Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-356/2021 03.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 48,100 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki əldə edib daşıyaraq üzərində saxlamış, 06 mart 2021-ci il tarixdə saat 16:14-də Sumqayıt şəhər polis idarəsinin 2-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Ə.Vahid küçəsi, dənizkənarı yolun yaxınlığında saxlanılaraq, 2-ci polis bölməsinə gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 48,100 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 05.03.2021-ci il tarixdə günorta saatlarında o evdən çıxaraq şəxsi işləri ilə əlaqədar Bakı şəhəri 20 Yanvar metrostansiyasının yanına getmtşdir. Həmin metrostansiyasının yaxınlığında olan üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxs, ona yaxınlaşıb söhbət əsnasında narkotik vasitə olan tiryək satdığını bildirmişdir. O onunla bir qədər söhbət etdikdən sonra ondan şəxsi istifadəsi üçün 130 manata şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü almış və onu əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Həmin gün axmam saatlarında Bakı şəhərindən çıxıb Sumqayıt şəhərinə evinə qayıtmışdır. 06.03.2021-ci il tarixdə saat 16:15 radələrində o Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Ə.Vahid küçəsi dənizkanarı yolun yaxınlığında olarkən videoçəkilişlə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmçinin həmin vaxt onların yanında olan digər 01 nəfər polis əməkdaşı da əlində olan video kamera ilə orada çəkiliş aparmışdır. Ona da özünü təqdim etməyini dedikdə, o da özünü təqdim etmişdir. O onlardan nə səbəb saxlanıldığını soruşduqda, həmin əməkdaşlardan özünü ona Sumqayıt ŞPİ-nin 2-cü PB-nin təhqiqatçısı kimi təqdim edən şəxs ona daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələri əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını demişdir. Həmin vaxt ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. Daha sonra onlar orada əlverişli şərait olmadığını, eləcə də onun üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparacağını bildirilərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 2-ci PB-yə dəvət etmişlər, o da etiraz etməyərək videoçəkiliş dayanmadan onlarla birlikdə həmin bölməyə getmişdir. Həmin bölmədə xidməti otaqların birində ona hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosundan vəkil Müdafiəçi1 təqdim olunmuşdur. Daha sonra təhqiqatçı müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiricəyini bildirmiş, o da etiraz etməmişdir. Ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif etmişlər. O da qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü onlara təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olduğunu, onu haradan əldə etdiyi soruşulduqda, o da onlara demişdir ki, həmin narkotik vasitə olan tiryəkdir, onu 1 gün əvvəl, yəni 05.03.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri 20 yanvar metrostansiyasının ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 130 manata almışdır. Ondan götürülmüş narkotik vasitə olan tiryək tərəzidə çəkilmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd «Argo» markalı siqaret, 01 ədəd kibrit qutusu, 03 ədəd 1 manatlıq pul özünə geri qaytarılmışdır. Həmin narkotik vasitə olan tiryəkin ekspertizaya göndərilməsi və sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılmışdır. Daha sonra narkotik vasitə olan tiryək qablaşdırılmış və sənədləşdirmə aparıldıqdan sonra, o da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Narkotik vasitə olan heroini aldığı şəxsi tanımamış, həmin şəxsin əlaqə nömrəsi onda yoxdur. O Bakı şəhəri “20 Yanvar” metrostansiyasının yaxınlığında olarkən təsadüfən həmin şəxslə tanış olmuş və söhbət əsnasında onun tiryək satdığını bilib ondan 130 manata üzərindən aşkar olunan tiryəki almışlır. O əvvəllər həmin şəxsdən narkotik vasitə almamışdır. O ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. O polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Sumqayıt ŞPİ-nin 2-ci PB-də təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişdirlər. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunun nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, 06.03.2021-ci il tarixdə Sumqayıt şəhərində Ramil adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 06.03.2021-cu il tarixdə, saat 16:14-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev küçəsi Ə.Vahid küçəsi dənizkənarı yolun yaxınlğınıda müəyyən olunaraq, saxlanılmışdır. Belə ki, videoçəkiliş aparılmaqla Sumqayıt ŞPİ-nin 2-cü PB-nin təhqiqatçısı, polis kapitanı X2 Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Bundan sonra onlarda özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanıldığını soruşanda, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı Ramilə daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələri əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu deyərək saxlanıldığını, onun üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparacağını bildirmişdir. Ramil də etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş verilmiş, o da bildirişlə tanış olmuşdur. Həmin yerdə əlverişli şərait olmadığı və Ramilin üzərində şəxsi axtarış keçirilməsi üçün o Sumqayıt ŞPİ-nin 2-ci PB-yə dəvət olunmuş, Ramil də etiraz etməyərək videoçəkiliş dayanmadan, davam etdirilərək onlarla birlikdə həmin bölməyə getmişdir. Həmin bölmədə xidməti otaqların birində Ramilə hüqularının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosundan vəkil Müdafiəçi1 təqdim olunmuşdur. Həmin vaxt təhqiqatçı müdafiəiçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiricəyini bildirmiş, o da etiraz etməmişdir. Ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif etmişlər. Ramil qara rəngli gödəkçəsinin sağ yan cibində olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü onlara təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olduğu, onu haradan əldə etdiyi soruşulduqda, Ramil də demişdir ki, həmin bükümdə narkotik vasitə olan tiryək var, onu 1 gün əvvəl, yəni 05.03.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri 20 yanvar metrostansiyasının ərazisində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 130 manata almışdır. Ramildən götürülmüş narkotik vasitə olan tiryək tərəzidə çəkilmiş, üzərindən aşkar olunmuş 01 ədəd «Argo» markalı siqaret, 01 ədəd kibrit qutusu, 03 ədəd 01 manatlıq pul sübut əhəmiyyətli olmadığından Ramilin özünə geri qaytarılmışdır. Həmin narkotik vasitə olan tiryək ekspertizaya göndərilməsi və sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırımışdır. Daha sonra narkotik vasitə olan tiryək qablaşdırılmış və sənədləşdirmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs da həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi, polis baş leytenantı Şahid3 Şahid2 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 06.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdqiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 06.03.2021-ci il tarixli, 6/926 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “...Şübhəli şəxs...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 48,100 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir (tiryəkin təmiz çəkisi-48,100 qram, tədqiqata sərf edildi-0,100 qram, qalıq-48,000 qramdır). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 08.04.2021-ci il tarixli, 1025 saylı rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş 1547 №li 02.04.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə 2009-cu ilin avqust ayından narkomaniya diaqnozu ilə qeydiyyatdadır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 20.04.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi T.Əhmədlinin 08.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs MSY-dən azad olunması və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalıdır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 31.05.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin 08.06.2021-ci il tarixli 125-2968-1221 №li məktubundan və 08.06.2021-ci il tarixli protokolundan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının 23.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuş 11.06.2021-ci li tarixli 17/40-2289 №li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 08.06.2021-ci il tarixdə tutularaq Sumqayıt şəhər polis idarəsinin MSY-nə təhvil verilmiş və 10.06.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun təqsirləndirilən şəxs kimi axtarışa verilib tutulduğu vaxtdan, yəni 08 iyun 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 48,000 qram çəkidə narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli (iş № 1(060)-356/2021) qərarını icra edərək, 07 may 2021-ci il tarixli 470 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulub saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 08 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və onun ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 48,000 qram çəkidə narkotik vasitə olan tiryək məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81,82 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-356/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-356/2021
03.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver