Məhkəmə qərarları › İş №1(060)-352/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-352/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-352/2025 09.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Şəmkir rayonu Çənlibel kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu Çənlibel kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat bağları massivi fərdi evdə yaşayan, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və barəsində digər cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(060)-127/2025 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 01 ədəd şəffaf polietilen bükümdə xeyli miqdarda, təmiz çəkisi 0.410 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamini üstündə saxlayaraq daşımış, 03 mart 2025-ci il tarixdə saat 13:38-də Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində, Baləmi Baləmiyev küçəsi, 502 saylı evin yaxınlığında saxlanılaraq, üzərində aparılan şəxsi axtarış zamanı əynindəki cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0.410 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə Sumqayıt şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli hökmü ilə 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. O, bir ildən artıq müddətdir narkotik maddələdən istifadə edir. 03 mart 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün bir büküm narkotik maddə metamfetamin alıb, əynindəki cins şalvarının sağ yan kiçik cibində gizləmiş və Sumqayıt şəhərinə qayıtmışdır. Həmin gün təxminən saat 13:38-də Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində piyada gedərkən 502 nömrəli fərdi evin qarşısında ona mülki geyimdə olan bir neçə şəxs yaxınlaşıb Sumqayıt şəhər polis idarəsinin əməkdaşları olduqlarını bildirərək, onun narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməkdə şübhəli olduğunu deyib, şübhəli şəxs kimi saxlanıldığını və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərində əldə olunması, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığını soruşaraq, əgər varsa, təqdim etməsini təklif etmişlər. O da üzərində olan bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmiş, həmin büküm çəkisi ölçülmüş, qablaşdırılmış və möhürlə möhürlənmişdir. Bundan sonra polis idarəsinə aparılmışdır. Xidməti otaqlardan birində təhqiqatçı ona vəkil təqdim etmiş, hüquq vəzifələrini izah etmiş və şəxsi axtarış keçirilmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, artıq islah olunmasını və himayəsində yaşlı anasının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Fələli oğlunun qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyal məlumatı rəhbərliyə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. 03 mart 2025-ci il tarixdə saat 13:38-də Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onlar tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində, Baləmi Baləmiyev küçəsi, 502 saylı evin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində saxlanılmışdır. O. özünü təqdim edib, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında, qəbulunda və üzərində gəzdirməkdə şübhəli şəxs kimi saxlanıldığını deyərək, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində əldə olunması, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşub, əgər olarsa, təqdim etməsini təklif elmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan kiçik cibindən 1 ədəd şəffaf polietilen büküm çıxarıb təqdim etmiş, bükümü açdıqda, içərisində ağ rəngli kristal şəklində narkotik maddə metamfetaminə oxşar kütlənin olduğu müəyyən edilmiş, həmin bükümün çəkisi ölçülmüş, qablaşdırılmışdır. Bununla bağlı müvafiq sənədləşmə aparılması məqsədilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinə gətirmişlər. Xidməti otaqlardan birində təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar şübhəli şəxs kimi saxlanıldığını bildirərək, hüquq və vəzifələrini izah etmiş və sonuncuya bu barədə bildirişi verib hüquqlarım müdafiə edəcək vəkili təqdim elmişdir. Təhqiqatçı tərəfindən şəxsi axtarış aparılmışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir işgəncə və ya fiziki zor tətbiq olunmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən videoçəkiliş dayandırılmış və protokol tərtib olunaraq, bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər polis idarəsinin CAŞnin kiçik inspektorları X7 analoji ifadə verərək, Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Şahid1 məhkəməyə teleqram ilə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ilkin istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 27-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 64-65-ci vərəqəsində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 41-42-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 20/1 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs imza/ Təqsirləndirilən şəxs: iştirakçılar /imza/ Şahid1: /imza/ Şahid3: /imza/ Mehdiyev Samid" əl yazıları olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,410 qram olan ağ rəngli krislallşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; Qeyd: Metamfetaminin təmiz çəkisi 0,410 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,360 qram qalıq qalmışdır. Cinayət işinin 40-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 108-115-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndiriləməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,360 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, 02 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 105-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1298 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı iriyev Vüsal Fətəli oğlunda OPİOİDLƏRİN və Psixostinıulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024- cü il tarixdən RNM-da (F19x2) diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin 10-11, 31-32 və 86, 88-89-cu vərəqələrində olan “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” protokollar və diskə baxış keçirilməsi haqında protokoldan müəyyən edilmişdir ki, 02 ədəd “BİNGO CD-R 700 MB/80Min 2X- 56X’’ formatlı diskə baxış zamanı 01-ci diskdə olan “İMG 7467" qovluğundakı 107 510 KBlıq 08:47 dəqiqəlik videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə saat 13:38-də Sumqayıt şəhəri, Coral qəsəbəsi, Baləmi Baləmiyev küçəsi ilə piyada hərəkətdə olarkən, mülki geyimdə olan Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılır və polis əməkdaşları özlərini təqdim etdikdən sonra. Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Təqsirləndirilən şəxs onu narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsində şübhəli şəxs qismində saxlanıldığını bildirərək, hüquq və vəzifələrini izah edib, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir və şəxsi axtarışa başlamazdan əvvəl üzərində əldə olunması, daşınması və saxlanması qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitə olubolmadığını soruşaraq, varsa təqdim etməyi təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd şəffaf polietilen büküm çıxararaq. ŞPİ-nin baş əməliyyat müvəkkili Şahid1 təqdim edir. Baş əməliyyat müvəkkili Şahid1 içərisində ağ rəngli kristal şəkilli küllənin olduğunu aşkar edib, həmin küllənin nə olduğunu, həmin kütləni haradan əldə eldiyini və hansı məqsədlə üzərində gəzdirdiyini soruşur. Təqsirləndirilən şəxs şəffaf polietilen bükümdəki küllənin narkotik vasitə ”şüşə" olduğunu, həmin narkotik vasitəni 03 mart 2025-ci il tarixdə səhər saat 08 radələrində Bakı şəhərində 20 Yanvar ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə 10 manata aldığını bildirir. Daha sonra baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 şəffaf polietilen bükümdəki kütləni elektron tərəzinin üzərinə qoyur və çəkisinin 0,54 qram olduğu müəyyən edilir və ağ rəngli zərfə qoyaraq möhürləməklə qablaşdırır. Bundan sonra şəxsi axtarış davam etdirilir, lakin Təqsirləndirilən şəxsnün üzərindən heç bir əşya və ya predmet aşkar olunmur. Baş əməliyyat müvəkkili Şahid1 şəxsi axtarışın başa çaldığını elan edir və ilkin sənədləşmənin Sumqayıt şəhər polis idarəsinin inzibati binasında aparılacağını bildirir və videoçəkiliş başa çatır. “BİNGO CD-R 700 MB/80Min 2X-56X” formatlı 2-ci diskə baxış zamanı “**********0123" qovluğundakı 589 140 KB-lıq 04:39 dəqiqəlik videogörüntüdən görünür ki, Sumqayıt şəhər polis idarəsinin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev xidməti otaqda Təqsirləndirilən şəxs özünü təqdim edərək, onun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsində şübhəli şəxs qismində Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanıldığını bildirirərək, onun üzərinə şəxsi axtarış keçiriləcəyini izah etdikdən sonra, şəxsi axtarışda iştirak edən polis əməkdaşları özlərini təqdim edirlər. Bundan sonra baş təhqiqatçı, polis mayoru Elsevər Quliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edərək, bu barədə bildirişi ona verir və onun hüquqlarını müdafiə edəcək Sumqayıt Regional Vəkil Bürosunun vəkili Cəfərova Günay lizuli qızını ona təqdim edir. Daha sonra baş təhqiqatçı, polis mayoru Elsevər Quliyev şəxsi axtarışda iştirak edən Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində harada saxlanıldığını soruşur və Şahid1 Təqsirləndirilən şəxs Sumqayıt şəhəri. Coral qəsəbəsi ərazisində saxlanıldığını və üzərinə şəxsi axtarış keçirilərkən, 01 ədəd şəffaf policliln bükümdə narkotik tərkiblii maddə olan metamfetaminə oxşar kütlənin aşkar olunduğunu və tərəzidə çəkilərək, 0.54 qram olduğunun müəyyən edildiyini bildirir. Bundan sonra X10 Piriyevə müraciət edərək, üzərindən aşkar edilmiş kütlənin nə olduğunu soruşduqda, sonuncu həmin küllənin narkotik vasitə “şüşə" olduğunu, həmin narkotik vasitəni 03 mart 2025-ci il tarixdə səhər saat 08 radələrində Bakı şəhərində 20 Yanvar ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə 10 manata aldığını bildirir. Baş təhqiqatçı Elsevər Quliyev daha sonra Təqsirləndirilən şəxs üzərinə təkrar şəxsi axtarış keçirir və sonuncunun üzərində əldə olunması, daşınması və saxlanması qanunla qadağan olunmuş hər hansı əşya və ya predmel aşkar olunmur. Bu zaman vəkil X5 hüquqlarını müdafiə eldiyi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə olub-olmadığını, həmin narkotik vasitənin ona məxsus olub-olmadığını, polis əməkdaşları tərəfindən saxlanılarkən, ona qarşı işgəncəyə və ya fiziki zora yol verilib-verilməınədiyirıi soruşur, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor tətbiq olunmadığını, üzərindən aşkar olunmuş küllənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını və narkotik vasitələrdən 3-4 ilə yaxın müddətdir istifadə eldiyini bildirir. Bundan sonra baş təhqiqatçı, polis mayoru Elsevər Quliyev iştirakçılardan əlavə suallarının olub-olmadığını soruşuraraq, videoçəkilişin dayandırıldığını bildirir və videoçəkiliş başa çatır. Cinayət işinin 91-92-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 93-101-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 245/2024 nömrəli. xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqdiri i bilinərək. 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkuıı edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, onun tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılaraq. 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya şöbəsinə verilmiş sorğuya xx.xx.2025-ci il tarixli 3377 saylı cavabdan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-245/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqdirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkun edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə ona tətbiq olunmuş cəzadan 01 il 20 gününü çəkmiş, çəkilməmiş cəzası 01 il 05 ay 06 gün təşkil edir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 4(060)-127/2025 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsi və səmimi peşmançılığı cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu və çəkilməmiş cəzası olsa da, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çəkilməmiş cəzası azadlığın məhdudlaşdırılması növündə cəza ilə bağlıdır. Bu səbəbdən də onun əməlində cinayətlərin residivi yaranmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmün icrası üzrə xx.xx.2024-cü ildə Sumqayıt Şəhər Probasiya Şöbəsində qeydiyyata düşmüş, xx.xx.2025ci il tarixədək cəzasından 01 il 20 gününü çəkmiş, çəkilməmiş cəzası isə 01 (bir) il 05 (beş) ay 06 (altı) gün təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli hökmü ilə təyin edilmiş və bu günə qədər çəkilməmiş 01 (bir) il 05 (beş) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmçinin Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablamalı, barəsində “həbs” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1298 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və Respublika Narkoloji Mərkəzdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,360 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmiş, (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. 29 aprel 2025-ci il tarixədək vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 3 saata görə 18 (on səkkiz), həmin tarixdən sonrakı dövrdə məhkəmədə iştirak etdiyi 10 saata görə 110 (yüz on) manat, ümumilikdə 128 (yüz iyirmi səkkiz) manat Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 05 (beş) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdən 05 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxsnın barəsində hazırkı iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hazırda digər cinayət işi ilə bağlı barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun. Respublika Narkoloji Mərkəzdə qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,360 qram psixotrop maddə olan metamfetamini hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 13 saata görə 128 (yüz iyirmi səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar