Məhkəmə qərarları › İş №1(060)-359/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-359/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-359/2023 31.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Müdafiəçi:Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, ev 7, mənzil 1-də qeydiyyatda olan, Sumqayıt şəhəri, St. Sumqayıt qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,373 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 12.50 radələrində Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, st.Sumqayıt qəsəbəsi, 43 saylı orta məktəbin inzibati binasının yaxınlığında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Abdulov Ramİİ Eynulla oğlunun əynində olan qara rəngli şalvarın sağ arxa cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,373 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək göstərdi ki, həmin vaxt ayağında qolbaq olmuşdur, saxlanıldığı ərazidə olmamışdır. Ona polisdən saat 10-11 radələrində zəng olunmuş, o həmin vaxt Sumqayıtda olmuşdur və ona demişlər ki, “Ramil haradasan?” O onlardan nə olduğunu soruşmuş, onlarda ona demişlər ki, “St.Sumqayıt ərazisində çayxanada səni gözləyirik.” Həmin ərazidə kameralar da var. Marşrutla həmin əraziyə gəlmiş, çayxananın qabağında, körpünün üstündə düşmüşdür. Ona bir dəfə də yenidn zəng etmişlər və demişlər ki, “Harada qaldın, Ramil?” O da cavabında bildirmişdir ki, “gəlirəm.” O bilirdi ki, ona zəng edən və onu çağıran polis əməkdaşıdır, əməliyyatçıdır, buna baxmayaraq o üzərində heç narkotik vasitə polislərin yanına gedə bilərmi? Orada olan zaman polis əməkdaşları ona demişdirlər ki, “bir zavoddan 100000 manat məbləğində oğurluq olub, onu boynuna götür.”, lakin bununla razılaşmamış, özlərinə də bildirmişdir ki, o həmin vaxt o ərazidə olmamışdır. Həmin əraziyə yaxınlşamış, onu maşına əyləşdirərək 5-ci PB-nə aparmışlar. Tutulan zaman üzərində narkotik vasitə olmamışdır. Üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməmiş, ona oğurluq hadisəsi olduunu demişlər. Üzərinə tərəzi və narkotik vasitə qoyaraq CM-nin 234.2-ci maddəsi ilə onu təqsirləndirmək istəyirdilər. Təxminən saat 11:00-11:30 radələrində onlar 5-ci PB-nə gəlmişlər. Həmin zaman ona probasiya şöbəsi tərəfindən vurulmuş qolbaq üzərində olmuşdur. Həmin vaxt onun üzərində ***-***-**-** nömrəli mobil telefon olmuşdur. Narkotik vasitəni istifadə etmək üçün qəsəbənin içərisində tanımadığı insanlardan almışdır. Tutulan zaman polis əməkdaşları onu döyməmişlər. O sadəcə uşaqları olduğu üçün qorxmuşdur ki, birdən boynuna götürməsə, sabah uşaqlarının üzərinə şər atarlar, buna görə də narkotik vasitənin onun olduğunu boynuna götürməli olmuşdur. Ona təsir edildiyi üçün istintaqda başqa ifadə vermişdir, indi imkan yarandığı üçün düzünü deyir. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də məhkəməyə bildirdi ki, əməlindən peşmandır, ailə vəziyyətini və şəxsiyyətini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitənin onun üszərində olmamasını bildirməsi, ona hədə-qorxu gələrək oğurluğu boynuna alması, ona təzyiq edilməsi və s. barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Çünki Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Onun göstərdikləri yoxlanılsa da təsdiq edilmədi. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. İstintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, Sumqayıt şəhəri, st.Sumqayıt qəsəbəsi, ev 7, mənzil 1-də qeydiyyatdadır, Sumqayıt şəhəri, st.Sumqayıt qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayır. Əvvəllər oğurluq cinayət hadisəsi törətdiyinə görə məhkum olunmuş, sonuncu dəfə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hal-hazırda sol ayağında qandal var. Bir ildən çoxdur ki, narkotik vasitə aludəçisidir, narkotik vasitə heroindən iynə vurmaqla istifadə edir. Narkotikə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə tanımadığı şəxslərdən narkotik vasitə alıb şəxsi istifadəsi üçün üstündə saxlayır. xx.xx.2023-cü il tarixdə saat 12.50 radələrində Sumqayıt şəhəri, st.Sumqayıt qəsəbəsi, 43 saylı orta məktəbin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib, onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinə dəvət etmişlər. Etiraz etməmiş, özü polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinə gəlmişdir. Bölmənin xidməti otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o, buna etiraz etməmiş, hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Regional vəkil bürosunun vəkili X3 təqdim olunmuş, vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əynində olan qara rəngli şalvarın sağ arxa cibində saxlamış olduğu 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Sonra aşkar əlunmuş 01 ədəd şəffaf sellofana bükülmüş büküm polis əməkdaşları tərəfindən açılan zaman içərisində qəhvəyi rəngli toz halında olan maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı aşkar olunan maddənin kakos olduğunu, həmin maddəni Bakı şəhəri, 20 yanvar metrosu ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş büküm elektron tərəziyə qoyularaq çəkilmişdir. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X8 tərəfindən müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və imzalamışlar. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşı Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2022-ci il tarixdə saat 12.50 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhəri, st.Sumqayıt qəsəbəsi, 43 saylı orta məktəbin inzibati binasının yaxınlığında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis bölməsinə Sumqayıt şəhər Regional Vəkil Bürosıınun vəkili X2 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri-qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ arxa cibində saxlamış olduğu bir ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman isə bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin kakos olduğunu, həmin maddəni Bakı şəhəri, 20 yanvar metrosu ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş büküm elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 1,39 qram olduğu müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X8 tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 242 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılması mümkündür, ola bilsin ki, onun yerini müəyyən etmək üçün ona zəng olunsun. Amma onu döyən, ona təzyiq və təsir edən olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və eyni məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eyniməzmunlu ifadə vermişlər. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:50-də Sumqayıt şəhəri, st.Sumqayıt qəsəbəsi, 43 saylı məktəbin yaxınlığında tutulmuşdur. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12.50 radələrində Sumqayıt şəhəri, st.Sumqayıt qəsəbəsində yerləşən 43 saylı orta məktəbin yaxınlığında küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət edilmiş, bölmədə Təqsirləndirilən şəxs, Sumqayıt ŞPİ-nİn 5-ci PB-nin əməkdaşları Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Regional Vəkil bürosunun vəkili X1 iştirakları ilə Sumqayıt ŞPİnin 5-ci PB-nin təhqiqatçısı polis kapitanı X8 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ arxa cibində saxlamış olduğu bir ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman isə bükümün içərisində qəhvəyi rəngli spesifiк iyə malik toz halında narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin kakos olduğunu, həmin maddəni Bakı şəhəri, 20 yanvar metrosu ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş büküm elektron tərəziyə qoyulub çəkilən zaman həmin bükümün çəkisinin 1,39 qram olduğu müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır, həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X8 tərəfindən müvafq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 242 saylı möhürü ilə möhürlənmişdir. Həmin diskdəki görüntülər məhkəmə iclasında nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/141 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün № 242” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə tmiz çəkisi 1,373 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 1,373 qram heroin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 1,273 qram heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci İl tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apelyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021ci İl tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci İl tarixli Amnistiya qərarının 5,9.2.3, 9.3 bəndinə əsasən cəza 01 il azaldılaraq üzərində qəti olaraq 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qərarı ilə xx.xx.2021-ci il tarixli qərarı ləğv edilərək cinayət işi Apelyasiya İnstansiyası məhkəməsinə yenidən baxılması üçün göndərilmişdir. Sumqayıt Apelyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci İl tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci İl tarixli Amnistiya qərarının 5,9.2.3, 9.3 bəndləri tətbiq edilmiş, cəza 01 il azaldılaraq üzərində qəti olaraq 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinrək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə ona təyin olunmuş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 04 ay 19 gün müddəti həmin hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddət azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 09 ay hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 10 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cəzanın əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. Bu günə, yəni xx.xx.2023-cü il tarixə həmin qərar üzrə çəkilməmiş cəza 6 ay 12 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin 21/1-73 saylı, xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə hansı istiqamət üzrə hərkət etməsi öz əksini tapmışdır. İş materiallarında olan 23 saylı MKS-nin 16 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2004-cü il təvəllüdlü X12 oğlu, xx.xx.2005-ci il təvəllüdlü X10 oğlu adlı 1 azyaşlı, 2 yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qardaşı şəhid olmuş, anası şəhid anası kimi güzəşt və imtiyazlara malikdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 256 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məslhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitənin onun üzərində olmamasını bildirməsi, ona hədə-qorxu gələrək oğurluğu boynuna alması, ona təzyiq edilməsi və s. barədə göstərdiyi hallar məhkəmə iclasında araşdırılmış, amma təsdiq edilməmişdir. Məhkəmə hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Məlum oldu ki, polis əməkdaşı Şahid1 onun yerinin müəyyən olunması üçün ona zəng etmişdir. Təqsirləndirilən şəxs isə bu xüsusatı öz xeyrinə istifadə etmək istəyir. Bununla bağlı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** telefon nömrəsinin 10 ynvar 2023-cü il tarixdə, saat 10:00-dan saat 14:00-dək olan müddət ərzində harada istifadə edilməsi barədə anten məlumatlarının "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. "xxxx" MMC-dən daxil olmuş bir ədəd diskdə cinayət işi üzrə Təqsirləndirilən şəxs mobil telefon nömrələrinin 10 yanvar 2023-cü il tarixdə, saat 10:00-dan saat 14:00dək olan müddət ərzində harada istifadə edilməsi barədə anten məlumatları öz əksini tapmışdır. Həmin məlumatlardan görünür ki, şahidlər-polis əməkdaşları Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs ifadələrində göstərdikləri ilə anten məlumatları uyğunluq təşkil edir. Təqsirləndirilən şəxs göstərdiyi digər xüsusatlar da araşdırılmış, təsdiq edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək satış məqsədi olmadan tərkibinə görə eyni olan üzərindən aşkar olunaraq götürülmüş 01 bükümdə, ümumi çəkisi 1,373 qram olan narkotik vasitə olan heroini daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar himayəsində 1 azyaşlı, 2 yetkinlik yaşına çatmayan uşağının olması, qardaşının şəhid olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, işin hallarını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinın sanksiyası həddində, azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-cİ il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 10 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Bu günə, yəni xx.xx.2023-cü il tarixə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi 6 ay 12 gün təşkil edir. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmuyu üzrə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 3-cü hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Ona görə də, təqsirləndirilən şəxsin cəzasının əvvəli 31 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatı ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, qalıq xalis çəkisi 1,273 qram narkotik vasitə heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. İşdə olan “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə tutulmuş, 12 yanvar 2023-cü il tarixədək, yəni iki gün saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı müddət 02 (iki) gün müəyyən olunaraq Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunası əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdən 12 yanvar 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin olunmuş 10 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi ilə (Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 10 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir, 31 avqust 2023-cü il tarixə cəzanın çəkilməmiş hissəsi 6 ay 12 gün təşkil edir) hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 31 avqust 2023-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun hal-hazırda Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 1,273 qram narkotik vasitə heroin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan şəxsə isə təqdim olunduğu) andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar