Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-345/2025 17.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-724/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-225/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş,xx.xx.2024-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 03 ay 21 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 35, mənzil 2-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsində fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq 01 (bir) ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,378 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməklə əynindəki boz rəngli şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 04 mart 2025-ci il tarixdə, saat 13:41 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən “Möhtəşəm” şadlıq evinin yaxınlığında saxlanılmaqla orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı təmiz çəkisi 0,378 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki boz rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ildən artıq müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. O, 04 mart 2025-ci il tarixdə, təxminən saat 13:40 radələrində Sumqayıt şəhəri, 43-cü məhəllədə yerləşən “Möhtəşəm” şadlıq evinin yaxınlığında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını və onu narkotik vasitələrin üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığı soruşulmuş, o da şalvarının cibində saxladığı 01 ədəd bükümü təqdim etmişdir. O, həmin kütlənin heroin olduğunu, həmin kütləni Bakı şəhəri 20 yanvar metrostansiyanın yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onun üzərindən aşkar olunmuş heroinəbənzər kütlə tərəziyə qoyulub çəkilmiş və qablaşdırılmışdır. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gəlmişdir. Orada ona üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuşdur. Daha sonra isə üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş və üzərindən heç bir predmet aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunmuş 01 ədəd büküm elektron tərəziyə qoyulub çəkilmişdir. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir təzyiqə məruz qalmamışdır. Son söz olaraq əməlindən peşman olduğunu, narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, barəsində Abşeron Rayon Məhkəməsində olan cinayət işini də nəzərə alıb yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 04 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən “Möhtəşəm” şadlıq evinin ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüş, 04 mart 2025-ci il tarixdə, saat 13:40 radələrində Təqsirləndirilən şəxs “Möhtəşəm” şadlıq evinin yaxınlığı ilə tək piyada hərəktədə olduğunu gördükdən sonra videoçəkiliş aparmaqla ona yaxınlaşaraq saxlamış və özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya narkotik maddə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da əynində olan şalvarının cibindən 01 ədəd ağ rəngli kağız bükülünü çıxarıb təqdim etmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni Bakı şəhərində tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdən sonra qablaşdırılmış və qablaşdırmanm üzəri imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-yə aparmışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə təhqiqatçıya təqdim olunduqdan sonra polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır, sonuncunun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və üzəri imzalanmışdır. Məhkəmə iclasında iştirak edən şahidlər Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid2 və 1-ci PB-nin kiçik inspektoru Şahid3 Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokol və həmin yoxlama zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni tanımadığı şəxsdən əldə edib üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 04 mart 2025-ci il tarixdə, saat 13:41 dəqiqədə Sumqayıt şəhəri, 43-cü məhəllə ərazisində yerləşən “Möhtəşəm Saray” şadlıq sarayının yaxınlığında hərəkətdə olan zaman saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən çıxardığı ağ rəngli sellofan bükümün içərisindən qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinəbənzər kütlə aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin bükümlə birlikdə 1,19 qram olması müəyyən olunmuş, daha sonra isə həmin kütlə qablaşdırılmış, Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə aşkar edilməmişdir. (i.v.6-8) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:41-də Sumqayıt şəhəri, 43-cü məhəllə “Möhtəşəm” şadlıq evinin yaxınlığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.20) Şəxsi axtarış və götürülmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla polis orqanına gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürülmə aparılması qərara alınmışdır. (i.v. 26) “Təqdim olunan əşyanın götürülməsi və baxış keçirilməsi barədə” xx.xx.2025-ci il tarixli protokol və həmin götürmə zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14:30-dan 14:35-dək Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütləyə baxış keçirilməsi aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış başlamadan öncə ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək müdafiəçi təqdim olunmuş, Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçiyə etiraz etməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən təqdim olunan Təqsirləndirilən şəxs saxlanılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən aşkar olunaraq müvafiq qaydada qablaşdırılmış 1 ədəd zərf onlar tərəfindən açılıb içərisinə baxış keçirilən zaman içərisindən 1 ədəd ağ rəngli kağızın içərisində narkotik maddəyə bənzər kütlə aşkar edilmiş, həmin büküm tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin kağızı ilə birlikdə 1,17 qram olması müəyyən edilmiş, həmin zərf təkrar qablaşdırılmış, sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan maddənin narkotik vasitə olduğunu, həmin maddəni Bakı şəhəri, 20 yanvar metrosunun yanından tanımadığı şəxsdən 10 (on) manat pula aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. (i.v.27-28) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 20/10 nömrəli fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Zərflər üçün № 125” möhür əksi “Şübhəli şəxs/imza/ Təqsirləndirilən şəxs; Vəkil /imza/ Sədirxan Sədirxanov; ə/m/imza/ Şahid1; ə/m/imza/ Şahid2; k/əm/ imza/ Şahid3; Tərtib etdi Təh./ imza/ Ş.Səfərov” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,378 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata 0,378 qram təqdim edildi, 0,05 qram nümunə götürüldü, 0,328 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. (i.v.38-40) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək saat 16:20-də həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v.47-48) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v.56-58) Təqsirləndirilən şəxsin X6 azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X6 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:40-da təqdim edilmişdir. (i.v.59-61) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsin ambulator-məcburi X8nın xx.xx.2025-ci il tarixli, 1346 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixindən Respublika Narkoloji Mərkəzində “F19.2” dioqnozu ilə dispanser qeydiyyatdadır. (i.v.79-80) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 66.5, 69.3-cü maddələri ilə 1 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 21 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. (i.v.82-83) Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 03 ay 21 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur.(i.v.84-88) Sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə olan heroinin təmiz çəkisinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli rəyinə uyğun olaraq 0,378 qram olması əsas götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,378 qram heroin və 2 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 2 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,328 qram heroinin saxlanılması üçün Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi qərara alınmış, iş üzrə xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair”, xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokollar, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli rəyləri, təqsirləndirilən şəxsin ifadələri və şahid ifadələri sübut kimi qiymətləndirilmişdir. (i.v.89-96) Cinayət işinə əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-724/2022 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-225/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılaraq, onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) müəyyən edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(060)-345/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 1ci Polis Bölməsinin xx.xx.2025-ci il tarixli 581/2-8309 nömrəli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı üzrə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi üçün “həbs” qətimkan tədbiri seçilərək xx.xx.2025-ci il tarixdə barəsində 730775 nömrəli axtarış işi açılaraq axtarış elan edilmiş Təqsirləndirilən şəxs Abşeron RPİ-nin əməkdaşları tərəfindən CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılaraq xx.xx.2025-ci il tarixdə Bakı şəhəri İstintaq Təcridxanasına yerləşdirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, üstünü yoxlama və şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-724/2022 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-225/2022 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılaraq, onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) müəyyən edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzadan 3 ay 21 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2025-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici hal kimi təqsirləndirilən şəxsin əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsini, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 13:41-dən xx.xx.2025-ci il tarixə saat 17:40-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, onun digər cinayət işi üzrə həbsdə olması nəzərə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1346 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, xx.xx.2024cü il tarixdən Respublika Narkoloji Mərkəzdə “F19.2” diaqnozu ilə dispanser qeydiyyatda olması qeyd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1346 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzdə “F19.2” diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra 0,328 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə xx.xx.2025-ci il tarixdə saat 13:41-dən xx.xx.2025-ci il tarixə saat 17:40-dək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən tarixdən hesablansın. Təqsirləndirilən şəxs digər cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin, xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzdə “F19.2” diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,328 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 35 saata görə cəmi 360 (üç yüz altmış) manat (5 saat 6 manatdan hesablanmaqla 30 (otuz) manat; 30 saat 11 manatdan hesablanmaqla 330 (üç yüz otuz) manat) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürsosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-345/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-345/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver