Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-357/2021 01.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1967-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında yaşayan, ünvan 2, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17.02.2021-ci il tarixdə Bakı şəhəri “20 Yanvar” dairəsi yaxınlığında istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 11 büküm kiməyəvi tərkibləri eyni olan, ümumi çəkisi 0.880 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq bir qismini üzərində, digər qismini yaşadığı evdə saxlamış, 17.02.2021-ci il tarixdə saat 20:47-də Sumqayıt şəhəri 36-cı məhəllə ərazisində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirilmiş və orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibində saxladığı üç ədəd ağ rəngli kağız bükümdən ayrı-ayrılıqda təmiz çəkiləri 0.081 qram, 0.052 qram, 0.083 qram ümumi xalis çəkisi 0.216 qram olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vastə heroin aşkar olunaraq götürülmüş, həmin günü saat 21:05-də yaşadığı ünvan 3 ünvanına keçirilən baxış zamanı, qonaq otağında kreslonun üzərindəki yastığın altında saxladığı səkkiz ədəd ağ rəngli kağız bükümdən ayrı-ayrılıqda təmiz çəkiləri 0.116 qram, 0.060 qram, 0.104 qram, 0.147 qram, 0.041 qram, 0.046 qram, 0.094 qram, 0.056 qram ümumi xalis çəkisi 0.664 qram xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən qəhvəyi rəngli tozşəkilli narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 17.02.2021-ci il tarixdə saat 20:47-də yaşadığı evə qayıdan zaman Sumqayıt şəhəri 36-cı məhəllədə ona 5-6 nəfər polis əməkdaşı yaxınlaşıb özlərini təqdim edərək kimli barədə maraqlanmışdılar. O polis əməkdaşlarına şəxsiyyəti barədə məlumat verdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin istifadəsində, daşınmasında, satılmasında və saxlanılmasında şübhəli bilindiyini demişdirlər. Polis əməkdaşları onun şübhəli şəxs qismində tutulduğunu, artıq şübhəli şəxs statusunda olduğunu və şübhəli şəxsin bütün hüquqlarından istifadə etmək imkanının olduğunu bildirmişdilər. Onunda razılığı ilə hüquqlarını Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi müdafiə edəcəkmiş. Üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Videoçəkiliş davam edə-edə razılığı ilə onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışdırlar. Orada xidməti otaqların birində ona vəkil Müdafiəçi təqdim edilmişdir. Daha sonra ondan üzərində hər hansı narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya yaxud predmetin olub-olmadığı soruşulmuşdur. Həmin vaxtı onun əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibində saxladığı içərəsində narkotik vasitə heroin kütləsi olan 03 ədəd kağız bükümlərini təqdim etmişdir. Digər evdən tapılan 08 ədəd kağız büküm olan heroin və tərəzinin ona məxsus olmamasını, başqa kimsə tərəfindən onun xəbəri olmadan evə qoyulduğunu bildirmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında təqsirini qismən boynuna almasını, 03 ədəd kağız bükümünün və tərəzinin ona məxsus olmamasına dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun məhkəmədə özünü qismən təqsirli bilyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakılarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 17.02.2021-ci il tarixdə təxminən saat 13 radələrində Bakı şəhəri 20 yanvar dairəsi yaxınlığında olan zaman tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manat qarşılığında 11 bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin gün saat 12 radələrində yaşadığı evə getmişdir. 8 bükümü evdə qonaq otağında kreslonun üzərindəki yastığın altına qoymuşdur. Qalan 3 bükümü isə əynindəki cins şalvarın sağ yan kiçik cibinə yerləşdirib evdən çıxmışdır. 17.02.2021-ci il tarixdə saat 20:47-də yaşadığı evə qayıdan zaman Sumqayıt şəhəri 36-cı məhəllədə ona 5-6 nəfər polis əməkdaşı yaxınlaşıb özlərini təqdim edərək kimli barədə maraqlanmışdılar. O polis əməkdaşlarına şəxsiyyəti barədə məlumat verdikdən sonra polis əməkdaşları ona narkotik vasitələrin istifadəsində, daşınmasında, satılmasında və saxlanılmasında şübhəli bilindiyini demişdirlər. Polis əməkdaşları onun şübhəli şəxs qismində tutulduğunu, artıq şübhəli şəxs statusunda olduğunu və şübhəli şəxsin bütün hüquqlarından istifadə etmək imkanının olduğunu bildirmişdilər. Onunda razılığı ilə hüquqlarını Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi müdafiə edəcəkmiş. Üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Videoçəkiliş davam edə-edə razılığı ilə onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışdırlar. Orada xidməti otaqların birində ona vəkil Müdafiəçi təqdim edilmişdir. Daha sonra ondan üzərində hər hansı narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya yaxud predmetin olub-olmadığı soruşulmuşdur. Həmin vaxtı onun əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibində saxladığı içərəsində narkotik vasitə heroin kütləsi olan 03 ədəd kağız bükümlərini təqdim etmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən götürülmüşdür. Üzərində başqa qanunsuz əşya və ya predmet olmamışdır. Videoçəkiliş davam edə edə onun razılığı ilə yaşadığı evə getmişdirlər. Saat 21:05-də yaşadığı evə baxış keçirilmişdir. O qonaq otağında kresolonun üzərindəki yastığın altında gizlətdiyi 8 büküm içərəsində narkotik vasitə olan heroin kütlələrini araşdırmaya təqdim etmişdir. Polis əməkdaşları baxış zamanı həmin yastığın altındakı ona məxsus elektorn tərəzini də götürmüşdürlər. Həmin tərəzi vasitəsilə o şəxsi istifadəsi üçün aldığı narkotik vasitələrin çəkisini müəyyən edirmiş. Yenidən PB-nə qaytarılmışdir. Protokollar tərtib edilibmiş. Porotokollar təhqiqatçı tərəfindən oxunduqdan sonra o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan heroin kütlələri bükümündə istifadə edilən materillarla birgə və 01 ədəd tərəzi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-in möhürü ilə möhürlənmişdir. 11 bükümdə narkotik vasitə heroin kütlələrini üzərində saxlamaqla daşımaqda və yaşadığı evdə gizlətməkdə məqsədi yanlız özünün istifadəsi olmuşdur. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, o, 17.02.2021-ci il tarixdə qərəziz və etirbarlı mənbədən Sumqayıt şəhəri 36-cı məhəllədə yaşayan 1967-ci il təvəllüdlü Azər adlı şəxsin qanunsuz oolaraq narkotik vasitələrin satışı ilə məşğul olması və üzərində daşıması barədə məlumat daxil olmuşdur. Məlumat aidiyyəti üzrə rəhbəliyə məruzə edildikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunaraq qrup yaradılmış və o həmin qrupa daxil edilmişdir. Həmin gün saat 20:47də Sumqayıt şəhəri 36-cı məhəllə ərazisində Təqsirləndirilən şəxs gələcəyi yerdə pusqu qurmuşdurlar. Təhqiqatçının göstərişi ilə videoçəkiliş işə salınmışdır. Təqsirləndirilən şəxs videoçəkiliş aparıldığı yer istiqamətində irəliləyəndə o və digər polis əməkdaşları yaxınlaşıb Azəri saxlamışdırlar. X5 saxlanılan şəxdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təhqiqatçı saxlanılan şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına real əsaslar olduğundan şübhəli şəxs qismində saxlanıldığını, saxlanıldığı yerdə şərait olmadığı üçün bölməyə getməli olacaqlarını, orada xidməti otaqların birində vəkil Müdafiəçi iştirakı ilə baxış keçiriləcəyini bildirmişdir. A.Qrubanov təhiqatçının dedikləri ilə könüllü razı olmuşdur. Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirmişdirlər. Saxlanılan şəxsi Sumqayıt ŞPİnin 3-cü PB-nə aparıb, xidməti otaqlardan birinə keçmişdirlər. Təhiqatçı Təqsirləndirilən şəxs narkotik vasitə istifadə edib etməməsini soruşmuşdur. Saxlanılan şəxs narkotik vasitənin “kakos” yəni heroin növündən istifadə etdiyini bildimişdir. Təqsirləndirilən şəxs vəkil Yaşad Xankişiyev təqdim edilmişdir. Daha sonra onlar bir-bir özlərini təqdim etmişdirlər. Təhiqatçı saxlanılan şəxsdən üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs “var” deyib sağ əlini əynindəki göy rəngli cins şalvarın sağ yan balaca cibinə salıb oradan 3 ədəd ağ rəngli kağız bükümlər çıxartmışdır. Təhiqatçı bükümlərin daxilində nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs bükümlərin daxilində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bükümlər bir-bir açılmış və hər birinin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər spesifik iyə malik kütlə müşahidə etmişdir. Təhqiqatçı saxlanılan şəxsə vəkilin iştirakı ilə yaşadığı evinə baxış keçirməyi təklif etmişdir. Saxlanılan şəxs etiraz etməmişdir. Birgə xidməti otaqdan çıxmışdırlar. Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirmişdirlər. 2 dəqiqə keçmiş Sumqayıt şəhəri 36-cı məhəllədə yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə çatmışdırlar. Təhiqatçı saxlanılan şəxsin yaşadığı evinə baxış keçiriləcəyini bildirmişdir. Saxlanılan şəxs etiraz etməmişdir. Təqsirləndirilən şəxs və vəkilin iştirakı ilə mənzilinə daxil olmuşdurlar. Təqsirləndirilən şəxs qonaq otağında kreslonun üzərindəki yastığı qaldırıb oradan 8 ədəd ağ rəngli kağız bükümlər və 1 ədəd elektron tərəzi çıxarıb stolun üzərinə qoymuşdur. Təhqiqatçının müvafiq suallarına uyğun olaraq saxlanılan şəxs cavabında təqdim etdiyi bükümlərin daxilində kakos olduğunu, tərəzini tapdığını, elə-belə saxladığını bildirmişdir. Bükümlər birbir açılmış və hər birinin daxilində qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə müşahidə edilmişdir. 8 ədəd büküm ümumi olaraq tərəzinin üzərinə qoyulmuş, ümumilikdə çəkisinin 1,26 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkarlanmış narkotik vasitə olan heroin bükümlərini 17.02.2021-ci il tarixdə günorta saatlarında, Bakı şəhəri “20 Yanvar” dairəsi yaxınlığında üzdən tanıdığı taksi işləyərkən tanış olduğu şəxsdən 30 manata aldığını bildirmişdir. Baxış zamanı digər sübut əhəmiyətli fakt növü aşkar edilməmişdir. Vəkildən əlavəsinin olub-olmaması soruşulmuşdur. Vəkil sözünün olmadığını bildirmişdir. Təhqiqatçının məruzəsi ilə videoçəkiliş yekunlaşdırılmışdır. Yenidən Sumqayıt ŞPİ-nin 3-cü PB-nə geri qayıtmışdırlar. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkarlanaraq götürülmüş içərəsində narkotik vasitə heroinə bənzər kütlələr olan bükümlər bükümündə istifadə edilən materiallarla birgə və 01 ədəd elektron tərəzi qablaşdırılıb DİN-in möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış və baxış istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollar o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid4 Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18.04.2021-ci il tarixli 6/715 №li rəyindən görünür ki, üzərində “ Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr...” yazılan zərfdə 3 ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkiləri 0,081 qram, 0,052 qram və 0,083 qram olmaqla, ümumi çəkisi 0,216 qram olan qəhvəyi rəngli tozşəkilli maddə və üzərində “ Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr...” yazılan zərfdə 8 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,116 qram, 0,060 qram, 0,104 qram, 0,147 qram, 0,041 qram, 0,046 qram, 0,094 qram, 0,056 qram olmaqla, ümumi çəkisi 0,664 qram olan qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə-heroin olub, xarici görünüşünə və kimyəvi komponentlərinə görə eynilik təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına daxildir. Qeyd: heroinin ümumi çəkisi-0.216 qram, təqdiqata sərf olunan miqdar 0.06 qram, qalıq-0,156 qramdır. Heroinin ümumi çəkisi-0.664 qram, təqdiqata sərf olunan miqdar 0.16 qram, qalıq-0,504 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası SN Respublika Narkoloji Mərkəzi Ambulator X1 01.04.2021-ci il tarixli 925 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin , hal-hazırda abstinesiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD Compact disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evindən aşkarlanaraq götürülmüş 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınış və saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.504 qram narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 19.02.2021-ci il tarixli, 4(060)-63/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 17.05.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu tarixdən,yəni, 17 fevral 2021-ci il tarixdən saat 21:30-dan hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümüumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 ( iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 17.02.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş, ekspertiza tərəfindən tədqiq olunmuş 0,216 qram narkotik vasitə heroindən, tədqiqatdan sonra qalıq qalmış 0,156 qram narkotik vasitə olan heroin və yaşadığı evindən aşkarlanaraq götürülmüş, ekspertiza tərəfindən tədqiq olunmuş 0,664 qram narkotik vasitə heroindən, tədqiqatdan sonra qalıq qalmış 0,504 qram narkotik vasitə olan heroin, həmçinin yaşadığı evindən aşkarlanaraq götürülmüş 01 ədəd elektron tərəzi məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD Cmpat disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 88 (səksən səkkiz) manat, 70 (yetmiş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17.02.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş, ekspertiza tərəfindən tədqiq olunmuş 0,216 qram narkotik vasitə heroindən, tədqiqatdan sonra qalıq qalmış 0,156 qram narkotik vasitə olan heroin və yaşadığı evindən aşkarlanaraq götürülmüş, ekspertiza tərəfindən tədqiq olunmuş 0,664 qram narkotik vasitə heroindən, tədqiqatdan sonra qalıq qalmış 0,504 qram narkotik vasitə olan heroin, həmçinin yaşadığı evindən aşkarlanaraq götürülmüş 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD Cmpat disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 88 (səksən səkkiz) manat, 70 (yetmiş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-357/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-357/2021
01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver