Məhkəmə qərarları › İş №1(060)-361/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-361/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-361/2023 16.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq ələ keçirmə məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə, gecə saatlarında Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən “1001” xırdavat malları mağazasının qapısını sıxıb açaraq qanunsuz içəri daxil olub içəridən Zərərçəkmiş şəxs məxsus 180 manat dəyərində 01 ədəd Çin istehsalı, istifadə olunmuş üzərində “Omnitech TPS320” yazıları olan qara rəngli posterminalı, 1 ədədinin qiyməti 0,15 manat, ümumi dəyəri 5,40 manat olan 36 ədəd təzə göy rəngli sellofan torbanı, 1 ədədinin qiyməti 0,10 manat, ümumi dəyəri 4 manat olan 40 ədəd təzə sarı rəngli sellofan torbanı, 1 ədədinin qiyməti 2,40 manat, ümumi dəyəri 26,40 manat olan 11 qutu təzə içərisində (22 ədəd-qalın) “Tianbao” batareyanı, 11 manat dəyərində 01 ədəd qutuda, üzərində “Always vacuum bottle 750 ml” yazıları olan gümüşü rəngli termosu, 24 manat dəyərində 01 ədəd qutuda, üzərində “Sonifer hand blender SF-8024 200W” yazıları olan ağ rəngli təzə blendri, 45 manat dəyərində 01 ədəd qutuda, üzərində “Sonifer hand blender SF-8088 200 yazıları olan ağ rəngli təzə blendri, 17 manat dəyərində qutuda üzərində “Euro Wolf EF-051) 200w” yazıları olan yaşıl rəngli təzə aləti, 1 ədədinin qiyməti 2,45 manat ümumi dəyəri 19,60 manat olan 08 ədəd təzə enli yapışqan skoçu, 1 ədədinin qiyməti 1,20 manat, ümumi dəyəri 3,60 manat olan 03 ədəd üzərilərində “TERSEN 250V 16A” yazıları olan, təzə elektrik yuvasını (razetka), 2 manat dəyərində 01 ədəd üzərində markalanma yazıları olmayan, təzə yaşıl rəngli aləti, 4 manat dəyərində 01 ədəd üzərində “X1NKE” yazısı olan Çin istehsalı təzə mətbəx alışqanını, 4,50 manat dəyərində 01 ədəd üzərində “HELİ HL-20W” yazıları olan, göy rəngli təzə kley alətini, 1 ədədinin qiyməti 0,15 manat ümumi dəyəri 10,20 manat olan 68 ədəd 1 ədəd sellofanın içində kley çubuqları, 2,50 manat dəyərində olan 10 metr təzə kəndir ipi, 4 manat dəyərində olan 20 metr təzə kəndir ipi, 2 manat dəyərində sarı rəngli təzə kəndir ipi, 6 manat dəyərində 01 ədəd qutuda təzə üzərində “Duracell D” yazısı olan batareyanı (2 ədəd-qalın), 1 qutunun qiyməti 2,50 manat, ümumilikdə 12,50 manat dəyərində olan 5 qutu təzə üzərində “Euracell AA” yazısı olan batareyanı (10 ədəd-orta), 1 qutunun qiyməti 1,20 manat, ümumilikdə 7,20 manat olan 6 qutu təzə üzərində “Duracell AAA” yazısı olan batareyanı (10 ədəd-nazik), 1 ədədinin qiyməti 2 manat, ümumi dəyəri 4 manat olan 02 ədəd üzərində “Clean cham” yazıları olan, 43x32x0,2sm ölçüdə, sarı rəngli, təzə şüşəsilən dəsmalı, 3,80 manat dəyərində 01 ədəd üzərində “Clean cham” yazıları olan, 66x43x0,2sm ölçüdə, sarı rəngli, təzə şüşəsilən dəsmalı, 5 manat dəyərində 01 ədəd üzərində “Portable electronic scale” yazıları olan təzə tərəzini, 25 manat dəyərində 01 ədəd qırmızı qutuda dırnaq manikür dəstini, 1 ədədinin qiyməti 0,90 manat, ümumi dəyəri 8,10 manat olan 1 qutuda üzərində “World 55 ml” yazıları olan 9 ədəd təzə ayaqqabı kıemini, 1 ədədinin qiyməti 4 manat, ümumi qiyməti 16 manat olan Çin istehsalı 1 ədəd qutuda 4 ədəd təzə bıçaqları, 1 ədədinin qiyməti 3,50 manat olan 01 ədəd qutuda üzərində “ARC-SHAPED GARLİC” yazılan olan təzə sarımsaq əzən aləti və 30 manat pulu gizli talayıb Zərərçəkmiş şəxs ümumilikdə 486,30 (dörd yüz səksən altı manat 30 qəpik) manat dəyərində maddi zilyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq 0,300 qram çəkidə narkotik vasitə heroini əldə edib yaşadığı ünvan 2 ünvanında saxlamış, xx.xx.2022-ci il tarixdə saat 16:00-da Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən oğurluq malların götürülməsi ilə bağlı əməliyyat-axtarış tədbirlərinin davamı zamanı yaşadığı ünvan 4 ünvanında Təqsirləndirilən şəxs məxsus otaqdakı çarpayının yanında, şkafın üzərindəki siqaret qutusunun içindən 01 ədəd şəffaf polietilen sellofan bükümündə təmiz çəkisi 0,300 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o əvvəllər işləyib özünü dolandırmışdır, lakin sonradan iş yeri bağlanmışdır. Hərdən bir narkotikdən istifadə etmişdir. Maddi vəziyyəti aşağı olduğundan xırda oğurluq etmək fikrinə düşmüşdür. xx.xx.2022-ci il tarixdə axşam saatlarında evdən çıxıb 11-ci mikrorayon ərazisində olan 1001 xırdavat mağazasının qarşısına gəlmişdir. Mantirovka ilə həmin mağazanın plastik qapısını sıxıb aralayaraq içəri daxil olub mağazadan 3 ədəd blenderi, 1 ədəd termosu, 1 ədəd kassa aparatını, təhlükəsizlik kamerasını mağazda olan selofana yığmışdır. Daha sonra mazağada olan müxtəlif batareyaları, sayını bilmədiyi qəpik pulları, digər xırdavat mallarını selofan torbaya yığmış və ordan çıxıb getmişdir. Oradan çıxdıqdan sonra oğurladığı əşyaları daha sonra satmaq üçün yaşadığı ünvana gətirmişdir və burada özünə məxsus otağa yerləşdirmişdir. xx.xx.2022-ci il tarixdə gecə saatlarında polis əməkdaşları onu bölməyə gətirəndə o törətdiyi oğurluğu etiraf etmişdir. Ona hüquq və vəzifələri ilə bağlı bildiriş, sonra hüquqlarını müdafiə edəcək vəkil təqdim edilmişdir. O, polis əməkdaşlarına oğurluq etdiyini etiraf etmiş və narkotik vasitə istifadəçisi olduğunu, yaşadığı evdə narkotik vasitə saxladığını bildirmişdir. Oğurladığı əşyaları və evdə saxladığı narkotik vasitə heroini polislərə təqdim etmişdir. Sorğu zamanı o, həmin narkotik vasitəni 3-4 gün əvvəl Bakı şəhəri, 20 Yanvar dairəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. O, oğurluq hadisəni tək etmiş və oğurladığı bütün əmlakları yaşadığı evdə saxlamışdır. Təqsirləndirilən şəxs hazırda əməlindən peşman olduğunu, hadisəni tək törətdiyiini zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ilk dəfə olaraq cinayət törətdiyini, himayəsində xəstə atasının olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və onun sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi elan olunmuş ifadəsindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən “1001” xırdavat dükanını 5-ci ildir ki, icarə əsasında işlədərək ailəsinə çörək pulu qazanır. Mağazanı icarə əsasında işlətsə də mağazanın içindəki əmlaklar ona məxsusdur. Mağazada iş saatı gündəlik olaraq səhər saat 09:30-dan axşam saat 19:00-dək olur. Mağazada gündəlik tələbat malları və 1001 xırdavat mallarının satışı aparılır. xx.xx.2022-ci il tarixdə axşam saat 19 radələrində iş vaxtı bitdiyi üçün mağazanı bağlayaraq yaşadığı evə getmişdir. Həmin günün səhərisi yəni 01 dekabr 2022-ci ildə səhər saatlarında mağazaya işə gəldikdə mağazanın qapısına müdaxilənin olduğunu görmüşdür. Qapının açarını kilidə salsa da qapını aça bilməmişdir. Bundan sonra qapını çiyni ilə vurub açmış və içəri daxil olmuşdur. İçəri daxil olduqda malların dağınıq formada olduğunu görüb mağazadan oğruluq olduğunu başa düşmüşdür. Bundan sonra dərhal baş verən hadisə ilə bağlı Sumqayıt ŞPİ-nir 1-ci PB-nə ərizə ilə məlumat vermişdir. Hadisə yerinə gələn polislər hadisə yerini müayinə etmişlər. Sonra ona məlum olmuşdur ki, mağazadan omnitech markalı 1 ədəd posterminal, 2 ədəd sellofan torba, 3 ədəd blender (2 ədəd sonifer markalı, 1 ədəd eurovolf markalı), 1 ədəd alvays markalı termos, 1 qutu yapışqan skoç, 3 ədəd elektrik yuvası (razetka), 1 ədəd mətbəxdə istifadə olunan yaşıl rəngli qaşığa bənzər alət, 1 ədəd mətbəx alışqanı, 3 ədəd kəndir ipi, 1 qutu tianbao batareyka, 1 ədəd slikon aparatı və onun şamları, 3 ədəd avtomobil təmizləyən ceyran dərisi, 1 ədəd elaktron tərəzi, 1 ədəd dırnaq manikür dəsti, 1 qutu ayaqqabı kremi, 12 ədəd duracell markalı balaca batareyka, 1 cüt böyük batareyka, 1 ədəd tərəvəz əzən mətbəx avadanlığı, rəfdə olan 30 manat qəpik pul oğurlanmış və onun hesablamasına görə ona ümumilikdə 3000 (üç min) manata yaxın maddi ziyan dəymışdir. Bir gün sonra isə PB-dən ona məlumat vermişlər ki, hadisəni törədən şəxs müəyyən edilərək saxlanılmışdır. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o, Sumqayıt ŞPİ-nin, 1-ci PB-də sahə rəisi vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs oğurluq törətməkdə şübhəli bilindiyi üçün Sumqayıt şəhər Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhər Koroğlu prospekti, 11-ci mikrorayon ərazisində saxlanılaraq aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. PB-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən “1001” xırdavat mağazasından oğurluq etdiyi üçün Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində təhqiqatçi tərəfindən tutulmuş və hüquqlarını müadifə etmək üçün vəkil təqdim edilmşdir. Təqsirləndirilən şəxs oğurladığı əmlakları yaşadığı evdə saxladığını, bundan başqa yaşadığı evdə narkotik vasitə olan heroin gizlətdiyini, oğurladığı əmlakı və narkotik vasitəni polisə təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra onun, əməliyyat müvəkkili Şahid2, kriminalist inspektor Rasim Paşayevin, şübhəli şəxs Orxan Quranovun və vəkili Tahir Abbasovun iştirakı ilə əmlakların götürülməsi üçün Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına getmişlər. Baxış keçirilmədən öncə Təqsirləndirilən şəxs yaşadığı ünvanda qaldığı otağa baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ərizə ilə müraciət etmişdir. Baxış başlanıldıqdan sonra vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs evinə baxış keçiriləcəyi bildirilərək sonuncuya evində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etmək təklif edilmişdir. Baxış zamanı omnitech markalı 1 ədəd posterminal, 2 ədəd sellofan torba, 3 ədəd blender (2 ədəd sonifer markalı, 1 ədəd eurovolf markalı), 1 ədəd alvays markalı termos, 1 qutu yapışqan skoç, 3 ədəd elektrik yuvası (razetka), 1 ədəd mətbəxdə istifadə olunan yaşıl rəngli qaşığa bənzər alət, 1 ədəd mətbəx alışqanı, 3 ədəd kəndir ipi, 1 qutu tianbao batareyka, 1 ədəd slikon aparatı və onun şamları, 3 ədəd avtomobil təmizləyən ceyran dərisi, 1 ədəd elektron tərəzi, 1 ədəd dırnaq manikür dəsti, 1 qutu ayaqqabı kremi, 12 ədəd duracell markalı balaca batareyka, 1 cüt böyük batareyka, 1 ədəd tərəvəz əzən mətbəx avadanlığı çarpayının altından aşkar edilmişdir. Hənrin əmlakları Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yeri; şən “1001” xırdavat mağazasından oğurladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin çarpayının yanında olan şkafın üzərində 1 ədəd siqaret qutusunun içində olan 1 ədəd şəffaf polietilen sellofana bükülü aşkar edilmiş, həmin büküm açılmış, bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin heroini 3-4 gün əvvəl Bakı şəhərində 20 Yanvar dairəsinin yanında tanımadığı şəxsdən 20 manata almasını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 1 ədəd şəffaf polietilen büküm tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf polietilen bükümlə birlikdə çəkisinin “0,65” qram olduğu müəyyən olunmuş və həmin maddə xüsusi qaydada qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmədə Şahid4 ifadəsində göstərdi ki, Sumqayıt şəhər Mühafizə İdarəsində polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2022-ci ildə saat 05 radələrində xidmət yoldaşı Şahid3 ilə Sımqayıt şəhəri, 11-ci mikrorayon ərazisində xidmətdə olan zaman bir nəfərin, sonradan ad və soyadı onlara məlum olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən “Kərim” adlı mağazanın pəncərələrindən içəri baxdığı onlarda şübhə yaratdığı üçün o, Orxana yaxınlaşaraq özünü təqdim etmişdir. Bundan sonra Orxanı xidməti ərazidə baş vermiş oğurluqlarda şübhəli olduğu üçün şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə PB-ə dəvət etmişlər. Yolda olan zaman Orxan saxlanıldığı yerdə olan “1001” xırdavat mağazasından oğurluq etdiyini bildirmişdir. Onlar Orxanı PB-nə aparmaqları ilə bağlı manqa komandiri polis baş serjantı Heydərli Toğrula məlumat vermişlər. PB-də Orxanın şəxsiyyəti, ünvanı müəyyən edilərək raport tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 02.12,2022-ci il tarixdə saat 16:00-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid4 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6875 saylı rəyindən görünür ki, tədqiqkta təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №125” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən (evindən) aşkar olunan heroin.Təqsirləndirilən şəxsimza, A.İsgəndərli-imza... ” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi-0,300 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Heroinin təmiz çəkisi 0,300 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq 0,250 qram). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 658 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 13 oktyabr 2022-ci il tarixli 9/6474 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 27 adda malların 2022-ci iln dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 456,30 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf etməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun törətdiyi cinayət əməllərini səmimi etiraf etməklə əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, vurulan ziyanın və aşkar olunmuş narkotik maddənin çəkisini və ilk dəfə olaraq cinayət əməli törətməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti xx.xx.2023-cü il tarixdən hesablanmaqla 15 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmış, eyni məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılıb ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilməlidir. Hökm üzrə təyin edilmiş cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Cinayət işi üzrə maddi sübut olan “omnitech” markalı 1 ədəd posterminal, 2 ədəd sellofan torba, 3 ədəd blender (2 ədəd sonifer markalı, 1 ədəd eurovolf markalı), 1 ədəd alvays markalı termos, 1 qutu yapışqan skoç, 3 ədəd elektrik yuvası (razetka), 1 ədəd mətbəxdə istifadə olunan yaşıl rəngli qaşığa bənzər alət, 1 ədəd mətbəx alışqanı, 3 ədəd kəndir ip, 1 qutu tianbao batareyka, 1 ədəd slikon aparatı və onun şamları, 3 ədəd avtomobil təmizləyən ceyran dərisi, 1 ədəd elektron tərəzi, 1 ədəd dırnaq manikür dəsti, 1 qutu ayaqqabı kremi, 12 ədəd duracell markalı balaca batareyka, 1 cüt böyük batareyka və 1 ədəd tərəvəz əzən mətbəx avadanlığının sahibinə qaytarılması nəzərə alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,250 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 142 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin qərarını icra edərək, Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (ay) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,250 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan “omnitech” markalı 1 ədəd posterminal, 2 ədəd sellofan torba, 3 ədəd blender (2 ədəd sonifer markalı, 1 ədəd eurovolf markalı), 1 ədəd alvays markalı termos, 1 qutu yapışqan skoç, 3 ədəd elektrik yuvası (razetka), 1 ədəd mətbəxdə istifadə olunan yaşıl rəngli qaşığa bənzər alət, 1 ədəd mətbəx alışqanı, 3 ədəd kəndir ip, 1 qutu tianbao batareyka, 1 ədəd slikon aparatı və onun şamları, 3 ədəd avtomobil təmizləyən ceyran dərisi, 1 ədəd elektron tərəzi, 1 ədəd dırnaq manikür dəsti, 1 qutu ayaqqabı kremi, 12 ədəd duracell markalı balaca batareyka, 1 cüt böyük batareyka və 1 ədəd tərəvəz əzən mətbəx avadanlığının sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının ümumi dəyəri 142 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar