Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-359/2021 31.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakı ilə, xx xxxxx 1994-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, İsnovqışlaq kəndində qeydiyyatda olan, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 24 yanvar 2021-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 38/1 nömrəli evin dəhlizində qonşusu X2 Təqsirləndirilən şəxs əri Şahid1 mübahisə edib onların ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs saçını yolub, əl və qol nahiyələrinə isə əli ilə zərbələr vuraraq hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ milbilək oynağı nahiyyəsinin qançırı-şişkinliyi, sağ gicgah-təpə nahiyyəsinin dərialtı qansızmaları, sağ saidin, sol əlin İV barmağının sıyrıqları kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan xəsarətlər yetirərək qəsdən sağlamlğa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, ev 38\1 mənzil 8-də yaşayırlar. Zərərçəkmiş şəxs onunla qonşuluqda alt mərtəbədə yaşayır. Onunla əvvəllər aralarında ədavət olmamışdır. 21.01.2021-ci il tarixdə təxminən saat 15:00 radələrində bacısı Vəfa və onun müharibədən yeni qayıdan əri Emin onlara qonaq gəlmişdir. Yaşadıqları evdə olarkən televizorda mahnı qoşmuş, uşaqlar oynamış, bu zaman qonşuluqda yaşayan Məhruzə (Güllü kimi də adlandırırlar) qəflətən evinə daxil olub demişdir ki, “nə olub? Qarabağı siz almısız? Nə toy bayram edirsiz? Sizdən polisə şikayət edəcəm”. O, Məhruzəyə demişdir ki, evdə uşaqlar oynayır, daha sonra Məhruzə onların ünvanına nalayiq küçə söyüşləri işlətmiş və çıxıb getmişdir. Təxminən 10-15 dəqiqədən sonra o, Məhruzənin evinə getmiş və bildirmişdir ki, sən niyə onu və ərini söyürsən? Məhruzə əsəbi olduğunu deyib uşaqlarına nəzarət etməsini demişdir. Bundan sonra evinə qayıtmışdır. 24.01.2021-ci il tarixdə təxminən saat 14:00 radələrində yaşadığı evdə olarkən qapı möhkəm döyülmüş, o, qapını açanda görmüşdür ki, Məhruzənin kürəkəni Qərib qapıda dayanıb və ondan əri Namiqi çağırmasını xahiş etmişdir. O, Namikin evdə olmadığını deyəndən sonra həmin şəxs çıxıb getmişdir. Həmin gün təxminən saat 22:00 radələrində o, evdə bacısı Vəfa ilə olarkən yaşadığı evin birinci mərtəbəsində dəhlizdə səs-küy və nalayiq küçə söyüşlərinin söyüldüyünü eşidib Vəfa ilə aşağı düşmüşlər. Dəhlizə düşəndə görmüşdür ki, Məhruzənin kürəkəni Qərib Namikin yaxasından tutub dartır, Məhruzə özü də Namiki tutmuş və Namikin, eyni zamanda onun ünvanına nalayiq söyüşlər söymüşdür. O, araya girmişdir ki, onları aralasın və həmin vaxt Məhruzə ilə aralarında dava düşmüş və onlar dalaşmış, bir-birinə əl qol atmışlar, o Məhruzəni vurmuşdur. Bundan sonra qonşulardan bir neçə şəxs gəlib onları aralamış, onlar da çıxıb evə getmişlər. Bu söhbətdən sonra onlar Abşeron rayonu, Ceyranbatan qəsəbəsi fərdi evdə yaşayırlar. Hadisə 24 yanvar 2021-ci il tarixdə saat təxminən 22:00 Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ev 38\1-in birinci mərtəbəsində dəhlizdə baş vermişdir. Hadisə zamanı orada o, Namik, Vəfa, Məhruzə, kürəkəni Qərib olmuşdur. Mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Mübahisəyə səbəb Məhruzənin əri Namiqin yaxasından tutması və onları nalayiq söyüşlərlə söyməsi olmuşdur. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Şahid1 Ariq oğlu və arvadı Təqsirləndirilən şəxs ondan üst mərtəbədən qonşuluqda yaşamışlar. Onlarla bu vaxt qədər aralarında ədavət olmamış, münasibətləri normal olmuşdur. 21.01.2021-ci il tarixdə günorta saatlarında yaşadığı ünvanda olan zaman üst mərtəbədə yaşayan qonşunun evindən ucadan səs-küy gəlmişdir. Yaşlı qadın olduğundan, səs-küyə dözə bilmədiyi üçün həmin mənzilə qalxmış, qapını açan qonşusu Namikə yaşadığı ünvanda səs-küy yaratdığı üçün öz iradını bildirmişdir. Namik isə onun iradına heç bir məhəl qoymamışdır. O, buna görə yaşadığı ünvana geri qayıtmışdır. 24 yanvar 2021-ci il tarixdə axşam saatlarında yaşadığı mənzildə olan zaman qapının döyüldüyünü eşitmişdir. Qapını açan kimi qonşuluqda yaşayan Namik, arvadı Sərvinaz, adını bilmədiyi bacısı və bacısının həyat yoldaşının yaşadığı mənzilə gəldiklərini görmüşdür. Bu zaman Namik heç bir səbəb olmadan onu söyüb təhqir etməyə başlamış və üzünə tüpürmüşdür. Həmin vaxt orada olan Namiqin arvadı Sərvinaz saçını yolub, əl və qol nahiyyələrinə xəsarət yetirmişdir. Qonşular onu Sərvinazın əlindən alıb evə gətirmişlər. Ona xəsarətləri Sərvinaz yetirmişdir. Hadisə 24 yanvar 2021-ci il tarixdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 38\1-in birinci mərtəbəsində dəhlizdə baş vermişdir. Hadisə zamanı orada o, Sərvinaz, Namik, Vəfa və kürəkəni Qərib olmuşdur. Mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X3" X5 29.01.2021-ci il tarixli 99 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: Hərəkət məhdudluğu ilə müşayiət olunmuş sağ mil-bilək oynağı nahiyyənin qançır-şişkinliyi, sağ gicgah-təpə nahiyyəsinin dərialtı qansızmaları, sağ saidin, sol əlin İV barmağının sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, törənmə müddəti müayinədən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən 24.01.2021-ci il tarixdə əmələ gələ bilərlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.(i.v 26-27) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 20.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v 63) İş materiallarında olan Şabran şəhər Kazarma küçəsinin Məhəllə Komitəsinin sədri M.Musayevin 1960 saylı 08.04.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 82) İş materiallarında olan 08.04.2021-ci il tarixli " Qətimkan tədbiri seçilməsi haqqında" Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. (i.v 116) Beləliklə, Təqsirləndirilən şəxsnun verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlu tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 oğluna 36 (otuz altı) manat pul ödənilməlidir məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi2 oğlu tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. (“xxxx” ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-359/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-359/2021
31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver