Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-353/2021 26.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs–X1 və onun müdafiəçisi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri Nizami rayonu K.Balakişiyev küçəsi yat/ev 25 otaq 513A-da qeydiyyatda olan və Sumqayıt şəhəri Köhnə Kotec qəsəbəsi ərazisində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki,Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq 485,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 06 fevral 2021-ci il tarixdə saat 19:11-də Sumqayıt şəhəri Səməd Vurğun küçəsində yerləşən “Bakı” restoranının qarşısında Sumqayıt ŞPİnin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli gödəkcənin içərisində saxladığı bir ədəd göy rəngli üzərində “Samuray” yazısı olan polietilen torbada 485,0 qram çəkidə bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə vermiş təqsirləndirilən şəxs X4 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, zibilliklərdən plasmas və dəmir yığıb sataraq özünü dolandırır. Tarixi xatırlamasa da 2021-ci ilin fevral ayında saat təxminən 17:00-18:00 arası 45-ci məhəllədə yerləşən stadionunun yanındakı zibilliklərin yanında olarkən qara rəngli marka və modelini xatırlamadığı avtomobil onun yanında dayanmışdır. Avtomobildə 4 nəfər polis əməkdaşları olmuşdur. Onlardan 3-nün adları Orxan, Kənan və Rauf olmuşdur. Onu oğurluqda şübhəli bilindiyindən bölməyə dəvət etdiklərini və yol boyu onu döydüklərini, 4-cü Polis bölməsinə çatanda orada ona üzərində narkotik vasitə olması ilə bağlı etirafedici ifadə verməli olduğnu bildirdiklərini. O bundan imtina etsə də, daha sonra hədə və təzyiqlərə dözməyərək bununla bağlı bütün sənədlərə imza etdiyini, hava qaralanda isə onu Sumqayıt şəhərində yerləşən Baki restoranın qabağına gətirib orada video çəkiliş etdiklərini, polis əməkdaşlarının ona selofan paketi verərək həmin paketi paltarında gizlətməsini dediklərini və videoçəkiliş apardıqlarını, narkotik vasitələrdən istifadə etdiyini lakin tutulan vaxt üzərində narkotik vasitə olmadığını, narkotik vasitəni tutulduğu gün səhər radələrində istifadə etdiyini, kakos adlanan narkotik vasitə qəbul etdiyini, 3-4 ildir ki narkotik vasitə qəbul etdiyini, təqsiri olmadığından Məhkəmənin barəsində bəraət hökmü çıxarmasını xahiş etdiyini bildirdi. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğunu və məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə 06.02.2021-ci il tarixdə saat təxminən 17-18 radələrində zibil qutularından plastik qablar yığan zaman yaxınlığında qara rəngli “Cip” markalı avtomobil dayanmış, həmin avtomobilin sürücü oturacağının yanındakı ön oturacaqda əyləşmiş əvvəllər tanıdığı Rauf adlı polis əməkdaşı avtomobilin qapısını açıb onu yanına çağırmış, bundan sonra avtomobilə yaxınlaşdıqda avtomobildə Rauf adlı polis əməkdaşından əlavə Orxan və Kənan adlı polis əməkdaşlarının, birdə avtomobilin tanımadığı sürücüsünün olduğunu görmüş, avtomobilə yaxınlaşan zaman üzərində hər hansı qanunla saxlanması və ya daşınması qadağan olunmuş əşya olmamış, avtomobilə yaxınlaşdıqdan sonra Rauf adlı polis əməkdaşı ondan avtomobilə əyləşməsini istəyərək, artıq həbs olunduğunu bildirmiş və onlarla getməli olduğunu demiş, ilk olaraq buna etiraz etmiş, sonra isə Rauf adlı polis əməkdaşı onlarla getməli olduğunu bir daha bildirdiyindən ona plastik qablar yığdığı uşaq arabasını gizlətmək istədiyini, sonra isə onlara gedə biləcəyini bildirdikdə avtomobilin arxa oturacağında əyləşmiş Orxan və Kənan adlı polis əməkdaşı avtomobildən yerə düşüb kürək və baş nahiyəsinə əlləri ilə zərbələr vuraraq onu avtomobilə əyləşdirmiş, özləri isə sağ və sol hissəsində əyləşmiş, avtomobillə gedərkən yolda Rauf adlı polis əməkdaşı əli ilə sinə nahiyəsinə yumruq zərbəsi vurub bir daha həbs olunduğunu bildirmiş, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gəldikdən sonra isə Kənan adlı polis əməkdaşının xidməti otağında Rauf adlı polis əməkdaşı əlindəki dubinka ilə onu döyəcəyi ilə hədləyərək onlar nə desələr etməsini ondan tələb etmiş, bundan sonra polis əməkdaşları ona göy rəngli torbanı verərək əynində olan gödəkcənin içərisinə qoyaraq saxlamağını istəmiş, sonra isə onu avtomobilə mindirib Sumqayıt şəhəri Səməd Vurğun küçəsi ərazisində yerləşən Bakı restoranının yaxınlığına gətirmişlər, orda avtomobildən düşdükdən sonra onu əraziyə buraxıb onlara tərəf gəlməsini istədiklərindən, onların dediyi kimi etmiş, bundan sonra onu polis əməkdaşları saxlayıb video kameranın yaddaşına qeyd etməklə çəkliş aparmaqla yenidən polis bölməsinə gətirmiş, polis bölməsində üzərinə şəxsi axtarış aparılarkən isə polis əməkdaşlarının ona saxlaması üçün verdikləri polietilen torbanın içərisindən narkotik vasitə olan marixuana aşkar edərək götürülmüş, bundan sonra həmin narkotik vasitə qablaşdırılaraq götürülmüş, ilkin araşdırma zamanı verdiyi izahatında, sonradan isə verdiyi ifadəsində polis əməkdaşlarından qorxduğundan, yenidən ona qarşı qanunsuz əməllərə yol verəcəklərini fikirləşdiyindən verdiyi izahat və ifadəsində polis əməkdaşlarının əməlləri barədə heç nə göstərməmiş, ancaq narkotik vasitənin özünə məxsus olduğunu, həmin gün səhər saatlarında Sulutəpə qəsəbəsi ərazisində əvvəllər tanımadığı şəxsə 70 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmiş, narkotik tərkibli maddələr qəbul etsədə, ancaq şübhəli şəxs qismində saxlanılarkən üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmamış, saxlanılarkən üzərində narkotik vasitə olmamış, saxlanılmasında iştirak etmiş polis əməkdaşları tərəfindən ona qarşı fiziki qüvvə tətbiq edilməsi nəticəsində hər hansı bədən xəsarəti almamış, üzərinə şəxsi axtarış aparılarkən üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən ona polietilen torbada saxlanılması üçün verildiyini, sonra isə üzərinə şəxsi axtarış aparılarkən aşkar edilərək götürüldüyünü həmin vaxt video çəkliş aparılarkən bildirmək imkanı olsada, ancaq polis əməkdaşlarından qorxduğundan video çəkliş aparılarkən narkotik vasitənin özünə məxsus olduğunu bildirmiş, bundan başqa polis əməkdaşlarından qorxduğundan hüuqlarının müdafiəsi üçün dəvət edilmiş vəkilə üzərinə şəxsi axtarış aparılarkən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması, eləcədə həmin narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması barədə bunun bir nəticəsi olmayacağını fikirləşərək heç bir məlumat verməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş 4-cü Polis Bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 06 fevral 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə Zamir adlı şəxsin narkotik tərkibli maddələrin əldə edilməsi, saxlanması, qəbulu, eləcədə üzərində gəzdirməsi ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Zamir adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin saxlanması, qəbulu ilə məşğul olubolmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zamir adlı şəxs müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 19 radələrində Sumqayıt şəhəri Səməd Vurğun küçəsində yerləşən “Bakı” restoranının qarşısında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvvəkkili Şahid3, əməliyyat müvvəkkili Şahid2 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti Elnur Qocayevlə yaxınlaşaraq, onu saxlamışlar, bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığını izah etmişlər, Təqsirləndirilən şəxs saxladıqdan sonra təhiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edilmiş, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün Vəkil Bürosundan növbətçi vəkilin dəvət edilməsi barədə məlumat verilmiş, təhqiqatçı tərəfindən həmçinin saxlanıldığı ərazidə mövcud olan şəraitin üzərinə şəxsi axtarış keçirilməsinə imkan vermədiyindən aparılan video çəklişin dayandırılmadan araşdırmanın davam etdirilməsi üçün polis bölməsinə getməli olduqları Təqsirləndirilən şəxs izah edilməklə, birlikdə polis bölməsinə getmələri təklif edilmiş, Təqsirləndirilən şəxs buna etirazının olmadığını bildirdiyindən, bu səbəbdən aparılan video çəkliş dayandırılmadan avtomobilə əyləşib Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına getmişlər, polis bölməsinin xidməti otaqlarının birinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs üzərinə video kamerdan istifadə edib çəkliş aparılmaqla üzərinə şəxsi axtarış aparılacağı bir daha təhqiqatçı tərəfindən izah edilmiş, həmin vaxt orda Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiə edilməsi üçün dəvət edilmiş vəkil iştirak etmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyindən, daha sonra ona üzərində olan qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin içərisində saxladığı bir ədəd göy rəngli üzərində “Samuray” yazısı olan göy rəngli polietilen torbanı çıxarıb masanın üzərinə qoymuş, həmin polietilen torbanın içərisinə baxış keçirdikdə torbanın içərisindən yaşıl rəngli, bitki mənşəli kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlənin nə olmasını, hardan və kimdən əldə etməsini soruşduqda o, həmin bitki mənşəli kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin gün səhər saatlarında Sulutəpə qəsəbəsi ərazisində olarkən əvvəllər tanımadığı şəxsə 70 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmiş, bundan sonra onun üzərində əlavə olaraq tərəflərindən şəxsi axtarışda aparılmış, ancaq Təqsirləndirilən şəxs üzərindən başqa qanunla daşınması və saxlanılması qadağan olunmuş əşya və ya pridmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sellofan torbadakı bitki mənşəli kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlənin ümumi çəkisi müəyyən edildikdən sonra isə bir ədəd göy rəngli sellofan torbadakı yaşıl rəngli, bitki mənşəli kütlə qablaşdırılaraq götürülmüş, həmçininTəqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, o da tərtib edilmiş protokolu imzalamışdır. Təqsirləndirilən şəxs nə saxlanılarkən, nədə sonradan ona qarşı tərəflərindən heç bir fiziki qüvvə tətbiq edilməmiş, Təqsirləndirilən şəxs saxlanılarkən yanlarında Rauf adlı polis əməkdaşı olmamış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını, saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təziq göstərilməsini özünü müdafiə etmək və cinayət məsuliyyətindən kənar qalmaq üçün göstərmiş, onun bu barədə dedikləri həqiqət olsaydı o, saxlanılarkən üzərinə video kameranın yaddaşına qeyd etməklə şəxsi axtarış aparılarkən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmamasını bildirər, video çəklişin aparılmasında iştirak etməkdən imtina edər, hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş müdafiəçiyə bu barədə məlumat verərdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərdi ki, 06 fevral 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə Zamir adlı şəxsin narkotik tərkibli maddələrin əldə edilməsi, saxlanması, qəbulu, eləcədə üzərində gəzdirməsi ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Zamir adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin saxlanması, qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə Şahid1 tərəfindən qərar qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zamir adlı şəxs müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 19 radələrində Sumqayıt şəhəri Səməd Vurğun küçəsində yerləşən “Bakı” restoranının qarşısında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvvəkkili Şahid1, əməliyyat müvvəkkili Şahid2 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti Elnur Qocayevlə yaxınlaşaraq, onu saxlamışlar, bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığını izah etmişlər, Təqsirləndirilən şəxs saxladıqdan sonra təhiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edilmiş, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün Vəkil Bürosundan növbətçi vəkilin dəvət edilməsi barədə məlumat verilmiş, təhqiqatçı tərəfindən həmçinin saxlanıldığı ərazidə mövcud olan şəraitin üzərinə şəxsi axtarış keçirilməsinə imkan vermədiyindən aparılan video çəklişin dayandırılmadan araşdırmanın davam etdirilməsi üçün polis bölməsinə getməli olduqları Təqsirləndirilən şəxs izah edilməklə, birlikdə polis bölməsinə getmələri təklif edilmiş, Təqsirləndirilən şəxs buna etirazının olmadığını bildirdiyindən, bu səbəbdən aparılan video çəkliş dayandırılmadan avtomobilə əyləşib Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına getmişlər, polis bölməsinin xidməti otaqlarının birinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs üzərinə video kamerdan istifadə edib çəkliş aparılmaqla üzərinə şəxsi axtarış aparılacağı bir daha təhqiqatçı tərəfindən izah edilmiş, həmin vaxt orda Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiə edilməsi üçün dəvət edilmiş vəkil iştirak etmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyindən, daha sonra ona üzərində olan qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkcənin içərisində saxladığı bir ədəd göy rəngli üzərində “Samuray” yazısı olan göy rəngli polietilen torbanı çıxarıb masanın üzərinə qoymuş, həmin polietilen torbanın içərisinə baxış keçirdikdə torbanın içərisindən yaşıl rəngli, bitki mənşəli kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlənin nə olmasını, hardan və kimdən əldə etməsini soruşduqda o, həmin bitki mənşəli kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin gün səhər saatlarında Sulutəpə qəsəbəsi ərazisində olarkən əvvəllər tanımadığı şəxsə 70 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmiş, bundan sonra onun üzərində əlavə olaraq tərəflərindən şəxsi axtarışda aparılmış, ancaq Təqsirləndirilən şəxs üzərindən başqa qanunla daşınması və saxlanılması qadağan olunmuş əşya və ya pridmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sellofan torbadakı bitki mənşəli kütlə elektron tərəzidə çəkilmiş, həmin kütlənin ümumi çəkisi müəyyən edildikdən sonra isə bir ədəd göy rəngli sellofan torbadakı yaşıl rəngli, bitki mənşəli kütlə qablaşdırılaraq götürülmüş, həmçininTəqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, o da tərtib edilmiş protokolu imzalamışdır. Təqsirləndirilən şəxs nə saxlanılarkən, nədə sonradan ona qarşı tərəflərindən heç bir fiziki qüvvə tətbiq edilməmiş, Təqsirləndirilən şəxs saxlanılarkən yanlarında Rauf adlı polis əməkdaşı olmamış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını, saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təziq göstərilməsini özünü müdafiə etmək və cinayət məsuliyyətindən kənar qalmaq üçün göstərmiş, onun bu barədə dedikləri həqiqət olsaydı o, saxlanılarkən üzərinə video kameranın yaddaşına qeyd etməklə şəxsi axtarış aparılarkən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmamasını bildirər, video çəklişin aparılmasında iştirak etməkdən imtina edər, hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş müdafiəçiyə bu barədə məlumat verərdi. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 da Şahid3 və Şahid1 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid2 və Şahid3 Təqsirləndirilən şəxs ilə üzləşdirilmiş və üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı hər iki şahid Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun 06 fevral 2021-ci il tarixində saat 19 radələrində Bakı restoranını qarşısında Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulduğunu və tutularkən üzərində narkotik vasitəyə bənzər otun aşkar edildiyini və Təqsirləndirilən şəxs həmin vasitənin narkotik vasitə olan marixuana olduğunu və onu Sulutəpə qəsəbəsindən tanımadığı şəxsdən 70 (yetmiş) manata aldığını bildirməsini göstərmişlər. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının 06 fevral 2021-ci il tarixli 7/164 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı...aşkar edilmiş...” sözləri yazılmış göy rəngli polietilen torbada təmiz çəkisi 485,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Qeyd: Marixuananın təmiz çəkisi – 485,0 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq-484,95 qram). Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 15.04.2021-ci il tarixli 1102 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının 15 fevral 2021-ci il tarixli 191 №-li rəyindən görünür ki, 1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində xəsarət aşkar edilməmişdir. Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə məlum olmuşdur ki,tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı...aşkar edilmiş...” sözləri yazılmış göy rəngli polietilen torbada narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 485,0, tədqiqata 0,05 qram sərf edildikdən sonra, 484,95 qram qalıq çəkisi qalmışdır. Qalıq qalmış 484,95 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınaraq, saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhfil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında isə 01 (bir) ədəd “00759” adlı 06.02.2021-ci il tarixdə çəkilmiş, ******* kb həcmində, 12 dəqiqə 35 saniyyə davam edən, rəngli formatda, qaranlıq hava şəraitində çəkilmiş video görüntü olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hərbi Dəniz Qüvvələrinin Hərbi Tribunalının 25.05.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 215, 93-3 mad 2 His, 243, 38 M 3 His (köhnə redaksiya) maddələri ilə təqsirli bilinərək 04 il 10 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 27.11.2002ci ildə cəzasının sonu ilə azad edilmişdir.Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qeyd olunan məhkumluğu ödənilmişdir. Həmçinin cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 14.04.2021-ci il tarixli İş № 1(060)-130/2021 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi 07 fevral 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Rafiq Qəmbərov tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış və icraatına qəbul edilmişdir. Cinayət işinin materiallarında olan 06 fevral 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 06 fevral 2021-ci il tarixində saat 19:11-də Sumqayıt şəhəri S.Vurğun küçəsi Bakı restoranının qarşısında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin təhqiqatçısı, Səyyad Hacəhmədov tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 fevral 2021-ci il tarixində həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin şərtlərini pozduğundan onun barəsində 01 mart 2021-ci il tarixdə axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılımışdır. 04 mart 2021-ci il tarixində axtarışda olan Təqsirləndirilən şəxs tutulmuş, həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək 06 mart 2021-ci il tarixində Sumqayıt şəhər Məhkəməsinin qərarına əsasən X2 barəsində 02 (iki) ay müddətinə yəni 04 may 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəlinin 04 mart 2021-ci il tarixindən hesablanması qərarda qeyd olunmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün müddətinə uzadılmışdır. Sumqayıt şhər Məhkəməsinin 07 may 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olanSumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 487 saylı 10 fevral 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Dispanserdə qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 22 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməlində CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işi üzrə təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar müdafiə tərəfinin verdiyi vəsatətlər nəzərdən keçirilərək müvafiq sorğular verilmiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, Sumqayıt ŞPİ-nin X3 verilmiş sorğu əsasında saxlama yerinə qəbul edilmiş şəxslərin tibbi müayinədən keçirilməsi və tibb yardımın göstərilməsin ədair kitabdan çıxarışdan görünür ki, 91 nömrəsi altında kitabda qeydiyyatdan keçirilmiş Təqsirləndirilən şəxs səhhəti ilə bağlı heç bir şikayəti olmamış və ona tibbi yardım göstərilməmişdir. Sumqayıt şəhər Prokurorluğuna edilmiş sorğu nəticəsində Sumqayıt şəhər Məhkəməsinə 03 noyabr 2021-ci il tarixində daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Pİ-nin 4-cü PBnin baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2, Rauf Süleymanov tərəfindən qanunsuz hərəkətlərə məruz qalması, sonuncular tərəfindən döyülməsi, üzərinə narkotik vasitə qoyulması ilə bağlı şəhər prokurorluğunda toplanmış 16 fevral 2021-ci il tarixli 99c-21 saylı material üzrə aparılmış araşdıma zamanı cinayət hadisəsi olmadığından icinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, müdafiə tərəfinin vəsatəti üzrə 4-cü PB-nin baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2,Şahid3 istifadəsində olan mobil telefonların hadisə gününə anten əhatə dairəsinin müəyyən edilsməsi üçün Baksell, Azersell və Azərfon MMC-yə müvafiq qərarlar göndərilmiş və Azərsell, Baksell və Azərfon MMC-dən daxil olmuş məlumatlardan görünür ki, adları qeyd olunan əməliyyat müvəkkillərinin istifadəsində olan mobil telefon nömrələri Təqsirləndirilən şəxs qeyd etdiyi müddətdə onun tutulmasını göstərdiyi Sumqayıt şəhəri 45-ci məhəllə ərazisindəki antenin əhatə dairəsində olmamışdır. Beləliklə də, Təqsirləndirilən şəxs ona Azərbaycan Respubilkası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsini göstərməklə, həmçinin şübhəli şəxs qismində saxlanıldıqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olmamasını bildirərək öz müdafiəsi üçün gətirdiyi dəlilər şahid ifadələri, şəxsi axtarış və götürmə, üzləşdirmə istintaq hərəkəti protokolları, məhkəmə-bioloji, məhkəmə tibb və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübutlar, iş üzrə keçirilmiş üzləşdirmədə dindirmə protokolları, anten əhatə dairsəi ilə bağlı verilmiş sorğularla bağlı daxil olmuş cavablar habelə digər toplanmış istintaq materialları ilə tam olaraq təkzib edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxudməhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1) Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Sumqayıt şəhər Məhkəməsinin 14.04.2021-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı 14 aprel 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, Sumqayıt şəhər Məhkəməsinin 14 aprel 2021-ci il tarixli,1 (060) ***-**** saylı hökmü ilə ona təyin olunmuş 11 ay 26 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi ona hazırki hökmlə təyin olunacaq cəzaya birləşdirilməli və ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 06-08 fevral 2021-ci il tarixində şübhəli şəxs kimi tutulduğu cəmi 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 04 mart 2021-ci il tarixindən hesablanmalıdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Vavqif oğluna onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəzaçəkmə müddətinin əvvəli 04 mart 2021-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik)manat Təqsirləndirilən şəxstutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. İş üzrə maddi sübut kimitanınmışTəqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 485 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 484,95 qram çəkidə narkotik vasitə marixuanna hökmqanuniqüvvəsinialdıqdansonraməhvedilməlidir. Sumqayıt şəhər 1 saylı vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli (iş № 1(060)-353/2021) qərarını icra edərək, 06 may 2021-ci il tarixli 471 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 14.04.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs üzərində təyin edilmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 (dörd) ay 14 (on dörd) günü ona hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və üzərində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 06-08 fevral 2021-ci il tarixlərində şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəza təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 04 mart 2021-ci il tarixindən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 78,82 (yetmiş səkkiz manat səksən iki qəpik)manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 485 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 484,95 qram çəkidə narkotik vasitə marixuanna hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən maddi sübut kimi tanınmış 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçigöstərdiyi 30 (otuz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 180 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-353/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-353/2021
26.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver