Məhkəmə qərarları › İş №1(060)-351/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-351/2020

01.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-351/2020 01.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi: X1 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmuş və yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə şəxsiyyəti istintaq orqanına məlum olmayan Teymur adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən «Makas» kişi bərbərxanasının plastik qapısını sındıraraq açıb Teymur adlı şəxslə birlikdə içəri qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 01 ədəd 250 (iki yüz əlli) manat dəyərində “LG” markalı televizoru, salonda saç ustası işləyən Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 180 (yüz səksən) manat dəyərində saç kəsən maşını, 01 ədəd 200 (iki yüz) manat dəyərində üzqırxan maşını, 01 ədəd 20 (iyirmi) manat dəyərində üz epilyatorunu, 04 ədəd ümumi dəyəri 140 (yüz qırx) manat olan saç kəsən qayçıları, 01 ədəd 30 (otuz) manat dəyərində feni, 01 ədəd 10 (on) manat dəyərində və 01 ədəd 50 (əlli) manat dəyərində qol saatlarını, 01 ədəd 2 (iki) manat dəyərində boş pul kisəsini, 01 ədəd 40 (qırx) manat dəyərində boş pul kisəsini, 01 ədəd 2 (iki) manat dəyərində köhnə köynəyi, 01 ədəd 5 (beş) manat dəyərində önlüyü, 32 ədəd 32 (otuz iki) manat dəyərində saç qırxan maşın üçün ağızlığı, digər saç ustası Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 180 (yüz səksən) manat dəyərində «wahl» markalı kiçik saç qırxan elektrik maşınını, 01 ədəd 200 (iki yüz) manat dəyərində «wahl» markalı üzqırxan elektrik maşınını, 01 ədəd 20 (iyirmi) manat dəyərində «Dingung» markalı saç qırxan elektrik maşınını, 01 ədəd 50 (əlli) manat dəyərində, 01 ədəd 30 (otuz) manat dəyərində, 03 ədəd hər birinin qiyməti 10 (on) manat dəyərində olan saç qayçılarını, 01 ədəd 80 (səksən) manat dəyərində saç feni, 02 ədəd ümumilikdə 200 (iki) yüz manat dəyərində olan «Hoffmann» markalı səsgücləndiriciləri, 01 ədəd 60 manat dəyərində üz qırxan aparatı gizli yolla talayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 250 (iki yüz əlli) manat, Zərərçəkmiş şəxs3 679 (altı yüz yetmiş doqquz) manat və Zərərçəkmiş şəxs2 850 (səkkiz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş və ona verilən ittihamda göstərilən cinayət əməlini törətdiyini etiraf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin hüquqi varisi X3 bildirdi ki, onun oğlu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış və “Ağciyərin digər travmaları” səbəbindən vəfat etmişdir. Təqsirləndirilən şəxsə bəraət verilməsini istəmir. Cinayət işinə baxılmasının davam etdirilməsinə razı deyildir. Təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında“ protokoldan görünür ki, baxış keçirilən ərazi ünvan 3 ünvanında yerləşir. Obyektin qapısının çərçivəsi alümininumdandır, orta və yan hissələri şüşədəndir. Giriş qapısının üstünə "Makas" studio sözləri yazılıb. Bərbərxananın giriş qapısının kilid hissəsinin əzilərək sındırıldığı müşayiət olunmuşdur. Qapı açıq vəziyyətdədir. Qapının içəri üzdə yarı açılmış vəziyyətdə qara rəngli pərdə var. Bərbərxanaya girdikdə sol küncdə qapının arxasında bir ədəd par aparatı, qapının üst hissəsində "Auks" markalı kondisioner, sol tərəfdə asılqanda üz dəsmalları, 1 ədəd tefal çaynik, 1 ədəd stul, 1 ədəd stol vardır. Giriş qapısından sağda 2 ədəd bərbır üçün masa güzgü dəsti, 2 ədəd bərbər kreslosu, masanın üzərində daraq qabları, su qabları və qayçı qabları vardır. Bərbər üçün şkafların üstündə 30-40 ədədə yaxın saç lakları, 6-7 ədəd üz maskaları, 15-20 ədəd saç kremləri, 2 ədəd saç tozu, 3 ədəd saç spreyi, 2 ədəd tonalni kremi, 1 ədəd lepuçka aparatı, 12 ədəd saç daraqları, 4 ədəd üz təmizləmək üçün şotka, saç üz üçün şampun və digər xırda ləvazimatlar vardır. Bərbər masasının gözlükləri açıq vəziyyətdə və əşyaların döşəmənin üzərində dağınıq vəziyyətdə olması müşahidə olunur. Ekspert tərəfindən aparılmış müayinələr zamanı dolabın şüşə qapısından və giriş qapısının alüminium çərçivəsindən ümumilikdə 7 ədəd əl-barmaq izləri götürülmüşdür. (İ.V 9) İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli tutulma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 16:15 dəqiqədə tutulmuşdur. (i.v 45) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2020-cil il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat təmin edilməmiş və o məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. (i.v 75-76) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v 77-78) İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli “Fləş kartda olan görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videogörüntünü qeydə alan müşahidə kamerası ünvan 4 ünvanında yerləşən "Makas" kişi salonunda tavandan salonun girişinə doğru quraşdırılmışdır. Ekranın sağ aşağı hissəsində hadisə baş vermiş tarix, yəni xx.xx.2020 00:33 olaraq göstərilmişdir. videogörüntünün 05:05 dəqiqəsindən başlayaraq salonun qapı hissəsindən səslər gəlməyə başlayır. 06:58 dəqiqəyədək səslər gəlməyə davam edir və kişi cinsindən olan bir nəfər pərdənin arxasından salona daxil olur. Həmin an pərdənin arxasında daha bir nəfərin də olduğu görünür. Salona daxil olmuş və əlində fanar olan şəxs salondakı dolabları axtarmağa başlayır. 07:45 dəqiqədə axtarışları aparan şəxs dolabdan 01 ədəd pul kisəsini götürüb şalvarının arxa tərəfində gizlədir və axtarışa davam edir. 08:20 dəqiqədə ikinci şəxs də pərdənin arxasından salona daxil olur və ətrafa baxııb kamera var sözünü işlədir. Bundan sonra hər iki şəxs üzlərini gizlətməyə çalışırlar. Daha sonra şəxslərdən biri salondan götürdüyü döşəmə təmizləmək üçün nəzərdə tutulmuş alətlə müşahidə kamerasını tavana doğru sıxır. Bundan sonra həmin şəxslər öz aralarında söhbət eədərək salonu tərk edirlər.(i.v 117) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Əhmədov X2 Şəhər Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2, 69-cu maddələrinə əsasən 2700 manat cərimə cəzasına, Ağır Cinayətlərə dair İşlər üzrə AR Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsinə əsasən 06 müddətə azadlıqdan məhrum etmə cəzasına, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 180.1-ci maddəsinə əsasən 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəmsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən 04 ay 27 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2017-ci il tarixdə cəzasının çəkib qurtarmış, xx.xx.2019-cu il tarixdə Sumqayıt ŞPİ tərəfindən CM-nin 177.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmuş, xx.xx.2019-cu il tarixdə CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir.(i.v 121-122) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli 9/1374 nömrəli ekspert rəyindən görünür ki, tədqiqat obyektlərinin 2020-ci ilin aprel ayına respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdaki kimi müəyyən olunur: bir ədəd "LG 32" markalı televizor 250 manat, bir ədəd "wahl" markalı saçkəsən maşın 180 manat, bir ədəd "wahl" markalı üzqırxan maşın 200 manat, dörd ədəd saçkəsən qayçı 140 manat, bir ədəd "Yaquar" markalı fen 30 manat, bir ədəd " kemei" markal üz epilyator 20 manat, bir ədəd qara rəngli dermantin materialdan olan boş pul kisəsi 2 manat, bir ədəd qısaqol, düyməli, üzərində göy gül rəsmləri olan köhnə köynək 2 manat, bir ədəd önlük 5 manat, 32 ədəd saç qırxan maşın üçün ağızlıq 32 manat, bir ədəd "wahl" markalı saçkəsən maşın 180 manat, bir ədəd "wahl" markalı üzqırxan maşın 200 manat, bir ədəd saç qayçısı 50 manat, bir ədəd saç qayçısı 30 manat, üç ədəd saç qayçısı 30 manat, iki ədəd "Hoffmann" markalı səsgücləndirici 200 manat, bir ədəd üz təmizləyən aparat 60 manat.(i.v 160-161) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v 127) Məhkəməyə daxil olmuş X1 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, onun oğlu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə ölmüşdür. Xahiş edir ki, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxsə bəraət verilməsini istəmir. Cinayət işinin baxılmasının davam etdirilməsinə razı deyildir. Məhkəməyə təqdim edilmiş AZ-İİ seriyalı 115156 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 1226 saylı qeyd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddələrinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 41.2-ci maddələrinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin, habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Həmin Məcəllənin 43.3-1-ci maddələrinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddələrində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə baxışı gedişi zamanı ölməsini və ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinin cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Təqsirləndirilən şəxs öldüyü üçün həmin məhkəmə məsrəfi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd LG markalı 82 dioqanallı televizor Zərərçəkmiş şəxs1, 01 ədəd «wahl» markalı kiçik saç qırxan elektrik maşını, 01 ədəd «wahl» markalı üzqırxan elektrik maşını, 01 ədəd «Dingung» markalı saç qırxan elektrik maşını, 05 ədəd saç qayçıları, 01 ədəd saç feni, 02 ədəd «Hoffmann» markalı səsgücləndiricilər, 01 ədəd üz təmizləyən apparat Zərərçəkmiş şəxs2 və 01 ədəd «wahl» markalı saç kəsən maşın, 01 ədəd 260 manat dəyərində «wahl» markalı üzqırxan maşın, 01 ədəd “kemei” markalı üz epilyatoru, 01 ədəd “Yaquar” markalı fen, 01 ədəd önlük və 32 ədəd saç qırxan maşın üçün ağızlıq məhkəməyədək saxlanılması üçün Zərərçəkmiş şəxs3 təhvil verilmişdir, bu nəzərə alınmalı, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd flash kart isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddələrinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “xxxxxxxxxxx” ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) Cinayət işi üzrə 50 (əlli) manat ekspertiza xərci dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut olan 01 ədəd LG markalı 82 dioqanallı televizorun Zərərçəkmiş şəxs1, 01 ədəd «wahl» markalı kiçik saç qırxan elektrik maşını, 01 ədəd «wahl» markalı üzqırxan elektrik maşını, 01 ədəd «Dingung» markalı saç qırxan elektrik maşını, 05 ədəd saç qayçıları, 01 ədəd saç feni, 02 ədəd «Hoffmann» markalı səsgücləndiricilər, 01 ədəd üz təmizləyən apparatın Zərərçəkmiş şəxs2 və 01 ədəd «wahl» markalı saç kəsən maşın, 01 ədəd 260 manat dəyərində «wahl» markalı üzqırxan maşın, 01 ədəd “kemei” markalı üz epilyatoru, 01 ədəd “Yaquar” markalı fen, 01 ədəd önlük və 32 ədəd saç qırxan maşın üçün ağızlığın Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın və qanuni sahiblərinə qaytarılmış hesab edilsin, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd flash kart isə cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar