Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-353/2023 13.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs X1, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçiiştirakı ilə, 1985-ci il mayın 11-də Qubadlı rayonu, Hacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan, Sumqayıt şəhəri, Metallurq sanatoriyasının yataqxanasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.3- 1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: X5 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsi ərazisində yerləşən Sürücülük məktəbinin qarşısında, yerdən tapdığı, Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş plastik müavinət kartını xx.xx.2022-ci il tarixdə, Sumqayıt şəhəri 26-cı məhəllə ərazisində yerləşən “Oba” marketdə quraşdırılmış, "xxxx" ASC-yə məxsus bankomata daxil edib, pin kodunu yığaraq elektron məlumat daşıyıcısı olan həmin kartın balansındakı, Zərərçəkmiş şəxs məxsus 401 manat 98 qəpik pul vəsaitinin hissə-hissə olmaqla saat 12:09-da 200 manatını, saat 12:10-da 150 manatını və saat 12:11-də 40 manatını, ümumilkdə bankomatdan xaric olunmuş 390 manat pul vəsaitini çıxarıb, elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb, digər banka aid olan bankomatdan vəsait çıxarılmasına görə tutulan komissiya haqqı ilə birlikdə Zərərçəkmiş şəxs ümumilikdə 400 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,369 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 22 dekabr 2022-ci il tarixdə, saat 18:25-də, Sumqayıt şəhəri, S.Vurğun küçəsi ərazisində yerləşən Metallurq sanatoriyasının yataqxanasının qarşısında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 01 ədəd siqaret kağızına bükülmüş vəziyyətdə 0,369 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 234.1-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə axşam saatlarında yaşadığı Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Metallurq sanatoriyasının yaxınlığında olan zaman 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq, onun qanunsuz olaraq narkotik vasitələrdən istifadəsində, üzərində gəzdirməsində və Zərərçəkmiş şəxs məxsus olan "xxxx"a aid olan müavinət kartından 390 manat pul çıxarmaqda şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbədən onlarla birlikdə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə getməli olduğunu bildirmişlər. Bölmədə xidməti otaqların birində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən öncə ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya narkotik vasitə vardırsa təqdim etməsi təklif olunmuş və bununla əlaqədar o, şalvarının yan cibində saxladığı 1 ədəd siqaret kağızına bükülmüş kütləni çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində şəffaf polietilen sellofana bükülmüş halda ağ rəngli kristal şəkilli kütlə “metamfetamin” aşkar edilmişdir. Sorğu zamanı o, aşkar olunmuş 1 büküm “metamfetamin”i xx.xx.2023-cü il tarixdə səhər saatlarında, Novxanı ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra həmin büküm tərəzidə çəkilmiş və xüsusi qaydada qablaşdırılmışdır. Bundan başqa axtarış keçirilərkən onun üzərindən 1 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq əskinas olmaqla ümumilkdə 25 manat pul aşkar olunaraq götürülmüşdür. O, sorğu zamanı üzərindən aşkar olunmuş 25 manat pulun xx.xx.2022-ci il tarixdə sürücülük məktəbinin qarşısından tapdığı plastik kartdan çıxartdığını və qalan pulları isə şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir. O, tapdığı kartın üzərində 4 rəqəmli kod olduğunu və Sumqayıt şəhəri ərazisində bankomata daxil etdikdə kartın balansında 401 manat 98 qəpik pul olduğunu, ancaq həmin plastik kartı "xxxx"a aid olmayan bankomata salıb vəsaiti çıxartdığı üçün faiz tutulmuşdur. Bu səbəbdən də kartın balansından 390 manat vəsait çıxartmaq mümkün olmuşdur. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə gunorta saatlarında Sumqayıt şəhəri, S.Vurğun küçəsi ərazisində yerləşən sürücülük məktəbinin qarşısında piyada hərəkət edərkən əynində olan gödəkçənin iç cibində saxladığı özünə məxsus, "xxxx" plastik müavinət kartının cibində olmadığını aşkar etmiş və başa düşmüşdür ki, bir neçə saat əvvəl mobil telefonunu cibindən çıxartmaq istədiyi zaman həmin plastik müavinət kartı cibindən düşüb itmişdir. O, kartını həmin ərazidə axtarsa da tapa bilməmiş və bu səbəbdən də həmin kartı bloklamışdır. xx.xx.2022ci il tarixdə o, yeni plastik müavinət kartı əldə etmək üçün Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən, "xxxx" ASC-nin Qubadlı rayon filialına getmiş və bankda ona, itirdiyi həmin müavinət kartından, digər banka aid olan bankomatdan vəsait çıxarılmasına görə tutulan 10 manat 50 qəpik komissiya haqqı ilə birlikdə hissə-hissə olmaqla ümumikdə 400 manat 50 qəpik pul vəsaiti Sumqayıt şəhəri 26-cı məhəllə ərazisində yerləşən, Oba marketdə quraşdırılmış “Beynəlxalq Bank”a aid bankomatdan çıxarıldığı bildirilmiş və bu barədə ona çıxarış verilmişdir. O, sözügedən müavinət kartını itirdikdən sonra naməlum şəxs həmin kartı taparaq kartın üzərində yazılmış 4 rəqəmli pin kodunun olmasından istifadə edərək qeyd edilən məbləği çıxardıb nağdlaşdıraraq talamışdır. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ona geri qaytarılmış və bu səbəbdən onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili polis kapitanı vəzifəsində işləyir. Belə ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə müraciət edərək, xx.xx.2022-ci il tarixdə özünə məxsus olan "xxxx"a aid plastik müavinət kartını itiridyini və naməlum şəxs tərəfindən Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən, Oba marketdə quraşdırılmış "xxxx"a məxsus bankomatdan xx.xx.2023-cü il tarixdə, hissə-hissə olmaqla 390 manat pul çıxarılıb nəğdiləşdirildiyini bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs müavinət kart hesabından çıxardıb talayan şəxsin Qubadlı rayonundan məcburi köçkün və Sumqayıt şəhəri, S.Vurğun küçəsi Metallurq sanatoriyasının yataqxanasında məskunlaşmış X5 olması və eləcə də, X1 narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 4-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə, axşam saatlarında X3 Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Metallurq sanatoriyasının yataqxanasının yaxınlığında saxlamışlar. Bundan sonra onlar Elmir Musayevə özlərini təqdim edərək, vətəndaş Zərərçəkmiş şəxs müavinət kart hesabından bankomat vasitəsi pul çıxardıb talamaqda, həmçinin narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, üzərində gəzdirilməsi və istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirmişlər. Daha sonra saxlanılan şəxs Elmir Musayevə müvafiq istintaq hərkətlərinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getməli olduğu bildirilmişlər. Bölmədə xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə saxlanılan şəxsin üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən öncə E.Musayevdən üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və ya narkotik vasitə vardırsa təqdim etməsi təklif olunmuş və o, şalvarının sol yan cibində saxladığı 1 ədəd ağ rəngli siqaret kağızına bükülmüş kütləni çıxardıb təqdim edərək, masanın üzərinə qoymuşdur. Qeyd olunan büküm açıldıqda bükümün içərisində, şəffaf polietilen sellofana bükülmüş halda ağ rəngli kristalşəkilli kütlə olması aşkar edilmişdir. Təhqiqatçı həmin ağ rəngli kristalşəkilli kütlənin nə olduğunu soruşduqda E.Musayev “metamfetamin” olduğunu bildirmişdir. Sorğu zamanı Elmir Musayev təqdim etdiyi 1 büküm “metamfetamin”i xx.xx.2023-cü il tarixdə səhər saatlarında, Novxanı ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Aşkar olunmuş büküm elektron tərəzi vasitəsilə çəkilmiş və zərfə qoyularaq xüsusi qaydada qablaşdırmışdır. Bundan sonra təhqiqatçı tərəfindən Elmir Musayevin üzərinə axtarış keçirilmiş və onun üzərindən 1 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq əskinas olmaqla ümumilkdə 25 manat pul aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı o, xx.xx.2022-ci il tarixdə tapdığı plastik kartdan Sumqayıt şəhəri 26-cı məhəllə ərazisində yerləşən Oba marketin qarşısındakı olan bankomatdan 390 manat pul çıxardığını və çox hissəsini xərclədiyini, üzərində aşkar olunan 25 manat pulun isə həmin puldan qalıq qaldığını bildirmişdir. Elmir Musayevin üzərindən aşkar edilmiş 25 manat pul sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüş və zərfə qoyularaq xüsusu qaydada qablaşdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 dekabr 2022-ci il tarixli 6/7128 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 123” möhür əksi, “X1 üzərindən aşkar edilmiş...” və s. sözləri, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,369 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 25 yanvar 2023-cü il tarixli 368 saylı rəyindən görünür ki, müayinə zamanı X2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X5 Cinayət Məcəlləsinin 234.1, 93.1.4-cü maddələri ilə təqsirli bilinərək, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli Hökmü ilə 09 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həbs etmənin əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablanmışdır. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 177.2.3-1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Belə ki, təqsirləndirilən şəxs X1 bu cinayət əməllərini törətməsi onun özünün etiraf xarakterli ifadəsi ilə, həmçinin zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, video görüntülər və iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2022-ci il tarixdə, saat 11:00 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsi ərazisində yerləşən Sürücülük məktəbinin qarşısında, yerdən tapdığı, Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC tərəfindən verilmiş plastik müavinət kartını xx.xx.2022-ci il tarixdə, Sumqayıt şəhəri 26cı məhəllə ərazisində yerləşən “Oba” marketdə quraşdırılmış, "xxxx" ASC-yə məxsus bankomata daxil edib, pin kodunu yığaraq elektron məlumat daşıyıcısı olan həmin kartın balansındakı, Zərərçəkmiş şəxs məxsus 401 manat 98 qəpik pul vəsaitinin hissə-hissə olmaqla saat 12:09-da 200 manatını, saat 12:10-da 150 manatını və saat 12:11-də 40 manatını, ümumilkdə bankomatdan xaric olunmuş 390 manat pul vəsaitini çıxarıb, elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb, digər banka aid olan bankomatdan vəsait çıxarılmasına görə tutulan komissiya haqqı ilə birlikdə Zərərçəkmiş şəxs ümumilikdə 400 manat 50 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,369 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 22 dekabr 2022-ci il tarixdə, saat 18:25-də, Sumqayıt şəhəri, S.Vurğun küçəsi ərazisində yerləşən Metallurq sanatoriyasının yataqxanasının qarşısında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki göy rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 01 ədəd siqaret kağızına bükülmüş vəziyyətdə 0,369 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası hədləri daxilində cəzalandırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X5 hazırki cinayət əməllərini törədərkən məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. X1 zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməklə onunla barışıq əldə etməsi və himayəsində bir az yaşlı uşağının olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə X1 cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə X4 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran və cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. X1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,319 qram təşkil edən psixotrop maddə metamfetamin qanuna müvafiq qaydada məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs X1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci olan 109,90 (yüz doqquzmanat doxsan qəpik) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum X1 üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs 25 manat pulu təhvil almışdır. Ona görə də maddi sübut kimi tanınmış 25 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X4 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan iki ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbycan Respublikası CPM-nın 348, 356, 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X4 təyin olunmuş cəzalar qismən toplanmaqla o, qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun tutulduğu 22 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. X1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,319 qram təşkil edən psixotrop maddə metamfetamin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 109,90 (yüz doqquzmanat doxsan qəpik) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum X1 üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan 2 (iki) ədəd “DVD-R” disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 25 (iyirmi beş) manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs X4 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-353/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-353/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver