Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-361/2022 19.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1971-ci ildə Sumqyıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqlnda iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 05 dekabr 2021-ci il tarixdə saat 06:53 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri Məhəmməd Əsədov küçəsi ilə Niyazi küçəsi istiaqmətində 60 km/saat sürətlə hərəkətdə olan zaman Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən “Embawood- Madeyra” mebel mağazasının yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara riayət etməyərək yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə vurub, ehtiyatsızlıqdan sonuncunun ölmünə səbəb olan başın küt travması, baş-beyinə qansızma, subdural hematoma, sol bazu, sol körpücük, sol bud sümüklərinin yerdəyişən qapalı sınıqları, sol göz qapaqlarının, alın-təpə nahiyyəsinin, sol çiyinüstü nahiyyəsinin dərialtı hematomaları, sağ gözün bayır bucağı nahiyyəsinin sıyırığı kimi dərəcəsinə görə yetirilən anda həyat üçün təhükəli olan sağlamlığa Ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ADN 917536 nömrəli qeydiyyat şəhadətnaməsi ilə 2019-cu ilin dekabr ayından ona məxsusdur. Həmin avtomobili “BC” kateqoriyalı AF711676 nömrəli sürücülük vəsiqəsi ilə 2019-cu ilin dekabr ayından idarə edir. Özü mebel ustası işləsə də asudə vaxlarında taksi fəaliyyəti ilə də məşğul olmaq üçün “Omega” taksi şirkətinə qoşulmuşdur. 05.12.2021-ci il tarixdə saat 06:40 radələrində yaşadığı evdən çıxaraq idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyətinə başlamış və həmin tarixdə saat 06:50 radələrində Sumqayıt şəhəri 17-ci mikroroayon ərazisndə yerləşən “Ucuz Market” mağazasının qarşısından taksi şirkətindən aldığı sifariş əsasında iki nəfər müştərini götürərək Məhəmməd Əsədov küçəsi ilə üzü Niyazi küçəsi istiqamətində, “Elmarın” dairəsinə tərəf hərəkətə başlamışdır. O, 05.12.2021-ci il tarixdə saat 06:53 radələrində idarə etdiyi “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun hərəkət hissəsinin orta zolağı ilə saatda təxminən 60 km/saat sürətlə hərəkətdə olan zaman avtomobilin qarşı hissəsi ilə anidən piyadanı vurmuş və piyada avtomobiln ön alın şüşəsinə çırpılaraq mühərrik örtüyünün üzərindən aşıb avtomobilin sol tərəfindən yerə düşmüşdür. O, avtomobili saxlayaraq aşağı düşüb həmin piyadaya tərəf qaçmış və həmin qadın piyada yerdə huşunu itirmiş vəziyyətdə uzanmış, o avtomobilində olan iki nəfər müştərinin köməkiliyi ilə piyadanı avtomobilin arxa oturacağına əyləşdirib Sumqayıt şəhər X9 xəstəxanasına gətirmiş və xəsarət alan piyada dərhal xəstəxanada reanimasiyaya yerləşdirilmişdir. O, bundan sonra DİN-in “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, bundan sonra xəstəxanaya polis əməkdaşları gəlmiş və onlarla birlikdə sərxoşluq vəziyyətinin müayinəsinə getmişlər. Daha sonra isə hadisə baş verən yerə getmişlər, hadisə yeri onun iştirakı ilə müayinə olunaraq fotoşəkillər çəkilmiş və hadisə yerinə baxış keçirilməsi ilə bağlı protokol və sxem tərtib edilərək imzalanmışdır. Bir müddət sonra həmin piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat etmişdir. Hadisə 05 dekabr 2021-ci il tarixdə saat 06:53 radələrində Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsi, 17-ci mikrorayon ərazisində yerləşən “Embawood-Madeyra” mebel mağazasının yaxınlığında baş vermiş, hadisə baş verməmişdən əvvəl idarə etdiyi avtomobilin sürəti təxminən 60 km/saat olmuş, həmin piyadanı hava qaranlıq olduğu üçün hadisədən əvvəl görməmiş və yolun ortası ilə hərəkətdə olan zaman avtomobilin mühərrik örtüyünün qarşı orta hissəsi ilə piyadanı vurduqdan sonra piyada avtomobilin alın şüşəsinin orta hissəsinə çırpılan zaman o adam vurduğunu başa düşmüş, həmin an əyləcə təsir etməyə imkan tapmamış, həmin piyadanı vurduqdan sonra əyləcə ayağını sıxaraq avtomobili saxlamış, həmin vaxt avtomobilində iki nəfər sərnişin olmuş, onlardan biri qabaq sərnişin oturacağında, digəri isə arxa sərnişin oturacağının sağ tərəfində əyləşmiş, hadisə zamanı özü və avtomobildə olan sərnişinlərdən heç biri xəsarət almamış, hadisə baş verdikdən sonra həmin sərnişinlər də aşağı düşərək piyadanı avtomobilə əyləşdirmək üçün ona köməklik göstərmiş, hadisə zamanı avtomobilin ön mühərrik örtüyünün qarşı orta tərəfi zədələnmiş və alın şüşüəsinin orta aşağı tərəfi çartlamış, hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmiş, o, ümumiyyətlə spirtli içki və narkotik qəbul etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını və ona vurulmuş maddi zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, himayəsində 1 azyaşlı uşağının olduğunu və İ Qarabağ müharibəsi veteranı olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun anasıdır. Anası Zərərçəkmiş şəxs Sumqayıt Təmizlik Departamentində xadiməçi işləmiş, 05 dekabr 2021-ci il tarixdə saat 06 radələrində hər gün olduğu kimi anası Zərərçəkmiş şəxs işə getmişdir. 05.12.2021-ci il tarixdə saat 08 radələrində Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində mənzil istismar sahəsində işləyən Rəsmiyyə adlı qadın ona zəng vuraraq anası Zərərçəkmiş şəxs Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində M.Əsədov küçəsində avtomobil vurduğunu və Sumqayıt şəhəri X9 Xəstəxanasına aparılmasını bildirmişdir. O, dərhal Sumqayıt şəhəri X9 Xəstəxanasına getmiş, orada bir qədər gözlədikdən sonra həmin tarixdə təxminən saat 10:30 radələrində xəstəxananın həkimləri anasının vəfat etdiyini ona bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və onun sonuncuya qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru Şahid1 ifadəsində göstərdi ki, o, Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru vəzifəsində işləyir. 05.12.2021-ci il tarixdə saat 07:30 radələrində xidmətdə olduğu vaxt Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsi, 17-ci mikrorayon ərazisində yerləşən “Embawood-Madeyra” mebel mağazasının yaxınlığında yol-nəqliyyat hadisəsi baş verməsi barədə Sumqayıt ŞPİ-nin növbətçi hissəsindən ona məlumat verilmişdir. Dərhal hadisə yerinə yaxınlaşmış və hadisə yerinə gedəndən sonra məlum olmuşdur ki, “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs bir nəfər piyadanı idarə etdiyi avtobillə vurmuş və həmin piyadanı öz avtomobili ilə Sumqayıt şəhər X9 Xəstəxanasına aparmışdır. Bundan sonra o, Sumqayıt şəhər X9 Xəstəxanasına getmiş, oradan isə sürücü Təqsirləndirilən şəxs ilə birlikdə sərxoşluq vəziyyətinin müayinəsi üçün müvafiq tibb müəssisəsinə gedib sürücünün tibbi müayinədən keçirilməsini təmin etmişdir. Daha sonra isə hadisə yeri “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə müayinə olunmuşdur. Hadisə yerinin foto şəkilləri və sxemi çəkilmiş, protokol tərtib edilmiş, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra sürücünün hadisə yerindən yayınması halı baş verməmişdir. Məhkəmədə şahid X2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 05.12.2021-ci il tarixdə səhər saat 06:45 radələrində işə getmək üçün Sumqayıt şəhəri 17-ci mikroroayon ərazisndə yerləşən “Ucuz Market” mağazasının qarşısında dayanacaqda olan zaman “Omega” taksi şirkətinə istifadəsində olan 055 478-83-53 saylı mobil nömrə ilə zəng vuraraq taksi sifariş etmişdir. Həmin vaxt dayanacaqda olan tanımadığı bir nəfər şəxs taksi sifariş etməyini ondən soruşmuş, o da Sumqayıt avtovağzalına getmək üçün taksi sifariş etdiyini bildirmiş, həmin şəxs də avtovağzal istiqamətinə getdiyini demiş, o da həmin şəxsə birlikdə getməyə etiraz etmədiyini bildirmişdir. Bir neçə dəqiqə sonra həmin yerə “Opel Astra” markalı, gümüşü rəngli avtomobil gəlmiş, o, avtomobilin qabaq oturacağında əyləşmiş, həmin şəxs isə arxa oturacaqda əyləşmişdir. “Opel Astra” markalı həmin taksi Məhəmməd Əsədov küçəsi ilə üzü “Elmarın” dairəsinə tərəf orta zolaqla təxminən 50-60 km/saat sürətlə hərəkətə başlamış, “Elmarın” dairəsinə çatmağa az qalmış anidən bir nəfər yolu keçən piyadanı əyləşdikləri avtomobil vurmuş və piyada avtomobilin alın şüşəsinə çırpılaraq yerə yıxılmışdır. Sürücü dərhal avtomobili saxlamış və onlar avtombildən düşüb həmin piyadaya yaxınlaşmış, sürücü ilə birlikdə həmin xəsarət alan yaşlı qadını avtomobilə əyləşdirmişlər, sürücü həmin şəxsi xəsatəxanaya aparmış, onlar isə orada qalmışlar. Daha sonra o işə getmişdir. Həmçinin, Elburus Qurbanov ifadəsində ona verilən suallara cavab olaraq həmin vaxt o fikirli olduğu üçün hadisəni son anda gördüyünü, belə ki, həmin vaxt hava qaranlıq olduğunu, piyadanı avtomobil qabaq hissəsi ilə vurduğunu və piyada avtomobilin alın şüşəsinə çırpılaraq avtomobilin sol tərəfindən yerə yıxıldığını, hadisə nəticəsində o hər hansı xəsarət almadığını, onunla birlikdə avtomobildə olan digər sərnişini tanımadığını, hadisədən sonra sürücüyə xəsarət alan şəxsi avtomobilə əyləşdirməkdə kömək etdikdən sonra həmin sərnişin də oradan çıxıb getmiş, həmin sərnişinin də xəsarət almadığını, onun arxa oturacaqda əyləşdiyini və avtomobilin solununa heç bir zədə dəymədiyini, həmçinin həmin sərnişin də xəsarət alan piyadanı avtomobilə əyləşdirməkdə onlara köməklik etdiyini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş 02.02.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 05.12.2021-ci il tarixdə saat 06:53-də havanın qaranlıq vaxtı yolun Sumqayıt şəhəri 17-ci mikrorayon tərəfindən 18-ci mikrorayon istiqamətinə piyada hərəkət edir, həmin vaxt Sumqayıt şəhəri Məhəmməd Əsədov küçəsi ilə Niyazi küçəsi istiaqmətində hərəkətdə olan avtomobil həmin piyadanı vurur və az sonra dayanır. Sonra isə ətrafda olan şəxslər həmin yerə yaxınlaşır və yolda hərəkətdə olan avtomobillər dayanır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 05.12.2021-ci tarixli, 138 saylı saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başın küt travması. Baş-beyinə qansızma. Subdural hematoma. Sol bazu, sol körpücük, sol bud sümüklərinin yerdəyişən qapalı sınıqları. Sol göz qapaqlarının, alın-təpə nahiyyəsinin, sol çiyinüstü nahiyyəsinin dərialtı hematomaları, sağ gözün bayır bucağı nahiyyəsinin sıyırığı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, törənmə müddəti onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 05.12.2021-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümü Sumqayıt şəhər TTYX-da 05.12.2021-ci il tarixdə saat 10:20-də baş vermişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində baş-beyinə qansızma və subdural hematoma olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülümş qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 17.02.2022-ci il tarixli, 8/229 saylı rəyindən görünür ki, “Opel Astra” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Səhiyyə şöbəsinin Sumqayıt şəhər Rayonlararası Narkoloji Narkoloji Dispanserinin sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 05 dekabr 2021-ci il tarixli, 10942 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs (05.12.2021-ci il tarixdə) alkoqol sərxoşluğu əlaməti olmayıb. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs adına 07.08.2020-ci il tarixdən 07.08.2030-cu il tarixədək qüvvədə olan AF711676 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materiallarında olan ADN seriyalı 917536 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, , “Opel Astra” minik markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin 14.02.2022-ci il tarixli 016-302-813-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 07.08.2020-ci il tarixdə AF711676 saylı «BC» kateqoriyalı on illik sürücülük vəsiqəsi almışdır. Kompüter bazasına əsasən sürücülükdən məhrum edilənlər sırasında yoxdur. İş materiallarında olan Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1-ci Qarabağ müharibəsi veteranıdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı-14.04.2009-cu il təvəllüdlü X7 vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələb və ya şikayətinin olmadığını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, həmçinin onun 1-ci Qarabağ müharibəsi veteranı olmasını cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2022-ci il tarixli (iş № 1(060)-361/2022) qərarını icra edərək, 15 mart 2021-ci il tarixli 480 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri nə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddələri nə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-361/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-361/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver