Məhkəmə qərarları › İş №1(060)-351/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-351/2023

31.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-351/2023 31.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsindəki fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,741 qram çəkidə narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,220 qram çəkidə narkotik vasitə olan metadonu, şəxsi istehlak miqdarında, yəni 1,822 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, şəxsi istehlak miqdarında, yəni 0,048 qram çəkidə psixatrop maddə metamfetamini əldə edib daşıyaraq yaşadığı evdə saxlamış, həmin narkotik vasitə heroinin 0,620 qram çəkidə olan hissəsini ayrı-ayrılıqda 0,289 qram və 0,331 qram çəkidə 02 ədəd şəffaf sellofan bükümdə, 0,048 qram çəkidə psixatrop maddə metamfetamini 01 ədəd ağ rəngli kağız bükümdə 03 dekabr 2022-ci il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində tanışı X1, Sumqayıt ŞPİ-nin CAŞ-mn əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 03 dekabr 2022-ci il tarixdə, saat 18:30-da yaşadığı Sumqayıt şəhər, Ceyranbatan qəsəbəsindəki fərdi evdə saxlanılaraq yaşadığı fərdi evinə axtarış və götürmə keçirilərkən evin yataq otağındakı dolabın üzərindən 01 ədəd şəffaf sellofan bükümdə 1,121 qram çəkidə narkotik vasitə olan heroin, 01 ədəd 500 ml həcmli plastik butulkada 220-ml həcmli məhlulun tərkibində ümumilikdə təmiz çəkisi 0,220 qram narkotik vasitə - metadon, 01 ədəd kibrit qutusunun içərisindən 1,822 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə heroinə məxsus izlər olan 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, o, 03 dekabr 2022-ci ildə təxminən saat 18 radələrində yaşadığı unvanda olan zaman evin qapısı döyülmüşdür. O, qapıya çıxanda qapını döyən şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra, ona yaşadığı ünvana axtarış keçiriləcəyi bildirilərək bu barədə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş qərarı elan edərək, yaşadığı ünvana baxış keçirilməsinə etirazının olub-olmadığı sual olunmuşdur. O, yaşadığı ünvana polis əməkdaşları tərəfindən axtarış keçrilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra, videoçəkiliş ilə iştirakçılar ilə birlikdə fərdi yaşayış evinə daxil olmuşlar. Ona yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. O özünə məxsus yataq otağında dolabın üzərində saxladığı 01 ədəd sellofan bükumu, 01 ədəd kibrit qutusunu, 01 ədəd elektron tərəzini, 1 ədəd 500 ml həcmli üzərində “Coca Cola” nişanları olan plastik butulkanı təqdim etmişdir. Sellofan bükümdəki heroin, kibrit qutusunun içərisindəki marixuana, 1 ədəd 500 ml həcmli üzərində "Coca Cola' nişanları olan plastik butulkanın içərisində metadan suyu idi. Ondan aşkar olunmuş metadonun və marixuananın özünə məxsus olduğunu, belə ki, əvvəllər narkotik maddə olan heroin istifadə etdiyini və həmin heroini tərgitməsi üçün metadon suyunu və marixuananı özü istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Lakin, ona məxsus həyət evindən aşkar olunmuş digər narkotik maddələrin və elektron tərəzinin ona məxsus olmadığını bildirmişdir. Belə ki, onun qeyri rəsmi ər-arvad münasibətində olduğu Balamirzə və dayısı oğlu Siyavuş onun evinə polis əməkdaşları baxış keçirməzdən əvvəl gəlmiş, ola bilsin ki, həmin narkotik maddələri də onun evinə onlar qoymuşlar. O, dayısı oğlu Siyavuşa narkotik maddə satmamış, Siyavuşa narkotik maddəni Balamirzə satmış ola bilər. Siyavuşun ondan narkotik maddə alması barədə dedikləri yalandır. Təqsirləndirilən şəxs qeyd olunanların və himayəsində üç azyaşlı uşağının olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə elan olunmuş Təqsirləndirilən şəxs ibtidai istintaqda vermiş olduğu ifadəsindən görünür ki, 03 dekabr 2022-ci ildə təxminən saat 18:30 radələrində yaşadığı unvanda olan zaman qapısı döyülmüşdür. O, qapıya çıxan zaman qapını döyən şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra ona yaşadığı ünvana axtarış keçiriləcəyi bildirilərək bu barədə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş qərarı elan edərək, yaşadığı ünvana baxış keçirilməsinə etirazının olubolmadığı sual olunmuşdur. O, yaşadığı ünvana polis əməkdaşları tərəfindən axtarış keçrilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkilişin müşayəti ilə iştirakçılar ilə birlikdə fərdi yaşayış evinə daxil olmuşlar. Həmin fərdi yaşayış evi 18 mişar daşı hündürlüyündə inşa edilməklə, giriş qapısı yaşıl rəngli dəmir qapıdandır. Fərdİ yaşayış evinə daxil olan kimi 2x4 metr ölçüdə dəhliz, dəhlizin sağ tərəfində 4x4 metr ölçülü qonaq otağı, dəhlizin solunda 3x4 metr ölçülü mətbəx, dəhliz ilə üzbəüz 4x5 metr ölçülü digər otaq, həmin otaqdan isə 3x4 metr ölçülü digər yataq otağı yerləşir. Ona yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. O, özünə məxsus yataq otağında dolabın üzərində saxlamış olduğu 01 ədəd şəffal sellofan bükumu, 01 ədəd kibrit qulusunu, 01 ədəd əsası qara, üzəri gümüşü rəngli olan elektron tərəzini, 1 ədəd 500 ml həcmli üzərində “Coca Cola” nişanları olan plastik butulkanı təqdim etmişdir. Hamin 1 ədəd şəffaf sellofan büküm açılan zaman həmin bükümün içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər olan maddənin, kibrit qutusu açılan zaman kibrit qutusunun içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütləsinin, 1 ədəd 500 ml həcmli üzərində "Coca Cola' nişanları olan plastik butulkanın içərisində şəffaf mayenin olduğu müəyyən edilmişdir. Sorğu zamanı vaşadığı ünvandan aşkar olunmuş qəhvəyi rəngli maddənin "kakos", qurudulmuş bitki kütləsinin "nəşə", butulkadakı mayenin "metadon suyu" olduğunu, həmin "kakos" adlanan maddəni 1 həftə əvvəl tanımadığı şəxsdən 50 manata, "nəşə adlanan bitki kütləsini 100 manata, metadon suyunu Elşən adlı şəxsdən 100 manata səxsı istifadəsi üçün aldığını, elektron tərəzini narkotik vasitə alan zaman çəkisini müəyyən etmək üçün istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Həmin vaxt yaşadığı ünvandan aşkar olunmuş 1 ədəd şəffaf sellofana bükülmüş spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər olan maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin şəffaf sellofan ilə birlikdə çəkisinin 2,29 qram olduğu, 1 ədəd kibrit qutusunun içərisindəki yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan "marixuana"ya bənzər bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin kibrit qutusu ilə birlikdə çəkisinin 4,54 qram olduğu müəyyən edimiş və aşkar olunmuş həmin maddələr, elektron tərəzi, 1 ədəd 500 ml həcmli üzərində "Coca Cola” nişanları olan plastik butulkadakı maye Azərbaycan Respublikası ƏN-nin MHM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə Pİ-nə yollanmışlar. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub - olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut saxlamadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ifadədə ona verilən suallara cavab olaraq Siyavuş İsratılova narkotik vasitəni onun verdiyini, Şahid4 onun qohumu olduğunu, Siyavuşun borcu olduğunu, borcunu verdikdən sonra narkotik vasitə olduğunu soruşduğunu, onun da Siyavuşa istifadə etmədiyi narkotik vasitəni və psixatrop maddəni pay formasında verdiyini, Siyavuşa yazığı gəldiyi üçün narkotik vasitə və psixatrop maddə verdiyini, saxlanılan zaman heç bir fiziki və psixi zora məruz qalmadığını bildirmişdir. Məhkəmədə Şahid1 Zellabdin oğlu ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi, yaşadığı evində saxlaması və satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, polis baş serjantları Vüsal Abbasovdan, Şahid3, Pİ-nin təhqiqatçısı, polis polkovnikleytenantı Səadət Qənbərovdan, polis mayoru Asəf Həbibovdan ibarət əməliyyat qrupu təşkil etmişlər. xx.xx.2022-ci il tarixdə saat 18:10-da əməliyyat qrupunun üzvləri ilə birlikdə Sumqayıt şəhər Məhkəməsinin qərarına əsaəsən Təqsirləndirilən şəxs yaşadığı Ceyranbatan qəsəbəsindəki fərdi evinə getmişlər. Saat 18:30-da fərdi evin qarşısına çatmışlar və çəkiliş başlanılmışdır. Bundan sonra qapı döyülmüş, Afaq qapıya tərəf gəlmiş, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Afaq da özünü təqdim etmişdir. Afaqa yaşadığı ünvana axtarış keçiriləcəyi bildirilərək bu barədə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş qərar ona elan edilərək, yaşadığı ünvana baxış keçirilməsinə etirazı olub-olmadığı soruşulmuş, o etiraz etməmişdir. Videoçəkilişin müşayəti ilə iştirakçılar ilə birlikdə fərdi yaşayış evinə daxil olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif’etmişlər. Afaq yataq otağında dolabın üzərində saxladığı 1 ədəd şəffaf sellofan bükümü, 1 ədəd kibrit qutusunu, 1 ədəd elektron tərəzini, 1 ədəd 500 ml həcmli plastik butulkanı təqdim etmişdir. Sellofan büküm açılan zaman həmin bükümün içərisində “heroin”ə bənzər olan maddənin, kibrit qutusu açılan zaman kibrit qutusunun içərisində yaşıl rəngli “marixuana”ya bənzər bitki kütləsinin, 1 ədəd 500 ml həcmli üzərində "Coca Cola" nişanları olan plastik butulkanı içərisində şəffaf mayenin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs, yaşadığı ünvandan aşkar olunmuş qəhvəyi rəngli maddənin "kakos", qurudulmuş bitki kütləsinin “nəşə”’ butulkadakı mayenin metadon suyu olduğunu, həmin "kakos" adlanan maddəni 1 hətlə əvvəl tanımadığı şəxsdən 50 manata, “nəşə” adlanan bitki kütləsini 100 manata, metadon suyunu Elşən adlı şəxsdən 100 manata şəxsi istifadəsi üçün aldığını, elektron tərəzini narkotik vasitə alan zaman çəkisini müəyyən etmək üçün istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş “heroin”ə bənzər maddə, “marixuana”ya bənzər bitki kütləsi elektron tərəziyə qoyulub çəkiləri müəyyən olunaraq müvafiq qaydada sənədləşdirilmişdir. Sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmiş, orada da vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, onun üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra görüntü dayandırılmışdır. Təqsirləndirilən şəxsin məhkəmə baxışında göstərdikləri həqiqəti əks etdirməmiş, saxlanılan zaman Siyavuşa narkotik maddə verdiyini etiraf etmiş və evdindən çıxan narkotik maddələrin və tərəzinin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təsir, təzyiq olunmamışdır. Məhkəmədə şahidlər X6 və Şahid3 Şahid1 Zellabdin oğlunun ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə Şahid4 ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, günorta vaxtı Sumqayıt şəhər H.Əliyev prospekti, 34-cü məhəllə, “Elmar” marketin qarşısında tanışları Ramil və Gülnarə, həmçinin taksi sürücüsü Şükür ilə birlikdə olduqları zaman polis əməkdaşları onlara yaxınlaşmış, ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu üçün saxladıqlarını bildirmişlər və onu Pİ-nə dəvət etmişlər. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmişdir. Sonra isə videoçəkiliş vasitəsilə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o özü cibindəki 2 ədəd bükümdə olan heroini və 1 ədəd bükümdə olan metamfetamini təqdim etmişdir. Həmin bükümlər açılıb tərəzidə çəkilərək sənədləşdirilmişdir. Ondan soruşulanda da o üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddələrin "kakos", ağ rəngli kristal şəkilli maddənin "patı" olduğunu, həmin maddələri həmin gün Ceyranbatan qəsəbəsi ərazisində Afaqdan şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş KQTEL markalı mobil telefon götürülmüşdür. O, dəfələrlə narkotik maddələrə ehtiyyacı olduğu vaxtlarda Afaqdan şəxsi istifadəsi üçün narkotik maddələr almışdır. Afaqla qohumdurlar, ona qarşı heç bir düşmənçiliyi və ədavəti yoxdur. Həqiqətən də xx.xx.2022-ci il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitələri Afaqdan pulla almışdır. Məhkəmədə elan olunmuş Şahid5 ibtidai istintaqda vermiş olduğu ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs yaşadığı ünvanda kirayə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 18:30-da polis əməkdaşları həmin ünvana gəlmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə saxladığından şübhəli olduğunu bildirib axtarış aparacaqlarını elan etdilər. Daha sonra həmin ünvana axtarış keçirildi, axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvandan narkotik vasitə aşkar olundu. O, Təqsirləndirilən şəxs narkotik vasita istifadəçisi olmasından, yaşadığı ünvanda narkotik vasitə saxlmasından məlumatı olmamışdır. Məhkəmədə Şahid6 Mirzəağa oğlunun elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid5 göstərdiyi xüsusatlart təstiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs oğlunun Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər X4, Şahid3 və Şahid1 Zellabdin oğlunun ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməbioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1372 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət Təqsirləndirilən şəxs.. " yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 1,822 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan (çətənə) kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Marixuananın təmiz çəkisi 1,822 qram, tədqiqata istifadə olundu-0,05 qram, qalıq-1,772 qram) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1372 saylı rəyindən görünür ki, xx.xx.2022-ei il tarixli 6/6887 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi olan üç ədəd zərfdə: Üzərində “Vət, Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 01 büküm maddə..” sözləri və imzalar olan zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 1,121 qram (1 №-li oby.) olan qəhvayi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Vət. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş plasmas butulkada aşkar edilmiş maye..” sözləri və imzalar olan zərfin içərisində bir ədəd 500 ml həcmli plastik butulkada 220 ml həcmli məhlulun tərkibində ümumilikdə təmiz çəkisi 0,220 qram narkotik vasitə - metadan müəyyən edildi: Üzərində "Vət. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş 01 ədəd elektron tərəzi..” sözləri və imzalar olan zərfin içərisində bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 01 ədəd bükümdə olan heroin kütləsi ilə Şahid4 üzərindən aşkar olunmuş 02 ədəd bükümdə olan heroin kütləsi (maddə barədə xx.xx.2022-ci il tarixli 6885 saylı ekspert rəyi verilmişdir) xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə bir-biri ilə eynilik təşkil edirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri-in siyahısına (Siyahı İ) daxildir. Metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. (1 №-li oby. üzrə heroinin təmiz çəkisi- 1,121 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,071 qram. 1 №-li oby. üzrə metadon (məhlul) üm-202 ml, tədqiqata sərf edildi-20 ml, qalıq-200ml.) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7422 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixosimulyatorların birgə qəbulu nəticəsinə yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaiyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dipanserində qeydiyyata alınması məsləhət görünür. İş materiallarında olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun heç vaxt narkotik satmamasına və yaşadığı evdən aşkar olunmuş metadon və marixuanadan başqa digər narkotiklərin ona məxsus olmaması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət işi üzrə özünü təqsirli bilməməsinə dair dəlillərini müdafiə mövqeyinə söykənərək subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu narkotik maddələrin satışı ilə məşğul olmaması və digər xüsusatlara dair ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul edilməməli, təqsirləndirilən şəxs qismində ibtidai istintaqda vermiş olduğu ifadə sübut kimi qiymətləndirilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar oz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyii cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında səmimi olmamışdır. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə əməliyyat tədbirini keçirən orqanın əməkdaşına verilmiş məlumat və Şahid4 onu polis əməkdaşları saxlayaraq üzərində şəxsi axtarış keçirilən zaman aşkar olunmuş narkotik maddəni Təqsirləndirilən şəxs alması və əvvəllər də bir neçə dəfə Təqsirləndirilən şəxs narkotik maddələr alması barədə bildirdikləri bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs həqiqətən də narkotik maddələrin satışı ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş doğum haqqında və atalığın müəyyən olunması haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azayaşlı uşaqları-xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cü il təvəllüdlü X7 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onun narkotik maddə istifadə etməsi və başqa şəxslərə narkotik maddə satması nəzərə alınaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutulmuş və xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin İŞ-nin müstəntiqi tərəfindən barəsində poisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Sumqayıt şəhər polis idarəsinin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarından görünürki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş. İş materiallarında olan Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq Sumqayıt şəhər polis idarəsinin MSY-nə təhvil verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə nəzərə alınmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut kimi saxlanılan 1,772 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1,071 qram çəkidə narkotik vasitə heroin və 0,200 qram çəkidə narkotik vasitə metadon və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 133 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 16 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 96 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutularaq həbsdə saxlanıldığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 02 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut kimi saxlanılan 1,772 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1,071 qram çəkidə narkotik vasitə heroin və 0,200 qram çəkidə narkotik vasitə metadon və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 133 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs qızna “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 16 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 96 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar