Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-36/2023 08.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1992-ci il Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,044 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 06 aprel 2022-ci il tarixdə, saat 10:40 radələrində ünvan 2 ünvanının qarşısında saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibində olan 01 (bir) ədəd kağıza bükülmüş vəziyyətdə 1,044 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında yatan zaman 11 nəfər polis əməkdaşı onun yaşadığı evə daxil olaraq onu və qardaşını PB-nə aparmışlar. Narkotik vasitə istifadəçisi olsa da, evdən aparılan zaman onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən onun üzərinə içərisində qum olan büküm qoyulmuş və ona “ya sən, ya da qardaşın içəri getməlidir”. Qardaşının ailəli olduğunu və himayəsində 01 (bir) uşağının olmasını nəzərə alaraq o məcbur olub narkotik vasitənin onun üzərində olduğunu bildirmişdir.Yuxarıda göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 10:40 radələrində ünvan 3 ünvanının qarşısında olan zaman 02 (iki) nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə Sumqayıt şəhəri Pİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 1-ci PB-nə getmişdir. PB-nə getdikdən sonra xidməti otaqlarının birində hansı səbəbdən saxlanılmağı bir daha bildirilməklə yanaşı, hüquq və vəzifələri ona izah olunmuş və hüquqlarının müdafiəsi üçün vəkil seçməsi məqsədi ilə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuşdur. O, hüquqlarının vəkil siyahısında adı olan X2 tərəfindən müdafiə olunmasını istədiyini bildirmiş, vəkil X2 təmin olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı polis kapitanı Pərvin Allahverdiyev özünü təqdim etdikdən sonra ondan da, özünü təqdim etməsini xahiş etmiş, o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, ünvan 4 ünvanında yaşadığını bildirmişdir. Sonra təhqiqatçı, onun narkotik vasitələrin istifadəsində, üzərində gəzdirlməsində şüphəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən, yaşadığı evin qarşısında saxlanıldığını bildirib, otaqda olan digər şəxslərdən, yəni onu saxlayıb Polis Bölməsinə aparan mülki geyimli polis əməkdaşlarından da, özlərini təqdim etmələrini xahiş etmişdir. Həmin polis əməkdaşları növbə ilə özlərini təqdim edərək, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Orxan Rzayev və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 olduğunu bildirirmişlər. Bundan sonra təhqiqatçı, vəkil X1 ona təqdim etmiş və şüphəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona verərək tanış olmasını xahiş etmişdir. O, hüquq və vəzifələri barədə yazılı bildirişlə tanış olduqdan sonra təhqiqatçı, onun narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şüphəli şəxs qismində saxlanıldığını bir daha qeyd edərək, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və bununla bağlı onun etirazı olub-olmamasını soruşmuşdur. O, etirazının olmamasını bildirdikdən sonra, təhqiqatçı, onun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya pridmet vardırsa təqdim etməsini xahiş etmiş, o, əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf polietilen sellofana bükülmüş kütləni çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı onun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Təhqiqatçı, ondan təqdim etdiyi 01 (bir) ədəd şəffaf polietilen sellofana bükülmüş kütlənin nə olduğunu soruşduqda o, həmin kütlənin “heroin” və ya “kakos” adlandırılan maddə, yəni narkotik vasitə olduğunu bildirmişdir. Həmçinin o, təhqiqatçının suallarını cavablandıraraq, sözügedən kütləni, yəni üzərindən aşkar olunmuş narkotik vasitə bükümünü Bakı şəhəri, “20” Yanvar ərazisində, tanımadığı şəxsdən, öz istifadəsi üçün 10 (on) manat ödəyərək aldığını bildirmişdir. Sonra onun üzərindən aşkar olunmuş həmin 01 (bir) ədəd şəffaf polietilen sellofana bükülmüş kütlənin büküldüyü şəffaf polietilen sellofan təhqiqatçı tərəfindən açıldıqda, içərisində tünd qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Onun üzərindən aşkar olunmuş həmin tünd qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə büküldüyü polietilen sellofanla birlikdə elektron tərəziyə qoyulub çəkildikdə həmin kütlənin büküldüyü sellofanla birlikdə çəkisi 1,11 qram olması müəyyən edilmişdir. Bundan sonra onun üzərindən aşkar olunaraq götürülmüş tünd qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış, qablaşdırmış zərf onun və iştirakçıların tərəfindən imzalanmışdır. Təhqiqatçı, onun təqdim etdiyi siqaret qutusunun içərisinə və bükülmüş vəziyyətdə olan kağız parçasının (salfetkanın) arasına baxmış, ancaq iş üçün əhəmiyyət kəsb edən heç bir şey aşkar olunmamışdır. O, hüquqlarını müdafiə edən vəkil Mehdi Cəlalzadənin suallarını cavablandıraraq, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya təziq göstərilmədiyini, heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində tututlduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmadığını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 1-ci PB-nə əməliyyat məlumatı daxil olmuş, məlumat onun raportu vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməyi üçün o da, əlavə edilmişdir. Əməliyyat qrupunun üzvləri daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, Corat qəsəbəsi, S.Əliyev küçəsi ərazisində, ev 426-nın yaxınlığında pusqu qurmuş, bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb, saat 10:40 radələrində Sumqayıt şəhəri, S.Əliyev küçəsi, ev 426-nın qarşısında sonuncunu saxlamışlar. Onlar özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, Təqsirləndirilən şəxs da, özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra saxlanılan şəxsə müvafiq istintaq hərkətlərinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməli olduğunu bildirib, Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmiş və onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-də, xidməti otaqlardan birində təhqiqatçı polis kapitanı, Pərvin Allahverdiyev özünü təqdim etdikdən sonra saxlanılan şəxsdən də, özünü təqdim etməsini xahiş etmiş, saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, ünvan 4 ünvanında yaşadığını bildirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, üzərində gəzdirlməsində şiphəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 1ci PB-nin əməkdaşları tərəfindən, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında saxlanıldığını bildirib, onlardan da, özlərini təqdim etmələrini xahiş etmişdir. O və digər polis əməkdaşı Orxan Rzayev növbə ilə özlərini təqdim etmişdir. Sonra təhqiqatçı, vəkil X1 Təqsirləndirilən şəxs təqdim etmişdir. Ardınca təhqiqatçı, şüphəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs verərək tanış olmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə yazılı bildirişlə tanış olduqdan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şüphəli şəxs qismində saxlanıldığını bir daha qeyd edərək, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib və bununla bağlı Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs etirazının olmamasını bildirdikdən sonra, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya pridmet vardırsa təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf polietilen sellofana bükülmüş kütləni çıxardıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd şəffaf polietilen sellofana bükülmüş kütlənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs, həmin kütlənin “heroin” və ya “kakos” adlandırılan maddə olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq, sözügedən kütləni Bakı şəhəri, “20” Yanvar ərazisində, tanımadığı şəxsdən, öz istifadəsi üçün 10 (on) manat ödəyərək aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin 01 (bir) ədəd şəffaf polietilen sellofana bükülmüş kütlənin büküldüyü şəffaf polietilen sellofan təhqiqatçı tərəfindən açıldıqda, içərisində tünd qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin tünd qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə büküldüyü polietilen sellofanla birlikdə elektron tərəziyə qoyulub çəkildikdə həmin kütlənin büküldüyü sellofanla birlikdə çəkilmiş və məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən vəkil Mehdi Cəlalzadənin suallarını cavablandıraraq, polis əməkdaşları tərəfindən özünə qarşı heç bir fiziki zor və ya təziq göstərilmədiyini, heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə əməliyyat məlumatları daxil olmadığını qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı X4 da Şahid1 göstərdiyi xüsusatları təstiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntüdən görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Pərvin Allahverdiyev özünü təqdim etdikdən sonra qarşısında dayanan mülki geyimli şəxsdən özünü təqdim etməsini xahiş edir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, ünvan 4 ünvanında yaşadığını bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, üzərində gəzdirlməsində şiphəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən, onun yaşadığı evin qarşısında saxlanıldığını bildirib, otaqda olan digər şəxslərdən də, özlərini təqdim etmələrini xahiş edir. Həmin şəxslər növbə ilə özlərini təqdim edərək, Sumqayıt ŞPİ-nin 1ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Orxan Rzayev və Sumqayıt ŞPİ-nin 1-ci PBnin əməliyyat müvəkkili polis leytenantı Şahid1 olduğunu bildirirlər. Sonra təhqiqatçı vəkil X1 Təqsirləndirilən şəxs təqdim edir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs verərək tanış olmasını xahiş edir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə yazılı bildirişlə tanış olduqdan sonra təhqiqatçı onun narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şüphəli şəxs qismində saxlanıldığını bir daha qeyd edərək, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir və bununla bağlı Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs etirazının olmamasını bildirdikdən sonra, təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya pridmet vardırsa təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs öncə əynindəki qara rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd siqaret qutusunu və 01 (bir) ədəd alışqanı çıxardıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf polietilen sellofana bükülmüş kütləni çıxardıb təqdim edərək masanın üzərinə qoyur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə heç bir şey aşkar olunmur. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd şəffaf polietilen sellofana bükülmüş kütlənin nə olduğunu soruşduqda o, həmin kütlənin “heroin” və ya “kakos” adlandırılan maddə olduğunu bildirir. Həmçinin Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq sözügedən kütləni Bakı şəhəri, "20” Yanvar ərazisində, tanımadığı şəxsdən, öz istifadəsi üçün 10 (on) manat ödəyərək aldığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin 01 (bir) ədəd şəffaf polietilen sellofana bükülmüş kütlənin büküldüyü şəffaf polietilen sellofan təhqiqatçı tərəfindən açıldıqda, içərisində tünd qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə aşkar olunur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin tünd qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə büküldüyü polietilen sellofanla birlikdə elektron tərəziyə qoyulub çəkildikdə həmin kütlənin büküldüyü sellofanla birlikdə çəkisi 1,11 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tünd qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılır, qablaşdırmış zərf iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs onun hüquqlarını müdafiə edən vəkil Mehdi Cəlalzadənin suallarını cavablandıraraq, polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zor və ya təziq göstərilmədiyini, heç bir şikayət və tələbi olmadığını bildirir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1875 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,044 qram olan olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olanheroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi: 1,044 qram, tədqiqata sərf edildi: ümumi 0,050 qram, qalıq 0,994 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2509 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimlyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna və istintaq orqanından gizləndiyinə görə onun barəsində axtarış elan edilmiş və tutulduğu təqdirdə Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-597/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə barəsində secilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,994 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,994 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 81,00 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutulduğu müddət çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,994 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81,00 (səksən bir) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-36/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-36/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver