Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-355/2021 13.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X6, təqsirləndirilən şəxslər -Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi X29, müdafiəçilər-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X23 və X24 iiştirakları, xx.xx.2002-ci ildə Rusiya Federsaiyası, Samara şəhəri, Samara vilayətində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin 13.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CMnin 66.5 və 66.2-ci maddələrinə əsasən 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, subay, işləməyən, Qazax rayonu, Daşsalahlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 cəza çəkən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 194.1-ci maddələri ilə, xx.xx.2005-ci ildə Qazax rayonununda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, subay, işsiz, Qazax rayonu, Daşsalahlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi fərdi evdə yaşamış, barəsində “nəzarət” altına vermə qətimkan tədbiri seçilmiş və barəsindəki başqa cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaqar talama məqsədi ilə 14.11.2019-cu il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs6 Qaraoğlan qızının yaşadığı ünvan 1 ünvanda yerləşən 1 saylı mənzilinin qapısının açıq olmasından istifadə edərək qanunsuz olaraq mənzilə daxil olmuş və mənzildən sonuncuya məxsus, 720 (yeddi yüz iyirmi) dəyərində 0,12 qram çəkidə 01 (bir) ədəd 858 əyarlı qızıl boyunbağı, 360 (üç yüz altmış) manat dəyərində 0,6 qram çəkidə 01 (bir) ədəd 585 əyarlı qızıl sırğa-üzük dəsti, 300 (üç yüz) manat dəyərində 0,5 qram çəkidə 01 (bir) ədəd 585 əyyarlı paxlava formasında ortasında yaşıl qaşlı qızıl üzük, 180 (bir yüz səksən) manat dəyərində 0,3 qram çəkidə 01 (bir) ədəd 585 əyarlı gül naxışlı ortasında sirikon qaşlı qızıl nişan üzüyü və 180 (bir yüz səksən) manat dəyərində 0,3 qram çəkidə bir ədəd 585 əyarlı ürək formasında setkalı qızıl kulonu, 1500 (bir min beş yüz) manat məbləğində nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 3240 (üç min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaqar talama məqsədi ilə 12.12.2019-cu il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Cavid Mall” ticarət mərkəzindəki “Filizlər” adlı geyim mağazasına daxil olaraq həmin mağazada satıcı işləyən X7 başının müştərilərə qarışmasından istifadə edərək asılqandan asılmış çantasından içərisində 600 (altı yüz) manat pul olan 22 (iyirmi iki) manat dəyərində olan pul kisəsini ələ keçirməklə zərərçəkmiş şəxs Sədaqət Qəmbərovaya ümumilikdə 622 (altı yüz iyirmi iki) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaqar talama məqsədi ilə 15 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 6 mənzil 18 nömrəli mənzilin eyvanının pəncərəsini bıçaqla açıb içəri qanunsuz daxil olaraq mənzilinin yataq otağında yerləşən dolabın üzərində olan şüşə qabdan 825 (səkkiz yüz iyirmi beş) manat məbləğində pulu, otaqda yerləşən paltar dolabında dəsmalın arasından 100 (bir yüz) manat məbləğində pulu, orada olan gödəkcəsinin cibindən 50 (əlli) manat və övladına aid olan əl çantasından 25 (iyirmi beş) manat məbləğində pulları və həmin otaqda yerləşən kamodun üzərindən 01 (bir) ədəd, 585 əyarlı 0,2 qram çəkidə 100 (bir yüz) manat dəyərində qızıl qadın boyunbağını, 01 (bir) ədəd 925 əyarlı 30 (otuz) manat dəyərində gümüş boyunbağını və 01 (bir) ədəd 925 əyarlı 0,2 qram çəkidə 25 (iyirmi beş) manat dəyərində gümüş qadın qolbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs5a ümumilikdə 1155 (bir min yüz əlli beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, doğma qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək əldə olunacaq qazancı böləcəklərinə dair razılaşıb, aralarında aparılmış vəzifə bölgüsünə əsasən 07 may 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 63 saylı binanın arxasına birlikdə getmiş, orada aralarında əvvəlcədən olan razılaşmaya əsasən doğma qardaşı Təqsirləndirilən şəxs1 Nəsimi rayonu, M. Qaşqay küçəsi 63 saylı binanın arxasında dayanıb talamanın maneəsiz həyata keçirilməsini təmin etmək, yəni kənar şəxs(lər) tərəfindən ola biləcək müdaxilənin qarşısını almaq, xəbərdarlıq etmək məqsədilə ətrafa müşahidə aparmış, bu zaman Təqsirləndirilən şəxs2 qeyd edilən binanın arxa tərəfindən birinci mərtəbənin pəncərəsi üzərində olan dəmir barmaqlıqlarla Zərərçəkmiş şəxs2 məxsus ikinci mərtəbədə yerləşən 39 saylı mənzilinə eyvanın pəncərəsinin açıq olması fürsətindən sui-istifadə edərək qanunsuz olaraq yaşayış sahəsinə daxil olub Zərərçəkmiş şəxs2 məxsus qiyməti 1000 (bir min) manat dəyərində 750 əyarlı, 0,7 qram çəkidə 01(bir) cüt qızıl sırğa və üzükdən ibarət qızıl kompektini və qızı Rayda İskəndərliyə hədiyyə kimi aldığı 120 (bir yüz iyirmi) manat dəyərində 01 (bir) cüt 750 əyarlı, 1,5 qram çəkidə uşaq üçün nəzərdə tutulmuş qızıl sırğaları gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1120 (bir min yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, tanışı İlkin və doğma qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək əldə olunacaq qazancı aralarında böləcəklərinə dair razılaşıb, aralarında aparılmış vəzifə bölgüsünə əsasən 12 may 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 29 A saylı binanın arxasına birlikdə getmiş, orada aralarında əvvəlcədən olan razılaşmaya əsasən tanışı İlkin Salayev və doğma qardaşı Təqsirləndirilən şəxs1 əvvəlcədən binanın arxa tərəfində həyətdə dayanaraq Təqsirləndirilən şəxs2 talamanı maneəsiz həyata keçirilməsini təmin etmək, yəni kənar şəxslər tərəfindən ola biləcək müdaxilənin qarşısını almaq, xəbərdarlıq etmək məqsədilə ətrafa müşahidə aparmış, bu zaman o, qeyd edilən binanın arxa tərəfindən birinci mərtəbənin pəncərəsi üzərində olan dəmir barmaqlıqlarla Zərərçəkmiş şəxs3 məxsus ikinci mərtəbədə yerləşən 49 saylı mənzilin eyvanına qalxaraq özü ilə gətirdiyi dəmir parçası ilə taxta konstruksiyalı pəncərəyə güc tətbiq etməklə pəncərəni açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub mənzilin yataq otaqlarının birindən sonuncuya 01 (bir) ədəd 15 (on beş) manat dəyərində “Zoggi bee” yazıları olan “L” ölçülü, iki üzlü, qara və göy rəngli kişi üçün nəzərdə tutulmuş gödəkcəni, 01 (bir) ədəd 25 (iyirmi beş) manat dəyərində Türkiyə istehsalı olan “Aximengiya” yazıları olan qara rəngli, kişi üçün nəzərdə tutulmuş gödəkcəni, 01 (bir) ədəd dəyəri 10 (on) manat dəyərində üzərində “kadixiong” yazıları olan, iki tutacaqlı, qara-göy rəngli çantanı, 01 (bir) ədəd 110 (yüz ona) manat dəyərində “Nokia” 6 DS TA-1021 markalı mobil telefonu, içərisində 26 (iyirmi altı) manat məbləğində nağd pul olan 01 (bir) ədəd qara rəngli 20 (iyirmi) manat dəyərində pul çantasını gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 206 (iki yüz altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, tanışı istintaqa şəxsiyyəti məlum olmayan Elvin adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək əldə olunacaq qazancı aralarında böləcəklərinə dair razılaşıb, aralarında aparılmış vəzifə bölgüsünə əsasən, 23.05.2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs7 yaşadığı ünvan 2 ünvanına mənzilin eyvanının pəncərəsini vintaçarla açıb içəri qanunsuz daxil olaraq mənzilinin yataq otağında yerləşən dolabın rəfindən 150 (bir yüz əlli) manat məbləğində qəpik nağd pulları, 2500 (iki min beş yüz) manat dəyərində 01 (bir) ədəd “kolye” formalı qızıl qadın boyunbağısını, hər birinin dəyəri 900 (doqquz yüz) manat olmaqla ümumilikdə 1800 (bir min səkkiz yüz) manat dəyərində 02 (iki) ədəd qızıl üzükləri, 550 (beş yüz əlli) manat dəyərində 01 (bir) ədəd “Versagy” markalı qızıl qolbağını, 1200 (bir min iki yüz) manat dəyərində 01(bir) ədəd “paxlava” formalı qızıl üzüyü, 600 (altı yüz) manat dəyərində 01 (bir) ədəd üzərində ad yazılmış qızıl boyunbağını, 450 (dörd yüz əlli) manat dəyərində 01 (bir) ədəd üzərində “ürək” formalı kulon olan qızıl boyunbağını, 200 (iki yüz) manat dəyərində 01 (bir) ədəd uşaq qızıl boyunbağısını, 200 (iki yüz) manat dəyərində 01(bir) tay “dairəvi” formalı qızıl sırğanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 7650 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23.06.2020-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs4 ünvan 3 ünvanında yerləşən kirayədə yaşadığı mənzilin qapısının qıfılını qırmaq yolu ilə içəri qanunsuz daxil olaraq oradan 120 (bir yüz) iyirmi manat dəyərində “Samsung” J1 markalı mobil telefonu və 01 (bir) ədəd 75 (yetmiş beş) manat dəyərində 925 əyarlı, 0,15 qram çəkidə gümüş qolbağını oğurlamaqla ümumilikdə Zərərçəkmiş şəxs4 195 (bir yüz doxsan) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaqar talama məqsədi ilə 23.06.2020-ci il tarixdə saat 12 radələrində X20 ünvan 4 ünvanında yerləşən evinə pəncərədən qanunsuz daxil olaraq oradan 344 (üç yüz qırx dörd) manat dəyərində ekvivalentində 170 (bir yüz yetmiş) avro, 2210 (iki min yüz on) manat ekvivalentində 1300 ABŞ dolları, 01 (bir) ədəd 630 (altı yüz otuz) manat dəyərində 750 əyarlı (İtaliya istehsalı) 0,9 qram çəkidə, brilyant ölçüsü 0,60 karat olan bir ədəd sarı rəngli brilyant qaşlı qızıl üzüyü, 01 (bir) ədəd dəyəri 350 (üç yüz əlli) manat dəyərində, 750 əyarlı (İtaliya istehsalı) 0,5 qram çəkidə, brilyant ölçüsü 0,80 karat olan bir ədəd ağ rəngli brilyant qaşlı qızıl üzüyü, 01 (bir) ədəd 250 (iki yüz əlli) manat dəyərində 585 əyarlı (İtaliya istehsalı) 0,5 qram çəkidə, brilyant ölçüsü 01 karat olan bir ədəd mavi rəngli brilyant qaşlı qızıl üzüyü, 01 (bir) ədəd 350 (üç yüz əlli) manat dəyərində 583 əyarlı (Rusiya istehsalı) 0,7 qram çəkidə, sarı qızıl üzüyü, 01 (bir) ədəd 1000 (bir min) manat dəyərində 583 əyarlı (Rusiya istehsalı) 0,20 qram çəkidə sarı qızıl boyunbağını, 01 (bir) ədəd 210 (iki yüz on) manat dəyərində 750 əyarlı (İtaliya istehsalı) 0,3 qram çəkidə sarı qızıl üzüyü, 01 (bir) ədəd 200 (iki yüz) manat dəyərində 583 əyarlı (Rusiya istehsalı) 0,4 qram çəkidə sarı qızıl boyunbağını, 01 (bir) ədəd 150 (bir yüz əlli) 583 əyarlı (Rusiya istehsalı) 0,3 qram çəkidə, sarı qızıl aralıqı, 01 (bir) ədəd 750 (yedi yüz əlli) manat dəyərində, 583 əyarlı (Rusiya istehsalı) 0,15 qram çəkidə sarı qızıl qolbağını, 01 (bir) ədəd 50 (əlli) manat dəyərində 925 əyarlı 0,10 qram çəkidə, ağ qaşlı gümüş sırğanı, 01 (bir) ədəd 30 (otuz) manat dəyərində 925 əyarlı 0,6 qram çəkidə, ağ qaşlı gümüş aralıqı, 01 (bir) ədəd 200 (iki yüz) manat dəyərində “Swatch” markalı qol saatını oğurlamaqla ümumilikdə zərərçəkmiş şəxs Aydın Mehdiyevə 6724 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz girməklə özgənin əmlakını açıq talama məqsədi ilə tanışı İlkin ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 02 avqust 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 56 saylı binanın arxasına birlikdə getmiş, orada aralarında əvvəlcədən olan razılaşmaya əsasən tanışı İlkin Salayev əvvəlcədən seçdikləri binanın 2-ci mərtəbəsində yerləşən 35 saylı mənzilin giriş qapısını vuraraq mənzildən kimlərinsə olub–olmamasını yoxlamış, qeyd edilən mənzildə həmin vaxt heç kimin olmadığını müəyyən etdikdən sonra binanın həyətinə düşərək Təqsirləndirilən şəxs2 talamanı maneəsiz həyata keçirilməsini təmin etmək, yəni kənar şəxs(lər) tərəfindən ola biləcək müdaxilənin qarşısını almaq, xəbərdarlıq etmək məqsədilə ətrafa müşahidə aparmış, bu zaman o, qeyd edilən binanın arxa tərəfindən birinci mərtəbənin pəncərəsi üzərində olan dəmir barmaqlıqlarla Zərərçəkmiş şəxs1 məxsus ikinci mərtəbədə yerləşən 35 saylı mənzilin eyvana qalxaraq özü ilə gətirdiyi dəmir parçası ilə plastik konstruksiyalı pəncərəyə güc tətbiq etməklə pəncərəni açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub mənzilin yataq otaqlarının birindən Zərərçəkmiş şəxs1 məxsus əl çantasının içərisindən 1000 manat məbləğində nağd pul və milli məzənnə ilə 20 (iyirmi) manat ekvivalentində 496,176 (dörd yüz doxsan altı min yüz yetmiş altı) İran Riyal nağd pulu və 01 (bir) ədəd qiyməti 100 (bir yüz) manat dəyərində sırğanı öncə gizli yolla talayarkən mənzil sahibi Şahid1 həmin zaman mənzilə daxil olaraq onların oğurluq etmələrini görmüş və Təqsirləndirilən şəxs2 oğurladığı əmlakı özünə saxlayaraq onun qışqırıqlarına məhəl qoymadan evin pəncərəsindən tullanıb qaçmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 1120 manat məbləğində maddi ziyan vurmaqla soyğunculuq etmişlər. Bundan başqa o, 2002-ci il təvəllüdlü qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlibir olub cinayət əlaqəsinə girərək 27 avqust 2020-ci il tarixdə saat 14 radələrində özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi 5-ci məhəllədə yerləşən X9 məxsus fərdi evin qarşısına gələrək, evin həyətinə hasarı aşıb keçərək, həyətdəki nərdivanı istifadə edərək evin uşaq otağının plastik pəncərəsini sıxıbaçma yolu ilə evə daxil olub oradan uşaq otağında olan dolabdan 25 (iyirmi beş) manat dəyərində üzərində “Şəbnəm” sözü yazılmış bijuteriya olan boyunbağı, hər birinin qiyməti 20 (iyirmi) manat olan ümumilikdə 40 (qırx) manat dəyərində iki ədəd kulonlu bijuteriya olan boyunbağını, 02 (iki) manat dəyərində 01 (bir) ədəd"Kəbbə" formasında kulonu, 15 (on beş) manat dəyərində bir cüt bijuteriya olan sırğanı, evin giriş qapısının yanında olan kamoddan 336 (üç yüz otuz altı) manat məbləğində nağd pulu, 1,70 (bir manat yetmiş qəpik) ekvivalentində 01 (bir) ABŞ dolları nominalında nağd pulu, 01 (bir) ədəd, 10 qram çəkidə 70 (yetmiş) manat dəyərində “Svarovski” qaşları olan dəst cüt sırğa-dəsti, 01 (bir) ədəd, 70 (yetmiş) manat dəyərində 0,10 qram çəkidə, 583 əyarlı üzərində “Svarovski” qaşları olan dəst cüt sırğa-dəsti, 01 (bir) ədəd, 350 (üç yüz əlli) manat dəyərində 0,10 qram çəkidə, 583 əyarlı brilyant qaşlar olan qızıl qadın üzüyü, 01 (bir) ədəd, 700 (yeddi yüz) manat dəyərində 583 əyarlı, 0,10 qram çəkidə, üzərində brilyant qaşlar olan qızıl qadın üzüyü, 01 (bir) ədəd, 1050 (min əlli) manat dəyərində 583 əyarlı, 0,15 qram çəkidə, üzərində brilyant qaşlar olan qızıl qadın üzüyü, 01 (bir) ədəd, 1870 (min səkkiz yüz yetmiş) manat dəyərində 750 əyarlı, 0,22 qram çəkidə, üzərində toxunma qızıl boyunbağını, hər biri 15 (on beş) manat ümumilikdə 30 (otuz) manat dəyərində 02 (iki) ədəd sadə qol saatını, 01(bir) bir cüt 30 (otuz) manat dəyərində bijuteriya olan sırğaını və 02 (iki) ədəd hər biri 2 (iki) manat ümumilikdə 4 manat kulonlu bijuteriya boyunbağını oğurlamaqla ümumilikdə zərərçəkmiş şəxsə Mübariz Şıxverdiyevə 4593,70 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 2005-ci il təvəllüdlü qardaşı Təqsirləndirilən şəxs2 ilə tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək əldə olunacaq qazancı aralarında böləcəklərinə dair razılaşıb, aralarında aparılmış vəzifə bölgüsünə əsasən 07 may 2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 63 saylı binanın arxasına birlikdə getmiş, orada aralarında əvvəlcədən olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 Nəsimi rayonu, M.Qaşqay küçəsi 63 saylı binanın arxasında dayanıb talamanın manesiz həyata keçirilməsini təmin etmək, yəni kənar şəxs(lər) tərəfindən ola biləcək müdaxilənin qarşısını almaq, xəbərdarlıq etmək məqsədilə ətrafa müşahidə aparmış, bu zaman Təqsirləndirilən şəxs2 qeyd edilən binanın arxa tərəfindən birinci mərtəbənin pəncərəsi üzərində olan dəmir barmaqlıqlarla Zərərçəkmiş şəxs2 məxsus ikinci mərtəbədə yerləşən 39 saylı mənzilinə eyvanın pəncərəsinin açıq olması fürsətindən suiistifadə edərək qanunsuz olaraq yaşayış sahəsinə daxil olub Zərərçəkmiş şəxs2 məxsus qiyməti 750 əyarlı, 0,7 qram çəkidə 1000 (bir min) manat dəyərində 01(bir) cüt qızıl sırğa və üzükdən ibarət qızıl kompektini və qızı Rayda İskəndərliyə hədiyyə kimi aldığı 01(bir) cüt 750 əyarlı, çəkisi 1,5 qram, qiyməti 120 (bir yüz iyirmi) manat olan uşaq üçün nəzərdə tutulmuş qızıl sırğaları gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1120 (bir yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, tanışı İlkin və doğma qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək əldə olunacaq qazancı aralarında böləcəklərinə dair razılaşıb, aralarında aparılmış vəzifə bölgüsünə əsasən 12 may 2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 29 A saylı binanın arxasına birlikdə getmiş, orada aralarında əvvəlcədən olan razılaşmaya əsasən tanışı İlkin Salayev və Təqsirləndirilən şəxs1 əvvəlcədən binanın arxa tərəfində həyətdə dayanaraq Təqsirləndirilən şəxs2 talamanı maneəsiz həyata keçirilməsini təmin etmək, yəni kənar şəxslər tərəfindən ola biləcək müdaxilənin qarşısını almaq, xəbərdarlıq etmək məqsədilə ətrafa müşahidə aparmış, bu zaman o, qeyd edilən binanın arxa tərəfindən birinci mərtəbənin pəncərəsi üzərində olan dəmir barmaqlıqlarla Zərərçəkmiş şəxs3 məxsus ikinci mərtəbədə yerləşən 49 saylı mənzilin eyvanına qalxaraq özü ilə gətirdiyi dəmir parçası ilə taxta konstruksiyalı pəncərəyə güc tətbiq etməklə pəncərəni açaraq qanunsuz olaraq yaşayış sahəsinə daxil olub mənzilin yataq otaqlarının birindən sonuncuya 01 (bir) ədəd 15 (on beş) manat dəyərində “Zoggi bee” yazıları olan “L” ölçülü, iki üzlü, qara və göy rəngli kişi üçün nəzərdə tutulmuş gödəkcəni, 01 (bir) ədəd 25 (iyirmi beş) manat dəyərində Türkiyə istehsalı olan “Aximengiya” yazıları olan qara rəngli, kişi üçün nəzərdə tutulmuş gödəkcənin dəyəri, 01 (bir) ədəd dəyəri 10 (on)manat dəyərində üzərində “kadixiong” yazıları olan, iki tutacaqlı, qara-göy rəngli çantanı, 01 (bir) ədəd 110 (yüz ona) manat dəyərində “Nokia” 6 DS TA-1021 markalı mobil telefonu, içərisində 26 (iyirmi altı) manat məbləğində nağd pul olan 01 (bir) ədəd qara rəngli 20 (iyirmi) manat dəyərində pul çantası gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 206 (iki yüz altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 24.06.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində 100 (bir yüz) ABŞ dollarını qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə etdiyini bilə-bilə qardaşı Təqsirləndirilən şəxs2 götürüb 170 (bir yüz yetmiş) ekvivalentində olan manata konvertasiya etdikdən sonra sonuncuya 70 (yetmiş) manat məbləğində pulu qaytararaq qalan 100 (bir yüz) manat məbləğində pulu əldə etmişdir. Bundan başqa o, təkrarən 2005-ci il təvəllüdlü qardaşı Təqsirləndirilən şəxs2 ilə tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək əldə olunacaq qazancı aralarında böləcəklərinə dair razılaşıb, aralarında aparılmış vəzifə bölgüsünə əsasən 27 avqust 2020-ci il tarixdə saat 14 radələrində özgə əmlakı gizli olaraq talamaq məqsədi ilə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi 5-ci məhəllədə yerləşən X9 məxsus fərdi evin qarşısına gələrək, Təqsirləndirilən şəxs2 evin həyətinə hasarı aşıb keçərək, həyətdəki nərdivanı istifadə edərək evin uşaq otağının plastik pəncərəsini sıxıb-açma yolu ilə evə daxil olub oradan uşaq otağında olan dolabdan 25 (iyirmi beş) manat dəyərində üzərində “Şəbnəm” sözü yazılmış bijuteriya olan boyunbağı, hər birinin qiyməti 20 (iyirmi) manat olan ümumilikdə 40 (qırx) manat dəyərində iki ədəd kulonlu bijuteriya olan boyunbağını, 02 (iki) manat dəyərində 01(bir) ədəd"Kəbbə" formasında kulonu, 15 (on beş) manat dəyərində bir cüt bijuteriya olan sırğanı, evin giriş qapısının yanında olan kamoddan 336 (üç yüz otuz altı) manat məbləğində nağd pulu, 1,70 (bir manat yetmiş qəpik) ekvivalentində 01 (bir) ABŞ dolları nominalında nağd pulu, 01 (bir) ədəd, 10 qram çəkidə 70 (yetmiş) manat dəyərində “Svarovski” qaşları olan dəst cüt sırğa-dəsti, 01 (bir) ədəd, 70 (yetmiş) manat dəyərində 0,10 qram çəkidə, 583 əyarlı üzərində “Svarovski” qaşları olan dəst cüt sırğa-dəsti, 01 (bir) ədəd, 350 (üç yüz əlli) manat dəyərində 0,10 qram çəkidə, 583 əyarlı brilyant qaşlar olan qızıl qadın üzüyü, 01 (bir) ədəd, 700 (yeddi yüz) manat dəyərində 583 əyarlı, 0,10 qram çəkidə, üzərində brilyant qaşlar olan qızıl qadın üzüyü, 01 (bir) ədəd, 1050 (min yüz əlli) manat dəyərində 583 əyarlı, 0,15 qram çəkidə, üzərində brilyant qaşlar olan qızıl qadın üzüyü, 01 (bir) ədəd, 1870 (min səkkiz yüz yetmiş) manat dəyərində 750 əyarlı, 0,22 qram çəkidə, üzərində toxunma qızıl boyunbağını 01 (bir) ədəd 25 (iyirmi beş) manat dəyərində üzərində "Şəbnəm" yazısı olan bir ədəd boyunbağı, hər biri 15 (on beş) manat ümumilikdə 30(otuz) manat dəyərində 02 (iki) ədəd sadə qol saatını, 01 (bir) ədəd 2 (iki) manat dəyərində "Kəbbə" formasında qara rəngli kulonu, 01(bir) bir cüt 30 (otuz) manat dəyərində bijuteriya olan sırğaını və 02 (iki) ədəd hər biri 2 (iki) manat ümumilikdə 4 manat kulonlu bijuteriya boyunbağını oğurladığı zaman həmin evin hasarının yanında pusquda dayanaraq gözləmiş, Təqsirləndirilən şəxs2 evdən çıxdıqdan sonra oradan uzaqlaşaraq, ümumilikdə zərərçəkmiş şəxs Mübariz Şıxverdiyevə 5399,70 (beş min üç yüz doxsan doqquz manat yetmiş qəpik) dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə qanuni nümayəndəsinin iştirakı ilə dindirilərkən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, anası X17 8 il bundan öncə vəfat etmiş, atası Bağban Vəliyev isə spirtli içki aludəçisi olduğu üçün onlara baxmamışdır. Bəzi oğurluqları qardaşı Orucla törətmişdir. Digər qardaşı Nicat Vəliyev də cinayət törədiyi üçün hazırda həbsdədir. 14.11.2019-cu il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon deyilən ərazidən keçərkən həmin ünvanda yerləşən 62 saylı yaşayış binasının birinci mərtəbəsində mənzilin işıqlarının sönülü olduğunu görmüş, evdə adam olub– olmadığını yoxlamaq məqsədi ilə mənzilin qapısını döymüş, evdə heç kəsin olmadığına əmin olduqdan sonra vint açanla qapını açaraq ora daxil olmuş, özü ilə gətirdiyi fanarla oraya işıq salmış və axtarış etmiş, yataq otağındakı taxta dolabın içərisinə baxmış və oradan sellofana bükülmüş 01(bir) ədəd 858 əyarlı qızıl boyunbağı, bir ədəd 585 əyarlı qızıl sırğa-üzük dəsti, təxminən bir ədəd 585 əyarlı ortasında yaşıl qaşlı qızıl üzük, bir ədəd 585 əyarlı gül naxışlı üzüyü və bir ədəd 585 əyarlı qızıl klonu və 1500 manat pulu oğurlamışdır. Səhəri günü 15.11.2019-cu il tarixdə səhər vaxtı Bakı Beynaxalq avtovağzalından Qazax rayonuna getmiş orada tanımadığı bir yaşlı kişiyə 500 manata oğurladığı əşyaları satmış, həmin kişinin ondan aldığı əşyaların oğurluq olması barədə məlumatı olmamışdır. İstintaq zamanı ona həmin mənzilin Zərərçəkmiş şəxs6 Qaraoğlan qızına məxsus olduğu məlum olmuşdur. 12.12.2019-cu il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Cavid Mall” ticarət mərkəzinin qarşısından keçərkən “Filizilər” adlı geyim mağazasını içərisində piştaxtanın üstündə bir qara rəngli çantanın qoyulduğunu və mağazanın içərisindəki insanların diqqətsiz olduğunu görmüş, həmin əl çantasını oğurlamaq qərarına gəlmiş, ona görə də içəri daxil olaraq həmin çantanı götürərək gizlicə çölə çıxmış, daha sonra həmin çantanı acmış və içərisində 600 manat məbləğində pul və kiməsə məxsus şəxsiyyət vəsiqəsi ilə birgə bəzi sənədlər olmuş, həmin pulu oradan götürdükdən sonra çantanı içərisində olan sənədlərlə birlikdə yaxınlıqda olan zibil qutusuna atmışdır. Sonradan həmin çantanın “Filizlər” adlı mağazada işləyən X10 məxsus olduğu ona məlum olmuşdur. Oğurladığı pulları öz ehtiyaclarına xərcələmişdir. 15.12.2019-cu il tarixdə 19 radələrində “Xalqlar Dostluğu” metrosunun yaxınlığında olan zaman, orada evlərə baxanda bir evin 1-ci mərtəbəsinin çox aşağı olduğunu və oradan oğurluq etmək mümkün olduğunu görmüşdür. Ona görə də, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki beş mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinə dəmir barmaqlıqlarla qalxmış, 18 nömrəli mənzilin plasmasdan ibarət pəncərəsini özü ilə gətirdiyi qara rəngli qatlanan bıçaqla açaraq içəri daxil olmuş, mənzilin yataq otağında yerləşən dolabın rəfindən iki ədəd qızıl klon, dörd ədəd gümüş sep, bir ədəd bijuteriya və 1000 manat pul oğurlamışdır. Sonradan həmin mənzilin Zərərçəkmiş şəxs5 məxsus olduğu ona məlum olmuşdur. Orada oğurluğu tək etmiş və pulları öz ehtiyaclarına xərcləmişdir. 07.05.2020-ci il tarixdə saat 22 radələrində qardaşı Orucla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsindəki 63 saylı binanın qarşısından keçəndə oğurluq etmək qərarına gəlmişlər, həmin vaxt Oruca mənzilə daxil olarkən kənardan gələn şəxs olsa ona xəbər etməyini demişdir. Oruc onunla razılaşmışdır. O isə yaşayış binasında işıq yanmayan mənzil görmüş və tam əmin olmaq üçün mənzilin qapısını döymüşdür. Orada heç kəsin olmadığınıdan əmin olduqdan sonra 1-ci mərtəbənin dəmir barmaqlıqları ilə ikinci mərtəbədə yerləşən 39 saylı mənzilin pəncərəsinə qalxmış və pəncərəni əli ilə yoxlayarkən plastik pəncərənin açıq olduğunu görmüş və içəri mənzilə daxil olmuş, orada yataq otağında dolabın içərisindən 750 əyarlı bir cüt qızıl sırğanı üzüklə birlikdə və digər bijuteriya əşyaları, işləməyən saatları götürərək mənzili tərk etmişdir. Mənzildən çıxdıqdan sonra qardaşı Orucla oranı tərk etmişlər. Növbəti gün isə saat 12 radələrində Əcəmi metrosunun yaxınlığında küçədə tanımadığı bir şəxsə 180 manata oradan oğurladığı qızıl zinət əşyalarını satmış, digər saatları və bijuteriyalar sadə olduğu üçün yolda tulamışdır. Həmin pulla isə özünə 180 manata 20 Yanvar ticarət mərkəzində paltar almışdır. Qızıl zinət əşyaları satdığı tanımadığı şəxsə həmin əşyaların özünə məxsus olduğunu demiş, həmçinin həmin mənzilin Zərərçəkmiş şəxs2 məxsus olduğunu sonradan bilmişdir. 12 may 2020-ci il tarixdə saat 21 radələrində o, Salayev İlkin və qardaşı Oruc ilə 20 Yanvar metrosunun yaxınlığında olmuşlar. Həmin zaman qardaşı İlkinin ayaqqabısı cırılmış və o, yeriməyə çətinlik çəkmişdir. Ona görə də binanın qarşısında onu gözləməyini və onun üçün ayaqqabı oğurlayacağını demiş, İlkin və qardaşı Oruc binanın arxa həyətində dayanmışlar və onu gözləmişlər. O, da 1-ci mərtəbədə olan dəmir barmaqlıqlarla qalxaraq ikinci mərtəbənin 49 saylı mənzilin eyvanına qalxmışdır. Özü ilə gətirdiyi vintaçanla plastik pəncərəni açmış və içəri daxil olmuş, oradan yataq otağında bir ədəd “Nokia” markalı mobil telefon, içərisndə 26 manat məbləğində pul olan kisəsini, 2 ədəd qara rəngli dəri gödəkçəini 1 ədəd qara dəri idman çantasını, 1 cüt qara rəngli kişi ayaqqabısını oğurlamışdır. Ayaqqabı ilə gödəkçəini İlkinə vermiş, digər gödəkcəni isə özü geyinmiş, 26 manat pulu, əl çantasnı və idman çantasını özünə götürmüş, ertəsi gün isə mobil telefonu 20 Yanvar metrosunun yanında tanımadığı şəxsə 25 manata satmışdır. Daha sonra tutulduqdan sonra həmn mənzilin X18 məxsus oldğunu öyərnmiş, əl çantasını, gödəkçələri, ayaqqabını, bank kartları və idman gödəkcəsini ona istintaq zamanı geri qaytarmışdır. 23 may 2020-ci il tarixdə təxminən saat 21 radələrində “Kapital Arena” yaxınlığında yerləşən binanın ikinci mərtəbəsinə tanışı Elvinlə getmişdir. Həmin vaxt əvvəlcədən aralarında olmuş razılaşmaya əsasən Elvin kiminsə ora gəldiyi halda xəbər vermək məqsədi ilə çöldə dayanmış o isə həmin ünvana, yəni ittiham aktına əsasən bildiyi ünvan 2 ünvandakı mənzilin eyvanının pəncərəsini vintaçanla açıb içəri daxil olaraq mənzilin yataq otağında yerləşən dolabın rəfindən 150 manat məbləğində qəpik pulları, 01 ədəd “kolye” formalı qızıl qadın boyunbağısını, 02 ədəd qızıl üzükləri, 01 ədəd “Versaçy” markalı qızıl qolbağını, 01 ədəd “paxlava” formalı qızıl üzüyü, 01 ədəd üzərində ad yazılmış qızıl boyunbağını, 01 ədəd üzərində “ürək” formalı kulon olan qızıl boyunbağını, 01 ədəd uşaq qızıl boyunbağısını, 01 tay “dairəvi” formalı qızıl sırğanı oğurlamışdır. Mənzilə daxil olduğu zaman mənzilin giriş qapısını arxadan cəftə ilə bağlamışdır. Oğurladığı əmlakı Qazax rayonunda tanımadığı şəxsə satmışdır. Daha sonra həmin məznizlin Zərərçəkmiş şəxs7 məxsus olduğunu bilmişdir. 22 iyun 2020-ci il tarixdə gecə vaxtı yatmağa yeri olmadığı üçün ittiham aktına əsasən dəqiq bildiyi Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi 97 ünvanında yerləşən 6 saylı bir mərtəbəli evin damına qalxaraq gecəni orada qalmış, səhər saatlarında oyandıqda evdə heç kəsin olmadığını görmüş, ona görə də 23.06.2020-ci il tarixdə saat 11 radələrində mənzilin taxta qapsının kiçik qıfılını qıraraq içəri daxil olmuş orada olan stolun üstündən bir ədəd “Samsung” J1 markalı mobil telefon, 15 qram çəkidə gümüş qolbağı oğurlamışdır. Sonradan ona məlum olmuşdur ki, həmin mənzil Zərərçəkmiş şəxs4 məxsusdur. Həmin vaxtda 23.06.2020-ci il tarixdə saat 12 radələrində ünvan 6 ünvanında yerləşən evin pəncərəsinin açıq olduğunu görmüş, daha sonra pəncərənin üzərindəki ağcaqanad torunu cıraraq içəri daxil olmuş, mənzilin yataq otağındakı dolabdan qara rəngli çantada içərisində məktubda 170 avro, 1300 ABŞ dolları, 750 əyarlı, bir ədəd sarı rəngli brilyant qaşlı qızıl üzüyü, bir ədəd brilyant qaşlı ağ qızıl üzüyü, mavi qaşlı ağ qızıl üzük, ağ qızıl qolbağı, ağ qaşlı gümüşü sırğa, ağ qaşlı gümüşü aralıqları, “Swatch” markalı qol saatını oradan oğurlamış və mənzili tərk etmişdir. Oradan oğurladığı puldan 100 dolları qardaşı Oruca bankdan manat dəyişməyi üçün vermiş, daha sonra həmin puldan Oruca 100 manat pul vermişdir. Oruca həmin pulu oğurladığını demişdir. Oğurladığı qızıl əşyaları Əcəmi metrostansiyası yaxınlığında Vüsal adlı tanışına vermişdir ki, onları satsın, lakin o qızılları ondan götürdükdən sonra onu aldadaraq qızılıları ona verməmişdir. Vüsala qızılzinət əşyalarının özünə məxsus olduğunu bildirmişdir. Vüsalın anket məlumatlarını bilmir. 02 avqust 2020-ci il tarixdə saat 21 radələrində tanışı İlkinlə birgə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 56 saylı binanın qarşısından keçərkən binanın 2-ci mərtəbəsindəki pəncərədə işıqların sönülu olduğunu görmüş, mənzildə kiminsə olubolmadığını müəyyən etmək üçün evin qapısını döyməyi İlkinə demişdir. İlkin qapını döydükdən sonra mənzildə heç kəsin olmadığı onlara aydın olmuş, İlkinə həmin evə girəcəyini, oradan oğurluq edəcəyini və həmin əşyaların yarısını ona verəcəyini demişdir. Sonra isə mənzilə qalxmış və 35 saylı mənzilin eyvanına qalxaraq özü ilə gətirdiyi vintaçanla mənzilin plastik pəncərəsini açaraq içəri daxil olmuşdur. Mənzilin yataq otağındakı dolabdan qadına aid olan əl çantasından 1000 manat və milli məzənə ilə 20 manat təşkil edən 485,610 İran tüməni və 1 ədəd xırda çəkili qızıl sırğanı oğurlamışdır. Mənzildən çıxanda ev sahibi olan kişi içəri daxil olaraq işıqları yandırıb ona dayan demiş, “sənin üzüvü yadda saxladım” qaçma ona demişdir. O, da oradan qaçmaq üçün ikinci mərtəbədən tullanaraq mənzili tərk etmişdir. Oğurluq etməmişdən əvvəl İlkin ona Əcəmi meteostansiyasının yanında dönərxananın yanında daşın altına yüz manat pulu qoymağını demiş, ona görə də 100 manat pulu onun dediyi kimi daşın altına qoymuşdur. 27 avqust 2020-ci il tarixdə səhər vaxtı qardaşı Orucla birlikdə Sumqayıt şəhəri Yaşıldərə adlı bağlar massivinə boş evi tapıb oğurluq etmək üçün getmişlər. Günorta vaxtı, təxminən saat 14 radələrində onlar tanımadıqları tünd rəngli darvazası olan bağ evi görmüşlər. Həmin evin pəncərələrinin bağlı olduğunu gördükdə evdə heç kəsin olmadığını anlamışlar. Daha sonra qardaşı Orucla birlikdə həmin evə daxil olub oğurluq etmək qərara gəlmişlər. Ona görə də darvazanın üstündən aşaraq içəri daxil olmuş, həmin vaxt qardaşı Oruc evin giriş darvazası tərəfində durub ətrafda şübhələnib kiminsə ora gəlib-gəlmədiyinə nəzarət etmiş, o isə həmin evin həyətyanı sahəsinə daxil olduqdan sonra evin pilləkəni ilə qalxıb dəmir qapını döymüşdür ki, evdə heç kəs olmadığına əmin olsun. Daha sonra evə daxil olmaq üçün evin beton pilləkənlərinin altında olan taxta nərdivanı götürmüş və pəncərənin yanına aparmışdır. Həmin nərdivanla yuxarı qalxıb pəncərəni yerdən tapdığı dəmir parçası ilə sıxıb açıb içəri daxil olmuşdur. Evə daxil olduqdan sonra yataq otağına keçmiş və orada olan şkafda dəsmalların arasında qırmızı rəngli pul kisəsində təxminən 400 manat məbləğində pul görmüş və onları götürmüşdür. Həmçinin orada 1 (bir) ABŞ dolları pul da olmuş və 1 dolları da oradan oğurlamışdır. Sonra orada olan dolabdakı paltarların birinin cibində bir ədəd boyunbağı, bir cüt qızıl sırğanı, üzüyü, üç ədəd üzərində parlaq daşları olan üzüyü və digər qızıl zinət əşyalarını oğurlamışdır. Daha sonra isə uşaq otağında taxta dolabın rəfindən 1 ədəd gızıl boyunbağını, 01 ədəd "Məkkə" formasında kulon, iki ədəd qol saatı və digər zinət əşyalarını görmüş və onları da oğurlamışdır. Daha sonra daxil olduğu pəncərədən evdən çıxımış və yenidən darvazanı aşaraq çölə düşmüşdür. Orada onu gözləyən qardaşı Təqsirləndirilən şəxs1lə birlikdə taksi ilə Sultutəpəyə getmişlər. Oğurladığı qızıl zinət əşyalarını Bakı şəhərində tanımadığı yerlərə satmışlar. Bir hissəsini isə Oruc özü Bakı şəhərində Əcəmi metrostansiyanın yaxınlığında tanımadığı şəxslərə satmış və 1000 manat məbləğində pul gətirmişdir. İki gün sonra bir ədəd üzüyü qardaşı Oruc Ticarət mərkəzində Sərvər adlı şəxsə, digərlərini isə çöldə olan tanımadığı şəxslərə satmışdır. Həmin qızıl-zinət əşyaların oğurluq olması barədə satdıqları adamların xəbərləri olmamışdır. Həmin əşyaların özlərinə məxsus olduğunu onlara demişlər. Həmçinin oğurladığı qızıl zinət əşyalarının çəkilərini dəqiq xatırlamır. Oğurluq nəticəsində əldə etdikləri pulları qardaşı Orucla birlikdə əvvəlcədən danışdıqları kimi xərcləmişlər, özlərinə pal paltar almışlar, yemək içməyə xərcləmişlər. Təqsirləndirilən şəxs2 törədiyi cinayət əməllərindən səmimi peşiman olduğunu, vurmuş olduğu maddi zərərləri zərərçəkmiş şəxslərə ödəməyə maddi imkanının olmadığını və hazırda yetkinlik yaşına çatmadığını bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 194.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun doğma qardaşıdır. O, anasının soyadını daşıdığına görə soyadları fərqlidir. O, Xəyal və tanışı İlkinlə 07.05.2020-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi 63 saylı binanın qarşısından keçərkən Xəyal orada oğurluq etməyə təklif etmişdir. Xəyal onlara çöldə dayanıb müşahidə etməyi və ora kimsə gələcəyi təqdirdə xəbər etmələrini demişdir. O, öncədən evin qapısını döymüş və orada heç kəsin olmadığına əmin olduqdan sonra bu barədə qardaşı Xəyala demiş və qardaşı həmin mənzilə pəncərədən daxil olmuş, bir müddət sonra isə Xəyal oradan çıxmış və əlində qızıl sep, bir cüt qızıl sırğa, bir cüt sırğa üzüklə birgə, bijuteriya və saatlar olduğunu görmüş, Xəyal ona 15 manat pul, bijuteriya və saatları vermiş, 15 manat pulu özü üçün xərcləmiş, saatları və bijuteriyaları isə tullamış, daha sonra ona məlum olmuşdur ki, həmin mənzil Zərərçəkmiş şəxs2 məxsusdur. 12 may 2020-ci il tarixdə saat 21 radələrində 20 Yanvar meteostansiyasının yaxınlığında olmuşdur. Həmin vaxt İlkinin ayaqqabısı cırıq olduğu üçün gəzməkdə çətinlik çəkdiyindən Xəyal Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 29 A saylı binanın qarşısına gəldikdən sonra oradan oğurluq etməyi təklif etmişdir. Xəyalın təklifi ilə orada 49 saylı mənzilin qapısını döymüş və orada heç kəsin olmadığına əmin olmuşdur. Xəyal isə birinci mərtəbənin dəmir barmaqlıqları ilə 2-ci mərtəbənin eyvanına çıxmış orada özü ilə gətirdiyi vintaçanla pəncərəni açmış, içəri daxil olduqdan sonra oradan 5 dəqiqə sonra Xəyal pəncərədən qəfildən tullanaraq qaçmağa başlamış, o, İlkinlə onun arxası ilə qaçmağa başlamışlar və sonra onlar parkda görüşmüşlər. Həmin vaxt Xəyal 1 ədəd “Nokia” markalı mobil telefon, içərisində 26 manat nağd pul olan pul kisəsi, 2 ədəd qara rəngli qara gödəkcə, 1 ədəd dəri idman çantası və 1 cüt qara rəngli kişi ayaqqabısı oğurladığını onlara göstərmişdir. Xəyal ayaqqabını və idman gödəkcəsini İlkinə vermiş, ona isə mobil telefonu satdıqdan sonra pul verəcəyinə söz vermişdir. Daha sonra ona həmin mənzil Zərərçəkmiş şəxs3 Nəsib oğluna məxsus olduğu məlum olmuşdur. 24 iyun 2020-ci il tarixdə Xəyal ona zəng edərək xeyli sayda qızıl zinət əşyaları, ABŞ və Avro valyutası olan nağd pulu olduğunu demiş, qardaşı Xəyalla görüşdükdə o həmin pulları və qızıl zinət əşyalarını Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsində yerləşən iki ayrı-ayrı evlərdən gizli olaraq oğurladığını demişidir. Xəyal oğurladığı puldan ona 100 ABŞ dolları vermiş, həmin pulu bankda manata dəyişdikdən sonra 100 manatını özünə götürmüş 70 manatı isə Xəyala vermişdir. 27 avqust 2020-ci il tarixdə səhər saatlarında qardaşı Xəyalla bilrikdə Sumqayıt şəhərinə Yaşıldərə adlı bağlar massivi tərəfə orada boş ev tapıb oğurluq etmək üçün getmişlər. Təxminən saat 14 radələrində tanımadıqları tünd rəngli darvazası olan bağ evi görmüşlər. Həmin evin pəncərələrinin bağlı olduğunu gördükdə evdə heç kəs olmadığını başa düşmüşlər. Daha sonra qardaşı Xəyalla birlikdə həmin evə daxil olub oğurluq etmək qərarına gəlmişlər. Ona görə də qardaşı Xəyal darvazanının üstündən aşaraq içəri daxil olmuşdur. Daha sonra isə evin pəncərəsindən içəri daxil olaraq oradan təxminən 400 manat məbləğində pul, 1 ədəd gızıl boyubağı, bir ədəd qol saatı və digər çoxlu sayda qızıl zinət əşyalarını oğurlayıb həmin evdən çıxmışdır. Qardaşı Xəyal evə daxil olub oğurluq edərkən onu sığortalmaq üçün çöldə durub nəzarət etmiş, daha sonra oğurluq etdikdən sonra qardaşı Xəyalla birlikdə taksi ilə Sultutəpəyə getmişlər. Oğurladıqları qızıl zinət əşyalarını Bakı şəhərində Əcəmi metrsounun yaxınlığında tanımadığı çöldə qızıl alıqı satqısı ilə məşğul olan şəxslərə satmışdır. İki gün sonra isə bir ədəd qızıl üzüyü Bakı şəhərində Moskva Univermağında yerləşən qızıl dükanını işlədən adını sonra bildiyi Sərvər adlı şəxsə 150 manata satmışdır. Sərvərə həmin qızıl üzüyün özünə məxsus olduğunu və ona şəxsiyyət vəsiqəsinin surətini vercəyinə söz verib aldatmışdır. Həmin qızıl-zinət əşyalarının oğurluq olması barədə satdığı adamların xəbəri olmamışdır. Həmin əşyaların özünə məxsus olduğunu bütün qızıl alanlara demişdir. Daha sonra oğurluq nəticəsində əldə etdikləri pulları qardaşı ilə birlikdə xərcləmişlər. Təqsirləndirilən şəxs1 törədiyi cinayət əməllərindən səmimi peşman olduğunu, vərəm xəstəsi olduğunu, zərərçəkmiş şəxslərə vurduqları zərəri ödəməyə maddi imkanının olmadığını bildirərək ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X13 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində dönərçi işləyir. 27.08.2020-ci il tarixdə saat 09:00 radələrində evdən çıxıb işə getmişdir. Təxminən saat 11:00 radələrində həyat yoldaşı X11 azyaşlı uşaqları ilə birlikdə evdən çıxaraq Sumqayıt şəhəri, 18-ci mikrorayonda yaşayan qaynanasının evinə getmişlər. Təxminən saat 19:00 radələrində Laləzargil evə gələndə evin pəncərəsinin açıq və evin dağınıq vəziyyətdə oldğunu görmüşlər. Bundan sonra ona bu barədə zəng vuraraq məlumat vermişlər və o, dərhal evə gəlmiş və oğurluq baş verdiyini görmüş, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət etmişdir. 27.08.2020-ci il tarixdə saat 11:00-dan 19:00-dək olan müddətdə evdə heç kim olmadığı vaxt naməlum şəxs (şəxslər) hasardan həyətə keçərək həyətdəki nərdivanla evin uşaq otağının plastik pəncərəsini sıxıb-açma yolu ilə evə daxil olaraq pul və qızıl-zinət əşyalarını oğurlamışlar. Hadisə zamanı uşaq otağındakı dolabdan 25 manat dəyərində üzərində “Şəbnəm” sözü yazılmış adi uşaq boyunbağısını, hər birinin qiyməti 20 manat olan ümumilikdə 40 manat dəyərində iki ədəd kulonlu bijuteriya olan boyunbağını, 15 manat dəyərində bir cüt bijuteriya olan sırğanı, iki ədəd qol saatı, bir ədəd 2 manat dəyərində "Məkkə" formasında kulonu, yataq otağındakı paltar dolabından asılmış onun paltarının sağ yan cibindən qara rəngli dəri pul kisəsinin içərisindən 250 manat dəyərində 583 əyarlı 4 qram çəkidə qızıl boyunbağı, 800 manat dəyərində 583 əyarlı 10 qram çəkidə, üzərində “Swarovski” qaşları olan komplekt bir cüt qızıl sırğa və üzük, 300 manat dəyərində 583 əyarlı, 5 qram çəkidə üzərində adi ağ “Swarovski” qaşları olan qızıl üzük, 650 manat dəyərində 583 əyarlı, 10 qram çəkidə üzərində brilliant qaşlar olan qızıl qadın üzüyü, 650 manat dəyərində 583 əyarlı 15 qram çəkidə üzərində brilliant qaşlar olan qızıl kişi üzüyünü və 3000 manat dəyərində 750 əyarlı 22 qram çəkidə toxunma qızıl boyunbağı oğurlanmışdır. Həmin paltar dolabının birinci rəfindən dəri pul kisəsinin içərisindən 136 manat və ayrıca 200 manat nağd pul və 01 ABŞ dolları oğurlanmışdır. Zərərçəkmiş şəxs X13 təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi zərər ödənilmədiyi üçün sonuncuların barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxslər X36, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, X37, Zərərçəkmiş şəxs6 Qaraoğlan qızı, Zərərçəkmiş şəxs4, X41 və X14 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, zərərçəkmiş Zərərçəkmiş şəxs6 Qaraoğlan qızına məlumat verilərək cinayət işinə Müalicə Müəssisəsində baxılacağı barədə məlumat verilib Müalicə Müəssisəsinə getmək üçün məhkəməyə dəvət edilsə də, Zərərçəkmiş şəxs6 evindən oğurluğun hazırki cinayət işi üzrə keçən təqsirləndirilən şəxslər etmədiyini, bununla bağlı aidiyyəti orqanlara müraciətlər etdiyini, qızılları qaytarılmayacağı təqdirdə məhkəməyə gəlməyəcəyini bildirmişdir. X12, Zərərçəkmiş şəxs3, X14, X41 və X37 məhkəməyə ərizələrlə, Zərərçəkmiş şəxs5 isə məhkəməyə teleqramla müraciət edərək ibtidai istintaqdakı ifadələrini təsdiq etdiklərini, onlara vurulan ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslərin qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X36 ifadəsində göstərmişdir ki, ailə üzvülərilə birlikdə ünvan 7 ünvanda yaşamış, əri Şahid1 hər gün saat 07 radələrindən 21-22 radələrinə qədər işdə olmuş, özü demək olar ki, hər gün evdə olmuş, yaşadığı 35 saylı mənzil 5 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşmiş, 02 avqust 2020-ci il tarixdə 20 radələrində söhbət etmək üçün yaşadığı binadan 2 bina aralıda yaşayan xalası qızıgilə getmiş, yaşadığı mənzildən çıxan zaman mənzilin giriş qapısını özündə olan açarla bağlamış, lakin evdən çıxan zaman evin yataq otağının pəncərəsini evin havası dəyişlməsi üçün açıq qoymuş, təxminən saat 21:30-da yaşadığı evə qayıdan zaman, mənzilə gedən blokun qarşısında qonşusu Səkinəni görmüş, Səkinə ona bildirmişdir ki, bir nəfər cavan uşaq ona məxsus olan evin giriş qapısını döymüş, o, həmin şəxsdən kimi axtardığını soruşduqda demişdir ki, Yasini axtarır. Səkinə həmin şəxsə mənzildə Yasin adlı şəxs yaşamadığını demişdir. Bundan sonra həmin şəxs mənzilin qarşısından aşağı düşmüşdür. Həmin şəxs ünvanı səhv salmış, həmin vaxt əri də artıq işdən gəlmişdir. Əri Bəxtiyar qarşısınca yuxarı çıxaraq evin qapısını açıb içəri daxil olmuş, bu zaman əri Bəxtiyarın kiminsə ünvanına «Ay şərəfsiz, sən bizim evdə nə gəzirsən» dediyini eşitmiş, o nəsə baş verdiyini bilərək tez yuxarı qalxmış, evə daxil olduqda əri Bəxtiyar evə girdikdə bir nəfər cavan oğlanın evin yataq otağında oğurluq etdiyi ona məlum olmuşdur. Həmin şəxs ərini gördükdə qaçmağa məqam taparaq otağın pəncərəsindən tullanaraq qaçmışdır. Əri ilə birlikdə evə baxan zaman oğurluq edən şəxs yataq otağında olan şkafdan 1000 manat Azərbaycan pulu, İran İslam Respublikasına məxsus Azərbaycan manatı ilə nisbətdə 20 manat dəyərində pulu oğurlaması, bundan başqa təxminən 100 manat dəyərində gümüş sırğanın bir tayını oğurlaması onlara məlum olmuşdur. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vuraraq baş vermiş hadisə barədə məlumat verdikdən sonra yaşadıqları evə polis əməkdaşları gəlmişlər. Oğurluq nəticəsində ona təxminən 1120 manat maddi ziyan dəymişdir. Əri oğurluq edən şəxsi gördükdə onu tanımamış, əri onu gördükdə, bir neçə saniyə onunla söhbət etdikdən sonra o, otaqda olan pəncərədən qaçmışdır. Oğurluq edən şəxs otaqdan evə daxil olmuş, çünki otağın pəncərəsində olan pərdəni cırılmış vəziyyətdə aşkar etmişlər. Oğurluq edən şəxs əri Bəxtiyara hər hansı bir xəsarət yetirməmişdir. Əri Bəxtiyar oğurluq edən şəxsi gördüyü təqdirdə onu tanıya biləcəyini demişdir. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X25 ifadəsində göstərmişdir ki, 12 may 2020-ci il tarixdə saat 07 radələrində yaşadığı ünvan 8 ünvanından çıxaraq 13 may 2020-ci il tarixdə saat 15 radələrində qeyd olunan ünvana qayıtdıqdan sonra mənzilə kənar şəxslərin daxil olmasını hiss etmiş, mənzilin dağınıq olduğunu görmüş, mənzilə nəzər yetridikdə orada “Nokia” markalı təxminən 2017-ci il tarixdə 550 manat aldığı **********70187 və **********50187 İMEİ kodlu mobil telefonun, içərsində 26 manat olan pul kisəsinin 2 ədəd idman gödəkcəsinin 1 cüt idman çantasının və 1 cüt ayaqqabının talanmasının şahidi olmuş, pul kisəsini 20 manata aldığını qeyd etmişdir. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X14 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən “Cavid Mall” ticarət mərkəzindəki “Filizlər” adlı geyim mağazasında satıcı işləyir. 12.12.2019-cu il tarixdə saat 16:00 radələrində həmin mağazada başının müştərilərə qarışmasından istifadə edərək asılqandan asdığı çantasını naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmiş, həmin çantanın içərisində 600 (altı yüz) manat pul, 22 (iyirmi iki) manat dəyərində olan pul kisəsi olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 622 (altı yüz iyirmi iki) manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanda ailəsi ilə birlikdə yaşamış, 06 may 2020-ci il tarixdə qayınatası rəhmətə getdiyi üçün anası yaşadığı ünvana ünvan 10 müddət ərazində anası yaşadığı ünvanda qalmış, 07 may 2020-civ il tarixdə yenə də həmişə olduğu kimi günorta saatlarında anasının yaşadığı ünvan 11 ünvana getmiş və 08 may 2020-ci il tarixdə qızı Raya ilə bilrikdə yol taksilələrindən biri ilə yaşadığı ünvan 12 ünvanına gəlmiş, evin qapısını açmış, dəhlizlə daxil olmuş, yataq otağında saxladığı 1,5 qram çəkidə, 750 əyarlı qiyməti, 120 manat dəyərində uşaq sırğası, qızıl komplektin oğurlandığını aşkar etmiş, qızıl komplektində olan qızıllar da 750 əyarlı olmuş və 1 ədəd üzük və bir cüt sırğadan ibarət olmuş, komplektin qiyməti 1000 manat olmuşdur. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 15 dekabr 2019-cu il tarixdə saat 19 radələrində arvadı X46, anası və qızı ilə birlikdə bacısının ad günü mərasimində iştirak etmək üçün Surxanı rayonu, Qaraçuxur qəsəbəsində olan evinə getmişlər, evdən çıxarkən qapı və pəncərəni bağlamışlar, saat təxminən 22 radələrində evə qayıtmış, qapını açaraq evə daxil olduqda evin pəncərəsinin açıq olduğunu görmüş və evə naməlum şəxsin daxil olmasından şübhələnmişdir. Daha sonra evə baxdıqda oradan 3 litrlik balondan 825 manat məbləğində pul, dolabda olan paltarın çibindən 50 manat pul, qızına məxsus 100 manat dəyərində 2 qramlıq nazik qızıl boyunbağı və 30 manat dəyərində 1 ədəd gümüş qolbağının oğurlandığını müəyyən etmişdir. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X37 ifadəsində göstərmişdir ki, Baki şəhəri ünvan 13 ünvanında arvadı Münəvvər Mehdiyevlə yaşayır, onlar hər gün saat təxminən saat 09 radələrində işə gedirlər. Yaşadığı ev iki otaqdan ibarət olmuş, ev qonaq otağı və yataq otağından ibarətdir. Qonaq otağında dolab olmuş, həmin dolab müxtəlif rəflərdən ibarət olmuş, həmin dolabda arvadı Münəvvərin əl çantasının içərisində 180 avro və 1200 ABŞ dolları qoymuş, həmçinin həmin dolabda qızıl qabların içində arvadı Minəvvərlə birgə nikah dövründə aldığı 1500 manat dəyərində 750 ayarlı (İtaliya istehsalı) 9 qram çəkidə, brilyant ölçüsü 0.60 karat olan bir ədəd sarı rəngli brilyant qaşlı qızıl üzük, 1900 manat dayəlində 750 ayarlı, (İtaliya istehsalı) 5 qram çəkidə, brilyant 0,80 karat olan bir ədəd briliant qaşlı ağ qızıl üzük, 1190 manat dəyərində 585 əyarlı (İtaliya istehsalı) 5 qram çəkidə 1 kart olan mavi brilyant qaşlı ağ qızıl üzük, 500 manat dəyərində 583 əyarlı 7 qram çəkidə, sarı qızıl üzük, 1400 manat dəyərində 583 əyyarlı 20 qram çəkidə qızıl boyunbağı, 300 manat dəyərində 750 əyarlı 3 qram çəkidə ağ qızıl boyunbağı, 300 manat dəyərində 583 əyarlı 4 qram çəkidə sarı qızıl boyunbağı, 250 manat dəyərində 583 əyyarlı 3 qram çəkidə sarı qızıl aralıq(quran formasında), 1000 manat dəyərində 583 əyyarlı, (Rusiya istehsallı) 19 qram qızıl aralıq (quran formasında), manat dəyərində 925 əyyarlı, 10 qram çəkidə, ağ qaşlı sarı qızıl qolbağı, 100 əyyarlı, 6 qram çəkidə, ağ qaşlı gümüş sırğa, 60 manat dəyərində 925 əyyarlı gümüş aralıqları, 200 manat dəyərində “Swatch” saatını da saxlamışdır. 24.06.2020-ci il tarixdə işdən yaşadığı evə işdən yaşadığı evin giriş qapısına gəlmiş orada yerləşən pencərinin üstündə setkanın cırıldığını görmüş, evinə naməlum şəxslərin girib oğurluq etməsindən şübhələndiyi üçün dolaba baxanda əvvəlcə dolabda Münəvvərin əl çantasının içində olan 180 avro, 1200 ABŞ dollarının yerində olmadığını, sonra isə həmin dolabda qızıl zinət əşyaların yerində olub-olmamasını yoxlayanda 750 əyyarlı (İtaliya istehsalı) 9 qram çəkidə, briliyyant ölçüsü 0,60 karat olan bir ədəd sarı rəngli brilyant qaşlı qızıl üzük, 750 əyyarlı, (İtaliya istehsalı) 5 qram çəkidə, brilyant ölçüsü 0,80 karat olan bir ədəd brilyant qaşlı ağ qızıl üzük, 585 əyyarlı (İtaliya istehsalı), 5 qram çəkidə, brilyant çəkisi 1 karat olan mavi brilyant qaşlı ağ qızıl üzük, 583 əyyarlı, (Rusiya istehsalı) 7 qram çəkidə, sarı qızıl üzük, 583 əyyarlı, (Rusiya istehsalı) 20 qram çəkidə, qızıl boyunbağı, 750 əyyarlı, (İtaliya istehsalı) 3 qram çəkidə, ağ qızıl boyunbağı, 583 əyyarlı, (Rusiya istehsalı) 4 qram çəkidə, sarı qızıl boyunbağı, 583 əyyarlı, (Rusiya istehsalı) 3 qram çəkidə, sarı qızıl aralıq (quran formasında), 583 əyyarlı, (Rusiya istehsalı) 15 qram çəkidə, sarı qızıl qolbağı, 925 əyyarlı, 10 qram çəkidə, ağ qaşlı gümüş sırğa, 925 əyyarlı, 6 qram çəkidə, ağ qaşlı gümüş aralıqları, bir ədəd 200 manat dəyərində “Swatch” markalı qol saatının oğurlanması ona məlum olmuşdur. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs6 Qaraoğlan qızı ifadəsində göstərmişdir ki, X38 ilə birgə yaşayır. Əri necə ildir ki, xəstədir və 3-cü qrup əlildir, əri əməliyyat olması üçün hissə-hissə 1500 manat pul yığmışdır. Həmin pulu otaqda qab-qaçaq dolabının açarla bağlanan siyriməsində boz rəngli əl çantasında saxlamış, 14.11.2019-cu il tarixdə saat 19 radələrində Sumqayıt şəhəri, Avtovagzalında kafedə işdə olarkən əri Malik ona zəng etmiş və evdən oğurluq olması barədə ona demiş, evə gəldikdə yataq dəstinin altından açarı götürülərək dolabın siyirtməsindən 1500 manat nəgd pul, 12 qramlıq boyunbağı bilərzik dəsti, tarakan formalı 6 qram çəkidə zəncir formasında 585 əyarlı sırğa üzük dəsti, paxlava formasında ortasında yaşıl qaşlı 5 qram çəkidə 585 əyarlı qızıl qadın üzüyü, bir ədəd gül naxışlı ortasında sirkon qaşlı 3 qram çəkidə 585 əyarlı qadın qızıl nişan üzüyü, bir ədəd ürək formasında setkalı 3 qram çəkidə 585 əyarlı qadın qızıl kulonunun, 02 ədəd qol saatının oğurlandığı ona məlum olmuşdur. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 14 ünvanında kirayədə yaşamış, həmin ev iki otaqdan ibarət olmuş, evin taxta qapısı olmuş, həmin taxta qapı qıfılla bağlanmış, evə daxil olanda orada olan otaq olmuş, həmin otaqdan mətbəx kimi istifadə edirmiş, ikinci otağı isə yataq otağı kimi istifadə etmiş, həmin yataq otağında iki ədəd yataq dəsti, bir ədəd stol, stul və digər əşyalar olmuş, həmin otaqda olan stolun üstünə bir ədəd “Samsung”J markalı mobil telefon və 01 (bir) ədəd 925 əyyarlı gümüş qolbağı qoymuş, 23.06.2020-ci il tarixdə saat 09 radələrində evin giriş qapısını bağlayıb evdən çıxmış, həmin günü saat 13 radələrində yaşadığı evə gələndə evin dağınıq olduğunu görmüş, həmin vaxt evdən 400 manat dəyərində “Samsung J4” markalı mobil telefonun, 200 manat dəyərində bir ədəd 925 əyyarlı gümüş qolbağının oğurlanması ona məlum olmuşdur. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, ünvan 15 ünvanında 9 il müddətində ailəsi ilə birlikdə yəni həyat yoldaşı X26 və iki az yaşlı övladları ilə birlikdə kirayədə yaşamış, lakin 2020-ci ilin iyun ayının 26-dan o, həmin mənzili tərk edib Bakıxanov qəsəbəsinə yuxarıda qeyd edilən ünvana köçmüş, 23 may 2020-ci il tarixdə həyat yoldaşı və uşaqları ilə birlikdə qonaq getmişlər və evdə olmamışlar, həmin tarixdə təxminən səhər saat 10 radələrində iş yeri olan X57 Cəmiyyətinə getmiş və təxminən saat 21:30 radələrində işdən qayıtdıqda mənzilin giriş qapısının qıfılını üzərində olan açarla açmaq istədikdə giriş qapısının qıfılı açılmamış, blokdan çıxaraq binanın arxa tərəfinə keçmiş, oradan birinci mərtəbədəki mənzilin dəmir barmaqlılarına çıxmış, ikinci mərtəbəyə qalxaraq yataq otağının açıq pəncərəsindən mənzilə daxil olmuş, mənzilə daxil olduqda giriş qapısına yaxınlaşmış və giriş qapısının kilidi içəri hissədən bağlandığını görmüşdür. Giriş qapısının kilidini içəri tərəfdən açmış və mənzilin işıqlarını yandıraraq evə baxış keçirməyə başlamış, mənzildə əşyalar dağınıq vəziyyətdə olduğunu görmüş və mənzildən oğurluq olduğunu anlamışdır. Həmin zaman mənzilin yataq otağında olan dolabın içərisində şüşə bankaya yığdığı içərisində ümumilikdə 150 manat məbləği təşkil edən dəmir pullar və dəyəri 2500 manat olan kolye tipli qızıl sep, dəyəri 1800 manat olan 02 ədəd qızıl üzüklər, dəyəri 550 manat olan versace tipli qızıl qolbaq, dəyəri 1200 manat olan paxlava tipli qızıl üzük, dəyəri 600 manat olan üzərilərində övladlarının adı yazılan qızıl sep, dəyəri 450 manat olan üzərində ürək formalı qızıl kulon olan qızıl sep, dəyəri 200 manat olan uşaq üçün qızıl qolbaq, dəyəri 200 manat olan yumru formalı bir tay qızıl sırğa oğurlanmışdır. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından Bakı şəhərində yerləşən, Moskva adlı univermaqda yerləşən mağazaların birni icarəyə götürüb işlədirmiş, həmin mağazada qızıl zinət əşyaların alqı-satqısı ilə məşğul olmuş, 2020-ci il tarixdə təxminən avqust aylının sonunda icarəyə işlətdiyi mağazada olduğu zaman ora tanımadığı şəxs adı sonra ona məlum olmuş Təqsirləndirilən şəxs1 ona yaxınlamışdır. Təqsirləndirilən şəxs1 həmin vaxt qızıl üzüyü göstərmiş və özünə məxsus olduğunu deyərək satmaq istədiyini bildirmişdir. Həmin qızıl üzüyü ondan almağa razılaşmış və qızıl üzüyə baxdıqdan sonra ona həmin üzüyə görə 150 manat pul verməyi təklif etmişdir. Oruc onun təklifini qəbul etdikdən sonra onun təqdim etdiyi 1(bir) ədəd qızıl üzyü 150 (bir yüz əlli) manat məbləğində pula almışdır. Oruc həmin vaxt özünə məxsus şəxsiyyət vəsiqəsini verməyinə söz vermiş, lakin Oruc getdikdən sonra şəxsiyyət vəsiqəsini gətirməmişdir. Həmin vaxt Orucun ona satdığı 1 (bir) ədəd qızıl üzüyün oğurluq olması barədə onun xəbəri olmamışdır. Oruc ona yalnız 1(bir) ədəd qızıl üzük satmış və ondan başqa o, Orucdan heç bir əşya almamışdır. Təqsirləndirilən şəxs1 aldığı 1 (bir) ədəd qızıl üzüyü sonra tanımadığı müştəriyə satmışdır. Təqsirləndirilən şəxs1 ona həmin qızıl üzüyü satdığı zaman orada Ruslan adlı zərgər olmuşdur. Məhkəmədə ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Nəzirə ilə birlikdə yaşamışdır. 02 avqust 2020-ci il tarixdə saat təxminən 19 radələrində işdən çıxıb evə gəlmiş, yolda olarkən arvadı Nəzirəyə zəng edərək evdə yemək olub-olmadığını soruşmuş, Nəzirə isə ona hazırda qonşuda olduğunu və qonşuluqda yaşayan qadınların onların evinin qapısını naməlum şəxs tərəfindən döyüldüyünü ona bildirdiklərini demişdir. Ona görə də, o dərhal yaşadığı mənzilə getmiş və mənzilin qapısını açaraq içəri daxil olmuş və işıqları yandırmaq istəyəndə oradan bir şəxs qaçmaq istəmiş, həmin vaxt “ dayan! , dayan! sifətini yadda saxladım!” ucadan qışqırmış, lakin həmin şəxs dayanmayaraq pəncərədən tullanaraq çölə çıxmışdır. Onlara sonra mənzildən 1000 manat məbləğində pul 20000 tümən İran pulu və 1 ədəd sadə sırğa oğurlandığı məlum olmuşdur. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ona məxsus mənzildən 1000 (bir min) manat məbləğində nağd pul, 20 (iyirmi) manat ekvivalentində 496,176 (dörd yüz doxsan altı min yüz yetmiş altı) İran Riyalını və 100 (bir yüz) manat dəyərində 01 (bir) ədəd gümüş 925 əyarlı 0,3 qram çəkidə sırğanın 02 avqust 2020-ci il tarixdə oğurlandığını bildirmişdir. Ona görə də 02 avqust 2020-ci il tarixdə baş vermiş oğurluq nəticəsində Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın məbləği 1120 (bir min yüz iyirmi) manat kimi nəzərə alınmışdır. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 yaşadığı mənzildən 1,5 qram çəkidə, 750 əyarlı 120 (bir yüz iyirmi) manat məbləğində 01 (bir) ədəd qızıl sırğası, 0,7 qram çəkidə 1000 (bir min) manat dəyərində 0,6 qram çəkidə, 01 (bir) qızıl sırğa-üzük dəsti 07 may 2020-ci il tarixdə oğurlandığını bildirmişdir. Ona görə də 07 may 2020-ci il tarixdə baş vermiş oğurluq nəticəsində Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın məbləği 1120 (bir min yüz iyirmi) manat kimi nəzərə alınmışdır. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs7 ona məxsus mənzildən 150 (bir yüz əlli) manat məbləğində qəpik nağd pulun, 2500 (iki min beş yüz) manat dəyərində 01 (bir) ədəd “kolye” formalı qızıl qadın boyunbağısının, hər birinin dəyəri 900 (doqquz yüz) manat olmaqla ümumilikdə 1800 (bir min səkkiz yüz) manat dəyərində 02 (iki) ədəd qızıl üzüklərinin, 550 (beş yüz əlli) manat dəyərində 01 (bir) ədəd “Versagy” markalı qızıl qolbağının, 1200 (bir min iki yüz) manat dəyərində 01(bir) ədəd “paxlava” formalı qızıl üzüyü, 600 (altı yüz) manat dəyərində 01 (bir) ədəd üzərində ad yazılmış qızıl boyunbağının, 450 (dörd yüz əlli) manat dəyərində 01 (bir) ədəd üzərində “ürək” formalı kulon olan qızıl boyunbağının, 200 (iki yüz) manat dəyərində 01 (bir0 ədəd uşaq qızıl boyunbağısının, 200 (iki yüz) manat dəyərində 01(bir) tay “dairəvi” formalı qızıl sırğanın oğurlanmasını bilrimişdir. Ona görə də 23 may 2020-ci il tarixdə baş vermiş oğurluq nəticəsində Zərərçəkmiş şəxs7 vurulmuş maddi ziyanın məbləği 7650 manat kimi nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş 06 iyul 2020-ci il tarixli 9/1507 nömrəli məhkəmə əmtəəşünaslıq ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus mənzildən oğurlanan 01 (bir) ədəd “Zoggi bee” yazıları olan “L” ölçülü, iki üzlü, qara və göy rəngli kişi üçün nəzərdə tutulmuş gödəkcənin dəyəri 15 manat, 1 (bir) ədəd Türkiyə istehsalı olan “Aximengiya” yazıları olan, “2XL” ölçülü, süni dəri materiallı, qara rəngli, kişi üçün nəzərdə tutulmuş gödəkcənin dəyəri 25 manat, 1 (bir) ədəd üzərində “kadixiong” yazıları olan, iki tutacaqlı, qara-göy rəngli çantanın dəyəri 10 manat, 1 (bir) ədəd “Nokia” 6 DS TA-1021 markalı, qara rəngli mobil telefonun dəyəri 110 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 yaşadığı mənzildən içərisində 26 (iyirmi altı) manat məbləğində pul olan 01 (bir) ədəd qara rəngli 20 (iyirmi) manat dəyərində pul çantası 12 may 2020-ci il tarixdə oğurlandığını bildirmişdir. Ona görə də 12 may 2020-ci il tarixdə baş vermiş oğurluq nəticəsində Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanın məbləği 206 (iki yüz altı) manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 23 iyul 2020-ci il tarixli 9/2515 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məxsus mənzildən oğurlanan 01 (bir) ədəd “Samsung J4” markalı mobil telefonun dəyəri 120 (bir yüz iyirmi) manat, 01 (bir) ədəd 15 qram çəkidə 925 əyarlı gümüş qolbağın dəyəri 75 manat müəyyən edilmişdir. Ona görə də 23 iyun 2020-ci il tarixdə baş vermiş oğurluq nəticəsində zərərçəkmiş şəxs Sevinc Əsəgərovaya vurulmuş maddi ziyanın məbləği 195 (bir yüz doxsan beş) manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş 23 iyun 2020-ci il tarixli 9/2516 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertinin rəyindən görünür ki, Aydın Mehdiyevə məxsus mənzildən 01 (bir) ədəd 750 əyarlı (İtaliya istehsalı) 0,9 qram çəkidə, brilyant ölçüsü 0,60 karat olan bir ədəd sarı rəngli brilyant qaşlı qızıl üzüyün dəyəri 630 manat, 01 (bir) ədəd 750 əyarlı (İtaliya istehsalı) 0,5 qram çəkidə, brilyant ölçüsü 0,80 karat olan bir ədəd ağ rəngli brilyant qaşlı qızıl üzüyün dəyəri 350 manat, 01 (bir) ədəd 585 əyarlı (İtaliya istehsalı) 0,5 qram çəkidə, brilyant ölçüsü 01 karat olan bir ədəd mavi rəngli brilyant qaşlı qızıl üzüyün dəyəri 250 manat, 01 (bir) ədəd 583 əyarlı (Rusiya istehsalı) 0,7 qram çəkidə, sarı qızıl üzüyün dəyəri 350 manat, 01 (bir) ədəd 583 əyarlı (Rusiya istehsalı) 0,20 qram çəkidə, sarı qızıl boyunbağı dəyəri 1000 manat, 01 (bir) ədəd 750 əyarlı (İtaliya istehsalı) 0,3 qram çəkidə, sarı qızıl üzüyün dəyəri 210 manat, 01 (bir) ədəd 583 əyarlı (Rusiya istehsalı) 0,4 qram çəkidə, sarı qızıl boyunbağının dəyəri 200 manat, 01 (bir) ədəd 583 əyarlı (Rusiya istehsalı) 0,3 qram çəkidə, sarı qızıl aralıq dəyəri 150 manat, 01 (bir) ədəd 583 əyarlı (Rusiya istehsalı) 15 qram çəkidə, sarı qızıl qolbağının dəyəri 750 manat, 01 (bir) ədəd 925 əyarlı 0,10 qram çəkidə, ağ qaşlı gümüş sırğanın dəyəri 50 manat, 01 (bir) ədəd 925 əyarlı 0,6 qram çəkidə, ağ qaşlı gümüş aralıqın dəyəri 30 manat, 01 (bir) ədəd “Swatch” markalı saatın dəyəri 200 manat kimi müəyyən edilmişdir. Həmçinin həmin tarixdə oradan 2040 (iki min qırx) manat ekvivalentində 1200 ABŞ dolları və 367 (üç yüz altmış dörd) manat ekvivalentində 180 Avro nəğd pul oğurlanmışdır. Ona görə də, 23 iyun 2020-ci il tarixdə baş vermiş oğurluq nəticəsində zərərçəkmiş şəxs Aydın Mehdiyeva vurulmuş maddi ziyanın məbləği 6724 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs5a yaşadığı mənzildən 975 (doqquz yetmiş beş) manat nağd pul, 585 əyarlı 0,2 qram çəkidə qızıl qadın boyunbağını, 925 əyarlı 01 (bir) ədəd 30 manat dəyərində boyunbağını və 01 (bir) ədəd 925 əyarlı 25 manat dəyərində gümüş qadın qolbağı oğurlandığını bildirmişdir. Ona görə də, 15.12.2020-ci il tarixdə baş vermiş oğurluq nəticəsində zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs5 vurulmuş maddi ziyanın məbləği 1155 (bir min yüz əlli beş) manat kimi nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş 30 yanvar 2020-ci il tarixli 958 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 məxsus mənzildən 01 (bir) ədəd 0,12 qram çəkidə 720 manat dəyərində burma zəncir formasında 585 əyarlı qadın qızıl boyunbağı-bilərzik dəsti, 01 (bir) ədəd 0,6 qram çəkidə 360 manat dəyərində, tarakan formalı 585 əyarlı qızıl sırğa-üzük dəsti, 01 (bir) ədəd 300 manat dəyərində 0,5 qram çəkidə paxlava formasında ortasında yaşıl qaşlı 585 əyarlı qadın qızıl üzüyü, 01 (bir) ədəd 180 manat dəyərində 01 (bir) ədəd gül naxışlı, ortasında sirkon qaşlı 585 əyarlı qadın qızıl nişan üzüyü, 01 (bir) ədəd ürək formasında, setkalı 585 əyarlı qadın qızıl klonun dəyəri 180 manat dəyərində müəyyən edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs6 mənzilindən 1500 manat dəyərində pul oğurlanmışdır. Ona görə də 14 noyabr 2020-ci il tarixdə baş vermiş oğurluq nəticəsində Zərərçəkmiş şəxs6 vurulmuş maddi ziyanın məbləği 3240 (üç min iki yüz) manat kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Sədaqət Qəmbərova yaşadığı mənzildən içərisində 600 (altı yüz) manat nağd pul olan 22 (iyirmi iki) manat dəyərində əl çantasını oğurlanmasını bildirmişdir. Ona görə də 12.12.2020-ci il tarixdə baş vermiş oğurluq nəticəsində zərərçəkmiş şəxs Sədaqət Qəmbərovaya vurulmuş maddi ziyanın məbləği 622 (altı yüz iyirmi iki) manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, ibtidai zamanı X13 ifadəsində göstərdiyi üzərində "Şəbnəm" yazısı olan bir ədəd boynbağının qiymətini 25 manat göstərmiş, 2 ədəd qol saatın qiyməti 30 manat oldğu, bir ədəd "Kəbbə" formasında kulonun 2 manata oldğu, bir cüt bijuteriya olan sırğaının qiyməti 30 manata oldğu və iki ədəd kulonlu boyunbağının 2 manata oldğu və bir 1(bir) ABŞ dollarını 1.70 (bir manat yetmiş qəpiyə) aldığını göstərmişdir. Odur ki, qeyd olunan əşyaların qiymətləri Mübariz Şıxverdiyevin ifadəsidə göstərdiyi kimi hesab edilmiş və maddi sübut kimi tanınaraq M.Şıxverdiyevə saxlanılması üçün təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 noyabr 2020-ci il tarixli, 9/4045 nömrəli rəyindən görünür ki, 583 əyarlı 4 qram çəkidə qızıl boyunbağı 1 ədədin 280 manat, 583 əyarlı 10 qram çəkidə, üzərində "Svarovski" qaşları olan dəst - 1 cüt qızıl sırğa və üzüyün 1 dəsti 700 manat, 583 əyarlı, 5 qram çəkidə üzərində adi ağ "Svarovski" qaşları olan qızıl üzüyün, 1 ədədi, 350 manat, 583 əyarlı 10 qram çəkidə üzərində brilyant qaşlar olan qızıl qadın üzüyü 1 ədədin 700 manat, 583 əyarlı 15 qram çəkidə üzərində brilyant qaşla olan qızıl kimi üzüyü 1050 manat və 750 əyarlı 22 qram çəkidə toxunma qızıl boyunbağı 1 ədədi 1870 manat olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 noyabr 2020-ci il tarixli, 9/4045 nömrəli rəyindən görünür ki, 1 ədəd 1,80 manata olan "Mağna" markalı siqaret göstərilmiş, lakin həmin əşyanın iş üzrə qiymətə alınması zərurəti olmadığı üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham elan edildidkdə nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş 03.10.2020-ci il tarixli 20/500R nömrəli DİN-in X5 Ekspertiza şöbəsinin rəyindən görünür ki:
1. 28.08.2020-ci il tarixdə Sumqayıt şəhəri, "Yaşıldərə" bağlar massivi 5-ci məhəllədə yerləşən fərdi evdə yaşayan X9 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 01 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirlməsi üçün yararldır.
2. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədi 01.01.2006ci ildə Qazax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin ovucu ilə eynilik müəyyən edilmişdir.
3. Qalan digər şəxsiyyətin eynilləşdirilməsi üçün olan 01 ədəd əl-barmaq izinin DİNin KTİ-nin ADİS məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilmişdir. 28.08.2020-ci il tarixdə Sumqayıt şəhəri, "Yaşıldərə" bağlar massivi 5-ci məhəllədə yerləşən fərdi evdə yaşayan X9 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 04 ədəd əl-barmaq izləri iş üçün əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş ƏN-nin Məhkəmə-daktiloskopik ekspertizasının 06.03.2020-ci il tarixli 4065 nömrəli rəyindən görünür ki, 17.12.2019-cu il tarixdə Bakı şəhəri, Nizami rayonu, B. Nuriyev küçəsi 6 mənzil 18 ünvanında yaşayan Zərərçəkmiş şəxs5 ünvanından götürülmüş əl-barmaq izləri: - ********* N-li cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi, 2 saylı daktilinin səthindəki “a” əl-barmaq izi müqayisəli tədqiqat üçün yararlıdır, həmin izlər əlin barmaq hissəsinin dırnaq falanqanın toxunması nəticəsində qalmışdır. - ********* N-li cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs2 daktiloxərtəyə köçürülmüş sol əlinin şəhadət barmağından qalmışdır. - 190080497- N-li cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 2 saylı daktilolentin səthindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs2 tərəfindən deyil başqa şəxs tərəfindən qalmışdır. - Tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki papilyar naxış izləri, 2 saylı daktilolentin səthindəki papilyar naxış izləri, 3-9 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığna görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. İş materiallarına əlavə olunmuş 30.12.2019-ci il tarixli 19/526R nömrəli DİN-in X5 Ekspertiza şöbəsinin rəyindən görünür ki: 1. ünvan 18 ünvanında vətəndaş Zərərçəkmiş şəxs6 Qaraoğlan qızına məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.
2. Şəxsiyyətin eyniləşdirilməsi üçün yaralı olan əl izlərindən 01 ədəd ovuc izi 01.01.2006-ci ildə Qazax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin ovuc əksi ilə eynilik təşkil etmişdir.
3. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 06 ədəd əl-barmaq izi ilə DİN KTİnin X1 məlumat bankında olan şəxslərin əl əksləri arasında eynilik müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş üzləşdirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı Sərvər Mustafeyav ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş, sonuncu da onun dediklərini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş diskə baxış protokolundan görünür ki, istintaq zamanı 05.06.2020-ci il tarixdə DİN-nin X19 Xidmətindən daxil olmuş yaddaşında 07.05.2020-ci il tarixdə saat 22 radələrində X15 məxsus ünvan 19 ünvanına daxil olduğu zaman çəkilmiş və həkk edilmiş 01 ədəd CD diskə baxış zamanı 06 (altı) ədəd “avi” formatlı faylları görmək olur. TS3-139.3(2) adlı fayla baxdıqda 1:30 saniyəsində iki nəfər (15-19 yaşda) şəxsi görmək olur. Həmin şəxslərin ətrafa baxdıqları və pəncərənin altında dayanıqlarını görmək olur. Diskə baxış zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, həmin video çəkilişdə X15 məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 63 nömrəli binanın arxa tərəfində qardaşı Təqsirləndirilən şəxs1lə birlikdə evə oğurluq etməmişdən əvvəl dayanmışlar. Video çəkilişi TS3-139.3(2) adlı faylın 1:30 saniyəsində olan iki nəfər şəxsin özü və qardaşı Təqsirləndirilən şəxs1 olduğunu qeyd etmişdir. Ona görə də, 05.06.2020-ci il tarixdə DİN-nin X22 Xidmətindən daxil olmuş 01 ədəd CD disk cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş diskə baxış protokolundan görünür ki, cinayət işinə əlavə edilmiş 01(bir) ədəd CD diskə baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşında 01 (bir) ədəd “Xəyal-Elvin” adlı 16 174 kb həcmində 23.05.2020-ci il tarixdə saat 21:33-də Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanskı küçəsi, ev 24, mənzil 8 ünvanından oğurluq hadisəsi zamanı çəkilmiş video çəkiliş faylın olduğu müəyyən olundu. Həmin fayla kompyuterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında 01 dəqiqə 38 saniyə davam edən, rəngli formatda, açıq işıqlı hava şəraitində çəkilmiş video görüntünün olduğu müəyyən olundu. Faylda olan video görüntüyə baxış keçirilməsi davam etdirildikdə video görüntünün iki nəfər mülki geyimində 15-18 yaşlarında(bir qara gödəkcədə digəri isə qırmızı rəngli paltarda olan) şəxsləri blokda pilləkənlərlə əvvəlcə yuxarı daha sonra aşağı istiqamətdə getdiklərini görmək olur. görmək olur. Həmin video görüntüdə qara paltarda qara paltarda şəxsin Təqsirləndirilən şəxs2 olduğunu görmək olur və o, pilləkənlə yuxarı aşağı qaldığını görmək olur. Diskə baxış zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, həmin video çəkilişdə Zərərçəkmiş şəxs7 məxsus mənzilinə daxil olmaq üçün mənzilin giriş qapısını döymək üçün tanışı Elvinlə oraya gəldiyini demişdir. Video görüntüdə qara gödəkcədə özü olduğunun qırmızı paltarda isə tanışı Elvin olduğunu qeyd etmişdir. Yaddaşına olan 01 (bir) ədəd “Xəyal-Elvin” adlı 16 174 kb həcmində 23.05.2020-ci il tarixdə saat 21:33-də Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanskı küçəsi, ev 24, mənzil 8 ünvanından oğurluq hadisəsi zamanı çəkilmiş video çəkiliş olan 01 (bir) ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Vahid Əşrəfovun üzərindən götürülmüş, yaddaşında 01 (bir) ədəd “Xəyal-Elvin” adlı 16 174 kb həcmində 23.05.2020-ci il tarixdə saat 21:33-də Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanskı küçəsi, ev 24, mənzil 8 ünvanından oğurluq hadisəsi zamanı çəkilmiş video çəkiliş, 05.06.2020-ci il tarixdə DİN-nin X22 Xidmətindən daxil olmuş 01 ədəd CD disk, 28.08.2020-ci il tarixdə Sumqayıt şəhəri, "Yaşıldərə" bağlar massivi 5-ci məhəllədə yerləşən fərdi evdə yaşayan X9 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 04 ədəd əl-barmaq izləri, ünvan 18 ünvanında vətəndaş Zərərçəkmiş şəxs6 Qaraoğlan qızına məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd əl-barmaq və 01 ədəd ovuc izi, ünvan 18 ünvanında vətəndaş Zərərçəkmiş şəxs6 Qaraoğlan qızına məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd əl-barmaq və 01 ədəd ovuc iziləri iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cianət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, iş üzrə maddi sübut olan 1 ədəd idman çantası, 1 ədəd qara rəngli qış gödəkcəsi, 1 ədəd idman gödəkcəsi, qiyməti 25 manat göstərilmiş "Şəbnəm" yazısı olan bir ədəd boynbağı, qiyməti 30 manat göstərilmiş 2 ədəd qol saatı, qiyməti 2 manat göstərilmiş bir ədəd "Kəbbə" formasında kulon, qiyməti 30 manat olan bir cüt bijuteriya olan sırğa və qiyməti 2 manat olan iki ədəd kulonlu boyunbağı və 1 (bir) ABŞ dolları Zərərçəkmiş şəxs3 saxlanılması üçün təhvil verilmişdir. İş materiallarından görünür ki, iş üzrə maddi sübut olan dəyəri 200 manat olan 1 ədəd “Swatch” markalı qol saatı zərərçəkmiş şəxs X2 üçün təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş 02 fevral 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, X30 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi ayrılması barədə qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13.04.2021ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 24 yanvar 2021ci il tarixdən hesablanmaqla barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və Sumqayıt Şəhər Məhkəməsinin 16.07.2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində hazırki iş üzrə “nəzarət alıtına vermə” qətimkan tədbiri seçilmiş və Abşeron Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin 13.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli hökmü ilə və həmin məhkəmənin 13.04.2021-ci il tarixli hökmü ilə məhkum olunmasına səbəb olan cinayət əməllərini 2019-cu ilin noyabr, dekabr, 2020-ci ilin fevral, aprel aylarında törətdiyindən, hazırki cinayət işi üzrə isə cinayət əməllərini 2020-ci ilin may, iyun və avqust aylarında, yəni yetkinlik yaşına çatmayan şəxs halında törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilsə də hazırkı cinayətləri yetkinlik yaşına çatmayan şəxs halında törətdiyindən həmin hal resdiv kimi nəzərə alınmamalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 hazırki cinayət əməllərini törədən zaman yetkinlik yaşına çatmayan şəxs olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmənin bir günü hesablanmaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 42/2021 nömrəli, 13.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki təyin ediləcək cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, cəzasının əvvəli 24.01.2021-ci il tarixdən hesablanmalı və cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməllərini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 hazırda yetkinlik yaşına çatmayan şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli tərbiyə müəssisələrində çəkməli, hazırki iş üzrə barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və barəsində Abşeron Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslər X9, X28, Zərərçəkmiş şəxs3, X16, Zərərçəkmiş şəxs5, X27, Zərərçəkmiş şəxs6 Qaraoğlan qızına, Zərərçəkmiş şəxs4, X31 və X10 oğluna izah olunsun ki, onlara vurulmuş maddi zərərlə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 311,29 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. İş üzrə aparılmış məhkəmə-daktiloskopik ekspertizası tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 194.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 11 may 2021-ci il tarixli (iş № 1(060)-355/2020) qərarını icra edərək, 18 may 2021-ci il tarixli 471 və 472 saylı orderlərə əsasən vəkillər X32 və X33 müvafiq olaraq onların vəkili təyin etmişdir. Müdafiəçilər X42 və X43 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər biri 30 saat olmaqla cəmi 60 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 360 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur və müsadirə olunmalı predmet yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Hökm etdi:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 194.1-ci maddələri ilə təqsirli bilinsin və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci madddəsinə əsasən 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanmaqla ona 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-42/2021 nömrəli, 13.04.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində hazırki cinayət işi üzrə həbs qətimkan tədbiri seçilsin və barəsində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-42/2021 nömrəli, 13.04.2021-ci il tarixli hökmünə əsasən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24.01.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.3-cü maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində hazırki cinayət işi üzrə seçilmiş nəzarət altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və barəsindəki digər cinayət işi üzrə Abşeron Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5.1-ci maddəsinə əsasən ümumi rejimli tərbiyə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 13.08.2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan Vahid Əşrəfovun üzərindən götürülmüş, yaddaşında 01 (bir) ədəd “Xəyal-Elvin” adlı 16 174 kb həcmində 23.05.2020-ci il tarixdə saat 21:33-də Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanskı küçəsi, ev 24, mənzil 8 ünvanından oğurluq hadisəsi zamanı çəkilmiş video çəkiliş, 05.06.2020-ci il tarixdə DİN-nin X22 Xidmətindən daxil olmuş 01 ədəd CD disk, 28.08.2020-ci il tarixdə Sumqayıt şəhəri, "Yaşıldərə" bağlar massivi 5-ci məhəllədə yerləşən fərdi evdə yaşayan X9 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 04 ədəd əl-barmaq izləri, ünvan 18 ünvanında vətəndaş Zərərçəkmiş şəxs6 Qaraoğlan qızına məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd əl-barmaq və 01 ədəd ovuc izi, ünvan 18 ünvanında vətəndaş Zərərçəkmiş şəxs6 Qaraoğlan qızına məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd əl-barmaq və 01 ədəd ovuc izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd idman çantası, 1 ədəd qara rəngli qış gödəkcəsi, 1 ədəd idman gödəkcəsi, qiymətini 25 manat göstərilmiş "Şəbnəm" yazısı olan bir ədəd boynbağı, qiyməti 30 manat olduğu göstərilmiş 2 ədəd qol saatı, qiyməti 2 manat göstərilmiş bir ədəd "Kəbbə" formasında kulon, qiyməti 30 manat olan bir cüt bijuteriya olan sırğa və qiyməti 2 manat olan iki ədəd kulonlu boyunbağı və 1 (bir) ABŞ dolların Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan dəyəri 200 manat olan 1 ədəd “Swatch” markalı qol saatı zərərçəkmiş şəxs X27 qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxslər X9, X28, Zərərçəkmiş şəxs3, X16, Zərərçəkmiş şəxs5, X27, Zərərçəkmiş şəxs6 Qaraoğlan qızına, Zərərçəkmiş şəxs4, X31 və X10 oğluna izah olunsun ki, onlara vurulmuş maddi zərərlə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 311,29 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilsin. İş üzrə aparılmış məhkəmə-daktiloskopik ekspertizası tədqiqatının dəyəri 60 manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X43 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 manat və X42 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 manat, ümumilikdə 360 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxslərə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Elçin Məmmədov