Məhkəmə qərarları › İş №1(060)-360/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-360/2022

21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-360/2022 21.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxx 1976-cı ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi, ev 153, mənzil 67-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə təmiz çəkisi 1,140 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib daşıyaraq üzərində saxlamış, 17 noyabr 2021-ci il tarixdə saat 23:30-da Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən “Sweet” restoranının yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,140 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək göstərdi ki, qeyd edilən tarixdə Bakı şəhərində 8-ci kilometr bazarında işdə olmuş, bu zaman yaxın tanışı bir nəfərdən alacağı olduğunu bildirmiş, işdən çıxa bilmədiyi üçün onun gedib alacağını götürməsini xahiş etmişdir. O yorğun olduğu üçün öz maşını ilə deyil, taksi ilə alacağı götürmək üçün getmişdir. O həmin şəxslə telefon vasitəsilə əlaqə saxlamışdır. Həmin şəxs onu Bulvar ərazisində 2 saat gözlətmişdir. O qayıdıb gələrkən, həmin şəxs yenidən ona zəng edərək qayıdıb pulu götürməyini demişdir. Yenə həmin ərazidə 1 saat həmin şəxsi gözləmiş, o isə gəlib çıxmamışdır. Həmin gün gecə saat 11-12 radələrində telefonla danışdığı zaman ağacların arasından polis əməkdaşları çıxaraq onu dövrəyə almışlar, yaxınlaşaraq onu tutmuş və əlindən telefonunu almışlar. Onu döyə-döyə, sürüyə-sürüyə maşına tərəf aparmışlar. O polislərdən onu nə üçün və haraya apardıqlarını soruşduqda, polislər onun əl-qolunu arxadan bağlamışlar. Onun üzərində olan gödəkçəsinin sol cibinə polislərdən biri kütlə şəklində nəsə qoymaq istəmişdir. O həmin maddəni əliylə yerə atsa da, onu döyə-döyə polis bölməsinə gətirmişlər. Polis bölməsində onu döyərək demişlər ki, boynuna alsın ki, narkotik vasitə onundur, ona görə bölməyə gətirilmişdir. Bölmədə əməliyyat müvəkkili demişdir ki, az olanı öz üzərinə götürsün. O bundan imtina etmiş və həmin bükümün içərisində nə olduğunu bilməmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, çəkilişdə desin ki, şalvarının sağ cibindən çıxmış, həmin maddə yola düşmüş və onu yoldan tapmışdır. O polislərin dediyi kimi etmişdir. Mütəmadi olaraq narkotik vasitə istifadə etməmiş, əvvəllər narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmişdir. Ailəlidir, 5 uşağı var, ikisi azyaşlıdır, uşağının biri əlildir və 90 yaşlı anası da onunla yaşayır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir, peşmandır. Ailə vəziyyətinin nəzərə alınaraq barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Çünki Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 17 noyabr 2021-ci il tarixdə, saat 23:30 radələrində Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən “Sweet” restoranının yaxınlığında olarkən 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib onun narkotik vasitə saxlamaq, üzərində gəzdirmək və istifadə etməkdə şübhəli bilindiyinə görə saxlanıldığını izah edib üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-yə getmişdir. ŞPİ-də olarkən hüquqlarının müdafiəsi üçün ona Sumqayıt regional vəkil bürosunun müdafiəçilərinin siyahısı təqdim edilmiş, o siyahıdan vəkil X1. Daha sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlamışdır. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı Zaur Cəfərov özünü təqdim etdikdən sonra o da özünü təqdim etmişdir. Ona təkrar olaraq saxlanılmağının səbəbi izah edilmiş, hüquq və vəzifələrinə dair bildiriş tanış olmağı üçün təqdim edilmişdir. O, bildirişlə tanış olduqdan sonra onu saxlayan polis əməkdaşları özlərini təqdim etmişdir. Ona təqdim edilmiş vəkillərin siyahısından seçdiyi müdafiəçi X3 təqdim edildikdə müdafiəçiyə etiraz etməmişdir. Ona üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməyi təklif edildikdə üzərində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd mobil telefon, həmin şalvarın sağ yan cibindən bir ədəd büküm çıxararaq təqdim etmişdir. Ona ünvanlanan suallara cavab olaraq həmin bükümün içərisindəkinin narkotik vasitə olduğunu, özünə məxsus olduğunu, 2-3 gün əvvəl Bakı şəhəri, Nizami rayon ərazisində tapdığını, istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış davam etdirilmiş, üzərindən qanunla qadağan olunmuş əşya, predmet aşkar olunmamışdır. Aşkar edilmiş büküm açıldıqda içərisindən narkotik vasitə-heroinə bənzər maddə aşkar olunmuşdur. Aşkar olunmuş 1 ədəd büküm elektron tərəzidə çəkildikdə çəkisinin 1.73 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin büküm qablaşdırılmış, üzəri onun tərəfindən imzalanmışdır. Üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o da öz növbəsində protokola imza etmişdir. Saxlanılarkən, polis idarəsinə gətirilərkən və polis idarəsində ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Həmin narkotik vasitə-heroini üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkilidir, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi və istifadə etməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə, saat 23:30-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən “Sweet” restoranının yaxınlığında onun və CAŞ-nin kiçik inspektorları Şahid3 və Şahid2 tərəfindən saxlanılaraq özlərini təqdim edib Təqsirləndirilən şəxs narkotik vasitə saxlamaq, üzərində gəzdirmək və istifadə etməkdə şübhəli bilindiyinə görə saxlanıldığını izah edib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-yə gəlmişdir. ŞPİ-də olarkən hüquqlarının müdafiəsi üçün Təqsirləndirilən şəxs Sumqayıt regional vəkil bürosunun müdafiəçilərinin siyahısı təqdim edilmiş, o siyahıdan vəkil X1. Daha sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlamışdır. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin TŞnin təhqiqatçısı Zaur Cəfərov özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs təkrar olaraq saxlanılmağının səbəbi izah edilmiş, hüquq və vəzifələrinə dair bildiriş tanış olmağı üçün ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs bildirişlə tanış olduqdan sonra Təqsirləndirilən şəxs saxlayan o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından seçdiyi müdafiəçi X3 təqdim edildikdə müdafiəçiyə etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməyi təklif edildikdə üzərində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd mobil telefon, həmin şalvarın sağ yan cibindən bir ədəd büküm çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bükümün içərisindəkinin narkotik vasitə olduğunu, özünə məxsus olduğunu, 2-3 gün əvvəl Bakı şəhəri, Nizami rayon ərazisində tapdığını, istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş əşya, predmet aşkar olunmamışdır. Aşkar edilmiş büküm açıldıqda içərisindən narkotik vasitə-heroinə bənzər maddə aşkar olunmuşdur. Aşkar olunmuş 1 ədəd büküm elektron tərəzidə çəkildikdə çəkisinin 1.73 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin büküm qablaşdırılmış, üzəri Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o da öz növbəsində protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektorları Şahid2l oğlu və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, o Təqsirləndirilən şəxs təxminən 20 ildir ki, tanıyır, o əvvəllər Nizami rayonunda yerləşən bazarda meyvə satırmış, o isə həmin bazarda fəhləlik etmişdir və sonradan isə avtodayanacaqda gözətçi işləmiş və bununla da Qabili oradan tanımışdır. 2015-ci ildən isə arendaya götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə axşam saatlarında Qabil ona zəng edib onu Nizami rayonunda yerləşən Xalqlar parkından Sumqayıt şəhəri ərazisinə gətirməyini xahiş etmişdir. O Qabili dediyi ərazidən götürüb Sumqayıt şəhəri istiqamətinə gəlmiş, Qabil maşını Sumqayıt şəhərində yerləşən Park Bulvarərazisinə sürməyini bildirmişdir. Onlar təxminən saat 23:00 radələrində Sumqayıt şəhəri, Park Bulvar ərazisində olduqları zaman Qabil maşından aşağı düşüb bir qədər kənarda mobil telefonla kiminləsə danışmağa başlamış və telefonla danışa-danışa maşından kənarlaşmış və gözdən itmişdir. O artıq təxminən 20-25 dəqiqə maşında Qabili gözlədiyi zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təəqdim etmişlər və Qabili narkotik vasitələrin qəbulu və üzərinə gəzdirməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib, bununla əlaqədar olaraq onu da polis idarəsinə dəvət etmişlər. Polis idarəsində olan zaman ona məlum olmuşdur ki, Qabil narkotik vasitələrin istifadəçisidir və onun üzərinə axtarış keçirilən zaman ondan narkotik vasitə heroin aşkar edilmişdir. O bunu polis idarəsində olarkən bilmişdir. Lakin Qabilin narkotik vasitələrin istifadəçisi olmasını əvvəllər bilməmişdir. O özü narkotik vasitələrdən istifadə etmir və ümumiyyətlə belə işlərlə məşğul olmur. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 23:30-da Sumqayıt şəhəri, Park Bulvar ərazisində “Sweet” rsetoranının yaxınlığında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X3 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bir bükümü və şalvarın sol yan cibindən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin gümüşü rəngli kağıza bükülmüş bir ədəd büküm açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, o narkotik vasitələrin istifadəçisidir. Ondan aşkar olunan maddə narkotik vasitədir, həmin maddəni 2- 3 gün əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində yerdən tapmışdır və üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş gümüşü rəngli kağıza bükülmüş bir büküm içərisindəki maddə ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman çəkisinin 1,73 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş bir büküm içərisindəki maddə ilə birlikdə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/5106 saylı, xx.xx.2021ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №124” möhür əksi, “Təqsirləndirilən şəxs aşkar olunmuş...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,140 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,140 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,090 qram heroin maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir.(i.v 68-69) İş materiallarında olan “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və bir ədəd diskdəki videogörüntülərdən görünür ki, işə əlavə edilmiş diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. CD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra komputerin pəncərsində görsənən İMG_6260 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 08 dəqiqə 06 saniyədən ibarətdir. Görüntünün əvvəlində Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov özünü qarşısında olan şəxsə təqdim edib həmin şəxsə də özünü təqdim etməsini bildirir. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilir, hüquq və vəzifələrinə dair bildiriş tanış olması üçün təqdim edilir. Təqsirləndirilən şəxs bildirişlə tanış olduqdan sonra onu saxlayan polis əməkdaşları özlərini təqdim edir. Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından seçdiyi müdafiəçi X3 təqdim edilir. Təqsirləndirilən şəxs müdafiəçiyə etiraz etmədiyini bildirir. Təqsirləndirilən şəxs üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif edildikdə o, üzərində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd mobil telefon, həmin şalvarın sağ yan cibindən bir ədəd büküm çıxaraq təqdim edir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin bükümün içərisindəkinin narkotik vasitə olduğunu, özünə məxsus olduğunu, 2-3 gün əvvəl Bakı şəhəri, Nizami rayon ərazisində tapdığını, istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilir, lakin üzərindən qanunla qadağan olunmuş əşya, predmet aşkar olunmur. Aşkar edilmiş büküm açıldıqda içərisindən narkotik vasitə-heroinə bənzər maddə aşkar olunur. Aşkar olunmuş 1 ədəd büküm elektron tərəzidə çəkildikdə çəkisinin 1.73 qram olduğu müəyyən edilir. Daha sonra həmin büküm qablaşdırılır, üzəri saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Videoçəkiliş təhqiqatçı Zaur Cəfərovun yekun məruzəsi ilə yekunlaşır. Qeyd edilən disk iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən olundu ki, həmin mobil teefon qara rəngli, sensor ekranlı “Samsung” markalı mobil telefondur. Həmin mobil telefonu açıb içərisinə daxil olduqda içərisində olan nömrələrin və zəng siyahısının silinmiş vəziyyətdə olduğu müəyyən edildi. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 5(060)-833/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə onun üzərində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qanunauyğun hesab edilmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 401 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticısində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,140 qram olan narkotik vasitə heroindən tədqiqatdan sonra qalıq qalmış 1,090 qram heroin və bir ədəd disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİNnin BCCMİ-nin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət işi vardır, hazırda istintaq aparılır və həmin iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-577/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs saxlanılarkən döyüldüyü barədə məlumat vermiş, həmin məlumat araşdırılması üçün Sumqayıt Şəhər Prokuroruna göndərilmiş, Sumqayıt Şəhər Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə həmin xüsusat üzrə cinayət hadisəsi olmadığından 610C- 22 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən və məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, xx.xx.1935-ci il təvəllüdlü anası onun himayəsindədir, 5 uşağı var, onlardan ikisi (xx.xx.2012-ci il tarixli X7 oğlu və xx.xx.2009-cu il təvəllüdlü X8 oğlu) azyaşlıdır, xx.xx.1998-ci il təvəllüdlü qızı Aytac Qədimova 1-ci qrup əlildir, arvadı X4 onkoloji xəstə kimi ikinci qrup əlildir. Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nın 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının, qoca (1935-ci il təvəllüdlü) anasının, 1-ci qrup əlil olan xəstə uşağının, 2-ci qrup əlil olan arvadının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, ailə vəziyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə-bioloji ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs başqa müdafiəçi ilə müqavilə bağlayana qədər ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,090 qram çəkidə narkotik vasitə heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən disk iş materiallarında saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2021-ci il tarixdən 19 noyabr 2021-ci il tarixədək tutulub saxlanmışdır. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə mülki iddia və müsadirə olunası predmet yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 noyabr 2021-ci il tarixdən 19 noyabr 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 21 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək onun barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,090 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar