Məhkəmə qərarları › İş №1(060)-347/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-347/2025

29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-347/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Xızı rayonu, Şurabad kındində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1 və 256.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları əldə etmiş, saxlamış, daşımış, gəzdirmiş, eyni zamanda balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan qeyd olunan əşyadan və özüüzrən nəqliyyat vasitəsindən istifadə edərək qanunsuz balıq tutmaqla balıq ehtiyyatlarına xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasinin Qanunun 19-cu bəndində nəzərdə tutulmuş diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlara aid edilən - sapının diametri 0,15 mm, dəliklərinin daxili ölçüsü 45x45 mm olan, 1 qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş uzunluğu 15 metr, eni 3 metr olan, açıq yaşıl rəngli 01 ədəd toru istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək, saxlayıb, gəzdirməklə 04 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi istiqamətində Xəzər dənizinin sahilinə daşımış, həmin vaxt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan sintetik təksaplı torla qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə özüüzən nəqliyyat vasitəsi sayılan 01 ədəd “Yamaha-48” və “Yamaha-75” markalı mühərriklərlə təchiz edilmiş bort nömrəsi ABA 1950 olan taxta qayıqla Xəzər dənizinə daxil olub, mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşya olmaqla yanaşı, balıqların və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitə hesab olunan, əlamətləri yuxarıda qeyd olunan sintetik təksaplı tordan istifadə edib, hər birinin dəyəri 11 manat olmaqla, ümumilikdə 1111 manat dəyərində 101 ədəd çapaq balıqlarını qanunsuz tutub, bahq ehtiyatlarına ümumilikdə 1111 (min yüz on bir) manat məbləğində maddi ziyan vurduqdan sonra, həmin tarixdə saat 14:00 radəsində Su NPİ-nin Sumqayıt XPM-nin və həmin idarənin BQM və BEMB-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd “Yamaha-48” və “Yamaha-75” markalı mühərriklərlə təchiz edilmiş bort nömrəsi ABA 1950 olan taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd 20 litrlik yanacaq qabı, sapının diametri 0,15 mm, dəliklərinin daxili ölçüsü 45x45 mm olan, 1 qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 15 metr, eni 3 metr olan, açıq yaşıl rəngli 01 ədəd tor və 101 ədəd çapaq balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 04 sentyabr 2024-cü il tarixdə balıq tutmaq üçün Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizinə getmiş, istifadə etdiyi 01 ədəd taxta qayıqdan və özü ilə götürdüyü tordan istifadə edərək Xəzər dənizinə girib balıq tutmağa başlamış, toru dənizdə qurub tora balığın düşməsi üçün bir neçə saat gözləmişdir. Bir qədər sonra toru yoxlayarkən çoxlu sayda çapaq balıqlarını tutduğunu görmüşdür. Sonra həmin toru qayığa yığmış və qayıqda toru təmizləyərkən 101 ədəd çapaq balıqları tutduğunu görmüşdür. Sahilə çıxarkən X9 idarəsinin əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları istifadə etdiyi 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd yanacaq qabı, 01 ədəd tora və tutduğu balıqlarına baxış keçirmişlər. Baxışdan sonra polis əməkdaşları istifadə etdiyi balıqqovlama vasitələrini, tutduğu balıqları götürmüşlər və bununla bağlı protokol tərtib etmişlər, protokolla tanış olduqdan sonra imzalanmışdır. Onun balıq tutmaqda istifadə etdiyi toru təxminən 4-5 il qabaq Sumqayıt şəhərində tanımadığı şəxsdən almış, balıq tutmaqda ona heç kim köməklik etməmiş, balıqları özü tək tutmuş, balıqları dolanışıq üçün satıb qazanc əldə etmək istəmişdir və həmin torun qadağan edildiyini bilməmişdir. İstifadə etdiyi qayıq tanışı Şahid3 məxsusdur. Qayığı ondan götümüşdür ki, balıq tutub dolanışığını təmin etsin. Balıqçılıq fəaliyyəti ilə bağlı Şahid3 ilə şərikliyi yoxdur. Təqsirləndirilən şəxs təbiətə vurulmuş zərər kimi hesablanmış 1111 manatı ödəməsini və törətdiyi əməlin qadağan olunmasını bilməməsini nəzərə almağı xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eksper rəyi, baxış keçirilməsi zamanı qeyə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir Məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 ifadəsində göstərmişdir ki, 04 sentyabr 2024-cü il tarixdə Su NPİ-nin Sumqayıt XPM-nin və həmin idarənin BQM və BEMB-nin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz bahq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilmiş, həmin tarixdə saat 14:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bununla bağlı video çəklişlə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs qayıq, onun vasitələri, sintetik tor və 101 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Balıqların tutulması nəticəsində balıq ehtiyatlarına vurulmuş zərərin məbləği 1111 manat hesablanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 İdarəsinin Sumqayıt XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 ifadəsində göstərmişdir ki, 04 sentyabr 2024cü il tarixdə Su NPİ-nin Sumqayıt XPM-nin, həmin idarənin BQM və BEMB-nin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilmiş, həmin tarixdə saat 14:00 radəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bununla bağlı video çəkiliş vasitəsilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs mühərriklərlə təchiz edilmiş 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd yanacaq qabı, 01 ədəd sintetik tor və 101 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, balıqları həmin qayıq və tor ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizindən tutmuşdur. Həmin vaxt müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Xəzər dənizində balıq tutmağa rəsmi icazəsi yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 İdarəsinin BQM və BEMB-nin baş inspektoru Şahid2 ondan əvvəl ifadə vermiş digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək baxış zamanı baxış zamanı Təqsirləndirilən şəxs mühərriklərlə təchiz edilmiş 01 ədəd taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd yanacaq qabı, 01 ədəd sintetik tor və 101 ədəd çapaq balıqlarının aşkar edilərək götürüldüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hazırda heç yerdə işləmir, fərdi əməklə məşğul olmaqla öz ailəsini dolandırır. 2023-cü ildə etibarnamə əsasında aldığı 01 ədəd “Yamaha-48” və “Yamaha-75” markalı mühərriklərlə təchiz edilmiş taxta qayıq ona məxsusdur. O, həmin qayığı aldığı vaxtdan istifadə etməmişdir. Qayıq boş qalmasın deyə işlətmək üçün Təqsirləndirilən şəxs vermişdir. 04 sentyabr 204-cü il tarixdə Nazim Sumqayıt şəhəri, Corat qəsəbəsi istiqamətində Xəzər dənizinə balıq tutmağa çıxmış və sahilə qayıdan zaman Su Nəqliyyatının polis idarəsinin əməkdaşları onu saxlamışdır. Bu barədə ona zəng edib məlumat vemrişlər, o da həmin vaxt əraziyə gəlmiş, qayığın ona məxsus olmasını bildirmişdir. Lakin, Nazimin tutduğu balıqların ona heç bir aidiyyəti yoxdur, onların hər hansı şərikliyi olmamışdır. Qeyd etdiyi kimi o yalnız öz qayığını Nazimə vermişdir, lakin Nazimin işi ilə hər hansı bağlılığı olmamışdır. Aşkar edilmiş sintetik torun da ona hər hansı aidiyyəti olmamışdır. Polis əməkdaşları Nazimin istifadə etdiyi balıqovlama vasitələrinə və tutduğu balıqlara baxış keçirmişlər. Baxışdan sonra balıqovlama vasitələri və balıqlar götürülmüşdür. Cinayət işinin 102-103-cü vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 4-5-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan, həmin zaman qeydə alınmış video görüntülərdən və çəkilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman ondan 01 ədəd “Yamaha-48” və “Yamaha-75” markalı mühərriklərlə təchiz edilmiş taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd 20 litrlik yanacaq qabı, 01 ədəd tor və 101 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Cinayət işinin 59-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4747 saylı məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Nəqliyyatda Baş Polis İdarəsi Zərflər üçün” dairəvi möhür əks olan; “Təqsirləndirilən şəxs götürülmüş tor; üç imza, Tərtib etdi: təhqiqatçı- Məmmədov-imza” yazısı əlavə olunan polietilen bağlamada olan açıq yaşıl rəngli torun sapının diametri-0,15 mm, dəliklərinin daxili ölçüsü 45x45 mm, bir qatlı poliamid sintetik kimyəvi liflərdən istehsal olunmuş torlardır. Cinayət işinin 75-ci vərəqəsində olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-14-21/2-849/2024 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Cinayət işinin 58-ci vərəqəSində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci müvafiq olaraq 154 (bir yüz əlli dörd) manat təşkil edir. Cinayət işinin 40-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs 101 ədəd çapaq balıqlarının qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 1111 manat məbləğində ziyan dəymişdir. Cinayət işinin 24-cü vərəqəsində olan "xxxx" ASC-yə məxsus ödəniş qəbzindən görünür ki, balıq ehtiyatlarına dəymiş zərərə görə Təqsirləndirilən şəxs tərəfindən 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına 1111 manat ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş iş üzrə zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-14-43/2-210/2025 saylı məktubundan görünür ki, borclu Təqsirləndirilən şəxs tərəfindən təbiətə dəymiş 1111 (min yüz on bir) manat ziyan tam ödənilmişdir. Borc məbləği ödənildiyi üçün mülki iddiadan imtina edirlər, heç bir tələb və şikayətləri yoxdur. Cinayət işinin 18-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli AR-İİİ seriyalı 237823 nömrəli etibarnamədən görünür ki, “Yamaha-48” və “Yamaha-75” markalı mühərriklərlə təchiz edilmiş bort nömrəsi ABA 1950 olan taxta qayıq üzrə Şahid3 çoxsaylı səlahiyyətlər, o cümlədən sərənacam hüququ verilmişdir. Etibarnamə üzrə səlahiyyətlər xx.xx.2029-cu il tarixədək müəyyən edilmişdir. Cinayət işinin 63-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Yamaha-48” və “Yamaha-75” markalı mühərriklərlə təchiz edilmiş bort nömrəsi ABA 1950 olan taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd 20 litrlik yanacaq qabı, 01 ədəd sapının diametri 0,15 mm, dəliklərinin daxili ölçüsü 45x45 mm olan, 1 qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 15 metr, eni 3 metr olan, açıq yaşıl rəngli tor və 101 ədəd çapaq balıqları maddi sübut kimi tanınmış, balıqlar tez xarab olan ərzaq mal hesab edildiyi üçün xx.xx.2024- cü il tarixdə müvafiq akta əsasən fiziki şəxs X6 və 01 ədəd “Yamaha-48” və “Yamaha-75” markalı mühərriklərlə təchiz edilmiş bort nömrəsi ABA 1950 olan taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd 20 litrlik yanacaq qabının Su NPİ-nin Sumqayıt XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 verilməsi nəzərə alınmış, həmçinin götürülmüş 01 ədəd sapının diametri 0,15 mm, dəliklərinin daxili ölçüsü 45x45 mm olan, 1 qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 15 metr, eni 3 metr olan, açıq yaşıl rəngli torun Su NPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 111-116-cı vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 01 ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 28-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 110-cu vərəqəsində olan “Respublika Psixiatriya Xəstəxanası” X11 xx.xx.2024-cü il tarixli, 14824 saylı məktubundan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicə olmamışdır. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasinin Qanunun 19-cu bəndinə əsasən diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşya kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2.5.1-ci bəndinə əsasən balıqovlama biletləri olmadan balıq və digər su bioresurslarının ovu, 2.5.21-ci bəndinə əsasən isə kapron və kətan liflərdən hazırlanmış torlar istisna olmaqla, digər sintetik saplı və təksaplı torlarla balıq və digər su bioresurslarının ovu balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan balıqçılıq subyektlərinə qadağandır. Beləliklə, Təqsirləndirilən şəxs qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları əldə etmə, saxlama, daşıma, gəzdirmə, eyni zamanda balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan qeyd olunan əşyadan və özüüzrən nəqliyyat vasitəsindən istifadə edərək qanunsuz balıq tutmaqla balıq ehtiyyatlarına xeyli miqdarda ziyan vurma cinayətlərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, baxış keçirilməsi zamanı qeydə alınmış foto və video görüntülər, həmin zaman tərtib ediliş protokol, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməlləri Azərbaycan Respublikası CM-in 233-1.1 və 256.2.2-ci maddələri ilə düzgün tövsif edilmiş, o həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 233-1.1 və 256.2.2-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 233-1.1-ci maddəsinə əsasən qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 256.2.2-ci maddəsinə əsasən özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən istifadə etməklə törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasəsən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə məhkum edilməsini, balıq ehtiyyatlarına vurulmuş zərərə görə hesablnamış məbləği tam ödəməsini, buna görə də zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçının mülki iddia tələbindən imtina etməsini, ona qarşı hər hansı tələb və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, yəni özünü təqsirli bilməsini, ilk dəfə məhkum edilməsini, balıq ehtiyyatlarına vurulmuş zərərə görə hesablnamış məbləği tam ödəməsini, buna görə də zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçının mülki iddia tələbindən imtina etməsini, ona qarşı hər hansı tələb və şikayətinin olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 233-1.1 və 256.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun Azərbaycan Respublikası CM-in 233-1.1-ci maddəsi ilə ittiham edilməsinə səbəb olmuş diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torun balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan əşya olmasını, bu səbəbdən də mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalar siyahısına daxil edilməsini, bu əməllərin ictimai təhlükəliyinin yüksək olmasını nəzərə alaraq qanunvericinin cinayət qanununda bu növ cinayətlərə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutmasını xüsusi nəzər alır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplanmaqla ona qəti azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün çıxarıldığı 29 may 2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Sumqayıt XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 təhvil verilmiş 01 ədəd “Yamaha-48” və “Yamaha-75” markalı mühərriklərlə təchiz edilmiş bort nömrəsi ABA 1950 olan taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd 20 litrlik yanacaq qabı hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Şahid3 qaytarılmalı, X9 İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd sapının diametri 0,15 mm, dəliklərinin daxili ölçüsü 45x45 mm olan, 1 qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 15 metr, eni 3 metr olan, açıq yaşıl rəngli tor hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 101 ədəd çapaq balıqlarının fiziki şəxs X5 təhvil verilməsi nəzərə alınmalı, 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 154 (yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Eyni zamanda zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki iddiadan imtina etməsi nəzərə alınaraq iş üzrə mülki iddiaya xitam verilməlidir. Müdafiəçi xərcləri ilə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 04 saata görə 24 (iyirmi dörd) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 13 saata görə isə 143 (yüz qırx üç) manat, ümumilikdə 167 (yüz altmış yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Qeyd edilən qərara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarı ilə dəyişiklik edilmiş və dəyişikliyə əsasən Qərarın 1-ci hissəsində “maddələrində” sözündən sonra “və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində” sözləri əlavə edilmiş və həmin hissədə “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilmişdir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1 və 256.2.2-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 233-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.2.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sumqayıt XPM-nin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 təhvil verilmiş 01 ədəd “Yamaha-48” və “Yamaha-75” markalı mühərriklərlə təchiz edilmiş bort nömrəsi ABA 1950 olan taxta qayıq, 02 ədəd taxta avar, 01 ədəd 20 litrlik yanacaq qabı hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Şahid3 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və X9 İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd sapının diametri 0,15 mm, dəliklərinin daxili ölçüsü 45x45 mm olan, 1 qatlı poliamid sintetik kimyəvi liflərindən istehsal olunmuş, uzunluğu 15 metr, eni 3 metr olan, açıq yaşıl rəngli tor hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanımış 101 (yüz bir) ədəd çapaq balıqlarının fiziki şəxs X5 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin mülki iddiadan imtina etməsi nəzərə alınaraq iş üzrə mülki iddiaya xitam verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 154 (yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 04 saata görə 24 (iyirmi dörd) manat, xx.xx.2025-ci il tarixdən indiyədək məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 13 saata görə isə 143 (yüz qırx üç) manat, ümumilikdə 167 (yüz altmış yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar