Məhkəmə qərarları › İş №1(060)-351/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-351/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-351/2022 15.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəsinə, həmin həyətyanı sahənin qonşuluğunda yerləşən özlərinə məxsus həyətyanı sahədən hasarın açıq saxlanılmış, hasarlanmamış hissəsindən keçərək Zərərçəkmiş şəxs məxsus 3 ədəd 50 lirtlik qaz balonunu, 2 ədəd böyük ölçülü 50 litrlik aliminium qazanını, 1 ədəd markasını, ölçüsünü xatırlamadığı su nasosunu, 1 ədəd içərisində hər ölçüdə olan dəmir “açar” “qayka açan” olan dəsti, 1.75x2 metr ölçüdə 2 ədəd dəmir darvazanı, 65 metr beton məftilini, 1 ədəd 4 metr uzunluğunda 36 mm-lik “şveller”i, 1 ədəd 200 litrlik dəmir çəlləyi gizli talayıb Zərərçəkmiş şəxs 1365,50 manat (min üç yüz altmış beş manat əlli qəpik) məbləğində ziyan vurmaqla oğurluq etmişdir. İstintaq orqanının verdiyi ittihama görə isə Təqsirləndirilən şəxs həmin oğurluq hadisəsini Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən həyətyanı sahəyə, həmin həyətyanı sahənin qonşuluğunda yerləşən özlərinə məxsus həyətyanı sahədən keçərək qanunsuz daxil olmaqla törətmiş, nəticədə Zərərçəkmiş şəxs 1365,50 manat (min üç yüz altmış beş manat əlli qəpik) məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə ilə özünü təqsirli bilərək göstərdi ki, bir müddətdir ki, işsizdir və buna görə də maddi vəziyyəti yaxşı deyil. Buna görə qərara gəlmişdir ki, Novxanı bağları ərazisində yerləşən bağlarında olan dəmir əşyalardan aparıb satsın. Bağa getdikdə orada satılacaq dəmir tapa bilməmişdir. Zərərçəkmiş şəxs onların bağ qonşusudur, yaxşı münasibətləri var, həyətlərinin arasında hasar olsa da hasar tam deyil, aralarında qapı üçün yer qoyulsa da qapı qoyulmamışdır, həmin hissə tam boşdur və bir-birinin həyətinə sərbəst girib-çıxa bilirlər. Həmin vaxt Zərərçəkmiş şəxs məxsus bağ sahəsinə baxdıqda orada həyətdə bir kənara dəmir darvaza qoyulduğunu görmüş və diqqətini çəkdiyindən həmin həyətə aradakı hasarın açıq saxlanılmış, hasarlanmamış boş hissəsindən (qapı üçün nəzərdə tutulmuş yerdən) keçərək gedib baxdığı zaman dəmir darvazadan başqa bir neçə dəmir əşyalar, qaz balonları, çəllək, dəmir şveller, istifadəsiz su nasosu da olduğunu görmüş və həmin əşyalar ağır olduğundan və dəmir darvaza iri olduğundan düşünmüşdür ki, tək apara bilməz və buna görə də həmin dəmirləri sürüyərək yenə aradakı həmin açıq boş yerdən öz həyətlərinə gətirmiş, öz həyətlərinə aid hissəyə yığmış, qərarlaşdırmışdır ki, hər hansısa tanışına köməklik etməsini desin. Həmin gün dəmirləri götürüb sata bilməmiş və bir gün sonra Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində tanışı Taleh adlı şəxs ilə rastlaşdıqda öz aralarında söhbət edərkən ondan borc pul istədikdə pulu olmadığını demişdir. Talehə işi düşdüyünü deyərək, bildirmişdir ki, bağlarında dəmirlər var, istifadə etmirlər və onları aparıb satmaq istəyir, lakin ağır olduğundan tək götürə bilmir. Talehdən kömək istəmiş, Taleh ona köməklik edə biləcəyini demiş, buna görə də Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən tikinti materialları satılan mağazanın qarşısında dayanmış Vaz-2106 markalı **-BP-*** nömrə nişanlı avtomaşına yaxınlaşmışlar. O, sürücüyə yaxınlaşaraq ona Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində özünə məxsus bağ sahəsində istifadəsiz dəmirlər olduğunu və onları satmaq istədiyini deyib, bunun üçün onun taksi kimi gəlməsini xahiş etmişdir. Həmin şəxslə aralarında 10 manat müqabilində razılaşmış və Taleh ilə birlikdə taksiyə minərək, bağ sahələrinə getmiş və avtomaşından düşərək və sürücüyə avtomaşının arxa tərəfini bağın qapısına yaxınlaşdırmasını demiş və darvazanı açaraq içəri daxil olmüşdur. Talehə yerə düzülmüş dəmir əşyaları göstərib köməklik etməsini, avtomaşına yükləmək lazım olduğunu demişdir. Birlikdə həmin dəmirləri taksiyə yükləmiş və yenidən darvazanı bağlayaraq birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən dəmir qəbulu yerinə getmişlər, orada dəmirləri satmış və 110 manat pul alıb 10 manatını taksiyə vermişdir. Həmin puldan Talehə pul verməmişdir. Taksi sürücüsünə də, Talehə də dəmir əşyaların özlərinə məxsus olduğunu demişdir. Qeyd olunan ünvandan başqa hər hansısa evə daxil olmamış, oğurluq etməmiş, həmin vaxt yanında başqa heç kim olmamışdır. Oradan 3 ədəd qaz balonu, 2 ədəd aliminium qazanı, 1 ədəd su nasosunu, 1 ədəd “açar” dəsti, 2 ədəd dəmir darvazanın beton məftilini, 1 ədəd “şveller”, 1 ədəd dəmir çəlləyi götürərək öz həyətlərinə yığmış, başqa heç nə oğurlamamışdır, dəmirləri satdığı şəxsə dəmirlərin oğurluq olduğunu bildirməmiş, özünə məxsus olduğunu demiş və həmin şəxsi əvvəlcədən tanımamışdır. Oğurluq hadisəsini təkbaşına törətmiş, ona bu oğurluqda kimsə köməklik etməmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmişdir, onunla barışmışdır. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Sumqayıt şəhəri Novxanı qəsəbəsi ərazisində fərdi yaşayış evi vardır və orada daimi yaşamır. Oradan adətən yay fəslində istirahət etmək üçün istifadə edir, həmin evə üç dörd gündən bir dəfə gedir. xx.xx.2021-ci il tarixdə Rusiyadan Azərbayacana gəlmiş, xx.xx.2021-ci il tarixdə Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evinə getdiyi zaman orada həyətə qoyduğu əşyalardan bəzilərinin olmadığını aşkar etmiş və baxdıqda ona məlum olmuşdur ki, həyətdə olan 3 ədəd 50 lirtlik qaz balonu, 2 ədəd böyük ölçülü 50 litrlik aliminium qazan, 1 ədəd markasını xatırlamadığı su nasosu, bir ədəd içərisində hər ölçüdə olan dəmir vint açanlar dəsti, 1 ədəd 1.75 metr, 2 metr ölçüdə iki ədəd dəmir darvaza, 65 metr beton məftili, 1ədəd 4 metr uzunluğunda 36 mm-lik “şveller”, 1 ədəd 200 litrlik dəmir çəllək oğurlanmışdır. O, bununla bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurlanan dəmir darvaza çox ağır olduğundan o, həmin oğurluq hadisəsini törətmiş Təbriz adlı şəxsin tək olmadığını, başqa şəxslərin də oğurluq hadisəsində iştirak etdiyini düşündüyünü bildirmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 1585 manat maddi ziyan dəymişdir, 3 ədəd 50 lirtlik qaz balonunun 1 ədədini 50 manata almış, onların ümumilikdə 150 manat olmuşdur, 2 ədəd böyük ölçülü 50 litrlik aliminium qazanın bir ədədi 50 manata olmaqla iki ədədini 100 manata almışdır, 1 ədəd markasını, ölçüsünü xatırlamadığı su nasosunu 85 manata, bir ədəd içərisində hər ölçüdə olan dəmir “açar”, “qayka açan” dəsti 70 manata almışdır. 1 ədəd 1.75 metr, 2 metr ölçüdə iki ədəd dəmir darvaza 5-lik dəmir listdən düzəldilmiş, dəyəri 900 manat olmuş, 65 metr beton məftilin 1 metrini 2.75 manata olmaqla 190 manata, 1 ədəd 4 metr uzunluğunda 36 mm-lik “şveller”i dəyəri 1 metri 10 manat olmaqla 40 manata, 1 ədəd 200 litrlik dəmir çəlləyi isə 50 manata almışdır. Ona məxsus bağ sahəsi Təqsirləndirilən şəxs babasına məxsus bağ sahəsi ilə qonşudur, aralarında hasar olsa da aralarında qapı üçün nəzərdə tutulan yer boşdur, qapı qoyulmamış, tam hasarlanmamışdır, oradan sərbəst bir-birinin həyətinə keçmək mümkündür, qonşu olduqları üçün bir-birinin həyətlərinə keçə bilirlər. Hasarın həmin hissəsi açıq olmuşdur. Sonradan bilmişdir ki, həyətindəki əşyaları Təbriz oğurlamışdır. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, bu barədə məhkəməyə ərizə vermişdir. Bunların nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş və heç bir şikayəti yoxdur. Məhkəmə iclasında Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs bir neçə illik tanışıdır və onunla münasibətləri son vaxtlara qədər yaxşı olmuş, vaxtaşırı görüşürmüşlər. xx.xx.2021ci il tarixdə Təbrizlə Sumqayıt şəhəri ərazisində görüşdükdə o, təcili pul lazım olduğunu bildirmişdir. O, Təbrizə pulu olmadığını bildirmiş, Təbriz isə onlara məxsus Sumqayıt şəhəri Novxanı bağlar massivi ərazisinə olan bağ evinin həyətində lazımsız dəmirlərin olduğunu və həmin dəmirləri sataraq pul əldə etmək istədiyini bildirib, xahiş etmişdir ki, beli ağrıyır, dəmirləri tək götürə bilməz və buna görə də taksi tapıb həyətlərinə getsinlər və orada ona köməklik etsin, dəmirləri götürüb satsın. Həmin gün başqa işi olmadığından onunla razılaşmış və birlikdə 17-ci mikrorayon ərazisində dayanan Vaz-2106 markalı avtomaşına yaxınlaşmış, həmin sürücü ilə Təbriz özü danışıb razılaşmış və Təbriz ondan həyətlərində olan dəmirləri Sumqayıt şəhəri, Şərq bazarı yaxınlığında dəmir qəbulu yerinə aparmağı xahiş etmiş və aralarında 10 manat mübaqabilində razılaşmışlar. Birlikdə taksi ilə onların bağ evinə getmiş, onlar taksidən düşmüş, Təbriz taksi sürücüsünə taksinin arxa tərəfini qapıya yaxınlaşdırıb həyətə salmasını demiş və həmişəki kimi Təbriz yenə də darvazanı açmış və darvazadan içəri daxil olmuşlar. Təbriz ortada olan hasarlarının dibinə yığılan dəmirləri götürməli olduqlarını demiş və əvvəlcə dəmir darvazanı, daha sonra isə “şveller”, qaz balonları, su matoru və dəqiq xatırlamadığı bir neçə dəmir əşyaları, qazanı, çəlləyi götürüb maşının damında olan dəmir yük yerinə və arxa yük yerinə yığmışlar, birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən dəmir qəbulu yerinə getmiş və Təbriz orada öz şəxsiyyət vəsiqəsi ilə həmin dəmirləri satmış, oradan taksinin pulunu da verərək çıxıb getmişlər. Həmin puldan Təbriz ona pul verməmişdir. Sonradan Təbriz ilə görüşməmişdir. Əvvəllər də bir neçə dəfə Təbriz gilin bağ evində olmuş, həmin bağın onlara məxsus olduğunu bilmiş, ora gündüz vaxtı getmişlər və həmişə də ətrafdan insanlar keçmişdir, güman etməmişdir ki, Təbriz oğurluq edər. Təbriz özü də ona həmin bağın onlara məxsus olduğunu demiş və həmişə münasibətləri yaxşı olmuşdur. Məhkəmə iclasında Şahid3 göstərdi ki, təxminən 2 ildir ki, Sumqayıt şəhəri ərazisində dəmir qəbulu ilə məşğul olur. Hal-hazırda da Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən dəmir qəbulu emalatxanasında işləyir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır. Təbriz təxminən 2021-ci ilin noyabr ayının sonları onun işlədiyi dəmir qəbulu yerinə gələrək, darvaza və bir neçə dəmir əşyalar olduğunu bildirmiş və satmaq üçün gətirdiyini demişdir. Əvvəlcə dəmirlərə baxmış və ondan kimin olduğunu soruşduqda o, özlərinə məxsus olduğunu və istifadəsiz olduğundan satmaq istədiyini demiş və o, həmin şəxsdən şəxsiyyət vəsiqəsinin surətini istəmiş,o vəsiqəsini vermiş və onun anket məlumatlarını dəftərə qeyd edərək, şəxsiyyət vəsiqəsinin şəklini çəkib özündə saxlamış və onun gətirdiyi, darvaza, qaz balonu və digər dəqiq xatırlamadığı əşyaları almış, təxminən ona 80-90 manat pul vermişdir. Təbriz çıxıb getmişdir. O, həmin əşyaların oğurluq olduğunu güman etməmiş, həmin şəxs gündüz vaxtı gəlmiş və şəxsiyyət vəsiqəsinin də şəklini verdiyindən o, düşünmüşdür ki, həqiqətən də özünə məxsusdur. Həmin dəmir əşyaların dəqiq nələrdən ibarət olduğunu bilməmiş, ümumi hesablayaraq ödəniş etmişdir. Dəmir darvaza hissələrdən ibarət olmuşdur. Şahid qismində dindirilmiş Şahid2 istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 4 aydır ki, özünə məxus “Vaz 2106” markalı **-BP-*** dövlət nömrə nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə təxminən saat 16 radələrində iki nəfər cavan oğlan ona yaxınlaşaraq bağ evlərində dəmir qapı olduğunu və həmin dəmir qapını götürüb metal qəbulu yerinə vermək lazım olduğunu və bunun üçün də taksi kimi onun da həmin şəxslərlə getməyini xahiş etmişlər. Aralarında 10 manata razılaşdıqdan sonra birlikdə Novxanı bağları ərazisində yerləşən bir həyət evinin qarşısına getmişlər və orada o, avtomaşını saxlamış, həmin şəxslər qapını açıb həyətə daxil olmuşlar. O, avtomaşında dayanıb gözləmiş, bir qədər sonra həmin şəxslər həyətdən bir ədəd dəmir darvaza və bir neçə ədəd dəmir əşyaları gətirib onun avtomaşınının üzərində olan dəmir barmaqlıqlığın yük yerinin üzərinə qoymuşlar. Bundan sonra Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Xəlifə şadlıq sarayının yaxınlığında olan dəmir qəbulu yerinə getmişlər və orada həmin dəmir darvazanı açdıqda dəmir qəbul edən şəxs həmin şəxslərdən şəxsiyyət vəsiqəsi tələb etmiş, şəxsiyyət vəsiqəsi təqdim edildikdən sonra dəmir darvaza və bir neçə ədəd dəmir əşyaları qəbul edilmiş və o da həmin şəxslərdən 10 manat ödənişi alıb çıxıb getmişdir. Sonradan polis əməkdaşları onu axtardıqları zaman məlum olmuşdur ki, həmin dəmir qapılar oğurluq olmuşdur və polis bölməsində həmin şəxslərdən birinin adının Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Günorta vaxtı olduğundan, ətrafda tanımıdığı qonşular gəlib keçdiyindən və qapını da özü açaraq həyətə girdiyi üçün və sərbəst hərəkət etdiyi üçün dəmirlərin oğurlandığını güman etməmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış obyekti Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən fərdi həyət evinin həyətidir. Baxış zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində naməlum şəxsin yuxarıda qeyd olunan fərdi bağ evinin həyətindən 1 ədəd dəmir darvaza, 65 metr uzunluğunda tikinti üçün nəzərdə tutulmuş naqil, 1 ədəd dəmir suqabı və 1 ədəd şvellerin oğurlanması aşkar olunmuşdur. Baxış qaranlıq vaxtı açıq hava şəraitində keçirilmişdir. Baxış zamanı inspektor-kriminalist tərəfindən hadisə yerinin müayinəsi zamanı təhqiqata yararlı olan hər hansı bir əl-barmaq izi aşkar olunmamışdır.(i.v 7) “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokola əlavə edilmiş və ifadənin yerində yoxlanması zamanı çəkilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyətinə özlərinə məxsus bağ sahəsi ilə onların bağ sahəsinin ara hasarının boş (açıq) hissəsindən keçmişdir, həmin hissə həqiqətən tam açıqdır. (i.v.8-12, 117-119) İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 13:30 radələrində tutulmuşdur.(i.v 34) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-660/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır.(i.v 59-60) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 107-108) İş materiallarında olan 18 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 127) İş materiallarında olan 9/508 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 5 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin noyabr-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada 321,50 manat müəyyən olunur. Digər 3 adda mallar haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir.(i.v 136- 139) İş materiallarında olan “Sübutların qimətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Şahid2 əməlində əməlində Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmişdir. (i.v 143-150) “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamm sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il Qərarının 20-ci bəndində göstərilmişdir ki, ......anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Həmin Qərarın 21-ci bəndində göstərilir ki, ............Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad giribçıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. İstintaq zamanı toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus həyətə aradakı hasarın qapı üçün nəzərdə tutulmuş açıq hissəsindən, onun və ailə üzvlərinin qonşuluğa görə azad girib-çıxa biləcəyi yerdən girərək oğurluq etmişdir. Həmin həyətə hasardan aşmamış, Zərərçəkmiş şəxs məxsus həyətə, oğurlanan əşyaların olduğu yerə qanunsuz daxil olmamışdır. Bütün bu hallar istintaq orqanına məlum olsa da işin halları düzgün qiymətləndirilməmiş, təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmamışdır. İstintaq orqanı hesab etmişdir ki, Təqsirləndirilən şəxs məhz oğurluq etdiyi üçün Zərərçəkmiş şəxs məxsus həyətə onun iradəsinə zidd olaraq, qanunsuz girmişdir. Halbuki Təqsirləndirilən şəxs və onun ailə üzvləri Zərərçəkmiş şəxs ilə həmin bağda qonşu olmuşlar, aralarındakı hasarda onların bir-birinin həyətinə sərbəst girib çıxmaları üçün boş (açıq) yer saxlanılmış, oraya qapı qoyulmamış, hər hansı maneə çəkilməmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilən əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə tövsif edilməli, o Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, ilk dəfə məsuliyyətə cəlb edilməsi, əməlindən peşman olması, yaşayış yerindən müsbət xarakterizə olunması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyrimümkün hesab edir. Ona görə də, ona islah edilməsi üçün azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini daha məqsədəuyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 04 dekabr 2021-ci il tarixdən hesablanmalı və o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki idia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzanın əvvəli 04 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 85 (səksən beş) manat ekspertiza xərci X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar