Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-35/2022 12.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1989-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 11/24, mənzil 2-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, 2021-ci ilin may ayının sonlarında Bakı şəhəri, “20 yanvar” metrostansiyası yaxınlığında üzdən tanıdığı, Emin adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə 1,121 qram narkotik vasitə olan heroin əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 02.06.2021-ci il tarixdə, saat 01:30 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Dörd Qardaş” şalıq sarayının qarşısındakı parkda saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə, təmiz çəkisi 1,748 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl sübuta yetirilmədiyindən, Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 31.05.2021-ci il tarixdə saat 17-18:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində Orxan, Emil və Nurlan ilə Orxanın avtomobilində oturmuşlar. O, ona məxsus “Lada Priora” markalı, ** DT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə onların yanına gəlmiş və avtomobildən düşərək Orxanın avtomobilinə əyləşmişdir. Emil lambarda qızıl qoyub pul götürmüşdür. O, qızılı lambarddan çıxarıb başqa lambarda qoyub daha cox məbləğdə pul çıxardacağını bildirmişdir. Həmin vaxt ona görə görüşmüşlər. Avtomobilə əyləşəndən üç dəqiqə keçməmiş avtomobilin qabaq və arxa hissəsini polis əməkdaşları kəsmişlər. Qabaqda olan avtomobildən 2 nəfər düşüb avtomobilə yaxınlaşan zaman Orxan avtomobili sürərək qabaqda dayanan avtomobili və polis əməkdaşını vurub qaçmışdır. Bu zaman Nurlan maşından kənarda telefonla danışırdı. O, Orxana niyə belə etdiyini, avtomobili saxlamağını və avtomobildən düşmək istədiyini bildirmiş, lakin Orxan onun sözlərinə fikir verməyərək avtomobili Masazıra sürmüşdür. O və Emil Orxanın avtomobilindən düşmüş və Sumqayıt Hərbi Komissarlığının yanına gəlmişlər və o Fuada zəng edib demişdir ki, Coratda başlarına belə bir gəlmişdir. Fuada avtomobilinin Corat qəsəbəsində qaldığını demiş və gedib avtomobilin orda olmasını baxmasını bildirmişdir. Fuad isə Sumqayıt bulvarında olduğunu və DYP-si tərəfindən onun avtomobilinin evakoatrın üstündə aparıldığını demişdir. Qardaşı Vüqar saat 22 rədələrində ona zəng etmiş və polis əməkdaşlarının onun axtardığını bildirmişdir. O, qardaşı Vüqarla Sumqayıt Hərbi Komissarlığının yanında görüşərək onunla birlikdə Aliminium zavodla üzbə üz metal qəbulu sexinə getmişlər. Metal qəbulu sexinə getməkdə məqsədləri orda olan kameralara düşməkləri olmuşdur ki, polis əməkdaşları onu şərləməsinlər. Oradan qardaşı ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Qapıda polis əməkdaşları onları gözləyirmiş, o həmin polis əməkdaşlarını tanımamış, lakin qardaşı həmin polis əməkdaşlarını tanıyırdı. 31.05.2021-ci il tarixdə Sumqayıt ŞPİ-də onun başına qara maska keçirib döymüşlər, ayaqlarından və başlarından vurmuşlar. Sonra isə qara maskanı onun başından çıxararaq onun 1-ci mərtəbədə olan 103-cü otağa aparmışlar. 01.06.2021-ci il tarixdə səhərdən axşama kimi həmin otaqda gözləmişdir. Həmin gün saat 22 radələrində 6 nəfər otağa gələrək onu yuxarı mərtəbəyə aparmışlar. Maskanı onun başına keçirərək Orxanın avtomobilində olduğunu soruşmuşlar. O da Orxanın avtomobilində olduğunu bildirmişdir. 1 büküm kakos adlanan narkotik vasitə göstərdilər və bildirdilər ki, videoçəkilişlə üzərinə baxış keçiriləcək, həmin vaxt narkotik vasitənin ona məxsus olduğunu deməsini bildirmişlər. 01.06.2021-ci il tarixdən 02.06.2021-ci il tarixə keçən gecə polis əməkdaşları onu “Dörd Qardaş” şadlıq evinin qarşısna apararaq telefonu ona verərək telefonun yaddaşında olan hər hansı bir şəxsə zəng etməsini bildirmişlər. O da Ebülfəz adlı şəxsə zəng etmiş və hal əhval tutmuşdur. Sonra saat 01 radələrində onu Sumqayıt ŞPİ-nə aparmışlar. 02.06.2021-ci il saat 04 radələrində vəkil gəldi. Təhqiqatçı onu ayaq yoluna apararaq videoçəkiliş zamanı o nə desə təsdiqləməsini bildirmişdir. O, buna etirazını bildirsə də, polis əməkdaşlarını ona təzyiq göstərərək əgər narkotik vasitənin ona məxsus olmasını bildirməsə qardaşını şərləyərək tutacaqlarını bildirmişlər. Ona görə də, o məcbur qalıb ibtidai istintaq zamanı videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir.Sonra onu Sumqayıt ŞPİ-nin MSY-nə aparmışlar. Barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenatıdır. O, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2 və polis kapitanı Qurban Həəsnovun iştirakları ilə Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 11/24, mənzil 2-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsinə və saxlamasına dair daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq 02 iyun 2021-ci il tarixdə saat 01:30 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Dörd qardaş” şadlıq sarayının qarşısındakı parkda ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini deyib onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etirazının olub-olmaması soruşulduqda o, etirazının olmadığını bildirmiş və birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Polis İdarəsində yerləşən xidməti otaqların birində Təqsirləndirilən şəxs təqdim edilmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı və Təqsirləndirilən şəxs icazəsilə üzərinə şəxsi axtarış keçirəcəklərini deyib ona hüquq və vəzifələri barədə bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarışa başlamamışdan qabaq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub-olmaması soruşuldu. Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibində gəzdirdiyi 1 bükümdə kütləni təqdim etmişdir. Həmin bükümü açarkən içərisində qəhvəyi rəngli, spesifik iyə malik, toz halında kütlənin olduğunu gördükdə Təqsirləndirilən şəxs həmin kütlənin nə olduğu soruşulmuş, Təqsirləndirilən şəxs bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olduğunu bildirmiş və həmin narkotik vasitə olan heroini 1 həftə bundan qabaq Bakı şəhərində 20 yanvar metrostansiyası yaxınlığında soyadını və yaşadığı ünvanı bilmədiyi Emin adlı şəxsdən 10 manat pul verib şəxsi istifadəsi üçün aldığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində kütlə tərəziyə qoyularaq çəkilmiş və ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmışdır. Məhkəmədə əlavə şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, 31.05.2021-ci il tarixdə evdə olarkən Orxan onunla telefon əlaqəsi saxlayaraq harda olduğunu bildrmiş, o da evdə olduğunu bildirmişdir. Orxan saat 19 radələrində onun yaşadığı evin qarşısına gəlmiş, o da Orxanın avtomobilinə əyləşmişdir. Sonra Vüsal da həmin avtomobilə əyləşmişdir. Bu zaman Nurlan avtomobildən 2-3 metr aralıda telefonla danışırdı. Birdən Orxanın avtomobilinin qabaq və arxa tərəfini avtomombillərlə kəsdilər. Avtomobilin içərisindən 2 nəfər avtomobilə yaxınlaşan zaman Orxan avtomobili sürərək qarşıdakı avtomobili və polis əməkdaşını vuraraq qaçmışdır. Bu zaman o və Vüsal ona avtomobili saxlamasını bildirsələr də, Orxan onlara fikir veməyərək avtomobili Masazır qəsəbəsinə sürmüşdür. Sonra o və Vüsal taksiylə Sumqayıt şəhərinə qayıtmışlar. Məhkəmədə əlavə şahid qismində dindirilən X13 ifadəsində göstərdi ki, 3-4 ay qabaq tanışı Vüsal ona zəng edərək başalrına gələn hadisəni danışdı və ona avtomobilinin Corat qəsəbəsində qaldığını deyərək gedib ona baxmasını bildirdi. O isə Vüsala hal-hazırda Sumqayıt bulvarında olduğunu və onun avtomobilinin DYP-si tərəfindən evakoatrın üstündə aparıldığını demişdir. Səhəri gün Vüsala zəng etmiş, lakin onun telefonuna zəng çatmamışdır. Vüsalın qardaşı ilə əlaqə saxlayanda Vüsalın polis əməkdaşları tərəfindən tutulduğunu bilmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs qardaşıdır. 31.05.2021-ci il tarixdə saat 21-22 radələrində Bəxtiyar adlı polis əməkdaşı onun mobil nömrəsinə zəng edərək qardaşının axtarıldığını bildirdi. O da qardaşı ilə görüşmüş, onunla Aliminium zavodu ilə üzbə üz metal qəbulu sexinə gəlmişlər. Sonra isə o qardaşı ilə Sumqayıt ŞPİ-nə getmiş və qardaşı polis əməkdaşları tərəfindən tutulmuşdur. 31.05.2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək qardaşı Vüsal Sumqayıt ŞPİ-də saxlanılmışdır. Məhkəmədə əlavə şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, o, Sumqayıt ŞPİ-nin Cinayət Axtarış şöbəsinin rəis müavini vəzifəsində işləyir, polis mayorudur. 31.05.2021-ci il tarixdə polis əməkdaşları əməliyyat keçirmiş, 1 polis əməkdaşı xəsarət almışdır və onunla əlaqədar Təqsirləndirilən şəxs axtarmışdır. Amma o, Təqsirləndirilən şəxs qardaşına zəng etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 03 iyun 2021-ci il tarixli 6/2234 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə.” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə olan təmiz çəkisi- 1,748 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi: 1,748 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq 1, 698 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzininin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 12.06.2021-ci il tarixli 1879 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 2108 nömrəli, 10.06.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,698 qram çəkidə olan narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03.06.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-407/2021 saylı, 16.08.2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirli bilinib onun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 10.09.2021-ci il tarixli ittiham aktından görünür ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CM-nin 127.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi yekunlaşmış və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-539/2021 saylı, 15.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 077 623-83-83 və 055 683-73-73 nömrəli mobil telefonlara 31.05.2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək daxil olan və çıxan zənglər və anten məlumatları “NAR MOBİLE” və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 26.10.2021-ci il tarixli məktubu ilə göndərilmiş CD diskdə olan 077 623-83-83 saylı telefon nömrəsinin anten məlumatlardan görünür ki, 01.06.2021-ci il tarixdən saat 01:04-dən 22:28-dək Təqsirləndirilən şəxs ünvan 2 ünvanında olmuş, həmin gün saat 22:51:35 radələrində “Dədə Qorqud” sadlıq evinin yanında olmuş, 22:51:58 radələrində onun telefon nömrəsindən 050 228-74-69 telefon nomrəsinə zəng edilmiş, sonra isə yenidənünvan 2 ünvanına gətirilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin məcəllənin 21.3-ci maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində qüsurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20.05.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının Cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş, CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in digər tələblərinin pozulması ilə, cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi aşağıdakılara nail olunmasına kömək edir: 146.2.1. ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına; 146.2.2. cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə; 146.2.3. cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmçinin CPM-nin 351.2-ci maddəsinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3.4-cü maddəsində isə göstərilmişdir ki, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 40 (qırx) saat sərf etmişdir. Ona görə də, 240 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosununhesabına köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilməlidir. Belə ki, istintaq orqanı tərəfindən ittiham verilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayının sonlarında Bakı şəhəri, “20 yanvar” metrostansiyası yaxınlığında üzdən tanıdığı, Emin adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə 1,121 qram narkotik vasitə olan heroin əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, 02.06.2021-ci il tarixdə, saat 01:30 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Dörd Qardaş” şalıq sarayının qarşısındakı parkda saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə, təmiz çəkisi 1,748 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 31.05.2021-ci il tarixdə evdə olarkən Orxan onunla telefon əlaqəsi saxlayaraq harda olduğunu bildrmiş, o da evdə olduğunu bildirmişdir. Orxan saat 19 radələrində onun yaşadığı evin qarşısına gəlmiş, o da Orxanın avtomobilinə əyləşmişdir. Sonra Vüsal da həmin avtomobilə əyləşmişdir. Bu zaman Nurlan avtomobildən 2-3 metr aralıda telefonla danışırdı. Birdən Orxanın avtomobilinin qabaq və arxa tərəfini avtomombillərlə kəsdilər. Avtomobilin içərisindən 2 nəfər avtomobilə yaxınlaşan zaman Orxan avtomobili sürərək qarşıdakı avtomobili və polis əməkdaşını vuraraq qaçmışdır. Bu zaman o və Vüsal ona avtomobili saxlamasını bildirsələr də, Orxan onlara fikir veməyərək avtomobili Masazır qəsəbəsinə sürmüşdür. Sonra o və Vüsal taksiylə Sumqayıt şəhərinə qayıtmışlar. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs qardaşıdır. 31.05.2021-ci il tarixdə saat 21-22 radələrində Bəxtiyar adlı polis əməkdaşı onun mobil nömrəsinə zəng edərək qardaşının axtarıldığını bildirdi. O da qardaşı ilə görüşmüş, onunla Aliminium zavodu ilə üzbə üz metal qəbulu sexinə gəlmişlər. Sonra isə o qardaşı ilə Sumqayıt ŞPİ-nə getmiş və qardaşı polis əməkdaşları tərəfindən tutulmuşdur. 31.05.2021-ci il tarixdən 03.06.2021-ci il tarixədək qardaşı Vüsal Sumqayıt ŞPİ-də saxlanılmışdır. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Çünki nə ibtidai istintaq orqanı, nə də məhkəmə istintaqında ittiham tərəfi, bu ittihamın təsdiq edilməsi üçün kifayət edəcək həddə sübut təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə saat 01:30 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən “Dörd qardaş” şadlıq sarayının qarşısındakı parkda tutduqlarını bildirsə də, əlavə şahid ifadələri ilə və iş materiallarında olan digər ********* nömrəli cinayət işi üzrə ittiham aktından məlum olunmuşdur ki, X9 31.05.2021-ci il tarixdə təxminən saat 19:50 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 7 nömrəli məktəbin qarşısında olarkən “Hyundai Sonata” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşib, avtomobildən çöldə dayanan Nurlan adlı tanışının telefonla danışıb avtomobilə əyləşməsini gözləmiş, bu zaman avtomobilinin sağ və arxa hissəsində 2 ədəd avtomobilin dayandığını görmüş, öz avtomobilində arxa oturacaqda əyləşmiş tanışı Təqsirləndirilən şəxs həmin avtomobillərdən düşən şəxslərin polis əməkdaşı olduğunu deməsindən sonra tutulmaq istəmədiyini bildirərək, əməliyyat tədbirini həyata keçirmək üçün gəlmiş Sumqayıt ŞPİ-nin CAŞ-m əməliyyat müvəkillərinin qanuni göstərişlərinə tabe olmayaraq avtomobilini işə salıb qaçmaq istəyən zaman, ilk öncə avtomobili arxaya doğru, piyada ona yaxınlaşmaqda olan Sumqayıt ŞPİ-nin CAŞ-m baş əməliyyat müvəkkili, polis kapitanı X2 üzərinə qəsdən sürüb sonuncunun avtomobilinə sıxaraq ona sağ bud sümüyünün yuxarı 1/3-nin qapalı yerdəyişən sınığı, sol dirsəyin 2 ədəd sıyrığı ilə müşahidə olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvuran xəsarətlər yetirmiş, ardınca avtomobilini yenidən irəli doğru hərəkət etdirməklə hadisə yerindən qaçaraq hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Həmçinin məhkəmədə əlavə şahid qisçimdə dindirilmiş Təqsirləndirilən şəxs qardaşı X8 həmin hadisə ilə əlaqədar 31.05.2021-ci il tarixdə Bəxtiyar adlı polis əməkdaşını ona zəng edərək qardaşının axtarılmasını bildirmiş və bununla əlaqədar o, 31.05.2021-ci il tarixdə saat 22 radələrində qardaşı ilə birlikdə Sumqayıt ŞPİ-nə gedərək qardaşı Vüsalı Sumqayıt ŞPİ-nin əməkdaşlarına təhvil vermiş Vüsal 03.06.2021-ci il tarixədək Polis İdarəsində saxlanılmışdır. Həmin xüsusatları əlavə şahid qismində dindirilmiş X13 da təsdiq etmişdir. Bundan başqa iş materiallarında olan "xxxx" MMC-nin 26.10.2021-ci il tarixli məktubu ilə göndərilmiş CD diskdə olan Təqsirləndirilən şəxs istifadəsibdə olan 077 623-83-83 saylı telefon nömrəsinin anten məlumatlardan görünür ki, 01.06.2021-ci il tarixdən saat 01:04-dən saat 22:28-ə kimi Təqsirləndirilən şəxs ünvan 2 ünvanında olmuş, həmin gün saat 22:51:35 radələrində “Dədə Qorqud” sadlıq evinin yanında olmuş, 22:51:58 radələrində onun telefon nömrəsindən 050 228-74-69 telefon nomrəsinə zəng edilmiş, sonra isə yenidən ünvan 2 ünvanına gətirilmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamı müdafiə etmək üçün heç bir mötəbər dəlil və sübutlar təqdim edə bilməmişdir. Cinayət Prosessual Məcəllənin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Çünki nə ibtidai istintaq orqanı, nə də məhkəmə istintaqında ittiham tərəfi, bu ittihamın təsdiq edilməsi üçün kifayət edəcək həddə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-in digər tələblərinin pozulması ilə, cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bununlada məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ekspertiza tədqiqatları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə keçirildiyindən və hazırda ona qarşı irəli sürülmüş ittiham üzrə bəraət verildiyindən keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114.0 (yüz on dörd) manat dövlət büdcəsinə aid edilməli və Dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan 1,748 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayəti törətmiş şəxs müəyyən edilmədiyindən Sumqayıt şəhər Polis İdarəsində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.4, 344-350, 352- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsiri sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114.0 (yüz on dörd) manat pul dövlət büdcəsinə aid edilsin və Dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut bir ədəd disk və cinayət işinin materiallarında olan sənədlər cinayət işində saxlanılsın. İş üzrə maddi sübut olan 1,748 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayəti törətmiş şəxs müəyyən edilmədiyindən Sumqayıt şəhər Polis İdarəsində saxlanılsın. Cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığına görə cinayət işi Sumqayıt şəhər prokurorluğuna göndərilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə nəzərdə tutulan müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-35/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-35/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver