Məhkəmə qərarları › İş №1(060)-354/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-354/2022

09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-354/2022 09.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1994-cü ildə Masallı rayonu, Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, fərdi əməklə məşğul olan, Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzri yaşayış massivi, fərdi evdə yaşayan, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-630/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 7(060)- 191/2022 saylı, xx.xx.2022-ci tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzasının çəkilməyən 02 il 02 ay 17 günü Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 01 il 01 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmiş. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1988-ci ildə Cəlilabad rayonu, Prişib kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Masallı rayonu, Kəlbəhüseynli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 o, özgənin əmlakını talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin ətrafına çəkilmiş daş hasardan qanunsuz olaraq aşaraq "xxxx" MMC-nin həyətinə daxil olub, əsas girişin sol hissəsindəki hasarın alt hissəsi ilə gedən dövlət əhəmiyyətli işıq plafonlarmm işıqlandırılması üçün nəzərdə tutulan hər metrinin dəyəri 12 (on iki) manat təşkil edən, üzəri ağ rəngli izolyasiyalı, ümumi diametri 25 mm, içərisində beş ədəd izolyasiyalı mis tərkibli naqil keçən, üzərində 5G10mm2 yazıları olan ümumilikdə 180 (bir yüz səksən) metr uzunluğunda elektrik naqilini kəlbətinlə kəsib gizli talayaraq, zərərçəmiş şəxs "xxxx" MMC-yə cəmi 2160 (iki min yüz altmış) manat maddi ziyan vurmaqla, oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə günorta saatlarında qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi S.Vurğun küçəsi 3-də yerləşən Şahid1 təsisçi olduğu "xxxx" MMC-nin qeyri- yaşayış sahəsi hesab edilən polietilen istehsalı sexinin arxa tərəfindəki dəmir hasarının nisbətən açıq olan hissəsindən sexin həyətinə qanunsuz olaraq oradan 950 (doqquz yüz əlli) manat dəyərində olan polietilen su boruları üçün nəzərdə tutulmuş 01 ədəd avtomaşının bərk dəmir qoşqusunu (buksiri), 250 (iki yüz əlli) manat dəyərində olan təxminən 02 metr uzunluğunda olan 01 ədəd dəmir şvelleri gizli talayaraq, zərərçəkmiş şəxs "xxxx" MMC-yə cəmi 1200 (bir min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 o, özgənin əmlakını talama məqsədi ilə xx.xx.2021- ci il tarixdə günorta saatlarında qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi S.Vurğun küçəsi 3-də yerləşən Şahid1 təsisçi olduğu "xxxx" MMC-nin qeyri-yaşayış sahəsi hesab edilən polietilen istehsalı sexinin arxa tərəfindəki dəmir hasarının nisbətən açıq olan hissəsindən sexin həyətinə qanunsuz olaraq oradan 950 (doqquz yüz əlli) manat dəyərində olan polietilen su boruları üçün nəzərdə tutulmuş 01 ədəd avtomaşının bərk dəmir qoşqusunu (buksiri), 250 (iki yüz əlli) manat dəyərində olan təxminən 02 metr uzunluğunda olan 01 ədəd dəmir şvelleri gizli talayaraq, zərərçəkmiş şəxs "xxxx" MMC-yə cəmi 1200 (bir min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəldiyiydən xx.xx.2021-ci il tarixdə, saat 22 radələrində o özü tək Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən "xxxx" MMC-nin ətrafına çəkilmiş daş hasardan aşaraq "xxxx" MMC-nin ərazisinə daxil olmuşdur. Bundan sonra "xxxx" MMC-nin ətrafına çəkilmiş daş hasarın altı ilə keçən elektrik naqillərini gördükdə həmin naqilləri oğurlamaq qararma gəlmiş, daha sonra özü ilə götürdüyü kəlbətinlə naqillərin təxminən 100-150 metrlik hissəsini kəsib özü ilə götürmüş və eyni ilə hasardan aşaraq yaşadığı evə getmişdir. Kəlbətini yolda gedəndə harasa tullamış, sonradan yaşadığı evin həyətində naqillərin üzlüyünü soymuş, qalan mis hissəsini isə sonradan yaşadığı evin yaxınlığına gəlmiş özlərinə məxsus avtomobillə metal qəbul edən tanımadığı şəxslərə satmış, bunun müqabilində aldığı təxminən 60 manat pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin puldan heç kimə verməmiş, sözügedən oğurluq cinayətini özü tək törətmiş, ona heç kim kömək etməmişdir. Bundan başqa, qonşusu X2 xx.xx.2021-ci il tarixdə yaşadıqları məhəllədə ona yaxınlaşaraq, Sumqayıt şəhəri, Xəzri yaşayış massivi ərazisində, "xxxx" adlanan yerdə yerləşən polietilen istehsalı sexinin hal-hazırda fəaliyyət göstərmədiyini bildirib, həmin sexdə xeyli metal ləvazimatlar olduğunu, özünün də həmin sexdən xeyli metal ləvazimatlar oğurlayıb metal qəbulu məntəqəsinə satdığını bildirib, ona da həmin sexə gedib metal əşyalar oğurlaya biləcəyini bildirmişdir. Səhəri gün, yəni, xx.xx.2021-ci il tarixdə günorta saatlarında o, qardaşı Rusifə bu barədə bildirmiş, sonuncu da razılaşaraq onunla birlikdə Sumqayıt şəhəri, Xəzri yaşayış massivi “Ağababa” adlanan yerdə yerləşən həmin polietilen istehsalı sexinə getmişlər. Sexin arxa tərəfindəki dəmir hasarın nisbətən açıq olan hissəsindən sexin həyətində daxil olub, həyətdəki, dəmir materialdan olan 1 ədəd avtomobil buqsur qoşqusunu və 1 ədəd uzunluğu təxminən 1,5 metr olan şiveller dəmir parçasını oğurlayaraq çıxıb getmişlər və oğurladıqları əşyaları yaşadıqları evin yaxınlığında metal qəbulu ilə məşğul olan Rəsmiyyə adlı qadına 18 (on səkkiz) manata satmışlar. Rəsmiyyəyə yalandan demişlər ki, həmin metal əşyaları öz həyətlərindən gətiriblər, böyük qardaşları Xəyyamın avtomobilinin ehtiyyat hissələridir. Rəsmiyyə də onlara inanmış, o, həmin əşyaları oğurluq yolu ilə əldə etdiklərini bilməmişdir. Həmin oğurluq cinayətini o, qardaşı Rusiflə birlikdə törətmiş, onlara başqa kömək edən olmamış, əldə etdikləri pulu da öz aralarında bölmüşlər. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə ona yaxınlaşaraq Sumqayıt şəhəri, Xəzri yaşayış massivi "xxxx" adlanan yerdə yerləşən polietilen istehsalı sexinə gedib, sexdən metal əşyalar oğurlayıb metal qəbulu məntəqələrinə satıb gəlir əldə etmələrini təklif etmiş, o, Qurbanın təklifi ilə razılaşmış və günorta saatlarında Qurbanla birlikdə Sumqayıt şəhəri, Xəzri yaşayış massivi "xxxx" adlanan yerdə yerləşən sözügedən polietilen istehsalı sexinə getmişlər. Sexin arxa tərəfindəki dəmir hasarın nisbətən açıq olan hissəsindən sexin həyətinə daxil olub, həyətdəki, dəmir materialdan olan 1 ədəd avtomobil buqsur qoşqusunu və 1 ədəd uzunluğu təxminən 1,5 metr olan şiveller dəmir parçasını oğurlayaraq çıxıb getmişlər və oğurladıqları əşyaları yaşadıqları evin yaxınlığında metal qəbulu ilə məşqul olan Rəsmiyyə adlı qadına 18 (on səkkiz) manata satmışlar. Rəsmiyyəyə yalandan demişlər ki, həmin metal əşyaları öz həyətindən gətirmişlər, böyük qardaşları Xəyyamın avtomobilinin ehtiyyat hissələridir. Rəsmiyyə də onlara inanmış, o, həmin əşyaları oğurluq yolu ilə əldə etdiklərini bilməmişdir. Həmin oğurluq cinayətini o, qardaşı Qurbanla birlikdə törətmiş, olara başqa kömək edən olmamış, əldə etdikləri pulu da öz aralarında bölmüşlər. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilən Nümayəndə2 ifadəsində göstərmişdir ki, 2008-ci ildən hal-hazıradək ünvan 3 ünvanda yerləşən "xxxx" MMC- nin direktoru vəzifəsində işləyir, həmin MMC-nin nəzdnində olan polietilen sexi 7 ildir ki, fəaliyyətini dayandırıbdır və sexdə heç bir iş görülmür. Lakin həmin sexdə avadanlıqlar saxlanılır. O özü müəyyən vaxtlarda həmin sexə gedib baş çəkmişdir. xx.xx.2021-ci il tarixdə həmin sexə getdikdə hər şey qaydasında olsa da, xx.xx.2021-ci il tarixdə axşam saatlarında sexin gözətçisi Akif ona zəng edərək bəzi avadanlıqların yerində olmadığını həmin əşyaların oğurlandığını güman etdiyini bildirmişdir. Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi S.Vurğun küçəsi 3-də yerləşən Şahid1 təsisçi olduğu "xxxx" MMC-nin qeyri-yaşayış sahəsi hesab edilən polietilen istehsalı sexinin arxa tərəfindəki dəmir hasarının nisbətən açıq olan hissəsindən sexin həyətinə qanunsuz olaraq oradan 950 (doqquz yüz əlli) manat dəyərində olan polietilen su boruları üçün nəzərdə tutulmuş 01 ədəd avtomaşının bərk dəmir qoşqusunu (buksiri), 250 (iki yüz əlli) manat dəyərində olan təxminən 02 metr uzunluğunda olan 01 ədəd dəmir şvelleri gizli talayaraq, zərərçəkmiş şəxs "xxxx" MMCyə cəmi 1200 (bir min iki yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Hazırda təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyan tam ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyan tam ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli 1257 nömrəli Fərmanı ilə "xxxx" MMC-nin əsasında X1 Agentliyi yaradılmışdır. O, Agentliyin Hüquq və katiblik şöbəsinin Hüquq bölməsinin böyük mütəxəssisi vəzifəsində işləyir. Sonuncu dəfə 08 iyun 2021-ci il tarixdə işlədiyi "xxxx" MMC-nin əməkdaşları 06 iyun 2021-ci il tarixdə saat 21:00 radələrindən 08 iyun 2021-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər tərəfindən daş hasarla əhatə olunmuş ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin əsas girişinin sol hissəsindəki hasarın alt hissəsi ilə gedən işıq palafonlarınm işıqlandırılması üçün nəzərdə tutulan 5x10 mm2-lik 180 metr uzunluğunda ümumilikdə 2655 (iki min altı yüz əlli beş) dəyərində elektrik naqillərini gizli olaraq talayıb oğurladıqlarını müəyyən etmişlər. Bundan sonra Sumqayıt Kimya Sənaye Parkı Layihəsinin Mühafizə Departamentinin Mühafizə Xidmətinin rəisi Şahid2 hadisə barədə telefonla Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə, sonradan isə ərizə ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə müraciət edərək hadisə barədə məlumat vermiş, həmçinin hadisəni törətmiş şəxs və ya şəxslərin müyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi, eləcədə "xxxx" MMC-nə dəymiş maddi ziyanın ödənilməsi üçün tədbirlər görülməsi xahiş etmişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxslərə qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 2016-cı ildən 2021-ci ilin oktyabr ayınadək Sumqayıt Kimya Sənaye Parkı layihəsinin Mühafizə Departamentinin Mühafizə Xidmətinin rəisi vəzifəsində işləmişdir. Hazırda müvəqqəti olaraq heç bir yerdə işləmir. Sumqayıt Kimya Sənaye Parkı layihəsinin Mühafizə Departamentinin Mühafizə Xidmətinin rəisi vəzifəsində işləyərkən xx.xx.2021-ci il tarixdə saat 11 radələrində postlara baxış keçirilərkən ərazinin işıqlandırılması üçün nəzərdə tutulan elektrik naqillərinin 180 metr hissəsinin naməlum şəxs (şəxslər) tərəfindən kəsilərək oğurlandığını aşkar etmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə saat 11:58-də Azərbaycan Respublikası DİN 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Təxminən 15 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirtdilər. Baxış zamanı 180 metr mis materialdan olan elektrik naqillərinin kəsilərək oğurlandığı aşkar olundu. Elektrik naqillərin oğurlandığı ərazidə müşahidə kameraları olsa da müşahidə kameraları işləmirdi, bu səbəbdən də heç bir videogörüntü olmamışdır. Oğurluq hadisəsi baş verən ərazilər müşahidə kamerası ilə izləndiyi üçün həmin ərazidə mühafizə xidməti olmamış, mühafizə xidməti yalnız ərazinin giriş postuna nəzarət etmişdir. Giriş postu ilə oğurluq hadisəsi baş verən ərazi kolluq ərazi olduğu üçün görsənməmişdir. Eyni zamanda elektrik naqilləri kəsilərək oğurlanan vaxt cərəyan qoşulu vəziyyətdə olmuş, lakin plafonlara qoşulma mexanizmi fərqli olduğu üçün həmin plafonların bəziləri işlək vəziyyətdə olmuşdur. Bu səbəbdən də kabellərin kəsilərək oğurlanması şübhə doğurmamışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində "xxxx" MMC-yə 2655 manat ziyan vurulmuşdur. Onu da qeyd edim ki, MMC dövlət əhəmiyyətli obyektdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin videogörüntü orada 09 dəqiqə 17 saniyədən ibarət videogörüntünün olması müəyyən olunur. Həmin videogörüntüdən görünür ki, xx.xx.2021-ci il tarixdə 06:35-də 2 nəfər şəxs Sumqayıt şəhəri, H,Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi 3-də yerləşən Şahid1 təsisçi olduğu "xxxx" MMC nin polietilen istehsalı sexinin arxa tərəfindəki dəmir hasarının nisbətən açıq olan hissəsindən sexin həyətinə hasardan aşma yolu ilə daxil olur, daha sonra hər ikisi MMC-nin həyətində yerlşən polietilen istehsalı sexinin arxa tərəf divarının aliminium lövhəsini qaldırıb sexə daxil olub oradan 01 ədəd dəmir qəlibi götürüb həmin gün saat 06:42-də MMC-nin ərazisini hasardan aşma yolu ilə tərk edirlər. Həmin şəxslərin videogörüntüləri uzaqdan əks olunduğundan onların şəxsiyyətlərini müəyyən elmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi barədə xx.xx.2021-ci il tarixli qərara əsasən 07 ədəd dəmir qəlib, 01 ədəd silindrik formalı boru, avtomobil qoşqusu və 01 ədəd metal şveller zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tutularaq Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tutularaq Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-630/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-630/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-265/2022 saylı, xx.xx.2022-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qəimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-191/2022 saylı, xx.xx.2022-ci tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 630/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 cəzasının çəkilməyən 02 il 02 ay 17 günü Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 01 il 01 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 21 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan 21 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 02 azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən peşman olmasını, ziyanı qismən ödəməsini və yaşayış yerində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yerində müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarına əsasən şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-630/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-191/2022 saylı, xx.xx.2022-ci tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş və çəkilməmiş 01 il 01 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı tutulduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə həbsdə olduğu, 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 ziyanın tam ödənilməsi nəzərə alınmalı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs1 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdə həbsdə olduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxmaqla qəti cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-630/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-191/2022 saylı, xx.xx.2022-ci tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 əvəz edilmiş və çəkilməmiş 01 il 01 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı tutulduğu 03 (üç) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 03 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasının Sumqayıt Şəhər Məhkəməsinin 7(060)-191/2022 saylı, xx.xx.2022-ci tarixli qərarı ilə azadıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) gününə bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd gün müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi evi tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut olan 07 ədəd dəmir qəlib, 01 ədəd silindrik formalı boru, avtomobil qoşqusu və 01 ədəd metal şvellerin zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs1 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar