Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-36/2021 22.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, X2 katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 Adil oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Ucar şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmayan, Ucar şəhəri, Həbibi küçəsi, döngə 2, ev 12-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.2, 177.2.4 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə ünvan 2qayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Şahid1 aldatmaqla cinayətkar fəaliyyətə cəlb edib 2019-cu ilin dekabr ayının əvvəllərində ünvan 2qayıt şəhəri Kimyaçılar qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən sonuncunun azyaşlı nəvəsi Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 583 əyyarlı 3000 (üç min) manat dəyərində 20 (iyirmi) qram çəkidə qızıl boyunbağı və 30 (otuz) qram çəkidə qızıl qolbaq dəstini gizli talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Şahid1 aldatmaqla cinayətkar fəaliyyətə cəlb edib 2019-cu ilin dekabr ayının sonlarında ünvan 2qayıt şəhəri Kimyaçılar qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən sonuncunun azyaşlı nəvəsi Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 583 əyyarlı 1050 (min əlli) manat dəyərində 17.5 qram çəkidə qızıl sırğa üzük dəstini, 1 ədəd 583 əyyarlı 1200 (min iki yüz) manat dəyərində 12 qram çəkidə brilyant qaşlı qızıl nişan üzüyü, 1 ədəd 583 əyyarlı 240 (iki yüz qırx) manat dəyərində 4 qram çəkidə qızıl oğlan bilərziyi, 1 ədəd 583 əyyarlı 480 (dörd yüz səksən) manat dəyərində 8 qram çəkidə qızıl oğlan bilərziyi, 1 ədəd 583 əyyarlı 900 (doqquz yüz) manat dəyərində 15 qram çəkidə qızıl kişi qolbağı, 1 ədəd 583 əyyarlı 240 (iki yüz qırx) manat dəyərində 4 qram çəkidə bir cüt qızıl sırğanı, 1 ədəd 583 əyyarlı 150 (yüz əlli) manat dəyərində 2.5 qram çəkidə bir cüt qızıl sırğanı, 1 ədəd 583 əyyarlı 480 (dörd yüz səksən) manat dəyərində 8 qram çəkidə şəbəkə qızıl üzüyü, 1 ədəd 583 əyyarlı 180 (yüz səksən) manat dəyərində 3 qram göy sadə qaşlı qızıl üzüyü, 1 ədəd 583 əyyarlı 300 (üz yüz) manat dəyərində 5 qram çəkidə qızıl üzüyü və 1 ədəd 585 əyyarlı 210 (iki yüz on) manat dəyərində 3.5 qram çəkidə qızıl ayaqbağını, eyni zamanda Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 583 əyyarlı 720 (yeddi yüz iyirmi) manat dəyərində 12 qram çəkidə qızıl kişi nişan üzüyü və 1 ədəd 583 əyyarlı 720 (yeddi yüz iyirmi) manat dəyərində 12 qram çəkidə qızıl kişi üzüyünü gizli talayıb Zərərçəkmiş şəxs2 xeyli miqdarda, ümumilikdə 5430 (beş min dörd yüz otuz) manat məbləğində və Zərərçəkmiş şəxs1 ümumilikdə 1440 (min dörd yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talamaq məqsədi ilə yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü Şahid1 aldatmaqla cinayətkar fəaliyyətə cəlb edib 03 mart 2020-ci il tarixdə təxminən saat 11 radələrində ünvan 2qayıt şəhəri Kimyaçılar qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən sonuncunun azyaşlı nəvəsi Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 583 əyyarlı 360 (3 yüz altmışi) manat dəyərində 6 qram çəkidə sadə göy qaşlı qızıl üzüyü və 1 ədəd 583/585 əyyarlı 269 (iki yüz altmış doqquz) manat dəyərində 4.15 qram çəkidə qızıl şəbəkə üzüyü, eyni zamanda Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 583 əyyarlı 720 (yeddi yüz iyirmi) manat dəyərində 12 qram çəkidə qızıl köhnə nişan üzüyü və 1 ədəd 583/585 əyyarlı 346 (üç yüz qırx altı) manat dəyərində 5.33 qram çəkidə qızıl klonu gizli talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 629 (altı yüz iyirmi doqquz) manat məbləğində və zərərçəkmişşəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 1066 (min altmış altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 Adil oğlunun etibarından sui istifadə edərək sonuncunun icarə əsasında işlətidiyi ünvan 2qayıt şəhəri Sülh küçəsində yerləşən “Qərb Telecom” telefon dükanından aldığı mobil telefonların pulunu 1 günə, yəni 09 mart 2020-ci il tarixə qaytaracağını yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 08 mart 2020-ci il tarixdə saat 12 radələrində 1 ədəd 64 GB tutumlu 499 manat dəyərində Xiaomi Note 8 markalı və 1 ədəd 64 GB tutumlu 529 manat dəyərində Samsung A30S markalı telefonları, 08 mart 2020-ci il tarixdə saat 14 radələrində isə 1 ədəd 32 GB tutumlu 429 manat dəyərində Xiaomi Note 8 markalı, 1 ədəd 64 GB tutumlu 499 manat dəyərində Xiaomi Note 8 markalı və 1 ədəd 32 GB tutumlu 449 manat dəyərində Samsung A30S markalı telefonları alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 ümumilikdə 2405 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 170.1, 177.2.2, 177.2.4 və 178.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. O 2020-ci ilin may ayının sonlarınadək ünvan 2qayıt şəhərində kirayə yaşamış, 12 mart 2020-ci ilədək isə ailəsi ilə birlikdə ünvan 2qayıt şəhəri Kimyaçılar qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinin həyətində olan evdə kirayədə yaşamışdır. Onun münasibəti Zərərçəkmiş şəxs1, Şahid1 və onların ailə üzvləri ilə onlarda kirayədə yaşadığı müddətdə yaxşı olmuşdur. Aralarında heç bir ədavət, düşmənçiliyi olmamışdır. 2019-cu ilin yanvar ayının 6-dan Mehmanın həyətində olan evə kirayə gəlib orada yaşamışdır. Mehmanın 2007-ci il təvəllüdlü nəvəsi Pərvanə onlara gələrək onun 17.03.2012-ci il təvəllüdlü qızı və 31.08.2017-ci il təvəllüdlü oğlu ilə oynamışdır. Mehmanın 12 yaşlı nəvəsi Pərvanəni özünə çox inandırmışdır. 2019-cu ilin dekabr ayından başlayaraq 06.03.2020-ci ilədək olan müddət ərzində Pərvanəni aldadaraq gah qardaşının tutulmasını, gah özünün iş yerinə borcunun olmasını deyib Pərvanənin üstünə ağlayaraq evlərində olan qızıl-zinət əşyalarını evlərindən gizlin olaraq ona gətirib verməsini, həmin qızılları lombarda qoyub pul götürüb işini qurtardıqdan sonra qızılları qaytarıb ona verəcəyini vəd edərək Şahid1 ailə üzvlərinə məxsus qızıl-zinət əşyalarını az yaşlı Pərvanədən alıb satmış və əldə etdiyi pulları öz ehtiyacı üçün xərcləmişdir. O ilk qızılı Pərvanədən 2019-cu ilin təxminən dekabr ayının əvvəllərində almışdır. Belə ki, ona pul lazım olduğu üçün yalandan Şahid1 üstünə ağlayaraq bidirmişdir ki, qardaşı Baxışı “S-ledi” dükanına borcu olduğu üçün polislər tutublar, qardaşını çıxartmaq üçün 1500 manat pul lazımdır. O görmüşdür ki, Pərvanənin ona yazığı gəlir, o da ona demişdir ki, gedib evdən ailə üzvlərinə məxsus qızıllardan gətirsin, qızılı lombarda qoyub pul götürüb qardaşını çıxardacaq, qardaşı çıxan kimi öz pulu ilə lombarddan qızılları götürüb onlara qaytaracaq, qızılları ona verəcək aparıb yerinə qoyar. İlkin olaraq Pərvanə qorxub onunla razılaşmamış, lakin o onu yola gətirmiş, ona kömək etməsini demişdir. Lakin əslində onun qardaşı Baxış polis əməkdaşları tərəfindən tutulmamış, onun özünə pul lazım olduğu üçün o, Pərvanəyə belə demişdir. Pərvanə də onunla razılaşmış, gedib evdən koma olaraq bir neçə qızı zinət əşyası gətirmişdir. O da həmin qızılları Pərvanədən götürüb baxmış, qızılların içərisindən bir ədəd köhnə modelli olan 583 əyyarlı qədimi qızıl Boyunbağı və qolbaq dəstini götürüb digər qızılları Pərvanəyə qaytarmışdır. O Pərvanədən götürdüyü qızıl qolbaqla boyunbağını girov qoyub pul götürmək üçün ünvan 2qayıt şəhəri, «Cavid» Ticarət Mərkəzində yerləşən qızıl alqı-satqısı olan mağazalara girmişdir. O əvvəllər tanımadığı qızıl alqı-satqısı ilə məşğul olan Samir adlı alçaqboy, arıq oğlana yaxınlaşaraq ona pul lazım olduğu üçün özünə məxsus bir ədəd qızıl boyunbağını və bir ədəd qızıl qolbağını girov qoyub pul götürmək istədiyini demişdir. Samir həmin vaxt adını sonradan bildiyi atası Farizlə birlikdə olmuşdur. Samirlə Fariz girov qoymaq istədiyi mallara baxmış və qızılların qədim qızıl olduğunu deyib həmin qızıllar üçün ona 770 (yeddi yüz yetmiş) manat pul verə biləcəyini demişdir. Samir ona qızılların içi boş olduğu üçün ona 770 manat pul verə biləcəyini demişdir. O həmin qolbağın təxminən nə qədər çəkisi olduğunu xatırlamamışdır. O Samirlə razılaşmış və Samirə bildirmişdir ki, 5 gündən sonra pulunu verib qızıllarını götürəcək. Samir ona demişdir ki, əgər 5 gündən sonra qızılları götürməsə qızılları ona verməyib satacaq. O da Samirlə razılaşmışdır. Samir ondan heç bir sənəd tələb etməmiş və o qızılları Samirə verib pulu ondan alıb getmişdir. Samir ona pulu verəndə onun atası Fariz də onun yanında olmuşdur. Həmin pulla öz ehtiyaclarını qarşılamışdır. O 5 gündən sonra pul tapıb qızılları götürə bilməmişdir. 7-ci günü getmişdir ki, pulu qaytarsın, Samirdən qızılları götürsün. Lakin Samir ona demişdir ki, söz verdiyi vaxtda gəlmədiyi üçün qızılları satmışdır. O Samirə demişdir ki, həmin qızılları kimə satıbsa geri qaytarsın, artıqlaması ilə pulunu ödəyəcəkdir. Samir ona söz vermişdir ki, araşdırıb tapar. Bundan sonra o Samirdən aralaşmışdır. Aradan iki saat keçdikdən sonra Samir ona zəng etmişdir ki, qızıl otdellərini axtarsa da o, formada qızıl tapa bilməyibdir. Lakin ona demişdir ki, həmin qızılın naxışının qəlibi onda var, həmin qəlibi Bakı şəhərindəki tanışına göndərə bilər və ona verdiyi qızıl boynbağının və qızıl qolbağının eynisini düzəldə bilərlər, bunu etmək üçün 300 manat əl haqqı lazım olacaq və həmin qızılı hazırlamaq üçün 2100 manatlıq qızıl lazımdır ki, əridib həmin qızılı düzəltsinlər. Samir dediyi məbləğ onda olmadığı üçün o Samirə fikirləşib bir söz deyəcəyini bildirmişdir. Səhərisi gün Nazimin 12 yaşlı qızı Pərvanə ona demişdir ki, nənəsigili toya çağırıblar, bir həftədən sonra toya gedəcəklər və həmin vaxt qızılları taxmaq istəyəndə başa düşəcəklər ki, qızıllar yerində yoxdur, ona görə də qızılları qaytarıb yerinə qoymaq lazımdır ki, heç kim başa düşməsin. Pərvanənin bu sözündən sonra o təkrar Samirə zəng edib soruşmuşdur ki, dediyi qaydada həmin boyun bağını və qol bağını bir həftəyə hazırlaya bilər?. Samir ona söz vermişdir ki, 3 günə hazırlayar. O Samirə demişdir ki, həmin qızılları mütləq qaytarmalıdır, başqa çıxış yolu yoxdur və dediyi 2100 manat pulu da yoxdur. Samir ona demişdir ki, ancaq belə kömək edə bilər ki, 2100 manat dəyərində qızıl-zinət əşyalarını ona girov qoysa, həmin qızıl boyunbağı ilə qolbağını ona düzəldib verər, nə vaxt 2100 manat pulunu qaytarsa, o da ona girov qoyduğu qızılları özünə qaytarar. Bundan sonra o Samirə bir söz deməyib evə gəlmiş və vəziyyəti olduğu kimi Pərvanəyə danışmışdır. Pərvanə demişdir ki, onun başqa yolu yoxdur, gedib evdə nə qədər qızılları var evdən gizlin gətirib ona versin, o da aparıb Samirə verəcək. Pərvanə onunla razılaşmış və Pərvanə təxminən dekabr ayının axırlarında boz parlaq rəngdə kiçik ölçülü sandıqçanı ona gətirib demişdir ki, qızılların hamısı buradadır, aparsın bu qızılları versin, nənəsi toya taxacaq boyunbağı ilə qolbağını alıb gətirsin yerinə qoysunlar ki, başa düşməsin. Həmin sandıqçanın içərisində 1 ədəd qaşlı qızıl kişi nişan üzüyü, 2 ədəd qızıl uşaq qolbağı, 1 ədəd qızıl sırğa və üzük dəsti, 1 ədəd qaşlı qızıl qadın üzüyü, 1 ədəd qızıl ayaqbağı və 1 ədəd kəpənək formalı qızıl qadın üzüyü olmuşdur. O həmin qızılların əyyarını və çəkisini dəqiq xatırlamır. O həmin qızılları götürüb Samirin yanına getmişdir. Pərvanə isə boş sandığı aparıb yerinə qoymuşdur ki, başa düşülməsin. O bütün qızılları Samirə göstərmişdir ki, nə qədər edirsə götürsun, qalanını özünə qaytarsın. Samir isə hesablamış və ona demişdir ki, guya bu qızılların hamısı 2100 manat etmir, guya onun çətin vəziyyətdə olduğunu qəbul edib onunla razılaşmışdır. O da həmin qızılları Samirə vermiş və o, ona söz vermişdir ki, 3 günə qızıl boyunbağı ilə qızıl qolbağı hazırlatdırıb ona verəcəkdir. Samir demişdir ki, qızılı götürəndə üç gündən sonra 300 manat da əl haqqı verməlidir. O ikinci dəfə Samirin yanına gedəndə onun atası Fariz yanında olmamış, həmçinin o, ondan qızılları alanda bu barədə heç bir yerə qeyd etməmiş, ondan da heç bir sənən almamışdır. 3 gündən sonra Samirə zəng edib 300 manat pulu tapa bilmədiyini demişdir. Samir ona demişdir ki, eybi yoxdur, gəlsin qızıllar hazırdır, ona verir, 2 günə zəhmət haqqını çatdırar. Həmin qızıl boyunbağı ilə qızıl qolbağı Samir salfetkanın arasına qoyub ona vermişdir, o da Pərvanəyə vermişdir ki, aparıb yerinə qoysun. Pərvanə açıb baxdıqda ona demişdir ki, bunlar ona verdikləri deyil. O Pərvanənin yanında Samirə zəng edib demişdir ki, qızıl sahibi deyir ki, bu həmin qızıl deyil və telefonu mikrafona qoymuşdur. Samir isə ona demişdir ki, həmin qızıldır. Pərvanənin dediyi onu şübhələndirdiyi üçün o, qızılları Pərvanəyə verməmiş və Pərvanəyə demişdir ki, aparıb yoxlatdırsın birdən həqiqətən də qızıl olmaz. O qızıları aldığı univermağa getmiş və orada alçaqboy bir nəfər zərgərə qızılları yoxlatdırmışdır. Həmin oğlan ona demişdir ki, bu qızıl deyil, bu qızıl suyuna çəkilmiş gümüşdür. O elə oradan dərhal Samirin yanına getmişdir. Həmin vaxt Samirin yerində atası Fariz əyləşmişdir. O Farizdən oğlu Samiri soruşmuş, Fariz oğlunun burada olmadığını və hara getdiyini bilmədiyini demişdir. O Farizə demişdir ki, yarım saat əvvəl oğlu ilə telefonla danışmış, indi onun telefonlarına cavab verməmişdir. Farizə də oğlu Samirin onu aldadaraq qızıl əvəzinə gümüş boyunbağı və gümüş qolbağ verdiyini və xeyli miqdarda qızıllarını götürdüyünü demişdir. O Samirə nə qədər zəng etsə də Samiri tapa bilməmişdir. Məcbur olub evə qayıtmış və Pərvanəyə yenə olduğu kimi danışmışdır. Pərvanə ona demişdir ki, nənəsi öz qızıllarını yatdığı pastelin altına qoyur, o bu qızılları sandığa qoymasın nənəsinin qızıllarının yanına qoysun ki, sandığa baxıb digər qızılların orada olmasını bilməsin və həmin gümüşləri götürüb aparmışdır. Toy günü Pərvanə gəlib demişdir ki, nənəsi həmin qızılları taxmayıb, ona görə də Pərvanə həmin qızılları yenidən aparıb sandığa öz yerinə qoyubdur. O Samiri tapa bilmədiyi üçün bu məsələ elə belə də qalmışdır. Bundan sonra 2020-ci ilin mart ayının 1-də yenə Pərvanəyə borcunun olduğunu deyib ondan qızıl istəmişdir ki, aparsın lombarda qoyub pul götürsün. Pərvanə mart ayının birində ona bir ədəd qızıl klon və 1 ədəd qızıl paxlava formalı qızıl üzük vermişdir. O həmin qızıl klonu Karvan Ticarət Mərkəzində qızıl alqı-satqısı ilə məşğul olan Elgün adlı qızıl alqı-satqısı ilə məşğul olan oğlana 460 manata satmışdır. O Elgünə həmin qızılları girov kimi qoyub bildirmişdir ki, bu qızılları satmasın, gəlib pulunu verib götürəcək. Sabahısı gün Pərvanə gəlib ona demişdir ki, anasına 8 mart hədiyyəsi üçün mobil telefon almaq istəyir, o, ondan xahiş etmişdir ki, onun anası Günelə telefonu öz adından alıb versin. Bu səbəbdən Pərvanədən mart ayının 2-də iki ədəd qızıl üzük almışdır. Həmin üzüklərin ikisinə birlikdə Elgün ona 730 manat pul vermişdir. O Elgünə ikinci dəfə də qızılları girov olaraq verib, bildirmişdir ki, 8 mart günü gəlib qızılları götürəcək. O Elgündən verdiyi qızılların pulunu da öz tələbatına xərcləmişdir. O ünvan 2qayıt şəhəri Sülh küçəsində yerləşən “S-ledi” paltar dükanında Satıcı işləmişdir. Əminə xanım həmin dükanın sahibi idi. 8 mart 2020-ci il tarixdə təxminən saat 12 radələrində o müdirəsi Əminə xanıma və Pərvanəyə demişdir ki, anası Günelə telefon almaq üçün ünvan 2qayıt şəhəri Sülh küçəsinə yerləşən “Qərb Telecom” telefon dükanını işlədən tanışı Zərərçəkmiş şəxs4 yanına, işlətdiyi dükana getmişdir. O ondan dəfələrlə telefon alıb aldığı telefonların pulunu vaxtında ödəyib onun etibarını qazanmışdır. Belə onların tanışlıqları yaranmışdır. Aqildən Pərvanənin anası Günelə 8 marta hədiyyə etmək üçün bir ədəd 64 GB yaddaşlı «Xiaomi NOT-8» markalı mobil telefon və müdirəsi Əminə xanıma hədiyyə etmək üçün 1 ədəd 64 GB “Samsung A30 S” mobil telefon verməsini istəmişdir, o ona telefonun pulunu 1 gün sonra, yəni 9 mart 2020-ci il tarixdə verəcəyini demişdir. O Aqilə demişdir ki, müdirlərinə telefonu iş kollektivləri adından alırlar, pulunu iş kollektivindən yığıb sabah gətirəcəkdir, digər telefonu isə Aqilə demişdir ki, bacısına alır, onun da pulunu sabah verəcəkdir. Aqil də ona inanmış, həmin telefonları ona vermiş, Xiaomi markalı telefonu 499 manata, Samsung markalı telefonu isə 529 manata onunla razılaşmış və telefonları ona vermişdir. 7 mart 2020-ci il tarixdə Şahid1 ona bildirmişdir ki, nənəsi Pərvanə sabah toya gedəcək, sonuncu ona verdiyi 1 ədəd qızıl klonu və 3 ədəd qızıl üzükləri geri qaytarmaq lazımdır. O da bu səbəbdən Aqildən aldığı 1 ədəd 64 GB yaddaşlı «Xiaomi NOT-8» markalı mobil telefonu və 1 ədəd 64 GB “Samsung A30 S” mobil telefonu Nizami heykəlinin yanında telefon dükanı işlədən adını xatırlamadığı şəxsə 500 manata satmışdır. 500 manat pulla Elgünün yanına gedib qızılları götürmək istədiyini demiş, lakin o, pulun hamısını verməsini demişdir. O da bu səbəbdən, yenə təxminən saat 13 radələrində Zərərçəkmiş şəxs4 telefon dükanına gedib ona yalandan demişdir ki, bir yerdə işlədikləri qızlar da telefonları bəyənib, əlavə 3 ədəd telefon da istəyirlər, yəni 1 ədəd 32 GB tutumlu “Xiaomi Note8” markalı 429 manat dəyərində, 1 ədəd 64 GB tutumlu “Xiaomi Note8” markalı telefonu 499 manat dəyərində və 1 ədəd 32 GB tutumlu “Samsung A30S” markalı 449 manat dəyərində telefonlar istəyirlər. O yalandan Aqilə demişdir ki, aldığı telefonların pulunu sabah, yəni 9 martda verəcəkdir. Aqil də yenə ona inanıb həmin telefonları ona vermişdir. O Aqildən aldığı sonuncu 3 telefondan birini, yəni 1 ədəd 64 GB tutumlu “Xiaomi Note8” markalı telefonu aparıb birinci telefonları satdığı dükana 300 manata satmışdır. O ümumilikdə 3 ədəd telefonu 800 manata satmışdır. Qalan 2 ədəd telefondan 32 gb tutumlu Samsung markalı A30S markalı telefonu müdirəsinə hədiyyə etmək üçün, digər 1 ədəd 32 GB tutumlu “Xiaomi Note8” markalı telefonu isə Pəvanənin anası Günelə hədiyyə etmək üçün saxlamışdır. Daha sonra isə 800 manat pulla Elgünün yanına getmişdir. Ona 800 manat pulu olduğunu demişdir, ondan 4 ədəd ona verdiyi qızıl zinət əşyaları istəmişdir. Lakin Elgün o ona verdiyi 1 ədəd qızıl klonla 1 ədəd qızıl paxlava üzüyü vermişdir, lakin 2 ədəd qızılı səhvən ərintiyə verdiyini bildirmiş və ona demişdr ki, həmin 2 ədəd qıızıl üzüklərin əvəzinə ona 2 ədəd həmin qızıllara oxşar qızıl üzük verəcəkdir. Elgün digər qızıl polkalarından onun ona verdiyi qızıl üzüklərə bənzər 2 ədəd qızıl üzükləri tapıb ona gətirmişdir. Həmin qızılları qonşu polkalardan aldığını demiş və ona verdiyi 800 manat puldan ona 20 manat pul qaytarmışdır. Əlavə olaraq ona demişdir ki, ona verdiyi 2 ədəd qızıl üzüklərə görə 410 manat borcu qalmışdır. O da ondan qızılları götürüb birinci işə gedib müdirəsi Əminə xanımın hədiyyəsini vermişdir. Daha sonra isə kirayə yaşadığı ünvan 2qayıt şəhəri kimyaçılar qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evə gedib Pərvanəni yanına çağırmış, 4 ədəd qızılları Pərvanəyə vermiş, aldığı telefonu isə Mehmanı Süleymanovun yanında gəlini Günelə vermişdir. O hədiyyəni verdikdən sonra isə qayıtmışdır. Pərvanə isə ona verdiyi 1 ədəd qızıl klon və 3 ədəd qızıl üzükləri aparıb yerinə qoymuşdur. Lakin Pərvanənin nənəsigil həmin axşam toya gedərkən qızıllarının olmadığından xəbər tutmuşlar. Bundan sonra Pərvanə hər şeyi etiraf etmiş və hər şey açılmışdır. Mehmana və onun ailə üzvülərinə məxsus qızıl-zinət əşyalarını nəvəsi Pərvanəni aldadıb onun əli ilə almışdır. O etdiyi əməllərindən çox peşmandır, Zərərçəkmiş şəxs1 ailə üzvlərinə məxsus ələ keçiridiyi qızılların pulunu hissəhissə Mehmana ödəməyə hazırdır. Həmçinin Zərərçəkmiş şəxs4 aldığı telfonların pulunu da hissə-hissə ödəməyə hazırdır. Zərərçəkmiş şəxs4 aldığı telefonların pulunu 9 mart 2020-ci il tarixə qaytaracağına yalandan ona vəd vermiş, lakin o həmin telefonların pulunu 9 mart 2020-ci il tarixə qaytarmağı düşünməmiş, çünki həmin telefonların pulunu qaytarmağa imkanı olmamışdır. Şahid4 ilə arasında olan borcun bu işə aidiyyatı yoxdur, hesab edir ki, onun yox, Şahid4 ona borcu var. Şahid4 aldığı qızıllar Zərərçəkmiş şəxs1 ailəsinin qızıllarının əvəzinə qaytarılmışdır. Həmin qızılların dəyərinin nəzərə alınmasını oğurladığı qızılların dəyərindən çıxılmasını xahiş edir. Zərərçəkmiş şəxs1 da bunu belə qəbul edir və buna razılaşmışlar. İstintaq zamanı Zərərçəkmiş şəxs1 evindən oğurlanan qızılların sayı və dəyəri ilə bağlı narazılığı olmuş, özünü ona görə qismən təqsirli bilmişdir. Amma hazırda verilən ittihamı qəbul edir, qeyd etdiyi kimi, bu hissə ilə bağlı Zərərçəkmiş şəxs1 ilə də razılaşmışlar. 22 iyun 2021-ci ildə məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərdi ki, Zərərçəkmiş şəxs1 vurulan ümumilkdə 12000 manat olan ziyanın cəmi 3000 manatı ödənilmiş, qohumları ilə Zərərçəkmiş şəxs1 razılaşmışlar ki, onun özünə və ailə üzvlərinə dəyən ziyanın qalan 9000 manatını hissə-hissə ödəyəcəklər. Zərərçəkmiş şəxs4 isə cəmi 2405 manat ziyan vurmuşdur. Hazırda həmin ziyanın cəmi 1500 manatı ödənilmişdir. Qalan pulun hissə-hissə ödənilməsi barədə Zərərçəkmiş şəxs4 ilə də razılaşmışlar. Hazırda həbsdədir, iki uşağı qohumlarının ümidinə qalmışdır, uşaqlarından biri 2017-ci il təvəllüdlüdür. Məhkəmədən ağır ailə vəziyyətini, himayəsində azyaşlı uşaqlarının olmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə alaraq ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Həbsdə olmasa özü də işləyərək zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsinə çalışacaqdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, o ünvan 2qayıt şəhəri 76-cı məhəllə Sülh küçəsi ev 6A, mənzil 6-da qeydiyyatda olmaqla ünvan 2qayıt şəhəri Kimyaçılar qəsəbəsi fərdi evdə ailə üzvləri ilə birlikdə, həyat yoldaşı Zərərçəkmiş şəxs3 və oğlu Nazim Süleymanovun ailəsi ilə birlikdə yaşayır. X7 onun nəvəsidir, o, da onlarla birlikdə yaşayır. O, xx.xx.2007-ci il təvəllüdlüdür, 7-ci sinif şagirdidir. Təqsirləndirilən şəxs yaşadığı evinin həyətində tikdirdiyi evdə kirayədə qalmış, onunla əvvəllər münasibətləri yaxşı olmuş, heç bir düşmənçiliyi, ədavətləri olmamışdır. 08.03.2020-ci il tarixdə, saat 16:00 radələrində həyat yoldaşı Pərvanə ilə birlikdə qonşu Qurbanın qızının toyuna getməyə hazırlaşmışlar. Həyat yoldaşı Pərvanə özünə aid qızıl-zinət əşyalarını taxmaq üçün qızılları qoyduğu yerdən götürmək istədikdə ancaq bir ədəd qızıl sepin, bir ədəd qızıl klonun, bir ədəd qızıl qolbağının, bir ədəd şəbəkə qızıl üzüyün, bir ədəd qaşlı üzük və bir ədəd nişan üzüyü, bir ədəd boyunbağı, bir ədəd həmin boyunbağının qolbağı və bir ədəd bir qıramlıq qızıl klonun olduğunu aşkar etmişdir. Bundan sonra onlar birlikdə yerdə qalan qızılların içərisində olan gəlini Günelə məxsus bir ədəd qızıl boyunbağı və həmin boyunbağının qolbağını, bir ədəd qaşlı qadın üzüyünün və bir ədəd həyat yoldaşı Pərvanəyə məxsus nişan üzüyünün onlarınkı olmadığını müəyyən etmişlər. Gəlini Günelə məxsus bir ədəd qızıl boyunbağı və həmin boyunbağının qolbağı 583 əyyarlı ikisi birlikdə 50 qram çəkidə 3000 manat dəyərində, boyunbağı 20 qram, qolbağ isə 30 qram çəkidə idi, bir ədəd sadə göy qaşlı qızıl qadın üzüyü isə 583 əyyarlı 6 qram çəkidə 400 manat dəyərində olmuşdur. Həyat yoldaşı Pərvanəyə məxsus köhnə qızıl nişan üzüyü isə 583 əyyarlı 12 qram çəkidə 750 manat dəyərində olmuşdur. Onlar həmin qızılları sonradan yoxlatdırmışlar, qızıl boyunbağı ilə qolbağ dəsti bildikləri zinət əşyasının qızıl suyuna çəkilmiş gümüş olduğunu bilmişlər, lakin digər iki üzüyün qızıl olduğunu demişlər. Onlar bütün qızılları çeşidlədikdə müəyyən etmişlər ki, qızılların içərisindən gəlini Günelə məxsus 583 əyyarlı 17,5 qram çəkidə 1200 manat dəyərində olan bir ədəd qızıl sırğa və üzük komplekti, gəlini Günelə məxsus 583 əyyarlı 12 qram çəkidə 1200 manat dəyərində brilyant qaşlı qızıl nişan üzüyü, ona məxsus 583 əyyarlı 12 qram çəkidə 750 manat dəyərində qızıl kişi nişan üzüyü, 1 ədəd ona məxsus 12 qram çəkidə 750 manat dəyərində qızıl kişi üzüyü, oğlan nəvəsinə aldıqları 1 ədəd 583 əyyarlı 4 qram çəkidə 250 manat dəyərində qızıl bilərzik, digər oğlan nəvəsinə aldıqları 1 ədəd 583 əyyarlı 8 qram çəkidə 500 manat dəyərində qızıl bilərzik, gəlini Günelin Nazimə hədiyyə aldığı 1 ədəd 583 əyyarlı 15 qram çəkidə 950 manat dəyərində qızıl qolbağ, nəvəsi Pərvanəyə aldıqları 583 əyyarlı 4 qram çəkidə 250 manat dəyərində 1 cüt qızıl sırğa, nəvəsi Pərvanəyə aldıqları 583 əyyarlı 2.5 qram çəkidə 200 manat dəyərində yekə sadə qırmızı qaşlı bir cüt qızıl sırğa,1 ədəd gəlini Günelə məxsus 583 əyyarlı 8 qram çəkidə 500 manat dəyərində qızıl şəbəkə üzük, 1 ədəd gəlini Günelə məxsus 583 əyyarlı 3 qram çəkidə 200 manat dəyərində sadə göy qaşlı qızıl üzük, 1 ədəd gəlini Günelə məxsus sırğa üzük komplekti, 583 əyyarlı 5 qram çəkidə 300 manat dəyərində qızıl üzük və nəvəsi Pərvanəyə aldıqları 1 ədəd 585 əyyarlı 3.5 qram çəkidə 250 manat dəyərində qızıl ayaqbağının yerində olmadığını aşkar etmişdir. Onlar evi nə qədər axtarsalar da qızılları tapa bilməmişlər və evdən çıxıb toya getmişlər. Təxminən saat 21:00 radələrində o, həyat yoldaşı ilə birlikdə toydan çıxıb evə getmişdir. Evdən oğlu Nazimdən və gəlini Güneldən qızılları tapıbtapmamalarını soruşduqda onlar qızılları tapmadıqlarını bildirmişlər. O evdə ailə üzvlərinin hamısının yanında bildirmişdir ki, polis çağıracaq, polis hər şeyə aydınlıq gətirəcək və onda qızılları kimin apardığı üzə çıxacaqdır. Həmin vaxt nəvəsi Pərvanə anası Günelə bildirmişdir ki, həyətlərindəki evdə kirayəşin yaşayan Sülhanənin qardaşı Baxışın polislər tərəfindən tutulduğunu deyib ağlayaraq evdə olan qızılları ona verdiyini demişdir. Bu məqsədlə Sülhanə nəvəsi Pərvanədən 3-4 ay müddətində hissə-hissə yuxarıda qeyd etdiyi qızılları alaraq ələ keçirmişdir. 08.03.2020-ci il tarixdə Sülhanə nəvəsi Pərvanəni aldadaraq aldığı qızıllardan həyat yoldaşı Pərvanəyə məxsus bir ədəd qızıl klonu, gəlini Günelə məxsus bir ədəd şəbəkə qızıl üzüyü, gəlini Günelə məxsus hər ikisinin ümumi çəkisi 50 qram olan bir ədəd qızıl boyunbağının və həmin boyunbağının qızıl qolbağını yerinə qızıl suyuna çəkilmiş əslində isə gümüş olan bir ədəd həmin qızıl boyunbağına oxşar boyunbağı və bir ədəd qolbağını, bir ədəd gəlini Günelə məxsus üstündə göy qaşları olan qızıl üzüyün oxşarı olan başqa bir qızıl üzüyü və bir ədəd həyat yoldaşı Pərvanəyə məxsus qızıl nişan üzüyünə oxşar başqa qızıl üzüyü nəvəsi Pərvanənin vasitəsi ilə geri qaytarmışdır. O oradan qızıl alqı-satqısı olan yerdə qeyd edilən qolbağı ilə boyunbağını müvafiq qayda ilə yoxlatdırmış, onların gümüş olduğunu, qızıl suyuna batırıldığını demişlər. Nəvəsi Pərvanənin deməsinə görə Sülhanə qardaşının tutulmasını, iş yerinə borcu olmasını, ona və anası Günelə mobil telefon alacağını vəd edərək qızılları ondan alıb lombarda qoyub pul götürəcəyi və sonra isə pulları ödəyib qızılları geri qaytaracağına söz verərək bütün qızıl-zinət əşyalarını onu aldadaraq almışdır. Onlara məxsus qızılları həyat yoldaşı ilə gəlini hesablamış, təxminən 12.000 (on iki) manat dəyərində qızıl-zinət əşyalarının Sülhanə tərəfindən ələ keçirdiyini bilmişlər. Qızıl-zinət əşyalarının hamısı çoxdan alındığından birkaları yoxdur. Təqsirləndirilən şəxs həqiqətən onun gəlini Günelə “Not-8” markalı mobil telefon alıb 8 marta hədiyyə edib, həmçinin nəvəsinə və gəlininə çoxlu sayda paltar və həyat yoldaşı Zərərçəkmiş şəxs3 qızıl klon alıb hədiyyə etmişdir. İlkin olaraq onlara dəymiş ziyanın təxminən 12000 manat məbləğində olduğunu bildirmişlər, lakin sonradan onlar Sülhanənin onlardan gizlin nəvəsi Pərvanənin vasitəsi ələ keçirdiyi qızılların qiymətini hesablayıb müəyyən etmişlər ki, baş vermiş hadisə nəticəsində onlara ümumilikdə 11450 manat məbləğində ziyan dəymiş, Təqsirləndirilən şəxs onun konkret 2 ədəd 583 əyyarlı hər birinin çəkisi 12 qram olan hər biri 750 manat dəyərində qızıl kişi üzüklərini oğurlamış və nəticədə ona 1500 manat ziyan dəymişdir. Oğurlanan qızılların əksəriyyəti gəlini Günelə məxsus olmuş, həyat yolaşı Pərvanənin də 1 ədəd 583 əyyarlı 12 qram çəkidə 750 manat dəyərində köhnə nişan üzüyünü və 1 ədəd 583 əyyarlı 5.5 qram çəkidə 350 manat dəyərində qızıl klonunu oğurlamışdır. Lakin sonradan onlar şübhələnməyək deyə həmin qızıllardan qızıl klonu və köhnə nişan üzüyünə bənzər, lakin çəkisi az olan qızıl üzük nəvəsi Pərvanənin vasitəsi ilə yerinə qoymuşdur. Təqsirləndirilən şəxs onlara vurduğu ziyan 12000 manatdır. “Xiaomi Redmi Note8” markalı **********18955 və **********81959 imei kodlu mobil telefon, 1 ədəd 583/585 əyyarlı 4.15 qram çəkidə qızıl şəbəkə üzük, 1 ədəd 583/585 əyyarlı 5.33 qram çəkidə qızıl klon, 1 ədəd 585 əyyarlı 5,26 qram çəkidə göy qaşlı qızıl üzük, 1 ədəd 583 əyyarlı 4.40 qram çəkidə qızıl halqa nişan üzüyü və 1 ədəd 35.55 qram çəkidə 925 əyyarlı gümüş boyunbağı və qolbaq dəsti istintaq zamanı ona təhvil verilmişdir. Onları dəymiş ziyanın əvəzinin bir hissəsi kimi qəbul edir, hesab edir ki, ümumilikdə ona dəyən 12000 manat ziyandan 1000 manat ödənilmişdir. Ödənilməli olan ziyan 11000 manatdır. 22 iyun 2021-ci ildə məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs qohumları və özü ilə razılığa gəlmişlər. Təqsirləndirilən şəxs inanmasa da onun qohumlarına inanır. Ona görə də şifahi razılaşmanı qəbul etmişdir. Onun ailəsinə dəyən ziyan cəmi 12000 manatdır, bunu Təqsirləndirilən şəxs və qohumları qəbul etmişlər. Qaytarılan əşyaların dəyərini nəzərə almışlar, məhkəmə iclasından əvvəl də Təqsirləndirilən şəxs ərinin qardaşı ona 2000 manat pul qaytarmışdır. Ümumilikdə dəymiş ziyanın əvəzinin 3000 manatı qaytarılmışdır. Qalan 9000 manat pulun isə Təqsirləndirilən şəxs və qohumları tərəfindən hissə-hissə ödəniləcəyinə razı olmuşdur. Bu səbəbdən hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 22.06.2021-ci il tarixli ərizəsində də görünür ki, Təqsirləndirilən şəxs və onun qohumları ilə razılaşmışdır. Ona 2000 manat pul ödənilmışdir. Qalan 9000 manat pulun ödənilməsini Sülhanə və onun qohumları üzərlərinə götürmüşlər. Bu səbəbdən hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində əri Zərərçəkmiş şəxs1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi və bildirdi ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs və onun qohumları ilə razılığa gəlmişdir. Həmin razılığı o da qəbul edir. Bu səbəbdən hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, o ünvan 2qayıt şəhəri Kimyaçılar qəsəbəsi fərdi evdə qaynatası Zərərçəkmiş şəxs1, qaynanası Zərərçəkmiş şəxs3, əri Nazim Süleymanov və uşaqları ilə birlikdə yaşayır. X6 onun qızıdır, o, da onlarla birlikdə yaşayır. O, xx.xx.2007-ci il təvəllüdlüdür, 7-ci sinif şagirdidir. Təqsirləndirilən şəxs həyətdə tikdirdikləri evdə kirayədə qalmışdır. Onunla əvvəllər münasibətləri yaxşı olmuş, heç bir düşmənçilikləri, ədavətləri olmamışdır. 08.03.2020-ci il tarixdə, saat 16:00 radələrində ailə üzvüləri ilə birlikdə qonşu Qurbanın qızının toyuna getməyə hazırlamışlar. Qayananası Pərvanə özünə aid qızıl-zinət əşyalarını taxmaq üçün qızılı qoyduğu yerdən götürmək istədikdə ancaq bir ədəd qızıl sepinin, bir ədəd qızıl klonunun, bir ədəd qızıl qolbağının, bir ədəd ona məxsus şəbəkə qızıl üzüyün, bir ədəd qaşlı üzük və bir ədəd nişan üzüyü, bir ədəd boyunbağı, bir ədəd həmin boyunbağının qolbağısı və bir ədəd bir qıramlıq qızıl klonun olduğunu görmüşdür. Yerdə qalan qızılların içərisində olan ona məxsus bir ədəd qızıl boyunbağı və həmin boyunbağının qolbağı, bir ədəd göy qaşlı qadın üzüyü və bir ədəd qaynanasına məxsus qızıl nişan üzüyünün onlarınkı olmadığını aşkar etmişdir. Ona məxsus bir ədəd qızıl boyunbağı və həmin boyunbağının qolbağı 583 əyyyarlı ikisi birlikdə 50 qram çəkidə 3000 manat dəyərində, boyunbağı 20 qram, qolbağ isə 30 qram çəkidə olmuş, bir ədəd sadə göy qaşlı qızıl qadın üzüyü isə 583 əyyarlı 6 qram çəkidə 400 manat dəyərində olmuşdur. Qaynanasına məxsus köhnə qızıl nişan üzüyü isə 583 əyyarlı 12 qram çəki 750 manat dəyərində olmuşdur. Onlar həmin qızılları sonradan yoxlatdırmışlar, qızıl boyunbağı ilə qolbağ dəsti bildikləri zinət əşyasının qızıl suyuna çəkilmiş gümüş olduğunu bilmişlər, lakin digər iki üzüyün qızıl olduğunu demişlər. Onlar bütün qızıllarını çeşidlədikdə müəyyən etmişlər ki, qızılların içərisindən ona məxsus 583 əyyarlı 17,5 qram çəkidə 1200 manat dəyərində olan bir ədəd qızıl sırğa vəüzük komplektin, ona məxsus 583 əyyarlı 12 qram çəkidə 1200 manat dəyərində brilyant qaşlı qızıl nişan üzüyü, qaynatası Mehmana məxsus 583 əyyarlı 12 qram çəkidə 750 manat dəyərində qızıl kişi nişan üzüyü, 1 ədəd qaynatası Mehmana məxsus 12 qram çəkidə 750 manat dəyərində qızıl kişi üzüyü, oğluna aldığı 1 ədəd 583 əyyarlı 4 qram çəkidə 250 manat dəyərində qızıl bilərzik, digər oğluna aldığı 1 ədəd 583 əyyarlı 8 qram çəkidə 500 manat dəyərində qızıl bilərzik, əri Nazimə hədiyyə aldığı 1 ədəd 583 əyyarlı 15 qram çəkidə 950 manat dəyərində qızıl qolbaq, qızı Pərvanəyə aldığı 583 əyyarlı 4 qram çəkidə 250 manat dəyərində 1 cüt qızıl sırğa, qızı Pərvanəyə aldığı 583 əyyarlı 2.5 qram çəkidə 200 manat dəyərində yekə sadə qırmızı qaşlı bir cüt qızıl sırğa,1 ədəd özünə məxsus 583 əyyarlı 8 qram çəkidə 500 manat dəyərində qızıl şəbəkə üzük, 1 ədəd özünə məxsus 583 əyyarlı 3 qram çəkidə 200 manat dəyərində sadə göy qaşlı qızıl üzük, 1 ədəd özünə məxsus sırğa üzük komplektinin 583 əyyarlı 5 qram çəkidə 300 manat dəyərində qızıl üzük və qızı Pərvanəyə aldığı 1 ədəd 585 əyyarlı 3.5 qram çəkidə 250 manat dəyərində qızıl ayaqbağının yerində olmadığını aşkar etmişlər. Onlar evi nə qədər axtarsalar da qızılları tapa bilməmişlər. Təxminən saat 21:00 radələrində qaynanasıgil toydan çıxıb evə qayıtmış, onlardan qızılları tapıb-tapmamalarını soruşduqda onlar qızılları tapmadıqlarını demişlər. Qaynatası Mehman evdə ailə üzvlərinin yanında bildirmişdir ki, polis çağıracaq, polis hər şeyə aydınlıq gətirəcək və onda qızılları kimin apardığı üzə çıxacaqdır. Həmin vaxt qızı Pərvanə ona demişdir ki, onların evində kirayənişin yaşayan Sülhanə qardaşı Baxışın polislər tərəfindən tutulduğunu deyib ağlayaraq evdə olan qızılları ona verməsini bildirmişdir. Bu məqsədlə Sülhanə qızı Pərvanədən hissə-hissə yuxarıda qeyd etdikləri qızılları oğurlayaraq ələ keçirmişdir. 08.03.2020-ci il tarixdə Sülhanə qızı Pərvanəni aldadaraq oğurladığı qızıllardan qaynanasına məxsus bir ədəd 583 əyyarlı 5.5 qram çəkidə qızıl klonu, ona məxsus bir ədəd əyyarlı 4.1 qram çəkidə şəbəkə qızıl üzüyü, ona məxsus hər ikisinin ümumi çəkisi 50 qram olan bir ədəd qızıl boyunbağının və həmin boyunbağının qızıl qolbağının yerinə qızıl suyuna çəkilmiş əslində isə gümüş olan bir ədəd həmin qızıl boyunbağına oxşar boyunbağı və bir ədəd qolbağını, bir ədəd ona məxsus üstündə göy qaşları olan qızıl üzüyün oxşarı olan başqa bir qızıl üzüyü və bir ədəd qaynanasına məxsus qızıl nişan üzüyünə oxşar başqa qızıl üzüyü qızı Pərvanəyə vermişdir ki, qaynanası toya gedəndə şübhələnməsin deyə Pərvanə həmin qızılları yerinə qoysun. Qızı Pərvanənin deməsinə görə Sülhanə qardaşının tutulmasını, iş yerinə borcu olmasını, özünə və ona mobil telefon alacağını vəd edərək qızılları ondan alıb lombarda qoyub pul götürəcəyi və sonra isə pulları ödəyib qızılları geri qaytaracağına söz verərək aldatmışdır. Qızıl-zinət əşyalarının hamısı çoxdan alındığından birkaları yoxdur. Həm özü, həm də qaynanası Sülhanənin evində yeməyini bişirmişlər, uşaqlarını saxlamışlar, yəni qulluqçu kimi işlədikləri üçün bu məqsədlə Sülhanə onlara müəyyən paltarlar, ona isə «Samsung Note-8» markalı mobil telefon, hətta qaynanasına ad günündə bir qıram çəkisi olan qızıl klon da alıb hədiyyə etmişdir. O indi başa düşmüşdür ki, Sülhanə bütün bu hədiyələri elə öz qızıllarını qızı Pərvanədən aldadıb alaraq satıb onlara almışdır. O ona, qaynanası və qızı Pərvanəyə hədiyyələrin əvəzinə, onlar da ona və uşaqlarına müxtəlif hədiyyələr alıb vermişlər. Bu hadisənin üstü açılandan sonra qızı Pərvanə onlara demişdir ki, Sülhanə ərinin maşın alveri ilə də məşğul olduğunu bilmiş, o, Pərvanəyə demişdir ki, gedib atasının pulunu da götürüb ona gətirib versin, lakin Pərvanə Sülhanə ilə razılaşmayıb, atasının pulunun harada olduğunu bilmədiyini, həmçinin atasının pulunu götürə bilməcəyini demişdir. Bundan başqa Sülhanə Pərvanəyə təklif etmişdir ki, gedib bibisigildən də qızıllarını evlərindən götürüb ona gətirib versin, nəvəsi Pərvanə də bununla da Sülhanə ilə razılaşmamışdır. X3 də Samsung Note 8 markalı telefon almışdır, lakin əri Nazim buna razı olmadığı üçün telefonu özünə qaytarmışlar. Həmçinin o, ona aldığı telefonu da istifadə etməmişlər, evdə saxlamışlar. Onlar ilkin olaraq onlara dəymiş ziyanın təxminən 12000 manat məbləğində olduğunu bildirmişlər, lakin sonradan onlar Sülhanənin onlardan gizlin qızı Pərvanənin vasitəsi iləələ keçirdiyi qızılların qiymətini hesablayıb müəyyən etmişlər ki, baş vermiş hadisə nəticəsində onlara ümumilikdə 11450 manat məbləğində ziyan dəymişdir. Həmin qızıllardan ona və uşaqlarına məxsus olanları qeyd etmiş, həmin qızılların ümumi dəyəri təxminən 9000 manatlıq qızıl zinət əşyası ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs qayanasına 1 ədəd 585 əyyarlı 1 qram çəkidə təxminən 50 manat dəyərində qızıl klon, ona 1 ədəd Samsung Note 8 markalı 430 manat dəyərində mobil telefon, 1 ədəd təxminən 5 manat dəyərində kofta, 1 cüt 10 manat dəyərində idman ayaqqabısı, qızı Pərvanəyə isə ümumilikdə 5-6 dənə təxminən ümumilikdə 40 manat dəyərində kofta və 2 dəst ümumilikdə 20 manat dəyərində idman ayaqqabısı almışdır. Lakin Pərvanə sonradan onlara demişdir ki, Sülhanənin onlara aldığı paltar ayaqqabılarının pullarını həyətində işlətdiyi dükandan gizlin götürüb Sülhanəyə vermişdir. Onlar qızı Pərvanənin qeyd etdikləri qızılları konkret olaraq Sülhanəyə nə vaxt verdiyini bilməmişlər, lakin dəqiq bilmişlər ki, həmin qızılları Pərvanə Sülhanəyə 2019-cu ilin dekabr ayından başlayaraq 2020-ci ilin mart ayınadək Sülhanəyə vermişdir. Həmin qızılları kimin yanında verdiyini bilməmişlər. O və onun ailə üzvləri qızı Zərərçəkmiş şəxs3 evdən qızılları götürüb Təqsirləndirilən şəxs verdiyini bilməmişlər, qızı Pərvanə bunu gizlin etmişdir. 22 iyun 2021-ci ildə məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, qaynatası Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs və onun qohumları ilə razılığa gəlmişdir. Həmin razılığı o da qəbul edir. Bu səbəbdən hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 göstərdi ki, o fərdi sahibkarlıqla məşğul olmaqla ünvan 2qayıt şəhəri Sülh küçəsində yerləşən “Qərb Telecom” telefon dükanını icarə əsasında işlədir. Təqsirləndirilən şəxs tanıyır, onun müştərisi olmuşdur. Sülhanə təxminən 2020-ci ilin yanvar ayında ilk dəfə onun işlətdiyi dükandan nağd qiymətə “Ulefon” markalı 149 manat dəyərində telefon alıb, bundan təxminən 20 gün sonra isə o, onun işlətdiyi dükandan “Xiaomi Note8” markalı 420 manat dəyərində telefonu 2 dəfəyə hissəhissə ilə alıb, yəni telefonun qiymətinin yarısını bir dəfəyə, digər yarısını isə bir həftəyə ödəmək şərti ilə alıb telefonun pulunu ödəmişdir. Bu qayda ilə o, fevral ayında da ondan 2 ədəd telefon alıb pulunu vermişdir. 08.03.2020-ci il tarixdə təxminən saat 12 radələrində Təqsirləndirilən şəxs onun işlətdiyi dükana gəlmiş, dükana gələndə dükanda satıcı işləyən Səbinə xanıma da 8 mart hədiyyəsi alıb gətirmişdir. Ona yaxınlaşmış və ondan 1 ədəd “Xiaomi Note8” markalı və 1 ədəd “Samsung A30S” markalı yeni telefonlar almaq istədiyini demişdir. Bildirmişdir ki, həmin telefonlardan birini işlədiyi dükan kollektivi yığışıb müdürələrinə alırlar, digərini isə bacısı üçün hədiyyə alır. O, ondan telefonu istədikdə, telefonun pulunu sabah, yəni 9 martda ödəyəcəyini demişdir. O əvvəllər bu qayda ilə 3-4 dəfə telefon aldığı üçün ona inanmış və ona istədiyi telefonları, yəni 1 ədəd 64 GB tutumlu “Xiaomi Note8” markalı telefonu 499 manata və 1 ədəd 64 GB tutumlu “Samsung A30S” markalı telefonu isə 529 manata razılaşmışdır. Sülhanə razıılaşıb telefonları götürüb çıxıb getmişdir. Təxminən 2 saat sonra Təqsirləndirilən şəxs yenidən dükana gəlmiş və ona bildirmişdir ki, dükanda işlədikləri satıcılar da telefon istəyirlər. O, ondan 3 ədəd telefon istəmiş, yəni 1 ədəd 32 GB tutumlu “Xiaomi Note8” markalı 429 manat dəyərində, 1 ədəd 64 GB tutumlu “Xiaomi Note8” markalı telefonu 499 manat dəyərində və 1 ədəd 32 GB tutumlu “Samsung A30S” markalı 449 manat dəyərində telefonlar idi. O, onunla razılaşmışdır ki, bu 3 telefonun pulunu isə 10 mart 2020-ci il tarixdə tam verəcəkdir. O da ona inanmış, onunla razılaşıb yuxarıda qeyd etdiyi telefonları vermmşdir. O sabahısı gün, yəni 09.03.2020-ci il tarixdə onun mobil nömrəsinə zəng edib ondan pulu ödəməsini demiş, Sülhanə ona bildirmişdir ki, onun yanına sabah, yəni 10.03.2020-ci il tarixdə gəlib 5 ədəd telefonun hamısını birdən ödəyəcəkdir. 10.03.2020-ci il tarixdə o yenə zəng etmiş, Sülhanə bildirmişdir ki, qaldığı evdə probemi var, evdən çıxa bilmir, 14.03.2020-ci il tarixdə gəlib onun pulunu tam ödəyəcəkdir. Beləliklə, o Sülhanə ilə danışanda o, hər dəfə müddəti uzatmışdır. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı telefonları aparıb başqa telefon dükanına ucuz qiymətə satıb pulu nağdlaşdırmışdır. O sonradan başa düşmüşdür ki, Təqsirləndirilən şəxs niyyəti öncədən ona qarşı dələduzluq edib onun əmlakını ələ keçirmək olmuşdur. Təqsirləndirilən şəxs ondan aldığı telefonların İMEİ kodlarını belədir: 64 GB tutumlu “Samsung A30S” markalı telefonunun **********39509; **********39507 İMEİ kodları, 32 GB tutumlu “Samsung A30S” markalı telefonunun **********72265; **********72263 İMEİ kodları, 64 GB tutumlu “Xiaomi Note8” markalı telefonun **********70951 İMEİ kodu, digər 64 GB tutumlu “Xiaomi Note8” markalı telefonu **********28933 İMEİ kodu və 32 GB tutumlu “Xiaomi Note8” markalı telefonu **********18955 İMEİ kodludur. Təqsirləndirilən şəxs törətdiyi əməllə ona konkret olaraq 2405 manat məbləğində ziyan vurmuşdur. Həmin ziyandan yalnız 1000 manat qaytarılmışdır, qalan məbləğ 1405 manatdır. 22 iyun 2021-ci ildə məhkəmə iclasında Zərərçəkmiş şəxs4 göstərdi ki, Təqsirləndirilən şəxs və onun qohumları ilə razılaşmışdır. Ona 500 manat pul ödənilmışdir. Qalan pulun ödənilməsini Sülhanə və onun qohumları üzərlərinə götürmüşlər. Bu səbəbdən hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 22.06.2021-ci il tarixli ərizəsində də görünür ki, Təqsirləndirilən şəxs və onun qohumları ilə razılaşmışdır. Ona 500 manat pul ödənilmışdir. Qalan pulun ödənilməsini Sülhanə və onun qohumları üzərlərinə götürmüşlər. Bu səbəbdən hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid3 zərərçəkmişşəxs Zərərçəkmiş şəxs4 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid4 göstərdi ki, o ünvan 2qayıt şəhəri 11-ci mikrorayon ev 7, mənzil 7-də qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmişdir. O ünvan 2qayıt şəhəri ərazisində yerləşən “Cavid” ticarət mərkəzində qızıl univermağının 141/142 nömrəli polkasında qızıl alışı və satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır. Onunla demək olar ki, heç bir münasibəti olmamışdır. Sülhanəni onunla bir yerdə, qızıl univermağında işləyən Elşənin vasitəsi ilə tanımışdır. Belə ki, Elşən Sülhanəni onun yanına gətirib onu öz qohumu kimi təqdim edib onda olan qızılları almasını demişdir. O birinci dəfə Təqsirləndirilən şəxs 27.02.2020-ci il tarixdə görmüşdür. Təxminən saat 15-16 radələrində Elşənlə birlikdə onun yanına gəlmişlər, Elşən ona demişdir ki, Sülhanə onun qohumudur, onda qızıllar var, qızıl almaq lazımdır. O da Sülhanədə olan qızıllara baxmış, Sülhanə 1 cüt 585 əyyarlı qızıl sırğa, 1 ədəd 585 əyyarlı qızıl boyunbağı və 1 ədəd 585 əyyarlı qızıl üzüyü ona vermişdir. O həmin qızıllara baxıb görmüşdür ki, həmin qızıllar əzik və satışa yararsızdırlar. O da həmin qızılları götürüb tərəzidə ölçmüş, 3 ədəd qızıl zinət əşyalarının çəkisi 17,68 qram olmuş, lakin o, 1,5 qramı sırğada olan qaşlara, 1 qramını isə üzükdə olan gümüş hissəsinə çıxmış və qramını 48 manata olmaqla yerdə qalan 15.18 qram qızıla 735 manat pul verə bildiyini demişdir. Sülhanə də onunla razılaşmışdır. O da ondan qeyd etdiyi qızılları 735 manata almışdır. Bundan təxminən 5 gün sonra, günorta saat 13-14 radələrində Sülhanə yenə Elşənlə birlikdə onun yanına gəlmişlər. Elşən ona demişdir ki, Sülhanədə satlıq qızıllar var, Sülhanə onun qohumudur, ona pul lazım olduğu üçün qızılları satır. Sülhanə ona bir ədəd 585 əyyarlı, təxminən 10 qramdan da artıq olan qızıl klon və 3 ədəd 585 əyyarlı 3 ədədinin təxminən birlikdə çəkisi 15 qram olan qızıl üzüyü ona vermişdir. O da həmin qızıllara görə Sülhanəyə 1190 manat pul vermişdir. Sülhanə qızılları ona verəndə demişdir ki, həmin qızılları gəlib 3 günə pulunu verib götürəcəkdir. Təxminən 3 gün sonra 08.03.2020-ci il tarixdə Sülhanə tək onun yanına gəlmişdir. O, ona 780 manat pul verib 4 ədəd 1290 manata qoyduğu qızıllarını istəmişdir. O pulun digər hissəsini istədikdə, o, bildirmişdir ki, sənədlərini girov qoyar, sabah gəlib qızılların pulunu verəcəkdir. O, verdiyi 1ədəd qızıl klonu və 3 ədəd qızıl üzükləri götürmüş, qızılları götürəndə demişdir ki, üzüklərdən biri uyğun gəlmir. Sülhanə digər polkalarda olan üzüklərə baxmış, Külfət xanımın polkasında bir ədəd oxşar üzük tapmış, həmçinin Gülbəniz xanımın polkasından 1 ədəd oxşar üzük tapmışdır. O da Külfət xanımla Gülbəniz xanımdan Sülhanənin seçdiyi qızılları almış, həmin qızılları Sülhanəyə vermiş, Sülhanənin isə ona 410 manat borcu qalmışdır. O Sülhanədən qızılları alanda Sülhanə ona həmin qızılların özünə məxsus olduğunu demişdir. Sabahısı gün isə Sülhanə onun yanına polis əməkdaşı ilə gəlmişdir. O onda bilmişdir ki, Sülhanənin ona verdiyi qızıllar ona məxsus olmamış, o, həmin qızılları kiminsə əli ilə ələ keçirmişdir. Lakin o ondan qızılları alanda o, qızılların özünə məxsus olduğunu demişdir. O ilk dəfə Təqsirləndirilən şəxs aldığı qızılları ərintiyə vermiş, həmin qızılları Bakı şəhərindən gəlib ərinti üçün qızıl alan şəxslərə vermişdir, onları dəqiq xatırlamır. Təqsirləndirilən şəxs 1 ədəd qızıl klonu, 2 ədəd qızıl üzükləri və 1 ədəd qızıl üzükləri ayrı vaxtlarda deyil bir gündə almışdır. Təqsirləndirilən şəxs aldığı 1 ədəd qızıl klon, 3 ədəd qızıl üzükləri alqı-satqı kitabında qeyd etməmişdir. Çünki o həmin qızılları Sülhanədən satmaq məqsədi ilə almamış, tanışı Elşən ona demişdir ki, Sülhanəyə pul lazımdı, əvəzində qızıl verir, o da həmin qızılları götürüb baxmış, həmin qızılları 1190 manat pul verə biləcəyini demişdir. Onlar razılaşmışlar ki, Sülhanə 3 günə gəlib qızılların pulunu verib götürəcəkdir. O da bu səbəbdən həmin qızılları alqı-satqı dəftərinə yazmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid1 göstərmişdir ki, Sülhanə adlı qadın onların həyətində kirayədə yaşamışdır. Onun iki az yaşlı uşaqları var. Sülhanə ona demişdir ki, onun 1-ci sinifə gedən qızını hazırlaşdırsın, əvəzində ayda ona 50 manat pul verəcəkdir. Bu məqsədlə o, Sülhanənin qızını hazırlaşdırmış və Sülhanə ona iki ay dediyi pulu vermişdir. Beləliklə də, o tez-tez onlarda olmuş, Sülhanə ilə münasibəti yaxşı olmuş, onu özünə inandırıb və özünə çox istətdirmişdir. Həmin ərəfədə Sülhanə ona və anasına əl çantası almışdır. Təxminən 2019-cu ilin dekabr ayının əvvəllərində Sülhanə ağlayaraq işlədiyi «S Ledi» paltar mağazasına borcu olduğunu, paltar mağazasının sahibi onu polisə verdiyini, o, polisdən qaçıb gizləndiyi üçün polislərin onun qardaşı Baxışı apardıqlarını bildirərək qardaşını qurtarmaq üçün 1500 manat pul lazım olduğunu bildirərək onda evdə olan qızılları lombarda qoyub pul götürmək üçün ona verməsini xahiş etmişdir. Sülhanə demişdir ki, bacısı Nəzakətlə qızıllarını lombarda qoyub pul götürüb, amma 400 manat çatmır. Ona yazığı gəldiyi üçün o, evdən icazəsiz babası Mehmana məxsus şkafda olan qızıl qabının içərisindəki qızıllırı götürüb Sülhanə gilə getmişdir. Sülhanə bütün qızılları götürmüş və ona uşaqlarının yanında qalmasını deyib özü qızılları götürüb harasa getmişdir. Təxminən 1-2 saatdan sonra Sülhanə evə qayıtmış və ondan götürdüyü qızılların bəzilərini özünə qaytarmış və bildirmişdir ki, bir ədəd qızıl qolbaq və bir ədəd qızıl boyunbağı dəsti qədimi qızıllar olduğu üçün onları lombarda qoyub 400 manat pul götürmüşdür. Ona görə də ona verdiyi digər qızıllara ehtiyac olmadığı üçün həmin günü qaytarıb ona vermişdir. Sülhanənin götürdüyü qızıl boyunbağı ilə qolbaq dəsti anası Zərərçəkmiş şəxs2 məxsus olmuşdur. O da qalan qızılları aparıb yerinə qoymuşdur. Sabahısı gün o, Sülhanənin yanına gəlmiş, qızılı götürüb götürmədiyini soruşmuş, Sülhanə də ona demişdir ki, səbirli olsun, Baxış qızılları götürüb gələcək. Sülhanə bir müddət həmin qolbaqla boyunbağı dəstini verməmişdir. Üstündən bir müddət keçdikdən sonra təxminən 2019-cu ilin dekabr ayının ortalarından sonra o, Sülhanənin yanına gəlib demişdir ki, nənəsigil bir həftəyə toya gedəcək, onun verdiyi qızılları gətirib versin. Sülhanə də həmin qızılları gətirə bilmədiyini demişdir. Həmin qızılı götürmək üçün qızıl qoymaq lazım olduğunu demişdir. O da nənəsindən qorxub gedib qızıl qabında digər qızılları gətirmiş, o qızıl sandıqçasını kom götürüb gəlmişdir. Həmin qızıl sandıqçasının içərisində anası Günelə məxsus bir ədəd qızıl sırğa və üzük komplekti, anası Günelə məxsus brilyant qaşlı qızıl nişan üzüyü, babası Mehmana məxsus qızıl kişi nişan üzüyü, 1 ədəd babası Mehmana məxsus qızıl kişi üzüyü, qardaşının 1 ədəd qızıl bilərziyi, digər qardaşının 1 ədəd qızıl bilərziyi, anası Günelin atasına hədiyyə aldığı 1 ədəd qızıl qolbağ, anasının ona aldığı 1 cüt qızıl sırğa, anası Günelin ona aldığı yekə sadə qırmızı qaşlı bir cüt qızıl sırğa,1 ədəd anası Günelə məxsus qızıl şəbəkə üzük, 1 ədəd anası Günelə məxsus sadə göy qaşlı qızıl üzük, 1 ədəd anası Günelə məxsus sırğa üzük komplektinin qızıl üzüyünü və anası Günelin ona aldığı qızıl ayaqbağı var idi. Təqsirləndirilən şəxs həmin qızılları ondan götürmüşdür. Sülhanə ona demişdir ki, gedib bu qızlları da lombarda qoyub ilk verdiyi qolbaqla boyunbağı dəstini götürüb gətirib ona verəcəkdir. O Sülhanəyə qızılları verdiyi günün sabahısı Sülhanə ona ilk verdiyi qızıllara bənzər qolbaqla boyunbağını gətirmişdir. O həmin qolbaqla boyunbağına baxıb görmüşdür ki, bunlar onun Sülhanəyə verdiyi boyunbağı ilə qolbaq deyil. O da Sülhanəyə demişdir ki, bu qızıllar onun ona verdiyi qızıllar deyil. Sülhanə də onun yanında telefonla bir kişiyə zəng etmiş, Sülhanə həmin kişini adını telefonunda “qızıl” adı ilə yazmışdır. Sülhanə həmin şəxsə zəng edib qızılların həmin qızıl olub olmadığını soruşmuş, o, da bildirmişdir ki, həmin qızıllardı, hətta “Whatsapp” proqramı vasitəsi ilə Sülhanənin telefonuna şəkil çəkib göndərdi. O da Sülhanəyə inanmış, həmin qolbaqla boyunbağını aparıb yerinə qoymuşdur ki, nənəsi şübhələnməsin. Bundan sonra Sülhanə onun ad gününə, yəni 18 dekabr 2019-cu ildə, ona mavi rəngli “Redmi Note7” mobil telefon hədiyyə almışdır. Həmin gün Sülhanə ona demişdir ki, telefonun pulunun hamısını ödəyib, 100 manatı çatmadığı üçün rəfiqəsindən borc götürüb verib, rəfiqəsi də sabah rayona getməli olduğu üçün onun 100 manatını qaytarmaq lazım olduğunu demişdir. Sülhanə ona demişdir ki, gedib evdən xəlbət pul götürüb gətirib ona versin. O da gedib babasının şkafından nənəsinə məxsus 300 manat puldan 100 manatını götürüb Sülhanəyə vermişdir ki, borcunu versin. Həmin telefonu da atası istifadə etməyə qoymadığı üçün Sülhanəyə qaytarmışdır. Sülhanə isə 100 manatı ona qaytarmamışdır. Sonuncu dəfə Sülhanəyə 3 mart 2020-ci il tarixdə 3 ədəd qızıl üzük və bir ədəd qızıl klon vermişdir. Sülhanə ona demişdir ki, anasına və ona 8 marta “Redmi Note8” markalı telefon alacaq, buna görə pul lazımdı, telefona görə beh verib ki, telefonu dükanda satmasınlar, gedib evdən qızılları gətirsin ki, o, gedib telefonları alsın, yoxsa beh də batacaq və telefonu satacaqlar. O da Sülhanəyə qızılları verməmişdən öncə demişdir ki, 8 martda nənəsigil toya gedəcəklər, əgər qızılları gətirib qaytara bilməsə qızılları ona versin. Sülhanə də onunla razılaşmış, 8 martda qızılları gətirib verəcəyini demişdir. O da gedib evdən 3 ədəd qızıl üzük və bir ədəd qızıl klon götürüb gətirib ona vermişdir. Həmin qızıllardan bir ədəd qızıl klon və köhnə sadə nişan üzüyü nənəsi Pərvanəyə məxsus olmuş, digər 1 ədəd göy qaşlı qızıl üzüklə, digər şəbəkə qızıl üzük anası Günelə məxsus olmuşdur. 08 mart 2020-ci il tarixdə o bibisigildə olarkən Sülhanə anası Günelə Xiaomi “Redmi Note8” markalı telefonu hədiyyə etmiş, ona isə telefon yox, iki dəst don alıb gətirmişdir ki, hansını bəyənsə birini seçib götürsün. O da evə gələndə Sülhanənin yanına getmiş, Sülhanə evdə olmamışdır, Sülhanənin evdəki telefonu ilə onun digər nömrəsinə zəng eləyib qızılları gətirib gətirmədiyini soruşmuşdur. Sülhanə də qızılları gətirdiyini, bənövşəyi rəngli jiletkanın cibində olduğunu, qızılları oradan götürüb aparıb yerinə qoymasını demişdir. O da qızılları həmin jiletkanın cibindən çıxardıb aparıb yerinə qoymuşdur. Sonra nənəsi toya gedəndə qızılların həmin qızılları olmadığını aşkar etmişdir. O da bütün baş verənləri evdə danışmışdır. Sülhanə də onun dediklərini sonra babası Zərərçəkmiş şəxs1 yanında etiraf etmişdir. Bundan başqa Sülhanə nənəsinə ad günündə qızıl klon, bir ədəd kofta, bir ədəd şalvar və bir ədəd ayaqqabı almışdır. Anası da köynəklər, ayaqqabı, şalvar, ətir və digər alt paltarları alıb vermişdir. Eyni zamanda ona da ayaqqabı, məktəbli çantası, digər əl çantası, köynəklər və alt paltarları alıb hədiyyə etmişdir ki, onları çox istəyir. İki ədəd əl çantasından başqa bütün əşyaları Sülhanə o qızılları ona verəndən sonra onlara almışdır. Sülhanəyə verdiyi qızıllardan yalnız bir ədəd nənəsinə məxsus qızıl klon, bir ədəd anasına məxsus şəbəkə qızıl üzük qaytarmışdır. Bir ədəd gümüş boyunbağı ilə qolbaq dəstini də ona verdiyi qızıl boyunbağı ilə qolbaq dəstinin əvəzinə qaytarmışdır. Həmçinin o, 08 mart 2020-ci il tarixdə onun dediyi yerdən, yəni, cibindən götürdüyü qızılların içərisində nənəsinə məxsus 1 ədəd klon, anasına məxsus şəbəkə üzük onların olmuş, lakin digər 2 üzük anası ilə nənəsinin olmamış, onlara oxşar qızıllar olmuşdur. Sülhanə atasının maşın alveri ilə də məşğul olduğunu bilirmiş, o, ona demişdir gedib atasının pulunu da götürüb ona gətirib versin, lakin o ona demişdir ki, atasının pulunun harada olduğunu bilməmiş, həmçinin o, atasının pulunu götürə bilməmiş, atası bundan xəbər tutar. Eyni zamanda Sülhanə ona təklif etmişdir ki, gedib bibisigilin də qızıllarını evlərindən götürüb ona gətirib versin, o da bununla da Sülhanə ilə razılaşmamışdır. O, Sülhanəyə demişdir ki, atasına deyəcək ki, ona “konki” alsın. Sülhanə də ona demişdir ki, atasına niyə deyir, gedib dükandan 40 manat pul gətirsə o ona alacaq. O da Sülhanəyə ona “konki” almaq üçün 40 manat pul vermiş, Sülhanə də ona “Konki” almışdır. İş üzrə keçirilmiş kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının 12 may 2020-ci il tarixli 6/681-9/1143 nömrəli rəyindən görünür ki, təqdim edilmiş: - 1 ədəd sarı rəngli metaldan üzərində gül toxunuşlu elementləri olan boyunbağı və qolbaq dəsti - üzərində “925” əyyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 35,55 qramdır; - 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində 1 ədəd yaşıl rəngli və ağşəffaf qaşları olan üzük – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 5,26 qram, qaşları qiymətli qaşlara aid deyil; - 1 ədəd sarı rəngli metaldan halqa üzük – üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 4,40 qramdır. Ekspertiza tədqiqatına təqdim olunana məlumatların 2020-ci ilin mart ayına olan orta bazar qiyməti iləümumi dəyəri təxminən 841,0 manat müəyyən olunur. Ayrı-ayrılıqda qiymətləri: 1) 1 ədəd sarı rəngli metaldan üzərində gül toxunuşlu elementləri olan boyunbağı və qolbaq dəsti üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 35,55 qramdır -213,0 manat; 2) 1 ədəd sarı-gümüşü rəngli metaldan, üzərində 1 ədəd yaşıl rəngli və ağşəffaf qaşları olan üzük – üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 5,26 qram, qaşları qiymətli qaşlara aid deyil -342 manat; 3) 1 ədəd sarı rəngli metaldan halqa üzük – üzərində “583” əyar damğası həkk olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 4,40 qramdır -286 manat. (cild 1, i.v.152-156) İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 10 iyun 2020-ci il tarixli 9/1198 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakışəhərində yerləşən ticarət şəbəkələrində və xüsusiləşmiş zərgərlik məmulatlarının satışı məntəqələrində mövcud olan qiymətlərəəsasən, bir qram “583/585” əyarlı qızılın məmulat kimi qiyməti 60,00 manat olması nəzərə alınmaqla, tədqiq edilən ortada olmayan zərgərlik məmulatlarının, 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayınadək olan müddətdə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən olunur: - bir ədəd 583 əyyarlı 20 qram çəkidə qızıl boyunbağı və 30 qram çəkidə qolbağ dəsti – 3000,00 manat; - bir ədəd 583 əyyarlı 6 qram çəkidə sadə göy qaşlı qızıl qadın üzüyü 360,00 manat; - bir ədəd 583 əyyarlı 12 qram çəkidə köhnə qızıl nişan üzüyü 720,00 manat; - bir ədəd 583 əyyarlı 17,5 qram çəkidə qızıl sırğa vəüzük komplekti 1050,00 manat; - bir ədəd 583 əyyarlı 12 qram çəkidə qızıl kişi nişan üzüyü 720,00 manat; - bir ədəd 583 əyyarlı 12 qram çəkidə qızıl kişi üzüyü 720,00 manat; - bir ədəd 583 əyyarlı 4 qram çəkidə qızıl bilərzik 240,00 manat; - bir ədəd 583 əyyarlı 8 qram çəkidə qızıl bilərzik 480,00 manat; - bir ədəd 583 əyyarlı 15 qram çəkidə qızıl qolbağ 900,00 manat; - bir ədəd 583 əyyarlı 4 qram çəkidə qızıl sırğa 240,00 manat; - bir ədəd 583 əyyarlı 2.5 qram çəkidə yekə sadə qırmızı qaşlı qızıl sırğa 150,00 manat; - bir ədəd 583 əyyarlı 8 qram çəkidə qızıl şəbəkəüzük 480,00 manat; - bir ədəd 583 əyyarlı 3 qram çəkidə sadə göy qaşlı qızıl üzük 180,00 manat; - bir ədəd 583 əyyarlı 5 qram çəkidə qızıl üzük 300,00 manat; - bir ədəd 585 əyyarlı 3.5 qram çəkidə qızıl ayaqbağı 210,00 manat. Hazırda, tədqiq edilən ortada olmayan bir ədəd 583 əyyarlı 12 qram çəkidə 1200 manat dəyərində brilyant qaşlı qızıl nişan üzüyünün texniki-keyfiyyət göstəricilərini (o cümlədən təmiz brilyant qaşların çəkisi, təmizliyi, ayrı-ayrılıqda qızılın çəkisi, ekspluziv sayılıbsayılmamasını, markası, modeli, təyinatı, istehsal yeri, ili və sairə) ətraflı tədqiq etmək mümkün deyildir. (cild 1, i.v. 184-187) İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 10 iyun 2020-ci il tarixli 9/1199 nömrəli rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mobil telefon alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilməyən, lakin tədqiq edilən tədqiqat obyektlərinin təzə vəziyyətdə, respublika daxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi müəyyən edilir: - bir ədəd 64 GB tutumlu “Xiaomi Note8” markalı mobil telefon 499,00 manat; - bir ədəd 64 GB tutumlu “Samsung A30S” markalı mobil telefon 529,00 manat; - bir ədəd 32 GB tutumlu “Xiaomi Note8” markalı mobil telefon 429,00 manat; - bir ədəd 64 GB tutumlu “Xiaomi Note8” markalı mobil telefon 499,00 manat; - bir ədəd 32 GB tutumlu “Samsung A30S” markalı mobil telefon 449,00 manatdır. (cild 1, i.v. 180-183) İş üzrə keçirilmiş kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının 08 iyul 2020-ci il tarixli 6/1249-9/2377 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: 1) 4,15 qram kütləli üzük 583/585 əyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir; 2) 5,33 qram kütləli kulon 583/585 əyyarlı qızıldan hazırlanmışdır. Qaşları qiymətli qaşlara aid deyildir; Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla, ekspertiza tədqiqatına təqdim edilmişəşyaların 2020-ci ilin mart ayına pərakəndə satış qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1) 4,15 qram kütləli üzük – 269,0 manat; 2) 5,33 qram kütləli kulon – 346,0 manat. (cild 2, i.v. 21-25) İş üzrə keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 17 iyun 2020-ci il tarixli 1101 saylı rəyindən görünür ki, aparılmış ekperimental-psixoloji müayinənin nəticələrinə əsasən Şahid1 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Təfəkkürü analizetmə, tənqidetmə, proqnozlaşdırma kimi xüsusiyyətlərə malikdir. Etdiyi əməlin mahiyyətini dərk edir. Şahid1 ünsiyyətçillik, aktivlik, emosionallıq, çeviklik, inadkarlıq, tez uyğunlaşmaq, özünü müdafiə etməyə meyillik, çətin situasiyalardan baş çıxara bilmək kimi fərdi-psixi xüsusiyyətlə malikdir. Şahid1 bilik səviyyəsi, intellektual imkanları normaya uyğundur, onun əqli inkişafında geri qalma ləngimə əlamətləri aşkar edilmədi. Şahid1 əqli və psixi inkişafı normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavramaq və ifadə vermək qabiliyyətinə malikdir. Şahid1 idrak prossesleri normaya iyğundur, o baş vermiş hadisələri düzgün qavramaq, mahiyyətini anlamaq, onları yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Şahid1 etdiyi əməllə bağlı fikirlərini müdafiə etməyə meyillilik, müəyyən qədər öz fikirlərinə və başqalrının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri müşahidə olundu. Göstərilən halların özünü psixoloji müdafiə etməklə əlaqədar olduğu istisna edilmir. Şahid1 şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi əlamətlər müşahidə olunmadıı, onun yaş xüsusiyyətləri, intellektual və psixi inkişafı nəzərə alınmaqla ona qarşı edilən hərəkətlərin xarakterini, mənasını, mahiyyətini anlaya bilmişdir. Şahid1 özünün yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq həmin anda müqavimət göstərə bilərdi. Onda hadisəni özündən uydurub danışmaq ələamətləri aşkar edilmədi, lakin azyaşlı olduğundan təlqinə qapıla, başqalarının təsiri altında hərəkət edə bilər. (cild 1, i.v. 196-199) Araşdırma zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs nəvəsi Şahid1 vasitəsi ilə oğurladığı, lakin sonradan yerinə başqa qızıllar qoyduğu, yəni 1 ədəd qızıl suyuna çəkilmiş gümüş qolbaq və boyunabağı dəsti, 1 ədəd üzərində göy qaşları olan qızıl qadın üzüyü və 1 ədəd sadə qızıl nişan üzüyünü təqdim etmiş, bu barədə 09.03.2020-ci il tarixli götürmə aparılması haqqında protokol tərtib edilmişdir. (cild 1, i.v. 14) İşdə olan 02.05.2020-ci il tarixli „Əşyanın tanınmaya təqdim etmə“ protokolundan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunan Zərərçəkmiş şəxs1 təqdim etdiyi 1 ədəd qızıl suyuna çəkilmiş gümüş qolbaq və boyunabağı dəsti, 1 ədəd üzərində göy qaşları olan qızıl qadın üzüyü və 1 ədəd sadə qızıl nişan üzüyündən 1 ədəd üzərində göy qaşları olan qızıl qadın üzüyü və 1 ədəd sadə qızıl nişan üzüyünü onun tərəfindən evdən heç kəsin şübhələnməməsinə görə Şahid1 İmaləddin qızına aparıb yerinə qoyması üçün verdiyini bildirmişdir. Bu barədə fotocədvəl tərtib olunaraq və videoçəkiliş çəkilərək CD diskə yazılıb cinayət işinə əlavə olunmuşdur. (cild 1, i.v. 79-82) İşdə olan 21.05.2020-ci il tarixli „Götürmə aparılması haqqında“ protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03.03.2020-ci il tarixdə Pərvanə Süleymalının vasitəsi ilə oğurladığı 3 ədəd qızıl üzük və 1 ədəd qızıl klonu ünvan 2qayıt şəhəri „Cavid“ ticarət mərkəzinin qızıl bölməsində qızıl alqı-satqısı ilə məşğul olan Şahid4 girov olaraq qoyub əvəzinə özünün nikah haqqında şəhadətnaməsinin, azyaşlı övladlarının doğum haqqında şəhadətnamələrini və azyaşlı qızı Fatimə Bayramovanın şəxsiyyət vəsiqəsini qoymuşdur. (cild 1, 169-172) İşdə olan 29.05.2020-ci il tarixli „Baxış keçirilməsi haqqında“ protokoldan görünür ki, Şahid4 məxsus qızıl və brilyantların alqı-satqı kitabına baxış keçirilmiş, baxışla müəyyən edilmişdir ki, kitabçanın 38-ci səhifəsində Təqsirləndirilən şəxs 27.02.2020-ci il tarixdə ümumilikdə 17,68 qram sırğa, sep, üzüyü 735 manata satması qeyd edilmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Həmin kitabçanın 37-ci səhifəsinin fotoşəkili çəkilib fotoçədəl tərtib olunaraq cinayət işinə əlavə edilmişdir. (1-ci cild, 177-179) İşdə olan 23.06.2020-ci il tarixli „Baxış və götürmə aparılması haqqında“ protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladıqdan sonra qaytarıb yerinə qoyduğu 1 ədəd 585 əyyarlı qızıl klon, 1 ədəd 583 əyyarlı şəbəkə qızıl üzüyü, eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 8 mart bayramı münasibəti ilə hədiyyə aldığı, Zərərçəkmiş şəxs4 Adil oğlundan dələduzluq yolu ilə ələ keçirdiyi “Xiaomi Redmi Note8” markalı **********18955 və **********81959 imei kodlu mobil telefonu Zərərçəkmiş şəxs1 istintaqa təqdim etmişdir. Həmin əşyaların fotoşəkilləri çəkilib fotoçədəl tərtib olunaraq cinayət işinə əlavə edilmişdir. (1-ci cild, i.v. 239-244) İş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi “Xiaomi Redmi Note8” markalı **********18955 və **********81959 imei kodlu mobil telefon, 1 ədəd 583/585 əyyarlı 4.15 qram çəkidə qızıl şəbəkə üzük, 1 ədəd 583/585 əyyarlı 5.33 qram çəkidə qızıl klon, 1 ədəd 585 əyyarlı 5,26 qram çəkidə göy qaşlı qızıl üzük, 1 ədəd 583 əyyarlı 4.40 qram çəkidə qızıl halqa nişan üzüyü və 1 ədəd 35.55 qram çəkidə 925 əyyarlı gümüş boyunbağı və qolbaq dəsti iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 qaytarılmışdır. ( 2-ci cild, i.v. 57-84) İşdə olan sənədlərdən görünür ki, X7 xx.xx.2007-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (cild-1, i.v.173) İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, iki uşağı var: 17 mart 2012-ci il təvəllüdlü X8 və 31 avqust 2017-ci il təvəllüdlü X9. İşdə olan xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilir. İş üzrə “Sübutların qiymətləndirilməsi barədə” 15 iyul 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 213-3.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibinin olması müəyyən edilmədiyindən həmin maddələrlə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Şahid4 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkibi olmadığından həmin maddələrlə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. X7 cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadığı üçün onun barəsində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (cild 2, i.v.57-84) “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «30 iyun » 2008-ci il tarixli qərarının 9-cu bəndində qeyd edilmişdir ki, yaşına görə (Azərbaycan Respublikası CM-nin 20-ci maddəsi) və ya anlaqsızlığa görə (CM-nin 21-ci maddəsi) cinayətin subyektləri hesab olunmayan şəxslərdən istifadə etməklə törədilən cinayət iştirakçılıq yaratmır. Bununla belə, yuxarıda göstərilən əsaslara görə cinayət məsuliyyəti daşımayan yetkinlik yaşına çatmamış şəxs cinayət xarakterli əməl törətdikdə, onu cinayət fəaliyyətinə cəlb etmiş və ondan cinayətin vasitəsi kimi istifadə etmiş şəxs cinayətin icraçısı kimi məsuliyyət daşıyır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 2-ci bəndində deyilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 14-cü bəndində göstərilir ki, CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq, cinayəti təşkil etmiş və ya aşkar surətdə cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxsləri oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə təhrik etmiş şəxs, cinayətin icraçısı kimi cinayət məsuliyyəti daşıyır. Qanunda nəzərdə tutulan əsaslar olduqda, həmin şəxsin əməli, əlavə olaraq CM-nin 170-ci maddəsi ilə də tövsif edilməlidir. Azərbaycan Respublikası CM-nin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi və onun əməlləri Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.2, 177.2.4 və 178.2.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağının olması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, ziyanın qalan hissəsinin ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslərlə razılığa gəlməsini, etdiyi əmələ görə peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, ziyanın qalan hissəsinin hissə-hissə ödənilməsi ilə bağlı zərərçəkmiş şəxslərlə razılığa gəlməsini, yuxarıda qeyd olunan halların məcmusunu nəzərə almaqla işin faktiki hallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.2, 177.2.4 və 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı (on dörd yaşına çatmamış) uşağın olmasını nəzərə alıb, onun barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə 31 avqust 2017-ci il təvəllüdlü X4 on dörd yaşına çatanadək, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsini təxirə salınmasını məqsədəmüvafiq hesab edir. ünvan 2qayıt Şəhər Məhkəməsinin 1(060)-36/2021 saylı, 04 mart 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs 29 mart 2021-ci ildə tutulmuşdur, bu günə qədər həbsdədir. Ona görə də, gələcəkdə hökmün icrası zamanı onun həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertiza tədqiqatlarının keçirilməsi ilə əlaqədar 299,50 (iki yüz doxsan doqquz manat əlli qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası ünvan 2qayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 20 (iyirmi) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından ünvan 2qayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. İstintaq zamanı “Xiaomi Redmi Note8” markalı **********18955 və **********81959 imei kodlu mobil telefon, 1 ədəd 583/585 əyyarlı 4.15 qram çəkidə qızıl şəbəkə üzük, 1 ədəd 583/585 əyyarlı 5.33 qram çəkidə qızıl klon, 1 ədəd 585 əyyarlı 5,26 qram çəkidə göy qaşlı qızıl üzük, 1 ədəd 583 əyyarlı 4.40 qram çəkidə qızıl halqa nişan üzüyü və 1 ədəd 35.55 qram çəkidə 925 əyyarlı gümüş boyunbağı və qolbaq dəsti iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 qaytarılmışdır. Zərərçəkmiş şəxs1 bu əşyaları dəymiş ziyanın bir hissəsi kimi qəbul etmişdir. Bu nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 170.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi Təqsirləndirilən şəxs azyaşlı oğlu 31.08.2017-ci il təvəllüdlü X9 on dörd yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs davranışına nəzarət Ucar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin.... Maddi sübut kimi tanınmış “Xiaomi Redmi Note8” markalı **********18955 və **********81959 imei kodlu mobil telefon, 1 ədəd 583/585 əyyarlı 4.15 qram çəkidə qızıl şəbəkə üzük, 1 ədəd 583/585 əyyarlı 5.33 qram çəkidə qızıl klon, 1 ədəd 585 əyyarlı 5,26 qram çəkidə göy qaşlı qızıl üzük, 1 ədəd 583 əyyarlı 4.40 qram çəkidə qızıl halqa nişan üzüyü və 1 ədəd 35.55 qram çəkidə 925 əyyarlı gümüş boyunbağı və qolbaq dəstinin Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın və onun sahibliyinə verilsin. Təqsirləndirilən şəxs 299,50 (iki yüz doxsan doqquz manat əlli qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına ünvan 2qayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı ünvan 2qayıt filialında olan hesabına (№ AZ 09AİİB**********2500366125 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində ünvan 2qayıt Şəhər Məhkəməsi vasitəsilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-36/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-36/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver