Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-349/2025 16.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X6, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5, 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 25 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 01 ədəd şəffaf polietilen bükümdə xeyli miqdarda, təmiz çəkisi 0.973 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini üstündə saxlayaraq daşımış, 05 mart 2025-ci il tarixdə saat 20:32-də Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi. Sülh küçəsində yerləşən avtobus dayanacağının qarşısında saxlanılaraq, üzərində aparılan şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,973 qram olan kustar üsulla hazırlanmış nakotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitəni şəxsi istifadəsi üçün Corat qəsəbəsindən tanımadığı şəxsdən 20 manata əldə etmişdir. Polis əməkdaşları ona yaxınlaşıb saxlamışlar, üzərindən “heroin” aşkar edilmişdir. Narkotik vasitənin miqdarı bir qrama yaxın olmuşdur. Saxlanılan zaman ona qarşı hər hansı təzyiq olmamışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Yekun məhkəmə baxış iclasında təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək nakotik vasitənin ona məxsus olmadığını, təzyiq altında ifadə verdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə Sumqayıt şəhər Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli hökmü ilə 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 10 aprel 2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. O, bir ildən artıq müddətdir ki, narkotik maddələrdən istifadə edir. 05 mart 2025-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə heroin alıb, əynindəki qara rəngli gödəkçəsinin sol yan cibində gizlətmişdir. Həmin gün saat 20:32-də Corat qəsəbəsi, Sülh küçəsində yerləşən avtobus dayanacağının qarşısından piyada keçərkən, ona mülki geyimdə olan 3 nəfər polis əməkdaşı yaxınlaşıb Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları olduqlarını və onu narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməkdə şübhəli olduğunu deyərək, onu şübhəli şəxs kimi saxladıqlarını bildirib üzərinə videoçəki 1 işlə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. O, etiraz etməmiş və polis əməkdaşları üzərində əldə olunması, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşyanın və ya predmetin olub-olmadığını soruşmuşlar və əgər varsa, təqdim etməsini təklif elmişlər. O da əynindəki qara rəngli gödəkçəsinin sol yan cibində saxladığı 1 ədəd şəffaf polietilen bükümdə heroini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışı keçirən polis əməkdaşı tərəfindən həmin şəffaf polietilen büküm açılmış və içərisində olan narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşı ondan bükümün içərisindəki kütlənin nə olduğunu, haradan və nə vaxt əldə etdiyini soruşduqda, o. aşkar olunmuş kütlənin heroin olduğunu, həmin kütləni 05 mart 2025-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını və narkotik vasitə istifadəçisi olduğu üçün həmin maddədən istifadə etmək məqsədilə əynindəki görəkçəsinin sol yan cibində saxladığını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı üzərindən aşkar olunmuş 01 ədəd şəffaf polietilen bükümdə olan narkotik vasitə heroini tərəziyə qoyub çəkmiş və 1,19 qram olduğu müəyyən edilmişdir, daha sonra həmin büküm ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Polis əməkdaşı bununla bağlı müvafiq sənədləşmə aparılması məqsədilə Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə gedəcəklərini bildirmiş və o. polis əməkdaşları ilə birlikdə 1-ci polis bölməsinə gəlmişdir. Bundan sonra onu xidməti otaqlardan birinə dəvət etmişlər və təhqiqatçı ona üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək, hüquq və vəzifələrini izah etmiş və hüquqlarının müdafiəsi üçün vəkil təqdim etmişdir. Daha sonra videoçəkilişlə. vəkilin iştirakı ilə üzərinə yenidən şəxsi axtarış keçirilərkən, üzərində əldə olunması, saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş narkotik vasitə, psixotrop maddə, hər hansı əşya və ya predmet olub olmadığı soruşulmuş, o. təhqiqatçıya Sumqayıt şəhəri. Corat qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış keçirildiyini və gödəkçəsinin sol yan cibində saxladığı bir ədəd bükümdə narkotik vasitə heroinin aşkar edildiyini bildirmişdir. Təhqiqatçı Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş narkotik vasitə heroinin qablaşdırıldığı zərfi göstərib içərisindəki bükümün ona məxsus olub-olmadığını soruşmuş, o. həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu dedikdə, təhqiqatçı üzərindən aşkar edilmiş narkotik vasitəni harada, kimdən və hansı məqsədlə aldığını soruşmuş, o. üzərindən aşkar edlmiş heroini 3-4 saat əvvəl Sumqayıt şəhəri. Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat aldığını bildirmişdir. Bundan sonra üzərində əldə olunması, saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub olmadığını dəqiqləşdirmək məqsədilə təkrar şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş heç bir şey aşkar olunmamışdır. Daha sonra bu barədə protokol tərtib olunmuş və o, eləcə də müdafiəçisi digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin CA üzrə əməliyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, ona daxil olmuş əməliyyat məlumatında Valeh adlı şəxsin narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində şübhəli olduğu bildirilmişdir. Həmin əməliyyat məlumatı bölmə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda 1-ci PB-nin əməliyyat müvəkilləri, polis leytenantı Şahid2 və polis leytenantı Şahid3 iştirak etmişlər. Onlarla birlikdə həmin məlumatı yoxlamaq üçün Corat qəsəbəsinə yollanmışlar. Corat qəsəbəsində Sülh küçəsində avtobus dayanacağının yaxınlığında həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər və onun saxlanma səbəbini və hüquq və vəzifələrini izah etmişlər. Ona bölmədə vəkillə təmin olunacağını və digər hərəkətlərin aidiyyatı üzrə bölmədə davam etdiriləcəyini bildirmişlər. Üzərinə axtarış keçirilməmişdən öncə üzərində qanunla qadağan olunmuş hər hansı bir narkotik vasitə, prekusor varsa təqdim etməsi bildirilən zaman şəxs üzərində olan narkotik vasitəni onlara təqdim etdi, həmin narkotik vasitə tərəflərindən qablaşdırıldı, möhürləndi və bundan sonra ŞPİ-nin 1-ci PB-nə gəlmişlər. Bölmədə şəxs vəkillə təmin olunmuş, təhqiqatçı və vəkil tərəfindən suallar verildi. Şəxs saxlanılan zaman heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 elan edilmiş ifadəsindən görünür ki, 05 mart 2025-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri. Corat bağları yaşayış massivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı 1-ci PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Əşrəf oğlu daxil edilmişdir. 05 mart 2025-ci il tarixdə saat 20:32-də Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən avtobus dayanacağının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində saxlanılmışdır. Onlar özlərini təqdim etdikdən sonra o, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə olunması, qəbulu və üzərində gəzdirməkdə şübhəli şəxs kimi saxlanıldığını deyərək, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində əldə olunması, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşub, əgər olarsa, təqdim etməsini təklif etmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd şəffaf polietilen büküm çıxarıb ona təqdim etmişdir. Həmin şəffaf polietilen bükümü açdıqda, içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlənin olduğunu müəyyən etmişdir. Bükümü Təqsirləndirilən şəxs göstərib, içərisindəki maddənin nə olduğunu, haradan, nə vaxt və hansı məqsədlə əldə etdiyini soruşduqda. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu, həmin maddəni Sumqayıt şəhəri. Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə 20 manata aldığını və gödəkçəsinin sol yan cibində saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd şəffaf polietilen bükümdə olan narkotik vasitə heroinə oxşar kütləni tərəziyə qoyub çəkmiş və ümumi çəkisinin 1,19 qram olduğunu müəyyən etmişdir. Həmin narkotik vasitə olan heroinə oxşar kütləni ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qablaşdırıb Azərbaycan Respublikası DİN-nin 125 nömrəli möhürü ilə möhürləmiş və bütün iştirakçılar zərfin üzərində imza elmişlər. Bununla bağlı müvafiq sənədləşmə aparılması məqsədilə Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinə gedəcəklərini bildirmiş və Təqsirləndirilən şəxs ŞPİ-nin 1-ci PB-nə gətirmişlər. Xidməti otaqlardan birində PB-nin təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmov özünü təqdim edərək, Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli şəxs kimi saxlanıldığını və üzərinə şəxsi axtarış keçirildiyini, üzərindən narkotik vasitəyə oxşar kütlənin aşkar edildiyini, tərəzidə çəkilərək zərfə qablaşdırıldığını və şəxsi axtarışın videoçəklişlə qeydə alınaraq protokollaşdırıldığım, həmin zərilə diskin təhqiqata təqdim olunduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı X13 Əhmədova hüquq və vəzifələrini izah edib, bu barədə bildirişi ona vermiş və hüquqlarını müdafiə edəcək vəkil Ruslan Mustafazadəni təqdim elmişdir. Daha sonra təqdim olunmuş zərfi Təqsirləndirilən şəxs göstərərək, içərisindəki bükümün ona məxsus olub-olmadığını soruşmuş. Təqsirləndirilən şəxs bükümün onun əynindəki gödəkçəsinin sol yan cibindən aşkar edilib götürüldüyünü təsdiqlədikdə, təhqiqatçısı Rəşad Məhərrəmov bükümdəki küllənin nə olduğunu, həmin kütləni harada və kimdən, hansı məqsədlə əldə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs bükümdəki küllənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəsi 05 mart 2025-ci il tarixdə, yaxalanmamışdan 3-4 saat əvvəl Sumqaxıt şəhəri, Coral qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı Rəşad Məhərrəmov təkrarən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, lakin onun üzərindən əldə olunması, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Həmin vaxt müdafiəçi X10 Əhmədovdan üzərindən aşkar edilmiş küllənin ona məxsus olubolmadığını, saxlanılarkən hadisə yerində və ya polis bölməsinə gətirilərkən, yaxud polis bölməsində polis əməkdaşları tərəfindən işgəncələrə və ya fiziki zora məruz qalıbqalmadığını soruşmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdəki narkotik vasitə heroinin ona məxsus olduğunu, polis əməkdaşları tərəfindən ona qarşı heç bir işgəncə və ya fiziki zor tətbiq olunmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən videoçəkiliş dayandırılmış və protokol tərtib olunaraq, bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə Təqsirləndirilən şəxs narkotik vasitələri gəzdirməsi və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 05 mart 2025-ci il tarixdə, saat 20:32 dəqiqədə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən 4 nömrəli avtobusun dayanacağının yaxınlığında hərəkətdə olan zaman saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında,əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən çıxardığı şəffav sellofan bükümün içərisindən qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edildi, elektron tərəzidə çəkildi və bükümlə birlikdə 1.19 qram olması müəyyən olundu. Sonra həmin kütlə qablaşdırıldı, saxlanılan şəxs və bizim tərəfimizdən imzalanaraq götürüldü. Daha sonra şəxsin üzəri yoxlanıldı, qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinmədi. Üstünü yoxlama zamanı «Xiaomi» markalı mobil telefonun videokamerası vasitəsi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən video çəkiliş aparıldı. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, 4 nömrəli avtobus dayanacağının yaxınlığında xx.xx.2025-ci il tarixdə saat 20:32-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyanın götürülməsi və baxışın keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Nonor markalı mobil telefon işə salındı və iştirakçılarla birlikdə xx.xx.2025-ci il tarixdə, saat 24:00-da PB-də, xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və vəkili X4 təqdim olundur. Sonra vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs ğlundan üzərindən aşkar olunaraq təhqiqata təqdim olunmuş 1 ədəd zərfdə nə olduğu soruşuldu, Təqsirləndirilən şəxs 1 ədəd zərfdə şəffaf rəngli selefon bükümdə narkotik vasitə olan heroin olduğunu, özü istifadə etməsi üçün üzərində, yəni əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində saxladığını, təxminən 3-4 saat əvvəl Corat əsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını, üzərində saxlamada məqsədi özü istifadə etmə üçün olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün götürüldü. Daha sonra vəkil X1 şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı zaman hər hansı fiziki təzyiqə məruz qalıbqalmadığı, təhqiqata təqdim olunan kütlənin onun üzərindən aşkar olunub-olunmaması, ona məxsus olub-olmadığı soruşuldu, Təqsirləndirilən şəxs saxlandığı zaman hər hansı fiziki təsirə məruz qalmadığını, təhqiqata təqdim olunan kütlənin onun üzərindən aşkar olunan kütlə olduğunu və ona məxsus olduğunu, kütlənin qablaşdırıldığı zərf üzərində olan imzanın da ona məxsus olmasını bildirdi. - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 20/19 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə: Saxlanılan şəxs /imza/ Təqsirləndirilən şəxs: əməliyyat müvəkkili /imza/ Şahid1; ə/m /imza/ Şakir Şükürov əl yazıları olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,973 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,923 qram heroin qalıq qalmışdır. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin disk “HP” markalı komputerə daxil edildikdə 01 ədəd "WhatsApp video 2025-03-06 13.24.57" qovluğunun olduğu müəyyən edildi. Qovluqda olan 86418 KBlıq 06:50 dəqiqəlik videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2025-ci il tarixdə saat 20:32-də Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində piyada hərəkətdə olarkən mülki geyimdə olan Sumqayıt ŞPİ- nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən saxlanılır və polis əməkdaşları özlərini təqdim eldikdən sonra Təqsirləndirilən şəxs onun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsində şübhəli şəxs qismində saxlanıldığım bildirərək, hüquq və vəzifələrini izah edib, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir və üzərində əldə olunması, daşınması və saxlanması qanunla qadağan olunmuş əşya və ya predmelin olub-olmadığını soruşaraq, varsa təqdim etməsini təklif edir. Bundan sonra Əhmədox Valeh Vəzir oğlu əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf polietilen büküm çıxararaq əməliyyat müvəkkili, polis leytenantı Şahid1 təqdim edir və bükümdəki küllənin narkotik vasitə heroin olduğunu bildirir. Əməliyyat müvəkkili, polis leytenantı Şahid1 içərisində narkotik vasitə heroinə oxşar kütlə olan bükümü elektron tərəzidə çəkdikdə. 1.19 qram olduğu müəyyən edilir. Əməliyyat müvəkkili Şahid1 həmin kütləni haradan, kimdən əldə etdiyini soruşduqda. Təqsirləndirilən şəxs bükümün içərisindəki narkotik vasitə heroini Sumqayıt şəhəri. Corat qəsəbəsində tanımadığı şəxsdən 20 manat verib, şəxsi istifadəsi məqsədilə aldığını bildirir. Daha sonra əməliyyat müvəkkili, polis leytenantı Şahid1 həmin 01 ədəd bükümü ağ rəngli zərlə qoyaraq möhürləməklə qablaşdırır və bununla videoçəkiliş başa çatır. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin disk “HP” markalı komputerə daxil edildikdə 01 ədəd ”VİD_20250305_220519" qovluğunun olduğu müəyyən edildi. Qovluqda olan 635 156 KBlıq 05:04 dəqiqəlik videogörüntüdən görünür ki, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmov xidməti otaqda Təqsirləndirilən şəxs 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis leytenantı Şahid3, eləcə də onun hüquqlarını müdafiə edəcək Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim edərək, onun Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir və Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən 05 mart 2025-ci il tarixdə əməliyyat tədbirləri keçirilərək şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyini və narkotik vasitə hcroinə oxşar kütlənin aşkar edilib götürüldüyünü, tərəzidə çəkilərək zərfə qablaşdırıldığını və bu barədə protokol tərtib olunduğunu bildirib, stolun üzərində olan ağ rəngli zərfi götürərək. Təqsirləndirilən şəxs zərfin içərisindəki bükümdə olan küllənin ona məxsus olub-olmadığını, haradan və hansı məqsədlə əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs zərfin içərisindəki küllənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Sumqayıt şəhəri. Corat qəsəbəsində 3-4 saat əvvəl tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və gödəkçəsinin sol yan cibində saxladığını, polis əməkdaşlarının bükümdəki heroini məhz həmin cibindən aşkar etdiklərini bildirir. Təhqiqatçı, polis mayoru Rəşad Məhərrəmov, eləcə də şəxsi axtarışda iştirak edən vəkil X2 Valeh Vəzir oğlundan saxlanılarkən polis əməkdaşları tərəfindən onun hər hansı fiziki zora məruz qalıb- qalmadığını soruşur. Təqsirləndirilən şəxs ona qarşı heç bir fiziki zor tətbiq olunmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində əldə olunması, daşınması və saxlanması qanunla qadağan olunmuş narkotik vasilə. əşya və ya predmetin olub-olmadığı soruşularaq, varsa təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs üstündə əldə olunması, daşınması və saxlanması qanunla qadağan olunmuş hər hansı predmetin olmadığını bildirir və bundan sonra əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirir və əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd alışqan aşkar edilir, üzərindən əldə olunması, daşınması və saxlanması qanunla qadağan olunmuş narkotik vasitə, əşya və ya predmet aşkar olunmur. Bir ədəd alışqan qanunla qadağan olunmuş predmet olmadığından. Təqsirləndirilən şəxs qaytarılır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarışla bağlı vəsatətinin və ya şikayətinin olub-olmadığı soruşulur və sonuncu heç bir şikayətinin və ya vəsatətinin olmadığını bildirir, videoçəkiliş bununla başa çatır. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 26 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5, 69.3cü maddəsi tətbiq edilməklə 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilı 25 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. - məhkəmə-narkoloji ekspertizasının 1378 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika Narkoloji Mərkəzində (F11x2) diaqnozu ilə qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə 0,973 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən materialların məhkəmə ekspertizası təcrübəsindən sonra qalıq qalmış 01 ədəd bükümdə 0,923 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc yerinə təhvil verilmiş, 02 ədəd CD-R formatlı disk sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-349/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməklə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. - xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:32-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, Niyazi küçəsi, ev 492-in yaxınlığında saxlanılaraq həmin tarixdə saat 11:55 radələrində Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-349/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən cinayət işi üzrə icraat təzələnmişdir. - xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün ilkin etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin yekun məhkəmə baxış iclasında narkotik vasitə heroinin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti aparılan zaman ibtidai istintaq orqanı tərəfindən onun müdafiə hüququ pozulmamış, onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini tələb etmək etmək, həmçinin ona özünə məxsus olmayan psixotrop maddəni üzərinə götürməsi ilə bağlı edilən təzyiqlər barədə müdafiəçisinə bildirmək üçün kifayət qədər imkanı olmasına baxmayaraq o, bu barədə yalnız sonuncu məhkəmə istintaqı zamanı mövqe bildirmişdir. Məhkəmə araşdırması nəticəsində Təqsirləndirilən şəxs sonuncu məhkəmə iclası zamanı yalan ifadə verməsi və iddia etdiyi halların həqiqəti əks etdirməməsi təsdiq olunmuşdur. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tutularkən polis əməkdaşları tərəfindən psixoloji təzyiqə, işgəncəyə və digər formada qeyri-insani rəftara məruz qalmasını bildirməmiş, eləcə də ibtidai istintaqın sonunadək bu barədə heç bir səlahiyyətli orqana müraciət etməmişdir. Başqa sözlə Təqsirləndirilən şəxs barəsində uzun müddət ərzində ibtidai araşdırma aparılmasına baxmayaraq, o, narkotik vasitə heroinin ona məxsus olmamasını, eləcə də polis əməkdaşları tərəfindən psixoloji təzyiqə məruz qalmasını bildirməmişdir. O, ilk dəfə bununla bağlı dəlillərini sonuncu məhkəmə iclasında irəli sürmüş, məhkəmə isə bu hissədə araşdırma aparmaqla, onun iddia etdiyi halların həqiqət olmamasını müəyyən etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5, 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilı 25 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. - 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin: - 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin: - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-dən daxil olmuş məktuba əsasən təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmuş, xx.xx.2025-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş, lakin məlum olmuşdur ki, təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə araşdırması aparılan digər cinayət işi üzrə barəsində digər qətimkan tədbiri seçilərək azad edilmiş və xx.xx.2025-ci il tarixdə məhkəmənin qərarına əsasən yenidən tutularaq istintaq təcridxanasına gətirilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,923 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun Respublika Narkoloji Mərkəzində “F11x2” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-349/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 579 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat (xx.xx.2025-ci il tarixədək 02 saat, xx.xx.2025-ci il tarixədək 10 saat) vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, xx.xx.2025-ci il tarixli, 141 saylı qərarı ilə müəyyən edilmiş dəyişikliklərlə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 122 (bir yüz iyirmi iki) manat (2x6+10x11) dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun Respublika Narkoloji Mərkəzində “F11x2” diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,923 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat (xx.xx.2025-ci il tarixədək 02 saat, xx.xx.2025-ci il tarixədək 10 saat) hüquqi yardıma görə 122 (bir yüz iyirmi iki) manat (2x6+10x11) Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-349/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-349/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver