində müfəttiş Şahid2 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmişdir. Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmişdir. Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, 2011-ci ildən Sumqayıt Tibb Mərkəzi X3 1 saylı şəhər xəstəxanasının Polklinika şöbəsinin həkim-nevropatoloqu vəzifəsindədir. Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi şəxs ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi razılaşdırılmış qərarına əsasən 2018-ci ildən bəri hər il dörd rübdə Azərbaycan Respublikası vətəndaşlarının hərbi xidmətə çağırışı üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi Hərbi Həkim Komissiyasının sədri vəzifəsini həyata keçirir. 2023-cü ilin iyul ayı üzrə çağırışda eynilə hərbi həkim komissiyasının sədri olmuşdur. 2023-cü ilin may ayında Azərbaycan Respublikası Prezidenti tərəfindən hərbi xidmətə çağırış barədə sərəncam imzalanmışdır. Buna uyğun olaraq çağırışlar onun rəhbərlik etdiyi komissiyanın üzvləri olan həkimlər tərəfindən tibbi müayinələrdən keçirilmişdir. 2023-cü ilin iyun ayında 2002-ci il təvəllüdlü çağırışçı Təqsirləndirilən şəxs tibbi müayinələrdən keçirilmiş, məcburi diaqnostik müayinələr aparılmışdır. 1 iyul 2023-cü ildə bütün müayinələri başa çatdırılmaqla Təqsirləndirilən şəxs hərbi xidmətə tam yararlı hesab edilmişdir. Bu barədə şəxsən komissiya sədri kimi Təqsirləndirilən şəxs məlumat vermiş və ona əlavə şikayəti barədə heç bir məlumat verməmişdir. Bundan sonra da müvafiq qaydada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin Həqiqi Hərbi Xidmətə Çağırış şöbəsinə onun tərəfindən Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olması barədə məlumat verilmiş və Təqsirləndirilən şəxs həmin gün çağırış vərəqəsi verilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə axtarışda olan şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin müvəqqəti saxlam yerindən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin xx.xx.2024-cü il tarixli K/24- 2024 nömrəli komisyon məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılan zaman SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsinin hərbi-həkim komissiyası tərəfindən düzgün şəhadətləndirilmiş, onun hərbi xidmətə yararlılıq kateqoriyası düzgün təyin edilmişdir, həmin vaxt o, hərbi xidmətə yararlı olmuşdur. Təqsirləndirilən şəxs müayinə olunması və şəhadətləndirilməsi zamanı qüvvədə olan müvafiq tibbi təlimatların və digər normativ hüquqi aktların tələbləri pozulmamışdır. Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı (xx.xx.2024) MN Baş Klinik Hospitalda keçirilmiş müayinələrə və Mərkəzi Hərbi Poliklinikada şəhadətləndirilməsinə əsasən, hazırda onda “Aşıq-qayıqvarı oynaqların osteoartrozu olmayan hər iki ayağın ikinci dərəcəli boylama yastıayaqlığı. Hər iki gözün zəif dərəcəli miopiyası, refraksiya oxlarla sağ gözdə M 0,75D, sol gözdə M 0,5D. Burun tənəffüsünü cüzi dərəcədə pozan burun arakəsməsinin əyriliyi. Psixi sağlam. Şəxsi keyfiyyətlərinin aksentuasiyası“ diaqnozlu xəstəliklər vardır. Bu xəstəliklərlə Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən hərbi xidmətə yararlı hesab edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4 mart 2024-cü il tarixli 4/220 nömrəli komisyon məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2023-cü il tarixli qəbzdə «İmza» qrafasındakı imza və həmin imzadan aşağıdakı «Təqsirləndirilən şəxs» yazıları - Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Cinayət işinin materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi internet səhifəsi “exidmet.seferberlik.gov.az” saytından 2023-cü ilin İyul çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət yeri haqqında məlumatlar çıxarışından görünür ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyində N nömrəli hərbi hissədə xidmət keçəcəyi barədə internet vasitəsilə məlumat əldə etmək imkanına malik olmuşdur. Cinayət işinin materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-43-91/2-3/5/2024 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsi tərəfindən 2023-cü ilin iyul çağırışına cəlb olunmuş və müddətli həqiqi hərbi xidmət keçmək üçün təyinatı barədə onun (öyrənilmə zamanı özünün təqdim etdiyi) ***-***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 14:47-də “Siz müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Ordusunun Hərbi hissəsinə təyin edilmisiniz. Təyin olunduğunuz hərbi hissə barədə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytına daxil olaraq “Elektron xidmətlər” bölməsindən əldə edə bilərsiniz. Müzəffər ordunun qalib əsgəri, Vətənin keşiyində qürurla dayan!” məzmunlu SMS göndərilmişdir. Cinayət işinin materiallarında olan İnformasiya Sistem çıxarışından görünür ki, 070 *** ** ** mobil nömrəsi Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X3 Sumqayıt şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 169 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol saidin çoxsaylı kəsilmiş yaraları. Qeyd olunan xəsarət iti kənarlı əşyanın (alətin) təsirindən yaranmışdırlar, tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakteriən, sayına və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin vət. Təqsirləndirilən şəxs özüözünə yetirməsi çox inandırıcıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X3 Sumqayıt şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 242 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Şəxsi keyfiyyətlərin aksentuasiyası müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal- hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs adına çağırışçının qeydiyyat kartasından təsdiq edilmiş çıxarışdan görünür ki, o, 29 mart 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsində tibbi komissiyadan keçmiş və hərbi xidmətə yararlı sayılmaqla ilkin hərbi qeydiyyata alınmış, 9 sentyabr 2019-cu ildən 1 iyul 2023-cü ilədək Odlar Yurdu Universitetində ali təhsil alması ilə əlaqədar 1 iyul 2023-cü il tarixədək hərbi xidmətdən qanuni əsaslarla möhlət hüququ əldə etmişdir. Cinayət işinin materiallarında olan Odlar Yurdu Universitetinin rektorunun «Tələbələrin xaric edilməsi» barədə Rektorun xx.xx.2023-cü il tarixli 186-T nömrəli Əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tələbələr sırasından xaric edilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qəbul etdiyi 01 ədəd N iyul 2023-cü il tarixli çağırış vərəqəsi qəbzinin əsli maddi sübut kimi tanınmış və cinayət işinin saxlanılması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırması tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırması iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 24 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd N iyul 2023-cü il tarixli çağırış vərəqəsinin əsli cinayət işini materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertiza xərci 126 (yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə tutulduğu 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 24 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd N iyul 2023-cü il tarixli çağırış vərəqəsinin əsli cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 126 (yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Əsəbəli oğlunun məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 102 (yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regioanal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-345/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-345/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver