Məhkəmə qərarları › İş №1(060)-354/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-354/2021

05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-354/2021 05.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı , Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 14 avqust 2001-ci ildə Rusiya Federasiyasının Uqliç şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhər 3 saylı Peşə Litseyinin 3-cü kurs tələbəsi, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 5-ci mikrorayon ev 26/4, mənzil 38-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinəaçıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İstintaqla elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs 28 dekabr 2020-ci il tarixdə, saat 23 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan X2 məxsus “Vaz 21043 minik” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə 10-15 km/surətlə hərəkət edib Sumqayıt şəhəri 5-ci mikrorayon ev 22/136 saylı binanın tinindən «Uşaq gənclər idman» birliyinin qarşısına dönərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç tədbir görməmiş və yolu sağdan sola doğru keçməkdə olan piyada xx.xx.1982-ci il təvəllədlü Zərərçəkmiş şəxs avtomobilin sağ qabaq hissəsi ilə sol səkidən 2,2 metr aralıda ehtiyatsızlıqdan vurub, ona sağ qamış sümüyünün kondiluslararası yerdəyişməyən sınığından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263-1.1-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirldi bilərək ifadəsində göstərdi ki, onun sürücülük vəsiqəsi yoxdur. X3 Vaz 2104 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili var. 28 dekabr 2020-ci il tarixdə qardaşı Amid Ələkbərovun həyat yoldaşı əməliyyat olunduğu üçün ona almış olduğu dərmanları yaşadığı 5-ci mikrorayin ev 26/4-dən çıxıb onların yaşadığı 5-ci mikrorayon Ulduz heykəlinin yanında olan evlərinə aparmışdır. Saat 22 radələrində geri qayıdan zaman təqribən 10-15 km saat sürətlə evləri istiqamətində hərəkət edərkən Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində olan idman sağlamlıq mərkəzinin qarşısında olan döngəni dönmək istəyərkən bir naməlum kişi qarşısına çıxmış və həmin adam ona istiqamətdə hərəkət etdiyini görüb avtomobilə əyləci basıb sola doğru hərəkəti saxlamaq istəyən zaman avtomobilin sağ qabaq qanadı ilə həmin kişini vurmuşdur. Kişi ayağa qalxmış, ona özünü təqdim etmiş və xəstəxanaya aparmağı təklif etsə də o, etiraz edərək hər şeyin yaxşı olduğunu və xəsarət almadığını demişdir. Bundan sonra o, ona çıxıb getməsini dediyi üçün, o çıxıb getmişdir. Təqribən 3 gün sonra polis idarəsindən ona zəng olunduğ üçün polis idarəsinə gedərək olanlar barəsində polisə məlumat vermişdir. Hadisə 28.12.2020-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri 5-ci mikorayon İdman sağlamlıq mərkəzinin qarşısında baş vermiş və Zərərçəkmiş şəxs hadisə zamanı xəsarət almasını bilməmiş, lakin buna baxmayaraq onu xəstəxanaya aparmaq istəsəm də, Anar xəsarət almadığı üçün onunla xəstəxanaya getməmişdir. O X3 Vaz 2104 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilil ilə 10-15 km/saat sürətlə Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində olan idman sağlamlıq mərkəzinin qarşısında olan döngəni dönmək istəyərkən bir naməlum kişi qarşısına çıxmış və həmin adam ona istiqamətdə hərəkət etdiyini görüb avtomobilə əyləci basıb sola doğru hərəkəti saxlamaq istəyən zaman avtomobilin sağ qabaq qanadı ilə həmin kişini vurmuşdur. O döngəni dönən kimi Zərərçəkmiş şəxs qarşısına çıxarkən aralarında təqribən 1 metr məsafə olmuşdur.Zərərçəkmiş şəxs yolun tam ortasında vurmuş, spirtli içki qəbul etməmişdir.Təhsilini təzə başa vurmuşdur və hərbi xidmətə çağırışçıdır.Məhkəmədə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona dair şikayəti olmadığını bildirərək bu səbəbdən də ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə videokonfrans vasitəsi ilə iştirak etmiş və zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 28.12.2020-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yolu «X6» Birliyi istiqamətindən 22/136 nömrəli istiqamətinə sağdan sola piyada keçən zaman mikrorayon daxili yol ilə təxminən 10-15 km/saat sürətlə hərəkətdə olan «VAZ 2104» markalı avtomobil qabaq hissəsi ilə onu ehtiyatsızlıqdan vurmuş, o zərbədən yerə yıxılmışdır. O onu vurarkən, sağdan sola asta yerişlə çəpinə təxminən 6-7 metr yolu qət etmişdir. Sürücü avtomobili saxlayıb yanındakı cavan oğlanla birlikdə ona yaxınlaşmış, onu yerdən qaldırıb ondan hər hansı xəsarət alıb-almadığını soruşmuşdur. Sonra isə avtomobilindən su götürüb əl üzünü yumuşdur. Sürücü ona xəstəxanaya getməyi təklif etmişdir. Lakin o sürücüyə demişdir ki, ciddi bir xəsarəti yoxdur, xəstəxanaya getmək istəmir. Sonra sürücü avtomobilə əyləşib oradan uzaqlaşmışdır. O da taksi çağırıb oradan yaşadığı ünvana getmişdir. Hadisə zamanı ayağında ağrılar olsa da, ağrılar get-gedə şiddətlənmişdir. Təxminən 3 gün sonra sağ ayağında ağrılar daha da şiddətləndiyi üçün o Sumqayıt şəhər TTYX-ya müraciət etmişdir.Hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyildir və ona yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 11 yanvar 2021-ci il tarixli notarial qaydada təsdiq olnumş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncu ona dəymiş maddi ziyanı ödəmişdir. Bu səbəbdən də Elnurdan şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan məhkəmə tibb ekspertizasının 14.01.2021-ci il tarixli, 54 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ qamış sümüyünün kondiluslararası yerdəyişməyən sınığından ibarət xəsarət aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qələr olmaqla 28.12.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 02.04.2021-ci il tarixli, 8/527 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən «VAZ-21043 minik» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riyaət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 12.01.2021-ci il tarixli, 302214-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına kompüter bazasına əsasən sürücülük vəsiqəsi qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılarkən, sonuncu ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha dəqiqliklə göstərmişdir. 7 saylı MKS tərəfindən verilmiş xasiyyətnaəmdə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 16 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 264.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs 17 aprel 2021-ci il tarixdə CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tidbiri seçilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal onun zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tam ödəməsi, 59.2-ci maddəsinə əsasən isə əvvəllər məhkumluğunun olmaması,hadisəni törədərkən tələbə olması və hazırda çağırışçı olması, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinəəsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdəədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza minimum həddə yaxın təyin edilməlidir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Cinayət işinin materiallarında olan 17.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək saxlanılmalıdır. İşüzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli (iş № 1(060)-354/2021) qərarını icra edərək, 07 may 2021-ci il tarixli 467 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsiləödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərəödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun Kapital bank ASC-nin Sumqayıt şəhər filialında olan hesabına köçürülməlidir. İşüzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İşüzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan RespublikasıƏdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi ) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB**********2500366125 VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar