Məhkəmə qərarları › İş №1(060)-358/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-358/2022

15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-358/2022 15.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdə yaşadığı ərazi üzrə sahə həkimindən «Covid-19» virusuna yoluxması haqqında məlumat aldıqdan sonra özünütəcrid müddəti ərzində yaşadığı ünvanı dəfələrlə tərk edərək idarə etdiyi özünə məxsus “Mercedes E” markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 08.12.2021ci il, 09.12.2021-ci il, 10.12.2021-ci il və 11.12.2021-ci il tarixlərdə müxtəlif ünvanlara getməklə, eləcə də 11.12.2021-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən 61 saylı binanın həyətinə düşməklə xəstəliklərin yayılması üçün real təhlükə yaradaraq epidemiya, sanitariya-gigiyena və karantin rejimini pozmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində qeyd etdi ki, 2021-ci ilin dekabr ayının əvvələrində ailə üzvləri “COVİD 19” infeksiyasına yoluxmuşdur. “COVİD-19” infeksiyasına yoluxmağından şübhələndiyi üçün 05.12.2021-ci il analiz üçün test vermiş, 07.12.2021-ci il tarixdə yaşadığı ərazi üzrə sahə həkimi onunla telefon əlaqəsi saxlayaraq “COVİD 19” infeksiyasına yoluxmağı barədə məlumat vermiş və dərmanları gəlib götürə biləcəklərini söyləmişdir. Onunla eyni ünvanda yaşayan ailə üzvlərim də “COVİD 19” infeksiyasına yoluxduğundan evə çörək almaq üçün o, 11.12.2021-ci il tarixdə saat 12 radələrində yaşadığım mənzildən çıxmış, yaşadığı binanın blokunda 2-ci mərtəbədə olan zaman polis əməkdaşları ona yaxınlaşıb anket məlumatlarını portaldan yoxlayan zaman “COVİD 19” infeksiyasına yoluxmağını aşkar edib onu yaşayış yerini tərk etməməyi barədə xəbərdar etdikdən sonra bu barədə iltizam alaraq onu yaşadığı mənzilə ötürmüşlər. O, həmin vaxtdan sonra karantin müddətində bir daha yaşayış yerini tərk etməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində şahid ailəsi olmağının və himayəsində iki azyaşlı övladının olmasının nəzərə alınmasını, onun “COVİD 19” infeksiyasına yoluxmağı barədə məlumatı 07.12.2021-ci il tarixdə sahə həkimi ona zəng edərək bu barədə məlumat verdikdən sonra olduğunu, o, “COVİD 19” infeksiyasına yoluxduqdan sonra yaşadığı evi tərk edən zaman ağzında tibbi maska olduğunu, heç kimi “COVİD 19” infeksiyasına yoluxdurmadığını, “Mercedes E” markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu və öz istifadəsində olduğunu, həmin avtomobili 07.12.2021-ci il tarixdən 21.12.2021-ci il tarixədək özü idarə etdiyini etmişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, ilk dəfə cinayət törətdiyini, himayəsində iki azyaşlı övladının olmasını və qardaşının şəhid olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 bildirdi ki, 28 yaşlı qardaşı oğlu X2 rəhmətlik qardaşı Ağaəli Balaəhmədovun oğludur. Rəhmətlik qardaşının 3 övladı olmuş, onlardan biri qız iksi isə İbrahim və Ağaverdi qardaşları olmaqla oğlandır. Ağaverdi Balaəhmədov qardaşının böyük oğludur. Onlar bir həyətdə ayrı-ayrı evlərdə yaşayırmışlar. Qeyd etmişdir ki, qardaşı oğlu Ağaverdi təqribən 5-6 ay olar ki, nişanlıdılar. 24 oktyabr 2021-ci il tarixi üçün toy günü təyin edilmişdir. Həmin toyun kimin köməkliyi ilə keçirilməsində eləcədə toya neçə nəfər çağırılmasında, nə cür keçirilməsində heç bir məlumatı olmamışdır. Bircə onu bilirmiş ki, toy əsas olaraq Ağaverdinin qardaşı İbrahim Balaəhmədov tərəfindən təşkil olunmuşdur. O, həmin toyda sadəcə qonaq kimi iştirak etmişdir. İbrahim özü dəvətnamələri paylamışdır. Hətda toya gələn qız adamlarının sayını dəqiq bilmirmiş. Toy mərasimi yaşadığı həyətdə, yəni Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3 ünvanında keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, 11.12.2021-ci il tarixdə Sumqayıt ŞPİ 1-ci PB-nin polis sahə rəisi Şahid2 ilə birlikdə xidmətdə olan zaman Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən 61 saylı binanın həyətində bir nəfər şəxsin onları görüb özünü şübhəli aparması səbəbindən ona yaxınlaşan zaman o, iti addımlarla 61 saylı binanın blokuna daxil olmuş, onlar həmin şəxsin ardınca gedib 61 saylı binanın blokunda ona yaxınlaşıb anket məlumatlarını yoxlayan zaman onun “COVİD-19” infeksiyasına yoluxmuş aktiv koranavirus xəstəsi olan xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını aşkar etmişlər. Həmin şəxslə söhbət zamanı o, çörək almaq üçün yaşayış yerini tərk etdiyini bildirmişdir. Bundan sonra onlar Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməliyyat qrupunun üzvləri həmin yerə dəvət etmiş, 1-ci PB-nin təhqiqatçısı Ruslan Vəliyev tərəfindən videoçəkiliş ilə orada müvafiq sənədləşdirmə aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşayış yerini tərk etməməyi barədə xəbərdar edilmiş və bu barədə ondan iltizam alınaraq müşayət ilə yaşadığı mənzilə yerləşdirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin polis sahə rəisi, polis mayoru Şahid2 ifadəsində bildirmişdir ki, 11.12.2021-ci il tarixdə Sumqayıt ŞPİ 1-ci PB-nin polis sahə rəisi Şahid1 ilə birlikdə xidmətdə olan zaman Sumqayıt şəhəri 10-cu mikrorayonda yerləşən 61 saylı binanın həyətində bir nəfər şəxsin onları görüb özünü şübhəli aparması səbəbindən ona yaxınlaşan zaman o, iti addımlarla 61 saylı binanın blokuna daxil olmuş, onlar həmin şəxsin ardınca gedib 61 saylı binanın blokunda ona yaxınlaşıb anket məlumatlarını yoxlayan zaman onun “COVİD-19” infeksiyasına yoluxmuş aktiv koranavirus xəstəsi olan xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını aşkar etmişlər. Həmin şəxslə söhbət zamanı o, çörək almaq üçün yaşayış yerini tərk etdiyini bildirmişdir. Bundan sonra onlar Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməliyyat qrupunun üzvləri həmin yerə dəvət etmiş, 1-ci PB-nin təhqiqatçısı Ruslan Vəliyev tərəfindən videoçəkiliş ilə orada müvafiq sənədləşdirmə aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşayış yerini tərk etməməyi barədə xəbərdar edilmiş və bu barədə ondan iltizam alınaraq müşayət ilə yaşadığı mənzilə yerləşdirilmişdir. İş materiallarına əlavə olunmuş 18 fevral 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, 18 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş “qətimkan tədbirinin seçilməsi barədə” 18 fevarl 2022-ci il tarxili qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, İcbari Tibbi Sığorta Sumqayıt ASM 1-dən daxil olmuş 15.12.2021-ci il tarixli 658 saylı məktubdan görünür ki, ünvan 1 ünvanda yaşayan xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 05.12.2021-ci il tarixdə koronovirus infeksiyasına yoluxmasından şübhələnərək PCR testi vermiş, 07.12.2021-ci il tarixdə “pozitiv” cavab gəlmiş və müşahidəyə götürülmüşdür. Müalicəsi şəxsi həkim tərəfindən aparılmış və müşahidə tarixi 21.12.2021-ci il tarixdə başa çatmışdır. İstintaq zamanı cinayət işin materiallarına əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, işıqlı havada, binanın blokunda polis geyim formsında olan şəxs özünü 1-ci PB-nin baş təhqiqatçısı polis mayoru Ruslan Vəliyev kimi təqdim edir, sonra isə orada olan əynidə göy rəngli, qollarında ağ rəngli zolaqlar olan idman geyimi, açıq göy rəngli qolsuz gödəkçə, göy rəngli cins şalvar və ağzında ağ rəngli tibbi maska olan şəxdən özünü təqdim etməsini xahiş edir və həmin şəxs özünü Sumqayıt şəhəri 10-ci mikrorayon ev 61, mənzil 20-də yaşayan Təqsirləndirilən şəxs kimi təqdim edir. Həmin vaxt bir nəfər şəxsin ağ rəngli xüsusi geyimdə kənarda dayanması görünür. Baş təhqiqatçı Ruslan Vəliyev Təqsirləndirilən şəxs “COVİD-19” infeskiyasına yoluxmasına baxmayaraq yaşayış yerini tərk etməsinin Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən aşakarlanmasını söyləyir. Təqsirləndirilən şəxs ailə üzvlərinin “COVİD-19” infeskiyasına yoluxmasını, evdə aşyaşlı övladına çörək almaq üçün yaşayış yerini tərk etdiyini söyləyir. Baş təhqiqatçı Ruslan Vəliyev Təqsirləndirilən şəxs yaşayış yerini bir daha tərk etməməsini və onun bununla bağlı məsuliyyət daşımağını izah edir və ona bu barədə iltizamı imza etdirir. Bundan sonra baş təhqiqatçı Ruslan Vəliyev tərəfindən Təqsirləndirilən şəxs yaşayış yerini tərk etməsi ilə bağklı protokol tərtib edilir və orada olan şəxslər tərəfindəm imzlanır. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilədək yol salınır və videoçəkiliş dayandırılır. İstintaq zamanı cinayət işin materiallarına əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Mercedes E” markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin 08.12.2021-ci il, 09.12.2021-ci il, 10.12.2021-ci il və 11.12.2021-ci il tarixlərdə müxtəlif saatlarda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərləri ərazisində hərəkətdə olması qeyd olunmuşdur. Həmin diskdə olan fayllardan digərinə daxil olarkən 08.12.2021-ci il, 09.12.2021-ci il, 10.12.2021-ci il və 11.12.2021-ci il tarixlərdə müxtəlif saatlarda “Mercedes E” markalı ** EX *** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli avtomobilin Abşeron rayonu, Bakı və Sumqayıt şəhərləri ərazisində hərəkətdə olarkən fotoşəkilləri görünür. Həmçinin, həmin fotoşəkillərdən bir nəfər əynində qollarında ağ rəngli zolaqlar olan idman geyimi və ağzında ağ rəngli tibbi maska olan şəxsin Mercedes E” markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi görünür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 28.01.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1975-ci ildə Qubadlı rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materillarına əlavə edilmiş Sumqayıt 16 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materillarına əlavə edilmiş şəxəsiyyt vəsiqələrinin surətləridən görünür ki, 10.03.2015-ci il təvəllüdlü X9 oğlunun və 23.05.2008-ci il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxsdur. Cinayət işi materiallarında olan “12 saylı Tibbi Sosial Ekspert Kmissiyasının” arayışdan görünür ki, X5 ikinci dərəcəli əlillik vardır. İş materiallarına əlavə edilmiş “ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X7 Azərbaycan Respublikasının uğrunda gedən döyüşlərdə 14.04.1993-cü il tarixdə həlak olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublukasının Qanunun 2.3-cü maddəsinə əsasən insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması Aərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələrini təşkil edir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etmək, dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etmək sanitariya-epidemioloji salamatlığın təmin edilməsi ilə bağlı dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların vəzifələrinə aiddir. Həmin Qanunun 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji; xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır.Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 139- 1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılığını, himayəsində iki azyaşlı uşaqlarının olmasını, qardaşının şəhid olduğunu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 11.03.2022-ci il tarixli (iş № 1(060)-358/2021) qərarını icra edərək, 15.03.2022-ci il tarixli 488/2022 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 61, mənzil 12 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar