Məhkəmə qərarları › İş №1(060)-353/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-353/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-353/2025 06.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,subay, orta təhsilli, işsiz, məhkumluğu olan, Sumqayıt şəhəri, X6 qəsəbəsi, Dənizçi küçəsi, ev 85 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda yəni, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,297 qram və 0.414 qram çəkidə olmaqla ümumilikdə 0,711 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, 03 fevral 2025-ci il tarixdə saat 17:20 dəqiqədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçi küçəsi, 85 saylı evin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkcənin sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,297 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürüldükdən sonra, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilən zaman Sumqayıt ŞPİ-nin MSY-nin 10 saylı kamerasında polis əməkdaşları tərəfindən üzərinə tam axtarış keçirilərkən gödəkcənin sol yan cibinin astar nahiyyəsindən təmiz çəkisi 0,414 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki bir neçə ildir ki, narkotik vasitə istifadəçisidir. Əsasən psixotrop maddə olan metamfetamin istifadə etmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 17:20-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçi küçəsi, 85 nömrəli fərdi evin yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirərək ona Sumqayıt şəhəri ərazisində baş vermiş oğurluq cinayətinin törədilməsində şübhəli bilindiyi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Pİ-də o, üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Ona hüquq və vəzifələri izah edilmiş, vəkili olmadığı üçün ona vəkil təqdim olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş aparılmaqla üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etməsi təkli edilmiş, o, əynindəki gödəkcənin cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Bildirir ki, həmin bükümdə “patı” kimi tanıdığı metamfetamin olmuş, onu tutulmamışdan yarım saat əvvəl Sumqayıt şəhəri, “Nasosnu” deyil ərazidə yolun kənarında tapmış və əvvəl istifadə etdiyi üçün götürüb üzərində saxlamışdır. Həmin büküm elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq möhürlənmişdir. Saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. Qeyd edir ki, bundan sonra o, Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmiş, MSY-də üzərinə tam axtarış keçirilən gödəkçəsinin yan cibindən bir büküm qədər şəffaf rəngli maddə aşkar edilərək götürülmüşdür. O, həmin maddənin “limon duzu” və “tütün” olduğunu bildirmişdir. Həmin maddənin aşkar edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən akt tərtib edilmiş və qeyd edilən maddə qablaşdırılmışdır. Daha sonra vəkilin və digər polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilmiş maddəyə baxış keçirilmişdir. Onun yanında həmin büküm açılmış, maddənin cibində necə qaldığı soruşulduqda o, həmin maddənin cibində necə qaldığını xatırlamadığını bildirmişdir. Aşkar olunmuş həmin maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Onu da qeyd etmişdir ki, Sumqayıt ŞPİ-nin MSY-də üzərindən aşkar edilmiş maddə metamfetamindir, ona məxsus olmuşdur. Əməlindən peşmandır. Yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam,obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. İ Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Sumqayıt ŞPİ-nin İŞ-də CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan cinayət işi üzrə cinayəti törətməkdə şübhəli bilinən Sumqayıt şəhəri, X6 qəsəbəsi, Dənizçi küçəsi, ev 85 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs olduğu yerinin müəyyən olunaraq dindirilməsi üçün İŞ-nə gətirilməsi ilə bağlı verilmiş əməliyyat tapşırığının icrası zamanı xx.xx.2025-ci il tarixdə saat 17:20 dəqiqədə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dənizçi küçəsi, 85 saylı evin yaxınlığında saxlanlıaraq Sumqayıt ŞPİ-nə gətirilərkən üzərində narkotik vasitə olduğunu bildirmiş, bununla bağlı raport tərtib olunaraq təhqiqat orqanına təqdim olunmuş və araşdırma aparılmışdır. Pİ-də xidməti otaqlardan birində videoçəkilişlə Cabbarova vəkil təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyriqanuni əşyalar olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, o, əynindəki gödəkcənin cibində saxladığı bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Bükümə baxarkən xatırladığı qədərilə içərisində psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Aşkar edilmiş bükümd elektron tərəzidə çəkilmiş, daha sonra qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikdən sonra ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru polis serjantı Şahid6 ifadəsi elan edilərək tədqiq edilmiş, məlum olmuşdur ki, o, həmin ifadəsində Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Sumqayıt ŞPİ-nin MSY-nin Mühafizəsi üzrə polis nəfəri vəzifəsində xidmət edir. Belə ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olduğu zaman şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Sumqayı ŞPİ-nn MSY-nə təhvil verilmiş, daxili təlimata uyğun olaraq o, TİQ-nin inspektoru Şahid2 və MSY-nin Mühafizəsi üzrə polis nəfəri, polis baş serjantı Şahid3 iştirakı ilə Cabbarovun üzərinə tam axtarış keçirməyə başlamışdır. O, Təqsirləndirilən şəxs məxsus paltarların ciblərini bir-bir yoxlamış, axtarış zamanı Cabbarova məxsus gödəkcənin cibinin astar hissəsində bir büküm qədərində siqaret tütünü ilə qarışıq şəffaf rəngli maddəni aşkar etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “limon duzu” olduğunu, cibində necə qalması haqqında heç bir məlumatı olmadığını bildirmişdir. Bundan sonra bu barədə həmin gün növbətçi əvəzi olan MSY-nin Mühafizəsi üzrə polis nəfəri, polis baş serjantı Şahid4 məlumat verilmişdir. Bundan sonra Şahid3 aşkar edilmiş kütləni ağ rəngli kağıza bükmüş, bununla bağlı akt tərtib edildikdən sonra bu barədə təhqiqat orqanına raport təqdim edilmişdir. Bir neçə dəqiqə sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, vəkil və digər polis əməkdaşlarının iştirakları ilə baş təhqiqatçı Elsevər Quliyev tərəfindən baxış və götürülmə həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin MSY-nin mühafizəsi üzrə polis nəfər Şahid3, MSY-nin mühafizəsi üzrə polis nəfəri Şahid4 şahid Rəşad Mustafayev ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 04 fevral 2025-ci il tarixdə (saat 13:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 03 fevral 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 17:20 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 14); Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixində CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 78-79); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 05 fevral 2025-ci il tarixli protokoldan görünür ki,Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 93-95); Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin X5 05 fevral 2025-ci il tarixdə saat 16:40-da azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v. 96-97); “Şəxsi axtarışın keçirilməsi haqqında” 03 fevral 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılma səbəbi izah edilir, ona hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim edilir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X4 təqdim olunur, şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyalar varsa təqdim etməsi təklif olunur, o, əynindəki yaşıl rəngli qolsuz gödəkcənin sağ yan cibindən 01 ədəd qızılı kağız bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirir. Aşkar edilmiş bükümdə olan kütlə elektron tərəzidə çəkilir və çəkisinin 0,34 qram olduğu müəyyən olunur. Daha sonra həmin kütlə qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Vəkil sualına cavab olaraq ona qarşı heç bir qanunsuz hərəkət olmadığını bildirir. (i.v 22-23). “Baxış keçirilməsi və götürmə” barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılma səbəbi izah edilir, təhqiqatçı Elsevər Quliyev özünü təqdim etdikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncunun üzərində olan gödəkcənin sağ yan cibindən içərisində ağ rəngli kristal şəkilli maddələr olan 01 ədəd qızılı kağız bükümün aşkar edilərək götürülməsindən sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-nə yerləşdirməsini bildirmişdir. MSY-də 10 saylı kamerasında üzərinə axtarış keçirilən zaman gödəkcəsinin sağ yan cibindən kristala bənzər maddələrin aşkar edildiyini, həmin maddənin ağ rəngli kağız parçasına qablaşdırıldığını və bununla bağlı akt tərtib edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin limon duzu olduğunu, cibində necə qalması haqqında heç bir məlumatı olmadığını bildirir. Aşkar edilmiş həmin kütlə elektron tərəzidə çəkilir və çəkisinin 0,84 qram olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs həmin kütlənin limon duzu olduğunu, polis əməkdaşları tərəfindən tutularkən və Pİ-də olarkən ona qarşı heç bir qanunsuz hərəkət olmadığını bildirir. (i.v. 48-49) “Götürmə aparılması və baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, “D 12_**********5320” adlı, 178348 kb həcmində 13 dəqiqə 42 saniyə davam edən video görüntülər olan diskə baxış keçirilərkən video görüntüdə ekranın yuxarı sol küncündə xx.xx.2025 19:49:27 rəqmələrinin yazıldığı, həmin yazı və rəqəmlərin video görüntünün çəkildiyi tarixi və saatı göstərdiyi, ekranın aşağı sağ küncündə “Kamera- 10” sözlərinin yazıldığı, video görüntünün sabit, yerində dayanmış qurğu tərəfindən çəkildiyi, görüntünün Sumqayıt ŞPİ-nin MSY-nin kamerasını əks etdirdiyi, saat 19:56:14də Sumqayıt ŞPİ-nin MSY-nin mühafizəsi üzrə polis nəfəri, polis baş serjantı Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs ilə birlikdə kameraya daxil olduqları, Cabbar Rüstəmovun əlində olan qolsuz gödəkçəsini stolun üzərinə qoyduğu, daha sonra üzərində olan əşyaları bir-bir çıxardığı, Şahid1 çıxarılmış əşyaların ciblərini axtardığını, Təqsirləndirilən şəxs məxsus qolsuz gödəkcənin sol yan cibinin astar hissəsində bir büküm qədər maddəni aşkar edib stolun üzərinə tökdüyü, 20:00:57 dəqiqədə videogörüntünün başa çatdığı müşahidə edilir. (i.v. 100) Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/466 nömrəli 4 fevral 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün No 124 dairəvi möhür əksi olan, “vət. Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0.297 qram olan ağ rəngli,kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 51-55). Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/491 nömrəli 5 fevral 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respbulikası DİN Zərflər üçün №124” dairəvi möhür əksləri olan, “Saxlanılan şəxs: 1. “imza” Təqsirləndirilən şəxs; Vəkil: 1. “imza” Məmmədov Ə.; İştirak etdilər: 1. “imza” Şahid2, 2. “imza” Şahid1; 3. “imza” Şahid4; Tərtib etdi: baş təhqiqatçı “imza” E.Quliyev” yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,414 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 65-69). Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Sumqayıt Regional Bölməsinin 20/25 nömrəli 14 mart 2025-ci il tarixli rəyindən görünür ki,tədqiqata təqdim olunmuş üzərində: AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi “Tədqiqat Obyekti №67” və A R DİN “Zərflər üçün № 124” möhür əksiləri olan, “Saxlanılan şəxs: 1. /imza/ Cabbarov.R.A Vəkil. 1. /imza/ Məmmədov; Tərtib etdi: baş təhqiqatçı /imza/ E.Quliyev; Rəy 6/466; Sumqayıt ŞPİ TŞ ”əl yazıları olan zərfdəki 01 ədəd bükümdəki metamfetaminlə, üzərində: AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi “Tədqiqat Obyekti №62” möhür əksi, olan “Ekspert rəyi 6/491; Verildiyi tarix: 05 fevral 2025-ci il; Materialın nömrəsi: NK-1/177; Ekspertizanı təyin etmiş orqan: Sumqayıt ŞPİ; Maddi sübut: Təqsirləndirilən şəxs metamfetamin; Ekspert: /imza/ S.Qəribli”əl yazıları olan zərfdəki 01 ədəd bükümdəki metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər.(i.v. 146-149) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 148 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmadı. (i.v. 56-58) Səhiyyə Nazirliyi Respublika X7 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 1319 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki,müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 136-138). Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs psixotrop maddə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. DİN BƏSİİ alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 04 dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin 1(060)-208/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlıq məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin 19 avqust 2024-cü il tarixli qərarı ilə Cabbarov təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03 ay 03 gününü çəkmədkən şərti olaraq vaxrından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. (i.v. 124-133, 143-145) CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilsə də, məhkumluğu ödənilmədən yenidən cinayət törətmişdir. Onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2018ci il təvəllüdlü Nurlan Cabbarlı adlı övladı var. (i.v. 123) “sübutların qiymətləndirilməsi haqqında” 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində CM-nin 234.2-ci maddəsilə cinayət təqibinin başlanılması rədd edilmişdir, istintaq zamani üzərindən aşkar edilərək götürülmüş 0,711 qram olan psixitrop maddə metamfetamin həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi baxış və götürmə aparılması Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilən zaman üzərinə keçirilmiş tam axtarış ilə bağlı video görüntüləri özündə əks etdirən üç ədəd DVD diskdə videogörüntünün maddi sübut hesab edilməsi nəzərə alınmışdır. Cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sırf edilmiş hissə çıxarılmaqla qalıq qalmış psixotrop maddə metamfetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş 03 ədəd DVD diskdə videogörüntü cinayət işinin materiallarında saxlanılmışdır. Psixotrop maddənin çəkisindəki fərqin polis əməkdaşı tərəfindən həmin kütlənin bükümü ilə birlikdə miqdarının hesablandığı nəzərə alınmaqla daha yüksək dəqiqlikli ekspert tədqiqatları göstəricisi mötəbər sübut kimi qəbul edilmişdir. (i.v. 134-138); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə,toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun etirafedici ifadəsi,mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri,istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.(CPM144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi xeyli miqdarda əldə etmə,saxlama, hazırlama,emal etmə,daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama-bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarın minimum həddindən artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxsiun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş,alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki,məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər.CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları,habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilmişdir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən,xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir.Göründüyü kimi Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə,ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə -metamfetaminin çəkisini, bundan əvvəl də dəfələrlə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələrin istifadə etdiyi üçün məhkum olunmasını, buna baxmayaraq islah olunmamasını və yenidən narkotik vasitələri qanunsuz olaraq əldə etməsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır,lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir və ona CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 06 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 308 (üç yüz səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 0.591 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 11 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 29 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 88 (səksən səkkiz) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdən 05 fevral 2025-ci il tarixədək tutulduğu cəmi 02 gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 06 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 308 (üç yüz səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.591 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən 03 (üç) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar