Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-35/2021 04.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1957-ci ildə Qubadlı rayonu Hal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, “X4” MMC-də tikinti üzrə baş mühəndis vəzifəsində işləyən, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 69.4-ci maddələri ilə 3500 (üç min beş yüz) manat məbləğində cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan ,barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin yanvar ayının ortalarında Zaqatala rayonu Yuxarı Tala kənd sakini Zərərçəkmiş şəxs2 Cəmil qızının etibarından sui-istifadə edərək, 2000 (iki min) manat pul verəcəyi təqdirdə Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində Fövqəladə Hallar Nazirliyindən müvafiq dövlət xətti ilə yeni ev tikdirəcəyinə icazə alacağı barədə yalan vəd verib aldadaraq sonuncudan xx xxxxxx 2019-cu il tarixdə 2000 (iki min) manat məbləğində pulu Sumqayıt şəhəri Mərkəzi Poçt vasitəsi ilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 həmin məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin yanvar ayının əvvəllərində Zaqatala rayonu Yuxarı Tala kənd sakini X7 qızının etibarından sui-istifadə edərək, 4000 (dörd min) manat pul müqabilində Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Şimşək” adlanan ərazisində Fövqəladə Hallar Nazirliyindən müvafiq dövlət xətti ilə yeni ev tikdirəcəyinə icazə alacağı barədə yalan vəd verib aldadaraq vahid qəsdlə əhatə olunan niyyətlə sonuncudan xx xxxxxx 2019-cu il tarixdə 2000 (iki min) manat, xx xxxxxx 2019-cu il tarixdə 1000 (bir min) manat, xx xxxxxx 2019-cu il tarixdə 330 (üç yüz otuz) manat, xx xxxxxx 2019-cu il tarixdə 170 (bir yüz yetmiş) manat və xx xxxxxx 2019-cu il tarixdə 145 (yüz qırx beş) manat məbləğlərində pulları Sumqayıt şəhəri Mərkəzi Poçt vasitəsi ilə ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 3645 (üç min altı yüz qırx beş) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 1996-ci il tarixdən tikiniti işləri ilə məşğul olur, 2018-ci il tarixdən özünə məxsus xxxx MMC-nin “ tikini şirkətinin ” icraçı direktoru olmuş, hazırda “X4” MMC-də tikinti üzrə baş mühəndis vəzifəsində işləyir, 2013-cu il tarixdə Zaqatala rayonunda baş vermiş zəlzələ ilə əlaqədar olaraq həmin rayonun ərazisində yaşayış binaları dağılmış, həmin səbəbdən FHN-nin sifarişi əsasında Zaqatala rayonun ərazisində dağılmış binaların tikintisi ilə məşğul olmuşdur. Zaqatala rayonu ərazisində ictimai obyektlərin və yaşayış binaların tikintisi ilə özünə məxsus “xxxx” MMC-nin vasitəsi ilə məşğul olmuş, həmin vaxt Zaqatala rayon sakini Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq yaşadığı evin qəzalı vəziyyətdə olmasını və ona yenidən ev tikmək lazım olduğunu demişdir. Ona ev tikdirmək üçün FHN-nin vasitəsi ilə xüsusi icazə alaraq dövlət xətti ilə ev tikməyə söz vermiş, evin siyahıya salınmasının lazım olduğunu ona demiş və buna görə də həmin nazirliyin işçilərinə pul verərək icazə almağını yalandan demişdir. Həmin səbəbdən Zərərçəkmiş şəxs2 ev tikmək adı ilə ondan 2019-ci ilin yanvar ayında 2000 (iki min) manat məbləğində pul istəmişdir ki, FHN-nin vasitəsi ilə ev tikdirəcək. Zərərçəkmiş şəxs2 ona xx xxxxxx 2019-cu il tarixdə 2000 (iki min) manat məbləğində pulu Sumqayıt şəhəri Mərkəzi Poçt vasitəsi ilə göndərimiş, həmin pulu öz şəxsi təlabatlarını ödəmək üçün xərcəlmiş, bundan başqa Zaqatala rayonu Yuxarı Tala kənd sakini Zərərçəkmiş şəxs1 da eyni qaydada ona zəng edərək, ona ev tikdirməyini istəmiş, lakin onun da evi qəzalı vəziyyətdə olmadığını ona demiş və ona FHN-nin vasitəsi ilə yenidən ev tikəcəyinə söz vermiş və buna görə də¸ ondan 4000 manat məbləğində pul istəmiş, Zərərçəkmiş şəxs1 xx xxxxxx 2019-cu il tarixdə Sumqayıt şəhərində olduğu zaman 2000 (iki min) manat məbləğində pulu göndərmiş, xx xxxxxx 2019-cu il tarixdə 1000 (bir min) manat məbləğində, xx xxxxxx 2019-cu il tarixdə 330 (üç yüz otuz) manat məbləğində, xx xxxxxx 2019-cu il tarixdə 170 manat məbləğində, xx xxxxxx 2119-cu il tarixdə 145 manat məbləğində pulu Sumqayıt şəhərində yerləşən mərkəzi poçt vasitəsi ilə göndərimişdir. Dilarə Məmmədovadan aldığı pulları öz şəxsi tələbatlarını ödəmək üçün xərcləmişdir. O, aldığı pullardan heç kəsə, heç nə verməmiş, dələduzluğu tək olaraq özü etmiş, heç kəslə əlbir olmamışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs2 xx xxxx 2019-cu il tarixdə vurduğu ziyanın yarısını, yəni 1000 (bir min) manat məbləğində pulu poçt vasitəsi ilə ödəmiş və bu barədə qəbzin surətini istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı məhkəmə zamanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın 25 faizi (1411 manat) dövlət büdcəsinə ödənilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Zərərçəkənlərə dəyən zərəri ödəmişdir. Zərərin 25 faizini də dövlət hesabına ödəmişdir. Ona görə də, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, 2019-cu ilin yanvar ayının əvvəllərində uzaq qohumu Eşqin adlı şəxs yaxınlaşaraq ayağına mismar batdığını, pulu olmadığı üçün ona 10 manat pul verməyini xahiş etmiş, həmin vaxt ona həmin pulu vermiş, bir neçə gün sonra Eşqin onun yanına gələrək yaxşılıq etdiyini, bunun müqabilində onun da yaxşılıq etmək istədiyini demişdir. Eşqin onun Zaqatala rayonunda “Şimşək” deyilən ərazidə torpaq sahəsinin olduğunu, orada ev tikdirmək istədiyini bilmişdir, Eşqin tanıdığı bir nəfər adam olduğunu, onun həmin işlərlə məşğul olduğunu, mərkəzi poçtu da həmin şəxsin tikdiyini, onu da ordan tanıdığını bildirmişdir. Eşqin dediyi şəxsin ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrini vermişdir, həmin şəxsə, yəni Təqsirləndirilən şəxs zəng edib tanışlıq vermiş, ona ev tikdirmək istədiyini, lakin maddi vəziyyəti imkan vermədiyini demiş, Seyfəddin ona tikinti şirkətində baş mühəndis işlədiyini, ev tikib verə biləcəyini, Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrinin olduğunu, FHN-nin TTNDA-nın rəisi Cəbrayıl Xanlarovdan ona ev tikilib verilməsini xahiş edəcəyini bildirmiş, lakin bu barədə heç kimə heç nə deməməyini istəmiş, telefonda ərizənin məzmununu demiş, ərizə yazmış, həmin ərizəni, torpaq sənədini və şəxsiyyət vəsiqənin surətini avtobusla Bakı şəhərinə göndərmiş, Seyfəddin həmin avtobusun qarşısına çıxaraq həmin sənədləri götürmüşdür. Seyfəddin evin tikilməsi üçün adının kompyuterə salınması və digər zəruri sənədləşmə işlərinin aparılması üçün 4000 (dörd min) manat pul istəmiş, xx xxxxxx 2019-cu il tarixdə 2000 manat, xx.xx.2019-cu il tarixdə 1000 manat, xx.xx.2019-cu il tarixdə 330 manat, xx.xx.2019-cu il tarixdə 170 manat və xx.xx.2019-cu il tarixdə isə 145 manat pul düzəldib poçt vasitəsilə Seyfəddinə göndərmiş, Seyfəddində həmin pulu Sumqayıt şəhərində götürmüşdür. 2019-cu ilin fevral ayının sonlarında Bakı şəhərinə getmiş, orada olan zaman Seyfəddinə zəng edib onu görmək istədiyini demiş, Bakı şəhərində 20 yanvar metro stansiyasının yaxınlığında görüşmüş, görüşən zamanıda Seyfəddin evini tikib verəcəyinə söz vermişdir. Xalası Zərərçəkmiş şəxs2 zəlzələ nəticəsində dağılmış evinin təmiri üçün 4000 manat kompensasiya almış, Seyfəddinə pul göndərmək üçün xalası Aşadan borc istəmiş, o da Eşqin vasitəsilə Seyfəddinlə danışıb və ev tikdirmək üçün Seyfəddinə 2000 manat pul göndərmiş, lakin sonradan hər dəfə Seyfəddin ilə əlaqə saxlayan zaman o müxtəlif bəhanələr gətirməyə başlamış, onun aldatdığını başa düşdüyü üçün pullarını qaytarmasını tələb etməyə başlamış, Seyfəddin şikayət etməməyini xahiş edib pulu qaytaracağını bildirmiş, xalası Aşadan aldığı 2000 manatın 1000 manatını qaytarsa da, aldığı ümumilikdə 3645 manat məbləğində pulu geri qaytarmamışdır. Bu səbəbdən Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət etmişdir. Ona dəymiş ziyan tam şəkildə ödənilsə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmayacaqdır. xx xxxxxxx 2020-ci ildə məhkəməyə daxil olmuş, Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona olan borc ödənilmişdir, aralarında heç bir borc məsələsi qalmamışdır, ona qarşı heç bir şikayəti yoxdur, iddia tələbi olmayacaqdır. Ərizəsinin nəzərz alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, Təqsirləndirilən şəxs onu aldadaraq FHN-nin xətti ilə ev tikdirəcəyi barədə söz vermiş, bu məqsədlə pulunu almış, vədinə əməl etməmiş, pulunu da qaytarmamışdır. Belə ki, Zaqatala şəhərində təxminən 7- 8 il əvvəl zəlzələ baş vermiş, həmin vaxt Seyfəddini evlərə yoxlanışa gəldiyi üçün tanımışdır, həmin vaxtlarda sonradan vəfat etmiş qaynı X3 nömrəsini ona verərək hər hansı problemi olsa onunla əlaqə saxlamağını bildirmişdir, 2019-ci ilin yanvar ayında pulu göndərməmişdən əvvəl Seyfəddin ilə danışmış, Seyfəddin evin təmirinə görə kompensasiya aldıqdan sonra onunla əlaqə saxlamağını istəmişdir. 2019-cu ilin yanvar ayında evin təmiri üçün kompensasiya aldıqdan sonra Seyfəddin ilə əlaqə saxlamış, ona pulun hazır olduğunu, evin nə vaxt tikdirəcəyini demiş, Seyfəddin isə “pulu göndərin narahat olma tezliklə evinizi tikdirəcəm” demişdir, xx xxxxxx 2020-ci il tarixdə poçt vasitəsilə Seyfədinə 2000 manat pul göndərmişdir. 2019-cu ilin fevral ayında bacısı qızı Dilarə ondan borca 2000 manat pul istəmiş, ondan pulu nə edəcəyini soruşduqda o, Seyfəddin adlı tanışının ona ev tikdirəcəyini, pulu ona göndərəcəyini demişdir, Seyfəddinin onu da aldatdığını demiş, lakin sonradan hər dəfə Seyfəddnlə əlaqə saxlayan zaman o, müxtəlif bəhanələr gətirmişdir. Aldadıldığını başa düşdüyü üçün pulu qaytarmasını tələb etməyə başlamış, Seyfəddin ondan şikayət etməməyini xahiş edərək pulu qaytaracağını bildirmiş, Seyfəddin ondan 2000 manatın 1000 manatını xx xxxx 2020-ci il tarixdə qaytarsa da aldığı ümumilikdə 2000 manat pulun 1000 manatını geri qaytarmamışdır. Bu səbəbdən Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət etmişdir. Ona dəymiş ziyan tam şəkildə ödənilsə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmayacaqdır. xx xxxxxxx 2020-ci ildə məhkəməyə daxil olmuş, Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq olunmuş xx.xx.2020-ci il tarixli ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona olan borc ödənilmişdir, aralarında heç bir borc məsələsi qalmamışdır, ona qarşı heç bir şikayəti yoxdur, iddia tələbi olmayacaqdır. Ərizəsinin nəzərz alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid Carulla oğlu göstərdi ki, 7-8 il əvvələ Zaqatala rayonunda baş vermiş zəlzələ nəticəsində əhalinin evlərinə ziyan dəymiş, zəlzələ nəticəsində ziyan dəymiş evlərə FHN-nin tərəfindən baxılmış, dağılmış evlərin əvəzinə yenisi tikilmişdir. Həmin vaxt evlərin tiklməsində özü və mərhum atası Cərullah da iştirak etmişdir. Zaqatala rayonunda evlərin tikilməsi ilə məşğul olan Təqsirləndirilən şəxs tanımışdır, təxminən 2019-cu ilin yanvar ayında tikintidə işlədiyi zaman ayağına mismar batdığı üçün tanışı Zərərçəkmiş şəxs1 yaxınlşamış və o həmin mismarı ayağından çıxartmağa kömək etmiş, həmin vaxt Dilarə onun da evinin zəlzələ nəticəsində uçduğunu, ona görə də yeni ev tiklməsini istədiyini ona demiş, həmçinin tikinti ilə məşğul olan tanışı olub-olmadığını soruşmuşdur. Bu səbəbdən tanışı Təqsirləndirilən şəxs məxsus mobil nömrəni Zərərçəkmiş şəxs1 vermişdir. X5 tanışı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldadaraq onlardan pul aldığını bilmişdir. Qeyd etmək istəyirəm ki, Təqsirləndirilən şəxs dələduzluq əməli törətməsi barədə heç bir məlumatı olmamış və o heç vaxt heç bir şəkildə onun mobil nömrəsini Zərərçəkmiş şəxs1 verdiyi üçün ona pul verməmişdir. . İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, İsayev X1 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 69.4-ci maddələri ilə 3500 (üç min beş yüz) manat məbləğində cəzasına məhkum olunmuşdur. xx.xx.2020-ci il tarixli 1684 nömrəli Sumqayıt şəhər probasiya şöbəsindən daxil olmuş məktubda görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş 3500(üç min beş) yüz manat mənləğində cəimzə cəzası onun pensiyasına yönəlmiş, xx.xx.2020-ci il tarixədək onun pensiyasından 780 manat məbləğində pul tutularaq dövlət büdcəsində köçürülmüşdür. (i.v.28-30, 101-110) Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə görə cəza çəkilib qurtardığı gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə bağlı məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətlərinin rəsidivinin müayyən edilməsi zamanı azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də,Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də onun əməli cinayətlərin residivi kimi qiymətlədirilə bilməz. X2 və Zərərçəkmiş şəxs2 Cəmil qızının təqdim etdiyi ********** nömrəli, 30 01.2019cu il tarixli, ********* nömrəli xx xxxxxx 2019-cu il tarixli, ********* nömrəli xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli xx xxxxxx 2019-cu il tarixli və ********* nömrəli xx xxxxxx 2019-cu il tarixli 2019-cu il tarixli ********* nömrəli və ********** nömrəli qəbzlər maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (i.v.57-59) İşdə olan “xxxx” MMC-nin X6 xx.xx.2019-cu il tarixli, ZQPF 10/745 nömrəli və xx.xx.2019-cu il tarixli, ZQPF 10/746 nömrəli məktublarından görünür ki, xx xxxxxx 2019cu il tarixli, ********* saylı 2000 (iki min) manat, xx xxxxxx 2019-cu il tarixli, ********* saylı 1000 (bir min) manat, xx xxxxxx 2019-cu il tarixli, ********* saylı 330 (üç yüz otuz) manat, xx xxxxxx 2019-cu il tarixli, ********* saylı 170 (bir yüz yetmiş) manat, xx xxxxxx 2019-cu il tarixli ********* saylı 145 (bir yüz qırx beş) manat olan pul baratları Təqsirləndirilən şəxs baratların göndərildiyi tarixlərdə Sumqayıt (indeks AZ5000) Mərkəzi Poçt tərəfindən ödənilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs adına xx xxxxxx 2019-cu ildə 16335952 saylı baratla göndərilmiş 2000 (iki min) manat Sumqayıt (indeks AZ5000) Mərkəzi Poçt tərəfindən həmin tarixdə ödənilmişdir. (i.v.10-11) İşdə olan xasiyyətnamədən, arayışdan və vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur və o müharibə veteranıdır. (i.v.67-68,70 İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. ( i.v. 96-97) Məhkəməyə təqdim edilmiş Kapital Bankın (terminal nömrəsi: K0125003, əməliyyat İD: K**********45974) 89598 saylı, 11..12.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1411,00 (bir min dörd yüz on bir) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə hesabına köçürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, müharibə veteran olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan RespublikasıCM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərin onunla barışmasını, zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini, eyni zamanda cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş X2 və Zərərçəkmiş şəxs2 Cəmil qızının təqdim etdiyi ********** nömrəli, 30 01.2019-cu il tarixli, ********* nömrəli xx xxxxxx 2019-cu il tarixli, ********* nömrəli xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli xx xxxxxx 2019-cu il tarixli və ********* nömrəli xx xxxxxx 2019-cu il tarixli 2019-cu il tarixli ********* nömrəli və ********** nömrəli qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş X2 və Zərərçəkmiş şəxs2 Cəmil qızının təqdim etdiyi ********** nömrəli, 30 01.2019-cu il tarixli, ********* nömrəli xx xxxxxx 2019-cu il tarixli, ********* nömrəli xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli xx xxxxxx 2019-cu il tarixli və ********* nömrəli xx xxxxxx 2019-cu il tarixli 2019-cu il tarixli ********* nömrəli və ********** nömrəli qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-35/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-35/2021
04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver