Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-346/2021 26.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2000-ci ildə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Füzuli rayonu, İşıqlı kəndində qeydiyyatda olan, Sumqayıtçay stansiyası, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə saat 18:00 radələrində, idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Sonata” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə Sumqayıt şəhəri, Bulvar yolu küçəsində 120 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinim 1-ci hissəsinin və 34-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsini sürətini tam dayandırma hədddinə qədər azaltmaq üçün mümkün olaqn tədbirləri görməli olduğu və hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkət etdirməməli olduğu halda bunları etməyərək Sumqayıt bulvarı ərazisində yerləşən “Asfar” stadionunun qarşıda əks istiqamətdən hərəkət edərək geriyə dönmə əməliyyatı edən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Opel Vita” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Opel Vita” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 “Döş qəfəsi, onurğanın bel nahiyəsi və çanağın əzilməsi. L5 fəqərə sol köndələn çıxıntısının qapalı yerdəyişməyən sınığı. Sağ budun orta 1/3-nin qançırı, sağ diz oynağlının bayır səthinin yarası” kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, “Hyundai Sonata” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobildə olan Zərərçəkmiş şəxs3 “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol təpə-alın nahiyəsinin əzilmiş-cırılmış yarası” kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər almasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Hyundai Sonata” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. 20 yanvar 2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi “Hyundai Sonata” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə dostları Zahir, Niyaməddin və Azərlə birlikdə Sumqayıt şəhəri ərazisində gəzmiş, həmin vaxtı Niyaməddin qabaq oturacaqda, Zahirlə Azər isə isə arxa oturacaqda əyləşmişlər. O, idarə etdiyi “Hyundai Sonata” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, “Bulvar yolu” küçəsi ilə ilə Nəsimi parkından “Dörd qardaş” şadlıq sarayı istiqamətində 120 km/saat sürətlə öz hərəkət hissəmdə sol zolaqla hərəkət etmişdir. O, idarə etdiyi avtomobillə sağ tərəfdə yerləşən stadionun qarşısına çatarkən əks istiqamətdən gələn “Opel Vita” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sol zolaqda dayanaraq geriyə dönmək istədiyini başa düşmüşdür. Lakin hesab etmişdir ki, o, qarşıdan gələn avtomobilləri gözlədikdən sonra geriyə dönəcək. O, idarə etdiyi avtomobillə ona çatan zaman həmin avtomobil qəfil onun hərəkət hissəsinə daxil olmuş və o, tormoz versə də yer sürüşkən olduğu üçün avtomobili saxlaya bilməmiş, sağ tərəfimdə avtomobil hərəkət etdiyi üçün sükanı sağa da döndərə bilməmişdir. Həmin vaxtı idarə etdiyi avtomobilin qabaq hissəsi ilə həmin avtomobilin sağ yan hissəsi toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində onlar xəsarət almışlar. Eləcə də o, ifadəsində Zərərçəkmiş şəxs1 ifadəsində yalandan göstərdiyini, o, avtomobilini öz hərəkət hissəmdə sol zolaqla idarə edən zaman “Opel Vita” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil qəfil qoşa xətdən onun idarə etdiyi avtomobilin yoluna çıxdığını, nəticədə avtomobillərin toqquşduğunu, təxminən 12 metr məsafədən “Opel Vita” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə etdiyi avtomobilin yoluna çıxdığını görüb ona işıq siqnalı verdiyini, lakin həmin avtomobilin sürətlə yoluna daxil olduğunu, o, tormoz versə də heç bir xeyri olmadığını, “Hyundai Sonata” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ verən bütün sənədlərinin olduğunu, hadisə vaxtı spirtli içki qəbul etmədiyini göstərmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 BOKT MMC-nin nümayəndəsi X3 barışıq əldə etmişdir. Bunları nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, “Opel Vita” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsusdur. 20.01.2021-ci il tarixdə saat 19:30 radələrində o, idarə etdiyi “Opel Vita” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Bulvar yolu küçəsi ilə “Dörd Qardaş” şadlıq evindən Nəsimi parkı istiqamətində 60-70 km/saat sürətlə hərəkət edib idman sağlamlıq mərkəzinin qarşısında olan qırıq-qırıq xətlər olan yerdən dönüb geri qayıtmaq istəmişdir. Bunun üçün o, sol zolaqla hərəkət edib qırıq-qırıq xəttin kənarında gözləmişdir ki, qarşıdan gələn avtomobillər keçib getsin. Həmin vaxtı qarşı tərəfdən sağ zolaqla ona tərəf markasını və nömrəsini yadında qalmayan avtomobil hərəkət etmişdir. Onun arxasınca sürətlə gələn “Hyundai Sonata” markalı avtomobil qəflətən sola tərəf manevr edərək qırıq-qırıq xəttin üzərində idarə ediyi avtomobili vurmuşdur, o, həmin vaxtı xəsarət almış, huşunu itirib özündən getmişdir. Özünə gəldikdə görmüşdür ki, o, Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasındadır. Eləcə də o, ifadəsində həmin vaxtı idarə etdiyi avtomobillə geriyə döndüyünü, “Hyundai Sonata” markalı avtomobil sürətlə gəldiyi üçün onun avtomobilinə dəydikdən sonra avtomobilini bir neçə metr geriyə itələyib atdığını, hadisə zamanı “Hyundai Sonata” markalı avtomobilin təxminən 120 km/saat sürətlə hərəkət etdiyini, o, sürətlə hərəkət etdiyi üçün onun avtomobilini çox geriyə tulladığını, hadisə zamanı onun avtomobilinin qırıq-qırıq xəttin üzərində olduğunu, ona görə də “Hyundai Sonata” markalı avtomobil onu qırıq-qırıq xəttin üzərində vurduğunu, hadisə vaxtı və ümumiyyətlə heç vaxt spirtli içki qəbul etmədiyini göstərmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 BOKT MMC-nin nümayəndəsi X3 ifadəsində göstərmişdir ki, 08.04.2019-cu il tarixdən Zərərçəkmiş şəxs2 bankının Sumqayıt şəhər fililında iqtisadçı vəzifəsində işləyir. 10.09.2020-ci il tarixdə Sumqayıt şəhər sakini X1 ilə Zərərçəkmiş şəxs2 bankının Sumqayıt şəhər filialı arasında Şəmməd Rəhimova 11000 manat kredti verilməsi barədə lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə Şəmməd Rəhimov almaq istədiyi “Hyundai Sonata” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili onun işlədiyi bankın adına keçirmiş, əvəzində bankdan 11000 manat kreditlə pul götürmüşdür. O, hər ay banka müəyyən məbləğdə pul ödəməli olmuş, hər ay bankın adından ona və ya oğlu Təqsirləndirilən şəxs “Hyundai Sonata” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. 21.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs banka məlumat verərək bildirmişdir ki, 20.01.2020-ci il tarixdə Sumqayıt şəhəri, Bulvar küçəsində “Hyundai Sonata” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə “Hyundai Sonata” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Zərərçəkmiş şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur. Onunla aralasında normal münasibətlər olmuşdur. “Hyundai Sonata” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin Əbülfəzə məxsus olmuşdur. 20 yanvar 2021-ci il tarixdə təxminən saat 17 radələrində o, digər dostu Azər və Əbülfəzlə Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində görüşmüşlər. Onlar Əbülfəzin idarə etdiyi “”Hyundai Sonata” markalı avtomobilə əyləşmişlər. Sonra onlar digər dostu Zahiri də götürmüşlər. Həmin axtı o, avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Zahir və Azər isə avtomobilin arxa oturacağında əyləşmişlər. Həmin gün saat 18:00 radələrində Əbülfəz avtomobili Sumqayıt şəhəri, “Bulvar” yolu küçəsi ilə üzü “Dörd Qardaş” şadlıq sarayı istiqamətində təxminən 110-120 km/saat surətlə idarə etmişdir. Həmin vaxtı onlar görmüşlər ki, əks istiqamətdən gələn “Opel Vita” markalı avtomobil sola dönmək üçün qoşa xəttin üzərində dayanmışdır. Həmin avtomobilin sürücüsü gözləmişdir ki, qarşıdan gələn avtomobillər o cümlədən Əbülfəzin idarə etdiyi avtomobil gəlib keçsin. Həmin vaxtı Əbülfəz avtomobili sürətlə idarə etdiyi üçün avtomobili saxlaya bilməmiş, həmin “Opel Vita” markalı avtomobillə toqquşmuşdur. Həmin vaxtı o, Azər, Əbülfəz, Zahir və Opel Vita markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Onlar öz hərəkət hissəsində sol zolaqla sürətlə hərəkət edən zaman “Opel Vita” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil qəfil qoşa xəttin üzərində dayanmış və onların əyləşdiyi avtomobillə toqquşmuşdur. Eləcə də yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28.01.2021-ci il tarixli, 111 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədəni üzərindəki aşağıdakı xəsarətlər aşkar edilmişdir: Döş qəfəsi, onurğanın bel nahiyəsi və çanağın əzilməsi, L5 fəqərə sol köndələn çıxıntısının qapalı yerdəyişməyən sınığı, sağ budun orta 1/3-nin qançırı, sağ diz oynağının bayır səthinin yarası. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla 20.01.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 18.03.2021-ci il tarixli, 297 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs3 bədəni üzərindəki aşağıdakı xəsarətlər aşkar edilmişdir: qapalı kəllə beyin travması, baş beyin silkələnməsiŞ sol təpə-alın nahiyyəsinin əzilmiş-cırılmış yarası. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, zərərçəkənin tibbi yardıma müraciət etdiyi vaxtdan az qədər əvvəl olmaqla 20.01.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı yarana bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 17.02.2021-ci il tarixli, 8/316 saylı rəyindən görünür ki, Opel Vita markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Hyundai Sonata” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 20.01.2021-ci il tarixli, 359 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti olmamışdır. İş materiallarında olan Sumqayıt regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin 25.01.2021-ci il tarixli, 302-356-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququnda məhrum edilənlər sirasında yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus AC 045490 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyası üzrə sürücülük hüququ vardır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Pİ-nin təhlükəsiz şəhərin görüntü kamerası vasitəsi ilə çəkilmiş hadisə zamanı Təqsirləndirilən şəxs “Hyundai Sonata” markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətini əks etdirən videogörüntü diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Bunları nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan tam ödədiyindən onun heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır və işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 BOKT MMC-nin nümayəndəsi X2 17.05.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan 09.04.2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə və onunla barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə ümumillikdə 20 saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, həmçinin ekspertiza rəyləri və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barələrində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Buna görə də, Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün Sumqayıt şəhər prokurorluğuna məlumat verilməlidir. Cinayət işi üzrə ekspertiza tədqiqatın dəyəri 100 (yüz) manat məbləğində pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxslərdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Sumqayıt şəhər prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanıslın. Təqsirləndirilən şəxs 100 (yüz) manat məbləğində ekspertiza xərci bərabər tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE********************saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-346/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-346/2021
26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver