Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-352/2024 14.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Şimal Vəkil Bürsosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Ağsu rayonu Nəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, İİ qrup əlil, məhkumluğu olan, Ağsu rayonu, Padar ərazi dairəsi, Nəmirli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 05 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvan 1 ünvanında atası Zərərçəkmiş şəxs narkotik vasitə və psixotrop maddələrdən mütamadi olaraq istifadə etməsinə irad bildirib, zərərli vərdişlərindən əl çəkməsini tələb etməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlər zəmnində olan mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla qəsdən sonuncunun sol qol nahiyəsinə vurub ona sol saidin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 1,044 qram çəkidə xeyli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 05 oktyabr 2023-cü il tarixdə saat 19:30-da yaşadığı ünvan 5rləşən yaşayış binasının qarşısında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,044 qram olan xeyli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,306 qram çəkidə xeyli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 23 dekabr 2023-cü il tarixdə saat 12:20-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 4 nömrəli binanın arxasında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,306 qram olan xeyli miqdarda tünd qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o narkotik istifadəçisidir, azadlıqda olan zaman mütamadi narkotik vasitə qəbul etmiş, iki-üç saatdan artıq müddətdə narkotik qəbul etmədiyi halda pis vəziyyətə düşürmüş. O, ata-anası, həyat yoldaşı və iki uşağı ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Azadlıqda olarkən atası ona hər gün narkotik vasitə alması üçün pul vermişdir. 05 oktyabr 2023-cü il tarixdə yaşadıqları ünvanda atası Zərərçəkmiş şəxs narkotik vasitə üçün yenidən pul istəmiş, atası isə ona iradlarını bildirərək pul verməkdən imtina etmişdir. Bu zaman əsəbləşərək özü də bilmədən bıçaqla atasına xəsarət yetirmişdir. Anası araya girərək onları sakitləşdirmiş və ona narkotik üçün pul vermişdir. Bundan sonra evdən getmişdir. Bir müddət sonra evə qayıtmış, həmin vaxt atası evdə olmamışdır. Atasına xəsarət yetirdiyi üçün atası şikayət etmiş və polis əməkdaşları gələrək evdən onu çağırıb 1-ci Polis Bölməsinə aparmışlar. Orada polis əməkdaşlarının təklifi ilə üzərində narkotik vasitə olması ilə razılaşmış və bu barədə sənədləşmə olmuşdur. Bir müddət sonra 23 dekabr 2023-cü ildə yenə də onu əsassız olaraq 1-ci Polis Bölməsinə aparmışlar və narkotiklə bağlı rəsmiləşdirmişlər. Onu polis əməkdaşları saxlayarkən və daha sonra ona qarşı hər hansı təsir və ya təzyiq olmamışdır. Üzərində narkotik vasitə olmasa da, azadlıqda olduğu vaxt narkotik vasitə qəbul etdiyinə görə vəziyyəti pis olmuşdur. Həbs edilməsi onun vəziyyətini yaxşılaşdırmışdır və buna görə atasına minnətdardır. Həmçinin bildirmişdir ki, narkotik vasitə təsiri altında atasına xəsarət yetirdiyi üçün çox peşmandır, hazırda atası ilə barışmış və ona dəymiş zərəri aradan qaldırmışdır. Göstərilən halları nəzərə alaraq barəsində Cinayət Məcəlləsinin 128ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsini, 234.1-ci maddə ilə isə mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ilkin ifadələri ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında qismən ziddiyət yarandığı üçün (narkotik vasitələrin aşkar edilməsi ilə bağlı) onun ibtidai istintaq dövründə verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, xeyli müddətdir mütamadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul edir. Qəbul etdiyi narkotik vasitə və psixotrop maddələri müxtəlif tanımadığı şəxslərdən alıb, qarışdıraraq birlikdə istifadə edir. Sonuncu dəfə 05 oktyabr 2023-cü il tarixdə saat təxminən 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, ərazisində olarkən təsadüfən qarşılaşdığı, adını, soyadını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə əlli manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd bükümdə narkotik vasitə olan, “kakos” adlandırılan heroin almış və sonradan istifadə etmək məqsədilə üzərində saxlamaqla yaşadığı evə qayıtmışdır. Həmin gün saat təxminən 18 radələrində yaşadığı evdə olarkən narkotik vasitə və psixotrop maddə qəbul etmək fikrinə düşmüş, ancaq qəbul etmək üçün psixotrop maddəsi olmadığından atası Zərərçəkmiş şəxs psixotrop maddə olan metamfetamin almaq üçün ona on manat pul verməsini istəmiş, atası isə onun bu hərəkətindən əsəbləşərək ünvanına təhqir edici ifadələr işlədərək, mütamadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etdiyindən ondan imtina etdiyini, ümumiyyətlə bir daha ona narkotik vasitə və psixotrop maddə almaq üçün pul verməyəcəyini bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış, həmin vaxt atası onu əli ilə vurmaq istəmiş, həmin vaxt atasının ünvanına təhqir edici ifadələr işlədərək, narkotik vasitə və psixotrop maddə aludəçisi olduğunu bildirməsindən, eləcədə onu vurmaq istəməsindən əsəbləşərək üzərində gəzdirdiyi bıçağı çıxararaq onun sol qol nahiyəsinə bir zərbə vurmuşdur. Həmin vaxt evdə olan anası Gülarə araya girib onları sakitləşdirmiş və ona qəbul etməyi üçün narkotik vasitə və psixotrop maddə ala bilməsi üçün beş manat pul vermiş, pulu aldıqdan sonra evdən çıxıb getmiş, ancaq narkotik vasitə və psixotrop maddə tapa bilmədiyindən yaşadığı evə geri qayıtmışdır. Həmin gün saat 19:30-da yaşadığı ünvan 3 ünvanında yerləşən binanın qarşısında olarkən polis əməkdaşının gündəlik geyim formasında olan şəxslər ona yaxınlaşıb onu saxlamış, bundan sonra həmin polis əməkdaşları özlərini təqdim edib, atası Zərərçəkmiş şəxs müraciəti əsasında həmin əraziyə gəldiklərini, narkotik vasitə və psixotrop tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğundan ona yaxınlaşaraq onu saxladıqlarını bildirib, üzərində narkotik vasitə və ya psixotrop maddə olub olmadığını soruşmuşlar. Bundan sonra onlara üzərində narkotik vasitə olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olduğunu bildirmişlər. Buna etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getməyə razılıq vermiş, polis bölməsinə gəldikdən sonra isə polis bölməsinin xidməti otaqlarının birinə daxil olmuşlar. Orda hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkil ona təqdim edilmiş, həmçinin hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş də verilmişdir. Bundan sonra vəkilin iştirakı ilə, həmçinin video kameranın yaddaşına qeyd edib video çəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçirələciyi bildirilmiş, üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olub olmaması soruşulmuşdur. Buna etirazının oldmağını bildirdikdən sonra polis əməkdaşlarının təklifi ilə əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, həmin gün Abşeron rayonu Xırdalan şəhəri ərazisində olarkən adını, soyadını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə əlli manat pul verərək, şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan bükümün içərisinə baxış keçirilmiş, daha sonra təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra isə içərisi boş zərfə qablaşdırılmış və üzərində qeydlər aparılaraq götürülmüşdür. Polis əməkdaşları daha sonra üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq protokolu imzalamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satmaq fikri olmamış, narkotik vasitə olan heroini xeyli müddətdir istifadə etdiyindən, həmin narkotik vasitə olan heroinidə şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmiş, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Bundan başqa polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir gün əvvəl Abşeron rayonu Xırdalan şəhəri ərazisində olarkən təsadüfən qarşılaşdığı, adını, soyadını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə on manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd bükümdə narkotik vasitə olan, “kakos” adlandırılan heroin almış və sonradan istifadə etmək məqsədilə üzərində saxlamışdır. Sonuncu dəfə 23 dekabr 2023-cü il tarixdə saat 12:20-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşər 4 nömrəli binanın arxasında olarkən ona iki nəfər mülki geyimli şəxs yaxınlaşıb onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edib, polis əməkdaşları oluduqlarını, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğundan üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olduğumu bildirmişlər. Buna etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getməyə razılıq vermiş, polis bölməsinə gəldikdən sonra isə polis' bölməsinin xidməti otaqlarının birinə daxil olmuş, orda hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil ona təqdim edilmiş, həmçinin hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş verilmişdir. Bundan sonra vəkilin iştirakı ilə, həmçinin video kameranın yaddaşına qeyd edib video çəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçirələciyi də bildirilmiş, üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olub olmaması soruşulmuş, etirazının oldmağını bildirdikdən sonra polis əməkdaşlarının təklifi ilə əynindəki göy rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd sarı rəngli sellofan bükümü təqdim etmiş və həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir gün əvvəl Abşeron rayonu Xırdalan şəhəri ərazisində olarkən adını, soyadını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə on manat pul verərək, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra təqdim etdiyi içərisində narkotik vasitə heroin olan bir ədəd sarı rəngli sellofana bükülmüş bükümün içərisinə baxış keçirilmiş, bundan sonra təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra isə içərisi boş zərfə qablaşdırılmış və üzərində qeydlər aparılaraq götürülmüşdür. Polis əməkdaşları daha sonra üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq protokolu imzalamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satmaq fikri olmamış, narkotik vasitə olan heroini xeyli müddətdir istifadə etdiyindən, həmin narkotik vasitə olan heroinidə şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmiş, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, onun təqsirli olması ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, şahid ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Tural uzun müddət əvvəl narkotik tərkibli və psixotrop maddələr qəbul etməyə başlamış, dəfələrlə ondan bu cür pis vərdişlərindən uzaq durmasını tələb etsədə, o buna məhəl qoymamışdır. Tural əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadıqları evdə olarkən Tural qəbul etmək üçün narkotik vasitəsi olduğunu, ancaq həmin narkotik vasitə ilə qarışdırıb birlikdə istifadə etməsi üçün psixotrop maddəsi olmadığını bildirib, ona psixotrop maddə almaq üçün 10 manat pul verməmi istəmiş, onun müdamadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsindən bezdiyindən, ona bu cür hərəkətlərinin ailələrinin adına xələl gətirdiyini bildirib, ya bu cür pis vərdişlərindən əl çəkməsini, ya da ondan imtina etdiyini bildirib yaşadıqları evi tərk etməsini tələb etmiş, bu səbəbdən aralarında mübahisə yaranmışdır. Tural isə iradlara görə əynindəki şalvarının bel hissəsinə keçirtdiyi bıçağı çıxararaq sol qol nahiyəsinə bıçaqla bir dəfə zərbə vuraraq ona bədən xəsarəti yetirmiş, həyat yoldaşı Gülarə araya girib onları sakitləşdirmiş, sonra isə Turala pul verdiyindən sonuncu yaşadıqları evi tərk edərək çıxıb getmişdir. Bundan sonra zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, daha sonra izahatının alınması üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilərkən Turalın şikayəti əsasında polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini, onun üzərinə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə aşkar edildiyini öyrənmişdir. Oğlu Təqsirləndirilən şəxs qəbul etdiyi narkotik vasitəni hardan əldə etməsindən məlumatsız olmuş, Turalın ona bədən xəsarəti yetirdiyi bıçaq cib bıçağı olmuş, həmin bıçağın başqa əlamətlərini xatırlamamışdır. Hadisə yaşadıqları evdə baş vermiş, həmin vaxt yanlarında həyat yoldaşı və azyaşlı nəvəsi olmuşdur. Oğlu Tural ünvanına bildirdiyi iradlara görə ona bədən xəsarəti yetirmiş, ancaq bundan sonra Tural ona qarşı qeyri-qanuni hərəkətlərini davam etdirməmiş və evdən çıxıb getmişdir.Həmçinin bildirmişdir ki, hazırda oğlu ilə barışmışdır, ona dəymiş zərər ödənilmiş və oğluna qarşı heç bir şikayəti yoxdur. Ona görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ondan öncə məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək həmin gün yaşadıqları evdə narkotik maddə aludəçisi olan oğlu Turalın bıçaqla qol nahiyəsinə xəsarət yetirdiyini bildirdiyindən əməliyyat qrupunun üzvləri ilə Zərərçəkmiş şəxs yaşadığı ünvana getmişlər. Həmin gün saat 19:30-da ünvan 5rləşən yaşayış binasının qarşısında olarkən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verərkən, verdiyi məlumatda ona xəsarət yetirdiyini bildirdiyi oğlu Təqsirləndirilən şəxs göstərdiyi əlamətlərinə uyğun bir nəfər şəxsin dayandığını görüb həmin şəxsə yaxınlaşıb onu saxlamışlar. Həmin şəxsin həqiqətən də Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Tural Biləndərilinin həm atasına xəsarət yetirməsi, həm də qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etməsi, üzərində saxlmaqla gəzdirməsinə onlarda əsaslı şübhələr olduğundan onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs isə etiraz etmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş, həmçinin hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Daha sonra əməliyyat qrupunun üzvləri və vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla saxlanması və daşınması qadağan edilmiş əşyalar varsa təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu təsdiq edərək, əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, onun üzərinə şəxsi axtarış davam etdirilmiş, ancaq üzərindən qadağan edilmiş əlavə əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş bükümün içərisinə baxış keçirildikdə həmin bükümün içərisindən qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Soğru zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddənin “kakos” adlandırılan və narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni həmin gün saat təxminən 15 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olarkən şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 50 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş bükmdəki maddə elektron tərəziyə qoyulub çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi Şahid4 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 1-ci PB-nə Tural adlı şəxsin narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Tural adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Tural adlı şəxsin şəxsiyyəti müəyyən edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 12:20-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 4 nömrəli binanın arxa hissəsində Təqsirləndirilən şəxs saxlamışlar. Özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığını izah edib, onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş, həmçinin hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Daha sonra əməliyyat qrupunun üzvləri və vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla saxlanması və daşınması qadağan edilmiş əşyalar varsa təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ancaq onun üzərindən digər qanunla saxlanaması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bükümün içərisinə baxış keçirildikdə həmin bükümün içərisindən qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş maddənin “kakos” adlandırılan və narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni bir gün əvvəl Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olarkən şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş bükmdəki maddə elektron tərəziyə qoyulub çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin cinayət axtarış üzrə kiçik inspektoru Şahid2 ondan öncə məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd bükümdə olan maddəni təqdim edərək həmin maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Cinayət işinin 100-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 146-147-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 19-cu vərəqində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şühbəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-74-cü vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 108-109-cu vərəqələrində olan şəxsi axtarışın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin 110-cu vərəqəsinə əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:45-dən saat 21:03-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin inzibati binasında video çəkiliş aparılmaqla polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri haqqında bildiriş verilmiş, həmçinin vəkil təqdim edilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, o da əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümü təqdim etmiş, həmin büküm açılan zaman içərisində açıq qəhvəyi rəgli maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin “kakos” olduğunu, həmin maddəni səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhərindən tanımadığı şəxsdən öz istifadəsi üçün 50 manata alaraq üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş maddə elektron tərəziyə qoyulub çəkilmiş və bükümlə birlikdə çəkisinin 1,12 qram olduğu müəyyən edilmişdir. Aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə xüsusi qaydada qablaşdırılaraq üzəri möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən əlavə hər hansı qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olduğunu, saxlanılarkən və daha sonra heç bir təsirə və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Cinayət işinin 27-28-ci vərəqələrində olan şəxsi axtarışın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin 29-cu vərəqəsinə əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:35-dən saat 14:53-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin inzibati binasında video çəkiliş aparılmaqla polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışdan öncə Təqsirləndirilən şəxs hüquq və vəzifələri haqqında bildiriş verilmiş, həmçinin vəkil təqdim edilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, o da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü təqdim etmiş, həmin büküm açılan zaman içərisində açıq qəhvəyi rəgli maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin “kakos” olduğunu, həmin maddəni bir gün əvvəl Abşeron rayonu, Xırdalan şəhərindən tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata alaraq üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş maddə elektron tərəziyə qoyulub çəkilmiş və bükümlə birlikdə çəkisinin 0,36 qram olduğu müəyyən edilmişdir. Aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlə xüsusi qaydada qablaşdırılaraq üzəri möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən əlavə hər hansı qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olduğunu, saxlanılarkən və daha sonra heç bir təsirə və ya təzyiqə məruz qalmadığını bildirmişdir. Cinayət işinin 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/5211 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №125...” dairəvi möhür əksi və “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə; şübhəli şəxs - imza, iştirakçılar: üç - imza, Qablaşdırdı: Ş.Mehdiyev - imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 1,044 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 1,044 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,994 qram. Cinayət işinin 39-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/6539 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №125” dairəvi möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə...” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,306 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi - 0,306 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,256 qram. Cinayət işinin 38 və 121-ci vərəqələrində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat və 92 (doxsan iki) manat müəyyən edilmişdir. Cinayət işinin 224-225-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 1603 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlər tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal- hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə təyin edilməsi mümükün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 227-228-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 708 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də, “emosional davamsız şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən “emosional davamsız şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları İdarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci cə 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 154-156-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 xx.xx.2023-cü il tarixli 1659 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 1049 saylı arayışına əsasən qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: “sol saidin deşilmiş-kəsilmiş yarası”. Qeyd olunan xəsarət iti kənarlı əşyanın (alətin) təsirindən yaranmışdır, tibbi yardım üçün Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə bıçaqla yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 149-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,256 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama otağında verilmişdir. Cinayət işinin 167-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,256 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama otağında verilmişdir. Cinayət işinin 234-249-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış video görünütləri əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 150-151-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ona təyin edilmiş cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır; 2) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzadan 02 ay vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitmişdir. Cinayət işinin 197-198-ci vərəqələrində olan AA4833700 və AA4833701 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015 və xx.xx.2017-ci il təvəllüdlü iki övladı var. Cinayət işinin 196-cı vərəqəsində olan portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir (emosional iradi pozuntular və psixotopabənzər davranışla müşayiət olunan imbersitlik və ya debillik, İQ=35-50, o cümlədən orta dərəcəli kəmağıllıq). Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs təkrarən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini, həmçinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayətlərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün verdiyi ziddiyətli ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci ilə cinayət təqibinə ayrıca qərarla xitam verilməsi nəzərə alınmalı, lakin o həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona verilməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin ilkin dindirmə protokollarından və görünür ki, təqsirləndirilən şəxs ona istinad edilən əməlləri ilkin olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Yalnız istintaq dövründə sonradan ifadəsini dəyişmişdir. Bundan başqa məhkəmə iclasında şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərdə də müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən hər iki şəxsi axtarış zamanı o əynində olan şalvarın sağ yan cibindən çıxarıb büküm təqdim edir. Həmin büküm açılan zaman içərisində narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunur. Sorğu zamanı aşkar olunmuş maddənin “kakos” olmasını, onu Abeşron rayonu Xırdalan şəhərində tanımadığı şəxsdən aldığını bildirir. Vəkillər həmin vaxt Təqsirləndirilən şəxs hər hansı təsirə-təzyiqə məruz qalıb qalmaması, narkotik vasitənin ona məxsus olub-olmaması barədə suallar vermiş, Təqsirləndirilən şəxs isə cavabında heç bir təsir və təzyiqə məruz qalmadığını, aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs evli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını və İİ qrup əlilliyini (emosional iradi pozuntular və psixotopabənzər davranışla müşayiət olunan imbersitlik və ya debillik, İQ=35-50, o cümlədən orta dərəcəli kəmağıllıq) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən isə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs 1) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ona təyin edilmiş cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır; 2) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzadan 02 ay vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitmişdir. Lakin, xx.xx.2023-cü il tarixdə, yəni ağır cinayətə görə məhkum edildiyi birinci hökm üzrə cəzasını çəkib qurtardıqdan sonra 06 il keçmədən, az ağır cinayətə görə məhkum edildiyi ikinci hökm üzrə isə cəzasını çəkib qurtardıqdan sonra 02 il keçmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olmasını və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin təkrar törədilməsini cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər, ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 oktyabr 2023-cü il tarixdən 07 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 23 dekabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli 1603 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,256 qram və 0,994 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi 172 (yüz yetmiş iki) manat təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 oktyabr 2023-cü il tarixdən 07 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,256 qram və 0,994 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 172 (yüz yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi və onun həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməsi nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-352/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-352/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver