Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-360/2020 24.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, müdafiəçilər-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1991-ci ildə Ağdam rayonu, Əhmədavar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdam rayonu, Əhmədavar kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, Əlvan-Metal Pansionatında məskunlaşaraq yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2, özgənin əmlakını talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi hesab edilən «1001» xırdavat mağazasının giriş qapısının üzərinə quraşdırılmış jalüzinin yarımçıq, giriş qapısının açıq olmasından istifadə edərək Təqsirləndirilən şəxs1la birlikdə içəriyə qanunsuz daxil olmuş, Təqsirləndirilən şəxs3 isə çöldə pusquda dayanaraq kiminsə gəlib-gəlməməsinə nəzarət etmiş, o və Təqsirləndirilən şəxs1 vitrindən 110 (bir yüz on) manat dəyərində olan 01 ədəd «Bosh 24L» markalı su qızdırıcısını,100 (bir yüz) manat dəyərində olan 01 ədəd «İzmir 20 L» markalı su qızdırıcısını,100 (bir yüz) manat dəyərində olan 01 ədəd «Termet 20 L» markalı su qızdırıcısını,130 (bir yüz otuz) manat dəyərində olan 01 ədəd «Güven 32 L» markalı su qızdırıcısını, 130 (bir yüz otuz) manat dəyərində olan 01 ədəd «Akel 40 L» markalı elektrik sobanı, 70 (yetmiş) manat dəyərində olan üzərində «Length-50 m, size:2x2,5 mm» sözləri yazılmış plastik kütlədən hazırlanmış diskin ətrafına yerləşdirilmiş elektrik kabeli,160 (bir yüz altmış) manat dəyərində olan üzərində «Unal kablo, 2x4 mm, 100m» sözləri yazılmış polietilen bükülüdə elektrik kabeli, 70 (yetmiş) manat dəyərində olan 01 ədəd «Quicks G 2735» markalı ütünü, 60 (altmış) manat dəyərində olan 01 ədəd «Haeger model HG- 1213» markalı ütünü, 35 (otuz beş) manat dəyərində olan üzərində «Aqua Flex» sözləri yazılmış ağ-qara rəngli 01 ədəd hamam xalçasını, 35 (otuz beş) manat dəyərində olan üzərində «Aqua Flex» sözləri yazılmış qəhvəyi-açıq qəhvəyi rəngli 01 ədəd hamam xalçasını, 150 (bir yüz əlli) manat dəyərində olan 01 ədəd «LG 32 LG10R» markalı televizoru, 35 (otuz beş) manat dəyərində olan 01 ədəd «Efba EF-2508» markalı elektrik çaydanı, 40 (qırx) manat dəyərində olan 01 ədəd «D-550» markalı dreli,35 (otuz beş) manat dəyərində olan 01 ədəd «D-350» markalı dreli,45 (qırx beş) manat dəyərində olan 01 ədəd «Ural Zid,UD-600 GR» markalı dreli, 50 (əlli) manat dəyərində olan 01 ədəd «Ural Zid,UDU-850 VT» markalı dreli, 40 (qırx) manat dəyərində olan 01 ədəd «Yakar Kardesler» markalı dreli,35 (otuz beş) manat dəyərində olan 01 ədəd «Viktor ZD-550-GR» markalı dreli, 45 (qırx beş) manat dəyərində olan 01 ədəd «Ural Zid» markalı laqondanı, 60 (altmış) manat dəyərində olan 01 ədəd «Vimax AG-230/2300» markalı laqondanı, 25 (iyirmi beş) manat dəyərində olan «Moser NHD-170 700 wat» markalı saç fenini, 50 (əlli) manat dəyərində olan 01 ədəd borusu ilə birlikdə su kranını, 10 (on) manat dəyərində olan qapı kilid dəstini, daha sonra Təqsirləndirilən şəxs3 da içəriyə qanunsuz daxil olaraq vitrindən 120 (bir yüz iyirmi) manat dəyərində olan 01 ədəd «Elif 40 L» markalı elektrik sobanı gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 1740 (bir min yeddi yüz qırx) manat məbləğində maddi ziyan vuraraq, oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi hesab edilən «1001» xırdavat mağazasının giriş qapısının üzərinə quraşdırılmış jalüzinin yarımçıq, giriş qapısının açıq olmasından istifadə edərək Təqsirləndirilən şəxs2la birlikdə içəriyə qanunsuz daxil olmuş, Təqsirləndirilən şəxs3 isə çöldə pusquda dayanaraq kiminsə gəlib-gəlməməsinə nəzarət etmiş, o və Təqsirləndirilən şəxs2 vitrindən 110 (bir yüz on) manat dəyərində olan 01 ədəd «Bosh 24L» markalı su qızdırıcısını,100 (bir yüz) manat dəyərində olan 01 ədəd «İzmir 20 L» markalı su qızdırıcısını,100 (bir yüz) manat dəyərində olan 01 ədəd «Termet 20 L» markalı su qızdırıcısını,130 (bir yüz otuz) manat dəyərində olan 01 ədəd «Güven 32 L» markalı su qızdırıcısını, 130 (bir yüz otuz) manat dəyərində olan 01 ədəd «Akel 40 L» markalı elektrik sobanı, 70 (yetmiş) manat dəyərində olan üzərində «Length-50 m, size:2x2,5 mm» sözləri yazılmış plastik kütlədən hazırlanmış diskin ətrafına yerləşdirilmiş elektrik kabeli, 160 (bir yüz altmış) manat dəyərində olan üzərində «Unal kablo, 2x4 mm, 100m» sözləri yazılmış polietilen bükülüdə elektrik kabeli,70 (yetmiş) manat dəyərində olan 01 ədəd «Quicks G 2735» markalı ütünü, 60 (altmış) manat dəyərində olan 01 ədəd «Haeger model HG- 1213» markalı ütünü, 35 (otuz beş) manat dəyərində olan üzərində «Aqua Flex» sözləri yazılmış ağ-qara rəngli 01 ədəd hamam xalçasını, 35 (otuz beş) manat dəyərində olan üzərində «Aqua Flex» sözləri yazılmış qəhvəyi-açıq qəhvəyi rəngli 01 ədəd hamam xalçasını, 150 (bir yüz əlli) manat dəyərində olan 01 ədəd «LG 32 LG10R» markalı televizoru, 35 (otuz beş) manat dəyərində olan 01 ədəd «Efba EF-2508» markalı elektrik çaydanı, 40 (qırx) manat dəyərində olan 01 ədəd «D-550» markalı dreli,35 (otuz beş) manat dəyərində olan 01 ədəd «D-350» markalı dreli,45 (qırx beş) manat dəyərində olan 01 ədəd «Ural Zid,UD-600 GR» markalı dreli, 50 (əlli) manat dəyərində olan 01 ədəd «Ural Zid,UDU-850 VT» markalı dreli, 40 (qırx) manat dəyərində olan 01 ədəd «Yakar Kardesler» markalı dreli, 35 (otuz beş) manat dəyərində olan 01 ədəd «Viktor ZD-550- GR» markalı dreli, 45 (qırx beş) manat dəyərində olan 01 ədəd «Ural Zid» markalı laqondanı, 60 (altmış) manat dəyərində olan 01 ədəd «Vimax AG-230/2300» markalı laqondanı, 25 (iyirmi beş) manat dəyərində olan «Moser NHD-170 700 wat» markalı saç fenini, 50 (əlli) manat dəyərində olan 01 ədəd borusu ilə birlikdə su kranını, 10 (on) manat dəyərində olan qapı kilid dəstini, daha sonra Təqsirləndirilən şəxs3 da içəriyə qanunsuz daxil olaraq vitrindən 120 (bir yüz iyirmi) manat dəyərində olan 01 ədəd «Elif 40 L» markalı elektrik sobanı gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 1740 (bir min yeddi yüz qırx) manat məbləğində maddi ziyan vuraraq, oğurluq etmişdir. Təqsirləndirilən şəxs3Taleh qızı özgənin əmlakını talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə, saat 05 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi hesab edilən «1001» xırdavat mağazasının giriş qapısının üzərinə quraşdırılmış jalüzinin yarımçıq, giriş qapısının açıq olmasından istifadə edərək Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə içəriyə qanunsuz daxil olmuş, özü isə çöldə pusquda dayanaraq kiminsə gəlib-gəlməməsinə nəzarət etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vitrindən 110 (bir yüz on) manat dəyərində olan 01 ədəd «Bosh 24L» markalı su qızdırıcısını,100 (bir yüz) manat dəyərində olan 01 ədəd «İzmir 20 L» markalı su qızdırıcısını,100 (bir yüz) manat dəyərində olan 01 ədəd «Termet 20 L» markalı su qızdırıcısını,130 (bir yüz otuz) manat dəyərində olan 01 ədəd «Güven 32 L» markalı su qızdırıcısını, 130 (bir yüz otuz) manat dəyərində olan 01 ədəd «Akel 40 L» markalı elektrik sobanı, 70 (yetmiş) manat dəyərində olan üzərində «Length- 50 m, size:2x2,5 mm» sözləri yazılmış plastik kütlədən hazırlanmış diskin ətrafına yerləşdirilmiş elektrik kabeli,160 (bir yüz altmış) manat dəyərində olan üzərində «Unal kablo, 2x4 mm, 100m» sözləri yazılmış polietilen bükülüdə elektrik kabeli,70 (yetmiş) manat dəyərində olan 01 ədəd «Quicks G 2735» markalı ütünü, 60 (altmış) manat dəyərində olan 01 ədəd «Haeger model HG-1213» markalı ütünü, 35 (otuz beş) manat dəyərində olan üzərində «Aqua Flex» sözləri yazılmış ağ-qara rəngli 01 ədəd hamam xalçasını, 35 (otuz beş) manat dəyərində olan üzərində «Aqua Flex» sözləri yazılmış qəhvəyi-açıq qəhvəyi rəngli 01 ədəd hamam xalçasını, 150 (bir yüz əlli) manat dəyərində olan 01 ədəd «LG 32 LG10R» markalı televizoru, 35 (otuz beş) manat dəyərində olan 01 ədəd «Efba EF-2508» markalı elektrik çaydanı, 40 (qırx) manat dəyərində olan 01 ədəd «D-550» markalı dreli,35 (otuz beş) manat dəyərində olan 01 ədəd «D-350» markalı dreli,45 (qırx beş) manat dəyərində olan 01 ədəd «Ural Zid,UD-600 GR» markalı dreli, 50 (əlli) manat dəyərində olan 01 ədəd «Ural Zid,UDU-850 VT» markalı dreli, 40 (qırx) manat dəyərində olan 01 ədəd «Yakar Kardesler» markalı dreli,35 (otuz beş) manat dəyərində olan 01 ədəd «Viktor ZD-550-GR» markalı dreli, 45 (qırx beş) manat dəyərində olan 01 ədəd «Ural Zid» markalı laqondanı, 60 (altmış) manat dəyərində olan 01 ədəd «Vimax AG-230/2300» markalı laqondanı, 25 (iyirmi beş) manat dəyərində olan «Moser NHD- 170 700 wat» markalı saç fenini, 50 (əlli) manat dəyərində olan 01 ədəd borusu ilə birlikdə su kranını, 10 (on) manat dəyərində olan qapı kilid dəstini, daha sonra özü də içəriyə qanunsuz daxil olaraq vitrindən 120 (bir yüz iyirmi) manat dəyərində olan 01 ədəd «Elif 40 L» markalı elektrik sobanı gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 1740 (bir min yeddi yüz qırx) manat məbləğində maddi ziyan vuraraq, oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 oğurluqdan bir il əvvəl tanımışdır. Onun adı Ramil olsa da, hamı onu Kolya kimi çağırmışdır. Təqsirləndirilən şəxs3 ilə 2020-ci ilin mart ayında tanış olmuş və həmin vaxtdan onunla qeyri-rəsmi ər-arvad münasibətində olmuşdur. Taksi xidməti göstərmək üçün o, Fuaddan icarəyə günü 20 manat olmaqla «Mersedes» markalı **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobil götürmüşdür. Fuadla əvvəllər heç bir münasibəti olmamışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə saat təxminən 03:00 radələrində Fəxriyyə ona zəng edib şəxsiyyət vəsiqəsinin ona lazım olduğunu bildirmişdir. O, idarə etdiyi «Mersedes» markalı, **-CO-*** dövlət nömrə-nişanlı avtomobillə Fəxriyyənin ögey anasının yaşadığı Bakı şəhəri, Qaraçuxur qəsəbəsindəki evinə gedərək onun şəxsiyyət vəsiqəsini aparıb ona vermişdir. O, şəxsiyyət vəsiqəsini Fəxriyyəyə verəndə ona demişdir ki, birlikdə Sumqayıt şəhərinə gedib orada bir az gəzib sonra evə gəlsinlər. O, Bakı şəhərindən Sumqayıt şəhəri, Dədə-Qorqud tərəfdə 11-ci mikrorayona ayrılan yoldakı işiqfordan, «Sülh Plaza»nın yanında tanışı Ramilin piyada getdiyini görüb maşını onun yanında saxlamışdır. O, Ramildən hara getdiyini soruşduqda, sonuncu ona işdən gəldiyini, marşrut olmadığı üçün piyada gəzə-gəzə evə getdiyini demişdir. O, da bir yerdə getməsi üçün gəlib maşına oturmasını bildirmişdir. Həmin vaxt Fəxriyyə qabaq oturacaqda yanında əyləşmiş, Ramil isə arxa oturacaqda oturmuşdur. Ramil Fəxriyyəni əvvəllər tanımamışdır. Onlar bir az Sumqayıt şəhərində gəzdikdən sonra qərara almışlar ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsinə gedib oradan təndir çörəyi alsınlar. Onlar üçü də onun idarə etdiyi maşınla həmin qəsəbəyə getmişlər. Onlar «Qayalı» marketin yaxınlığında yolun kənarında təndir evinin yanında maşını saxlamışlar. O, Fəxriyyə ilə maşından düşüb təndir evinə girmişlər, Ramil isə maşında qalmışdır. Çörək olmadığı üçün onlar qoğal alıb yenidən maşına qayıtmışlar. Daha sonra, üzü «Qayalı» marketə tərəf yollarını davam edərkən görmüşdür ki, yolun kənarında «1001» xırdavat mağazasının jalyüzü yarıya qədər açıqdır, mağazanın qapısı isə tam açıqdır. Maşını həmin mağazanın qarşısında saxlamışlar. O, Ramillə mağazaya daxil olmuş, Fəxriyyə isə maşında onları gözləmişdir. O, Ramillə birlikdə mağazadan əllərinə keçən əşyaları götürüb onun avtomobilinin salonuna və arxa yük yerinə yığmışlar. Onların arxasınca Fəxriyyə də mağazaya girmiş və Fəxriyyə ona çöldə adam olduğunu deyib buradan tez getmələrini bildirmişdir. Fəxriyyə də mağazadan bir ədəd çörəkbişirən peçi götürərək maşının salonuna qoymuş və onlar oradan çıxmışlar. O, Ramillə mağazaya iki dəfə, Fəxriyyə isə bir dəfə girib çıxmışlar və əllərinə keçənləri oğurlayıb avtomobilə əyləşib üzü Sumqayıt şəhəri istiqamətində getmişlər. O, Ramili Sumqayıt şəhəri, 13-cü mikrorayonun işiqforunda düşürdükdən sonra Fəxriyyəni dəniz kənarında Coratın altında düşürüb özü isə evə getmişdir. xx.xx.2020-ci il tarixdə saat 15:00 radələrində Fəxriyyə ona zəng edərək oğurladıqları əşyaları rədd edib-etməməsini soruşmuş, o, isə hələ yatdığını demiş və hələlik oğurladıqları əşyaları heç kimə sata bilmədiyini söyləmişdir. O, Fəxriyyə ilə telefonla danışdıqdan 15-20 dəqiqə sonra idarə etdiyi «Mersedes» markalı, **-CO-*** dövlət nömrə-nişanlı avtomobillə Fəxriyyənin yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki ünvana gələrək onu evlərinin yaxınlığından götürmüşdür. Fəxriyyə avtomobilə əyləşəndə oğurladıqları əşyalar avtomobilin salonunda və baqajında olmuşdur. O, oğurladıqları əşyalardan özü istifadə etmək üçün bir ədəd suqızdırıcını və bir top kabeli, 01 ədəd laqonda və 01 ədəd dreli, 01 ədəd qapının açarlarını evə qoymuş qalan malları satmaq üçün maşında saxlamışdır. Fəxriyyəni götürdükdən sonra dostu Ramilə zəng edib, onu dünən düşürtdüyü yerdən götürüb və birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən «Dünya» marketin yaxınlığındakı Şərq bazarına getmişlər. Əvvəlcə orada köhnə əşyalar satılan bazara getmişlər. O, maşından düşüb orada mağazada işləyən bir nəfər əvvəllər tanımadığı şəxsə yaxınlaşaraq satılıq mal olduğunu və həmin malların özünə məxsus olduğunu bildirmişdir. Lakin, həmin şəxs avtomobildəki mallara baxmış, ucuz qiymətə almaq istədiyi üçün o, satmamışdır. Bundan sonra o, oğurladığı dreli və kabeli mağazaya göstərmişdir ki, satsın. Elə bu vaxt polis əməkdaşları əvvəl onu mağazanın içərisində dreli satmaq istəyərkən, sevgilisi Fəxriyyəni, dostu Ramili isə ona məxsus avtomobilin içərisində saxlamışlar. O, oğurladığı əşyaları sata bilməmişdir. Polis əməkdaşları onları ona məxsus avtomobillə və avtomobildə olan oğurladıqları əşyalarla birlikdə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə gətirmişlər. Onların oğurladıqları əşyalar 04 (dörd) ədəd təzə işlənməmiş qazla işləyən suqızdırıcı (pitiminutka), 02 (iki) ədəd təzə elektriklə işləyən çörəkbişirən peç, təxminən 02 (iki) ədəd drel, 06 (altı) ədəd təzə laqondalar, bir ədəd saç feni, iki rulon hamam qarşısına atmaq üçün xalça, 2 ədəd təzə ütü, bir ədəd tefal çaynik və çaydan, bir ədəd «LG» markalı qara rəngli plazma televizor, bir dəst hamam üçün su kranı olmuşdur. Mağazadan başqa heç nə oğurlamamışlar. Onlar bölmədə mağazadan oğurladıqları əşyaları təqdim etmişlər. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatlara dair qeyd edir ki, xx.xx.2020-ci il tarixdə səhər 05 radələrində o, Ramil və Fəxriyyə həmin mağazadan oğurluq edərkən onun qapısının üzərindəki jalüz yarımçıq açıq vəziyyətdə, mağazanın qapısı isə ümumiyyətlə açıq olmuş, içərisi dağınıqlı vəziyyətdə olmuşdur. Onlar 10.000 manat dəyərində əşya oğurlamamışlar. Onlar oğurladıqları əşyaları təqdim etmişlər. Həmin əşyalar da onun maşınına yığdıqları əşyalar və evinə apardığı əşyalar olmuşdur. Oğurladıqları əşyalardan maşında olan 04 (dörd) ədəd təzə işlənməmiş qazla işləyən suqızdırıcı (pitiminutka), 02 (iki) ədəd təzə elektriklə işləyən çörək bişirən peç, təxminən 02 (iki) ədəd drel, 06 (altı) ədəd təzə laqondalar, bir ədəd saç feni, iki rulon hamam qarşısına atmaq üçün xalça, 2 ədəd təzə ütü, bir ədəd tefal çaynik və çaydan, bir ədəd «LG» markalı qara rəngli plazma televizor, bir dəst hamam üçün sukrantı olmuş, bundan başqa o evinə apardığı bir ədəd suqızdırıcını və bir top kabeli, 01 ədəd laqonda və 01 ədəd dreli, 01 ədəd qapının açarları olmuşdur. Başqa onlar heç nə oğurlamamışlar. Təqsirləndirilən şəxs2 törədiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 törətdikləri oğurluqdan bir il əvvəl tanıyırdı. Təqsirləndirilən şəxs3 isə hadisə günü tanımış, əvvəllər onların tanışlıqları olmamışdır. Adı Ramil olsa da, hamı onu Kolya kimi çağırır. xx.xx.2020-ci il tarixdə saat 04:30 radələrində o, Bakı şəhərindən Sumqayıt şəhər Avtovağzal ərazisinə gəlmiş, marşrut olmadığı üçün piyada yaşadığı Sumqayıt şəhəri 12-ci mikrorayon istiqamətində getmişdir. O, «Sülh Plazanın» qarşısındakı sfetofora çatarkən təsadüfən dostu Təqsirləndirilən şəxs2 idarə etdiyi «Mersedes» markalı **-CO-*** dövlət nömrə nişanlı avtomobillə onu görüb saxlamış, onlar görüşmüşlər və o, avtomobilin arxa salonunda əyləşmişdir. Maşının qabaq oturacağında İlqarın yanında onun Fəxriyyə adlı tanışı oturmuşdur. Onlar bir qədər Sumqayıt şəhərində gəzdikdən sonra Hacı Zeynalabdin qəsəbəsinə getmişlər. Zeynalabdin qəsəbəsinə girdikdə artıq hava bir az işıqlanmış, təxminən saat 05 radələrində «Qayalı» marketin yaxınlığında yolun kənarında təndir evi olmuş və İlqar Fəxriyyə ilə təndir evinə düşüb oradan qoğal almışlar. Üzü «Qayalı» marketə tərəf yollarını davam edərkən görmüşlər ki, yolun kənarında «1001» xırdavat mağazasının jalyüzü yarıya qədər açıq, mağazanın qapısı isə tam açıqdır, içəridə də heç kim yoxdur. Onlar qərara almışlar ki, mağazada heç kimin olmamasından istifadə edib mağazaya girib oğurluq etsinlər. Onlar maşını həmin mağazanın qarşısında saxlamışlar. O, İlqarla birlikdə maşından düşüb mağazaya daxil olmuşlar, Fəxriyyə isə çöldə maşında onları gözləmişdir ki, gələn olsa xəbər etsin. Mağazada heç kim olmamış və onlar içəridə olan əlinə keçən təmir-tikinti ləvazimatlarını və müxtəlif adda məişət əşyalarını oğurlayıb gətirib avtomobilin salonuna və arxa yük yerinə yığmışlar. Həmin vaxt onların arxasınca Fəxriyyə də mağazaya girmiş və Fəxriyyə də mağazadan bir ədəd çörəkbişirən peçi götürərək maşının salonuna qoymuşdur. O, mağazaya İlqarla 2 dəfə, Fəxriyyə isə bir dəfə girmişdir. Daha sonra onlar avtomobilə əyləşib üzü Sumqayıt şəhəri istiqamətində getmişlər. İlqar onu Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində düşürüb, özü isə Fəxriyyə ilə birlikdə çıxıb getmişlər. Oğurladıqları əşyları isə səhəri gün satmaq fikrində olmuşlar. xx.xx.2020-ci il tarixdə saat 15:15 radələrində İlqar ona zəng edərək harada olduğunu soruşmuş, o, da ona Sumqayıt şəhəri 13-cü mikrorayonun işıqforuna tərəf gəlməsini, özünün də gəldiyini demişdir. O, danışdıqları yerə piyada gəlmiş, təxminən 5 dəqiqə sonra İlqar da idarə etdiyi avtomobillə yanına gəlmiş, İlqarın avtomobilində Fəxriyyə arxa oturacaqda oturmuşdur. O qabaq oturacaqda onun yanında əyləşmiş və onlar üçü də Sumqayıt şəhəri, 13cümikrorayon ərazisində yerləşən «Dünya» marketin yaxınlığındakı Şərq bazarına getmişlər. Əvvəlcə orada köhnə əşyalar satılan bazara getmişlər. İlqar maşından düşüb orada mağazada işləyən bir nəfər şəxsə maşında olan oğurluq malları göstərmişdir. Daha sonra İlqar maşına əyləşmiş və onlara bildirmişdir ki, ucuz aldıqları üçün satmamışdır. Fəxriyyə onunla birlikdə avtomobildə oturmuşdur. Bundan sonra İlqar oğurladıqları əşyalardan dreli və kabeli satmaq üçün yenidən mağazaya girmişdir. Həmin vaxt polis əməkdaşları gələrək əvvəlcə İlqarı, daha sonra isə onu Fəxriyyə ilə maşında olarkən saxlamışlar. Daha sonra onları İlqara məxsus avtomobillə və avtomobildə olan oğurladıqları əşyalarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirmişlər. Onlar orada mağazadan oğurladıqları əşyaları təqdim etmişlər. Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təkzib edərək bildirir ki, xx.xx.2020-ci il tarixdə səhər 05 radələrində o, İlqar və Fəxriyyə həmin mağazadan oğurluq edərkən onun qapısının üzərindəki jalüz yarımçıq açıq vəziyyətdə, mağazanın qapısı isə ümumiyyətlə açıq, içərisi də dağınıqlı vəziyyətdə olmuşdur. Onlar 10.000 manat dəyərində əşya oğurlamamışlar, oğurladıqları əşyaların hamısını təqdim etmişlər. Həmin əşyalar da İlqarın maşınına yığdıqları əşyalar və İlqarın evinə apardığı əşyalar olmuşdur. Oğurladıqları əşyalardan maşında olan 04 (dörd) ədəd təzə işlənməmiş qazla işləyən suqızdırıcısı (pitiminutka), 02 (iki) ədəd təzə elektriklə işləyən çörək bişirən peç, təxminən 02 (iki) ədəd drel, 06 (altı) ədəd təzə laqondalar, bir ədəd saç feni, iki rulon hamam qarşısına atmaq üçün xalça, 2 ədəd təzə ütü, bir ədəd tefal çaynik və çaydan, bir ədəd «LG» markalı qara rəngli plazma televizor, bir dəst hamam üçün su krantı olmuş, bundan başqa İlqarın öz evinə apardığı bir ədəd suqızdırıcını və bir top kabeli, 01 ədəd laqonda və 01 ədəd dreli, 01 ədəd qapının açarları olmuşdur. Başqa onlar heçnə oğurlamamışlar. Təqsirləndirilən şəxs1 törədiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, rəsmi nikahda olduğu 1986-cı il təvəllüdlü X6 ilə 2019-cu ildə rəsmi olaraq boşanmışlar. 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs2la tanış olmuş və həmin vaxtdan onunla qeyri-rəsmi ər-arvad münasibətindədir. Təqsirləndirilən şəxs1 ümumiyyətlə tanımamış, həmin şəxslə hadisə günü tanış olmuşdur. Onun şəxsiyyət vəsiqəsi İlqarda olduğu üçün və həmin şəxsiyyət vəsiqəsi qızını xəstəxanaya aparmaqdan ötrü lazım olduğundan xx.xx.2020-ci il tarixdə, saat 03 radələrində o, İlqara zəng edib bu barədə ona demişdir. Həmin vaxt o, ögey anasının Bakı şəhəri, Qaraçuxur qəsəbəsindəki evində olmuşdur. İlqar da onunla razılaşaraq Bakı şəhərinə gəlmiş və şəxsiyyət vəsiqəsini ona vermişdir. İlqar ona birlikdə Sumqayıt şəhərinə gedib orada bir az gəzib sonra evə gələcəklərini demiş, o da razılaşmışdır. Onlar Bakı şəhərindən Sumqayıt şəhəri, Dədə- Qorqud tərəfdə 11-ci mikrorayona ayrılan yoldakı işıqforda, «Sülh Plaza»nın yanında İlqarın tanışı Ramilin piyada getdiyini görüb maşını onun yanında saxlamışlar. İlqar Ramildən hara getdiyini soruşduqda o işdən gəldiyini, marşrut olmadığı üçün piyada gəzəgəzə evə getdiyini demişdir. İlqar da ona onlarla bir yerdə getməyi dediyindən, Ramil gəlib arxa oturacaqda oturmuşdur. Onlar bir az Sumqayıt şəhərində gəzdikdən sonra qərara almışlar ki, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsinə gedib oradan təndir çörəyi alsınlar. Onlar birlikdə İlqarın idarə etdiyi maşınla həmin qəsəbəyə getmişlər. Onlar «Qayalı» marketin yaxınlığında yolun kənarında təndir evinin yanında maşını saxlamışlar. O İlqarla maşından düşüb təndir evinə girmiş, Ramil isə maşında qalmışdır. Çörək olmadığı üçün onlar qoğal alıb yenidən maşına qayıtmışlar. Daha sonra üzü «Qayalı» marketə tərəf yollarını davam edərkən görmüşlər ki, yolun kənarında «1001» xırdavat mağazasının jalyüzü yarıya qədər açıqdır, mağazanın qapısı isə tam açıqdır. Maşını həmin mağazanın qarşısında saxlamışlar. Saat 05 radələrində Ramil İlqarla mağazaya daxil olmuşlar, özü isə maşında onları gözləmişdir ki, gələn olsa xəbər etsin. Onlar mağazadan əşyaları oğurlayıb gətirib avtomobilinin salonuna və arxa bağajına yığmışlar. Onların arxasınca o da mağazaya girmiş və çöldə adam olduğunu deyib buradan tez getmələrini bildirmişdir. O da mağazadan bir ədəd çörək bişirən peçi götürərək maşının salonuna qoymuş və oradan çıxıb aralaşmışlar. İlqar Ramillə mağazaya iki dəfə, özü isə bir dəfə girib çıxmışlar və əllərinə keçənləri oğurlayıb avtomobilə əyləşib üzü Sumqayıt şəhəri istiqamətində getmişlər. İlqar Ramili Sumqayıt şəhəri, 13-cü mikrorayonun işıqforunda düşürdükdən sonra onu da dəniz kənarında Coratın altında düşürtmüşdür. O oradan 40 nömrəli marşruta minərək evə getmişdir. İlqar isə Corat istiqamətində getmişdir. xx.xx.2020-ci il tarixdə saat 15:00 radələrində o İlqara zəng edib oğurladıqları əşyaları satıb-satmamasını soruşmuş, İlqar isə ona hələ də yatdığını, oğurladıqları əşyaları heç kimə sata bilmədiyini söyləmişdir. O İlqarla telefonla danışdıqdan 15-20 dəqiqə sonra İlqar idarə etdiyi «Mersedes» markalı, **-CO-*** dövlət nömrə-nişanlı avtomobillə onun yaşadağı evin yanına gələrək evin yaxınlığından onu götürmüşdür. O avtomobilə əyləşəndə oğurladıqları əşyaların avtomobilin salonunda və baqajında görmüş, İlqar da indi həmin əşyaları aparıb rədd edəcəyini demişdir. Həmin vaxt İlqar Ramilə də zəng etdikdən sonra onu da dünən düşürtdüyü yerdən götürüb və birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən «Dünya» marketin yaxınlığındakı Şərq bazarına gəlmişlər. Əvvəlcə orada köhnə əşyalar satılan bazara getmişlər. İlqar maşından düşüb orada mağazada işləyən bir nəfər əvvəllər tanımadığı şəxsə yaxınlaşaraq satlıq mal olduğunu və həmin malların özünə məxsus olduğunu bildirmişdir. Lakin həmin şəxs avtomobildəki mallara baxmış, ucuz qiymətə almaq istədiyi üçün İlqar əşyaları ona satmamışdır. Bundan sonra İlqar oğurladıqları dreli və kabeli mağazaya göstərmişdir ki, satsın. Elə bu vaxt polis əməkdaşları əvvəl İlqarı mağazanın içərisində, sonra da onu Ramillə birlikdə avtomobilin içərisində saxlamışlar. Polis əməkdaşları onları İlqara məxsus avtomobillə və avtomobildə olan oğurladıqları əşyalarla birlikdə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nə gətirmişlər. Onların oğurladıqları əşyalar 04 (dörd) ədəd təzə işlənməmiş qazla işləyən su qızdırıcısı (pitiminutka), 02 (iki) ədəd təzə elektriklə işləyən çörək bişirən peç, təxminən 02 (iki) ədəd drel, 06 (altı) ədəd təzə laqondalar, bir ədəd saç feni, iki rulon hamam qarşısına atmaq üçün xalça, 2 ədəd təzə ütü, bir ədəd tefal çaynik və çaydan, bir ədəd «LG» markalı qara rəngli plazma televizor, bir dəst hamam üçün su krantı idi. Onlar mağazadan başqa heç nə oğurlamamışlar, onlar bölmədə mağazadan oğurladıqları əşyaları təqdim etmişlər. Təqsirləndirilən şəxs3 törədiyi cinayət əməlindən səmimi peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2015-ci ildən hal-hazıradək ünvan 5 ünvanda yerləşən «1001» xırdavat mağazası ona məxsusdur. xx.xx.2020-ci il tarixdə, axşam saat 21 radələrində o mağazanın qapısını açarla bağlayıb, qapının üzərində olan jalüzini də 2 qıfılla bağlayıb çıxıb yaşadığı evə getmişdir. xx.xx.2020-ci il tarixində səhər saat 05:30 radələrində ona kimsə zəng edib telefonda demişdir ki, ona məxsus mağazasının qapısı açıqdı. O da tez evdən çıxıb mağazaya gəlib çatanda görmüşdür ki, mağazasının qapısına quraşdırdığı jalüzü yarı açılmış vəziyyətdədir, üzərindəki 2 qıfıl qırılıbdır, mağazanın qapısı sıxılıb açmaqla açıq vəziyyətdədir. Mağazanın içərisinə daxil olub baxanda görmüşdür ki, naməlum şəxs(şəxslər) içəridən oğurluq etmişlər. O dərhal DİN-in 102 xidmətinə zəng edib, bu barədə məlumat vermişdir. Mağazada oğurlanan əşyalarının sayını bilmək üçün çıxdaş edəndə müəyyən etmişdir ki, 01 ədəd 70 manatlıq Çin istehsalı olan «Evromaks» markalı drel, 01 ədəd «Viktor» markalı» 35 manatlıq drel, Çin istehsalı olan 02 ədəd «Uralzit» markalı 50 manatlıq, 01 ədəd «Uralzit» markalı 40 manatlıq, 01 ədəd «D-350» markalı 35 manatlıq, 01 ədəd «D- 550» markalı 40 manatlıq drel, 01 ədəd «Yakar Kardeslər» markalı 40 manatlıq drel, 02 ədəd «İnterskol» markalı 20 manatlıq drel, 01 ədəd «Uralzit UD 600» markalı 45 manatlıq laqonda, 01 ədəd 60 manatlıq «Uralzit» markalı lagonda, 01 ədəd «Evromaks» markalı 60 manatlıq laqonda, 01 ədəd «Vimaks» markalı 60 manatlıq laqonda, 01 ədəd «Evromaks» markalı 100 manatlıq lagonda, 01 ədəd «Evromaks» markalı 130 manatlıq, 01 ədəd «Uralzit» markalı 140 manatlıq lagonda, 01 ədəd «Moser» markalı 25 manatlıq saç feni, 01 ədəd 50 manatlıq «Evromaks» markalı fen, 01 ədəd 50 manatlıq Çin istehsalı «Uralzit» markalı, 01 ədəd 50 manatlıq Polşa istehsalı «Arient» lobzik, 01 ədəd «Uralzit» markalı 60 manatlıq lobzik, 01 ədəd «Evromaks» markalı 70 manatlıq lobzik, 01 ədəd Çin istehsalı olan 50 metr uzunluğunda 70 manatlıq udlinitel, 25 metr uzunluğunda Çin istehsalı olan hər biri 30 manat olmaqla 02 ədəd xalça, Azərbaycanın istehsalı olan 2x1,5 mmlik 01 metri 80 qəpik olan 30 metr uzunluğunda mis elektrik naqili, 2x2.5 mmlik 01 metri 1 manat 20 qəpik olan 50 metr uzunluğunda olan mis elektrik naqili, 2x4 mm-lik bir metrii 1,70 manatlıq 100 metr uzunluğunda mis elektrik naqili, 2x6 mmlik bir metri 2 manat 30 qəpik olan 60 metr uzunluğunda mis elektrik naqili, 3x2.5 mmlik bir metri 1 manat 60 qəpik olan 50 metr uzunluğunda mis elektrik naqili, 3x4 mmlik bir metrii 1 manat 80 qəpik olan 90 metr uzunluğunda mis elektrik naqili, Çin istehsalı olan 01 ədəd 20-lik «İzmir» markalı, 01 ədəd «Ariston» markalı 100 manatlıq, 01 ədəd 24-lük «Bosh» markalı 110 manatlıq, 01 ədəd 32-lik «Güven» markalı 120 manatlıq, 01 ədəd 24-lük «Dəmirtöküm» markalı, 01 ədəd 24-lük «Topkapı» markalı hər biri 120 manatlıq, 01 ədəd «Termet 20L» markalı 100 manatlıq su qızdırıcısı (pitiminutka), 01 ədəd «Haeger» markalı 60 manatlıq ütü, Çin istehsalı olan 2 ədəd 35 manatlıq simistitel, 01 ədəd 24 manatlıq simistitel, 3 ədəd 40 manatlıq simistitel, Çin istehsalı olan 04 ədəd 90 manatlıq «Evrolüks» markalı tozsoran, 02 ədəd «Quicks» markalı 110 manatlıq ətçəkən maşın, 01 ədəd «Quicks» markalı 70 manatlıq ütü, 01 ədəd 60 manatlıq «Çandar» markalı payka ütü, 01 ədəd 90 manatlıq «Uralzit» markalı pereperator, Çin istehsal olan 02 ədəd 16 manatlıq fanar, 01 ədəd 10 manatlıq fanar, 10 ədəd 7 manatlıq metrapil tipli yapışdırıcı kley, 10 ədəd 4 manatlıq metrapil tipli yapışdırıcı kley, 5 ədəd 3 manatlıq metrapil tipli yapışdırıcı kley, 15 ədəd 2.50 manatlıq kraska, 01 ədəd «Elif 40L» markalı 120 manatlıq, 01 ədəd «Akel 40L» markalı 130 manatlıq elektrik sobalar, 01 ədəd «LG» markalı 81 dioqanallı işlənmiş vəziyyətdə olan 700 manatlıq 3-4 il qabaq aldığım televizor, 01 ədəd Koreya istehsalı olan «LG 32LG10R» markalı 150 manatlıq televizor, Çin isthesalı olan 06 ədəd 18 manatlıq qapı dəstəyi, 02 ədəd 6 manatlıq silikon, 14 ədəd 2 manatlıq selekon, 04 ədəd 1.20 manatlıq şüşəsilən, 01 ədəd 3,60 manatlıq pena, 02 ədəd 5 manatlıq pena, 2 ədəd 4.50 manatlıq pena, 3 ədəd 4 manatlıq selikon, 9 ədəd 9 manatlıq tanget ipi, 5 ədəd 7 manatlıq tanget ip, 8 ədəd 20 metrlik biri 3 manat olmaqla tanget ip, 27 ədəd 2 manatlıq qaynaq eynəyi, 360 ədəd göy rəngli 0.70 manatlıq skurka, 250 ədəd qırmızı rəngli 0.40 manatlıq skurka, 9 ədəd 1,50 manatlıq ikitərəfli skoç, 9 ədəd 2 manatlıq lagonda nasatkası, 8 ədəd biçaq itiliyən daş, 12 ədəd 1.60 manatlıq qapı petləsi, 18 ədəd 1 manatlıq qapı petləsi, 90 manatlıq drel üçün sverlo, 01 ədəd 10 manatlıq açar nabor (kilid dəsti), 02 ədəd 14 manatlıq açar nabor (kilid dəsti), 03 ədəd 16 manatlıq nabor açar (kilid dəsti), 12 manatlıq 4 ədəd stepler, 06 ədəd 4 manatlıq tağança silikon, 06 ədəd 4 manatlıq kipitilnik, 150 manatlıq preparator svirlo, 02 ədəd 10 manatlıq motopila zənciri, 11 ədəd 1 manatlıq maşın yağı, 25 metrlik 2 manatlıq şkurka maçalka, 04 ədəd 4.40 manatlıq vede40 (pas açan), 03 ədəd 4 manatlıq vede40, 128 ədəd 0.20 manatlıq tapança selikon, 11 ədəd 1.50 manatlıq germetika, 02 ədəd markasını xatırlamadığı 12 manatlıq mikser, 06 ədəd 16 manatlıq «Tefal» çayniki, 01 ədəd 35 manatlıq «Efba» markalı elektrik çaydan, 1 ədəd 25 manatlıq simistitel, 8 ədəd 11 manatlıq led işiq, 12 ədəd 1,50 manatlıq napilnik, 240 ədəd 60 qəpiklik dəmirkəsən mişar, 24 ədəd 01 manatlıq dəmirkəsən mişar, 36 ədəd 40 qəpiklik dəmirkəsən mişar, 08 ədəd 6 manatlıq önlük, 11 ədəd 1,2 metrlik 3,20 manatlıq su şlanqı, 10 ədəd 1,50 metrlik 3,60 manatlıq su şlanqı, 01 ədəd 50 manatlıq borusu ilə birlikdə su krantı, 06 ədəd 2 manatlıq oboy kleyi stik, 09 ədəd 2 manatlıq «Moment» kleyi, 24 ədəd 1,50 manatlıq Türkiyə istehsalı olan «Silsil» markalı ayaqqabı mazı, 12 ədəd 1,50 manatlıq əlcək, 01 rulon 59 manatlıq 85 metr uzunluğunda 2x4 millmetrlik mis lapşa, 01 ədəd 90 manatlıq markasını xatırlamadığım müşahidə kamerası, 01 ədəd 270 manatlıq Çinin istehsalı olan «Evromaks» markalı asfalt dağıdan pereferator (DSK), 03 ədəd 1 manat 50 qəpiklik qayçı, 30 ədəd 70 qəpiklik Çinin istehsalı olan pəncərə üçün nəzərdə tutulmuş plastik qulaq, 01 ədəd 50 manatlıq Çinin istehsalı olan «Hoffman» markalı sok çəkən, 01 ədəd 5 manatlıq dəmir vedrə, mağazanın kassasından 275 manat nağd pul oğurlanmışdır. Beləliklə də həmin oğurluq nəticəsində ona ümumilikdə təxminən 10.000 manat dəyərində ziyan vurulmuşdur. İlkin izahatında mağazadan oğurlanmış bəzi əşyaların qiymətini və göstəricilərini səhv göstərmişdir. İstintaqa dəvət edilərkən ona məlum olmuşdur ki, mağazasından oğurluğu 03 nəfər şəxs törətmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin omadığını və sonuncular barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun qardaşıdır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında o, evdə olarkən İlqarın evə bir ədəd su qızdırıcını, bir top kabeli, 01 ədəd laqonda və 01 ədəd dreli, 01 ədəd qapı kilid dəstini gətirdiyini görüb ondan həmin əşyaları haradan əldə etdiyini soruşduqda, İlqar ona həmin əşyaların ona məxsus olduğunu, bir az əvvəl aldığını demişdir. O İlqardan başqa heç nə soruşmamışdır. İlqar keçib yatmış və günorta saatlarında yerindən qalxıb harasa getmişdir. Həmin əşyaları da yatdığı yataq otağında yerə yığmışdır. Həmin gün axşam saatlarında Sumqayıt ŞPİ-nin 2-ci PB-dən ona zəng edib bildirmişlər ki, qardaşı Təqsirləndirilən şəxs2 digər tanımadığı şəxslərlə birlikdə mağazadan oğurluq etdikləri üçün saxlanılıblar və Təqsirləndirilən şəxs2 oğurladığı əşyaların bir qismini evdə saxlayır. O da İlqarın səhər evə gələndə əşyalar gətirdiyini demişdir. Ona həmin əşyaları da götürüb bölməyə gətirib təqdim etməsini bildirdikləri üçün, həmin əşyaları götürüb aparıb bölməyə təqdim etmişdir. İlqarın həmin əşyaları oğurladığını bilməmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/738 saylı saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və mağazalarda mövcud olan qiymətlərə əsasən ekspertizaya təqdim edilmiş və tədqiq edilən tədqiqat obyektlərinin 2020-ci ilin aprel ayına respublika daxili orta bazar pərakəndə satış qiymətləri təxmini aşağıdakı kimi müəyyən olunur: -bir ədəd üzərində «Bosh 24L» sözləri yazılmış hərəratı rəqəmsal formada göstərən ekranlı təzə su qızdırıcısı 110 manat; -bir ədəd üzərində «İzmir 20 L» sözləri yazılmış hərəratı rəqəmsal formada göstərən ekranlı təzə su qızdırıcısı 100 manat; -bir ədəd üzərində «Termet 20 L» sözləri yazılmış hərəratı rəqəmsal formada göstərən ekranlı təzə su qızdırıcısı 100 manat; -bir ədəd üzərində «Güven 32 L» sözləri yazılmış hərəratı rəqəmsal formada göstərən ekranlı təzə su qızdırıcısı 130 manat; -bir ədəd karton qutuya qablaşdırılmış üzərində «Elif 40 L» sözləri yazılmış təzə elektrik soba 120 manat; -bir ədəd karton qutuya qablaşdırılmış üzərində «Akel 40 L» sözləri yazılmış təzə elektrik soba 130 manat; -bir ədəd üzərində «Length-50 m, size:2x2,5 mm» sözləri yazılmış plastik kütlədən hazırlanmış diskin ətrafına yerləşdirilmiş təzə elektrik kabel 70 manat; -bir ədəd üzərində «Unal kablo, 2x4 mm, 100m» sözləri yazılmış polietilen bükülüdə təzə elektrik kabel 160 manat; -bir ədəd üzərində «Quicks G 2735» sözləri yazılmış karton qutuya qablaşdırılmış təzə ütü 70 manat; -bir ədəd üzərində «Haeger model HG-1213» sözləri yazılmış, karton qutuya qablaşdırılmış təzə ütü 60 manat; -bir ədəd üzərində «Aqua Flex» sözləri yazılmış, ağ-qara rəngli təzə hamam xalçası 35 manat; -bir ədəd üzərində «Aqua Flex» sözləri yazılmış, qəhvəyi-açıq qəhvəyi rəngli hamam xalçası 35 manat; -bir ədəd üzərində «LG 32 LG10R» december 2008 made in Korea» sözləri yazılmış xarici görünüşə görə istismar edilmiş televizor 150 manat; -bir ədəd üzərində «Efba EF-2508» sözləri yazılmış karton qutuya qablaşdırılmış təzə elektrik çaydan 35 manat; -bir ədəd üzərində «D-550» sözləri yazılmış açıq qəhvəyi-qarmızı rəngli təzə drel 40 manat; - bir ədəd üzərində «D-350» sözləri yazılmış açıq qəhvəyi-qarmızı rəngli təzə drel 35 manat; -bir ədəd üzərində «Ural Zid,UD-600 GR» sözləri yazılmış təzə drel 45 manat; -bir ədəd üzərində «Ural Zid,UDU-850 VT» sözləri yazılmış təzə drel 50 manat; -bir ədəd üzərində «Yakar Kardesler» sözləri yazılmış təzə drel 40 manat; -bir ədəd üzərində «Viktor ZD-550-GR » sözləri yazılmış təzə drel 35 manat; -bir ədəd üzərində «Ural Zid » sözləri yazılmış təzə laqonda 45 manat; -bir ədəd üzərində «Vimax AG-230/2300» sözləri yazılmış təzə laqonda 60 manat; -bir ədəd üzərində «Moser NHD-170 700 wat » sözləri yazılmış karton qutuya qablaşdırılmış təzə saç feni 25 manat; -bir ədəd borusu ilə birlikdə təzə su kranı 50 manat; -bir ədəd karton qutuya qablaşdırılmış qəhvəyi rəngli daxili quraşdırma təzə qapı kilid dəsti 10 manat; - 30 metr uzunluğunda Azərbaycanın istehsalı olan 2x1,5 mm-lik mis elektrik naqil 24,00 manat; 60 metr uzunluğunda 2x2.5 mm-lik mis elektrik naqil 48,00 manat; 80 metr uzunluğunda 2X4 mm-lık mis elektrik naqil 128,00 manat; 60 metr uzunluğunda 2x6 mmlik mis elektrik naqil 144,00 manat; 50 metr uzunluğunda 3X2.5 mmlik mis elektrik naqil 90,00 manat; 90 metr uzunluğunda 3x4 mmlik mis elektrik naqil 198,00 manat; 01 ədəd Çin istehsalı olan 20-lik “İzmir” markalı su qızdırıcısı 100,00 manat; 01 ədəd Çin istehsalı olan 24-lük “Bosh” markalı su qızdırıcısı 110,00 manat; 01 ədəd Türkiyə istehsalı olan 32-lik “Güven” markalı su qızdırıcısı 130,00 manat; 01 ədəd Türkiyə istehsalı olan 24-lük “Dəmir töküm» markalı su qızdırıcısı 120,00 manat; 01 ədəd Türkiyə- istehsalı olan 24-lük «Topkapı» markalı su qızdırıcısı 120,00 manat; 01 rulon Çin istehsah olan 85 metr uzunluğunda 2x4 millimetrlik mis lapşa 128,00 manat. Ekspert qeyd edir ki, tədqiqata təqdim edilməyən, qərarın təviri hissəsində göstərilən lakin qiymətləndirilməyən aşaqıdakı göstərilən digər əmlak faktiki ekspert baxışı keçirilmədən, onların konkret olaraq markasını, modelini, əmtəə görünüşünü, yararlığı, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvi və fiziki köhnəlməyə hansı dərəcədə məruz qalmasını müəyyən etmədən və onlar barədə kifayət qədər məlumat olmadığından onlar üzrə tədqiqat və qiymətləndirmə aparılmadı: -01 Çin istehsalı olan «Evromaks» markalı drel; ı olan «Uralzit» markalı drel; -03 ədəd Çin istehsalı olan «Uralzit» markalı drel; -02 ədəd Çin istehsalı olan «İnterskol» markalı drel; -03 ədəd Çin istehsalı olan «Uralzit» markalı laqonda; -02 ədəd Çin istehsalı olan «Evromaks» markalı laqonda; -01 ədəd Çin istehsalı olan «Evromaks» markalı fen; -01 ədəd Çin istehsalı olan «Uralzit» markalı lobzik; -01 ədəd Çin istehsalı olan «Arient» markalı lobzik; -01 ədəd Çin istehsalı olan «Evromaks» markalı lobzik; -01 ədəd Çin istehsalı olan, 50 metr uzunluğunda udlinitel; -02 ədəd 25 metr uzunluğunda Çin istehsalı olan xalça; -01 ədəd Çin istehsalı olan “Ariston” markalı su qızdırıcısının; -02 ədəd Çin istehsalı olan 06 ədəd simistitel; -04 ədəd Çin istehsalı olan “Evrolüks” markalı tozsoran; -02 ədəd Çin istehsalı olan “Qviks” markalı ətçəkən maşın; -01 ədəd Çin istehsalı olan “Çandar” markalı payka ütü; -01 ədəd Çin istehsalı olan “Uralzit” markalı pereferator; -02 ədəd Çin istehsalı olan fanar; -25 ədəd Çin istehsalı olan metrapil tipli yapışdırıcı kley; -15 ədəd Çin istehsalı olan kraska; -02 ədəd Çin istehsalı olan “Akia” markalı çörək peçi; -01 ədəd Çin istehsalı olan “LG” markalı 81 dioqanallı televizor; -06 ədəd Çin istehsalı olan qapı dəsti; -19 ədəd Çin istehsalı olan silikon; -04 ədəd Çin istehsalı olan şüşəsilən; -05 ədəd Çin istehsalı olan pena; -14 ədəd Çin istehsalı olan tanget ip; -08 ədəd Çin istehsalı olan 20 metrlik tanget ip; -27 ədəd Çin istehsalı olan qaynaq eynəyi; -360 ədəd Çin istehsalı olan göy rəngli sukurka; -250 ədəd Çin istehsalı olan qırmızı rəngli skurka; -09 ədəd Çin istehsalı olan ikitərəfli skoç; -09 ədəd Çin istehsalı olan lagonda nasatkası; -08 ədəd Çin istehsalı olan bıçaq itiliyən daşı; -30 ədəd Çin istehsalı olan qapı petləsi; -01 ədəd Çin istehsalı olan drel üçün sverlo; -05 ədəd Çin istehsalı olan açar naboru; -04 ədəd Çin istehsalı olan stepler; -06 ədəd Çin istehsalı olan tapança silikon; -06 ədəd Çin istehsalı olan kiptilnik; -01 ədəd Çin istehsalı olan pereferator sverlo; -02 ədəd Çin istehsalı olan motopila zənciri; -11 ədəd Çin istehsalı olan maşın yağı; -Çin istehsalı olan 25 metrlik şkurka maçalka; -07 ədəd Çin istehsalı olan vede40 (pas açanın); -128 ədəd Çin istehsalı olan tapança selikon; -11 ədəd Çin istehsalı olan gerimetka; -02 ədəd Çin istehsalı olan mikser; -06 ədəd Çin istehsalı olan “Tefal” çaynik; -01 ədəd Çin istehsalı olan simistitel; -08 ədəd Çin istehsalı olan led işiğ; -12 ədəd Çin istehsalı olan napilnik; -304 ədəd Çin istehsalı olan dəmirkəsən mişar; -08 ədəd Çin istehsalı olan önlük; -11 ədəd Çin istehsalı olan 1,2 metrlik su şlanqı; -10 ədəd Çin istehsalı olan 1,50 metrlik su şlanqı; -06 ədəd Çin istehsalı olan oboy kleyi stikin; -09 ədəd Çin istehsalı olan “Moment” kley; -24 ədəd Türkiyə istehsalı olan “Silsil” markalı ayaqqabı mazı; -12 ədəd Çin istehsalı olan əlcək; -01 ədəd müsahidə kamerası; -01 ədəd Çin istehsalı olan “Evromaks” markalı asphalt dağıdan pereferator (DSK); -03 ədəd qayçı; -30 ədəd Çin istehsalı olan pəncərə üçün nəzərdə tutulan plastic qulağ; -01 ədəd Çin istehsalı olan “Hoffman” markalı sok çəkən; -01 ədəd dəmir vedrə. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan 01 ədəd «Bosh 24L», 01 ədəd «İzmir 20 L», 01 ədəd «Termet 20 L», 01 ədəd «Güven 32 L» markalı su qızdırıcıları, 01 ədəd «Elif 40 L», 01 ədəd «Akel 40 L» markalı elektrik sobaları, «Length- 50 m, size:2x2,5 mm» ölçüdə elektrik kabeli, «Unal kablo, 2x4 mm, 100m» ölçüdə elektrik kabeli, 01 ədəd «Quicks G 2735», 01 ədəd «Haeger» markalı ütü, 02 ədəd xalça, 01 ədəd «LG» markalı televizorn, 01 ədəd «Efba EF-2508» markalı elektrik çaydan, 01 ədəd «D- 550», 01 ədəd «D-350», 01 ədəd «Ural Zid,UD-600 GR», 01 ədəd «Ural Zid,UDU-850 VT», 01 ədəd «Yakar Kardesler», 01 ədəd «Viktor ZD-550-GR» drel, 01 ədəd «Ural Zid », 01 ədəd «Vimax AG-230/2300» markalı laqonda, 01 ədəd «Moser NHD-170 700 wat » markalı saç feni, 01 ədəd borusu ilə birlikdə su kranı, 01 ədəd qapı kilid dəsti Sumqayıt ŞPİ-nin saxlancına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutuləan cinayət əməllərini törətməkdə təqsirli olmaları, təqsirləndirilən şəxslərin özlərinin, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar ittiham olunduqları maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşaqları-25 dekabr 2009-cu il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 vardır. İş materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər Məhkəməsinin hazırlıq iclasının xx.xx.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər Məhkəməsinin hazırlıq iclasının xx.xx.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, 23 iyun 2020-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Sumqayıt şəhər Məhkəməsinin hazırlıq iclasının xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 oğluna hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 01 may 2020-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 01 may 2020-ci il tarixdən hesablanmalıdr. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Cinayət işi üzrə Sumqayıt ŞPİ-nin saxlancına təhvil verilmiş maddi sübutlar- 01 ədəd «Bosh 24L», 01 ədəd «İzmir 20 L», 01 ədəd «Termet 20 L», 01 ədəd «Güven 32 L» markalı su qızdırıcıları, 01 ədəd «Elif 40 L», 01 ədəd «Akel 40 L» markalı elektrik sobaları, «Length-50 m, size:2x2,5 mm» ölçüdə elektrik kabeli, «Unal kablo, 2x4 mm, 100m» ölçüdə elektrik kabeli, 01 ədəd «Quicks G 2735», 01 ədəd «Haeger» markalı ütü, 02 ədəd xalça, 01 ədəd «LG» markalı televizorn, 01 ədəd «Efba EF-2508» markalı elektrik çaydan, 01 ədəd «D-550», 01 ədəd «D-350», 01 ədəd «Ural Zid,UD-600 GR», 01 ədəd «Ural Zid,UDU-850 VT», 01 ədəd «Yakar Kardesler», 01 ədəd «Viktor ZD-550-GR» drel, 01 ədəd «Ural Zid », 01 ədəd «Vimax AG-230/2300» markalı laqonda, 01 ədəd «Moser NHD- 170 700 wat » markalı saç feni, 01 ədəd borusu ilə birlikdə su krantı, 01 ədəd qapı kilid dəsti hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 09 iyul 2020-ci il tarixli (iş № 1(060)-360/2020) qərarını icra edərək, 29 iyul 2020-ci il tarixli 764, 765 və 766 saylı orderlərə əsasən vəkillər Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 müvafiq olaraq onların vəkili təyin etmişdir. Müdafiəçilər Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər biri 5 saat olmaqla cəmi 15 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, Əlvan-Metal Pansionatında yerləşən evi tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə SumqayıtŞPİ-ninsaxlancınatəhvilverilmiş maddi sübutlar- 01 ədəd «Bosh 24L», 01 ədəd «İzmir 20 L», 01 ədəd «Termet 20 L», 01 ədəd «Güven 32 L» markalısuqızdırıcıları, 01 ədəd «Elif 40 L», 01 ədəd «Akel 40 L» markalıelektriksobaları, «Length-50 m, size:2x2,5 mm» ölçüdəelektrikkabeli, «Unalkablo, 2x4 mm, 100m» ölçüdəelektrikkabeli, 01 ədəd «QuicksG 2735», 01 ədəd «Haeger» markalıütü, 02 ədədxalça, 01 ədəd «LG» markalıtelevizorn, 01 ədəd «EfbaEF-2508» markalıelektrikçaydan, 01 ədəd«D-550», 01 ədəd «D-350», 01 ədəd «UralZid,UD-600 GR», 01 ədəd «UralZid,UDU-850 VT», 01 ədəd «YakarKardesler», 01 ədəd «ViktorZD- 550-GR» drel, 01 ədəd «UralZid », 01 ədəd «VimaxAG-230/2300» markalılaqonda, 01 ədəd «MoserNHD-170 700 wat » markalısaçfeni, 01 ədədborusuiləbirlikdəsukrantı, 01 ədədqapıkiliddəstiSumqayıtŞPİ-ninsaxlancınatəhvilverilmiş əşyalar hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 75 (yetmiş beş) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 göstərdikləri 5 (beş) saat hüquqi yardıma görə hər birinə 30 (otuz) manat olmaqla, cəmi 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxslərə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-360/2020
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-360/2020
24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver