Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-352/2021 16.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx.xx.1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Qubadlı rayonu, Qaracallı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 04.03.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri 20 yanvar metrostansiyası ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd qara rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,230 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 06 mart 2021-ci il tarixdə saat 17:19-da Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində saxlanılaraq, Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd qara rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,230 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 04.03.2021-ci il tarixdə günorta saatlarında o evdən çıxaraq şəxsi işləri ilə əlaqədar Bakı şəhəri 20 yanvar metrostansiyasının yanına getmişdir. Həmin metrostansiyasının yaxınlığında olan üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxs ona yaxınlaşıb söhbət əsnasında narkotik vasitə olan heroin satdığını bildirmişdir. Onlar bir qədər söhbət etdikdən sonra ondan şəxsi istifadəsi üçün 10 manata qara rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümü almış və onu əynindəki qara rəngli şalvarının sol yan cibinə qoymuşdur. Həmin gün axşam saatlarında Bakı şəhərindən çıxıb Sumqayıt şəhərinə evinə qayıtmışdır. 06.03.2021-ci il tarixdə saat 17:20 radələrində Sumqayıt şəhəri 20-ci məhəllə ərazisində olarkən videoçəkilişlə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin həmin vaxt onların yanında olan digər bir nəfər polis əməkdaşı da əlində olan video kamera ilə orada çəkiliş aparmışdır. Ona da özünü təqdim etməyini demişlər, o da özünü təqdim etmişdir. O onlardan nə səbəb saxlanıldığını soruşduqda, həmin əməkdaşlardan özünü ona Sumqayıt ŞPİ-nin 4-cü PBnin baş təhqiqatçısı kimi təqdim edən şəxs ona daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələri əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını demişdir. Həmin vaxt ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. Daha sonra onun üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparacağını bildirilərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət etmişlər, o da etiraz etməyərək videoçəkiliş dayanmadan onlarla birlikdə həmin bölməyə getmişdir. Həmin bölmədə xidməti otaqların birində ona hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosundan vəkil Müdafiəçi1 təqdim olunmuşdur. Daha sonra təhqiqatçı müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiricəyini bildirmişdir. O da etiraz etməmişdir. Ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif etmişlər. O da qara rəngli şalvarının sol yan cibində olan 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümü onlara təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olduğunu, onu haradan əldə etdiyim soruşulduqda, o da demişdir ki, həmin narkotik vasitə olan heroindir, onu 2 gün əvvəl günorta saatlarında Bakı şəhəri 20 yanvar metrostansiyasının ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 10 manata almışdır. Ondan götürülmüş narkotik vasitə olan heroin tərəzidə çəkilmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd «Vinçestr» markalı siqaret və 01 ədəd alışqan onun özünə geri qaytarılmışdır. Həmin narkotik vasitə olan heroinin ekspertizaya göndərilməsi və sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılmışdır. Daha sonra narkotik vasitə olan heroin qablaşdırılmış və sənədləşdirmə aparıldıqdan sonra, o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Narkotik vasitə olan heroini aldığı şəxsi tanımapmış, həmin şəxsin əlaqə nömrəsi onda yoxdur. O Bakı şəhəri “20 Yanvar” metrostansiyasının yaxınlığında olarkən təsadüfən həmin şəxslə tanış olmuş və söhbət əsnasında onun heroin satdığını bilib ondan 10 manata üzərindən aşkar olunan heroini almışlır. O əvvəllər həmin şəxsdən narkotik vasitə almamışdır. O ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. O polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişdirlər. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu göstərərək, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektorları, polis baş serjantı X3 ifadəsində göstərdi ki, 06.03.2021-ci il tarixdə Sumqayıt şəhərində Hafiz adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 06.03.2021-cu il tarixdə, saat 17:19-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində müəyyən olunaraq, saxlanılmışdır. Belə ki, videoçəkiliş aparılmaqla Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X6 Əliyevə yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanıldığını soruşanda, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı Hafizə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələri əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu deyərək saxlanıldığını, üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparacağını bildirmiş, Hafiz də etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələrim barədə bildiriş verilmiş, o da bildirişlə tanış olmuqdur. Sonra onun üzərində şəxsi axtarış keçirilməsi üçün o Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət olunmuş, Hafiz də etiraz etməyərək videoçəkiliş dayanmadan onunla birlikdə həmin bölməyə gəlmişdir. Həmin bölmədə xidməti otaqların birində Hafizə hüqularının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosundan vəkil Müdafiəçi1 təqdim olunmuşdur. Həmin vaxt baş təhqiqatçı müdafiəiçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiricəyini bildirmiş, o da etiraz etməmişdir. Ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif etmiqlər. Hafiz də qara rəngli şalvarının sol yan cibində olan 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümü onlara təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olduğu, onu haradan əldə etdiyi soruşulduqda, Hafiz də demişdir ki, həmin narkotik vasitə olan heroindir, onu 2 gün əvvəl günorta saatlarında Bakı şəhəri 20 yanvar metrostansiyasının ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 10 manata alıbdır. Ondan götürülmüş narkotik vasitə olan heroin tərəzidə çəkilmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd «Vinçestr» markalı siqaret və 01 ədəd alışqan sübut əhəmiyyətli olmadığından onun özünə geri qaytarılmışlır. Həmin narkotik vasitə olan heroinin ekspertizaya göndərilməsi və sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılmışdır. Daha sonra narkotik vasitə olan heroin qablaşdırılmış və sənədləşdirmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmişr, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəməyə teleqramla müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclas zalında şahid Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 06.03.2021-ci il tarixdə Sumqayıt şəhərində Hafiz adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 06.03.2021-cu il tarixdə, saat 17:19-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində müəyyən olunaraq, saxlanılmışdır. Belə ki, videoçəkiliş aparılmaqla Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X6 Əliyevə yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs də özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanıldığını soruşanda, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı Hafizə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələri əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu deyərək saxlanıldığını, üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparacağını bildirmiş, Hafiz də etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələrim barədə bildiriş verilmiş, o da bildirişlə tanış olmuqdur. Sonra onun üzərində şəxsi axtarış keçirilməsi üçün o Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət olunmuş, Hafiz də etiraz etməyərək videoçəkiliş dayanmadan onunla birlikdə həmin bölməyə gəlmişdir. Həmin bölmədə xidməti otaqların birində Hafizə hüqularının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosundan vəkil Müdafiəçi1 təqdim olunmuşdur. Həmin vaxt baş təhqiqatçı müdafiəiçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiricəyini bildirmiş, o da etiraz etməmişdir. Ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif etmiqlər. Hafiz də qara rəngli şalvarının sol yan cibində olan 01 ədəd qara rəngli siqaret kağızına bükülmüş bükümü onlara təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olduğu, onu haradan əldə etdiyi soruşulduqda, Hafiz də demişdir ki, həmin narkotik vasitə olan heroindir, onu 2 gün əvvəl günorta saatlarında Bakı şəhəri 20 yanvar metrostansiyasının ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 10 manata alıbdır. Ondan götürülmüş narkotik vasitə olan heroin tərəzidə çəkilmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd «Vinçestr» markalı siqaret və 01 ədəd alışqan sübut əhəmiyyətli olmadığından onun özünə geri qaytarılmışlır. Həmin narkotik vasitə olan heroinin ekspertizaya göndərilməsi və sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılmışdır. Daha sonra narkotik vasitə olan heroin qablaşdırılmış və sənədləşdirmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs də həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmişr, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 06 mart 2021ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər X2 və Şahid1 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–kimyəvi ekspertizasının 07.03.2021-ci il tarixli, 6/927 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “...Saxlanılan şəxs...(imza) Təqsirləndirilən şəxs..sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,230 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Qeyd: heroinin təmiz çəkisi – 0,230 qr., tədqiqata sərf edildi – 0,050 qr., qalıq 0,180 qr.). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 31.03.2021-ci il tarixli, 899 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 17.04.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 06.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 08.03.2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmə baxışından yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 24.05.2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş və 17.06.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq 21.06.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına aparılmışdır. Təqsirləndirilən şəxs 06.03.2021-ci il tarixdən 08.03.2021-ci il tarixədək və 17.06.2021-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 02 (iki) ay 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut 0,180 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli (iş № 1(060)-352/2021) qərarını icra edərək, 30 aprel 2021-ci il tarixli 454 saylı orderə əsasən vəkil Müdafiəçi3 onun vəkili təyin etmişdir. Müdafiəçi3 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06.03.2021-ci il tarixdən 08.03.2021-ci il tarixədək və 17.06.2021-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 02 (iki) ay 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanın tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut olan 0,180 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-352/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-352/2021
16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver