Məhkəmə qərarları › İş №1(060)-360/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-360/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-360/2025 06.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2sində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,535 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 07 mart 2025-ci il tarixdə saat 14:05 dəqiqədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri, Betonzavod ərazisi, 73 nömrəli evin qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərində yoxlama aparılarkən əynindəki gödəkçənin sol yan cibindən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,391 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 17 mart 2025-ci il tarixdə saat 15:13 dəqiqədə Sumqayıt ŞPİ-nin 5-ci PB -nin əməkdaşlarının Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən qəbiristanlığın yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərində yoxlama aparılarkən əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0.391 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, təxminən üç ildir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Belə ki, 07 mart 2025-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, ərazisində olarkən tanımadığı şəxsdən özü istifadə etmək üçün 15 manata 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin almış, həmin gün saat 14:05 dəqiqədə o, Sumqayıt şəhəri, Betonzavod ərazisində yerləşən yaşadığı 73 nömrəli evin qarşısında piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirərək ona nədə şübhəli olduğunu bildirmişlər. Onlar ona videoçəkiliş aparılmaqla üzərində qanunla qadağan olunmuş əşya-predmet, narkotik vasitə varsa təqdim etməsini təklif etmiş, polis əməkdaşlarından biri telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. O, əynindəki gödəkçənin cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş, həmin büküm elektron tərəzidə çəkilmişdir. Bundan sonra təqdim edilmiş büküm qablaşdırılmışdır. Üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra onu 4-cü PB-nə dəvət etmişlər. PB-də xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuşdur. Polis əməkdaşları tərəfindən təqdim olunmuş 01 ədəd zərf açılmış, o həmin zərfin içərisindəki bükümün ona məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin büküm yenidən elektron tərəzidə çəkilmiş, daha sonra qablaşdırılmışdır. Qeyd edir ki, saxlanılarkən və PB-də olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. Bundan başqa xx.xx.2025-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, ərazisində olarkən tanımadığı şəxsdən özü istifadə etmək üçün 10 manata 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin almış, xx.xx.2025-ci il tarixdə saat 15:13 dəqiqədə o, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Sumqayıt şəhər qəbiristanlığının yaxınlığında piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib ona nədə şübhəli olduğunu bildirmişlər. Onlar videoçəkiliş aparılmaqla ona üzərində qanunla qadağan olunmuş əşya-predmet, narkoitk vasitə varsa təqdim etməsini təklif etmiş, o, əynindəki gödəkçənin cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş, sonra zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra çəkiliş dayandırılmış və onu 5-ci PB-nə dəvət etmişlər. PB-də xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuşdur. O, üzərində hər hansı bir qanunsuz əşya olmadığını bildirmiş, onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç bir predmet aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları onun üzərindən aşkar edilərək götürülmüş maddənin olduğu zərfi təhqiqatçıya təqdim etmişlər. O, zərfin içərisindəki bükümün ona məxsus olduğunu bildirmişdir. O, saxlanılarkən və PB-də olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. Əməlindən peşmandır. Qeyd olunanları nəzərə alaraq ona azadlığın məhdudlaşdrılması cəzasının verilməsini məkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər polis idarəsinin 4-cü PB-nin əməliyyat müvəkkili vəziləsində xidmət edir. Belə ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin məlumat əsasında 17 mart 2025-ci il tarixdə, 14:05 dəqiqədə Sumqayıt şəhəri, Betonzavod ərazisi, 73 nömrəli evin qarşısında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs saxlanılmış, özlərini təqdim etdikdən sonra həmin şəxs də özünü tədqim etmişdir. Onlar ona nədə şübhəli bilindiyi izah edərək videoçəkilişlə üzərinə baxış keçiriləcəyini izah etmişlər. Onlar Könülə üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmışdır. Sonra üzəri yoxlanılsa da üzərindən heç bir qanunsuz predmet aşkar olunmamışdır. Videoçəkiliş dayandırılmış, Təqsirləndirilən şəxs 4-cü PB-nə dəvət etmişlər. PB-də xidməti otaqlardan birində videoçəkilişlə vəkilin iştirakı ilə üzərindən aşkar edilərək götürülmüş bükümün qablaşdırıldığı zərfə baxış keçirilmişdir. Zərf açılmış və içərisində olan büküm elektron tərəzidə çəkilmiş, daha sonra qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş 4-cü PB-nin əməliyyat müvəkkili Şahid3 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında proses iştirakçılarının fikri dinlənilməklə ifadələri elan edilərək tədqiq edilmiş şahidlər Şahid1, X9 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələrində Şahid2 ifadəsində qeyd etdiklərini təsdiq etdikləri müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, həmin məlumat əsasında həmin tarixdə, saat 15:13 dəqiqədə, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən qəbiristanlığın yaxınlığında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Onlar ona nədə şübhəli bilindiyini izah edib videoçəkilişlə üzərinə baxış keçiriləcəyini bildirmişlər. Bundan sonra onlar ona üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif etmiş, Könül əynindəki gödəkçənin cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Hüseynova üzərindən aşkar olunan maddənin metamfetamin olduğunu bildirmişdir. Bundan sonra təqdim edilmiş büküm elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən edilərək zərfə qoyulmaqla qablaşdırılmışdır. Hüseynovanın üzəri yoxlanılsa da, üzərindən başqa heç bir maddə aşkar olunmamış, sənədləşmə işlərinin aparılması üçün sonuncunu 5-ci PB-nə dəvət etmişlər. PB-də xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə şəxsi axatrış aparılmış Hüseynovanın üzərindən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Onlar tərəfindən təqdim olunmuş zərfin tamlığının pozulub-pozulmadığı təhqiqatçı tərəfindən yoxlanılmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş 5-ci PB-nin əməliyyat müvəkkili Şahid7 Şahid6 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının fikri dinlənildikdən sonra ifadələri elan edilərək tədqiq edilmiş şahidlər şahidlər Şahid5, inspeklor Şahid4 da ibitdai istintaq zamanı verdiyi ifadəsində şahid İqar Hacıyevin göstərdiyi xüsusatları təsdiq etdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 mart 2025-ci il tarixdə (saat 13:30) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 07 mart 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 14:05 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); Təqsirləndirilən şəxs 09 mart 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 53-54); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 09 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 64-66); Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin X5 09 mart 2025-ci il tarixdə saat 11:55-də azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v. 67-68); “Əməliyyat-axtarış tədbirinn keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 07 mart 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 14:05 dəqiqədə Sumqayıt şəhəri, Betonzavod ərazisi, 73 nömrəli evin qarşısında piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılır. Polis əməkdaşı özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirirlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərinə baxış keçiriləcəyini izah edirərək ona üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edirlər. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən bir ədəd bükümü çıxarıb təqdim edir. Hüseynova üzərindən aşkar olunmuş psixotrop maddəni saxlanıldığı gün səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olarkən tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını, üzərində saxladığını bildirir. Həmin büküm elektron tərəzidə çəkilir və çəkisi 0,54 qram təşkil edir. Həmin büküm zərlə qoyularaq qablaşdırılır. Üzəri yoxlanılsa da başqa heç bir predmet aşkar olunmur. Onlar Hüseynovanı sənədləşmə işləri aparılması üçün 4-cü PB-nə dəvət edirlər. “Şəxsi axtarışın keçirilməsi haqqında” 07 mart 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 14:05 dəqiqədə Sumqayıt şəhəri, Betonzavod ərazisi, 73 nömrəli evin qarşısında piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfiindən saxlanılıb üzərinə baxış keçirilib üzərindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edildikdən sonra müvafiq sənədləşmə işləri aparılması üçün 4-cü PB-nə gətirilmişdir. PBdə xidməti otaqlardan birində videokamera işə salır. Müdafiəçi Sumqayıt regional vəkil bürosunun vəkili X3 iştirakı ilə təhqiqatçı özünü təqdim edtikdən sonra Təqsirləndirilən şəxs saxlanılma və PB-nə gətirilmə səbəbini bir daha ona izah edir və ona hüquq və vəzifələri ilə bağlı bildirişi təqdim edir. Təhqiqatçı Hüseynovaya üzərində olan əşyaları təklif edir, o, üzərində heç bir şey olmadığını bildirir. Şahid4 Təqsirləndirilən şəxs üzərini yoxlayır, lakin heç bir şey aşkar olunmur. Təhqiqatçı təqdim olunmuş zərfə baxış keçirir. Zərf açılır və içərisində olan büküm elektron tərəzidə çəkilir, çəkisi 0,57 qram təşkil edir. Bundan sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. (i.v. 32-33) Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Sumqayıt Regional Bölməsinin 20/41 nömrəli 08 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi - 0,535 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 41-44). Səhiyyə Nazirliyi Respublika X8 Hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 1519 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 92-93). 20 mart 2025-ci il tarixli “cinayət təqibi üzrə icraatın birləşdirilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi birləşdirilməklə bir icraatda ********* nömrə altında davam etdirilmişdir. (i.v. 95-96) “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 mart 2025-ci il tarixdə (saat 13:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.99); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 17 mart 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 15:13 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 118); Təqsirləndirilən şəxs 19 mart 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 152-153); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 19 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 161- 163); Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin X5 19 mart 2025-ci il tarixdə saat 12:10-da azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v. 164-165); “Əməliyyat-axtarış tədbirinn keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 17 mart 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15:13 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Sumqayıt şəhər qəbiristanlığının yaxınlığında piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edir, polis əməkdaşları olduqlarını bildirirlər. Həmin şəxslər ona narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilindiyini və hüquq və vəzifələrini izah edirlər. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya-predmet, narkoitk vasitə varsa təqdim etməsini təklif edilər, sonuncu əynindəki gödəkçənin sol yan cibindən 01 büküm psixotrop maddə olan metamfetamini çıxarıb təqdim edir. Aşkar olunmuş büküm elektron tərəzidə çəkilir və çəkisi 0,53 qram təşkil edir. Bundan sonra həmin büküm zərfə qoyularaq möhürlənir və qablaşdırılır. Onun üzəri yoxlanılsa da başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmur. “Şəxsi axtarışın keçirilməsi haqqında” 17 mart 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15:13 dəqiqədə Sumqayıt şəhəri. 76-cı məhəllə ərazisində yerləşən Sumqayıt şəhər qəbiristanlığının yaxınlığında piyada hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə baxış keçirilib üzərindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edildikdən sonra müvafiq sənədləşmə işləri aparılması üçün 5-ci PB-nə gətirilmişdir. PB-də xidməti otaqlardan birində videoçəkilişlə, müdafiəçi Sumqayıt regional vəkil bürosunun vəkili X2 iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs saxlanılma və PB-nə gətirilmə səbəbi bir daha ona izah edilir və ona hüquq və vəzifələri ilə bağlı bildirişi təqdim edir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir, o, üzərində heç bir şey olmadığını bildirir. Şahid4 Təqsirləndirilən şəxs üzərini yoxlayır, lakin heç bir şey aşkar olunmur. Təqdim olunmuş zərfin tamlığını yoxlayıb ekspertizaya göndəriləcəyini bildirir. O, PB-nə gətirilərkən ona qarşı heç bir qanunsuz hərəkət olunmadığını bildirir. (i.v. 129-130) Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Sumqayıt Regional Bölməsinin 20/100 nömrəli 18 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,391 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 138-141). Məhkəmə istintaqı zamanı tədqiq edilən disklərə baxış zamanı Təqsirləndirilən şəxs psixotrop maddə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. DİN BƏSİİ alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 182) “sübutların qiymətləndirilməsi haqqında” 21 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə ittiham elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış,Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən götürülmüş təmiz çəkisi 0.535 qram olan metamfetamin maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0.485 qram metamfetamin və digər epizod üzrə sonuncunun üzərindən götürülmüş təmiz çəkisi 0.391 qram olan metamfetamin maddi sübut qismində tanınmış, kspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0.341 qram metamfetamin iş üzrə saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, sonuncunun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Hüseynovanın özünün etirafedici ifadələri, şahid ifadələri, şəxsi axtarış protokolları, həmin protokola əlavə edilmiş videogörüntülər, maddi sübutlar, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertiza rəyi, həmçinin ilkin tədqiqat materialları sübut kimi qiymətləndirilmiş, 04 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 183-193); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.(CPM144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarın minimum həddindən yuxarı miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 14-cü bəndinə görə CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, yəni narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi CM-in 234-cü maddəsində nəzərdə tutulmadığından, əvvəllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxs tərəfindən eyni əməllərin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Belə hallarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda – CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda – CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalı, CM-in 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, qadın olmasını, əməlindən səmimi olaraq peşman olmasını, bir daha narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməyəcəyinə və pis vərdişlərdən uzaq oalacağına dair verdiyi sözünü CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs məsuliyyəti yüngülləşdirən halları, xüsusən ilk dəfə cinayət əməli törətməsini, qadın olmasını, əməlindən səmimi peşman olmasını, eyni zamanda məsuliyyəti ağırlaşdıran yuxarıda qeyd edilən halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, ibtidai istintaq zamanı 07 mart 2025-ci il tarixdən 09 mart 2025-ci il tarixədək və 17 mart 2025-ci il tarixdən 19 mart 2025-ci il tarixədək tutulduğu 04 gün müddət bir günə iki gün hesabı ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, tədqiqatdan sonra qalıq qalmış 0.485 qram və 0.341 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132), 123 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində elektron nəzarət vasitəsi tətbiq edilməli, onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 08 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 88 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 mart 2025-ci il tarixdən 09 mart 2025-ci il tarixədək və 17 mart 2025-ci il tarixdən 19 mart 2025-ci il tarixədək tutulduğu cəmi 04 gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri Betonzavod ərazisi, ev 73 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Təqsirləndirilən şəxs 123 (bir yüz iyirmi üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0.485 qram və 0.341 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən 04 (dörd) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 88 (səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar