Məhkəmə qərarları › İş №1(060)-347/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-347/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-347/2023 29.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs3, Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunması barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə verilmişdir, ona görə ki, o, yüngül dərəcəli alkaqol sərxoşluğu vəziyyətində özgənin əmlakını qəsdən məhv etmək məqsədi ilə 08 iyul 2022-ci il tarixdə, saat 09 radələrində arvadı Zərərçəkmiş şəxs1 ilə birgə nikah dövründə inşa edilmiş, ailə üzvlərinin ümumi istifadəsində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, Quşçuluq məhəlləsi ərazisində yerləşən fərdi yaşayış evinə gəlib, fərdi yaşayış evinin ikinci mərtəbəsinə daxil olaraq özü ilə gətirdiyi plastmas butulkadakı tezalışan neft məhsulunu, yəni benzin yanacağını evdə heç kimin olmamasını dəqiqləşdirdikdən sonra evin ikinci mərtəbəsinin yataq otağı, mətbəx və dəhlizinin döşəməsinə töküb qəsdən od vurub yandırmaqla, fərdi yaşayış evinin ikinci mərtəbəsinin həmin yataq otağı, mətbəx və dəhlizindəki gəlini Zərərçəkmiş şəxs2 məxsus 01 (bir) ədəd ümumi dəyəri 250 (iki yüz əlli) manat təşkil edən, 2015-ci ildən alınaraq həmin vaxtdan istifadə edilən 82 dioqanallı «LG» markalı televizoru, 01 (bir) ədəd ümumi dəyəri 60 (altmış) manat təşkil edən «Evroluks» markalı tozsoranı, 01 ədəd ümumi dəyəri 50 (əlli) manat təşkil edən «Gepas» markalı tozsoranı, 01 (bir) ədəd ümumi dəyəri 150 (bir yüz əlli) manat təşkil edən 4x3 metr ölçüdə Türkiyə istehsalı xalçanı, 02 (iki) ədəd, hər birinin dəyəri 180 (bir yüz səksən) manat, ümumi dəyərləri 360 (üç yüz altmış) manat təşkil edən 2x3 metr ölçüdə Kəşmir xalçaları, 01 (bir) ədəd ümumi dəyəri 90 (doxsan) manat təşkil edən «Evroluks» markalı çörək sobasını, 01 (bir) ədəd ümumi dəyəri 70 (yetmiş) manat təşkil edən «Gepas» markalı şirəçəkəni, 01 (bir) ədəd ümumi dəyəri 15 (on beş) manat təşkil edən «Gepas» markalı mikseri, 01 (bir) ədəd Ümumi dəyəri 80 (səksən) manat təşkil edən Ukrayna istehsalı 26 ölçülü, «Desna» markalı velosipedi, 01 (bir) ədəd ümumi dəyəri 80 (səksən) manat təşkil edən taxt döşəyini, 02 (iki) ədəd hər birinin dəyəri 40 (qırx) manat, ümumi dəyərləri 80 (səksən) manat təşkil edən tək nəfərlik döşəkləri, 02 (iki) ədəd, hər birinin dəyəri 30 (otuz) manat, ümumi dəyərləri 60 (altmış) manat təşkil edən tək nəfərlik yorğanları, 01 (bir) ədəd ümumi dəyəri 70 (yetmiş) manat təşkil edən sadə xalçanı, 01 (bir) ədəd ümumi dəyəri 180 (bir yüz səksən) manat təşkil edən yataq taxtının örtüyünü, 03 (üç) ədəd, hər birinin dəyəri 75 (yetmiş beş) manat, ümumi dəyərləri 225 (iki yüz iyirmi beş) manat təşkil edən örtükləri, 01 (bir) ədəd ümumi dəyəri 320 (üç yüz iyirmi) manat təşkil edən pərdəni, 02 (iki) ədəd, hər birinin dəyəri 160 (yüz altmış) manat, ümumi dəyərləri 320 (üç yüz iyirmi) manat təşkil edən lüsturları, 48 (qırx səkkiz) dəst ümumi dəyərləri 420 (dörd yüz iyirmi) manat təşkil edən nahar servislərini, ümumi dəyəri 2500 (iki min beş yüz) manat təşkil edən xırda qabqacaq, qaşıq dəstini, 01 (bir) ədəd ümumi dəyəri 400 (dörd yüz) manat təşkil edən Türkiyə istehsalı divanı, 01 (bir) ədəd ümumi dəyəri 30 (otuz) manat təşkil edən saçqurudan feni, 01 (bir) ədəd ümumi dəyəri 230 (iki yüz otuz) manat təşkil edən uşaq arabasını, 05 (beş) ədəd hər birinin dəyəri 10 manat, ümumi dəyərləri 50 (əlli) manat təşkil edən balışları, 01 (bir) ədəd ümumi dəyəri 750 (yeddi yüz əlli) manat təşkil edən Türkiyə İstehsalı paltar şkafını, 01 (bir) ədəd, ümumi dəyəri 750 (yeddi yüz əlli) manat təşkil edən Türkiyə istehsalı spalni (yataq) dəstini, 01 (bir) ədəd ümumi dəyəri 50 (əlli) manat təşkil edən paltar ütüləmək üçün masanı, 01 (bir) ədəd, ümumi dəyəri 30 (otuz) manat təşkil edən «Gepas» markalı paltar ütüləmək üçün masanı, 01 (bir) cüt, hər qrammm dəyəri 85 (səksən beş) manat, ümumi dəyəri 255 (iki yüz əlli beş) manat təşkil edən, üç qram çəkidə, Rusiya istehsalı, 583 əyarlı qızıl sırğanı, 01 (bir) ədəd, hər qramının dəyəri 85 (səksən beş) manat, ümumi dəyəri 425 (dörd yüz iyirmi beş) manat təşkil edən, beş qram çəkidə, Rusiya istehsalı, 583 əyarlı qızıl boyunbağını, oğlu Zərərçəkmiş şəxs3 məxsus yataq otağındakı çarpayının üstündəki döşəyin arasında saxlanılan 3,450 (üç min dörd yüz əlli) manat məbləğindəki pul əskinazlarını qəsdən məhv edib, yanğın hadisəsi nəticəsində fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün çəkiləcək ümumilikdə 12621,00 (on iki min altı yüz iyirmi bir) manat məbləğində təmir bərpa xərcləri ilə birlikdə zərərçəkmiş şəxslərə ümumilikdə 24,421 (iyirmi dörd min dörd yüz iyirmi bir) manat maddi ziyan vurmuşdur. Məhkəmədə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunması barədə iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Hadisənin bilavasitə şahidi olmamış, yalnız ailədaxili münasibətlərinin yaxşı olmadığını, mütəmadi olaraq söz-söhbətlər yarandığını bilmişdir. Ailədə ona hörmət qoymamışlar, onu incitdiklərindən o da belə bir hadisə törətmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 05 radələrindən işdə olmuş, oğlu Sadiq xx.xx.2022-ci il tarixdə saat 10 radələrində zəng edərək həyat yoldaşı Səyyadın yaşadıqları evi yandırdığını bildirmiş, bundan sonra yaşadığı evə qayıdarkən evlərinin həqiqətən yandığını görmüş, evə gələrkən ancaq həyat yoldaşını görməmiş, həyat yoldaşı hadisədən əvvəl evlərinin yanındakı mağazada gecə növbəsində mühafizəçi işləmiş, hadisədən əvvəl həyat yoldaşı növbədən çıxıb evə gələrkən işə getmiş, həyat yoldaşı qısqanclıq zəminində evlərini yandırmışdır. Evləri sənədsiz olmuş, evin kommunal ödənişləri həyat yoldaşının adına olmuş, həyat yoldaşı evin çöl hissəsini öz tikmiş, evin içərisini isə özləri, yəni o və oğlanları öz vəsaitləri hesabına təmir etmişlər. Evin 2-ci mərtəbəsi tam şəkildə yanmış, evin 1-ci mərtəbəsi isə yararsız vəziyyətə düşmüş, evin 1-ci və 2-ci mərtəbəsinin ölçüləri 9x11 kv.metr olmuş, evin dam örtüyü, 2-ci mərtəbənin döşəmə və tavanı tam yararsız vəziyyət düşmüşdür. Hadisə nəticəsində bundan başqa oğlu Rövşənə məxsus cəmi 3450 manat pul, gəlini Zərərçəkmiş şəxs2 cehizlik gətirdiyi 500 manat dəyərində olan 82 diaqonallı «LG» markalı televizor, 180 manat dəyərində olan «Evrolüks» markalı tozsoran, 130 manat dəyərində olan «Gipas» markalı ət çəkən, 300 manat dəyərində olan 4/3 ölçüdə Türkiyə istehsah xalça, biri 200 manat, 2-si 400 manat dəyərində olan 2/3 Ölçüdə Kəşmir xalça,70 manat dəyərində olan 01 ədəd sadə xalça, 180 manat dəyərində olan yataq krovatının örtüyü, biri 75 manat, 3-ü 225 manat olan 03 ədəd örtük, 320 manat dəyərində olan pərdə, 01 ədədi 160 manat, 2-si 320 manat dəyərində olan lüstürlar, 180 manat dəyərində olan «Evrolüks» markalı çörək sobası, 420 manat dəyərində 48 dəst obedennıy servis, 2500 manat dəyərində olan xırda qab-qacaq, qaşıq dəsti, meyvə qabı dəsti, 400 manat dəyərində olan Türkiyə istehsah olan divan, 135 manat dəyində olan «Gipas» markalı sok çəkən, 55 manat dəyərində olan «Gipas» markalı mikser, 30 manat dəyərində olan saç qurudan fen, 65 manat dəyərində Ukrayna istehsalı olan 26-lıq «Desna» markalı velosiped, 230 manat dəyərində uşaq kolyaskası, 200 manat dəyərində olan Rusiya istehsah olan, 583 əyarlı, 3 qram çəkidə 01 cüt sırğa, 350 manat dəyərində olan Rusiya istehsah olan 583 əyarlı 5 qram çəkidə qızıl sep, 50 manat dəyərində olan 01 ədəd taxt döşəyi, biri 25 manat, 2-si 50 manat dəyərində olan təknəfərlik döşək, biri 25 manat, 02-i 50 manat dəyərində olan təknəfərlİk yorğan 01-i 10 manat, 05-i 50 manat dəyərində olan balış, 750 manat dəyərində olan Türkiyə istehsalı olan paltar şkafı, 750 manat dəyərində olan Türkiyə istehsalı olan spalnı dəsti, 50 manat dəyərində olan paltar ütləmək üçün masa, 30 manat dəyərində olan «Gipas» markalı paltar ütləmək üçün masa yanmaqla onlara 8970 manat ziyan vurulmuşdur. Həmin yanmış qeyd etdiyi əşyalar 7 ildir gəlini və digər ailə üzvülərinin istifadəsində olmuşdur. Yanmış 3450 manat pul və əşyalarla birlikdə onlara ümumilikdə 12420 manat məbləğində maddi ziyan dəymişdir. Həyat yoldaşı evi yandırarkən evdə gəlini Nübar evin həyətində olmuş, evin yandırdıqdan sonra həyat yoldaşı Nübara evə benzin töküb yandırdığını deməklə, qırağa çəkilmələrini bildirmiş, buna görə də Nübarda zəng edib bu barədə oğlu Rövşənə demişdir. Əvvəllər həyat yoldaşı evi yandırmamış, ancaq evi yandırmaqla hədələmiş, evin yanması nəticəsində ev tam yararsız hala düşmüş və evin təmir edib köhnə vəziyyətinə gətirilməsi üçün təxminən 20.000 manat pul lazım olmuş, bu da nəzərə alındıqda baş vermiş hadisə nəticəsində onlara dəymiş maddi ziyanın məbləği ümumilikdə 32420 manat təşkil etmişdir. Yanmış 3450 manat pul oğlu Rövşənə məxsus olmuş, Rövşən həmin pulu özü işləyib yığmış və saxlaması üçün ona vermiş, hadisədən əvvəl həmin pulu evin 2-ci mərtəbəsində öz yatdığı yataq otağında olan çarpayıdakı döşəyin arasında saxlamışdır. Baş vermiş hadisə nəticəsində başqa əmlaklarına zərər dəyməmişdir. Hadisədən əvvəl həyat yoldaşı həqiqətən aralarında qısqanclıq zəmnində yaranmış mübahisədən sonra yaşadıqları evi yandıracağı ilə bağlı onu və digər ailə üzvlərini hədələmiş, ancaq həyat yoldaşının yaşadıqları evi həqiqətən yandıracağını güman etmədiklərindən nə o, nə də digər ailə üzvüləri bununla bağlı hər hansı hüquq mühafizə orqanına rəsmi məlumat verməmiş, bununla bağlı hər hansı araşdırma aparılmamışdır. Həyat yoldaşı Təqsirləndirilən şəxs öz əməlinə haqq qazandırmaq üçün şər böhtan xarakterli yalan ifadə verməklə, onunla və oğlu Sadiq arasında intim münasibətlər olduğundan şübhələndiyini bildirmiş, onunla oğlu arasında heç vaxt yaxın və intim münasibətlər olmamış, yanğın hadisəsi nəticəsində nə özü, nə də digər hər hansı ailə üzvüləri bədən xəsarəti almamışdır. Qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2015-ci ildə Zərərçəkmiş şəxs3 ilə ailə həyatı quraraq, həmin vaxtdanda ona və ailə üzvülərinə məxsus Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Xəzri yaşayış massivi Quşçuluq məhəlləsi ərazisində yerləşən fərdi evdə yaşamış, həmin evdə ondan başqa qaynatası Təqsirləndirilən şəxs, qaynanası Zərərçəkmiş şəxs1, qaynı Şahidda yaşamış, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdə olmuş, evdə həmin vaxt ondan başqa birdə azyaşlı övladları olmuş, həmin gün saat təxminən 09 radələrində evin həyətində azyaşlı Övladları ilə birlikdə olarkən qaynatası Səyyad onu səsləyib, evin ikinci mərtəbəsini benzin töküb yandırdığını bildirmiş və evdən uzaqlaşmalarını istəmiş, bundan sonra uşaqlarını götürüb evin həyətinə çıxarkən, həqiqətən evin ikinci mərtəbəsinin yandığını görmüşdür. Bundan sonra isə zəng vurub hadisə barədə həyat yoldaşı Rövşənə məlumat vermiş, aradan bir qədər keçmiş yaşadıqları evə ailə Üzvüləri, sonra isə yanğın söndürmə birqadası gəlib baş vermiş yanğını söndürməyə çalışmış, ancaq artıq gec olduğundan, evin ikinci mərtəbəsi demək olarki yanıb qurtarmış, qaynatası qısqanclıq zəminində evlərini yandırmış, evləri sənədsiz olmuş, evin kommunal ödənişləri qaynatasmın adına olmuş, evin 2-ci mərtəbəsi tam şəkildə yanıb, evin 1-ci mərtəbəsi isə yararsız vəziyyətə düşmüşdür. Əşyalar və ona dəyən ziyanla bağlı istintaq zamanı qeyd etmiş və ittiham aktında tam siyahı göstərilmişdir. Hadisədən əvvəl qaynatası həqiqətən qaynanası ilə aralarında qısqanclıq zəmnində yaranmış mübahisədən sonra yaşadıqları evi yandıracağı ilə bağlı onu və digər ailə üzvülərini hədələmiş, ancaq qaynatasımn yaşadıqları evi həqiqətən yandıracağını güman etmədiklərindən nə o, nədə digər ailə üzvüləri bununla bağlı hər hansı hüquq mühafizə orqanına rəsmi məlumat verməmiş, bununla bağlı hər hansı araşdırma aparılmamışdır. Qaynatası Təqsirləndirilən şəxs öz əməlinə haqq qazandırmaq üçün şər böhtan xarakterli yalan ifadə verməklə, qaynanası və qaynı arasında intim münasibətlər olduğundan şübhələndiyini bildirmiş, qaynanası ilə qaynı arasında heç vaxt yaxın və intim münasibətlər olmamış, hadisədən əvvəl belə bir şey görməmişdir. Yanğın hadisəsi nəticəsində nə özü, nə də digər hər hansı ailə üzvüləri bədən xəsarəti almamışdır. Təqsirləndirilən şəxs xəstəliyi olmasını bilməmişdir. Qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 08 radələrindən 09:30 radələrinədək işdə olmuş, dayısı Elxan xx.xx.2022-ci il tarixdə saat 09:10 radələrində ona zəng edərək atası Səyyadın yaşadıqları evi yandırdığını bildirmiş, bundan sonra qardaşı Sadiqə zəng edərək hadisə ilə bağlı məlumat vermiş, daha sonra isə yaşadığı evə qayıdarkən evlərinin həqiqətən yandığını görmüş, evə gələrkən ancaq atasını görməmiş, atası hadisədən əvvəl evlərinin yanındakı mağazada gecə növbəsində mühafizəçi işləmiş, hadisədən əvvəl atası növbədən çıxıb evə gələrkən işə getmiş, atası qısqanclıq zəminində evlərini yandırmışdır. Evdə əksər əşyalar və pullar yanmış, ümumilikdə 30000 manatdan artıq ziyan dəymiş, yanmış 3450 manat pul ona məxsus olmuş, həmin pulu özü işləyib yığmış və saxlaması üçün anasına vermiş, anasıda həmin pulu hadisədən əvvəl evin 2-ci mərtəbəsində öz yatdığı yataq otağında olan çarpayıdakı döşəyin arasında saxlamışdır. Hadisədən əvvəl atası həqiqətən anası ilə aralarında qısqanclıq zəmnində yaranmış mübahisədən sonra yaşadıqları evi yandıracağı ilə bağlı onu və digər ailə üzvülərini hədələmiş, ancaq atasının yaşadıqları evi həqiqətən yandıracağını güman etmədiklərindən nə o, nə də digər ailə üzvüləri bununla bağlı hər hansı hüquq mühafizə orqanına rəsmi məlumat verməmiş, bununla bağlı hər hansı araşdırma aparılmamışdır. Atası Təqsirləndirilən şəxs öz əməlinə haqq qazandırmaq üçün şər böhtan xarakterli yalan ifadə verməklə, anası və qardaşı arasında intim münasibətlər olduğundan olmamış, hadisədən əvvəl belə bir şey görməmişdir. Yanğın hadisəsi nəticəsində nə özü, nədə digər hər hansı ailə üzvüləri bədən xəsarəti almamışdır. Ev atası Təqsirləndirilən şəxs adına olmuş, evin içindəki əşyalar onlara məxsus olmuşdur. Atasının xəstəliyi olması barədə məlumatı olmamışdır. Qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 08 radələrindən 09 radələrinədək işdə olmuş, xx.xx.2022-ci il tarixdə saat 09:10 radələrində qardaşı Rövşən zəng edərək ataları Səyyadın yaşadıqları evi yandırdığını bildirmiş, bundan sonra yaşadığı evə qayıdarkən evlərinin həqiqətən yandığını görmüşdür. Evə gələrkən ancaq atasını görməmişdir. Evləri sənədsiz olmuş, evin kommunal ödənişləri atasının adına olmuşdur. Atası evin çöl hissəsini öz tikibmiş, evin içərisini isə özləri, yəni o, anası və qardaşı Öz vəsaitləri hesabına təmir etmişlər. Evin 2- ci mərtəbəsi tam şəkildə yanmış, evin 1-ci mərtəbəsi isə yararsız vəziyyətə düşmüşdür. Evdə xeyli sayda əşya və pul 3450 manat pul yanmışdır. Atası evi yandırarkən evdə gəlinlər Nübar olmuş, evin yandırdıqdan sonra atası Nübara evə benzin töküb yandırdığını deməklə, kənara çəkilməsini demiş, buna görə də Nübar da zəng edib bu barədə qardaşı Rövşənə dedimişdir. Əvvəllər atası evi yandırmamış, ancaq evi yandırmaqla hədələmiş, evin yanması nəticəsində ev tam yararsız hala düşmüş və evin təmir edib köhnə vəziyyətinə gətirilməsi üçün təxminən 20.000 manat pul tələb olunur. Ümumilikdə 32500 manat məbləğində ziyan dəymişdir. Atası anası arasında qısqanclıq zəmnində yaranmış mübahisədən sonra yaşadıqları evi yandıracağı ilə bağlı onu və digər ailə üzvülərini hədələmiş, ancaq atasının yaşadıqları evi həqiqətən yandıracağını güman etməmişdir. Atası Təqsirləndirilən şəxs şər böhtan xarakterli yalan ifadə verməklə, onunla anası arasında intim münasibətlər olduğundan şübhələndiyini bildirmiş, onunla anası arasında heç vaxt yaxın və intim münasibətlər olmamış, yanğın hadisəsi nəticəsində nə özü, nə də digər hər hansı ailə üzvüləri bədən xəsarəti almamışdır. İş materiallarında olan A/972 saylı, xx.xx.2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 noyabr 2022-ci il tarixli 9/7647 №-li rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən mağazalarda, bazarlarda, yerli internet saytlarında mövcüd olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən malların 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada aşağıdakı təxminən kimi müəyyən olunur: - 2015-ci ildən alınaraq həmin vaxtdan istifadə edilən 82 dioqanalh «LG» markalı televizor - 1 ədəd - Bir ədədinin qiyməti 250 manat - ümumi dəyəri 250 manat - «Evroluks» markah tozsoran - 1 ədəd - bir ədədinin qiyməti 60 manat - ümumi dəyəri 60 manat - «Gepas» markah tozsoran - 1 ədəd - bir ədədinin qiyməti 50 manat - ümumi dəyəri 60 manat - 4x3 metr Ölçüdə Türkiyə istehsalı xalça - 1 ədəd - bir ədədinin qiyməti 150 manat ümumi dəyəri 150 manat - 2x3 metr Ölçüdə Kəşmir xalça - 2 ədəd - bir ədədinin qiyməti 180 manat - ümumi dəyəri 360 manat - sadə xalça - 1 ədəd — bir ədədinin qiyməti - aydın deyil — ümumi dəyəri 0 manat - yataq krovatının örtüyü - 1 ədəd - bir ədədinin qiyməti - aydın deyil - ümumi dəyəri 0 manat - örtük - 3 ədəd - bir ədədinin qiyməti - aydın deyil - ümumi dəyəri 0 manat - pərdə 1 ədəd - bir ədədinin qiyməti - aydın deyil - ümumi dəyəri 0 manat - lüsturlar – 2 ədəd - bir ədədinin qiyməti - aydın deyil - ümumi dəyəri 0 manat - «Evroluks» markalı çörək sobası 1 ədəd - bir ədədinin qiyməti 90 manat - ümumi dəyəri 90 manat - 48 dəst obedniy servis, xırda qab-qacaq, qaşıq dəsti, meyvə qabı dəsti - dəst - bir dəstin qiyməti - aydın deyil - ümumi dəyəri 0 manat - Türkiyə istehsalı divan - 1 ədəd - bir ədədinin qiyməti - aydın deyil - ümumi dəyəri 0 manat - «Gepas» markalı sok çəkən - 1 ədəd - bir ədədinin qiyməti 70 manat - ümumi dəyəri 70 manat - «Gepas» markalı mikser - 1 ədəd - bir ədədinin qiyməti 15 manat - ümumi dəyəri 15 manat - saç qurudan fen - 1 ədəd - bir ədədinin qiyməti - aydın deyil - ümumi dəyəri 0 manat - Ukrayna istehsalı 26 ölçülü, «Desna» markalı velosiped - 1 ədəd - bir ədədinin qiyməti 80 manat - ümumi dəyəri 80 manat - uşaq kolyaskası - 1 ədəd - bir ədədinin qiyməti - aydın deyil - ümumi dəyəri 0 manat - taxt döşəyi - 1 ədəd - bir ədədinin qiyməti 80 manat - ümumi dəyəri 80 manat - təknəfərlik döşək - 2 ədəd - bir ədədinin qiyməti 40 manat - ümumi dəyəri 80 manat - təknəfərlik yorğan - 2 ədəd - bir ədədinin qiyməti 30 manat - ümumi dəyəri 60 manat - balışlar - 5 ədəd - bir ədədinin qiyməti - aydın deyil - ümumi dəyəri 0 manat - Türkiyə istehsalı olan paltar şkafi - 1 ədəd - bir ədədinin qiyməti - aydın deyil - ümumi dəyəri 0 manat - Türkiyə istehsalı olan spalni (yataq) dəsti - 1 ədəd - bir ədədinin qiməti - aydın deyil ümumi dəyəri 0 manat - paltar ütüləmək üçün masa - 1 ədəd - bir ədədinin qiyməti - aydın deyil - ümumi dəyəri 0 manat - «Gipas» markalı paltar ütüləmək üçün masa - 1 ədəd - bir ədədinin qiyməti - aydın deyil - ümumi dəyəri 0 manat - 01 cüt Rusiya istehsalı, 583 əyarlı qızıl sırğa - 3 qram - bir qramının qiyməti 85 manat ümumi dəyəri 255 manat - 01 ədəd Rusiya istehsalı, 583 əyarh qızıl boyunbağı - 5 qram - bir qramının qiyməti 85 manat - ümumi dəyəri 425 manat CƏMİ: 2025,0 manat Analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqmda qərarda göstərilən 14 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2025,00 manat müəyyən edilir. Digər qərarın təsviri hissəsində göstərilən 14 adda mallar haqqmda kifayət qədər məlumat (markası, modeli, istehsal iki, istehsal yeri, istismar müddəti, ölçüləri, materialı və s.) İmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 23 noyabr 2022-ci il tarixli 6/6245 №-li rəyindən görünür ki, tədqiqata yanğından sonrakı qalıq nümunələr qismində təqdim olunmuş yarı yanmış parça qalıqlarının üzərlərində və ərimiş butulkanın içərisində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır. İş materiallarında olan kompleks tikinti texniki və yanğın texniki ekspertizasının 07 dekabr 2022-ci il tarixli 10/70xx-xx/7081 №-li rəyindən görünür ki: __________________________________SMETA __________________________ № İşlərin adları ölçü miqdarı qiyməti ümumi qiymət vahidi 1 2 3 4 5 6

2. Dam örtüyünün taxta konstruksiya ilə yığılması m2 100 10 1000 və şiferin vurulması m3 4 420 1680 Taxta m 350 1 350 ədəd 55 10 550 Reyka 5x5 sm Dam örtüyü (dalğavari dəmir şifer)

3. Tavana alçıpanın vurulması (material ilə birlikdə) m2 40 15 600

4. Elektrik işlərinin görülməsi (material ilə birlikdə) 1000

5. Divarların qaşınması və şpaklyovka qatının m2 120 7 840 çəkilməsi m2 120 3 360 Divarların boya ilə kisə 25 7 175 Rrənglənməsi kq 30 3 90 şpaklyovka Boya

6. Otaqların divar kağızının soyulması və yenisi ilə m2 104 5 520 əvəzlənməsi rulon 14 25 350 Divar kağızı ədəd 6 7 42 Yapışqan

7. Divarların suvanması (material ilə birlikdə) m2 50 4 200 Sement kisə 8 7 56 Qum m3 2 20 40

8. Plastik materialdan olan pəncərənin quraşdırılması m2 11 100 1100 (material ilə birlikdə)

9. “Şpon” materialdan qapının quraşdırılması (material ilə ədəd 4 250 1000 birlikdə)

10. Yararsız döşəmənin sökülməsi və “DSP” m2 80 10 800 material ilə üzlənməsi ədəd 36 38 1368 “DSP”

11. Əlavə və nəqliyyat xərcləri 500

12. Cəmi manatla 12621.00 Qərarın birinci sualı üzrə. Qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi yəni, kənardan gətirilmiş alışdırma vasitəsinin təsirindən vaş vermişdir. Qərarın ikinci sualı üzrə. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, Quşçuluq məhəlləsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın hadisəsi nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 12621,00 manat məbləğində müəyyən olunur. İş materiallarında olan komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2914 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırki psixi vəziyyətini ambulatory şəraitdə düzgün qiymətləndirmək, törətdiyi əməl dövründə anlaqlı olub-olmamasını müəyənləşdirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müdətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş materiallarından görünür ki, hadisənin baş verdiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, Quşçuluq məhəlləsi ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, baxışın nəticəsini özündə əks etdirən protokol və fotocədvəl tərtib edilmişdir. İş materiallarında olan komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 08 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal hazırda “Üzvi sayıqlama pozuntusu” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının onuncu baxışında kodu F06.20) müəyyən edilir. Bunu cinayət işi materiallarındakı tibbi sənədlər, toplanmış ifadələr, anamnestik məlumatlar (anamnezindən uzun müddət ərzində arterial hipertoniya xəstəliyindən əziyyət çəkdiyinin məlum olması, xx.xx.2022-ci il tarixdə 3 Saylı istintaq Təcridxanasından “keçirilmiş insultdan sonrakı vəziyyət” diaqnozu ilə müalicə müəssəsinə köçürülməsi, həkimlər tərəfindən konsultasiya edilərək “baş beyin qan dövranının kəskin pozuntusu. Sağ tərəfli hemipares. Hipertoniya xəstəliyi İİİ dərəcə diaqnozu qoyularaq müalicə edilməsi) və hal hazır ki, psixatrik müayinənin nəticələri (yoxlanılan şəxsin stasionar şöbədə müayinədə olduğu müddət ərzində ümumi və şəxsi gigiyena qaydalarına kifayət qədər riayət etməməsi, xarici görkəminə yetərincə diqqət yetirməməsi, ünsiyyət qurmağa meyyilli olmaması, daxili həyəcanlarını bölüşməməsi, daxilə narahat, əhvali ruhiyyəsinin aşağı və qəzəbli olması, yuxusunun pozulması, bir neçə dəfə arterial təziqinin yüksəlməsinə görə antihipertenzif preparatlar təyin edilməsi, ekspert komissiyasının yığıncağında müayinənin keçirildiyi otağa asta gedişlə daxil olması, yerişinin qüsurlu olması, zahiri görünüşünə görə bir qədər səliqəsiz olması, mimikasında gərginlik ifadəsi müşahidə edilməsi, söhbətə könülsüz qoşulması, verilən sualları yubanaraq və əsasən müxtəsər cavablandırması, suallara həssaslıqla yanaşması, mülahizə və mühakimələrində məntiqsizlik müşahidə edilməsi, təfəkkürünün torpid olmaqla paraloji xarakter daşıması, müzakirə olunan mövzunun ikinci dərəcəli detalları üzərində ilişib qalması, aparılan sorğu sual gedişatında kəskin produktiv psixopotoloji simptomatika qismində qısqanclıq məzmununda sayıqlama ideyalarının müəyyən edilməsi, aparılmış testlərə əsasən yaddaşının zəifləməsi, diqqətinin bir qədər dağınıq olmasının qeydə alınması, intellektual imkanlarının qeyri müstəqil olması, emosiyalarında Ümumimən dəyişkənlik müşahidə edilməsi, söhbət əssasında affektiv qeyri sabitliyin özünü büruzə verməsi, əhvali ruhiyyə fonunun disforik olması, özü və ətrafdakılar üçün ciddi sosial təhlükə kəsb etməsi, hərki-iradi funksiyalarının enməsi, ona ittiham olunan cinayət əməli barəsində soruşularkən cəfəng fikirlər söyləməsi, dediklərinə böyük inamla və əminliklə yanaşması, əks- arqumentləri heç cür qəbul etməməsi, aparılan müayinənin gedişinə və ola biləcək nəticələrinə maraq göstərməməsi, törətmiş olduğu cinayət əməlinə və yaranmış vəziyyətə tənqidi münasibət bəsləməməsi və sair) sübut edir. Təqsirləndirilən şəxs uzun müddət ərzində arterial hipertoniya xəstəliyindən əziyyət çəkməsi, baş beyin qan dövranının kəskin pozulmasından sonra insult keçirməsi onun baş beyin toxumasında müvafiq dəyişikliklər getməsi ilə nəticələnmiş, sağ tərəfli hemiparizə gətirib çıxarmışdır. Bütün bunlar Təqsirləndirilən şəxs mərkəzi sinir sisteminin fəaliyyətində dəyişikliklər baş verməsi ilə müşayət olunmuşdur. Onda aşkarlanan sayıqlama pozuntusunun üzvi təbiətli olması məhz bununla əlaqədardır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi potologiya tezliklə qüvvəyə minəcək klasifikatorda - psixi, davranış və ya neroinkişaf pozuntularının beynəlxalq təsnifatının on birinci baxışında “başqa yerdə təsnif edilən pozuntularla və ya xəstəliklərlə əlaqəli ikincili psixi və davranış sindiromları” rubrikasında 6E61.1 kodu altında “ikincili psixotik sindirom, sayıqlamalarla” olaraq qeyd edilir. İİ. Yekun hissəsi. Ekspert komissiyası cinayət işi materiallarım, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal hazırki stosionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi kimi cavablandırır: 1-ci sual: Təqsirləndirilən şəxs ruhi xəstəliyin əlamətləri varmı? Əgər belə əlamətlər varsa onun cinayət əməli törədərkən anlaqlı olub-olmaması və öz hərəkətlərini dərk etmək iqtidarında olub-olmaması müəyyən edilsin. Cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs “üzvi sayıqlama pozuntusu” aşkar olunur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi üzvi sayıqlama pozuntusu nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. 2-ci sual: Təqsirləndirilən şəxs hərəkətlərinin Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşüb-düşməməsi və hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarında olub-olmaması müəyyən edilsin. Cavab: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda da üzvi sayıqlama pozuntusundan əziyyət çəkir. Buna görədə Təqsirləndirilən şəxs hal hazırda da öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Özü və ətrafdakılar üçün ciddi sosial təhlükə kəsb edir. Hal hazırki psixi drumuna görə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatiriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə prosessual fəaliyyət qabiliyyəti olmayan qardaşı Təqsirləndirilən şəxs qanuni nümayəndəsi təyin olunmuşdur. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-337/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-517/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Psixatrik X1 Şəxsin xəstəxanasına yerləşdirilmişdir. İş materiallarından görünür ki, anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs istintaq hərəkətlərinin aparılmasına cəlb olunması qeyri mümkün olduğu üçün Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə iş üzrə icraatda iştirak edə bilməməsi barədə protokol tərtib edilərək istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorun vasitəsilə Sumqayıt şəhər Məhkəməsinə müraciət olunmuş və Sumqayıt şəhər Məhkəməsinin 10 fevral 2023-cü il tarixli, 4(060)-43/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan cinayət işi üzrə cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İş materiallarından görünür ki, barəsində təhlükəsizlik tədbirləri görülməsi məqsədilə Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X3 küçəsi 155 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Psixatrik X1 Şəxsin xəstəxanasına yerləşdirilməsi məqsədi ilə Sumqayıt şəhər Məhkəməsi tərəfindən 10 fevral 2023-cü il tarixli, 4(060)-44/2023 nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29, 120, 186.2.1 və 186.3-cü maddələrinin tərkib əlamətləri olmadığından, həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmiş, hadisə yerinə baxış keçirilərkən götürülmüş bir ədəd zərfdəki yanğından sonrakı qalıqlar, yəni üzərlərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər olan yarıyanmış parça qalıqları və içərisində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər olan ərimiş butulkanın maddi sübut kimi tanınaraq, saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, cinayət işi materiallarına əlavə edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmiş qəsdən məhv edilmiş əmlakların dəyəri əsas götürülməklə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, cinayət işi materiallarına əlavə edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilməyən qəsdən məhv edilmiş əmlakların dəyərləri barədə zərərçəkmiş şəxslər tərəfindən verilmiş məlumatlar əsas götürülməklə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X2 tərəfindən verilmiş 3381 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixi vəziyyəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməz. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş, cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamış, törətdiyi cinayət əməli barəsində anlaqsız hesab edilmiş, əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən ona Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan hadisə yerinə baxış keçirilərkən götürülmüş bir ədəd zərfdəki yanğından sonrakı qalıqlar, yəni üzərlərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər olan yarıyanmış parça qalıqları və içərisində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər olan ərimiş butulka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq, məhkəmə-kimyəvi və kompleks məhkəmə yanğın və tikinti-texniki ekspertizasının dəyəri ümumilikdə 280 manat (50+80+150) dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nın 21.1-ci maddəsində qeyd olunmuşdur ki, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. 21.2. Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. 21.3. Anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.Həmin Məcəllənin 95.0-cı maddəsində qeyd olunmuşdur ki, məhkəmə psixi pozuntusu olan şəxslərə aşağıdakı tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər: 95.0.1. məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi; 95.0.2. ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə; 95.0.3. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə; 95.0.4. ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə. Azərbaycan Respublikası CPM-nın 348.2-ci maddəsində qeyd olunmuşdur ki, aşağıdakı hallarda məhkəmə baxışının nəticələrinə dair məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərdən birinin tətbiq edilməsi barədə qərar çıxarır: 348.2.1. əməlin törədilməsi zamanı təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olduqda; Azərbaycan Respublikası CPM-nın 477.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə istintaqı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin zəruriliyi barədə dövlət ittihamçısının məruzəsi ilə başlanır. Sonra məhkəmə cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutları tədqiq edir və barəsində icraat aparıldığı şəxsin müdafiəçisini və qanuni nümayəndəsini, habelə dövlət ittihamçısının fikrini dinləyir. Daha sonra qərarın çıxarılması üçün məhkəmə müşavirə otağına gedir. 477.2. Qərar çıxararkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: 477.2.1. ictimai təhlükəli əməlin törədildiyini; 477.2.2. həmin əməlin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparıldığı şəxs tərəfindən törədildiyini; 477.2.3. əməlin anlaqsız vəziyyətdə törədildiyini və həmin şəxsin məhkəmə baxışı zamanı həmin vəziyyətdə olmasını; 477.2.4. şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansının tətbiq edilməsinə ehtiyac olduğunu. 477.3. Şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. 477.4. Şəxs ictimai təhlükəli olmadıqda və onun tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı olmadıqda, məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Məhkəmə şəxsin əməli törətdiyi anda anlaqsız olması, baxışı zamanı sağaldığı halda da məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 21 və 95-ci maddələri, Azərbaycan Respublikası CPM-nin 348 və 477-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

Cinayət törədən zaman və hal-hazırda anlaqsız vəziyyətdə olan xx xxxxxxx 1966-cı il tarixdə Gədəbəy rayonu Heriknaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 38/6 qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 30, mənzil 23-də yaşamış, barəsində Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə istintaq aparılmış, prosessual fəaliyyət qabiliyyətli olmayan, “barəsində təhlükəsizlik tədbirləri görülməsi məqsədilə xüsusi tibb müəssisəsinə yerləşdirmə” haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan hadisə yerinə baxış keçirilərkən götürülmüş bir ədəd zərfdəki yanğından sonrakı qalıqlar, yəni üzərlərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər olan yarıyanmış parça qalıqları və içərisində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər olan ərimiş butulka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq, məhkəmə-kimyəvi və kompleks məhkəmə yanğın və tikinti-texniki ekspertizasının dəyəri ümumilikdə 280 manat (50+80+150) dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar