Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-35/2024 02.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı ildə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-yə məxsus sexin həyətinə hasardan keçməklə qanunsuz daxil olub, saxlanc yeri hesab olunan pəncərələri olmayan sexə girərək SSSR istehsallı «6P82» modelli frez dəzgahının kompressorunun 7,5 kilovallıq motor hissəsinin içərisində ümumi dəyəri 135 manat olan 10 kq çəkidə mis naqilləri (sarğı), ümumi dəyəri 22,50 manat olan ümumilikdə 50 kq çəkidə iki ədəd dəmir metaldan qapaqları, 7,50 manat dəyərində 15 kq çəkidə olan dəmir trosu və 15 manat dəyərində 30 kq çəkidə olan dəmir metalı (qaz çəni) gizli olaraq talayıb apararkən ərazinin mühafizə xidmətinin əməkdaşları tərəfindən saxlanıldığından Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə gizli talamaya yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək, zərərçəmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-yə ümumilikdə 180 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayəti törətməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 29, 177.2.3cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o metal tullantılarını yığıb satmaqla məşğul olur. 06 aprel 2023-cü ildə, saat 14:00 radələrində sexin ərazisinə metal tullantıları yığmaq məqsədilə getmişdir. Sex 18-ci mikrorayon ərazisində yerləşir, qapısıpəncərəsi olmamışdır. Həmin əraziyə girişin qadağan olunduğunu bilməmişdir. Sexin ərazisinin arxa tərəfi zibillik olmuşdur. Həmin hissədən ərazinin ətrafında təxminən bir metr hündürlüyündə hasara bənzər tikili olmuşdur, onu rahatlıqla keçərək əraziyə daxil olmaq olur. O, həmin hasarın üstündən adlayaraq əraziyə daxil olmuşdur. Məqsədi həmin yerdə metal tullantıları tapıb götürmək olmuşdur. Sonradan həmin sexə yaxınlaşmış və sexin açıq pəncərəsindən içəri daxil olmuşdur. Orada balaca bir dəmir tros olmuşdur ki, həmin trosu götürmək istəmişdir. Həmin vaxt isə nəzarətçi həmin yerə gələrək onu çağırmışdır. O, nəzarətçiyə yaxınlamışdır. Bundan sonra, isə nəzarətçi qarovul rəisinə məlumat vermişdir. Qarovul rəisi əraziyə gəlmiş və onda olan çantaya baxmışdır. Çantada sexə aid heç bir əşya olmamışdır. Onu saxlayan şəxslər tərəfindən ona qarşı heç bir təzyiq və qeyri-insani rəftar olmamışdır. Zavodun gözətçisi onun əraziyə daxil olduğu tərəfdə oturmur. O, ərazinin qorunduğu bilməmişdir. Mühafizəçi onu görəndə o artıq sexin içərisində olmuşdur. Həmin vaxt, o aşağı əyilərək trosu götürmək istəyirdi. Bu təxminən 10 kiloqram çəkisi olan dəmir tros idi. Trosun üstündə dəmir qapağa bənzər bir şey var idi ki, onu ayırıb kənara qoymaq istəyirdi. Həmin qapaq təxminən 10 kiloqram çəkidə olardı. Həmin vaxt mühafizəçi onu görmüşdür. Onun girdiyi sexdə olduğu otaqdan sonra bitişik bir otaq da var idi. Həmin otağın qapısı yox idi. Lakin, həmin otağa şiferlər və sair yığılmışdı deyə ora daxil olmamışdır. Qeyd edilənlərə əsasən təqsirləndirilən şəxs qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, o, 2008-ci ildən "xxxx" MMC-də çalışır. O, mühafizə rəisi vəzifəsində çalışır. Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən və hadisənin baş verdiyi istehsal sahəsi "xxxx" MMC-yə məxsusdur. Həmin sex və oradakı əmlak nazirliyin mühafizə xidməti tərəfindən qorunur. xx.xx.2023-cü il tarixdə, təxminən saat 14 radələrində mühafizə xidmətinin əməkdaşları ərazini gəzərkən istehal sahəsinin sexlərinin birindən səs gəldiyini eşidib həmin yerə yaxınlaşmışdır. Orada görüblər ki, Təqsirləndirilən şəxs həmin ərazidə çantasına müxtəlif metall tullantıları yığımışdır. İttihamda qeyd olunan əşyalar SSSR istehsalı «6P82» modelli frez dəzgahı və onun kompressoru, iki ədəd dəmir metaldan qapaqlar, 15 kq çəkidə olan dəmir tros, 30 kq çəkidə olan, dəmir metalı (qaz çəni) həmin sexdə olmuşdur. Təqsirləndirilən şəxsin daxil olduğu sex iç-içə olan iki otaqdan ibarətdir. İttihamda qeyd olunan əşyalar otaqların birində bir yerə yığılmışdır. Təqsirləndirilən şəxs həmin əşyaları bir yerə yığıb ki, sonradan aparsın. Sexin yerləşdiyi ərazi dörd tərəfdən hasarla əhatə olunub. Təqsirləndirilən şəxs əraziyə daxil olduğu hissədə hasarın nisbətən hündürlüyü azdır. Həmin hasar beton plitələrdən çəkilib və təqribən hündürlüyü 1 metrdir. Bu səbəbdən o, asanlıqla əraziyə daxil olub. Ərazi mühafizə olunur və istehsal mövcuddur. İstənilən şəxs ora daxil olan bilməz. Daxil olan şəxslər əvvəlcədən icazə alıb daxil ola bilər. Onlara dəymiş ziyan ödənilib və şikayətləri yoxdur. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ibtidai istintaq zamanı verdiyi məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, 2008-ci ildən "xxxx" MMC-də çalışır. O, mühafizə rəisi vəzifəsində çalışır. Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən və hadisənin baş verdiyi istehsal sahəsi "xxxx" MMC-yə məxsusdur. Orada hər hansı istehsalat olmasa da oradakı əşya və əmlak nazrlik tərəfindən qorunur. xx.xx.2023cü il tarixində, saat təxminən 14:00 radələrində mühafizə xidmətinin əməkdaşları ərazini gəzərkən istehal sahəsinin sexlərinin birindən səs gəldiyini eşidib həmin yerə yaxınlaşmışlar. Onlar görüblər ki, orada bir nəfər tanımadıqları şəxs sexdəki Frez dəzgahının kompressorunun mühərrik hissəsinin miss naqillərini əlindəki vintaçanla sökərək oğurlamaq istəyir. Bundan başqa həmin şəxs müxtəlif metal avadanlıqları sexin pəncərəsinə tərəf gətirərək oraya yığmışdır. Həmin şəxs onların əməkdaşları gördükdən sonra onlara müqavimət göstərməmiş və onları dayan tələbinə tabe olmuşdur. Sonradan məlum olmuşdur ki, həmin şəxs Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxsdur. Bundan sonra əməkdaşlar tərəfindən orada akt tərtib olunmuş və baş vermiş oğurluğa cəhd hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə məlumat verilmişdir. Təqsirləndirilən şəxs oğurlamağa cəhd etdiyi mis naqil SSSR istehsalı «6P82» modelli frez dəzgahınındır. Təqsirləndirilən şəxs həmin dəzgahın kompressorunun 7.5 kilovatlıq mühərrik hissəsinin mis naqillərini sökərək oğurlamaq istəmişdir. O, 10 kq çəkisi olan, SSSR istehsalı «6P82» modelli frez dəzgahının kompressorunun 7,5 kilovatlıq motor hissəsinin içərisində olan mis naqillərini (sarğı), ümumi çəkisi 50 kq olan, iki ədəd dəmir metaldan qapaqları, 15 kq çəkidə olan dəmir trosu, 30 kq çəkidə olan, dəmir metalı (qaz çəni) oğurlamağa cəhd etmişdir. Məhkəmə iclasında aşağıdakı şahid ifadələri dinlənilmişdir. 24 yanvar 2024-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Şahid2 ifadəsində göstərdi ki, 2013-cü ildən o Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsində böyük atıcı vəzifəsində işləyir. Müdafiə Sənayesi Nazirliyinin Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində X2 Müəsissəsi yerləşir. Sumqayıt şəhəri, 18-ci mikrorayonun arxasında 50-ci məhəllə ərazisində isə həmin müəssisənin istehsalat sahəsi yerləşir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 14:20 radələrində o həmin istehsalat sahəsində qaravul rəisi vəzifəsində xidmət edən Şahid1 ilə birlikdə ərazidə gəzərkən istehsalat sahəsinin ərazisində yerləşən sexdə kənar şəxs olması barədə işçilərdən məlumat almış və həmin sexin içərisinə daxil olmuşlar. Onlar Təqsirləndirilən şəxs sexin içində görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs sexdə olan hansısa aparatın üstündə nəyisə söküb aparmağa çalışırdı. O, bu sahədə mütəxəssis olmadığı üçün “Frez” dəzgahının nə olduğunu dəqiq bilmir. Bu səbəbdən Təqsirləndirilən şəxs sökməyə çalışdığı qurğunun “Frez” dəzgahına aid olub olmadığını bilmir. Onun bildiyinə görə həmin dəzgahın 2-3 kiloqram çəkisi olar. Amma sexin içərisində bir neçə böyük aparat var idi. Həmçinin həmin sexdə qaz çəni və dəmir tros da var idi. Bundan sonra, rəhbərliyə bu barədə məruzə edib və 102 xidmətinə məlumat verilib. Zavodun ərazisinə kənar şəxslərin daxil olması qadağandır.X5 Nazirliyinin əməkdaşları vəsiqə ilə rəhbərliyə məruzə edildikdən sonra daxil ola bilərlər. Təqsirləndirilən şəxs saxlayarkən rəhbərliyə ona görə məruzə edib ki, zavod daxilində oğurluq baş vermiş və kənar şəxsi tutub buraxarsa sonradan onun özünə problem yarana bilər. Əraziyə Təqsirləndirilən şəxs daxil olduğu hissədə həmin vaxt hasar yox idi. Oradan bəzən şəxslər 17-ci mikrorayona gedən yola keçirlər. Lakin, Təqsirləndirilən şəxs sexə tərəf gəlib və sexə daxil olub. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi elan edilmiş ifadəsindən görünür ki, 2013-cü ildən o Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsində böyük atıcı vəzifəsində işləyir. Müdafiə Sənayesi Nazirliyinin Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində X2 Müəsissəsi yerləşir. Sumqayıt şəhəri, 18-ci mikrorayonun arxasında 50-ci məhəllə ərazisində isə həmin müəssisənin istehsalat sahəsi yerləşir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 14:20 radələrində o həmin istehsalat sahəsində qaravul rəisi vəzifəsində xidmət edən Şahid1 ilə birlikdə ərazidə gəzərkən istehsalat sahəsinin ərazisində yerləşən sexdə kənar səs eşidərək, həmin sexin içərisinə daxil olmuşlar. Görmüşlər ki, bir nəfər cavan oğlan frez dəzgahının kompressorunun mühərrik hissəsini əlində olan vintaçanla sökərək içərisində olan mis naqilləri oğurlamaq istəyir. Onlar dərhal həmin şəxsdən dayanmasını istəmişlər, hçmin şəxs söküntü işlərini saxlayaraq onlara tabe olmuşdur. Həmin şəxs söhbət zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxsdur və sexdən metal hissələri oğurlayaraq satıb pul əldə etmək məqsədilə hasardan istehsalat sahəsinin ərazisinə keçib, sexin açıq pəncərəsindən içəri daxil olmuşdur. Həmçinin görmüşlər ki, Təqsirləndirilən şəxs oğurlamaq məqsədilə sexin pəncərəsinin yaxınlığına oradan müxtəlif metal avadanlıqlar götürərək yığmış, həmçinin özü ilə gətirdiyi çantaya da bəzi metal hissələr götürərək qoymuşdur. Lakin onlar onu saxladıqları üçün həmin əşyaları sexdən çıxara bilməyərək oğurluq əməlini tam başa çaldıra bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs çantasında kəlbətin, kəsici rezak və müxtəlif metal qırıntıları olmuşdur. O, dərhal komanda rəisi Nümayəndə həmin yerə çağırmış və bu barədə müvafiq akt tərtib etmişlər. Sonradan isə DİN-in «102» Xidmətinə müraciət edərək, Təqsirləndirilən şəxs hadisə yerinə gələn polis əməkdaşlarına təhvil vermişlər. Hadisə zamanı Təqsirləndirilən şəxs oğurlamağa cəhd etdiyi kompressorunun mühərrik hissəsində olan mis naqillərin təxmini dəyəri 200- 300 manat və sexin pəncərəsinin kənarına yığdığı metal avadanlıqların isə dəyəri 100 manat olmaqla, ümumilikdə oğurlamağa cəhd etdiyi əmlakın təxmini dəyəri 300-400 manatdır. O, bunu ilkin izahatında göstərmişdir. Lakin sonradan müəssisə tərəfindən həmin əmlakın qiyməti 150 manat dəyərində qiymətləndirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs tək olmuşdur. Onun yanında və ya kənarda heç kim olmamışdır. Təqsirləndirilən şəxs oğurlamağa cəhd etdiyi mis naqil SSSR istehsalı «6P82» modeli frez dəzgahınındır. Təqsirləndirilən şəxs həmin dəzgahın kompressorunun 7,5 kilovatlıq mühərrik hissəsinin mis naqillərini sökərək oğurlamaq istəmişdir. O, 10 kq çəkisi olan. SSSR istehsalı «6P82» modelli frez dəzgahının kompressorunun 7.5 kilovatlıq motor hissəsinin içərisində olan mis naqillərini (sarğı), ümumi çəkisi 50 kq olan, iki ədəd dəmir metaldan qapaqları. 15 kq çəkidə olan dəmir trosu, 30 kq çəkidə olan, dəmir metalı (qaz çəni) oğurlamağa cəhd etmişdir. Məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, 2013-cü ildən o, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsində qaravul rəisi vəzifəsində işləyir. X3 Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində "xxxx" X4 yerləşir. Sumqayıt şəhəri, 18-ci mikrorayonun arxasında 50-ci məhəllə ərazisində isə həmin müəssisənin istehsalat sahəsi yerləşir. Hər iki obyektdə qurulmuş təhlükəsizlik xidmətinin qaravul rəisidir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 14:20 radələrində o, həmin istehsalat sahəsində böyük atıcı vəzifəsində xidmət edən Şahid2 ilə birlikdə ərazidə olan zaman istehsalat sahəsinin ərazisində yerləşən sexdə kənar şəxsin olduğu barədə onlara işçilərdən məlumat almış həmin sexin içərisinə daxil olmuşlar. Bu zaman Təqsirləndirilən şəxs hansısa aparatı sökməyə çalışdığını görmüşlər. Onlar həmin vaxt Təqsirləndirilən şəxs saxlamış və bu barədə rəhbərliyə məlumat vermişlər. Onlar həmin zavodun mühafizəsi ilə məşğul olurlar. Zavodun arxa hissəsində olan hasarın hündürlüyü azdır və Təqsirləndirilən şəxs da oradan daxil olub. Bəzən kənar şəxslər ərazidən keçid kimi istifadə edirlər. Əslində həmin şəxslərin oraya daxil olmağa icazələri yoxdur. Lakin, oradan keçid kimi istifadə edən şəxslərə bəzən göz yumurdular. Lakin, müəssisənin içərisindəki sexlərə heç kim icazəsiz daxil ola bilməz. Təqsirləndirilən şəxs saxlandığı sexdə aparatlar var idi. Onun bildiyinə görə Təqsirləndirilən şəxs sökmək istədiyi hansısa aparat olmuşdur. Bildiyinə görə o, “Frez” dəzgahıdır. Təqsirləndirilən şəxs həmin aparatın üzərində olan hansısa hissəni sökmək istəmişdir. O, bu sahədə mütəxəssis olmadığı üçün həmin aparatın içində nə qədər mis olduğunu və hansı dəyərdə olduğunu deyə bilməz. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi elan edilmiş ifadəsindən görünür ki, 2013-cü ildən o, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Təhlükəsizlik və Mühafizə İdarəsində qaravul rəisi vəzifəsində işləyir. X3 Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində "xxxx" X4 yerləşir. Sumqayıt şəhəri, 18-ci mikrorayonun arxasında 50-ci məhəllə ərazisində isə həmin müəssisənin istehsalat sahəsi yerləşir. Hər iki obyektdə qurulmuş təhlükəsizlik xidmətinin qaravul rəisidir. xx.xx.2023-cü il tarixdə təxminən saat 14:20 radələriııdə o. həmin istehsalat sahəsində böyük atıcı vəzifəsində xidmət edən Şahid2 ilə birlikdə xidməti yoxlayan zaman istehsalat sahəsinin ərazisində yerləşən sexdə kənar səs eşidərək, həmin sexin içərisinə daxil olmuşlar. Görmüşlər ki, bir nəfər cavan oğlan frez dəzgahının kompressorunun mühərrik hissəsini əlində olan vintaçanla sökərək içərisində olan mis naqilləri oğurlamaq istəyir. Onlar dərhal həmin şəxsdən dayanmasını istəmişlər, həmin şəxs söküntü işlərini saxlayaraq onlara tabe olmuşdur. Həmin şəxs söhbət zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxsdur və sexdən metal hissələri oğurlayaraq satıb pul əldə etmək məqsədilə hasardan istehsalat sahəsinin ərazisinə keçib, sexin açıq pəncərəsindən içəri daxil olmuşdur. Həmçinin görmüşlər ki, Təqsirləndirilən şəxs oğurlamaq məqsədilə sexin pəncərəsinin yaxınlığına oradan müxtəlif metal avadanlıqlar götürərək yığmış, həmçinin özü ilə gətirdiyi çantaya da bəzi metal hissələr götürərək qoymuşdur. Lakin onlar onu saxladıqları üçün həmin əşyaları sexdən çıxara bilməyərək oğurluq əməlini tam başa çaldıra bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs çantasında kəlbətin, kəsici rezak və müxtəlif metal qırıntıları olmuşdur. O, dərhal komanda rəisi Nümayəndə həmin yerə çağırmaqla bu barədə müvafiq akt tərtib etmişlər. Sonradan isə DİN-in «102» Xidmətinə müraciət edərək, Təqsirləndirilən şəxs hadisə yerinə gələn polis əməkdaşlarına təhvil vermişlər. Hadisə zamanı Təqsirləndirilən şəxs oğurlamağa cəhd etdiyi kompressorunun mühərrik hissəsində olan mis naqillərin təxmini dəyəri 200-300 manat və sexin pəncərəsinin kənarına yığdığı metal avadanlıqların isə dəyəri 100 manat olmaqla, ümumilikdə oğurlamağa cəhd etdiyi əmlakın təxmini dəyəri 300-400 manatdır. O, bunu ilkin izahatında göstərmişdir. Lakin sonradan müəssisə tərəfindən həmin əmlakın qiyməti 150 manat dəyərində qiymətləndirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs tək olmuşdur. Onun yanında və ya kənarda heç kim olmamışdır. Təqsirləndirilən şəxs oğurlamağa cəhd etdiyi mis naqil SSSR istehsalı «6P82» modeli frez dəzgahınındır. Təqsirləndirilən şəxs həmin dəzgahın kompressorunun 7,5 kilovatlıq mühərrik hissəsinin mis naqillərini sökərək oğurlamaq istəmişdir. O, 10 kq çəkisi olan, SSSR istehsalı «6P82» modelli frez dəzgahının kompressorunun 7,5 kilovatlıq motor hissəsinin içərisində olan mis naqillərini (sarğı), ümumi çəkisi 50 kq olan, iki ədəd dəmir metaldan qapaqları, 15 kq çəkidə olan dəmir trosu, 30 kq çəkidə olan, dəmir metalı (qaz çəni) oğurlamağa cəhd etmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 29, 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixində təhqiqatçı tərəfindən Sumqayıt şəhəri, 18-ci mikrorayonun arxasında 50-ci məhəllə ərazisində yerləşən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-yə məxsus istehsalat sexinə baxış keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin Təhlükəsizlik və mehafizə xidmətinin 11 saylı komandasının böyük atıcısı Şahid2 oğli xidmətdə olarkən, təxminən saat 14:19 radələrində müəssisəyə məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən sexin ərazisinə baxış keçirərkən köməkçi sahədə 2 ədəd qaynaq kəsici, hal-hazırda istehsalatdan silinmiş dəzgahın mühərrikinin qapaqları, elektrik yeşiyinin qapağı (2 ədəd), dəmir, aliminium və mis qırıntılarını bir nəfər şəxsin oğurlamağa cəhd etdiyini aşkar edib. Baş vermiş oğurluğa cəhd hadisəsi nəticəsində müəssisəyə 150 manat məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. İfadədə müstəntiq tərəfindən aparılmış qeydə göstərilir ki, təqsirləndirilən şəxs heç bir əsas olmadan ifadəni imzalamaqdan imtina etmişdir. Qətimkan tədbirinin nəzərə alınması haqqında xx.xx.2023-cü qərara əsasən Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilərkən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü nəzərə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respullikası CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixli hökmlə təyin edilmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 il 02 ay 06 günü həmin cəza ilə qismən birləşdirilməklə, ona 01 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Odur ki, qanunvericiliyin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs kimi hesab edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/3181 saylı rəyindən görünür ki, "xxxx" MMC-yə məxsus sexdən oğurlanmağa cəhd olunan əmlakın 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti 180 manat müəyyən edilmişdir. 10 kq çəkisi olan, bir kiloqramının qiyməti 13,50 manat olan SSSR istehsalı «6P82» modelli frez dəzgahının kompressorunun 7,5 kilovatlıq motor hissəsinin içərisində olan miss naqilləri (sarğı), ümumi dəyəri 135 manat, ümumi çəkisi 50 kq olan, bir kiloqramının çəkisi 0,45 manat olan həmin dəzgahın iki ədəd dəmir metaldan qapaqları ümumi dəyəri 22,50 manat, 15 kq çəkidə olan, bir kiloqramının qiyməti 0,50 manat olan dəmir tros 7,50 manat, 30 kq çəkidə olan, bir kiloqramının qiyməti 0.50 manat olan 30 kq. çəkidə olan dəmir metalı (qaz çəni) 15 manat təşkil edir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 177.2.1, 177.2.2, 180.2.1, və 186-cı maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə barsində cinayət təqibinin başlanması rədd edimiş, cinayət işindən material ayrılaraq Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzindən görünür ki, Abidov Nicat isa oğlu tərəfindən "xxxx" MMC-yə vurulmuş maddi ziyanın əvəzi olaraq 181 manat ödəniş edilmişdir. "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizəsində o, Təqsirləndirilən şəxs tərəfindən müəssisəyə vurulmuş ziyan qismində 180 manatın ödənildiyini, təqsirləndirilən şəxslə barışdıqlarını və heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Cinayət Məcəlləsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (177.1.). Eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır (177.2.3.). Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin birinci bəndində göstərilir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Müdafiə tərəfinin əsas dəlilləri ondan ibarət olmuşdur ki, təqsirləndirilən şəxsin qeyd olunan əməli törətdiyi ərazi qorunan ərazi olmamış və bu səbəbdən təqsirləndirilən şəxsin əməlində “daxil olma” olmamışdır. Həmçinin təqsirləndirilən şəxs, onun oğurlamağa cəhd etdiyi əmlaklar kimi ittihama daxil edilmiş əmlakları oğurlamağa cəhd etməmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz (19. ). Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir (20.). Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs «daxil olmaq» əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir (21. ). Göründüyü kimi Təqsirləndirilən şəxs daxil olduğu ərazi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-yə məxsus istehsalat sahəsinin ərazisidir. Həmin ərazi hasarla əhatələnmişdir və daimi mühafizə altındadır. Həmin ərazinin daimi mühafizə altında olması iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrlə də təsdiq edilmişdir. Təqsirləndirilən şəxs əraziyə daxil olduğu hissədə hasarın olmadığını, təxminən bir metr hündürlükdə beton plitələrin olduğunu bildirsə də, məhkəmə hesab edir ki, bu mübahisənin mahiyyətinə təsir göstərə bilməz. Belə ki, həmin ərazinin daimi mühafizə altında olması, kənar şəxslərin həmin əraziyə daxil olmaq hüquqlarının olmaması iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə təsdiq edilir. Bu səbəbdən ərazinin hasarının hansısa hissədə alçaq olması, həmin hasarı asanlıqla aşmağın mümkün olması ilə bağlı müdafiə tərəfinin dəlilləri yalnız özünümüdafiə xarakteri daşıyır. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs həmin ərazidə olan və mühafzə altında olan sexə də, özünün qeyd etdiyi kimi pəncərədən daxil olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının müddəaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs əməlində “daxil olma” mövcuddur. Təqsirləndirilən şəxsin oğurlamağa cəhd etdiyi əmlaklar və onların dəyəri ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İttiham aktında təqsirləndirilən şəxsin oğurlamağa cəhd etdiyi əmlaklar və onların dəyəri aşağıdakı kimi göstərilmişdir: 10 kq çəkisi olan, bir kiloqramının qiyməti 13,50 manat olan SSSR istehsalı «6P82» modelli frez dəzgahının kompressorunun 7,5 kilovatlıq motor hissəsinin içərisində olan miss naqilləri (sarğı), ümumi dəyəri 135 manat, ümumi çəkisi 50 kq olan, bir kiloqramının çəkisi 0,45 manat olan həmin dəzgahın iki ədəd dəmir metaldan qapaqları ümumi dəyəri 22,50 manat, 15 kq çəkidə olan, bir kiloqramının qiyməti 0,50 manat olan dəmir tros 7,50 manat, 30 kq çəkidə olan, bir kiloqramının qiyməti 0,50 manat olan 30 kq. çəkidə olan dəmir metalı (qaz çəni) 15 manat. Təqsirləndirilən şəxs öz ifadəsində sexin içərisində olan dəmir trosu görüdüyünü və onu götürmək istədiyini bildirmişdir. Verilmiş ittiham dəmir trosa aid hissədə təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə öz təsdiqini tapmışdır. Eyni zamanda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında verdiyi ifadəsində ittiham aktında göstərilən bütün əşyaların hadisə yerində olduğunu, onların bir tərəfə yığıldıqlarını və bu səbəbdən onların təqsirləndirilən şəxsin həmin əşyaları oğurlamaq fikrində olmaları qənaətinə gəldiklərini bildirmişdir. İş üzrə Şahid2 ifadəsində Təqsirləndirilən şəxs sexdə olan hansısa aparatın üstündə nəyisə sökərkən saxladıqlarını, bu sahədə mütəxəssis olmadığı üçün “Frez” dəzgahının nə olduğunu bilmədiyindən, Təqsirləndirilən şəxs sökməyə çalışdığı qurğunun “Frez” dəzgahı olub-olmadığını bilmədiyini, lakin sexin içərisində bir neçə böyük dəzgahın, qaz çəni və dəmir trosun olduğunu bildirmişdir. Şahid1 öz ifadəsində Təqsirləndirilən şəxs sökmək istədiyi aparatın “Frez” dəzgahı olduğunu, bu sahədə mütəxəssis olmadığı üçün həmin aparatın içində nə qədər mis olduğunu və hansı dəyərdə olduğunu dəqiq bilmədiyini qeyd etmişdir. Qeyd olunan ifadələrdən göründüyü kimi, ittiham aktında olan əşyalar hadisə yerində olmuş, həmin əşyalar sexin bir tərəfinə yığılmış, eyni zamanda Təqsirləndirilən şəxs sexdə SSSR istehsallı «6P82» modelli frez dəzgahının kompressorunun 7,5 kilovallıq motor hissəsini sökərkən saxlanmış, verilmiş ekspert rəyində həmin kompressorun içərisində ümumi dəyəri 135 manat olan 10 kiloqram misin olduğu qeyd edilmişdir. Şahidlər mühafizə xidmətinin əməkdaşları olduqları və həmin sahədə mütəxəssis olmadıqları üçün «6P82» modelli frez dəzgahının kompressorunun 7,5 kilovatlıq motor hissəsinin içərisində hansı ölçüdə mis naqil olduğunu dəqiq bilə bilməzdilər. Bu səbəbdən məhkəmə iş üzrə ekspert rəyində göstərilənləri daha mötəbər hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin oğurlamağa cəhd etdiyi əmlaklar və onların dəyəri ittiham aktında düzgün göstərilmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin məhkəmə iclasında təqsirləndirilən şəxsə qarşı verdiyi “yumşaq” ifadələri məhkəmə zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın ödənilməsi və barışıq əldə edilməsi ilə əsaslandırır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyi üçün sübüt kimi qiymətləndirilməməlidir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, ona islah edilməsi üçün təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddələsinin sanksiyasının həddində 02 il müddətində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İşdən göründüyü kimi Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Bununla yanaşı qeyd edilməlidir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 7-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1.). Cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz (66.2.). Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5.). Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini xx.xx.2023-cü il tarixdə, yəni Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü qəbul edilməzdən əvvəl törətmişdir. Bu səbəbdən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 06 ay azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs 02 il 02 ay azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün müddət cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 01 ay 28 gün azadlıqdan mərumetmə cəzası saxlanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi ilə əlaqədar 50 manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul CPM-in 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 06 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabar tutularaq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)- 474/2023 saylı hökmü ilə ona təyin edilmiş 01 il 06 ay azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək tutulduğu 02 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №1(060)-35/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-35/2024
02.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver