Məhkəmə qərarları › İş №1(060)-355/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-355/2022

14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-355/2022 14.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X7 iştirakları ilə xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 15:52də ünvan 2 ünvanında yerləşən Şahid1 icarə əsasında işlətdiyi “Zozan” kişi geyimləri mağazasına gələrək sonuncunun ünvanına nalayiq söyüşlər söyən zaman mağazada satıcı işləyən Zərərçəkmiş şəxs1 ona söyüş söyməməsini irad bildirməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan ətrafında olan insanlara laqeydlik və etinasızlıq göstərməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək qəsdlə Zərərçəkmiş şəxs1 yumruq zərbələri ilə baş və sifət nahiyyələrinə, təpiklə sol ayağına vuraraq sol alın-gicgah nahiyyəsinin şişkinliyi-hematoması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib vitrindəki paltarları dağıdarkən ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 da qəsdlə yumruq zərbələri ilə sifət nahiyəsinə vuraraq sol alt çənə qovsunun şişkinliyi-hematomasından ibarət sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Hüseyn “Zozan” mağazasının sahibidir. Hüseyin onu bir çox sosial şəbəkələrdə söyüb təhqir etmişdir. O da buna əsəbiləşib xx.xx.2021-ci il tarixdə Hüseynlə söhbət etmək üçün mağazaya getmişdir. Bu zaman Hüseynin mağazada olmaması və orada olan şəxslər Elvin ilə Fuadın ona aqressiv cavab verməsi onu əsəbləşdirmiş və onlar dalaşmışlar. Cinayət işinin materiallarına əlavə edilmiş video görüntü tam deyildir. Həmin vaxt Fuadın onun üstünə gəlməsi və ona müqavimət göstərməsi görüntüdən çıxarılmışdır, görüntülər təhrif edilmişdir. O, hadisədən sonra zərərçəkmişlərin hər ikisi ilə bir yerdə Sumqayıt şəhərində Zəngəzur adlanan restoranda oturmuş, onlarla barışmışdır. Hüseyin adlı şəxs ona qarşı qərəzlidir, tərəflərdən biri ona qarşı olan şikayətin geri götürmək məqsədi ilə polis idarəsinə teleqram vasitəsi ilə müraciət etmiş və gələcəkdə də ona qarşı hər hansı bir şikayət və tələbinin olmayacağın bildirmişdir. Sonradan Hüseyin həmin şəxsləri öyrətmişdir və Hüseyn ondan həmin şəxslərin şikayətlərin geri götürməsi üçün iyirmi min manat pul istəmişdir. Hüseyn şəxsləri öyrətdikdən sonra Fuad ona sms vasitəsi ilə yazmışdır ki, əgər ona beş min manat pul verməsə gedib onun barəsində yenidən şikayət edəcək. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs Elvin bildirmişdir ki, o həmin mağazada satıcı kimi işləmir, lakin bu yalandır. Elvin həmin mağazada satıcı kimi işəlyir və mağazanın sosial şəbəkə hesablarında yerləşdirilən reklamlarda da, Elvinin satıcı kimi mağazada işləməsini təsdiq edir. Bununla bağlı məhkəməyə təqdim etdiyi “instagram” sosial şəbəkəsindən paylaşımlar da bunu təsdiq edir. Məhkmədə zərərçəkmiş şəxs Fuad özüdə etiraf etdi ki, o hadisədən sonra mağazanın digər yan otağına keçən zaman yıxılmışdır. Mübahisə baş vermiş mağaza isə iki hissədən ibarətdir. Bir hissədə qadın geyimləri, bir hissədə isə kişi geyimləri satılır. Həmin hissələr arasında olan keçid sərt pilləkənlərdən ibarətdir. Ola bilsin ki, Fuad həmin yeri keçərkən yıxılmış və başından xəsarət almışdır. Fuadın yüngül bədən xəsarəti almasının onunla heç bir əlaqəsi yoxdur. İş üzrə digər zərərçəkmiş olan Elvinə isə heç bir yumruq zərbəsi endirməmişdir, yalnız əlinin iç nahiyyəsi ilə yüngül toxunmuşdur. Hətta Elvin ona bildirmişdir ki, polisdən onlara deyiblər ki, hər biri Elxandan beş min manat pul almasnız, şikayətinizi geri götürməyin. Fuadın atası da ona bildirdişdir ki, onların Hüseyinə borcu var və Hüseyin onlara bildirib ki, pul almasanız şikayətinizi geri götürməyin. Polis idarəsinin əməkdaşları da ona qarşı qərəzlidirlər. Bunun bariz nümunəsi polis əməkdaşları tərəfindən barəsində iki dəfə protokol tərtib edilməsi və həmin inzibati xəta haqqında protokollara məhkəmə tərəfindən xitam verilməsidir. Polis tərəfindən dəfələrlə qərəzli olaraq onun barəsində istintaq işləri aparılmışdır. Zərərçəkmiş şəxslər də ona qarşı çox qərəzlidirlər. İş materiallarında olan ekspert rəyi də əsassızdır, o rəylə heç cür razılaşmır. O dəfələrlə zərərçəkmiş şəxslərlə barışıq üçün cəhd etmişdir, onlar ondan iyirmi min manat pul istədilər. Eyni zamanda CMnin 221.2-ci maddədə göstərilir ki, digər şəxsin əmlakına ziyan vurmaqla törədildikdə bu cinayət əməli yaradır. Lakin onun mağazada hansı əmlaka ziyan vurduğu cinayət işi materiallarında göstərilmir, bununla bağlı iş materiallarında heç bir ekspert rəyi yoxdur. Burada hansısa zərərdən söhbət gedə bilməz. Ona ittiham olunan maddədə göstərilir ki, cəmiyyətə açıq hörmətsizlik, onun hərəkətlərində cəmiyyətə qarşı hər-hansı bir hörmətsizlik olmayıb. Müstəntiq işin bu hallarını təhrif etmək məqsədi ilə yazır ki, ətrafdan kənar şəxslər hadisə yerinə gəlmişdir. Halbuki, hədisə mağazanın içəri hissəsində olub və ora kənardan heç bir şəxs daxil olmamışdır, hadisəni kənar şəxslər də görməmişdir. Ekspert rəyində göstərilir ki, göstərilən xəsarət şəxs tərəfindən özü-özünə yetirilə bilməz. Ötən məhkəmə iclasında zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, yıxılıb xəsarət alıb. Ekspert rəyində isə bu nəzərə alınmayıb. İş üzrə şahid qismində dindirilmiş şəxslərdən Şahid1 isə polisə dəstək qrupunda çalışır o polislə hər-hansı bir formada işəyir. O özünü inzibati xətaya görə təqsirli bilir və hesab edir ki , onun əməlində cinayət tərkibi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında hadisə olan gün mağazada satıcı işləyən Zərərçəkmiş şəxs1 yumuruqla deyil, əlinin içi ilə vurmuş və ona görə də sonuncuya xəsarət yetirməmişdir, sübut kimi video görüntünü təqdim etmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü cinayət əməlinin törədilməsində təqsirli bilmədiyini, yetirdiyi xəsarətin dərəcəsinə görə inzibati qaydada məsuliyyət daşıdığını, bu səbəbdən də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində bildirmişdir ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon ev 155A-da ailə üzvləri ilə birlikdə yaşayır, əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 şikayətləri ilə tanış olmuş, bununla bağlı bildirmişdir ki, o, həmin şəxsləri tanıyır, onları Sumqayıt şəhəri Sülh küçəsində yerləşən “Zozan” kişi geyimləri dükanın sahibi olan Hüseynin satıcıları kimi tanımış, onlarla heç bir ədavət düşmənçiliyi olmamışdır. Hadisə baş verən gün, yəni 21 noyabr 2021-ci il tarixdə tarixdə hadisə baş verməmişdən öncə Şahid1 ona “Whatsapp” proqramı ilə onun şərəf və ləyaqətini alçaldıcı sözlərlə və söyüşlərlə təhqir etdiyi üçün o, saat 15-16 radələrində Hüseyni görmək üçün onun işlətdiyi “Zozan” kişi geyimləri dükanına gəlmiş, Hüseyn telefonda ona artıq-əskik səs yazısı atdığı üçün o, əsəbiləşib Hüseynin dükanına gəlmiş ki, onunla söhbət etsin. O, dükana gəlib görmüş ki, Hüseyn dükanda yoxdur. O, əsəbiləşdiyi üçün Hüseynin ona qarşı dediyi söyüşləri dükanda o, Hüseynin ünvanına söyürmüş. Həmin vaxt o, satıcılardan Hüseynin onu söyən vaxt dükanda olub olmadığını soruşmuş, onlar da Hüseynin dükanda olduğunu demişdirlər. Bu vaxtı dükanda satıcı işləyən Fuad və Elvin ona demişlər ki, Hüseyni söyməsin. O, da əsəbi olduğu üçün Fuada ona nə dediyini deyib Fuadı yumuqla baş nahisyyəsindən bir dəfə itələmiş və bir dəfə təpiklə ayağında yüngülcə toxunmuşdur. Fuad qaçıb gedəndə o, əsəbi olduğu üçün onun arxasınca getmiş və paltar vitrinində olan paltarları yerə dağıtmışdır. Həmin vaxt Elvin onun qolundan tutduğu üçün o, Elvinə yumruq atmış, lakin zərbələr ona toxunmamışdır. Sonra dükanda olan tanımadığı müştəri onu sakitləşdirmişdir. O, da sakitləşəndən sonra çıxıb getmişdir. Əməlindən peşmandır. Hadisə baş verəndən sonra o, Fuad və Elvinlə yenidən dükanda görüşmüş, onlarla qucaqlaşıb görüşmüş, onlarla barışmış, Elvin də bildirmiş ki, narahat olma, o, bilir ki, Hüseyn ağzının danışığını bilmir, səbrli olmağa çalış. O, əsəblərinə sahib ola bilməmiş, satıcılarla onun heç bir problemi olmamışdır. Hadisədən iki gün sonra o, Fuad, Elvin və tanışları Əli, Rövşən, Samirlə birlikdə Sumqayıt şəhəri 17-ci mikrorayonda yerləşən “Zəngəzur” restoranında çörək yeyib barışmışlar. Həmin vaxt Fuad və Elvin bildirmişdir ki, onların heç bir şikayətləri, tələbləri və hər hansısa xəsarətləri yoxdur. Hətta dostu Rövşən də onlara bildirmişdir ki, hansısa narahatçılıqları varsa onları həkimə apara bilər. Onlar da heç bir narahatçılqları olmadıqlarını bildirmişdirlər və şikayət ərizələrini geri götürəcəklərini demişdirlər. Daha sonra Şahid1 qərəzli olaraq onla düşmənçilik mövqeyində olduğu üçün Fuadı və Elvini ondan şikayət etmələrini öyrətmiş, hətta X19 restoranınım müdiri Rəşada demişdir ki, Elxan onlara 20000 manat pul ödəsin onlar şikayətlərini geri götürsünlər, həmçinin Hüseyn Fuadı da öyrətmiş, Fuad da ondan barışıq vermək üçün 5000 manat pul istəməyə başlamış və bu barədə ona “Whatsapp” proqramı vasitəsi ilə mesaj da yazmışdır. Daha sonra Elvin ərizəsini geri götürmüşdür. Sonra Elvin ondan yalandan şikayət etmiş ki, guya o, Elvinə hədə qorxu gəlib şikayətini geri götüzdürmüş, lakin Elvin yalan deyir, bu barədə Abşeron rayon polis idarəsinin Mehdibad bölməsində də araşdıma getmişdir. Eynən Fuad da yalandan ona şər atmışdır ki, onu hədələyib barışıq ərizəsi istəmiş, bu barədə də Saray bölməsində araşdırma aparılmışdır. O, Elvin və Fuadla barışmaq üçün onların ünvanlarına getmiş, lakin onları heçnə ilə hədələməmiş, onlara silah çıxarmamışdır. Onların onun üstünə şər atdıqlarını, bu məsələyə başçılıq edənin Hüseynin olduğunu, onu uşaqlarla barışmağa qoymadığını, ondan onlar vasitəsi ilə barışıq vermək üçün pul istədiyini bildirmişdir. Eyni zamanda o, Hüseynin qardaşı Əhmədov Əli onun evinə bir qrup şəxslə basqın etdiyi üçün Əlinin barəsində cinayət işi açıldığını, Hüseynin də bu səbəbdən onunla qərəzli mövqe tutduğunu, onu tutduracağını hər yerdə dediyini, lakin dükanda baş verən hadisənin Hüseynə heç bir aidiyyatı olmadığını qeyd etmiş, həmçinin o, ona elan olunmuş Fuadla bağlı məhkəmə tibbi ekspertizasının rəyi ilə razı olmadığını, təkrar ekspertiza keçirilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək bildirdi ki, hadisə baş verən “Zozan” adlanan kişi üst geyimləri satılan mağazada işləyir. Onun Elxan və Hüseyn arasında olan ədavətdən, həmin ədavətin mahiyyətindən də xəbəri yoxdur. 21 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs mağazaya daxil olaraq Hüseyinin ünvana nəlayiq ifadələr işlətməyə başlamışdır. O, Təqsirləndirilən şəxs nizam - intizaman dəvət etsə də, o söyüşlərinə davam etmişdir. Dəfələrlə mağazanın ictimai yer olduğunu, kənar şəxslərin ora gələ biləcəyini Elxana bildirməsinə baxmayaraq, o nəlayiq ifadələri yüksək səslə işlətməyə davam etmişdir. Bu zaman əvvəldən onların daimi müştərisi olan Əli adlı şəxs mağazaya daxil olmuş, X14 və onların barəsində nəlayiq ifadələr bildirərək, mağazadan heç bir mal almamasın məsləhət görmüşdür. Elxan Hüseyn barədə nəlayiq ifadələr işlətməyə davam etdikdə, o Elxana bildirmişdir ki, Hüseyin mağazada yoxdur, özü gələr sözlərini özünə bildirərsən, burada Hüseyn yoxdur, onun barəsində nalayiq ifadələr işlətmək düzgün deyildir. Bu zaman Elxan ona məhəl qoymayaraq onu yumruqla vurmuşdur. Elxanın yumruq zərbəsi onun alın nahiyyəsinin sol hissəsindən dəymiş, o hadisə yerindən qaçmaq istəmiş, lakin həmin vaxt aldığı zərbənin təsirindən kənarda yıxılmış, bu zaman alın nahiyyəsinin sağ hissəsi də zədələnmişdir. O mağazanın digər hissəsindən baxanda görmüşdür ki, Elxan hələdə oradadır. Həmin vaxt Elxana bildimişdir ki, nəyə görə onu vurmuşdur, onun günahı nədir ki, onun müdiri və qardaş bildiyi şəxs Hüseynin ünvanına pis sözlər işlədir, əgər problemləri varsa üz-üzə gəlib qarşılıqlı həll etsinlər. Düzdür, hadisədən bir neçə gün sonra Elxan Əli adlı şəxslə onlarla Zəngəzur restoranında görüşmüş, üzrxahlıq etmişdir, lakin aralarında hadisə ilə bağlı heç bir barışıq olmamışdır. Mübahisə Təqsirləndirilən şəxs mağazaya daxil olması təhqirlərə başlaması və dalaşmanın baş verməsi təxminən 10 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxsla Şahid1 arasındakı mübahisənin ona aidiyyatı olmamış, Təqsirləndirilən şəxs təhqiramiz ifadələr işlətməməsi barədə iradlara məhəl qoymayıb onu və Elvin Qənbərovu döymüşdür. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəzanın seçilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək bildirdi ki, o, santexnik ustasıdır. Hadisə baş verən mağaza onun bibisi oğlu Hüseynə məxsusdur, o həmin mağazada satıcı işləmir. 21 noyabr 2021-ci il tarixdə, təxminən saat 16 radələrində o həmişə olduğu kimi digər satıcı Fuadla birlikdə işlədikləri “Zozan” adlanan mağazada olduqları zaman Elxan mağazaya girmiş, Elxan mağazaya girdikdən sonra ucadan mağazanın sahibi Şahid1 ünvanına nalayiq söyüş söyməyə başlamış, həmin vaxt mağazada o və Fuaddan başqa heç kim olmamışdır. Fuad Elxanın ucadan nalayiq söyüş söydüyünü eşidib ona öz iradını bildirərək söyüş söyməməsini demişdir. Elxan isə daha söyüş söyməyib əsəbi halda mağazanın içərisində gəzməyə başlamış, Fuad isə mağazadan çölə çıxıb mağazanın qarşısında dayanıb siqaret çəkməyə başlamışdır. Həmin vaxt mağazaya daimi müştəriləri olan Əli adı ilə tanıdığı şəxs daxil olmuş, Elxan Əlini görüb ona yaxınlaşmış və yenədə Hüseynin ünvanına nalayiq söyüşlər söyüb Əliyə daha mağazaya gəlməməsini demişdir. Fuad, Elxanın dediyi sözləri eşidib mağazanın içərisinə daxil olmuş və yenə də Elxana yaxınlaşıb söyüş söyməməsini, nə sözü olsa Hüseyn gəldikdən sonra üzünə deməsini bildirmişdir. Fuadın bu sözlərindən sonra Elxan daha da əsəbiləşərək Fuadın ünvanına ucadan nalayiq söyüşlər söyüb yumruq zərbələri ilə onun baş və sifət nahiyyələrinə, təpiklə sol ayağına vuraraq döyməyə başlamışdır. O Elxanın Fuadı döydüyünü görüb ona yaxınlaşmış və Fuadı döyməsinə mane olmağa çalışaraq Elxana öz iradını bildirən zaman Elxan onun da üstünə hücum edərək yumruq zərbələri ilə onu vurmağa başlamışdır. Onlar onu sakitləşdirməyə çalışsa da Elxan sakitləşmək bilməmiş, mağazanı dağıdacağı və onu vurub öldürəcəyi ilə hədələyib, yumruğunu havaya qaldırıb onları təkrarən vuracağını demişdir. Həmin vaxt orada olan Əli adlı şəxsin Elxanı sakitləşdirməyə çalışdığını dəqiq xatırlamır. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəzanın seçilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. O, ünvan 2 ünvanında icarə əsasında işlətdiyi “Zozan” kişi üst geyimləri mağazası olduğunu, Elxanı da həmin mağazasından müştəri kimi tanıyır. 21 noyabr 2021-ci il tarixdə təxminən saat 14-15 radələrində Elxan onunla telefonda şit zarafat etdiyi üçün onların arasında telefonda mübahisə yaranmış, Elxan onu söydüyü üçün, o, da Elxanı söymüşdür. Elxan da onu söyməyinə görə əsəbiləşərək onun işlətdiyi dükana gəlmişdir. Lakin o, həmin vaxt dükanda olmamış, Elxan da dükanda müştəri və satıcı işləyən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yanında onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Fuad da Elxanın ucadan nalayiq söyüş söydüyünü eşidib ona öz iradını bildirərək söyüş söyməməsini demişdir. Həmin vaxt Elxan Fuadın ünvanına ucadan nalayiq söyüşlər söyüb yumruq zərbələri ilə onun baş və sifət nahiyyələrinə, təpiklə sol ayağına vuraraq Fuadın arxasınca qaçarkən, mağazada olan kişi geyimlərini də yerə atmışdır. Elxanın Fuadı döydüyünü görüb Elvin və dükanda olan müştəri Əli də ona yaxınlaşaraq Elxanın Fuadı döyməsinə mane olmağa çalışdıqda Elxan Evinin üstünə hücum edərək yumruq zərbələri ilə onu da vurmağa başlamışdır. Həmin vaxt Əli onu sakitləşdirmişdir. Bütün bu hadisə mağazanın nəzarət videokamerasına düşmüşdür. Elxanla onun arasında olan mübahisənin Elvin və Fuadla heç bir əlaqəsi olmamışdır. Heç bir səbəb olmadan Təqsirləndirilən şəxs hər iki şəxsi döyüb mağazanın iş rejimini pozmuşdur. Baş vermiş mübahisənin səbəbi də qardaşı ilə Elxanın yaxın dostluq etməsi, daima bir yerdə oturubdurmaları, Elxanın onun barəsində qardaşına yalan sözlər deməsi olmuşdur. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 21 noyabr 2021-ci il tarixdə aldığı şalvar böyük olduğundan dəyişmək üçün ünvan 2 ünvanında yerləşən “Zozan” kişi üst geyimləri mağazasına getmişdir. Bu zaman əvvəldən tanıdığı Təqsirləndirilən şəxs mağazanın qabağında görmüşdür. O, Elxanın əsəbi olduğunu görmüş və nəyə görə əsəbi olduğunun səbəbini soruşmuşdur. Həmin zaman Elxan ona Hüseynlə aralarında olan whatsapp yazışmalarını göstərmiş, bu səbədən əsəbi olduğunu bildirmişdir. Bundan sonra, Elxan mağazaya girmiş, mağazağa olan zaman orda olan iki nəfər satıcı ilə aralarında mübahisə düşmüş, mübahisə zamanı o onları bir-birindən aralamışdır. Hadisə baş verən zaman orada o, Elxan və mağazanın iki satıcısı olmuşdur. Onda olan məlumata əsasən əvvəldən Hüseynlə Elxan arasında whatsappda səsli mesaj səbəbindən mübahisə yaranmış, Elxan da bu səbəbdən əsəbiləşib mağazaya Hüseyni görməyə gəlmişdir. O, mağazada olan zaman Elxan Hüseynin ünvanına nalayiq sözlər işlətmiş, satıcılarla Elxan arasındakı mübahisə də həmin səbəbdən yaranmışdır. Sonra Elxan mağazanı tərk etmiş, avtomobilə əyləşərək oradan getmişlər. Mübahisə etdiyi şəxslərin adını dəqiqliklə xatırlamasa da, birinin adı Fuad olmuşdur, digəri isə Hüseynin xalası oğlu olmuşdur. Hadisə vaxtı davadalaş olduğundan aldığı şalvarı mübahisə bitdikdən sonra dəyişmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə Məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin xx.xx.2021-ci il tarixli, 1573 saylı ekspert rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol alt çənə qövsünün şişkinliyi-hematoması. Qeyd olunan xəsarətlər küt əşya təsərindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqla vurmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin xx.xx.2021-ci il tarixli, 1574 saylı ekspert rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsatərlər aşkar edilmişdir: sol alın-gicgah nahiyyəsinin şişkinliyi-hematoması. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqla vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvumaya aiddir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Sumqayıt şəhər Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2011-ci il tarixdə CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2021-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 573/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Abşeron rayon Pİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X9 tərəfindən qəbul edilmiş 25 dekabr 2021-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən telefon vasitəsi ilə ona hədə-qorxu gəlməsi ilə bağlı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Abşeron rayon Pİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X10 tərəfindən qəbul edilmiş 21 dekabr 2021-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən telefon vasitəsi ilə ona hədə-qorxu gəlməsi ilə bağlı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş Suqmayıt şəhər 11 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarından görünür ki, həmin cinayət işi Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X11 tərəfindən 06 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarəti alması faktına görə Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanmış və icraatına qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işi materiallarında olan 18 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dindirilməsi üçün məcburi qaydada Sumqayıt ŞPİ-nin İŞ-nə gətirilmişdir. Cinayət işi materiallarında olan 05 yanvar 2022-ci il tarixi “təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması qərara alınmışdır. Cinayət işi materiallarında olan “təqsirləndirilən şəxs haqqında axtarış elan edilməsi və ittiham elan etmək üçün tutulması haqqında” 05 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş və ittiham elan edilmək üçün tutulub Sumqayıt ŞPİ-nin MSY-nə gətirilməsi qərara alınmışdır. Cinayət işi materiallarında olan “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 05 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaqa verilənədək iş üzrə icraat dayandırılmışdır. Cinayət işi materiallarında olan “axtarışda olanın tutulması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 16:15-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. Cinayət işi materiallarında olan 19 yanvar 2022-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. Cinayət işi materiallarında olan 19 yanvar 2022-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altında vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan “cinayət əməlinin tövsif edilməsi” haqqında 28 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrli cinayət işi üzrə törədilməsi müəyyən edilən əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.2-ci maddəsinə tövsif edilmişdir. Cinayət işi materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 23 fevral 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi 01 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 24 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun “Xuliqanlıq işləriüzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsilətövsüf edilməsi üçün əsasdır. İzah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyətnəzərdə tutan Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdəisə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir haldatörədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarınşəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərəalmaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs vətəndaşlara xidmət göstərən ictimai iaşə obyektində xuliqanlıq, yəni, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətin (hər hansı bir) üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər etməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxsin ifadəsi və məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, o, ünvan 4 ünvanında yeləşən “Zozan” adlı mağazada xuliqanlıq hərəkətlərini edərkən Şahid2 da şahid kimi onun xuliqanlıq hərəkətlərini görmüşdür. O, Zərərçəkmiş şəxs1 heç bir əsas olmadan döymüş, Zərərçəkmiş şəxs2 onu uzaqlaşdırmağa çalışan zaman onu da vurmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 və X13 Xıdırovla Şahid1 arasındakı mübahisəyə aidiyyatı olmamış, Təqsirləndirilən şəxs mağazaya gələrək Şahid1 mağazada olmadığı barədə ona məlumat verilməsinə baxmayaraq söyüşlərinə davam etmiş, bu söyüşlərin mütəmadi xarakter aldığını görən Zərərçəkmiş şəxs1 ona söyüşlərini dayandırmasını barədə iradini özü üçün qəbul edilməz hal kimi qiymətləndirilib ilk zərbəni endirməklə onu vurmuş, daha sonra sonuncunun qaçdığını görüb onu təqib etmiş, daha sonra sıra ilə düzülmüş paltarları əli ilə dağıtmış,bu zaman oun bu hərəkətlərini dayandırmağa çalışan Elvin Qənbərovu da əl zərbələri vurmuş və daha sonra, təhqiramiz sözləri işlətməklə əlavə zərbələr vurmaqla hədələmişdir. Bundan əlavə, bu hərəkətlər nəticəsində mağazada şalvarını dəyişmək üçün gələn Şahid2 istirahət, mağazanın iş rejimi və paltarların düzümü də pozmuşdur. Bu hərəkətləri ilə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İbtidai istintaq tərəfindən işə əlavə edilmiş və müdafiə tərəfinin təqdim etdiyi video görüntülərə məhkəmə baxış keçirərək müqayisəli təhlil aparılmış və müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Zozan” kişi geyimləri nalayiq söyüşlər söyən zaman mağazada satıcı işləyən Zərərçəkmiş şəxs1 ona söyüş söyməməsini irad bildirməsindən sonra qəsdlə Zərərçəkmiş şəxs1 baş, sifət nahiyəsinə əli ilə, təpiklə sol ayağına zərbə vuraraq onun arxasınca qaçaraq mağazada olan kişi geyimlərini dağıdıb yerə tökür, həmin vaxt onun qolundan tutub ayırmaq istəyən Zərərçəkmiş şəxs2 yumruq zərbələri ilə sifət nahiyəsinə vurur, orada olan Əli adlı müştəri Elxanı ondan ayırıb kənara çəkir. Təqsirləndirilən şəxs yenə nalayiq ifadələr işlədərək Zərərçəkmiş şəxs2 yenidən zərbə vurmaqla hədələyir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əlinin içi və ya yumuruqla vurması nəticəsində Zərərçəkmiş şəxs1 yüngül xəsarət alıb-almaması Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tövsifinə hər hansı təsir etmir. Yəni, xuliqanlıq əməlinin tərkibinin yaranması üçün zərərçəkmiş şəxsin xəsarət alınması qanunvericiliyə əsasən şərtləndirilməmişdir. Yuxarıda göstərilənləri və işin faktiki hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı xuliqanlıq hərəkətlərinə yol verməməsi və xəsarət yetirməməsinə dair ifadələrinə tənqidi yanaşır və ifadəsinin həmin hissələrini sübut kimi qiymətləndirmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxslərin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur, məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, zərərçəkmiş şəxslərin şikayətçi olmaları, onların həyat və sağlamlıqları üçün təqsirləndirilən şəxsi təhlükəli şəxs olaraq görmələləri, hazırda törədilmiş əməlin ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid olduğu məhkəmə tərəfindən nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İbtidai istintaq dövründə saxlanıldığı bir gün təyin ediləcək cəzadan çıxılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-355/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 489 saylı orderə əsasən vəkil X2 onun vəkili təyin etmişdir. Müdafiəçi X3məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar