Məhkəmə qərarları › İş №1(060)-360/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-360/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-360/2023 03.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il 05 (beş) ay 05 (beş) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək 06 (altı) il 05 (beş) ay 05 (beş) gün azadılqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə onun əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək cəzası 04 (dörd) il 05 (beş) ay 05 (beş) günə endirilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi ilə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə 25 senyabr 2022-ci il tarixdə gecə saat təxminən 00:30 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, 32/73 nömrəli binanın birinci mərtəbəsində yerləşən “Azərlotoreya Misli” oyun kontoruna plastik qapını sıxıb açma yolu ilə qanunsuz içəri daxil olaraq kassada olan 350 (üç yüz əlli) manat nağd pul, 1300 (bir min üç yüz) manat dəyərində pozulmuş uduşlu poz-qazan kartları və 1900 (bir min doqquz yüz) manat dəyərində pozulmamış poz-qazan kartları, zalda olan 02 (iki) ədəd hər birinin dəyəri 350 (üç yüz əlli) manat, ümumilikdə 700 (yeddi yüz) manat olan “Toshiba C850” markalı, 3-cü nəsil 4 GB RAM yaddaşlı, 512 GB CCD yaddaşlı, 15,6 ekran ölçülü notebookları, 02 (iki) ədəd hər bi inin dəyəri 350 (üç yüz əlli) manat, ümumilikdə 700 manat olan HP 15DA markalı, 7-ci nəsil 4 GB RAM yaddaşlı, 512 GB CCD yaddaşlı 15,6 ekran ölçülü notebookları, 01 (bir) ədəd 20 (iyirmi) manat dəyərində 02 (iki) antenalı TP-link moderni, 01 (bir) ədəd 85 (səksən beş) manat dəyərində “Ricon” markalı modern kamera üçün quraşdırılmiş 500 GB ölçülü DVR yaddaşı gizli talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 5055 (beş min əlli beş) manat, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi ilə 08 noyabr 2022-ci il tarixdə gecə saat təxminən 02-03 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, 34-cü məhəllə, 11/47 binanın birinci mərtəbəsində yerləşən “Azərlotoreya Misli” oyun kontoruna plastik qapını sıxıb açma yolu ilə qanunsuz içəri daxil olaraq mətbəxdə olan dolabın içərisindən 505 (beş yüz beş) manat nağd pul, 964 (doqquz yüz altmış dörd) manat dəyərində pozulmamış poz-qazan kartları, 15 (on beş) manat dəyərində 01 (bir) ədəd əl çantasını gizli talayıb Zərərçəkmiş şəxs2 1484 (bir min dörd yüz səksən dörd) manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, “Misli” mərc oyunları obyektində müxtəlif virtual oyunlar oynamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 2-ci mirorayon ərazisində yerləşən “Ordubad” marketlə üzbəüz binanın altında yerləşən “Misli” mərc oyunları obyektində virtual oyun oynuyaraq təxminən 300-400 manat pul uduzmuşdur. xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində uduzduğu pulu oradan oğurluq yolu ilə geri qaytarmaq üçün həmin obyektə getmişdir. O, ətrafda heç kimin olmamasından istifadə edərək həmin obyektin plastik qapısını sıxaraq qapını açıb hər tərəfi axtarmağa başlamış, kassanı açıb oradan 350 (üç yüz əlli) manat nağd pul, pozulmuş və pozulmamış poz-qazan kartlarını götürmüş, daha sonra obyektin zalına keçib oradan 02 (iki) ədəd “Toşİba” markalı , 02 (iki) ədəd “HP” markalı notbukları, 01 (bir) ədəd “Ricon” markalı , 01 (bir) ədəd “TP”-link markalı mademləri, 01 (bir) ədəd kamera üçün quraşdırılmış 500GB ölçülü DVR yaddaşı oğurlayıb oradan gətmişdir. Oğurladığı elektron əşyaları həmin obyektin yaxınlığındakı zibil qutularının altına qoyub getmişdir ki, səhər gəlib onları oradan götürsün. Oğurladığı pul və poz-qazan kartlarını isə özü ilə götürmüşdür. xx.xx.2022-ci il taixdə səhər saatlarında o oğurlayaraq zibil qutularının altında gizlətdiyi elektron əşyalarını gedib götürmək istəyərkən görmüşdür ki, onlar yerində yoxdur, kimsə götürmüşdür. Oğurladığı pulu öz şəxsi ehtiyyaclarına sərf etmiş, poz qazan kartlarını isə Bakı şəhərinə gedərək 20 yanvar metrosunun yanında tanımadığı şəxslərə ucuz qiymətə sataraq əldə etdiyi pulu özünə sərf etmişdir. 2022-ci ilin noyabr ayının əvvəllərində telefonda “Misli” oyun saytında 120 (bir yüz iyirmi) manat pul udmuş, lakin həmin pulu ona verməmişlər. O, həmin pulu oyuna yatırıb uduzmuş, bundan əsəbləşib yenidən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il taixdə saat 02-03 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən əvvəllər gördüyü «Misli» mərc oyunu obyektinə tərəf gedərək orada və ətrafda heç kimin olmamasından istifadə edərək obyektin plastik qapısını əli ilə sıxıb açmaqla içəriyə daxil olub, içərini axtarmağa başlamışdır. O obyektin mətbəx otağına keçib orada dolabın içərisində olan 505 (beş yüz beş) manat pulu, poz-qazan kartlarını və 01 (bir) ədəd çantasını oradan oğurlamışdır. Həmin obyektə o əvəllər tanıdığı İlqar adlı şəxsin avtomobili ilə getmiş, İlqarın başqa anket məlumatlarını və mobil telefon nömrəsini bilməmiş, eləcə avtomobilinin markasını və dövlət qeydiyyat avtomobilini xatırlamamışdır. O, onun həmin obyektdən oğurluq etməyini bilməmişdir. Onu müştəri kimi həmin obyektə aparıb düşürtmüş, sonra isə çıxıb getmişdir. 505 (beş yüz beş) manat pulu o özünə sərf etmiş, poz-qazan kartalırını Bakı şəhərinə gedərək 20 yanvar metrosunun yaxınlığında tanımadığı şəxslərə ucuz qiymətə satıb əldə etdiyi həmin pulları da özünə sərf etmişdir. Sözügedən oğurluq cinayətlərini o özü tək törətmiş, ona heç kim kömək etməmiş, oğurluq yolu ilə əldə etdiyi puldan heç kimə verməmiş və özünə sərf etmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 oğlu ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 32/73 nömrəli binanın birinci mərtəbəsində yerləşən “Azərlotoreya Misli” məntəqəsini işlədir. Həmin məntəqə ona məxsusdur. Ondan başqa orada satıcı Şahid1 işləyir. xx.xx.2022-ci il tarixdə saat 06:00 radələrində Nicat ona zəng edərək obyektdən oğurluq olunduğu demişdir. Daha sonra onlar birlikdə obyektə gəlib görmüşlər ki, obyektin qapısının kilidi dəmirlə güc verilib açılaraq obyektə dəxil olunub oğurluq edilmişdir. Obyektə girib görmüşlər ki, kassada olan ona məxsus olan 350 (üç yüz əlli) manat nağd pul, 1300 (bir min üç yüz) manat dəyərində pozulmuş uduşlu poz-qazan kartları və 1900 (bir min doqquz yüz) manat dəyərində pozulmamış poz-qazan kartları, 02 (iki) ədəd hər birinin dəyəri 700 (yeddi yüz) manat olan 06 (altı) ay istifadə olunmuş “Toshiba” C850 markalı, 3-cü nəsil, 4GB RAM yaddaşı, 512 GB CCD yaddaşı, 15,6 ekran ölçülü notebooklar, 02 (iki) ədəd həг birinin dəyəri 600 (altı yüz) manat 06 (altı) ay istifadə olunmuş, HP 15DA markalı, 7-ci nəsil, 4 GB RAM yaddaşı, 512 GB CCD yaddaşı, 15,6 ekran ölçülü notebooklar, 01 (bir) ədəd 80 (səksən) manat dəyərində 06 (altı) ay istifadə olunmuş 02 (iki) antenalı TP-link modem, 01 (bir) ədəd 100 (bir yüz) manat dəyərində “Ricon” markalı modern kamera üçün istifadə olunan 500 GB ölçülü DVR yaddaşı oğurlanmışdır. Həmin vaxt hadisə yerinə polis əməkdaşları gəlmişlər, hadisə yerini müayinə etmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyanın ödənilmədiyini və ondan şikayətçi olduğunu nəzərə alaraq onun barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədəm xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 11/47-nin 1-ci mərtəbəsində yerləşən “Azərlotareya Misli” mərkəzi qardaşı X1 adına sənədləşmişdir. Qardaşı hal-hazırda Rusiya Federasiyasında olduğundan etibarnamə əsasında həmin lotareya mərkəzini özü işlədir. Həmin obyekdə kassada olan pulları mətbəxtdə olan dolabın içərisinə qoymuşlar. Həmin obyektdə işçi olaraq Şahid2 işləyir. Rəvan xx.xx.2022ci il tarixdə saat 11:00 radələrində ona zəng edərək həmin obyektə naməlum şəxsin daxil olmasını, mətbəxtdə olan 505 (beş yüz beş) manat pulun və 964 (doqquz yüz altmış dörd) manat dəyərində poz-qazan mərc kartının olmamasını demişdir. Həmin obyektdə olan kameraların fəaliyyətini dayandırmaq üçün naməlum şəxs(lər) elektron naqillərini kəsmişdir. Orada olan kamera görüntülərinin yaddaş blokunu isə sındırmışdır. Blokun zədələnməsi nəticəsində 240 (iki yüz qırx) manat maddi ziyan dəymişdir. Lakin hər hansı bir elektron naqilini oğurlamamışdır. Baş vermiş hadisə nəticəsində ona 1710 (bir min yeddi yüz on) manat maddi ziyan dəymişdir. Bundan başqa, mərkəzdən ona məxsus 01 (bir) ədəd 20 (iyirmi) manata aldığı əl çantası da oğurlanmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyanın ödənilmədiyini və ondan şikayətçi olduğunu nəzərə alaraq onun barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədəm xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, qəqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona dəyən maddi ziyanın ödənilməmişdir, ondan şikayətçidir və məhkəmə iclaslarını onun iştirakıolmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 32/73 nömrəli binanın birinci mərtəbəsində yerləşən “Azərlotoreya Misli” məntəqəsində satıcı isəyir. Həmin məntəqə Zərərçəkmiş şəxs1 məxsusdur. O, hər səhər saat 11:00 radələrində obyekti açıb axşam saat 23:45 radələrində obyekti bağlayıb evə gedirmiş. Hər gün olduğu kimi xx.xx.2022-ci il tarixdə o, saat 23:45 radələrində obyekti bağlayıb yaşadığı evə getmiş, obyekti adi açarla qapısını bağlamışdır. O, obyekti bağlayıb evə gedəndə kassada 350 (üç yüz əlli) manat nağd pul, 1300 (bir min üç yüz) manat dəyərində pozulmuş uduşlu poz-qazan kartları və 1900 (bir min doqquz yüz) manat dəyərində pozulmamış poz-qazan kartları olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 06:00 rədərində onun mobil nömrəsinə zəng gəlmiş və obyektdən oğurluq olunduğu deyilmişdir. O da dərhal bu barədə Hacıya məlumat verib obyektə gəlmişdir. Onlar birlikdə obyektə gəlib görmüşlər ki, obyektin qapısının kilidi dəmirlə güc verilib açılaraq obyektə daxil olunub oğurluq edilmişdir. Obyektdə kassada olan 350 (üç yüz əlli) manat nağd pul, (bir min üç yüz) manat dəyərində pozulmuş uduşlu poz-qazan kartları və 1900 (bir min doqquz yüz) manat dəyərində pozulmamış poz-qazan kartları, 02 (iki) ədəd “Toshiba” markalı, 02 (iki) ədəd HP markalı, 01 (bir) ədəd internet üçün istifadə olunan TPlink markalı modem, 01 (bir) ədəd “Ricon” markalı modern kamera üçün quraşdırılmış 500 GB DVR oğurlanmışdır. Həmin vaxt hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/8991 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 04 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1505,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymmətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Tədqiqata təqdim edilmiş 01 adda malın istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 15,00 manat müəyyən edilir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Zərbəliyev Semir Pənah oğlu Sumqayıt şəhəri, 34-cü məhəllə, 11/47 binanın birinci mərtəbəsində yerləşən “Azərlotoreya Misli” oyun kontorundan oğurladığı 01 (bir) ədəd bel çantasını istintaqa təqdim etmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin hadisə yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılarkən, sonuncu ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha dəqiqliklə göstərmişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 (bir) ədəd əl çantası saxlanılması üçün zərərçəkmiş şəxs Fərid Memmədova təhvil verilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-484/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-142/2017 saylı, xx.xx.2017ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il 05 (beş) ay 05 (beş) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2017ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək 06 (altı) il 05 (beş) ay 05 (beş) gün azadılqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə onun əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilərək cəzası 04 (dörd) il 05 (beş) ay 05 (beş) günə endirilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 180-cı maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 (bir) ədəd əl çantası saxlanılması üçün zərərçəkmiş şəxs Fərid Memmədova təhvil verilməsi nəzərə alınmalı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 50,00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 01 (bir) ədəd əl çantası saxlanılması üçün zərərçəkmiş şəxs Fərid Memmədova təhvil verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50,00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar