Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-359/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Ucar rayonu, Qarabörk kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, orta təhsilli, Sumqayıt şəhəri, Nizami küçəsi 19 C, məhəllə 6-da qeydiyyatda olan, Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 65 saylı yaşayış binasının arxasında yerləşən fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-157/2024 saylı hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan və eyni zamanda satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 06 ədəd qızılı rəngli siqaret kağızı bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,147 qram, 0,111 qram, 0,249 qram, 0,124 qram, 0,273 qram, 0,213 qram ümumi təmiz çəkisi 1,117 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 02 ədəd qızılı rəngli siqaret kağızı bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,147 qram və 0,175 qram ümumi təmiz çəkisi 0,418 qram xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və üzərində heroinin və metamfetaminin izləri olan elektron tərəzini əldə edib daşıyaraq üzərində saxlamış, 04 sentyabr 2024-cü il tarixdə saat 18:10-da Sumqayıt ŞPİ-nin X2 əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 65 saylı yaşayış binasının yaxınlığında saxlanılıb ŞPİ-nə aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ çiynindən asılmış vəziyyətdə olan qara rəngli çantanın bayır cibindəki "Prima" markalı siqaretin içərisindən psixotrop maddə metamfetamin narkotik vasitə olan heroin və çantanın bayır cibindən elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, o istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,313 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 16.12-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 65 saylı yaşayış evinin ön hissəsindən arxa hissəsinə keçən keçiddə saxlanılaraq videoçəkilişlə üzərinə yoxlama keçirilən zaman əynindəki göy rəngli cins gödəkçənin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,313 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, saxlanılan zaman üzərində narkotik vasitə olmamış və narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları onu yaşadığı evdən gəlib aparmış və daha sonra rəsmiləşdirmişlər. Qeyd edir ki, çəkiliş aparmamışdan öncə polis əməkdaşları narkotiki onun üzərinə qoymuş, o, döyüldüyü üçün məcbur olub bu əməli çəkiliş zamanı etiraf etmişdir. Pİ-də ona “elektro-şoker” cihazi ilə ona işgəncə verilmiş, buz kimi suyu başından tökərək əl-qolunu bağlayaq döymüşlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, onu saxlayan polis əməkdaşları ilə öncədən heç bir ədavəti olmamışdır. Narkotik vasitəni çəkmək üsulu ilə qəbul etmişdir. Qeyd edir ki, polis əməkdaşları tərəfindən iki dəfə saxlanılmış və hər ikisində üzərində narkotik maddə olmamışdır. Söylədikləri xüsusatlarla bağlı heç bir orqana şikayət etməmişdir. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, bir daha narkotik vasitələrdən istifadə etməyəcəyinə söz verərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğu nəzərə alınaraq ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində o, ona CM-in 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3-4 il olar ki, narkotik vasitələr qəbul edir. Narkotik vasitələr istifadə etmək nəticəsində narkomaniya xəstəliyinə düçar olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 18:10-da Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65-in yaxınlığında piyada hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərinin polis işçiləri olduqlarını bildirdikdən sonra ona özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə daşımağısından şübhələndiklərinə görə onlarla Sumqayıt ŞPİ-nə aparılacağını bildirmişlər. Həmin vaxt həmin şəxlərdən biri onun əllərindən möhkəm yapışdıqlarına görə o, öz istifadəsi üçün üzərində gəzdirdiyi heroini və metamfetamini üzərindən kənarlaşdıra bilməmiş və polis əməkdaşları tərəfindən polis idarəsinə aparılmışdır. Sumqayıt ŞPİ-də xidməti otaqda onu ora gətirən polis işçiləri və ona dövlət hesabına təyin edilmiş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş və daha sonra o sağ çiynindən asılmış vəziyyətdə olan qara rəngli çantasının bayır cibində saxlamış olduğu 01 ədəd "Prima" markalı siqaret qutusunu, 01 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzini təqdim etmişdir. Həmin siqaret qutusu açılan zaman içərisində 08 ədəd qızılı rəngli siqaret kağızı bükümləri aşkar olunmuşdur. Bükümlərdən 06 ədədinin içərisindən ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetamin, digər 02 ədəd qızılı rəngli siqaret kağızı bükümlərinin içərisindən isə spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitə "heroin" olduğu müəyyən oldunmuşdur. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 06 ədəd bükümdəki psixotrop maddə metamfetaminin elektron tərəzidə çəkisi çəkilmiş, çəkisinin 1,56 qram, digər 02 ədəd bükümdəki heroinə bənzər kütlənin təmiz çəkisinin isə 0,58 qram olduğu müəyyən olunmuşdur. Həmin maddələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş ağ rəngli kristal şəkilli maddələr patı, qəhvəyi rəngli maddələr isə kakosdur, ona məxsusdur və onları Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 100 manata almış və öz istifadəsi üçün həmin maddələri üzərində gəzdirmişdir. Elektron tərəzini isə narkotik vasitələri alan zaman çəkisini müəyyən etmək üçün üzərində gəzdirmişdir. Həmin maddələr və 01 ədəd elektron tərəzi zərfə qablaşdırılıb üzəri möhürlənmişdir. Bundan başqa üzərindən aşkar edilmiş 40 qəpik pul, 01 ədəd qulaqcıq, 01 ədəd alışqan iş üçün sübut əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, üzərindən aşkar edilmiş 01 ədəd “Samsunq” markalı mobil telefon isə qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manata bir büküm “kakos” adlandırdığı narkotik vasitə olan heroini alıb əynində olan göy rəngli cins gödəkçənin sol yan cibində saxlamış və həmin gün saat 16:12-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 65 saylı yaşayış evinin ön hissəsindən arxa hissəsinə keçən keçidə gələn zaman bir neçə polis əməkdaşı və onların yanında olan mülki formada bir qadın ona yaxınlaşıb, özlərini təqdim etdikdən sonra ona üzərində narkotik maddə və psixotrop maddə saxlamasın şübhəli olduğunu və üzərinə baxış keçirmək istədiklərini bildirmiş, o, onlara üzərində narkotik vasitə olan heroin olduğunu və təqdim edə biləcəyini demişdir. O, üzərində saxladığı kütləni polis əməkdaşlarına təqdim etmiş, həmin vaxt video çəkiliş olmuş, üzərindən aşkar olunan kütlə bir ədəd zərfdə qablaşdırılmış, o da zərfin üzərini imzası ilə təsdiq etmiş, sonra bu barədə protokol tərtib olunmuş, protokolu imzası ilə təsdiq etmişdir. O, həmin polis əməkdaşları ilə bir yerdə 1-ci PB-nə gəlmiş, bölmənin inzibati binasında təqdim olunan müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş, bu barədə tərtib olunmuş bildiriş ona verilmişdir. Sonra ona üzərindən aşkar olunaraq 1 ədəd zərfdə qablaşdırılmış kütlə təqdim olunaraq həmin kütlənin ona məxsus olub olmadığı soruşulmuş, o həmin kütlənin ona məxsus olduğunu, bu gün Sumqayıt şəhəri, Corat qəsəbəsindən tanımadığı şəxsdən 10 manata aldığını və özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra saxlandığı zaman üzərindən aşkar olunan kütlənin qablaşdırıldığı zərf açılmış, içərisində ağ rəngli kağıza və gümüşü rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli, kəskin iyli kütlə aşkar olunaraq tərəzidə çəkildikdə bükümlə bir yerdə çəkisinin 0,92 qram olması müəyən edimişdir. Bundan sonra üzərindən aşkar olunan kütlə və həmin kütlənin qablaşdırıldığı zərf bir ədəd zərfə qoyulmaqla zərfin üzəri möhürlənib götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş olunmuş, aşkar olunmuş kütlə qablaşdırılmış qabın üzərini imza etmişdir. Protokol tərtib olunmuş, doğruluğunu imzası ilə təsdiq etmişdir. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamış, narkotik vasitə istifadəçisidir. Saxlanılarkən ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində Mətanət adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, həmin məlumat əsasında həmin gün saat 18:10-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 65 saylı yaşayış binasının yaxınlığında onlar tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş, xidməti otaqların birində Bayramovanın üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı özünü təqdim edərək videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa təqdim edilməsi təklif olunmuş, o, çiynindən asılmış vəziyyətdə olan çantanın cibində saxladığı 01 ədəd siqaret qutusunu, 01 ədəd markası olmayan elektron tərəzini təqdim etmişdir. Xatırladığı qədərilə siqaret qutusunun içərisində 08 ədəd büküm olmuş, həmin bükümlər elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edildikdən sonra elektron tərəzi də daxil olmaqla zərflərdə qablaşdırılmışdır. Aşkar edilmiş digər predmetlər sübut əhəmiyyəti kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Aşkar edilmiş 01 ədəd mobil telefon qablaşdırılaraq götürülmüşdür. Bayramovaya qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təziq göstərilməmiş, o, könüllü olaraq törətdiyi əməlini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ifadəsinə oxşar ifadələr vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilləri, polis kapitanları Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə etməsi, üzərində saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2024-cü il tarixdə saat 16:12-də Sumqayıt şəhəri, 10-cu mikrorayon 65 nömrəli binanın ön hissəsindən arxa hissəsinə keçən keçidində piyada hərəkət edərkən müəyyən edilmiş, videoçəkiliş aparılmaqla ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirilib üzərinə yoxlama və götürmə aparılmamışdan əvvəl hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquq izah olunmuş, üzərində qanunla istifadəsi və saxlanması qadağan olunmuş predmet və ya əşya vardırsa təqdim edilməsi təklif edilmiş, o, əynində olan gödəkçənin cibindən bir ədəd bükümü təqdim etmiş, üzərindən başqa heç bir əşya, predmet aşkar edilməmişdir. Aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilmiş, sonra qablaşdırılmışdır. Sonraki sənədləşdirmə aparılması üçün Təqsirləndirilən şəxs 1-ci PB-yə gətirilmişdir. Bölmədə xidməti otaqların birində videoçəkilişlə ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Daha sonra aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış zərf videoçəkiliş altında təqdim edilmiş, həmin zərf açılmış və zərfdə 01 ədəd kağız bükümün olduğu müəyyən olunmuşdur. Həmin büküm elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs qarşı saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı bir təziq göstərilməmiş, o könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 1-ci PB-nin əməliyyat müvəkkili Şahid5 Şahid4 ifadəsinə oxşar ifadələr vermişdir. Məhkəməyə teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilməcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi tərəflərin fikri dinlənilməklə tədqiq edilmiş və onun da şahid Mikayəıl Əsgərovla eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 15:00) və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Əməliyyat Axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” 17 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs həmin tarixdə saat 16:12-də Sumqayıt şəhəri, 10-cu mkr, 65 nömrəli binanın ön hissəsindən arxa hissəsinə keçirən keçiddə saxlanılaraq üzəri yoxlanılmış, özü bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. (i.v.10-11); “Təqdim olunan əşyanın götürülməsi və baxışın keçirilməsi haqqında” xx.xx.2024cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16:12-də 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 10-cu mikrorayon 65 nömrəli binanın ön hissəsindən arxa hissəsinə keçən keçiddə piyada hərəkət edərkən saxlanılıb, üzərinə yoxlama aparılarkən, üzərindən narkoti vasitə olan heroin aşkar edilmiş Təqsirləndirilən şəxs 1-ci PB-yə gətirilmiş və orada xidməti otaqlarının birində onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılır. Orada 1-ci PB-nin təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmov əvvəl özünü təqdim edir, daha sonra Mətanət özünü təqdim edir. Həmçinin polis əməkdaşları da özlərini təqdim edir. Daha sonra təhqiqatçı ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil Leyla Bədəlovanı təqdim edir, Mətanət bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra təhqiqatçı ona polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən narkotik vasitə olan heroinin aşkar edildiyini bildirir. Mətanətin üzərindən aşkar edilərək götürülmüş və qablaşdırılmış zərf videoçəkilişlə təqdim edilir. Zərf açılır və 01 ədəd ağ rəngli kağıza və gümüşü rəngli siqaret kağızına bükülmüş heroin müəyyən olunur. Təqsirləndirilən şəxs içərisində heroin olan bükümün ona məxsus olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün saxlanılmamışdan bir qədər əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən tanımadığı şəxsdən 10 manat verməklə əldə etdiyini bildirir. Həmin heroin eıeltron tərəzidə çəkildikdə kağız bükümlə birlikdə çəkisi 0,92 qram olur, həmin kütlə, eləcə də Təqsirləndirilən şəxs saxlanıldığı zaman kütlənin qablaşdırıldığı üzərində imzalar, adlar və soyadlar olan 01 ədəd zərf AR ƏN-yi MEM-nə göndərilməsi üçün başqa 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılır və üzəri DİN-in 125 saylı möhürü ilə möhürlənib imzalarla təsdiq olunur. Daha sonra Təqsirləndirilən şəxs vəkilin ona ünvanladığı suallara cavab olaraq saxlanıldığı zaman hər hansı fiziki təsirə məruz qalmadığını, təhqiqata təqdim olunan kütlənin onun üzərindən aşkar olunan kütlə olduğunu və ona məxsus olduğunu bildirir. (i.v. 29) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2024-cü il tarixdə, saat 16:12 dəqiqədə CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.14); Təqsirləndirilən şəxs 19 oktyabr 2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 54-55) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v.62); “Təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v.63-65); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4926 nömrəli 18 okyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Arayışlar üçün № 125» dairəvi möhür əksi, “saxlanılan şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,313 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v. 38-41) xx.xx.2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi, cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi təqsirləndirilməsinə dair ********* saylı cinayət işi sonuncunun CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə birləşdirilmiş, cinayət işi ********* nömrə altında davam etdirilmiş, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir. (i.v. 68- 69) “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 sentyabr 2024cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə 24030728 saylı cinayət işi başlanmış (saat 15:30) və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 71) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 04 sentyabr 2024-cü il tarixdə, saat 18:10 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 81); Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdə CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 121-122) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 06 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v.129-130); “Təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v.63-65); “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində Mətanət adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 18:10-da Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 65 saylı yaşayış binasının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Səadət Qənbərov özünü təqdim edir, sonra Mətanət və polis əməkdaşları özlərini təqdim edirlər. Bundan sonra təhqiqatçı Mətanətə nə üçün bölməyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Elman Musayevi təqdim edir. Mətanət bildirişlə tanış olaraq, vəkilə etiraz etmir. Ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa təqdim edilməsi təklif olunur. Mətanət də sağ çiynindən asılmış qara rəngli çantanın bayır cibində saxladığı 01 ədəd siqaret qutusunu, 01 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzini təqdim edir. Siqaret qutusu açıldıqda qutunun içərisinlə 08 ədəd qızılı rəngli siqaret kağızı bükümlər, həmin bükümlər açıldıqda 06 ədəd qızılı rəngli siqaret kağız bükümlərinin hər birinin içərisində psixotrop maddə olan metamfetamin, digər 02 ədəd qızılı rəngli siqaret kağızı bükümlərinin hər birinin içərisində isə narkotik vasitə olan heroin aşkar edilərək götürüldüyü müəyyən edilir. Mətanət üzərindən aşkar olunan həmin maddələri Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində olarkən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 manata aldığını, elektron tərəzini isə narkotik vasitə alan zaman çəkisini müəyyən etmək üçün üzərində gəzdirdiyini bildirir. Aşkar olunmuş 02 ədəd büküm elektron tərəzidə çəkilir, maddələrin siqaret kağızları ilə birlikdə ümumi çəkisinin 0,58 qram, 06 ədəd siqaret kağızına bükülmüş psixotrop maddə olan metamfetamin siqaret kağızları ilə birlikdə ümumi çəkisinin 1,56 qram olduğu müəyyən edilir. Həmin maddələr və 01 ədəd elektron tərəzi zərfə qablaşdırılıb üzəri möhürlənir. Aşkar edilmiş digər predmetlər sübut əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılır. 01 ədəd “Samsunq” markalı mobil telefon qablaşdırılaraq götürülür. (i.v. 96-97) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4431 nömrəli 05 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün № 124" dairəvi möhür əksi, "Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş 8 bükümdə maddələr (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan zərfdəki, -02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,243 qram və 0,175 qram, ümumi təmiz çəkisi 0,418 qram açıq qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, -06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,147 qram, 0,111 qram, 0,249 qram, 0,124 qram, 0,273 qram, 0,213 qram, ümumi təmiz çəkisi 1,117 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: "Vət. Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd elektron tərəzi (imza) Təqsirləndirilən şəxs" yazısı və imzalar olan zərfdəki bir ədəd «gümüşü» rəngli elektron tərəzinin üzərində heroinin və və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin və heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. (i.v. 104-109) AR Səhiyyə Nazirliyi Respublika X5 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 607 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 193-194). Məhkəmə istintaqı zamanı tədqiq edilən disklərə baxış zamanı Təqsirləndirilən şəxsun narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 165-166, 169-178) “sübutların qiymətləndirilməsi haqqında” 22 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsa CM-nin 234.1 və 234.2-ci madddələrinə ilə verilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının və məhkəmə-narkoloji ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 0.418 qram narkotik vasitə heroin, 1.117 qram psixotrop maddə metamfetamin, 0.313 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış müvafiq olaraq 0.338 qram narkotik vasitə heroin, 0.937 qram psixotrop maddə metamfetamin və 0.263 qram qram narkotik vasitə heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 03 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 206-215) Təqsirləndirilən şəxs məhkəmə iclaslarından yayındığı və iclaslara gəlmədiyi üçün Sumqayıt şəhər məhkəməsinin 1(060)-359/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində ibtidai isitintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə saat 19:35-də saxlanılaraq həmin tarixdə 1-ci PB-nə gətirilmiş və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsinin 13 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzasının 10 ay 15 gününü çəkmiş, çəkilməmiş cəzası 02 il 01 ay 08 gün təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. Lakin onun əməli CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivini yaratmır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs özünü irəli sürülmüş ittihamla təqsirli bilməməsi, yəni saxlanılarkən üzərində narkotik vasitə və ya psixotrop maddə olmaması, narkotik vasitənin satışı ilə məşğul olmaması, saxlanılarkən döyüldüyü üçün etirafedici ifadələr verməsi barədə barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi, o cümlədən ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Belə ki, Mətanət Bayramanova ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi bütün ifadələrində cinayət əməllərinin onun tərəfindən törədildiyini, saxlanılarkən üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin, o cümlədən 01 ədəd elektron tərəzinin ona məxsus olduğunu tam etiraf etmiş, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təsir edilmədiyini və döyülmədiyini bildirmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qaldığını, üzərindən aşkar edilmiş narkotik vasitələrin, psixotrop maddələrin, elektron tərəzinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tərəfindən üzərinə qoyulduğunu bildirsə də, bu barədə ibtidai istintaq müddətində hər hansı orqana şikayət etmədiyini, o cümlədən bu barədə müdafiəçisinə məlumat vermədiyini bildirmişdir. Qeyd edilməlidir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Bu səbəbdən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə məhkəmənin müraciəti əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində müvafiq araşdırma aparılmış nəticədə toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə iclasında qeyd etdiyi xüsusatlar məhkəmənin təşəbbüsü ilə araşdırılsa da, öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu məzmunda ifadəsi özünün uydurma mexanizm əsasında qurduğu təxəyyülünün məhsuludur, belə ki, o, söz sözündə əməlindən peşman olduğunu, bir daha narkotik vasitədən istifadə etməyəcəyinə söz verdiyini bildirmişdir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.2-ci maddəsinə görə Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-ci il tarixli, 8 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq AR-nın qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin hallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə bükümlər şəklində, yəni 06 ədəd və 02 ədəd olmaqla cəmi 08 bükümdə olmuş, həmçinin onun üzərində xüsusi avadanlıq yəni elektron tərəzi də aşkar edilmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1 və 234.2-ci madddələri ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs bundan öncə də narkotik vasitələrdən qanunsuz istifadə etdiyi üçün hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyin, məhkumluğu ödənilməmiş yenidən eyni məzmunlu cinayətlər törətməsini, narkotik vasitələrdən hələ də istifadə edərək narkomaniya xəstəliyindən əziyyət çəkdiyini, cəzasını yüngülləşdirən halı, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrdən biri olan CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. Ona əvvəlki cinayətinə görə qeyd olunan cəza təyin olunmuş, lakin o, həmin cəza ilə islah olunmamış, yenidən qəsdən eyni məzmunlu az ağır cinayətlər törətmişdir. Göründüyü kimi onun narkotik maddələrdən asılılığı vardır. Məhkəmə məhz qeyd edilən halı nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Odur məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib ona həmin məcəllənin 66.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub qismən toplanılmalı, o cümlədən ibtidai istintaq zamanı tutulduğu müddət təyin edilən cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu gündən yəni 06 sentyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 228 manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılantədqiqatdan sonra qalıq qalmış 0.338 qram narkotik vasitə heroin, 0.937 qram psixotrop maddə metamfetamin və 0.263 qram qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 24 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 6 iş saatı üçün 36 (otuz altı) manat, o cümlədən həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən vəkil Müdafiəçi 18 iş saatı üçün 198 (bir yüz doxsan səkkiz) manat cəmi 234 (iki yüz otuz dörd) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin məcəllənin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-157/2024 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, yəni 02 il 01 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzası 01 il 19 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 04 sentyabr 2024-cü il tarixdən 06 sentyabr 2024-cü il tarixədək, 17 oktyabr 2024-cü il tarixdən 19 oktyabr 2024-cü il tarixədək tutulduğu 04 (dörd) gün təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 04 (dörd) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 06 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, təmiz qalıq çəkisi 0.338 qram narkotik vasitə heroin, 0.937 qram psixotrop maddə metamfetamin, 0.263 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin. Ümumilikdə 03 (üç) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 234 (iki yüz otuz dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-359/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-359/2025
13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver