Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-350/2024 21.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rufaq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüuqi varisi X1, Zərərçəkmiş şəxsin hüuqi varisi X1 nümayəndəsi və vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi1 iştirakı ilə xx xxxxx 1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İş üzrə Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdə, saat 08 radələrində 2023cü ilin yanvar ayından faktiki ər arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evinin qonaq otağında olarkən Zərərçəkmiş şəxs onu evdən qovmaq istəməsi və təhqir etməsi, həmçinin hamiləliyini sonlandırmasını tələb etməsi səbəbindən aralarında 2023-cü ilin fevral ayından başlanmış və uzun müddətdir davam edən mübahisələri yenidən başlamış, o, Zərərçəkmiş şəxs qarşısında diz çökərək, hamilə vəziyyətində olduğu üçün evdən getmək istəmədiyini yalvardıqda, Zərərçəkmiş şəxs bütün bunlara, özəlliklə də 6 aylıq aşkar surətdə hamilə olmasına məhəl qoymayaraq hamiləliyini sonlandırmaq ilə hədələyib, evdəki külqabını onun alın nahiyəsinə çırparaq ona alın nahiyəsinin yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, ardınca məişətdə istifadə etdikləri soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə vuraraq ona sağ bazunun yarası ilə müşayiət olunan dərəcəsi təyin olunmayan xəsarət yetirmiş, o, Zərərçəkmiş şəxs qaçaraq yataq otağına gəlsə də, Zərərçəkmiş şəxs öz qanunsuz hərəkətlərinə və ağır təhqirlərinə davam edərək əlində bıçaqla onun ardınca yataq otağına gəlmiş, onu bıçaqla vurmaq istəyərkən o, ətir qabı ilə Zərərçəkmiş şəxs əlindən vurduğu üçün bıçaq yerə düşmüş, buna baxmayaraq Zərərçəkmiş şəxs otaqdakı işıq lampasını, ətir qabını ona çırpmış və ardınca yumruqla vuraraq ona sağ bazunun 03 ədəd, sol budun qançırı və 02 ədəd sıyrığı, sol baldırın 02 ədəd qançırı ilə müşayiət olunan dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, daha sonra yerdəki bıçağı götürərək onu vurmaq istəsə də o, Zərərçəkmiş şəxs əlini cırmaqlayaraq bıçağı əlindən almış və üzərinə gəlməsin deyə bir dəfə ayağından vuraraq Zərərçəkmiş şəxs sağ baldır nahiyəsinin 01 ədəd cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş xəsarəti yetirmiş, lakin Zərərçəkmiş şəxs dayanmayıb onu təhqir edərək və hamiləliyini sonlandıracağını söyləyərək üzərinə gəldiyi üçün üzləşdiyi affektogen situasiya qarşısında şüurunun daralması nəticəsində situasiyanı adekvat qavrayaraq şəraiti və ola biləcək nəticələri obyektiv qiymətləndirə bilməmiş və stress faktorun göstərdiyi güclü təsir nəticəsində əlindəki soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs boyun səthinin 14 ədəd deşilmiş- kəsilmiş yaraları, çənənin ön səthinin, sol çənəaltı nahiyənin, sağ qulaq seyvanının, sağ yanaq nahiyəsinin ümumilikdə 08 ədəd səthi deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin ön səthinin sol yarısının 07 ədəd deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin ön səthinin sol yarısının 01 ədəd deşilmiş-kəsilmiş yarası, qarının ön divarının sağ yarısının 01 ədəd qarın boşluğuna nüfuz etməyən, cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yarası, sağ said nahiyəsinin 08 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ diz oynağının 01 ədəd səthi deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid 41 ədəd xəsarət yetirərək zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 122.1-ci maddəsi ilə təqsirli bilərək sərbəst ifadəsində göstərdi ki, Ağahüseyn ilə aralarında söz-söhbət var idi. Bu söz-söhbətində səbəbi Ağahüseynin övladının olmasını istəməməsi olmuşdur. O, Ağahüseynin 2-ci ailəsidir. Ağahüseynin ondan əvvəl olan evliliyindən 2 övladı vardır. Ağahüseyn övladının olmasını nəyə görə istəmədiyini ona bildirməmişdir. Qeyd edir ki, evliliklərinin əvvəllərində Ağahüseynlə münasibətləri yaxşı olmuş, daha sonra münasibətləri korlanmışdır. Ağahüseyn əsəbi insan olduğundan, tez-tez müxtəlif səbəblərdən əsəbləşərək onunla mübahisə etmişdir. Onların mübahisəsi həm Ağahüseyn sərxoş olanda, həm də ayıq vaxtında baş vermişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, mərhumun əvvəllər evli olmasını bilmiş, bildikdən sonra vəziyyət belədirsə aralarından kənara çəkilməsini bildirmişdir. Ağahüseun uşaqlarına görə yoldaşı ilə əlaqə saxlayırdı. Onlar bir müddət əlaqəni kəsmişlər. Hadisədən təxminən 1-2 ay əvvəl yenidən uşaqlara görə bir-biri ilə əlaqə saxlamağa başlamış və o bu vəziyyətdən narahat olmuşdur. Onların Ağahüseynlə birgə yaşamağa başladıqları müddətdən bir ay sonra söz-söhbətləri və mübahisələri yaranmışdır. Lakin bu mübahisələr bu dərəcədə sərt formada olmamışdır. Axşam onlar yazışmış və o, onu evə çağıraraq danışıb məsələni aydınlaşdırmağı söyləmişdir. Ağahüseyn evə sərxoş halda gəlmiş, bu səbəbdən fikirləşmişdir ki, işdən gəlib yorğundu, gedib yatsın. Bu səbəbdən üzərinə çox getməmiş, hiss eləmişdir ki, mərhumun ağzı söz tutmur, sanki nəyəsə əsəbləşmişdir. Bu qərara gəlmişdir ki, səhər o işə gedəndə onunla danışar. Səhərə yaxın saatlarda bu söhbət olmuşdur. Saatda ona görə yadımda qalmışdır ki, baldızının yoldaşı işə gedəndən sonra bu söhbət olmuşdur. Ağahüseyn sanitar qovşağından istifadə edib qayıtdıqdan sonra Ağahüseynə məsələni bildirmişdir ki, bəlkə onu yola gətirə bilib, uşağın olmasına razı salar. Ağahüseyn istəmədiyini bildirərək uşağa qarğış eləmiş, ümumiyyətlə mərhum onu əvvəllər təhqir etsə də, o, ona cavab verməmişdir. Uşağa qarğış edəndə ona bildirmişdir ki, “sən kimsən ki, mənim uşağıma qarğış edirsən? Sən də atasısan, yad deyilsən”. Bundan sonra kül qabını götürərək başına vurdu və onun başımdan qan açılmışdır. Bu anda o, qorxaraq bıçağı əlinə götürmüş, onu hədələmə fikri olmamış, yalnız üzərinə gəlməyindən qorxmuş və onu səni polisə şikayət edəcəyini bildirmişdir. Bıçaqla qoluna vurmuş, o da bıçağı əlindən almağa çalışmış, Ağahüseynlə əvvəllər mübahisələri olsa da, o, üzərinə heç vaxt bıçaqla gəlməmişdir. Ağahüseyn artıq onun qarın nahiyyəsinə bıçaqla vurmaq istəyəndə onu öldürmək istədiyini başa düşmüşdür. Qarnına vura bilməmiş, belə ki, o, onun əlindən tutmuş və bıçağı əlindən buraxsın deyə əlinə cırmaq atmışdır. O da həmin zaman onun budundan dişləmişdir. Bıçağı onun əlindən almış, bıçaq yerə düşdükdən sonra onu dəstəyindən götürmüşdür. Bu zaman mərhum bıçağın kəsici hissəsindən tutmuş, daha sonra bıçaq qırılmış və onu kənara atmışdır. Ağahüseyn ilk bıçağı kənara atdığımdan, həmçinin o bıçağı tapa bilmədiyindən yastığın altına qoyduğu bıçağı götürməyə cəhd etmiş, yastığın altında olan bıçağı ilk o, götürmüş, daha sonra Ağahüseyn bıçağı əlindən buraraq götürməyə çalışmış, həmin zaman bıçaq ortadan qırılmış və bıçaqda səhv etmirsə qapının yaxınlığına düşmüşdür. Daha sonra Ağahüseyn kənara atdığı bıçağı götrürərək yenidən onun üzərinə gəlmiş, o, bıçaqı itələmək istəyəndə necə oldusa bıçaq mərhumun boğaz hissəsinə girmiş, hətta arada o, baldızını 3-4 dəfə səsləmiş, mərhum onun saçından tutaraq otağa aparmışdır. Ağahüseynin qolundan itələmək istəyəndə bıçaq Ağahüseynin boğazına girmiş və o, qan içərisində olduğundan heç nəyi tam olaraq görə bilməmişdir. Bıçağı mərhumdan necə almağını, daha sonra necə ona vurduğunu bilmir. Bir anlıq özünə gələndə hər yerin qan içərisində olduğunu görüb, yoldaşını axtarmış, onun divara söykənmiş vəziyyətdə olduğunu, səsinin xırıldadığını görüb ona yaxınlaşmışdır. O ondan su istəmiş, gedib ona su gətirib içizdirmiş, özünə gəlməsi üçün üzünə-gözünə su vurmuşdur. İlkin olaraq baldızını çağırmaq istəmiş, daha sonra qardaşının bu vəziyyətdə olduğunu görüb, ona nəsə edəcəklərindən qorxmuşdur. Ağahüseyn son nəfəsinlərində ona “uşaq sağ qalıb?”. Ona nəyə görə bu sualı verdiyini başa düşməyərək başı ilə təsdiq etmiş, daha sonra kənara çəkilərək uşağın sağ qalmadığını bildirmişdir. O, paltarı qan içində olduğuundan dəyişərək atasına zəng etmiş, daha dəqiq desə, bundan əvvəl tutulmamağa görə, niyə görə bu hadisələrin baş verdiyini, yoldaşını, sevdiyi insanı itirdiyinə görə evdə olan siçan dərmanını içmişdir. Daha sonra bətnində uşağın olduğunu düşünərək bunu etməməli olduğu qənaətinə gələrək çoxlu su içərək siçan dərmanını qaytarmışdır. Sonra atasına zəng edərək hadisəni bildirmiş və atası da polisə zəng etmişdir. Əməlindən peşman və himayəsində 01 (bir) azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qardaşı olmaqla münasibətləri hər zaman yaxşı olmuş, Zərərçəkmiş şəxs ilk dəfə 2014-cü il tarixdə xalası qızı Kübra Kərimova ilə ailə həyatı qurmuş, həmin evlilikdən 2 uşağı olmuş, lakin Ağahüseyn ilə Kübranın münasibətləri korlandığından 2017-ci il tarixdə boşanmış, 2018-ci il tarixdə Ağahüseyn oğurluq etdiyinə və aliment ödəmədiyinə görə məhkəmə tərəfindən 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Ağahüseyn 2021-ci il tarixdə cəzasını çəkib qurtardıqdan sonra Corat qəsəbəsində bacısı Umxanımgilin yaşadığı ünvanda yaşamağa başlamış, onların həyətlər bir olsa da, evləri ayrı-ayrı olmaqla bitişik vəziyyətdə olmuş, Ağahüseyn sonradan xalası oğlu Rövşənin yanında Corat qəsəbəsində, dəniz qırağında yerləşən “Antalya” restoranında kababçı kimi işləməyə başlamışdır. Həmin ərəfələrdə də çox vaxt restoranda qalmış, təxminən 2022-ci ilin noyabr ayında Ağahüseyn Təqsirləndirilən şəxs ilə tanış olmuş, onlar bir müddət əlaqə saxlayıb görüşdükdən sonra, 2023-cü ilin yanvar ayında Əfsanə el adəti ilə Ağahüseynə qoşulub qaçmış və onlar birlikdə Corat qəsəbəsində yaşamağa başlamış, onun Əfsanə ilə münasibətləri normal olmuş, tez-tez görüşüb söhbətləşmiş, Ağahüseyn və Əfsanə birlikdə yaşadıqları müddətdə münasibətləri normal olmuş, aralarında rəsmi nikah bağlanmasa da, molla kəbinləri olmuşdur. Ağahüseynlə Əfsanənin arasında xırda söz-söhbətlər xaricində hər hansı bir şəkildə ciddi münaqişələri olmamış, hətta arabir səs-küylərini eşitdikdə bacısı Ummaxanım onların yanına gəldikdə, Əfsanə heç bir problem olmadığını və çıxıb getməyini söyləmiş, Əfsanə Ağahüseynlə yaşadığı müddətdə Əfsanənin ailəsi tez-tez baş çəkmək üçün gəlmiş, bir müddətdən sonra Əfsanə hamilə olduğundan təxminən iyun ayında anasıgilə getmiş, təxminən 3-4 gün keçdikdən və evə qayıtdıqdan sonra, Əfsanənin bir qədər dəyişildiyini görmüş, belə ki, Əfsanə günün çox hissəsini halsız şəkildə fikirli-fikirli gəzmişdir. Əfsanə tez-tez Ağahüseyni həm birinci ailəsinə həm də başqa qadınlara qarşı qısqanmış, Ağahüseynin internetdən çox istifadə etməsinə əsəbiləşmişdir. 09 avqust 2023-cü il tarixdə təxminən saat 10 radələrində adını xatırlamadığı qohumlardan kimsə ona zəng vuraraq Əfsanə ilə Ağahüseynin dalaşdığını və gəlməyini söyləmiş, o, Ağahüseyngilin evinə gəldikdə həyətdə çox sayda polislərin olduğunu görmüş, orada Əfsanənin Ağahüseyni bıçaqlayaraq öldürdüyünü öyrənmişdir. O, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında əvvəllər xırda söz-söhbətlər olsa da, ciddi bir münaqişə olmamış, Zərərçəkmiş şəxs heç vaxt Təqsirləndirilən şəxs döyməmiş, lakin arabir Əfsanə Ağahüseyni qısqanaraq irad bildirdikdə, Ağahüseyn Əfsanəni zarafatca vurmuş, həmin vurmaqlarin nəticəsində Əfsanədə hər hansı bir xəsarət qalmamış, Təqsirləndirilən şəxs Ağahüseyni öldürməklə heç vaxt hədələməsə də, təxminən iyul ayında qısqanclığı ucbatından Ağahüseynin əlindən telefonunu alarkən, Ağahüseyn telefonu vermədiyi üçün, bıçaqla Ağahüseynin qoluna xəsarət yetirmiş, Ağahüseynlə yaşadığı müddətdə Təqsirləndirilən şəxs heç vaxt intihara cəhd etməmişdir. Beləliklə o, Təqsirləndirilən şəxs tərəfindən qardaşı Zərərçəkmiş şəxs qəsdən öldürdüyünü, ibtidai istintaqın onun əməlini düzgün tövsif edilmədiyini, onun törətdiyi əməlin CM-nin 120-ci maddəsinə əsasən aparılmalı olduğunu bildirdi. O, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun barəsində ən ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qardaşı olmaqla münasibətləri hər zaman yaxşı olmuş, Zərərçəkmiş şəxs ilk dəfə 2014-cü ildə xalası qızı Kübra Kərimova ilə ailə həyatı qurmuş, həmin evlilikdən 2 uşağı olmuş, lakin Ağahüseyn ilə Kübranın münasibətləri korlandığından 2017-ci il tarixdə boşanmış, 2018-ci il tarixdə Ağahüseyn oğurluq etdiyinə və aliment ödəmədiyinə görə məhkəmə tərəfindən 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Ağahüseyn 2021-ci il tarixdə cəzasını çəkib qurtardıqdan sonra Corat qəsəbəsində onların yaşadıqları ünvanda yaşamağa başlamış, onların həyətləri bir olsa da, evləri ayrı-ayrı olmaqla bitişik vəziyyətdə olmuş, Ağahüseyn sonradan xalası oğlu Rövşənin yanında Corat qəsəbəsində, dəniz qırağında yerləşən “Antalya” restoranında kababçı kimi işləməyə başlamış, həmin ərəfələrdə də çox vaxt restoranda qalmış, təxminən 2022-ci ilin noyabr ayında Ağahüseyn Təqsirləndirilən şəxs ilə tanış olmuş, onlar bir müddət əlaqə saxlayıb görüşdükdən sonra, 2023-cü ilin yanvar ayında Əfsanə el adəti ilə Ağahüseynə qoşulub qaçmış və onlar birlikdə Corat qəsəbəsində yaşamağa başlamışdır. Onlar bir həyətdə yaşadıqlarından Əfsanə ilə münasibətləri normal olmuş, tez-tez görüşüb söhbətləşmiş, Ağahüseyn və Əfsanə birlikdə yaşadıqları müddətdə münasibətləri normal olmuş, aralarında rəsmi nikah bağlanmasa da, molla kəbinləri olmuş, Ağahüseynlə Əfsanənin arasında xırda sözsöhbətlər xaricində hər hansı bir şəkildə ciddi münaqişələri olmamış, hətta arabir səsküylərini eşitdikdə onların yanına gəldikdə, Afsanə heç bir problem olmadığını və çıxıb getməyini söyləmiş, Əfsanə Ağahüseynlə yaşadığı müddətdə Əfsanənin valideynləri teztez baş çəkmək üçün gəlmiş, bir müddətdən sonra Əfsanə hamilə olduğundan təxminən iyun ayında anasıgilə getmiş, təxminən 3-4 gün sonra qayıtdıqdan sonra, Əfsanənin bir qədər dəyişildiyini görmüş, belə ki, Əfsanə günün çox hissəsini halsız şəkildə fikirli-fikirli gəzmişdir. Əfsanə tez-tez Ağahüseyni həm birinci ailəsinə həm də başqa qadınlara qarşı qısqanmış, Ağahüseynin internetdən çox istifadə etməsinə əsəbiləşmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 08 radələrində həmişəki kimi əri Şahid1 işə yola salmış, Vidadini yola saldıqda həyətdə sakitçilik olmuş, Ağahüseyngil tərəfdən hər hansı bir səs-küy gəlməmiş, Vidadini yola saldıqdan sonra o, yenidən yatağa qayıdıb yatmış, təxminən saat 09 radələrində həyətdə səs-küy eşitdiyinə görə çölə çıxmış və bu zaman həyətdə polislərin olduğunu, Əfsanənin isə qanlar içində çöldə stulda oturduğunu görmüş, bundan sonra ona Əfsanənin qardaşı Ağahüseyni öldürdüyü məlum olmuşdur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında əvvəllər xırda söz-söhbətlər olsa da, ciddi bir münaqişə olmamış, Zərərçəkmiş şəxs heç vaxt Təqsirləndirilən şəxs döyməmiş, lakin arabir Əfsanə Ağahüseyni qısqanaraq irad bildirdikdə, Ağahüseyn Əfsanəni zarafatca vurmuş, həmin vurmaqların nəticəsində Əfsanədə hər hansı bir xəsarət qalmamış, Təqsirləndirilən şəxs Ağahüseyni öldürməklə heç vaxt hədələməsə də, təxminən iyul ayında qısqanclığı ucbatından Ağahüseynin əlindən telefonunu alarkən, Ağahüseyn telefonu vermədiyi üçün, bıçaqla Ağahüseynin qoluna xəsarət yetirmiş, Ağahüseynlə yaşadığı müddətdə Təqsirləndirilən şəxs heç vaxt intihara cəhd etməmişdir. Məhkəmədə şahid qimində dindirilmiş Şahid1 Şahid5 ilə eyni məzmunlu ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs valideynləri Şahid3 və Şahid6 ifadə verməkdən imtina etmişlər. Məhkəmədə proses iştirakçılarının razılığı ilə ifadəsi elan olunmuş Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qızı olmaqla münasibətləri hər zaman yaxşı olmuş, təxminən 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə tanış olmuş, onlar bir müddət əlaqə saxlayıb görüşdükdən sonra, 2023-cü ilin yanvar ayında Əfsanə el adəti ilə Ağahüseynə qoşulub qaçmış və onlar birlikdə Corat qəsəbəsində yaşamağa başlamış, Əfsanə qoşulub qaçdıqdan sonra Ağahüseynin qohumları onlara zəng vuraraq Əfsanənin Ağahüseynə qoşulub qaçdığını buna görə də barışıq əldə etmək istədiklərini bildirmiş, bundan sonra hər iki ailə arasında el adətlərinə uyğun olaraq barışıq əldə olunmuş və Əfsanə Ağahüseyn ilə birlikdə Corat qəsəbəsində yaşamağa başlamışlar. Onlarla eyni həyətdə Ağahüseynin bacısı Ummaxanım da öz ailəsi ilə birlikdə yaşamış, bir müddət keçdikdən sonra Ağahüseyn və Əfsanə məscidə gedərək kəbin kəsdirmiş, birlikdə yaşadıqları müddətdə Əfsanə və Ağahüseynin münasibəti yaxşı olsa da bir neçə aydan sonra o, onların münasibətində soyuqluq hiss etməyə başlamış, belə ki, Əfsanə Ağahüseynin evə gec gəlməsindən və ona diqqət göstərməməsindən gileylənmiş, bundan əlavə Ağahüseyn əvvəllər evli olmuş və həmin evlilikdən 2 uşağı olmuş, lakin birinci arvadından boşanmış və uşaqlarına görə aliment vermiş, o, demək olar ki hər həftə Əfsanənin yanına gedərək Əfsanəyə baş çəkmişdir. Əfsanə özü ona deməsə də, o, Əfsanənin Ağahüseynlə münasibətlərinin yaxşı olmadığını hiss etmiş, hadisədən təxminən 4-5 gün əvvəl Əfsanə ona zəng vuraraq söhbət etmək istədiyini bəzi problemlərin olduğunu bildirmiş, o da bazarlıq edərək Əfsanənin yanına gəlmiş, lakin Əfsanə ona hər şeyin yaxşı olduğunu heç bir problem olmadığını söyləmiş, buna baxmayaraq o, Əfsanənin dediklərinə inanmamış və Ağahüseynlə bağlı problemlərinin olduğunu hiss etmişdir. O, arvadı Nərminədən Əfsanə və Ağahüseynin arasında nə kimi problemin olduğunu soruşsa da, arvadı da ona heç bir söz deməmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 09 radələrində o, fəhlə kimi işləmək üçün Saray qəsəbəsində dəmir sexində işdə olmuş, elə bu zaman qızı Əfsanə ona zəng vuraraq haqqını halal etməyini söyləmiş, o, Əfsanədən nə olduğunu soruşduqda Əfsanə bir daha görüşə bilməyəcəklərini bildirmiş, belə ki, Ağahüseynlə dalaşdığını, Ağahüseynin öldüyünü və özünün isə zəhər içdiyini söyləmiş, o, dərhal sexdə sürücü işləyən Valehdən onu Əfsanəgilin evinə aparmağı xahiş etmiş, onlar Əfsanəgilin evinə çatdıqda, polislərin iştirakı olmadan evə girmək istəmədiyi üçün qapının qarşısında dayanıb gözləmişdir. Ardınca bir daha Əfsanəyə zəng vuraraq ona yalan danışıbdanışmadığını soruşmuş, Əfsanə dediklərini bir daha təsdiq etdikdən sonra, Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng vuraraq, qızı Əfsanənin ərini öldürdüyünü bildirmiş, bir qədər keçdikdən sonra hadisə yerinə polislər gəlmiş və o, onlarla birlikdə evə daxil olmuş, evə daxil olduqda Əfsanənin üzərinin qanlı şəkildə həyətdə oturduğunu görmüş, polislər Əfsanədən nə baş verdiyini soruşduqda, Əfsanə Ağahüseynin onu öldürmək istədiyini buna görə aralarında münaqişə yarandığını və münaqişə zamanı Ağahüseyni öldürdüyünü bildirmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında əvvəllər hər hansı bir münaqişə olmasını bilməmiş, Zərərçəkmiş şəxs Əfsanəni tez-tez döyməsini və evdən çıxıb getməsini tələb etməsi barədə hər hansı bir məlumatı olmamış, yalnız hadisədən sonra o, bu barədə məlumat almış, Təqsirləndirilən şəxs Ağahüseyni öldürməklə heç vaxt hədələməmiş, Təqsirləndirilən şəxs əvvəllər intihara cəhd etməsi barədə hər hansı bir məlumatı olmamış, yalnız hadisədən sonra Əfsanə ilə söhbət etdikdə Əfsanənin Ağahüseyndən bezdiyi üçün özünü öldürmək həddinə çatdığını öyrənmiş, Təqsirləndirilən şəxs polisin nömrəsini bilmədiyi üçün ona zəng vuraraq, hadisə barədə bildirmiş və ondan polisə xəbər verməyini xahiş etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş Şahid6 da Şahid3 ilə eyni məzmunlu ifadələr vermiş, sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Şahid3 Saray qəsəbəsindən tanımaqla münasibətləri hər zaman yaxşı olmuşdur. Şahid3 Saray qəsəbəsində yerləşən dəmir sexində qaynaqçı kimi işlədiyindən o da hər səhər həmin sexə gələrək təxminən bir saat İlhamla söhbətləşmişdir. Təqsirləndirilən şəxs da İlhamın qızı kimi tanımışdır. Belə ki, İlhamla söhbətlərində Əfsanənin təxminən 2023-cü ilin yanvar ayında el adəti ilə Ağahüseynə qoşulub qaçdığını və birlikdə Corat qəsəbəsində yaşamağa başladığını eşitmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 09 radələrində o yenə dəmir sexinə gələrək İlhamla görüşüb söhbətləşmişdir. Təxminən 5 dəqiqə sonra İlhama zəng gəlmiş və əhvalının dəyişdiyini görmüşdür. İlhamdan nə baş verdiyini soruşduqda İlham ona qızı Əfsanənin zəng vurduğunu və əri Ağaheseynin öldüynü, özünün isə zəhər içdiyini söylədiyini biıdirmişdir. Ardınca ondan avtomobili ilə onu Əfsanənin evinə aparmağı xahiş etmişdir. O da İlhamın xahişini nəzərə alıb onu qızı Əfsanənin evinə gətirmişdir. Yolda olarkən İlham 102 Xidmətinə zəng vuraraq qızının ərini öldürdüyünü, qızının isə zəhər içdiyini demişdir. Təxminən 10-15 dəqiqə sonra onlar Əfsanəgilin evlərinin yaxınlığında yerləşən məktəbin qarşısında polislərlə görüşərək Əfsanəgilin evinə gəlmişlər. İlham polislərlə birlikdə həyətə daxil olmuşdur. Polislər kənar şəxslərin həyətə daxil olmasına icazə vermədiyindən o bir qədər çöldə gözləmiş, daha sonra isə avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Lakin sonradan qəsəbədə yayılan xəbərlərdən Əfsanənin ərini öldürdüyünü eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma xalası oğlu olmaqla münasibətləri hər zaman yaxşı olmuş, Zərərçəkmiş şəxs ilk dəfə 2014-cü il tarixdə xalası qızı Kübra Kərimova ilə ailə həyatı qurmuş, həmin evlilikdən 2 uşağı olmuş, lakin Ağahüseyn ilə Kübranın münasibətləri korlandığından 2017-ci il tarixdə boşanmış, 2018-ci il tarixdə Ağahüseyn oğurluq etdiyinə və aliment ödəmədiyinə görə məhkəmə tərəfindən 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Ağahüseyn 2021-ci il tarixdə cəzasını çəkib qurtardıqdan sonra Corat qəsəbəsində bacısı Umxanımgillə eyni ünvanda yaşamağa başlamış, onların həyətləri bir olsa da, evləri ayrı-ayrı olmaqla bitişik vəziyyətdə olmuşdur. Ağahüseyn sonradan onun yanında Corat qəsəbəsində, dəniz qırağında yerləşən “Antalya” restoranında kababçı kimi işləməyə başlamış, həmin ərəfələrdə də çox vaxt restoranda qalmış, təxminən 2022-ci ilin noyabr ayında Ağahüseyn Təqsirləndirilən şəxs ilə tanış olmuş, onlar bir müddət əlaqə saxlayıb görüşdükdən sonra, 2023-cü ilin yanvar ayında Əfsanə el adəti ilə Ağahüseynə qoşulub qaçmış və onlar birlikdə Corat qəsəbəsində yaşamağa başlamışlar. Əfsanə ilə Ağahüseynin qohumları həmçinin onun münasibəti yaxşı olmuş, Ağahüseyn və Əfsanə birlikdə yaşadıqları müddətdə münasibətləri normal olmuş, aralarında rəsmi nikah bağlanmasa da, molla kəbinləri olmuş, Ağahüseynlə Əfsanənin arasında xırda söz-söhbətlər xaricində hər hansı bir şəkildə ciddi münaqişələri olmamış, Əfsanə Ağahüseynlə yaşadığı müddətdə Əfsanənin valideynləri tez-tez baş çəkmək üçün gəlmiş, bir müddətdən sonra Əfsanə hamilə olduğundan təxminən iyun ayında anasıgilə getmiş, təxminən 3- 4 gün sonra qayıtmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 09:30-da evdə olarkən çörək daşıyan tanışı Rəşad ona zəng vuraraq, Ağahüseyngilin evlərinin yanındakı mağazaya çörək gətirən zaman, Ağahüseyngilin evlərinin qarşısında polis əməkdaşlarının toplaşdığını, ətrafdakılardan nə baş verdiyini soruşduqda, Əfsanənin Ağahüseyni öldürdüyünü öyrəndiyini söyləmiş, bundan sonra o, dərhal Ağahüseyngilə gəlmişdir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında əvvəllər xırda söz-söhbətlər olsa da, ciddi bir münaqişə olmamış, Zərərçəkmiş şəxs heç vaxt Təqsirləndirilən şəxs döyməmiş, lakin arabir Əfsanə Ağahüseyni qısqanaraq irad bildirdikdə, Ağahüseyn onu zarafatca vurmuş, həmin vurmaqların nəticəsində də Əfsanədə hər hansı bir xəsarət izi qalmamış, Təqsirləndirilən şəxs Ağahüseyni öldürməklə heç vaxt hədələməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən mənzildir. Mənzil həyətin 3-cü blokunun 3-cü mərtəbəsində yerləşir. Giriş qapısı iki taylı olmaqla, göy rəngli dəmir darvazadan ibarətdir. Darvazadan həyətə daxil olduqda üzbəüzdə bir mərtəbəli yaşayış evi vardır. Yaşayış evi iki yerə ayılmaqla sol tərəfdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs, sağ tərəfdə isə Ağahüseynin bacısı Şahid5 və həyat yoldaşı yaşayır. Yaşayış evinin sol tərəfində sanuzel otağı kimi istifadə olunan tikili mövcuddur. Yaşayış evinin qarşısı boyunca kölgəlik uzanır. Evin Təqsirləndirilən şəxsgilin yaşadığı hissəsinin giriş qapısının solunda 01 ədəd masa vardır. Həmin masanın üzərində Təqsirləndirilən şəxs tərəfindən yazılması ehtimal edilən, intihar xarakterli məktub vardır. Evin giriş qapısı bir taylı olmaqla çölə açılır. Evin qapısından içəri daxil olduqda birbaşa qonaq otağı yerləşir. Qonaq otağında, giriş qapısının qarşısında bir ədəd ayaqaltı, ayaqaltının üstündə isə sarı rəngli üzərində qana bənzər ləkələr olan bıçaq tiyəsi vardır. Bıçaq tiyəsi 01 rəqəmi ilə nömrələndi. Ayaq altının və taxta materialdan olan döşəmənin üzərində damcı şəklində qana bənzər ləkələr yayılmışdır. Girişlə üzbəüz divara bitişik vəziyyətdə divan yerləşir. Divanın üzərində 01 ədəd tünd göy rəngli nəlbəki qoyulmuşdur. Divanın arxasında istifadə olunmayan, təmirsiz otağın giriş qapısı yerləşir. Həmin otaq istifadə olunmadığından qarşısı divanla kəsilmişdir. Divanla evin giriş qapısının ortasında, döşəmənin üzərində 01 ədəd yaşıl rəngli qısaqol köynək vardır. Girişdən sağda istilik sobası vardır. Girişdən sola döndükdə döşəməni tam örtməyən xalça sərilmişdir. Həmin xalçanın üzərində damcı şəklində qana bənzər ləkələr yataq otağına doğru uzanır. Həmin ləkələr 02 rəqəmi ilə nömrələndi. Xalçanın üzərində həmçinin 01 ədəd üzərində dama şəkli olan kişi “şortik”-i atılmışdır. Otağın sol tərəfində divanla eyni cərgədə 02 ədəd bir-birinə bitişik kreslolar vardır. Kresloların üzərində kişi üst geyimləri və çanta vardır. Otağın sol küncündə isə ətrafına 07 ədəd stul düzülmüş masa yerləşir. Masanın üzəri sellofan örtüklə örtülmüşdür. Örtüyün ətəyində qana bənzər ləkə yayılmışdır. Ləkələrin olduğu hissədə şüşə materialdan ibarət üzərində qana bənzər ləkələr olan su qabı masanın üzərinə qoyulmuşdur. Həmin su qabı 03 rəqəmi ilə nömrələndi. Qonaq otağında divan və kresloların arasından yataq otağının qapısı yerləşir. Yataq otağının qapısı taxta materialdan olmaqla üzərində şüşə materialdan xanalar vardır. Qapı yataq otağına doğru açılır və hal-hazırda açıq vəziyyətdədir. Otağa daxil olduqda üzbəüzdə eninə istiqamətdə paltar şkafı dayanır. Giriş qapısından üzbəüz divara qədər döşəmə üzərində eni 1 metr olan xalça vardır. Xalça səliqəsiz formada olmaqla üzərində damcı şəklində qana bənzər ləkələr müşahidə olunurş. Girişdən solda, xalçanın üzərində 01 ədəd “tumba” vardır. “Tumba” da səliqəsiz vəziyyətdə dayanmışdır. “Tumba”-nın üzərində şəffaf materialdan olan su qabı və stəkan vardır. Su qabının, stəkanın və tumbanın üzərində qana bənzər ləkələr sıçramışdır. “Tumba”-nın qarşısında döşəmədə üzərində qanabənzər ləkələr müşahidə olunan işıq lampası və yastıq üzü vardır. “Tumba”nın yanında iki nəfərlik çarpayı yerləşir. Çarpayının üzərində “Sobranie”, “Pallmall” markalı iki ədəd siqaret qutusu, alışqan, dağınıq formada yastıqlar və döşək üzü vardır. Çarpayının, yastıqların və döşək üzünün üzərində qanabənzər ləkələr mövcuddur. Çarpayı 08 rəqəmi ilə nömrələndi. Çarpayının yanında yerdə üzərində qana bənzər ləkələr olan 01 ədəd plastik su qabı, 01 ədəd qadın donu və 01 ədəd sarı rəngli, sınmış bıçaq dəstəyi vardır. Bıçaq dəstəyi 04 rəqəmi ilə işarələndi. Paltar dolabının qarşısında döşəmədəki xalçanın üzərində 01 ədəd üzərində qana bənzər ləkə olan süşə külqabı vardır. Külqabı 05 rəqəmi ilə nömrələndi. Külqabının yanında xalçanın üzərində qara rəngli qusuntu kütləsinə bənzər ləkə müşahidə olunur. Külqabıdan üzü divar istiqamətində paltar dolabının qarşısında 01 ədəd çəhrayı rəngli, tiyəsi deformasiya olunmuş bıçaq vardır. Həmin bıçaq 06 rəqəmi ilə nömrələndi. Girişlə üzbəüz divarda 01 ədəd bəzək dolabı qoyulmuşdur. Dolabın üzərində müxtəlif bəzək əşyaları vardır. Dolabın sol tərəfi ilə otağın sol divarı arasındakı yerdə 01 ədəd yarım uzanıqlı vəziyyətdə üzərində qana bənzər ləkələr və xəsarətlər olan kişi meyiti müşahidə olunur. Meyitin ətrafı qanabənzər ləkələrdən ibarətdir. Meyitin əynində yalnız tuman vardır. Meyitin sol qolu tozsoranın üzərinə düşür. Ayaqları yarım yığılmış vəziyyətdədir. Sol ayağı tərəfdə 01 ədəd qırılmış vəziyyətdə stəkan vardır. Meyit 07 rəqəmi ilə nömrələndi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli meyitə baxış protokolundan görünür ki, təşrih stolu üzərində arxası üstə kişi meyiti uzadılmışdır. Meyitin əynində qara rəngli tumanı vardır. Meyit düzgün bədən quruluşlu olub, kafi qidahdır, boyu 174sm-dir. Meyit əllə toxunduqda ilıqdır. Meyit qacıması əl barmaqlarında və çeynəmə əzələlərində yaxşı inkişaf etmişdir, yoxlanılan digər əzələ qruplarında isə zəif inkişaf etmişdir. Meyit ləkəsi bədənin arxa və yan səthini əhatə etməklə zəif intensivlikli qırmızımtıl-bənövşəyi rəngdə olub, barmaqla təzyiq etdikdə itir və bir dəqiqəyə əvvəlki rəngini bərpa edir. Baş tükləri (saçları) qara rəngdə olub, uzunluğu 3-4 sm-ə qədərdir. Gözləri qapalıdır, bəbəklər bərabər genəlmişdir, diametri 0,5sm-dir, qüzehli qişa qəhvəyi rəngdədir. Burun sümük və qığırdaqları, eləcə də üz-skelet sümüklərini əllədikdə tamdır, gözlə görünən patoloji dəyişiklik yoxdur. Ağzı yarımaçıqdır, dişləri tam, təbiidir. Xarici qulaq keçəcəkləri və burun dəlikləri sərbəst keçirici olub, ifrazat yoxdur. Boynu bədənə müvafiqdir, adi hərəkətlidir. Döş qəfəsi silindrikdir, əllədikdə sümükləri tamdır, simmetrikdir, qamı döş qəfəsi səviyyəsindən bir qədər aşağıda yerləşmişdir. Xarici cinsiyyət üzvləri kişi tipli olub, düzgün inkişaf etmişdir. Xəstəlik və zədə əlamətləri yoxdur. Arxa dəlik ətrafı təmiz və zədəsizdir. Meyitin bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Boyun nahiyənin ön səthində 14 ədəd ölçüləri 3,5xl,0sm-dən 0,7x0,3 smə qədər, kənarları hamar yaralar vardır, həmin yaralardan 8 ədədi mənfəzi açıq, cərrahi tikişə ehtiyacı olan yaradır. Çənənin ön səthində 2,0x0,3sm, sol çənə altı nahiyədə 6,0xl,3sm və l,0x0,2sm, sağ qulaq seyvanında l,7x0,2sm, sağ yanaq nahiyəsində 4 ədəd l,0x0,2sm;l,2x0,3m; l,0x0,4sm və 0,9x0,3sm ölçülərdə kənarları hamar, səthi yaralar vardır. Döş qəfəsinin ön səthinin sol yarısında 7 ədəd 1,4x0,6 sm; 1,7x0,7 sm; l,9xl,0sm; 2,0x0,7 sm; 2,0x0,5 sm; 2,5x1,2 sm, 2,3x1,0 sm ölçülərdə, kənarları hamar yaralar vardır. Qamın ön səthinin sağ yarısında 1 ədəd 2,0x0,6 sm ölçüdə, kənarları hamar, mənfəzi açıq yaralar vardır. Sağ saidin arxa-bayır səthində 8 ədəd 1,7x1,0 sm; 1,8x1,0 sm; 1,5x0,7 sm; 1,0x0,3 sm; 1,0x0,3 sm; 0,9x0,3 sm; 1,2x0,6 sm və 0,9x0,3 sm ölçülərdə, sağ dizin iç səthində l,0x0,3sm və bağ baldırın yuxarı l\3-nin bayır səthində 2,0x0,8 sm ölçülərdə, kənarları hamar mənfəzi açıq yaralar vardır. Meyitin bədəni üzərində digər xəsarət və ya xəsarət izi aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs qızma ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərməklə ətraflı təsvir etməsi təklif olundu. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini əyani olaraq hadisə yerində göstərə biləcəyini bildirdikdən sonra, saat 11:42-də videoçəkiliş dayandırılmaqla istintaq hərəkətinin iştirakçıları ilə birlikdə nəqliyyat vasitəsilə hadisə yerinə gedildi. Saat 12:05-də istintaq hərəkətinin iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi yerə - ünvan 4 ünvanına gəlindi. Təqsirləndirilən şəxs qızma iş üzrə ifadəsində göstərdiklərini hadisə yerində göstərməsi təklif olundu. Təqsirləndirilən şəxs yaşayış evinin qonaq otağında bildirdi ki, o, 2023-cü ilin yanvar ayından Zərərçəkmiş şəxs ilə rəsmi olmasa da faktiki ər arvad münasibətində yaşamış, Zərərçəkmiş şəxs ilə ilk dəfə təxminən 1 il bundan əvvəl kababçı işlədiyi Corat qəsəbəsində yerləşən “Antalya” restoranında tanış olmuş, Zərərçəkmiş şəxs ondan əvvəl bir dəfə evlənmiş və iki uşağı olmuş, lakin sonradan boşanmış, o, bunu bilsə də Ağahüseyni sevdiyi üçün onunla münasibətini davam etdirmiş, təxminən 2023-cü ilin yanvar ayında o, artıq Ağahüseyn ilə ailə həyatı qurub bir yerdə yaşamaq istəmiş, lakin valideynlərinin buna icazə verməyəcəyini bildiyi üçün, evi tərk edərək Zərərçəkmiş şəxs yanma ünvan 4 ünvanına gəlib Ağahüseyn ilə kəbin kəsdirib birlikdə faktiki ər-arvad münasibətində yaşamağa başlamış, onların evindən əlavə həyətdə baldızı Umxanım ilə yoldaşı Vidadi digər evdə yaşamış, Vidadi hər gün təxminən saat 9-da, Ağahüseyn isə təxminən saat 12-də işə getmiş, o və Umxanım isə öz evlərində qalmış, o, Ağahüseynin yanma gəldikdən təxminən 2-3 gün sonra el adəti ilə ağsaqqallar arasında barışıq olmuş və onların birgə yaşamaqlarına xeyir-dua verilmiş, Ağahüseyn ilə birgə yaşadıqları dövrdə ilk vaxtlar münasibətləri yaxşı olsa da, bir müddət keçdikdən sonra o, Ağahüseyni daha yaxından tanımağa başlamış və xasiyyətinin elə də yaxşı olmadığını görmüş, belə ki, Ağahüseyn ancaq özünü düşünən, ona qarşı laqeyd münasibət bəsləyən biri olmuş, teztez onunla mübahisə edərək hətta döyməkdən belə çəkinməmiş, lakin bununla belə Ağahüseynin bacıları Umxanım və Vüsalə ona qarşı yaxşı münasibət bəsləmiş, ona görə bir neçə dəfə Ağahüseyni məzəmmət etmiş və ona yaxşı baxmasını tələb etmiş, təxminən fevral ayından sonra o, hamilə qaldıqdan sonra Ağahüseyn bunu yaxşı qarşılamamış və ondan uşaq istəmədiyini, uşağı doğacağı təqdirdə uşağa baxmayacağmı söyləmiş, o, hamilə qaldıqdan sonra Ağahüseynin ona qarşı olan münasibəti daha da pisləşmiş, hamilə olmağına baxmayaraq ona laqeyd münasibət göstərmiş, heç bir istəyini yerinə yetirməmiş, evə bazarlıq belə etməmiş, ona ancaq valideynləri kömək etmiş, evin bazarlığını da valideynləri almış, hətta həkim müayinələrinə də onu valideynləri götürmüş, o, Ağahüseynlə yaşadığı ilk vaxtlar Ağahüseyn birinci arvadı və uşaqları ilə əlaqə saxlamasa da, bir müddət sonra yəni münasibətləri pisləşdikdən sonra Ağahüseyn birinci ailəsi ilə teztez əlaqə saxlamağa başlamış, bu isə onda müəyyən qədər qısqanclığa səbəb olmuş, Ağahüseyn ona birinci arvadı ilə deyil, ancaq uşaqları ilə əlaqə saxladığını bildirdikdə, o, Ağahüseynə uşaqlarına göstərdiyini qayğının çox az hissəsini onun qarnındakı uşağına göstərməyi dəfələrlə xahiş etsə də, Ağahüseyn onun qarnındakı uşağı istəmədiyini bildirmiş, təxminən son 1-2 ay ərzində Ağahüseyn artıq onunla yaşamaq istəmədiyini bildirərək, onun evdən çıxıb getməyini tələb etmiş, o, isə ata evindən könüllü surətdə valideynlərilə məsləhətləşmədən çıxıb gəldiyi üçün artıq geriyə qayıtmaq istəməmiş, buna görə də dəfələrlə Ağahüseynə yalvararaq onu evdən qovmamasım xahiş etmiş, hətta bir dəfə ayaqlarına qapılıb ayaqlarını öpərək onu qovmamasmı xahiş etmiş, bununla belə Ağahüseyn fikrindən daşınmayaraq onu evdən qovmağa çalışmış, hadisədən təxminən 1 həftə əvvəl Ağahüseyn bu fikrində daha da qətiləşərək onu evdən qovmağa çalışmış, hətta onu döymüş, onlar artıq bir yataqda da yatmamış, Ağahüseyn yataq otağındakı taxtda, o, isə qonaq otağında yerdə yatmış, o, artıq Ağahüseynin bu təzyiqlərinə dözə bilmədiyindən özünü öldürmək fikrinə düşmüş, buna görə hətta intihar məktubu yazıb, siçan zəhəri almış və artıq özünü öldürməyə hazırlıq görmüş, anasına və baldızlarına artıq dözə bilmədiyini və özünü öldürmək qərarına gəldiyini söyləmiş, onlar onu bu fikrindən daşındırmağa çalışaraq, anası ata evinə geri qayıtmağını tələb etmiş, o, isə qanımda uşaqla ata evinə qayıtmağı özümə ayıb bildiyindən anasının təklifini rədd etmişdir. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirmişdir ki, 09 avqust 2023-cü il tarixdə sübh tezdən, təxminən azan verilməmişdən əvvəl Ağahüseyn yuxudan duraraq özünə yemək bişirməyə başlamış, o, Ağahüseynin yuxudan durduğunu görüb Ağahüseynə yenə də onu qovmaması üçün yalvarmağa başlamış, Ağahüseyn isə ona acıqlı şəkildə evdən çıxıb getməyi tələb etmiş, əks təqdirdə qarnına vuraraq uşağının düşməsinə səbəb olacağını bildirmiş və yeməyini yeyib yenidən yatmağa yollanmış, yerində uzanıqlı vəziyyətdə onun ünvanına nalayiq sözlər söyləməyə başlamış, o, isə qonaq otağında öz yerində uzanmış, təxminən saat 08 radələrində Ağahüseyn yenidən yuxudan duraraq tualetə gedib bir qədər sonra geri qayıtmış və qonaq otağındakı kresloda oturaraq siqaret çəkməyə başlamış, bu zaman o, dizi üstə çökərək Ağahüseynə yalvarmış, Ağahüseyn isə daha da əsəsbiləşərək onu təhqir etməyə qarnındakı uşağı öldürəcəyini söyləmiş, o, isə cavabında Ağahüseynə “sən kimsən ki, mənim uşağıma nəsə eliyəsən” söyləmiş, bu söz Ağahüseynin acığına gəldiyindən kreslonun yanındakı masanın üzərində olan kül qabını götürərək onun alınına çırpmış, zərbənin təsirindən onun alnı yarılmış və qan axmağa başlamış, ardınca Ağahüseyn onun üzərinə gəldiyindən o, Ağahüseyni qorxutmaq üçün bu hərəkətinə görə Ağahüseyni polisə şikayət edəcəyini söyləmiş, Ağahüseyn bu zaman qonaq otağındakı stola yaxınlaşaraq oradakı tünd çəhrayı rəngli bıçağı götürüb onun üzərinə gəlmiş, o, Ağahüseynin onu bıçaqla vura biləcəyini ehtimal etmədiyindən qaçmamış, lakin bu zaman Ağahüseyn gözlənilmədən bıçaqla onun sağ qolundan vurmuş, zərbədən onun qolu kəsilərək qanamağa başlamış, bundan sonra o, qorxaraq yataq otağına qaçıb, özünü yatağın üzərinə atmışdır. Ardınca hərəkət iştirakçıları ilə evin yataq otağına gedildi. Yataq otağında olarkən Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirdi ki, o, yataq otağına gəldikdən sonra Ağahüseyn də əlində bıçaqla onun ardınca gəlmiş, o, yataqda uzanmış vəziyyətdə ayağı ilə Ağahüseyni itələyərək ona yaxınlaşmasına imkan verməmiş, Ağahüseyn isə yatağın yanındakı gecə lampasını onun başına çırparaq, üzərinə gəlmiş, o, Ağahüseynə güc gələrək bıçağı əlindən almağa çalışmış, Ağahüseyn onun müqavimətini qırmaq üçün bir qədər əyilərək onun sol bud nahiyəsindən dişləməyə başlamış, o, bir əlilə Ağahüseynin qolundan tutaraq onu bıçaqla vurmasının, digər əlilə isə başından tutaraq onu dişləməsinin qarşısını almağa çalışmış, Ağahüseynin əlindən bıçağı almaq istəyərkən Ağahüseyn əyilmiş vəziyyətdə olduğundan gözlənilmədən bıçaq onun boğazına girmiş, bu zaman Ağahüseyn dikələrək geriyə addımlamış və ondan uzaqlaşmış, o, fürsətdən istifadə edərək kömək çağırmaq üçün otaqdan çıxıb evin qapısına tərəf qaçmış, lakin Ağahüseyn də arxasınca gəlib onu qapının qarşısında saçından tutmuş, o, bu zaman kömək üçün qonşuluqdakı baldızımı qışqıraraq çağırmış, lakin baldızı onu eşitmədiyindən ona köməyə gəlməmiş, Ağahüseyn onu saçından tutarkən əlində bıçaq görməmiş, Ağahüseyn məni sürüyərək yataq otağına gətirmiş, yataq otağında yenidən bıçağı haradansa götürmüş, o, Ağahüseynin əlindən yaxa qurtarmaq üçün əlini cırmaqlamış və Ağahüseynin əli boşaldığından o, bıçağı Ağahüseynin əlindən alıb yerə tullamış, Ağahüseyn isə yataq otağındakı “termo”-nun üzərindən ətir qabını götürərək onun başına vurmuş, o, sürünərək yataq otağındakı pəncərəyə tərəf getmiş, bu zaman Ağahüseyn onun yatağın döşəyinin altındakı sarı rəngli bıçağı götürəcəyini ehtimal edib özü ondan əvvəl həmin bıçağı götürüb onun üzərinə gəlmiş, o, da yaxınlıqdakı başqa bir ətir qabını götürüb Ağahüseynin əlindən vurmuş, Ağahüseynin əlinin boşaldığını görüb, üzərinə atılaraq bıçağı əlindən almağa çalışmış və onlar bir qədər süpürləşməyə başlamış, bu zaman bıçağın dəstəyini o, tiyəsini isə Ağahüseyn əli ilə tutmuş, Ağahüseyn bıçağın tiyəsini burub əlindən almaq istəyəndə bıçaq qırılaraq dəstəyi onun əlində, tiyəsi isə Ağahüseynin əlində qalmış, o, bıçağın dəstəyini otaqda harasa atmış, Ağahüseyn isə bıçağın tiyəsini qonaq otağına tullamış, bıçağın tiyəsi evin giriş qapısına dəyərək, yerə düşmüş, ardınca o, yatağın üzərindən keçərək, Ağahüseyndən uzaqlaşmış, Ağahüseyn isə yataq otağındakı digər bıçağı, yəni tünd çəhrayı rəng olan bıçağı götürərək yenidən onun üzərinə gəlməyə başlamış, o, isə dırnaqları ilə Ağahüseynin əlini cırmaqlayaraq, bıçağı əlindən almış və üzərinə gəlməsin deyə bir dəfə ayağından vurmuş, lakin Ağahüseyn dayanmayaraq onun üzərinə gəldiyindən və gözlənilmədən onun sinəsindən yumruqla vuraraq onu özü ilə birlikdə yatağa yıxmış, yataqda o, aşağıda Ağahüseyn isə üzərində qalmış, bıçaq isə əlindən çıxaraq yataqdakı yastığın yanma düşmüş, Ağahüseyn bıçağı götürmək istəyən zaman, o, Ağahüseyndən cəld tərpənərək bıçağı götürmüş və xatırlamadığı sayda Ağahüseynə zərbələr vurmuş, bundan sonra Ağahüseyn üzərindən duraraq sürünə-sürünə otaqdakı “termo”-nun yanma getmiş və orada oturub ölmək üzərə olduğunu bildirib ondan su istəmiş, o, isə bıçağı yataq otağında tullayıb qonaq otağına qaçaraq stolun üzərində olan su qrafinini gətirib, Ağahüseyinə su vermiş, Ağahüseyn suyu içdikdən sonra can verməyə başlamış, o, isə Ağahüseynin sifətini şillələyərək özünə gətirməyə çalışmış və ölməməsi üçün yalvarmış, artıq Ağahüseynin nəfəs almadığını gördükdən sonra öldüyünə əmin olmuş, ardınca qana bulaşmış donunu dəyişib, atası İlhama zəng vuraraq Ağahüseyni öldürdüyünü söyləmiş, sonra isə cinayət məsuliyyətinə cəlb olunmamaq üçün özünü də öldürmək qərarına gəlmiş, bu məqsədlə yataq otağındakı paltar dolabında gizlətdiyi siçan zəhərini götürmüş, lakin zəhər qabının qapağını aça bilmədiyindən, qabı əvvəlcə otaqdakı stəkana vurmuş, lakin stəkan qırılmış, ardınca ütü stoluna vurub zəhər qabını açmış, bundan sonra zəhəri, həmin qırılmış stəkana süzüb içmiş, lakin çox keçmədən həmin zəhəri qusmuş, ardınca evdən çölə çıxaraq həyətdə oturub atasını gözləmiş, bir qədər keçdikdən sonra atası polislərlə birlikdə evə gəlmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 87 saylı məhkəmətibb ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti üzərində ümumilikdə 41 ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edilmişdir, həmin xəsarətlər aşağıdakılardır: Boyun nahiyəsinin ön səthində 14 ədəd, ölçüləri 3,5xl,0sm-dən 0,7x0,3sm-dək olan deşilmiş-kəsilmiş yaralar. Həmin yaralardan 3,5xl,0sm ölçüdə olan yara sol yuxu arteriyasını tam kəsir, 8 ədəd yara isə cərrahi tikişə ehtiyacı olan, digərləri isə səthi deşilmiş-kəsilmiş yaralardır. Çənənin ön səthinin, sol çənəaltı nahiyənin, sağ qulaq seyvanın, sağ yanaq nahiyəsinin ümumilikdə 8 ədəd səthi deşilmiş-kəsilmiş yaraları. Döş qəfəsinin ön səthinin sol yarısının 7 ədəd deşilmiş-kəsilmiş yaraları. Həmin yaralardan 4 ədədi döş boşluğuna nüfuz edir, yaralardan 2-si döş boşluğuna nüfuz edərək ürək boşluğuna keçir, bir ədəd deşilmiş-kəsilmiş yara döş boşluğuna nüfuz etsə də heç bir döş boşluğu orqanlarını zədələmir, bir ədəd deşilmiş-kəsilmiş yara isə döş boşluğuna nüfuz edərək sağ körpücükaltı arteriyanı tam kəsir. Döş boşluğuna nüfuz edən yara kanallarının istiqaməti öndən-arxaya, bir qədər sağdan-sola və yuxarıdanaşağıya doğrudur. Döş qəfəsinin ön səthinin sağ yarısının bir ədəd döş boşluğuna nüfuz etməyən cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yarası. Qarının ön divarının sağ yarısının bir ədəd qarm boşluğuna nüfuz etməyən cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yarası. Sağ said nahiyəsinin 8 ədəd deşilmiş-kəsilmiş yaraları. Həmin yaralardan 4 ədədi səthi deşilmiş-kəsilmiş yaralar, 4 ədədi isə cərrahi tikişə ehtiyacı olan deşilmiş- kəsilmiş yaralardır. Sağ diz oynağı nahiyəsinin 1 ədəd səthi deşilmiş-kəsilmiş yarası, sağ baldır nahiyəsinin isə 1 ədəd cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yarası. Qeyd olunan xəsarətlər həyatidirlər, deşici-kəsici əşyanın, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçaqların və ya ona bənzər bıçaqların təsirindən yaranmışlar, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərlər və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin ön səthinin döş boşluğuna nüfuz edərək ürəyi zədələyən deşilmiş-kəsilmiş yaraları, sağ körpücükaltı arteriyanın tam kəsilməsi, həmçinin boyun nahiyəsinin sol yuxu arteriyasını tam kəsən deşilmiş-kəsilmiş yaraları nəticəsində baş vermiş daxili və xarici qanaxma olmuşdur. Zərərçəkmiş şəxs meyiti üzərində aşkar olunmuş xəsarətin xarakterinə, ölçülərinə, həmçinin maddi sübut kimi təqdim olunmuş bıçaqların konstruktiv xüsusiyyətlərinin birbirinə yaxın olduqlarına əsasən demək olar ki, qeyd olunan xəsarətlər hər iki bıçaqla, eləcə də onlara bənzər bıçaqlarla yetirilə bilməsi istisna olunmur. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2023-cü il tarixdə, saat 1 l:30-da) 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 1329 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: alının, sağ bazunun yuxarı 1/3-nin yarası, sağ bazunun 3 ədəd, sol budun qançırı və 2 ədəd sıyrığı, sol baldırın 2 ədəd qançırı. Qeyd olunan xəsarətlərdən alının yarası küt əşya təsirindən törənmişdir, ola bilsin ki, zərərçəkənin göstərdiyi şəraitdə kənar şəxs tərəfindən külqabı ilə vurulmaqla əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sağ bazunun yarası - kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Sağ bazunun 3 ədəd, sol budun qançırı və 2 ədəd sıyrığı, sol baldırın 2 ədəd qançırı, küt əşya təsirindən törənmişdir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin yetirilmə müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gəlir. Həmin xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır. Sumqayıt şəhər TTYXna müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 571/2023-MTBŞ saylı məhkəmə-tibbi bioloji ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Balfa/H/(İİİ).- Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: 0(1)-. Ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş bir ədəd idman şalvarı, idman gödəkçəsi, qısaqol mayka, qısaqol mələfə mələfə, iki ədəd pambıq topasına hopdurulmuş nümunə, su qabı, külqabı, iki hissədən ibarət olan işıq lampası, iki hissəyə bölünmüş narıncı rəngli bıçaq və tünd qırmızı rəngli bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “B” və “H” antigenləri, idman gödəkçəsi, qısaqol mayka, qısaqol don, mələfə, su qabı, külqabı, iki hissədən ibarət olan işıq lampası üzərində həmçinin alfa aqqlyutinini də alındı. Bu qan ləkələri Balfa/H/(İİİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin 0(1) qruplu Təqsirləndirilən şəxs da (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) qarışmış qanının olması mümkündür. Qərarın təsvir hissəsində əmələ gəlmə müddəti barəsində olan suala hal hazırda dəqiq metodlar olmadığı üçün cavab vermək mümkün olmadı. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 403/MTKŞ-2023 saylı məhkəmə-tibbi və kriminalistik ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus donun sağ qolunun arxa səthində bir ədəd kəsilmiş zədə var. Bu zədə kəsici kənara malik hər hansı bir iti alətin təsirindən törənə bilər, o cümlədən ekspertizaya təqdim edilmiş bıçaq tiyələrinin hər birinin tiyəsinin təsirindən törənə bilər. Zədədə fərdi morfoloji əlamətlər aşkar edilmir. Qeyd edilən zədə yetirilərkən, zərərçəkənlə zədə yetirən şəxs müxtəlif qarşılıqlı vəziyyətdə ola bilərdi. Təqsirləndirilən şəxs məxsus donun ön səthinin sol yarısında, ön səthinin orta hissəsində, ön səthinin sağ yarısında, sol qolunun arxa səthində və sol qolunun ön səthində çoxsaylı cırılmış zədələr vardır. Bu zədələr küt yaranma mexanizmi ilə, paltarın həmin nahiyələrinin dartılması nəticəsində törənməyə uyğun gəlir: -Təqsirləndirilən şəxs məxsus idman şalvarının, idman gödəkçəsinin və qısaqol maykanın üzərində zədə aşkar edilmədi. -Təqdim edilmiş bıçaq tiyəsi ilə bıçaq dəstəyi birbiri ilə uyğunluq təşkil edir və eyni bir tamın (bıçağın) hissələridir. -Təqdim edilmiş hər iki bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçaqlarıdır və soyuq silah hesab edilmirlər. Təqdim edilmiş maddi sübutların üzərində məhkəmə-tibbi-bioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələrinin əmələgəlmə mexanizmi aşağıdakı kimidir: -donun üzərində olan ləkələr qan mənbəyi ilə statik kontakt və fizikikapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələrdir, -idman şalvarının üzərində olan ləkələrdən idman şalvarının sağ ayağının ön səthinin aşağı hissəsində olan ləkələr qan mənbəyindən öz ağırlığı ilə az hündürlükdən düşən damcı xarakterli, digər ləkələr isə qan mənbəyi ilə statik və zəif dinamiki kontakt nəticəsində əmələ gəlmiş hopma xarakterli ləkələrdir, -idman gödəkçəsinin üzərində olan ləkələrdən sağ qolunun azad kənarında olan ləkələr qan mənbəyi ilə statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələr, digər ləkələr isə qan mənbəyi ilə səthi kontakt və zəif dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir, -qısaqol maykanın üzərində olan ləkələrdən ön səthinin orta hissəsində olan geniş ölçülü ləkələr qan mənbəyi ilə statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli ləkələr, ön və arxa səthdə olan digər ləkələr qan mənbəyi ilə dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələr və bu ləkələr fonunda hər iki səthində olan oval və kiçik dairəvi formalı ləkələr isə qan mənbəyindən öz ağırlığı ilə az hündürlükdən düşən damcıxarakterli ləkələrdir, -hər iki bıçağın üzərində olan ləkələr qan mənbəyi ilə səthi statik və dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 63 saylı komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda psixi xəstəlik müəyyən edilməsə də, Təqsirləndirilən şəxs məhkəmə-psixoloji ekspertizası zamanı hadisə vaxtı onda müəyyən edilən fizioloji affekt halında olması ilə əlaqədar öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs hazırda yüngül dərəcəli depressiya aşkar olunur. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs həssaslıq, çətin situasiyalar zamanı əlverişli çıxış yolu tapmaqda çətinlik çəkmək, acizlik, tez həyəcanlanmaq, qorxaqlıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətləri hadisə zamanı yaranmış affektogen şəraitdə onun psixi-emosional halında neqativ halların yaranmasına zəmin yaratmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə hadisə baş verən zaman psixiemosional sferasında yaranmış güclü emosional hal (qorxu, həyəcan, gərginlik və stress) cinayət əməlini törədərkən qısa zaman kəsiyində “affektiv partlayış”-la nəticələnərək güclü ruhi həyəcan vəziyyətini yaratmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən güclü ruhi həyəcan vəziyyətində olması ilə əlaqədar hadisə zamanı şüuru məhdudlaşaraq törətdiyi əməli adekvat olaraq qavramaq, hərəkət və davranışının nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq, hərəkət və davranışını iradi və şüurlu olaraq tənzimləmək qabiliyyəti zəiflədiyindən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs keçirdiyi emosional halın yaranma səbəbləri affektogen şəraitdə olması belə ki, həyat yoldaşı Zərərçəkmiş şəxs tərəfindən psixi (onu təhqir etməsi, bətnindəki uşağına qarğış etməsi, qamma vuracağını deyərək bətnindəki uşağını öldürəcəyini bildirməsi) və fiziki (onu döyməsi, bıçaqla xəsarət yetirməsi, külqabını, gecə lampasını və ətir qabını onun bədəninin müxtəlif nahiyələrinə çırpması) zorakılığa məruz qalması ilə yanaşı eyni zamanda həmin şəraitdə onun fərdipsixi xüsusiyyətlərinin psixi-emosional halında neqativ dəyişikliklərin yaranmasına öz təsirini göstərməsi ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman güclü ruhi həyəcan vəziyyətində-fizioloji affekt halında olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 616 saylı təkrar kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cinayət əməlini törədərkən hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair kimi psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda yüngül dərəcəli depressiya müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda psixi xəstəlik müəyyən edilməsə də, məhkəmə-psixoloji ekspertizasının nəticəsinə görə törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs yaranmış fizioloji affekt halı ilə əlaqədar o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxsdə hal-hazırda müəyyən edilən depressiya o dərəcədə ifadə olunmayıb ki, o, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Qərarın təsviri hissəsində göstərilən əməli törədən zaman Təqsirləndirilən şəxs üzləşdiyi situasiya (uzun müddətdir həyat yoldaşı tərəfindən fiziki və psixi zorakılığa məruz qalması, həmçinin hadisə günü həyat yoldaşının təkrar onu təhqir etməsi, bətnindəki uşağına qarğış etməsi, qamma vuracağını deyərək bətnindəki uşağını öldürəcəyini bildirməsi, daha soma külqabını üzərinə atması, əlinə götürdüyü bıçaqla ona xəsarət yetirməsi, həmçinin məqsədinə çatmaq üçün gecə lampasını və ətir qabını onun bədəninin müxtəlif nahiyələrinə çırpması, həyat yoldaşının onun bətnində olan körpəsinə xəsarət yetirərək öldürəcəyindən qorxması və s.) onun üçün affektogen situasiya olmaqla, qıcıqlandırıcıya qarşı yüksək həssaslıq yaratmış, qısa zaman kəsiyində yaranmış güclü emosional yaşantı “affektiv partlayış”-la nəticələnmiş, emosional vəziyyətində qorxu, həyəcan, yüksək psixiemosional gərginlik halı əmələ gətirmiş, həmin zaman davranışı impulsiv olmuş, intellektual proseslərin gedişi pozulmuş, şüurun daralması (dərketmənin məhdudlaşması) nəticəsində situasiyanı adekvat qavrayaraq şəraiti və ola biləcək nəticələri obyektiv qiymətləndirə bilməmiş, stress faktorun göstərdiyi güclü təsir nəticəsində fizioloji affekt vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 2280 saylı təkrar komisyon məhkəmə-psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə zamanı qeyd edilən əməli törədərkən güclü ruhi həyəcan vəziyyətində-fizioloji affekt halında olmuşdur. Qeyd olunan hadisə zamanı və bilavasitə öncə təqsirləndirilən və zərərçəkmiş arasında cərəyan edən konfliktsituasiya, bütovlükdə hadisə şəraiti psixoloji prizmadan affektogen şərait kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs hadisə zamanı keçirdiyi emosianal yaşantıları, stress faktorunun təsiri altında olması və yaranmış affektogen şərait fizioloji affekt vəziyyətinin yaranmasını labüd edə bilir. Fizioloji affekt vəziyyəti əsasən hadisə şəraitinin psixoloji cəhətdən affektogen situasiya olması, zərərçəkmişin hərəkət və davranışının stress faktoru yaratması, təqsirləndirilənin həmin qıcıqlandırıcını necə qəbul etməsi və stress faktorun güclü təsiri ilə müəyyən olunur. Fizioloji affekt vəziyyətinin hansı zaman kəsiyində başlayıb, nə zaman bitməsi elmi ədəbiyyatlarda yalnız qısa zaman kəsiyi kimi göstərilir və həmin zaman hadisə törədilən vaxtı əhatə edir. Şəxsin həmin vəziyyətindən nə zaman çıxması isə fərdiyyətlə əlaqədar olur. Həmin zamanı ölçən cihaz mövcud deyildir. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 09 avqust 2023-cü il tarixdə, saat 08 radələrində 2023-cü ilin yanvar ayından faktiki ər arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə yaşadığı ünvan 2 ünvanında yerləşən yaşayış evinin qonaq otağında olarkən Zərərçəkmiş şəxs onu evdən qovmaq istəməsi və təhqir etməsi, həmçinin hamiləliyini sonlandırmasını tələb etməsi səbəbindən aralarında 2023-cü ilin fevral ayından başlanmış və uzun müddətdir davam edən mübahisələri yenidən başlamış, o, Zərərçəkmiş şəxs qarşısında diz çökərək, hamilə vəziyyətində olduğu üçün evdən getmək istəmədiyini yalvardıqda, Zərərçəkmiş şəxs bütün bunlara, özəlliklə də 6 aylıq aşkar surətdə hamilə olmasına məhəl qoymayaraq hamiləliyini sonlandırmaq ilə hədələyib, evdəki külqabını onun alın nahiyəsinə çırparaq ona alın nahiyəsinin yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, ardınca məişətdə istifadə etdikləri soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə vuraraq ona sağ bazunun yarası ilə müşayiət olunan dərəcəsi təyin olunmayan xəsarət yetirmiş, o, Zərərçəkmiş şəxs qaçaraq yataq otağına gəlsə də, Zərərçəkmiş şəxs öz qanunsuz hərəkətlərinə və ağır təhqirlərinə davam edərək əlində bıçaqla onun ardınca yataq otağına gəlmiş, onu bıçaqla vurmaq istəyərkən o, ətir qabı ilə Zərərçəkmiş şəxs əlindən vurduğu üçün bıçaq yerə düşmüş, buna baxmayaraq Zərərçəkmiş şəxs otaqdakı işıq lampasını, ətir qabını ona çırpmış və ardınca yumruqla vuraraq ona sağ bazunun 03 ədəd, sol budun qançırı və 02 ədəd sıyrığı, sol baldırın 02 ədəd qançırı ilə müşayiət olunan dərəcəsi təyin olunmayan xəsarətlər yetirmiş, daha sonra yerdəki bıçağı götürərək onu vurmaq istəsə də o, Zərərçəkmiş şəxs əlini cırmaqlayaraq bıçağı əlindən almış və üzərinə gəlməsin deyə bir dəfə ayağından vuraraq Zərərçəkmiş şəxs sağ baldır nahiyəsinin 01 ədəd cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş xəsarəti yetirmiş, lakin Zərərçəkmiş şəxs dayanmayıb onu təhqir edərək və hamiləliyini sonlandıracağını söyləyərək üzərinə gəldiyi üçün üzləşdiyi affektogen situasiya qarşısında şüurunun daralması nəticəsində situasiyanı adekvat qavrayaraq şəraiti və ola biləcək nəticələri obyektiv qiymətləndirə bilməmiş və stress faktorun göstərdiyi güclü təsir nəticəsində əlindəki soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq Zərərçəkmiş şəxs boyun səthinin 14 ədəd deşilmiş- kəsilmiş yaraları, çənənin ön səthinin, sol çənəaltı nahiyənin, sağ qulaq seyvanının, sağ yanaq nahiyəsinin ümumilikdə 08 ədəd səthi deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin ön səthinin sol yarısının 07 ədəd deşilmiş-kəsilmiş yaraları, döş qəfəsinin ön səthinin sol yarısının 01 ədəd deşilmiş-kəsilmiş yarası, qarının ön divarının sağ yarısının 01 ədəd qarın boşluğuna nüfuz etməyən, cərrahi tikişə ehtiyacı olan deşilmiş-kəsilmiş yarası, sağ said nahiyəsinin 08 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ diz oynağının 01 ədəd səthi deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid 41 ədəd xəsarət yetirərək zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Beləliklə, Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır cinayətlərlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin zərərçəkmişin hüquqi varisi, şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 122.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 122.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunamamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixi sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan olunmuş ittihama dəyişiklik edilməklə ona Azərbaycan Respublikası CM-nin 122.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, Zərərçəkmiş şəxs öldüyü üçün onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, cinayət işinin istintaqı zamanı götürülmş 01 ədəd şüşə su qabı, 01 ədəd döşək üzü, 01 ədəd sarı rəngli bıçaq tiyəsi, 01 ədəd bıçaq dəstəyi, 01 ədəd şüşə kül qabı, 01 ədəd çəhrayı bıçaq, 01 ədəd işıq lampası, 01 ədəd üzərində müxtəlif rəngləri olan qadın donu, 01 ədəd ağ qısaqol mayka, 01 ədəd qara idman şalvarı, 01 ədəd idman gödəkçəsi, 4 ədəd pambığa hopdurulmuş qanabənzər ləkə nümunələri və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması zamanı videoçəkilişin əks olunduğu CD-disk maddi sübut qismində tanınmış, CD-disk cinayət işinin materiallarında, digərləri isə Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılır. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, eyni zamanda törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2023-cü il tarixli qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 11 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunda saxlanılan 01 ədəd şüşə su qabı, 01 ədəd döşək üzü, 01 ədəd sarı rəngli bıçaq tiyəsi, 01 ədəd bıçaq dəstəyi, 01 ədəd şüşə kül qabı, 01 ədəd çəhrayı bıçaq, 01 ədəd işıq lampası, 01 ədəd üzərində müxtəlif rəngləri olan qadın donu, 01 ədəd ağ qısaqol mayka, 01 ədəd qara idman şalvarı, 01 ədəd idman gödəkçəsi, 4 ədəd pambığa hopdurulmuş qanabənzər ləkə nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 11 avqust 2023-cü il tarixindən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər prokurorluğunda saxlanılan 01 ədəd şüşə su qabı, 01 ədəd döşək üzü, 01 ədəd sarı rəngli bıçaq tiyəsi, 01 ədəd bıçaq dəstəyi, 01 ədəd şüşə kül qabı, 01 ədəd çəhrayı bıçaq, 01 ədəd işıq lampası, 01 ədəd üzərində müxtəlif rəngləri olan qadın donu, 01 ədəd ağ qısaqol mayka, 01 ədəd qara idman şalvarı, 01 ədəd idman gödəkçəsi, 4 ədəd pambığa hopdurulmuş qanabənzər ləkə nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-350/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-350/2024
21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver