Məhkəmə qərarları › İş №1(060)-353/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-353/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-353/2024 12.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1993-cü ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən, 66 nömrəli uşaq baxçasının inzibati binasında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 05 noyabr 2023-cü il tarixdə, saat 14:00 radələrində yaşadıqları Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən, 66 nömrəli uşaq baxçasının inzibati binasında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs hazırladığı nahar yeməyini bəyənmədiyindən mənzili dağıtması səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruqla sonuncunun sifət və bədəninin digər nahiyyələrinə vurub ona sol almacıq-çənə nahiyəsinin ağzın açılmasını çətinləşdirən yumşaq toxumaların şişkinliyi-qançırı, sol bud çanaq oynağının qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2016cı ildə Zərərçəkmiş şəxs ilə evlənmiş, onunla nigahlarından bir övladları doğulmuş, sonradan ailələrində mütamadi olaraq münaqişələri yarandığından 2021-ci ilin yay aylarında Aytacdan rəsmi olaraq boşanmışdır. Buna baxmayaraq Aytacla Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən 66 nömrəli uşaq baxçasının inzibati binasındakı otaqların birində yaşamağa davam etmişlər. Birlikdə yaşadıqları müddətdə Aytacla mütamadi aralarında münaqişə yaranmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində yaşadıqları evin yaxınlığında yerləşən işlədiyi avtoyuma mətəqəsində işdə olarkən Aytaca zəng edərək nahar yeməyi hazırlamasını tapşırmış, Aytac da nahar hazırlayacağına söz vermişdir. Bir qədər sonra yaşadıqları evə gələrək nahar edərkən Aytacın hazırladığı yeməyi bəyənmədiyindən yeməyi itələyərək yerə dağıtmışdır. Bu səbəbdən aralarında yenidən münaqişə yaranmış, həmin vaxt əsəbləşdiyindən əli ilə Aytacın üz və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vurmuşdur. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələb yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 2016-cı ildə Təqsirləndirilən şəxsla evlənmiş, onunla nigahlarından bir övladları doğulmuş, sonradan ailələrində mütamadi olaraq münaqişələri yarandığından 2021-ci ilin yay aylarında Sadiqdən rəsmi olaraq boşanmışdır. Buna baxmayaraq Sadiqlə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən 66 nömrəli uşaq baxçasının inzibati binasındakı otaqların birində yaşamağa davam etmişlər. Birlikdə yaşadıqları müddətdə Sadiqlə mütamadi aralarında münaqişə yaranmış, Sadiq tərəfindən təhqir edilmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində yaşadıqları evdə olarkən Sadiq zəng edib nahar yeməyi hazırlamasını tapşırmışdır. Sonradan Sadiq yaşadıqları evə gələrək yemək yeyərkən hazırladığı yeməyi bəyənməmiş, sonra isə qarşısındakı yeməyi itələyərək yerə dağıtmışdır. Sadiqin hərəkətlərindən əsəbləşdiyindən alarında mübahisə yaranmışdır. Bundan sonra Sadiq ünvanına nalayiq ifadələr işlədərək üzərinə cummuş, ilk əvvəl əli ilə üz nahiyəsinə, sonradan isə bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq onu döyüb bədən xəsarəti yetirmişdir. Sadiqin əlindən çıxaraq həyətə çıxdıqdan sonra zəng vurub hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermiş, sonra isə şikayət ərizəsi ilə müraciət edərək onu döyüb bədən xəsarəti yetirməsi səbəbindən Sadiq barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Hadisə yaşadıqları evdə baş vermiş, həmin vaxt evdə kənar şəxs olmamışdır. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 1819 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – sol almacıq-çənə nahiyəsinin ağzın açılmasını çətinləşdirən yumşaq toxumaların şişkinliyiqançırı, sol bud çanaq oynağının qançırı. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən əllə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqda xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 497 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. X2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 19 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 4459 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin noyabr ayından “eyni zamanda 2 və daha artıq narkotik maddələrin istehlakından yaranan psixi və davranış pozuntusu, asılılıq sindromu” diaqnozu ilə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Sumqayıt Tibb Mərkəzi X4 2 nömrəli xəstəxananın poliklinika şöbəsindən verilmiş 329 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatriya kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rafiq Qəmbərov rətəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin icraata qəbul etmək haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rafiq Qəmbərov rətəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət alması faktı toplanmış cinayət işi materialları ilə təsdiqini tapmadığından ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər prokuroru, baş ədliyyə müşaviri Mürvət Həsənov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Sumqayıt ŞPİnin İŞ-nin müstəntiqi, polis mayoru Rafiq Qəmbərov rətəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar ləğv edilmiş və cinayət işi əlavə istintaqın aparılması üçün Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rafiq Qəmbərov rətəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin icraata qəbul etmək haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı davam etdirilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulduqda Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2024-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. İş mateiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı MSY-dən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də, 72 (yetmiş iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki iş üzrə “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASCnin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar