Məhkəmə qərarları › İş №1(060)-346/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-346/2023

29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-346/2023 29.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi şəxs “X5” şirkətinin etibarnamə üzrə nümayəndəsi X1, Zərərçəkmiş şəxs hüquqi şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi “FİDES” Vəkil Bürosunun vəkili Nümayəndə1, Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1985-ci ildə Qubadlı rayonu, Zilanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Bənəqədi qəsəbəsi, X7 küçəsi, ev 8 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1995-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3i ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, fərdi evdə yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Sumqayıt "xxxx" ASC-də mühafizəçi kimi çalışan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil edib 20 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ASC-də növbədə olduğu zaman, saat 23:00 radələrində ünvan 5 ünvanında yerləşən "Xovlu İplik” ASC-nin həyətinə gəlmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs2 hər hansı bir adam gələrsə Malikə xəbər verməsi üçün 3 saylı postda dayanaraq növbə çəkmiş, Təqsirləndirilən şəxs1 isə "xxxx" ASC-nin həyətinə hasarın sökülmüş hissəsindən qanunsuz daxil olub oradan 480 (dörd yüz səksən) manat dəyərində olan 1200 kiloqram çəkidə metal məmulatlarını gizli olaraq talayıb zərərçəkmiş "xxxx" ASC-nə 480 (dörd yüz səksən) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, 14 aprel 2022-ci il tarixdə, saat 01:00 radələrində Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən "xxxx" ASC-nə məxsus yarımstansiyanın həyətinə qanunsuz daxil olub oradan "Enerji Conslration” MMC-nə məxsus hər biri 30 (otuz) manat dəyərində, uzunluğu 3,6 metr, diametri 76 mm, çəkisi 15 kiloqram olan cəmi 240 (iki yüz qırx) ədəd dəmir dirəkləri gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 MMC-nə xeyli miqdarda cəmi 7200 (yeddi min iki yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil edib 20 mart 2022-ci il tarixdə ASC-də növbədə olduğu zaman, saat 23:00 radələrində Təqsirləndirilən şəxs1 ünvan 5 ünvanında yerləşən "xxxx" ASC-nin həyətinə gəldikdə, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə Təqsirləndirilən şəxs2 hər hansı bir adam gələrsə Malikə xəbər verməsi üçün 3 saylı postda dayanaraq növbə çəkmiş, Təqsirləndirilən şəxs1 isə "Xovlu İplik” ASC-nin həyətinə hasarın sökülmüş hissəsindən qanunsuz daxil olub oradan 480 (dörd yüz səksən) manat dəyərində olan 1200 kiloqram çəkidə metal məmulatlarım gizli olaraq talayıb zərərçəkmiş "xxxx" ASC-nə 480 (dörd yüz səksən) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, yaxın qohumu Cabir Tağıyev uzun illərdir Sumqayıt şəhərində fəaliyyət göstərən "xxxx" ASC-də mühafizəçi kimi çalışdığından bir neçə ildir bəzən Cabir növbədə olanda ona baş çəkməyə gedir və onunla çay içib domino oynamışlar. Həmin vaxtlarda da o, Cabirlə bir növbədə olan mühafizəçi Ramillə tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. Həmin ASC-nə ayda 1-2 dəfə gedib-gəlməkdə yeganə məqsədi boş vaxtını keçirmək olmuş, ASC-nin həyətinin arxa hissəsində hasarın bir hissəsinin olmaması və həmin ərazidə xeyli sayda dəmir şvellerlərin yığıldığını, Sumqayıt şəhəri ərazisində yerləşən metal qəbulu məntəqələrində metalın kiloqramını 30-40 qəpikdən qəbul etdiklərini bildiyindən və son vaxtlar işləməməyi ilə əlaqədar maddi vəziyyəti çətin olduğundan həmin ərazidən metal məmulatlarını oğurlamaq qərarına gəlmiş, 20 mart 2022-ci il tarixdə növbədə mühafizəçi kimi tanıdığı Təqsirləndirilən şəxs2 olduğunu və onun pula ehtiyacı olduğunu bildiyindən həmin gün səhər saatlarında Azərlə görüşüb ona gecə ASC-nin həyətinin arxa hissəsində yığılmış metalın bir hissəsini aparıb satmaq niyyətində olduğunu, əgər buna göz yumarsa ona da 200 (iki yüz) manat hörmət edəcəyini bildirdikdə Azər razılıq vermişdir. Mühafizəçi məsələsini həll etdikdən sonra həmin metal daşımaq üçün yük maşını axtarmağa başlamış və bu məqsədlə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisinə gedib orada müştəri gözləyən "Qazel” markalı yük avtomaşınlarından birinin sürücüsünə yaxınlaşıb "xxxx" ASC-nin əməkdaşı olduğunu, müəssisəyə məxsus lazımsız metal məmulatlarını daşımaq lazım olduğunu bildirib saat 23:00 radələrində həmin ASC-nin arxa hissəsinə gəlməsini xahiş etmişdir. Həmin tanımadığı sürücü razılıq vermiş və 20 mart 2022-ci il tarixdə saat 23:00 radələrində "xxxx" ASC-nin arxa hissəsinə gəlib hasardan həyətə girmiş, həmin vaxt "Qazel" markalı avtomaşın da gəlmiş və o, təklidə əlinə düşən 1 və ya 1,5 metr uzunluqda olan metal qırıntılarını çöl tərəfdə dayanmış yük avtomaşınına daşımağa başlamışdır. Həmin vaxt oraya Təqsirləndirilən şəxs2 da gəlmiş və heç bir problemin olmadığını bildirib çıxıb getmişdir. Xeyli sayda metalı bir neçə saat ərzində avtomaşının yük hissəsinə yığdıqdan sonra avtomaşına oturmuş və sürücüyə Sumqayıt şəhəri, “Metallurq" deyilən ərazidə yerləşən metal qəbulu məntəqəsinə sürməsi göstərişini vermişdir. Metal qəbulu məntəqəsinin qarşısına çatdıqda məntəqə hələ açılmamış və bu səbəbdən bir qədər orada gözləmiş, səhər tezdən məntəqəyə oranı işlədən Canəli adlı şəxs gəlmiş və ona müraciət edərək öz həyətindən yığdığı dəmir məmulatlarını satmaq istədiyini bildirmişdir. Daha sonra metal orada olan tərəziyə yığdıqda çəkisinin 1200 kiloqram olduğunu müəyyən etmiş, Canəli özündə olan kitabçada onun şəxsiyyətinə dair məlumatları qeyd edərək ona imza etdirdikdən sonra təhvil verdiyi metalın kiloqramı 40 (qırx) qəpikdən hesablanmaqla ona 480 (dörd yüz səksən) manat pul vermişdir. Əldə etdiyi puldan 50 (əlli) manatını tanımadığı sürücüyə vermiş, həmin sürücü satdığı metalın oğurluq olmasını bilməmişdir. Bundan bir neçə saat sonra isə Azərlə görüşüb ona da söz verdiyi kimi 200 (iki yüz) manat vermişdir. Həmin metalı oğurlayarkən "xxxx" ASC-nin arxa tərəfdən qonşuluğunda yerləşən "Azərenerjinin" tikilməkdə olan stansiyasının həyətində çoxlu sayda dəmir dirəklər yığılmış, o, həmin həyətdə olan dirəkləri də oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə 13 aprel 2022-ci il tarixdə günorta saatlarında həmin əraziyə gedib dirəklərin orada olduğunu gördükdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən "Region-13" adlı kafeyə gedərək orada oturub çay içən, əvvəllər dostu Vasif vasitəsi ilə tanış olduğu Vüsal və Faiq adlı şəxslərə yaxınlaşıb özünə məxsus dəmir məhsullarını avtomaşına yükləmək lazım olduğunu, əvəzində hər birinə 50 (əlli) manat pul verəcəyini bildirdikdə onlar razılaşmış, bundan sonra xx.xx.2022-ci il tarixə keçən gecə saat 01:00 radələrində Vüsal və Vasiflə birlikdə taksiyə oturub “Azərenerjinin” yarımstansiyasının qarşısına gəlmişlər. Əvvəlcədən tanış olduğu “Mersedes-Ateko” markalı yük avtomaşınının sürücüsü Nadir adlı şəxsə zəng vuraraq oraya gəlməsini xahiş etmiş, Nadir həmin yerə gəldikdən sonra Vüsal və Faiq qeyd olunan dirəkləri avtomaşına yükləmişlər. Dirəklərin sayı 200-dən çox olmuşdur. Nadirlə dirəklərin gecə onun avtomaşınında qalacağı, səhərisi gün isə həmin dirəkləri birlikdə Bakı şəhərində yerləşən Dərnəgül ərazisinə aparıb təhvil verəcəkləri barədə razılığa gəlimişlər. Həmin günün sabahısı saat 07:30 radələrində Nadir ona zəng vuraraq nə vaxt Bakıya gedəcəklərini soruşduqda ona Vüsalla birlikdə dəmirləri Bakı şəhərinə aparmağı tapşırıb özünün də bir qədər sonra birbaşa olaraq Bakıya gələcəyini bildirmiş, lakin bundan bir neçə saat sonra Bakı şəhərinə getdikdə təsadüfən dəmirin əsl sahibinin bazarda dirəkləri görüb tanıyaraq oraya polis çağırdığını və Nadirlə Vüsalı 17-ci PB-nə apardıqlarını öyrənmişdir. "xxxx" ASC-dən etdiyi oğurluq əməlindən yalnız Təqsirləndirilən şəxs2 xəbəri olmuş, həmçinin "xxxx" ASC-nin yarımstansiyasının həyətindən törətmiş olduğu oğurluq əməlindən heç kəsin, o cümlədən sürücü Nadir və ya fəhlə kimi işləyən Vüsal və Faiqin xəbərləri olmamış, onlar həmin dirəklərin ona məxsus olmasını və onun da “Azərenerjinin" əməkdaşı olduğunu bilmişlər. "xxxx" ASC-nin ərazisindən qeyd etydiyi 20 mart 2022-ci il tarixli metal oğurluğundan başqa heç bir oğurluq hadisəsi törətməmişdir. “Azərenerjinin" ərazisindən götürdüyü dirəklər həmin təşkilata qaytarılmış, ona qarşı şikayıt və tələbləri yoxdur. "xxxx" ASC-nin ərazisindən götürdüyü dəmir parçalarının dəyəri olan 480 (dörd yüz səksən) manat məbləğində pulu "xxxx" ASC-yə qaytarmaq istəsə də, "xxxx" ASC-nin nümayəndəsi həmin məbləği götürməkdən imtina edərək, onlara dəymiş maddi ziyanın cox olduğunu bildirmiş və həmin məbləği götürməkdən imtina etmişdir. O, 480 (dörd yüz səksən) manat məbləğində pulu "xxxx" ASC-nin hesabına ödəmək üçün banka yaxınlaşsa da, həmin pulu "xxxx" ASC-nin hesabına ödəmək üçün müqavilə olmasını bildirmişlər. Himayəsində 01 (bir) azyaşlı uşağının olmasını və əməlindən peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, 21 oktyabr 2021-ci il tarixdə "xxxx" ASC-nin sədri Şahid1la bağladığı əmək müqaviləsi əsasında həmin ASC-nə mühafizəçi kimi işə qəbul olunmuşdur. Təqsirləndirilən şəxs1 da həmin vaxtlardan orada işləyən mühafizəçi yoldaşlar vasitəsilə tanımışdır. Belə ki, Malik ASC-də mühafizəçi kimi işləyən Cabir adlı şəxsin qohumudur və həm də mühafizəçi işləyən Ramil adlı şəxslə də dostluq münasibətləri var idi. 20 mart 2022-ci il tarixdə növbədə olarkən səhər saatlarında Malik iş yerinə gələrək onu kənara çəkib gecə ASC-nin həyətinə arxa tərəfdən gəlib bir qədər dəmir oğurlayacağını bildirib ondan həmin dəmirləri oğurlayacağı əraziyə özü nəzarət etməsini, əvəzində ona 200 (iki yüz) manat pul verəcəyini bildirdikdə o, razılıq vermiş, həmin gün mühafizəçilərdən Şahid4 və Şahid3la birlikdə növbədə olmuş və ASC-nin həyətinin arxa hissəsini, yəni Malikin oğurluq edəcəyi yerin mühafizəsini öz öhdəsinə götürmüşdür. Səbuhi və Tural heç nədən şübhələnməmişdir. xx.xx.2022-ci il tarixində gecə saat 23:00 radələrində Malik arxa hasarın sökülmüş hissəsi tərəfdən həyətə daxil olmuş və dəmir-metal əşyalarını oradan yığmağa başlamışdır. Malikin etdiyi təklifi qəbul eldiyi üçün oraya gəlib-gedəcək kimsələr olsaydı dərhal Malikə xəbər verəcəkdi. Lakin həmin vaxt orada heç kim olmamış və Malik oradan oğurladığı dəmir-metal əşyaları götürüb çıxan vaxt mobil telefon vasitəsilə getdiyini bildirmişdir. Növbəti gün Malik ona zəng vuraraq, vəd verdiyi kimi oğurluqda şərait yaratdığı üçün ona verəcəyi pulu çatdırmaq üçün görüşməyi təklif etmiş və həmin gün Maliklə Sumqayıt şəhəri, 36-cı məhəllə ərazində görüşüb ondan 200 (iki yüz) manat pulu götürmüşdür. Vətən Müharibəsi iştirakçısı olduğunu və əməlindən peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi “FİDES” Vəkil Bürosunun vəkili Nümayəndə1 ifadəsində göstərmişdir ki, "xxxx" ASC ilə bağlamış olduğu müqavilə əsasında həmin şirkətin hüquqlarını müdafiə edir. 2006-cı ildən "Xovlu İplik” ASC-nə Fransada işlədilən ikinci əl avadanlıqlar yerləşdirilmişdir. Belə ki, həmin avadanlıqlar ilk dəfə Fransada işlədilmiş, daha sonra bağlanmış müqavilə əsasında oradan sökülərək “Sumqayıt Xovlu İplik" ASCdə quraşdırılması üçün müəssisəyə gətirilmiş, lakin uzun müddət hal-hazıra kimi qablaşdırılmış şəkildə qalmışdır. Qeyd olunan avadanlığın hal-hazıra kimi quraşdırılmamasının səbəbi isə ASC-nin daxilinin yenidən təmir edilməsi zərurəti ilə bağlıdır. Həmin avadanlıqların saxlanılma yeri 2,5 hektar sahənin içərisindədir və müəssisənin ərazisi heç bir müşahidə kamerası ilə təchiz olunmamışdır. Sumqayıt “Xovlu İplik" ASC-nin ərazisini mühafizə etmək üçün nəzərdə tutulmuş cəmi 9 nəfərdən ibarət mühafizəçi ştatı vardır, hansı ki, həmin mühafizəçilər bir gündən bir işə çıxmaqla bir növbə əsasında 12 saat fəaliyyət göstərir və hər növbədə 3 nəfər mühafizəçi çalışır. Sumqayıt "Xovlu İplik” ASC-nin ərazisindən bir neçə dəfə oğurluq hadisəsi baş vermiş və həmin oğurluq hadisələri ilə əlaqədar olaraq bir neçə dəfə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət olunmuşdur. 28 mart 2022-ci il tarixdə müəssisənin ərazisindən yenə də oğurluq hadisəsi olması faktını aşkarlanmış, belə ki, 2022-ci ilin mart ayının 20-dən 26-dək olan müddətdə ASC-nin həyətindən miqdarını bilmədikləri qədər dəmir-metal məmulatları oğurlanmış, həmçinin quraşdırılması nəzərdə tutulan avadanlıqların bəzi detallarının da oğurlanmasını aşkar etdiklərindən bu səbəbdən də 11 aprel 2022-ci il tarixdə idarə heyətinin sədri Şahid1 Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmişdir. Avadanlıqlardan ayrı-ayrı detallar oğurlandığından həmin detalların adlarını və ayrıayrılıqda dəyərini müəyyən etmək mümkün deyildir. Sadəcə olaraq Sumqayıt ŞPİ-nə ərizə ilə müraciət edərkən təxmini ziyanın məbləğini müəyyən edərək bildirmişlər. Çünki, həmin avadanlaqlardan Respublikada yalnız "xxxx" ASC-də var və ölkəmizdə qeyd olunan avadanlıqların detallarını ayrı-ayrılıqda adları və dəyərini müəyyən edə bilən mütəxəssis yoxdur. Bundan başqa qeyd olunan 150.000 manat dəyərində avadanlıq son 2-3 ay ərzində hissə-hissə oğurlanmışdır. İttiahmda göstərilən maddi ziyanın məbləği ilə razı olmadıqlarını və təqsirləndirilən şəxslərdən şikayətçi olduqlarını bildirərək barələrində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi şəxs “X5” şirkətinin etibarnamə üzrə nümayəndəsi X3 ifadəsində göstərmişdir ki, şirkət "xxxx" ASC ilə bağlamış olduğu podrat müqaviləsi əsasında 01 mart 2022-ci il tarixdən Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində "Azərişıq” ASC-nə məxsus 110/35/10 kilovatlıq yarımstansiyasının tikintisinə başlamışdır. Hələ 2022-ci ilin mart ayının ortalarından şirkət tərəfindən tikintidə istifadə olunacaq 240 ədəd hər birinin uzunluğu 3,6 metr, diametri 76 mm, çəkisi 15 kiloqram olan dəmir borulardan olan dirəkləri tikinti ərazisinə gətirilərək hasarsız həyətdə yerdə yığılmışdır. 13 aprel 2022-ci il tarixdə saat 18:00 radələrində tikintidə işləri yekunlaşdırdıqdan sonra tikinti ərazisindən çıxaraq getmişlər. xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində iş yerinə gəldikdə həmin 240 (iki yüz qırx) ədəd dəmir dirəklərin yerində olmadığını görüb oğurlandığını başa düşüb dərhal yaxınlıqda olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gedərək oğurluq barədə şikayət ərizəsi yazmış və izahatı alındıqdan sonra birbaşa Bakı şəhərinə getmişdir. Belə ki, Dərnəgül şossesinin kənarında tikinti materiallarının satışı ilə məşğul olan obyektlər vardır və oğurluğu etmiş şəxs qeyd olunan dirəkləri satmaq üçün həmin bazara apara bilərdi. Bu səbəbdən bazarı gəzərkən “Mersedes Ateko” markalı yük avtomobilinin yük hissəsində həmin oğurlanmış dirəkləri görüb sürücüyə yaxınlaşaraq qeyd olunan dirəklərin ona məxsus olduğunu, həmin dirəklərini oraya necə gəlib çıxdığını soruşduqda həmin sürücü dirəkləri Malik adlı şəxsin sifarişi ilə satmaq üçün ora gətirdiklərini, özünün yalnız sürücü kimi iştirak etdiyini, dirəklərin oğurluq olmasından xəbərinin olmadığını bildirmişdir. Bundan sonra o, ətrafda olan polis əməkdaşlarına müraciət edərək oğurlanmış dirəkləri aşkar etdiyini bildirmiş, daha sonra həmin dirəkləri öz fəhlələri vasitəsi ilə avtomaşından boşaltdırmış, polis əməkdaşları sürücü və yanında olan fəhləni Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci PBnə aparmışlar. Hal-hazırda həmin 240 (iki yüz qırx) ədəd dirək "Enerji Constration” MMC-nin anbarında saxlanılır və oğurluq nəticəsində "Enerji Constration” MMC-nə vurulmuş olan maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdi. İş materiallarında olan zərərçəkmiş şəxs hüquqi şəxs “X5” şirkətinin etibarnamə üzrə nümayəndəsi X1 xx.xx.2023-cü tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəyən ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2005-ci ildən ünvan 6 ünvanda yerləşən "xxxx" ASC-nin idarə heyətinin sədri vəzifəsində çalışır. 2006-cı ildən "xxxx" ASC-nə Fransada işlədilən ikinci əl avadanlıqlar yerləşdirilmişdir. Belə ki, həmin avadanlıqlar ilk dəfə Fransada işlədilmiş, daha sonra bağlanmış müqavilə əsasında oradan sökülərək onların müəssisəsində quraşdırılması üçün müəssisəyə gətirilmiş, lakin uzun müddətdən hal-hazıra kimi qablaşdırılmış şəkildə qalmışdır. Qeyd olunan avadanlığın hal-hazıra kimi quraşdırılmamasının səbəbi isə ASCnin daxilinin yenidəın təımir edilməsi zərurəti ilə bağlıdır. Həmin avadanlıqların saxlanılma yeri 2,5 hektar sahənin içərisindədir və müəssisənin ərazisi heç bir müşahidə kamerası ilə təchiz olunmamışdır. Sumqayıt "xxxx" ASC-nin ərazisini mühafizə etmək üçün nəzərdə tutulmuş cəmi 9 nəfərdən ibarət mühafizəçi ştatları vardır, hansı ki, həmin mühafızəçilər bir gündən bir işə çıxmaqla bir növbə əsasında 12 saat fəaliyyət göstərir və hər növbədə 3 nəfər mühafizəçi çalışır. Sumqayıt "xxxx" ASC-nin ərazisindən bir neçə dəfə oğurluq hadisəsi baş vermiş və həmin oğurluq hadisələri ilə əlaqədar olaraq tərəfindən bir neçə dəfə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət olunmuşdur. 28 mart 2022-ci il tarixdə işə getdiyi zaman müəssisəmin ərazisindən yenə də oğurluq hadisəsi olması faktını aşkarlamışdır. Belə ki, 2022-ci ilin mart ayının 20-dən 26-dək olan müddətdə ASC-nin həyətindən miqdarını bilmədiyi qədər dəmir-metal məmulatları oğurlanmış, həmçinin quraşdırılması nəzərdə tutulan avadanlıqların bəzi detallarının da oğurlnamasını aşkar etmiş və bu səbəbdən də 11 aprel 2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmişdir. Ümumilikdə son 1-2 il ərzində 400.000 (dörd yüz min) manatdan artıq avadanlıq oğurlanmış və o həmin faktlar barəsində ayrı-ayrılıqda Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayından 2022-ci ilin iyul ayınadək bir illik müqavilə əsasında Sumqayıt şəhərində yerləşən "xxxx" ASC-də gözətçi rəisi vəzifəsində çalışmış, əsas vəzifəsi xidmətdə olan mühafizəçilərin fəaliyyətinə nəzarət etmək olmuşdur. Belə ki, "xxxx" ASCnin ştat vahidi üzrə ümumi 09 nəfər mühafizəçisi var idi və hər növbədə 03 mühafizəçi olmaqla fəaliyyət göstərirdi. İş vaxtı isə 24 (iyirmi dörd) saat təşkil edirdi. Mühafizəçilər növbəni təhvil verdikdən sonra iki sutka istirahət edir, 3-cü sutkanın başlanğıcında işə çıxırdılar. Özünün iş rejimi isə səhər saat 09:00 radələrindən saat 17:00 radələrinədək olsa da, gecələr mühafizə xidmətini yoxlamaq məqsədi ilə ani olaraq xidmət yerinə gəlib mühafizə xidmətini yoxlayırdı. Müqavilə ilə "Xovli İplik” ASC-nə işə qəbul olunarkən ASCnin həyətində olan sexlərdə pəncərə və qapılar sındırılmış, içərisində olan avadanlıqların isə demək olar ki, hamısı dağılaraq yararsız vəziyyətdə olmuş və həmin ASC 20 ildən artıq idi fəaliyyət göstərmirdi. Bundan başqa ASC-nin arxa tərəfinin hasarının bir hissəsi də sökülmüş vəziyyətdə idi. "xxxx" ASC-nin idarə heyətinin sədri Şahid1 özü də onu işə qəbul edərkən uzun illərdir ki, ASC-nin binalarından mütəmadi olaraq oğurluqların baş verməsini, bütün dəzgahların ayrı-ayrı hissələrinin oğurlandığını və hal-hazırda dəzgahların yararsız vəziyyətdə olmasını bildirmişdir. Təxminən 2021-ci ilin oktyabr ayının ortalarında və ya sonlarında Şahid1 onunla birlikdə sexlərin ərazisini gəzərkən yenidən xeyıli sayda avadanlıqların ehtiyyat hiussələrinin oğurlandığını və dəymiş ziyanın 50.000 (əlli min) manata yaxın olduğunu bildirib bu barədə polisə məlumat verməyin zəruriliyini qeyd etmiş, ondan qeyd olunan oğurluğun miqdarını hansı meyarlara uyğun müəyyən etdiyini soruşduqda o, uzun illər ASC-nə rəhbərlik etdiyindən hər avadanlığın hər bir detalının yerini dəqiq bildiyindən, son 20 (iyirmi) gündə 50.000 (əlli min) manata yaxın məbləğdə detalın oğurlanmasını müəyyən etdiyini bildirib bu barədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət etmiş, lakin o, həmin dövrdə konkret olaraq hər hansı bir oğurluq hadisəsini şəxsən özü müəyyən etməmiş, ASC-nin həyətini mühafizəçilərini daima nəzarət altında saxlamışdır. 2022-ci ilin fevral ayından etibarən növbələrdən birinə Şahid3, Təqsirləndirilən şəxs2 və Şahid4 çıxmış, təxminən 2022-ci ilin mart ayının sonlarında Şahid1 ASC-nin ərazisini gəzərkən "xxxx" ASC-nə məxsus yarımstansiya ilə sərhəd hissədə həyətdə olan metal məmulatlarının oğurlandığını müəyyən edib bu barədə ona bildirdikdə ərazini daima nəzarət altında saxlanıldığını bildirmiş, bundan başqa Şahid1 sexlərdən də oğurluq olduğunu qeyd etmiş və xx.xx.2022-ci il tarixdə o, məktubla yenidən Sumqayıt ŞPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək ümumi oğurluğun artıq 150.000 (bir yüz əlli min) manata çatdığını bildirmişdir. O, özü isə həyətdən oğurlanan metal məmulatlarından başqa sexlərin içərisindən hansısa dəzgahların və ya onların hissələrinin oğurlanması barədə hər hansı bir təsəvvürə malik olmamış, çünki 2021-ci ilin iyul ayında mühafizə xidmətini təhvil aldığı vaxtdan sexlərdə olan dəzgahlar dağıdılmış, sökülmüş vəziyyətdə olmuş və hər dəfə həmin dəzgahlardan əlavə hansısa detalın oğurlanmasını müəyyən etmək çətin məsələ olmuşdur. Lakin xx.xx.2022-ci il tarixdə onlarla qonşuluqda olan "xxxx" ASC-nə məxsus yarımstansiyadan boruların oğurlanması faktı və həmin oğurluğun Malik adlı şəxs tərəfindən həyata keçirilməsi müəyyən olunduqda, Malik 2022-ci ilin mart ayının 21-nə keçən gecə "Xovlu İplik’’ ASC-nin də həyətindən metal məmulatlarını oğurladığını və bu işdə ona mühafizəçi Təqsirləndirilən şəxs2 köməklik etməsi barədə bildirdikdə Şahid1 bundan əvvəl "Xovlu İplik” ASC-nin ərazisində baş vermiş oğurluqlarda da bu şəxslərin əli olması qənaətinə gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 30 ildən çoxdur yük avtomobillərinin sürücüsü kimi fəaliyyət göstərmiş, hal-hazırda isə “Mercedes Ateko 818” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilim ilə mebel çatdırılmasında işləyir. O, sifariş olan zaman çatdırılma işini həyata keçirdiyi üçün sifarişlər qəbul etmək üçün Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yük avtomobili ilə dayanır və sifarişləri qəbul edir. Təxminən 2022-ci ilin aprel ayının 10-da əvvəl tanımadığı, müştəri kimi bir cavan oğlan ona yaxınlaşaraq, özünə məxsus yük olduğunu və aparmalı olduğunu ona bildirmiş və onlar razılaşmışlar, daha sonra həmin şəxs onun mobil nömrəsini götürərək, oradan uzaqlaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində həmin Malik adlı cavan oğlan ona zəng edərək, gəlməyini demiş və o da yük avtomobili ilə Malikin dediyi ünvana getmişdir. Ona yolu izah edən zaman Sumqayıt şəhəri, Sülh küçəsindən içəri girən zaman qəbirstanlıq yaxınlığında onu görəcəyini bildirmişdir. Malik ona biraz qabağa getməyini deyərək, özünün də piyada oraya gələcəyini və orada iki nəfərin onu qarşılaycağını bildirdi. O, Malikin dediyi yerə gəlmiş və orada olan iki nəfər tanımadığı şəxs dəmir-metal yüklərini maşınına yükləyən zaman onun oğurluq olub-olmadığını Malikdən soruşmuşdur. Malik də cavabında ona buranın məsul işçisi onun özünün olduğunu, hər hansı bir oğurluq olmadığını qeyd eləmiş və onlar dirəkləri yük maşınına yığmağa davam etmişlər. Orada olan dəmir-metal yüklərini onun yük maşınına yükləyib bitirəndən sonra Malik yükün onun maşınında bu günlük qalmasını ondan istəyərək, hal-hazırda işdə olduğunu və sabah bir yerdə aparıb təhvil verəcəyini ona demişdir. O da həmin vaxt yaşadığı ünvan istiqamətində gələn zaman, orada olan iki nəfər şəxs Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində maşınından enərək getmişlər və o da yük maşınını yaşadığı binanın həyətinə sürərək saxlyıb evinə qalxmışdır. xx.xx.2022-ci il saat 09:00 radələrində o Malikin dediyi kimi Bakı şəhəri, Dərnəgül adlanan ərazi istiqamətində hərəkətə başlamış və yolunun üstündə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində, Dəmiryol vağzalının yanından orada olan, adını bilmədiyi fəhlələrdən biri də maşınına əyləşmişdir. Həmin vaxt danışıqlarına görə Malik də Saray qəsəbəsi ərazisindən onlara qoşulub gedəcəkdi, lakin sonradan o, yanındakı fəhləyə zəng edərək, onların Dərnəgülə getmələrini deyərək, özünün də taksi ilə gələcəyini demişdir. Onlar Dərnəgülə metal qəbulu yerinə çatmışlar və orada bir neçə alıcı dirəklərə baxmış, lakin alan olmamışdır. Lakin orada olan bir nəfər şəxs kimləsə danışmış və fəhləyə bir nəfər adamın malı istədiyini və onun gəlməyini gözləmələrini onlara bildirmişdir. Bir neçə dəqiqədən sonra həmin şəxs gələrək, yük maşınında olan metallara baxmış və həmin metalların onun özünə məxsus olduğunu, hətta bu metalların oğurlandığını onlara bildirmişdir. Həmin vaxt məsələnin aydınlaşmağı üçün polislər yaxınlaşmış, onunla gələn fəhləni Polis Bölməsinə aparmışlar. O da həmin yükün minik tomobilinə boşaldıldıqdan sonra Polis Bölməsinə izahat vermək üçün getmişdir. Həmin yükü orada metalın özünə məxsus olduğunu deyən şəxs özü aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən "İşgüzar” MMC-də işləyir. Şirkətin əsas iş istiqaməti bütün növ metal məmulatlarını qəbul edib daha sonra kiloqramına 02 (iki) qəpik əlavə elməklə satışını həyata keçirməkdir. Belə ki, istənilən şəxsiyyət vəsiqəsini təqdim edən vətəndaşdan kiloqram 40 (qırx) qəpikdən metalı qəbul edərək müavfiq kitabçada qeydiyyat aparır. Təqsirləndirilən şəxs1 adlı şəxsi əvvəllər tanımamış, 21 mart 2022-ci tarixdə səhər tezdən iş yerində olarkən bir nəfər özünü Təqsirləndirilən şəxs1 kimi təqdim edən şəxs "Qazel" markalı avtomaşınla işlədiyi metal qəbulu məntəqəsinin qarşısına gələrək həyat-bacadan yığımış olduğu dəmir-metal məmulatlarını satmaq istədiyini bildirib kiloqramı neçə götürəcəyini soruşmuş, həmin dəmir metal məmulatları uzunluğu 1 və ya 1.5 metr ölçüdə boru və şveller şəklində olmuş və ona kiloqramını 40 (qırx) qəpikdən qəbul edə biləcəyini bildirmişdir. Bundan sonra onlar həmin metalları həyətə boşaldaraq tərəzidə ölçdükdə çəkisinin dəqiq 1200 (bir min iki yüz) kiloqram gəlməsini müəyyən etmiş, bundan sonra o, kitabçada müvaiq qeydiyyat apardıqdan sonra həmin dəmir məmulatlarına görə 480 (dörd yüz səksən) manat pulu Malik adlı şəxsə ödəmişdir. Malik adlı şəxsin ona satmış olduğu metalın oğurluq olmasından xəbərsiz olmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 avqust 2022-ci il tarixli, 9/5430 saylı rəyindən görünür ki, müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən metal qəbulu məntəqələrində, yerli internet saytlarında mövcud olan qiymətlərə, eləcə də mərkəzdə olan məlumatlardan istifadə elməklə, 2022-ci ilin mart aprel aylarına 1200 kiloqram dəmir metalın dəyəri nəzəri qaydada kiloqramı 0,40 manatdan hesablanmaqla 480 manat, 240 ədəd hər birinin uzunluğu 3.6 metr. dİametri 76 mm, çəkisi 15 kiloqram olan dəmir borulardan olan dirəklərin 01 ədədinin qiyməti 30 manatdan hesablanmaqla cəmi dəyəri 7200 manat müəyyən olunur. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhəli olduğundan tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-201/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhəli olduğundan tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-202/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olmasından imtina edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Qubadlı rayon Zilanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 01 (bir) azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Baş X9 tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan “sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.1-ci maddəsinə tövsif olunmuş, "xxxx" ASC-nin fabrikinin sexindən 2021-ci ilin oktyabr ayının 1-dən 28-dək olan müddətdə naməlum şəxs və ya şəxslərin 50.000 (əlli min) manat dəyərində avadanlıqların oğurlanması faktı əsasında toplanmış material üzrə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış, Şahid2, Şahid6 və Şahid5 əməllərində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkib əlamətləri olmadığından onların barələrində həmin maddələrlə, X2 əməlində isə Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlaməti olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş və iş üzrə 240 (iki yüz qırx) ədəd hər birinin uzunluğu 3,6 metr, diametri 76 mm, çəkisi 15 kiloqram olan dəmir borulardan olan dirəklər maddi sübut kimi tanınmış və saxlanması üçün Zərərçəkmiş şəxs2 MMC-yə verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, törətdiyi əməli səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs2 Vətən Müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində və Təqsirləndirilən şəxs2 Azərbayan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 04 (dörd) ay həbsdə olduğu müddət azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) aya bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut olan 240 (iki yüz qırx) ədəd hər birinin uzunluğu 3,6 metr, diametri 76 mm, çəkisi 15 kiloqram olan dəmir borulardan olan dirəklərin Zərərçəkmiş şəxs2 MMC-də saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 50.00 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə köçürülməlidir. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun həbsdə olduğu 04 (dörd) ay müddət azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) ayına bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2nını tərk etməmək, Abşeron rayonunun və Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək həbsdə olduğu 02 (iki) müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, fərdi ev ünvanını tərk etməmək, Abşeron rayonunun və Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut olan 240 (iki yüz qırx) ədəd hər birinin uzunluğu 3,6 metr, diametri 76 mm, çəkisi 15 kiloqram olan dəmir borulardan olan dirəklərin Zərərçəkmiş şəxs2 MMC-də saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 50.00 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar