Məhkəmə qərarları › İş №1(060)-346/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-346/2025

11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-346/2025 11.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Astara şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 21-ci mikrorayon, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.2.4-cü maddəsi təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2024cü ilin iyun ayında cinayətdən xəbərsiz Şahid1 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs Sumqayıt 1 nömrəli şəhər Xəstəxanasına qeydiyyatçı kimi işə götürüləcəyinə nail olacağına yalandan vəd edib, qeyd edilən məsələnin müsbət həlli üçün Şahid1 ilə razılaşmaqla sövdələşib, həmin adla sonuncudan xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, H.Əliyev prospekti, 40-cı məhəllə ərazisində yerləşən Sumqayıt 1 nömrəli şəhər Xəstəxanasının qarşısında 5500 manat almağa nail olaraq zərərçəkmış Zərərçəkmiş şəxs ümumilikdə həmin miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs öz ifadəsində göstərmişdir ki, CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti və mənası ona aydındır, həmin ittihamla özünü təqsirli bilir. Əvvəllər məhkum olunmamışdır. Şahid1 uzun müddətdir qonşu kimi tanımışdır. Həmçinin uzaqdan qohumluqları olmuşdur. Nuranə Sumqayıt şəhər 1 saylı xəstəxanada xadimə işləmişdir. 2024-cü ilin iyun ayının ortalarında Nuranəyə “Təbib”-də sürücü işləyən Elxan adlı tanışının olduğunu, həmin şəxsin köməkliyi ilə Səhiyyədə mütəlif işləri görə biləcəyini bidirmişdir. Onun bibisi qızı Fidanın tələbə olduğunu bildirmişdir. Görüşləri zamanı Nuranə ona Fidan Səhiyyədə işə düzəlmək istədiyini, kompyüter sahəsini yaxşı bildiyini, onu özünün işlədiyi Sumqayıt şəhəri 1 saylı xəstəxanaya qeydiyyatçı kimi işə düzəltmək istədiyini demişdir. Həmin vaxt maddi durumu yaxşı olmadığından, pula ehtiyacı olduğundan işə düzəltmək adı ilə Nuranənin qohumundan pul almaq, sonradan qaytarmaq qərarına gəlmiş, daha sonra Nuranəyə məsələni Səhiyyə Nazirliyində işləyən tanışı ilə danışıb bir həftəyə ona xəbər edəcəyini bildirmişdir. Bir neçə gün sonra Nuranəyə işin həlli üçün 5500 manat pul lazım olduğunu demişdir. Bundan təxminən üç-dörd gün sonra Nuranə ona zəng edib 5500 manat pulun hazır olduğunu bildirmiş, o, da Sumqayıt şəhər 1 saylı şəhər xəstəxanasına gedib orada Nuranənin özündən 5500 manat pulu əlbəəl almışdır. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş, Fidanın işə düzəldilməsi ilə bağlı verdiyi vədə əməl etməyib pulu xərclədiyindən qaytara bilməmişidr. Nuranədən aldığı 5500 manat puldan kimsəyə pul verməmişdir. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs dəymiş ziyan tərəfindən tam olaraq ödənilmiş, zərərçəkmiş şəxslə barışmış, sonuncunun ona qarşı heç bir şikayət və tələbi qalmamışdır. Bundan başqa cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tam ödəniş etməsini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun doğma dayısı qızıdır. Nuranə Sumqayıt şəhər 1 saylı şəhər xəstəxanasında xadimə işləmişdir. Nuranə 2024-cü ilin iyun ayında ona işlədiyi xəstəxanada işə düzəlməyi təklif etmiş, o, da işin ona uyğun olduğu qənaətinə gəlib təklifi qəbul etmiş, Nuranədən ona kömək etməsini istəmişdir. Bir müddət sonra Nuranə orada qeydiyyatçı kimi işə düzəlmək üçün 5500 manat pul tələb olunduğunu bildirmiş, o, həmin vaxt Sumqayıt Dövlət Univerisitetində oxumuşdur. Bundan sonra işləməsi üçün təhsilini dondurmuş, atası Vasif Cəfərov bankdan 5500 manat pul götürüb ona vermişdir. O, həmin pulu 2024-cü ilin iyun ayının 16-da Nuranəyə çatdırması üçün anası Şahid2 vermişdir. Anası Şahid2 həmin gün pulu Sumqayıt şəhər 1 saylı xəstəxanasının qarşısında görüşüb Şahid1 vermiş, Nuranə pulu götürüb işin çox qısa müddətdə həll olunacağını və onun ən geci iki günə işə çıxacağına söz vermişdir. Lakin bir müddət keçsə də, onun işindən bir xəbər çıxmamış, buna görə Nuranə ilə əlaqə saxlayıb nə baş verməsi ilə maraqlandıqda Nuranə hər dəfə müxtəlif bəhanələr gətirməklə işin düzələcəyini bildirib səbrli olmasını tələb etmişdir. Artıq Nuranənin onu aldatdığını görərək ona verilən 5500 manatı geri tələb etsə də, pul qaytarılmamışdır. Dələduzluq nəticəsində onlara 5500 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, sonuncu ilə barışmış, bu səbəbdən ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. ( i.v.1); “Əşyanın götürülməsi haqqında” 17 yanvar 2025-ci il tarixli qərara əsasən, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş 01 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. ( i.v. 20); Zərərçəkmiş şəxs 29 yanvar 2025-ci il tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. ( i.v. 27); Şübhəli şəxs Təqsirləndirilən şəxs 01 mart 2025-ci il tarixində barəsində axtarış elan edilmişdir. ( i.v.43-44); DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında hər hansı məlumat mövcud deyildir. ( i.v.49); Təqsirləndirilən şəxs 21 mart 2025-ci il tarixdə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v.69-70); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 21 mart 2025-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:10 radələrində təqsirləndirilən şəxs qismində dindirilmiş, sonuncunun ifadəsi alınmışdır. ( i.v.78-79); Təqsirləndirilən şəxs 21 mart 2025-ci il tarixində Sumqayıt ŞPİ-nin MSY-dən azad edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. ( i.v. 80-81); “Sübutların qiymətləndirilməsi haqqında” 22 mart 2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs 21 mart 2025-ci il tarixdə ARCM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Şahid1 və Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq etmə cinayət tərkibinin əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxsin, şahidlərin dindirmələri,digər istintaq hərəkəti protokolları və sair sənədlər sübut növü kimi tanınmış və qiymətləndirilmiş, Təqsirləndirilən şəxs əməlində CM-nin 32.4, 312 və 32.5-ci maddələrində nəzərdə tutulmuş rüşvət verməyə təhrik etmə cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə sonuncunun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. ( i.v. 84-88); Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, xx.xx.2025-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir; xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında vəsait yəni 1375 manat dövlət büdcəsinə ödəniş edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 178.2.4-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut- zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş, özündə “Whatsapp” yazışmalarını əks etdirən 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, sonuncunun hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 14 (on dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 04 dörd iş saatı üçün 24 manat, o cümlədən həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən vəkil Müdafiəçi 12 iş saatı üçün 132 manat cəmi 156 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut- zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş, özündə “Whatsapp” yazışmalarını əks etdirən 01 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 156 (bir yüz əlli altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar