Məhkəmə qərarları › İş №1(060)-35/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-35/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-35/2023 07.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,006 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilmiş tiryəki əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 18:00-da Sumqayıt şəhəri, 17-ci mikrorayon, Niyazi küçəsində yerləşən “Nur” şadlıq sarayının yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,006 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilmiş tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, təxminən iki ilə yaxın idi ki, narkotik vasitələrdən istifadə edirdi. Əsasən “kakos”, “patı” və tiryək istifadə edirdi. xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Nur” şadlıq sarayının yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb saxlayaraq özlərini təqdim etmişlər. Onun narkotik vasitələrin qanunsuz saxlanması, üzərində gəzdirilməsi və istifadəsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə ŞPİ-yə getmişdir. Polis İdarəsində xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin təhqiqatçısı özünü və onu saxlayan polis əməkdaşları özlərini təqdim etmişdir. Ona hüquq və vəzifələrinə dair yazılı bildiriş və təqdim edilmiş vəkillərinin siyahısından seçdiyi müdafiəçi təqdim edilmişdir. Ona üzərinə şəxsi axtarış keçiriləcəyi, üzərində narkotik vasitə varsa təqdim etməyi bildirildikdə üzərində olan qara rəngli gödəkçənin cibindən bir ədəd büküm çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin bükümün içərisindəkinin “kakos” olduğunu, 1 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində özünü “Şəmi” adı ilə təqdim edən şəxsdən şəxsi istifadəsi üçün 23 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd büküm tərəzidə çəkildikdə çəkisinin dəqiq nə qədər olmasını xatırlamır, səhv etmirsə bir qramdan çox olmuşdur. Daha sonra aşkar olunmuş 1 ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Müdafiəçinin suallarına cavab olaraq heç bir təsir, təzyiq və işgəncəyə məruz qalmadığını bildirmişdir. Videoçəkiliş yekunlaşmış, üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o da protokolu imza etmişdir. Saxlanılarkən, Sumqayıt ŞPİ-yə gətirilərkən və ŞPİ-də ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Narkotik vasitəni aldığı şəxs onu “kakos” yəni heroin adı ilə ona satmış, ona görə də üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitənin “kakos” olduğunu bildirmişdir. Daha sonra istintaq müddətində bilmişdir ki, üzərindən çıxan heroin yox, tiryəkdir. Həmçinin, asetilə edilmiş tiryək tiryəkin qızdırılıb üzərinə limon duzu əlavə edilməsi ilə hazırlanır və heroin kimi istifadə edilir. Həmin narkotik vasitəni üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşiman olduğunu və himayəsində iki azyaşlı uşaqlarının olmasını bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, saxlaması və gəzdirməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 18:00-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci mikrorayon, Niyazi küçəsində yerləşən “Nur” şadlıq sarayının yaxınlığında o, Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları Şahid2 və Şahid3 tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ona polis əməkdaşları olduqlarını bildirib saxlanılmasının səbəbini izah etdikdən sonra üzərinə şəxsi axtarış keçirilməsi üçün ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-yə getmişdir. Sonuncu ŞPİ-yə gətirildikdən sonra xidməti otaqda üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, Elsevər Quliyev özünü və onları təqdim etdikdən sonra Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirib müəyyən etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilmiş, sonra o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair yazılı bildiriş və təqdim edilmiş vəkillərinin siyahısından seçdiyi müdafiəçi təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi, üzərində qanunsuz əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi bildirildikdə üzərində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 2 ədəd alışqan, 1 ədəd siqaret dənəsi və bir ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bükümün içərisindəkinin “kakos” yəni heroin olduğunu, 1 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisində özünü “Şəmi” adı ilə təqdim edən şəxsdən şəxsi istifadəsi üçün 23 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet aşkar edilməmişdir. Aşkar edilmiş bir ədəd büküm tərəzidə çəkildikdə çəkisini dəqiq olaraq xatırlamasa da səhv etmirsə 1 qramdan çox olması müəyyən olunmuşdur. 2 ədəd alışqan və 1 ədəd siqaret dənəsi Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Daha sonra aşkar olunmuş 1 ədəd büküm qablaşdırılaraq götürülmüş, müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs heç bir təsir, təzyiq və işgəncəyə məruz qalmadığını bildirmişdir. Videoçəkiliş yekunlaşmış, şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o da öz növbəsində protokola imza etmişdir. Daha sonra, ekspertiza təyin edilmiş və təqsirləndirilən şəxsin üzərindən çıxan narkotik maddənin heroin yox, tiryək olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1483 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs(imza) Təqsirləndirilən şəxs..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız zərfin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 1,006 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilmiş tiryəkdir (Asetilə edilən tiryəkin təmiz çəkisi- 1,006 qram, cəmi tədqiqata sərf edildi- 0,05 qram, qalıq-0,956 qram). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2754 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Bundan əlavə, Təqsirləndirilən şəxs saxlanılan zaman ilk əvvəl üzərindən aşkar edilən narkotik maddənin heroin olduğunu bildirsə də iş materiallarından görünür ki, sonuncunun üzərindən aşkar edilmiş narkotik maddə asetilə edilmiş tiryək olmuş, təqsirləndirilən şəxsin üzrəindən aşkar edilmiş narkotik maddənin heroin olmasının ilk əvvəl bildirməsinin səbəbi ona həmin maddənin heroin adı ilə satılması olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü Duduzadə Əlhəm Vüsal oğlu vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi Q.Muradlının xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla o, MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci li tarixli xx/xx-6086 №li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun təqsirləndirilən şəxs kimi axtarışa verilib tutulduğu vaxtdan, yəni 14 dekabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,956 qram narkotik vasitə olan asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 92 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 14 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,956 qram narkotik vasitə olan asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar