Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-358/2021 24.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 15 ədəd kibrit qutusunda olmaqla ümumilikdə 57,929 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edəək üzərində saxlamaqla qanunsuz olaraq Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində fəaliyyət göstərən “Təndir” restoranının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 24 sentyabr 2020-ci il tarixdə saat 12:30-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən ünvanında saxlanılaraq Baş İdarəyə gətirilmiş və orada həmin gün saat 14:26-da üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əlindəki “Polo” markalı əl çantasından qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 12 ədəd kibrit qutusunda ayrılıqda çəkiləri 4,189 qram, 3,402 qram, 3,907 qram, 3,940 qram, 3,896 qram, 3,459 qram, 4,087 qram, 3,676 qram, 4,053 qram, 3,780 qram, 4,185 qram və 3,753 qram olmaqla ümumilikdə 46,327 qram çəkidə və əynindəki cins şalvarın sol yan cibindən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 03 ədəd kibrit qutusunda ayrılıqda çəkiləri 3,636 qram, 3,458 qram və 4,508 qram olmaqla ümumilikdə 11,602 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Verilən ittihama görə isə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq həmin narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 24 sentyabr 2020-ci il tarixdə saat 12-13 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində fəaliyyət göstərən “Təndir” restoranından çıxdıqdan sonra bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onlarla birlikdə getməyini istəmişlər. O, onlardan haraya gedəcəklərini soruşduqda ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getməli olduğunu bildirmişlər. Oonlardan bunun səbəbini soruşduqda ona gedək orada hər şeyi biləcəksən deyə bildirmişlər. Onlar onun əllərinə qandal vurmuşlar. Bundan sonra o, onların avtomobilinə əyləşmişdir. Avtomobildə olarkən ondan telefonunun harada olmasını soruşmuşlar. O onlara bayaq çıxdığı kafedə olduğunu söyləmişdir. Bundan sonra aralarından bir nəfər həmin kafeyə getmiş və zəng edərək maşındakılara telefonu tapa bilmədiyini demişdir. Daha sonra, hazırda ankt məlumatlarını dəqiq bilmədiyi, eynək taxan bir nəfər onu sillə ilə vuraraq telefonunu verməsini bildirmişdir. O telefonun hazırda harada olduğunu bilmədiyini demişdir. Bundan sonra ona telefon vermişlər və özünü ona Ağa kimi təqdim edən rəis deyə müraciət etdikləri şəxslə telefonla danışmışdır. O da ondan telefonunun harada olmasını soruşmuş və əgər telefonu gətirməsə onun belini qıracağını bildirmişdir. Bundan sonra onu BMCMİ-yə gətirmişlər. Oraya gəldikdən sonra onu ikinci mərtəbəyə qaldrımışlar. İkinci mərtəbədə otaqların birinə salmışlar. Otağa gəldikdən sonra Ağa adlı şəxs ona yaxınlaşaraq başına yumruq zərbəsi vurmuşdur. Onu dizi üstə iki saata yaxın saxlamışlar. O dizi üstdə durduğu vaxtda hazırda anket məlumatlarını dəqiq bilmədiyi şəxslər bir neçə dəfə təpik zərbələri vurmuşlar. Sonra onu başqa otağa keçirmişlər. O həmin otaqda izahat yazarkən yenidən ona sillə ilə vuraraq ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. Daha sonra onu əvvəlki otağa aparmışlar və orada onu üzü üstə uzatmışlar. Daha sonra anket məlumatlarını dəqiq bilmədiyi orta yaşlı bir şəxs onu yerə yıxaraq başını ayaqlarının arasına salaraq sıxmağa başlamışdır. Başını sıxa-sıxa digər əməkdaşlara göstəriş verərək şalvarını soyundurmalarını və onun arxa hissəsinə beyzbol taxtasını salacağını bildirmişdir. Bundan sonra o onlardan nə üçün belə etdiklərini soruşmuşdur. Onlar ona axırıncı dəfə kimlə narkotik vasitə istifadə etdiyini və narkotik vasitələri kimdən almağını soruşmağa başlamışlar. O heç kəslə narkotik vasitə istifadə etmədiyini və bəzən istifadə etdiyi narkotik vasitəni də tanımadığı şəxslrdən aldığını bildirmişdir. Bundan sonra o bir nəfər əməkdaşla tualetə getmiş və qayıtdıqda masanın üzərində 15 ədəd kibrit karopkasında narkotik vasitə marixuana və iki ədəd bükülüdə isə kakos və şüşənin olduğunu görmüşdür. Onlar ona həmin karopkaların və bükümlərin ona məxsus olduğunu bildirmişlər. Bu zaman o onlara iki azyaşlı uşağının olduğunu və ailəsinin ondan başqa heç kimi olmadığını bildirmişdir. Bundan sonra aralarından bir nəfər otaqdan çıxmış və bir müddət sonra geri qayıdaraq rəislə danışdığını, sadəcə kibrit karopkalarının ona məxsus olduğunu bildirmişdir. O bildirmişdir ki, guya o, həmin karopkaları Sumqayıt bulvarında gecə 02 radələrində gəzərkən tanımadığı Məhəmməd adlı şəxsdən 600 manata aldığını bildirməyini istəmişdir. O ilkin olaraq razı olmasa da sonradan ona verilən işgəncələrə dözmədiyi üçün onlarla razılaşmışdır. Daha sonra həmin karopkaların üç ədədini cibinə qoymuşlar, qalan 12 ədədini isə əl çantasına yerləşdirmişlər. Həmin çanta ona məxsus olmamışdır. Bundan sonra çəkiliş keçirilmiş və həmin karopkalar aşkar edilərək götürülümüşdür. O çəkilişdə ona deyilən formada bildimişdir. Bundan sonra da işgəncələrdən çəkindiyi üçün izahatında və istintaqa verdiyi ifadələrdə ona hansı formada deyilibsə o formada ifadə vermişdir. Lakin o narkotik vasitə qurudulmuş marixuana istifadə etsə də heç vaxt satışını həyata keçirməmişdir. O sadəcə işgəncələrə dözə bilmədiyi üçün çəkiliş zamanı və verdiyi izahat və ifadələrdə guya həmin narkotik vasitələrin ona məxsus olduğunu və satmaq üçün üzərində gəzdirdiyini bildrimişdir. Heç bir cinayət törətməmişdir və ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması və daşıması qeyd edilmişdir. Daxil olmuş məlumat raportla Baş İdarə rəhbərliyinə məruzə edildikdən sonra 24 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərara əsasən o, yaradılmış əməliyyat qrupunun rəhbəri, xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 isə qrupun üzvü təyin edilmişlər. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində yerləşən “Təndir” kafesinin yaxınlığında olması qeyd edilmişdir. Bununla əlaqədar 24 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində əməliyyat qrupunun üzvləri ilə qeyd edilən ünvana yollanmışlar. Qəbul edilmiş qərara əsasən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 12:30-da Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində yerləşən “Təndir” kafesinin yaxınlığında saxlanılmışdır. Ona xidməti vəsiqələrini göstərərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını qeyd etmişlər. Ondan anket məlumatlarını soruşmuş və müvafiq dəqiqləşdirmələr aparıldıqdan sonra onu barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Daha sonra Təqsirləndirilən şəxs BMCMİ-yə dəvət etmişlər. Baş İdarədə onun hüquqlarını qorumaq məqsədi ilə müdafiəçi təyin edilərək ona təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli olduğu və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkilişlə üstünə baxış keçirilməyə başlanmışdır. Ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli dəridən hazırlanmış kişi əl çantasının içində və eyni zamanda əynində olan şalvarın cibində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, sağ əlində saxladığı üzərində “Polo” sözü yazılmış kişi əl çantasının içərisində olan 12 ədəd kibrit qutusunu, əynində olan cins şalvarın sol yan cibində olan üç ədəd kibrit qutusunu və şalvarının sağ yan cibində olan 20 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 15 ədəd kibrit qutusunun içində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutuları iştirakçıların şahidliyi ilə açıldıqda qutuların içində həqiqətən də narkotik vasitə olan qurudulmuş marixuana olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 15 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı 24 sentyabr 2020-ci il tarixdə gecə saat 02-03 radələrində Sumqayıt şəhərində yerləşən Dənizkənarı park ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Məhəmməd” adlı şəxsdən 600 manata sataraq qazanc əldə etmək və eyni zamanda öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 15 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşları tərəfindən iki ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və Təqsirləndirilən şəxs da həmin zərflərin üzərinə imza etmişdir. Bundan əlavə 20 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd üzərində “Polo” sözü yazılmış əl çantası isə iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib edilmiş və heç bir etirazı olmadığı üçün iştirakçılar tərəfindən imzalanmışdır. Şərait olmadığı üçün Təqsirləndirilən şəxs saxlanılarkən dərhal üzərinə baxış keçirilməmişdir. Məhkəmədə Şahid2 ifadəsində gösərdi ki, o, hal-hazırda Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis mayoru rütbəsindədir. DİN-nin BMCMİ-nə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması və daşıması qeyd edilmişdir. Daxil olmuş məlumat raportla Baş İdarə rəhbərliyinə məruzə edildikdən sonra 24 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar əsasən X4 yaradılmış əməliyyat qrupunun rəhbəri, o və Şahid3 isə qrupun üzvü təyin edilmişlər. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullaye küçəsində yerləşən “Təndir” kafesinin yaxınlığında olması qeyd edilmişdir. Bununla əlaqədar 24 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində əməliyyat qrupunun üzvləri ilə qeyd edilən ünvana yollanmışlar. Qəbul edilmiş qərara əsasən həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 12:30-da Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində yerləşən “Təndir” kafesinin yaxınlığında saxlanılmışdır. Ona xidməti vəsiqələrini göstərərək Baş Mütəşəkkil Cinyətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını qeyd etmişlər. Ondan anket məlumatlarını soruşmuş və müvafiq dəqiqləşdirmələr aparıldıqdan sonra barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Daha sonra Təqsirləndirilən şəxs BMCMİ-yə dəvət etmişlər. Baş İdarədə onun hüquqlarını qorumaq məqsədi ilə müdafiəşi təyin edilərək ona tədqim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə m\şğul olmaqda şübhəli olduğu və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkilişlə üstünə baxış keçirilməyə başlanmışdır. Ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli dəridən hazırlanmış kişi əl çantasının içində və eyni zamanda əynində olan şalvarın cibində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, sağ əlində saxladığı üzərində “Polo” sözü yazılmış kişi əl çantasının içərisində olan 12 ədəd kibrit qutusunu, əynində olan cins şalvarın sol yan cibində olan 3 ədəd kibrit qutusunu və Şalvarın sağ yan cibində olan 20 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 15 ədəd kibrit qutusunun içində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutuları iştirakçıların müşayiəti ilə açıldıqda qutuların içində həqiqətən də narkotik vasitə olan qurudulmuş marixuana olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 15 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı 24 sentyabr 2020-ci il tarixdə gecə saat 02-03 radələrində Sumqayıt şəhərində yerləşən Dənizkənarı park ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Məhəmməd” adlı şəxsdən 600 manata sataraq qazanc əldə etmək və eyni zamanda öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindəın cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 15 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşları tərəfindən 2 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və Təqsirləndirilən şəxs da həmin zərflərin üzərinə imza etmişdir. Bundan əlavə 20 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd üzərində “Polo” sözü yazılmış əl çantası isə iş üzrə həmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib edilmiş və heç bir etirazı olmadığı üçün iştirakçılar tərəfindən imzalanmışdır. Şərait olmadığı üçün Təqsirləndirilən şəxs saxlanılarkən dərhal üzərinə baxış keçirilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da Şahid2la eyni məzmunlu ifadə verdi. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 bildirdi ki, o Təqsirləndirilən şəxs 2019-cu ilin ortalarından tanıyır. Belə ki, Azər taksilik fəaliyyəti ilə məşğul olur və tez-tez avtomobilində yaranmış problemlərlə əlaqədar onun yanına gəlmişdir. Onların çox yaxşı dostluq münasibətləri vardır. Onun işlədiyi profilaktoriya ilə Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində fəaliyyət göstərən “Təndir” kafesinin arasında sadəcə taxta arakəsmə var. 2019-cu ilin sentyabr ayının sonlarında günorta radələrində o işdə olarkən bir nəfər ona yaxınlaşaraq tualetin harada olduğunu soruşmuşdur. O ona tualetin yerini göstərmişdir. Bundan bir neçə dəqiqə sonra dörd-beş nəfər şəxsin Azərə yaxınlaşdığını görmüşdür. Azər həmin vaxt Zaur Əkbərov və anket məlumatlarını dəqiq bilmədiyi şəxslərlə oturmuşdur. Onlar Azərin əllərinə qandal vurmuşlar. Sonradan əlindəki qandalın birini açmışlar. Onlar Azəri maşına əyləşdirmək istədikdə Azər əlini cibinə ataraq açarı götürmək istəmişdir. Bu zaman həmin şəxslər Azərə icazə verməmişlər və açarı onun cibindən götürmüşlər. Bundan sonra Azəri maşına mindirib aparmışlar, Azərin üstündə və ya əlində çanta olmamışdır. Daha sonra yenidən bir nəfər gələrək Azərin telefonunu axtarmağa başlamış, lakin tapa bilmədiyi üçün geri qayıtmışdır. Bundan sonra o Azərin tutulduğunu eşitmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 bildirdi ki, o Təqsirləndirilən şəxs 2019-cu ilin əvvəllərindən tanıyır. Azər taksilik fəaliyyəti ilə məşğul olur və tez-tez onların avtoyuma məntəqəsinə gələrək öz avtomobilini yuduzdurur. Onun avtomobilini çox vaxt o yuduğu üçün onların münasibətləri yaranmışdır. 2019-cu ilin sentyabr ayının sonlarında günorta radələrində o çay içmək üçün Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində fəaliyyət göstərən “Təndir” kafesinə getmişdir. O orada hazırda anket məlumatlarını dəqiq xatırlamadığı tanışları və Təqsirləndirilən şəxsla birlikdə oturub çay içmişdir. Onlar bir qədər oturduqdan sonra içəri 4 nəfər mülki geyimdə olan şəxslər daxil olmuşlar. Onlar Azərə yaxınlaşaraq onun çiynindən tutmuşlar və əllərini bağlayaraq onlarla getməsini bildirmişlər. Bu zaman Azərin qohumu Elnur gəlmiş və o, Azərdən avtomobilin açarlarını istəmişdir. Azəri tutan adamlardan biri Azərin cibindən avtomobilin açarlarını götürmüş, lakin Elnura verməmiş və özündə saxlamışdır. Bundan sonra Azəri avtomobilə əyləşdirib oradan uzaqlaşmışlar. Azərin üstündə və ya əlində çanta olmamışdır. Bundan sonra o Azərin tutulduğunu eşitmişdir. Sonradan həmin şəxslər yenidən kafeyə gələrək Azərin mobil telefonunu axtarmışlar, lakin tapa bilməmişlər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 bildirdi ki, o, Təqsirləndirilən şəxs 2019-cu ilin əvvəllərindən tanıyır. O, Azəri kafedə işləməyə başladığı gündən tanımışdır. Azər taksi fəaliyyəti ilə məşğul olmuşdur və onun səhhətində yaranmış problemlərlə əlaqədar bir neçə dəfə onu xəstəxanaya aparmışdır. 2019-cu ilin sentyabr ayının sonlarında günorta radələrində o kafedə olarkən bir neçə nəfər anket məlumatlarını dəqiq bilmədiyi şəxslər bir masa ətrafında əyləşərək çay içmişlər. Təxminən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs kafeyə daxil olmuş və həmin şəxslərin əyləşdiyi masaya yaxınlaşaraq onlarla bir masada əyləşmişdir. Bundan bir qədər sonra da bir neçə nəfər kafeyə girərək Azərin əyləşdiyi masaya yaxınlaşıb onlarla oturmuşdur. O həmin şəxslərin də anket məlumatlarını dəqiq bilmir. Bir qədər keçdikdən sonra 4 nəfər kafeyə daxil olmuş və Azərin əyləşdiyi masaya yaxınlaşaraq Azərin əlindən tutub ona qandal vurmuşlar. Azərin ciblərindən bir ədəd avtomobil açarı çıxararaq götürmüşlər. Azəri kafedən çıxarmışlar. Daha sonra Azəri avtomobilə əyləşdirərək oradan uzaqlaşmışlar. Bundan sonra o Azərin tutulduğunu eşitmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Azəri çoxdan tanıyır, eyni məhəllədə yaşamışlar. Azərlə dost olmuşlar. O maşını avtoyuma məntəqəsinə yuduzdurmağa aparmışdır. O maşından düşəndə görmüşdür ki, Azəri maşına mindirib aparmışlar. Azəri öz maşınına mindirib apardıqdan təxminən 20 dəqiqə sonra 2 nəfər gələrək Azərin telefonunu axtarmışlar. Həmin vaxt Azər qısaqol köynəkdə olmuşdur. Azəri apararkən telefonun üstündə olduğunu bilməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Azəri tanıyır. O onun qeyri-rəsmi yaşadığı adamın dostu olmuşdur. O, Azər tutulan vaxt Azərin telefonu ilə qeyri-rəsmi yaşadığı şəxslə danışmışdır. Sonradan görmüşdür ki, Azər otaqda yoxdur. Konturu olmadığı üçün Azərdən telefonu istəmişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 24.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24.09.2020-ci il tarixdə saat 13:50-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v 18 İ cild) İş materiallarında olan 24.09.2020-ci il tarixli “şəxsi axtarış və götürülmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli dəridən hazırlanmış kişi əl çantasının içində və eyni zamanda əynində olan cins şalvarının sol yan cibində olan 3 ədəd kibrit qutusunu və şalvarının sağ yan cibində olan 20 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 15 ədəd kibrit qutusunun içində narkotik vasitə qurudlmuş marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutuları iştirakçıların şahidliyi ilə açdıqda qutuların içində ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 15 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı 24 sentyabr 2020-ci il tarixdə gecə saat 02-03 radələrində Sumqayıt şəhərində yerləşən Dənizkənarı park ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Məhəmməd” adlı şəxsdən 600 manata sataraq qazanc əldə etmək və eyni zamanda özü istifadə etmək məqsədi ilə aldığını, üzərində daşıyıb saxladığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar lunmuş 15 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 2 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır.(i.v 26-27 İ cild) İş materiallarında olan 25.09.2020-ci il tarixli 7/658 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 12 ədəd......” sözləri yazılmış kağız paketdə 12 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 4,189 qram, 3,402 qram, 3,907 qram, 3,940 qram, 3 896 qram, 3,459 qram, 4,087 qram, 3,676 qram, 4,053 qram, 3,780 qram, 4,185 qram, 3,753 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulımuş marixuanadır. Ümumi çəkisi 46,327 qramdır. Tədqiqata təqdim olunmuş üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmişç 3 kibrit qutusu.....” sözləri yazılmış zərfdə 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,636 qram, 3,458 qram, 4,508 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi 11,602 qramdır. Tədqiqata təqdim olunmuş kağız paketdə 12 ədəd kibrit qutusunda və zərfdə 03 ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidirlər (Marixuananın ümumi çəkisi 57,929 qram, cəmi tədqiqata sərf edildi 0,75 qram, qalıq 57,179 qram). (i.v 37-38 İ cild) İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 1133/2020 saylı 25.09.2020-ci l tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.(i.v 79-84 İ cild) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 116 İ cild) İş materiallarında olan arayışdan və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 03.10.2008 və 22.11.2009-cu il təvəllüdlü 2 uşağı var.(i.v 115, 117 - İ cild) İş materiallarında olan Respublika Psixiatriya Xəstəxanası X11 baş direktoru Ağahəsən Rəsulovun 7296 saylı 21.10.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən xəstəxanada müalicə olunmayıb(i.v 118) İş materiallarında olan “Maddi sübut hesab edilməsi haqqında” 19.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 57,179 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Polo” markalı əl çantası isə maddi sübut hesab edilmədən məhkəmənin hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir.(i.v 121-122 İ cild) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 03.11.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır(i.v 124-125 İ cild) İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli 5(005)-876/2020 və 5(005)-875/2020 saylı qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələrindən 01 iyul 2020-ci il tarixdən 25 sentyabr 2020-ci il tarixədək bu nömrəyə daxil olan və çıxan zənglərin siyahısı, bu telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların "xxxx" MMC və”Bakcell LTD” MMC-dən götürülməsi qərara alınmışdır.(i.v 108-109 İ cild) İş materiallarında olan10.11.2020-ci il tarixli məktubdab görünür ki, qeyd edilən ***- ***-**-** saylı nömrə “Nömrə daşınma” xidməti vasitəsilə 06.04.2017-ci il tarixdən Nar Mobile operatorunun abunəçisi olmuşdur.(i.v 139 İ cild) İş materiallarında olan "xxxx" MMC-nin BKC/LGL-22648/20 saylı, 13.11.2020-ci il tarixli məktubu ilə ***-***-**-** saylı telefon nömrəsi ilə bağlı məlumatlar disk şəklində təqdim edilmişdir. .(i.v 141-142, İ cild) İş materiallarında olan “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 16 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin BKC/LGL-22648/20 saylı, 13.11.2020-ci il tarixli məktubu ilə təqdim edilmiş diskə baxış keçirilmiş, lakin baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir. (i.v. 143, 1-ci cild) İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)- 999/2020 saylı 27.11.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ***-***-**-** saylı telefon nömrəsindən 01 iyul 2020-ci il tarixdən 25 sentyabr 2020-ci il tarixədək bu nömrəyə daxil olan və çıxan zənglərin siyahısı, bu telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır.(i.v 149-150 İ cild) İş materiallarında olan "xxxx" MMC-nin AZF/GL-478/21 saylı, 21.01.2021-ci il tarixli məktubu ilə ***-***-**-** saylı telefon nömrəsi ilə bağlı məlumatlar disk şəklində təqdim edilmişdir. .(i.v 193-194 İ cild) İş materiallarında olan “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 23 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin AZF/GL-478/21 saylı, 21.01.2021-ci il tarixli məktubu ilə təqdim edilmiş diskə baxış keçirilmiş, lakin baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir. (i.v. 195 İ cild) İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 28.12.2020-ci il tarixli 3542 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi ilə yanaşı alkoqoldan sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v. 202-203 İ cild) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsi rəisinin 16.10.2020-ci il tarixli tapşırığından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanması, habelə həmin şəxsin cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi barədə əməliyyat tapşırığı verilmişdir. (i.v. 111-112 İ cild) Həmin tapşırığa cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavininin imzaladığı 007-11994-1220 saylı, 10.11.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanması, habelə həmin şəxsin digər cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində ğməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. .(i.v. 140, İ cild) Azərbaycan Respublikası Baş Prokurorluğunun DİO-nın İstuntaq, Təhqiqat Və X1 İcrasına Nəzarət İdarəsinin rəisinin “Cinayət işi başlanmasının rədd edilməsi barədə” 28 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülməsi və təhqir olunmasına dair göstərdiyi xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahasını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamm sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə toplanmış sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, həqiqətən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır, amma bu satış məqsədi ilə edilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsində fəaliyyət göstərən “Təndir” restoranında oturub çay içməsini, əməliyyatçıların onu oradan götürməsini, dindirilmiş polis əməkdaşları isə Təqsirləndirilən şəxs həmin restoranın qarşısında saxladıqlarını göstərirlər. Müdafiə tərəfindən dindirilmiş şahidlər Təqsirləndirilən şəxs ilə yaxın münasibətdədirlər. Təqsirləndirilən şəxs əməliyyatçılar tərəfindən harada saxlanması ilə bağlı məsələnin araşdırılması nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, işin həlli üçün bunun ciddi bir əhəmiyyəti yoxdur. Hər iki tərəfin göstərdiyi yer bir-birindən uzaq deyildir. Bu hissə ilə bağlı məhkəmə polis əməkdaşları olan şahidlərin ifadələrini daha inandırıcı hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlandığı yerin tam dəqiq (restoranın işindən və ya qarşısından) göstərilməməsi ittihamın sübutlarını şübhə altına almağa əsas verə bilmir. Müdafiə tərəfinin şahidlərinin göstərdiyi hallar isə aparılan əməliyyat tədbirinin qanuniliyinin şübhə altına salınmasına və nəticədə Təqsirləndirilən şəxs qanunsuz tutulması barədə rəy yaradılmasına yönəlmişdir. Məhkəmə həmin ifadələri qərəzsiz və mötəbər sübut kimi qəbul etmir. Bu mövqedən yanaşanda polis əməkdaşlarının Təqsirləndirilən şəxs saxlayarkən orada onun üzərinə baxış və digər prosessual hərəkətlərin yerinə yetirilməsi üçün şərait olmaması barədə göstərdikləri inandırıcıdır. Təqsirləndirilən şəxs yaxınlarının və kənar şəxslərin çoxluq təşkil etdiyi yerdə göstərilən prosessual hərəkətlərin aparılmamasını şərait də diqtə etmişdir. Göstərilənlərlə bərabər, tədqiq edilmiş sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, ona irəli sürülmüş bu ittihamın əsasını yalnız onun üzərində aşkar edilmiş narkotik vasitənin bükümlərinin sayı təşkil edir. Narkotik vasitənin bükümlərinin sayının çoxluğu yalnız ehtimaldır ki, bunun da əsasında qanuni nəticəyə gəlmək olmur. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu anda və sonrakı dövrdə etirafedici ifadələr versə də sonradan bildirmişdir ki, ümumiyyətlə, narkotik vasitələr ona aid deyildir, o heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsin dəlillərini, işin hallarını nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını gücləndirəcək əlavə heç bir sübutu əldə etməmişdir. Məhkəmə hesab edir ki, narkotik vasitənin bükümlərinin sayı özü-özlüyündə ayrılıqda, digər hər hansı sübut olmadan Təqsirləndirilən şəxs məqsədinin məhz satış məqsədi olmasının həlledici meyarı kimi çıxış edə bilməz. Təqsirləndirilən şəxs məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut işdə yoxdur. Deyilənlərin təsdiqi kimi nəzərə almaq lazımdır ki, ibtidai istintaqı aparan orqan Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanması, habelə həmin şəxsin cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi barədə əməliyyat tapşırığı verilmişdir. Həmin əməliyyat tapşırığı araşdırılmış və cavab verilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasının yoxlanması, habelə həmin şəxsin digər cinayət əməllərinin və cinayətkar əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Bunula bərabər, ibtidai istintaqı aparan orqanın vəsatətinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.10.2020-ci il və 27.11.2020-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** saylı telefon nömrələrindən 01 iyul 2020-ci il tarixdən 25 sentyabr 2020-ci il tarixədək bu nömrəyə daxil olan və çıxan zənglərin siyahısı, bu telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə anten məlumatları, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların "xxxx" MMC-dən götürülməsi barədə qərar verilmiş, həmin məlumatlar təqdim edilmiş, ancaq Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin alışı, satışı və istifadəsini təsdiq edən hər hansı bir danışıqların və sms yazışmalarının aparılması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən hər hansı bir mötəbər sübut məhkəmə istintaqında müəyyən edilmədi, ibtidai istintaq da belə sübut əldə etməmişdir. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin olması ona dəlalət edir ki, o, satış məqsədi ilə deyil, istifadə etmək üçün narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə ədalətsiz olmaqla yolverilməzdir. Cinayət mühakimə icraatı zamanı ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün isə əsas yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, üzərində saxlaması və daşıması müəyyən olunmadı. Başqa sözlə məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şəxsi mülahizələrə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs döyülməsi və təzyiqlərə məruz qalması ilə bağlı qeyd edir ki, bu hal araşdırılmış və təsdiq edilməmişdir. Bu barədə qərar vardır. Məhkəmədə bu halın yenidən araşdirilması ilə bağlı məsələ qaldırılmamasına baxmayaraq işə baxılma həddində bu hal yoxlanılmış və təsdiq edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, ifadəsini dəyişməsi narkotik vasitələrin ona aid olmaması ilə bağlı qeyd edir ki, bu onun seçdiyi müdafiə vasitəsidir. İşin hallarından görünür ki, o əvvəlcə susmaq, izahat və ifadə vermək hüququ olduğunu tam başa düşməmiş, bu hüquq ona aydın şəkildə izah edilməmişdir. Sonra isə o bu hüquqlarını bilmiş və həmin hüquqlardan istifadə edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 03.10.2008 və 22.11.2009-cu il təvəllüdlü 2 yetkinlik yaşına çatmayan uşağı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə məsuliyyətə cəlb edilməsini CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən yüngülləşdirici hallar hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, işin hallarını və Təqsirləndirilən şəxs bir il müddətində həbsdə və ev dustaqlığında olmasını nəzərə alır və hesab edir ki, bütün bu hallara ümumilikdə qiymət verilərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiqdir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 57,179 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. “Şəxsi axtarış və götürmə aparılmasının” videogörüntüsünün əks edildiyi 01 ədəd DVD disk isə iş materiallarında saxlanılmalıdır. Maddi sübut hesab edilmədən məhkəmənin hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Polo” markalı əl çantası isə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə həmin çantanın xüsusi müsadirəsi üçün qanuni əsas görmür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 sentyabr 2020-ci il tarixdən 24 sentyabr 2021-ci il tarixədək olan müddətdə, yəni bir il müddətində həbsdə və ev dustaqlığında saxlandığı nəzərə alınsın və o təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab edilsin, üzərində çəkiləcək cəza müəyyən edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənə qədər “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 57,179 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. “Şəxsi axtarış və götürmə aparılmasının” videogörüntüsünün əks edildiyi 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Maddi sübut hesab edilmədən məhkəmənin hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmaqdan ötrü Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “Polo” markalı əl çantası Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-358/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-358/2021
24.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver