Məhkəmə qərarları › İş №1(060)-361/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-361/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-361/2025 20.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 01 ədəd qızılı rəngli kağız bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,153 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroini üstündə saxlayaraq daşımış, 10 mart 2025-ci il tarixdə saat 20:29-da Sumqayıt şəhər polis idarəsinin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsində, Hacı Salayev küçəsi ilə 77-ci məhəllənin kəsişməsində saxlanılaraq, üzərində aparılan şəxsi axtarış zamanı əynindəki göy rəngli cils şalvarının sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,153 qram olan kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün bir büküm “kokos'“ kimi tanınan narkotik vasitə heroin alıb, əynindəki göy rəngli cins şalvarının sağ yan cibində gizlətmişdir. Həmin gün saat 20:29-da Corat qəsəbəsində piyada gedərkən, Hacı Salayev küçəsi ilə 77-ci məhəllənin kəsişməsində, mülki geyimdə olan 3 nəfər şəxs yaxınlaşıb Sumqayıt şəhər polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələrin qanunsuz qəbulunda və üzərində gəzdirməkdə şübhəli şəxs kimi saxladıqlarını deyərək, üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərində əldə olunması, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşyanın və ya narkotik vasitənin olub-olmadığını soruşmuş və əgər varsa, təqdim etməsini təklif etmişlər. O, əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 1 ədəd qızılı rəngli bükümdə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, şəxsi axtarışı keçirən polis əməkdaşı tərəfindən həmin büküm açılmış və içərisində narkotik vasitə heroin olduğu aşkar edilmişdir. Polis əməkdaşı ondan bükümün içərisindəki kütlənin nə olduğunu, haradan və nə vaxt əldə etdiyini soruşanda, o, aşkar olunmuş kütlənin “kokos” adlı narkotik vasitə olduğunu bildirmişdir. O, həmin kütləni yaxalanmamışdan yarım saat əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsinin dənizkənarı ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və narkotik vasitəni şəxsi istifadəsi üçün əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları aşkar olunmuş 01 ədəd qızılı rəngli kağız bükümdə olan narkotik vasitə heroini tərəziyə qoyub çəkmiş və 0,29 qram olduğu müəyyən edilmişdir, daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra, polis əməkdaşı müvafiq sənədləşmə aparılması məqsədilə Sumqayıt şəhər polis idarəsinə gedəcəklərini bildirmiş və o, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinə gəlmişdir. Bundan sonra onu xidməti otaqlardan birinə dəvət etmişlər. Təhqiqatçı ona üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş, hüquq və vəzifələrini izah etdikdən sonra bu barədə bildiriş vermiş və ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim etmişdir. Daha sonra videoçəkilişlə, vəkilin iştirakı ilə üzərinə yenidən şəxsi axtarış keçirilərkən, üzərində əldə olunması, saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş narkotik vasitə, psixotrop maddə, hər hansı əşya və ya predmet olub olmadığı soruşulmuş, o, təhqiqatçıya belə bir predmet və ya əşyanın olmadığını, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış keçirildiyini və əynindəki cins şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə “kokos” adlanan narkotik vasitə heroin aşkar edildiyini bildirmişdir. Təhqiqatçı bundan sonra üzərinə şəxsi axtarış keçirməyə başlamış və bu zamanı əynindəki ağ rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd qaz açarı, şalvarının sağ yan cibindən şəxsiyyət vəsiqəsi, sağ arxa cibindən 2 manat pul aşkar edilmiş, təhqiqatçı şəxsiyyət vəsiqəsi ilə 02 manat pulun qohumlarına qaytarılacağını bildirmişdir. Daha sonra təhqiqatçı şəxsi axtarışda iştirak edən polis əməkdaşının təqdim etdiyi bir ədəd zərfi və ona məxsus olan, üzərində ***-***-**-** nömrəsini işlətdiyi “Samsung A04” markalı mobil telefonu alaraq, zərfi göstərib içərisindəki bükümün ona məxsus olub-olmadığını soruşmuş, o da həmin bükümün ona məxsus olduğunu, içərisindəki kütlənin narkotik vasitə olduğunu dedikdə, təhqiqatçı üzərindən aşkar edilmiş narkotik vasitəni harada və kimdən aldığını soruşmuşdur. O, üzərindən aşkar edlmiş narkotik vasitəni Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmiş, daha sonra təhqiqatçı ona məxsus olan mobil telefonu zərfə qoyub qablaşdırmış, bu barədə protokol tərtib etmiş, o da müdafiəçisi ilə birlikdə həmin protokola imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 62A ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə, saat 20:29-da Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Corat qəsəbəsində Hacı Salayev küçəsi ilə 77-ci məhəllənin kəsişməsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli şəxs qismində saxlanılmış və onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə olunması, qəbulu və üzərində gəzdirməkdə şübhəli şəxs kimi saxlanıldığı və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 mobil telefon vasitəsilə videoçəkiliş aparmaqla, keçirilən əməliyyat tədbirini qeydə almışdır. O, Təqsirləndirilən şəxs üzərində əldə olunması, daşınması və ya gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuş və əgər varsa, təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd qızılı rəngli siqaret kağızı bükümü çıxarıb ona təqdim etmiş, O, bükümü açdıqda, içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlənin olduğunu müəyyən etmiş və bükümü Təqsirləndirilən şəxs göstərib, içərisindəki kütlənin nə olduğunu, haradan, nə vaxt və hansı məqsədlə əldə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik maddə “kokos” olduğunu, həmin maddəni 10 mart 2025-ci il tarixdə, yaxalanmamışdan yarım saat əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə 20 manata aldığını və şalvarının sağ yan cibində saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd qızılı rəngli siqaret kağızı bükümündə olan narkotik vasitə heroinə oxşar kütlə tərəziyə qoyulub çəkilmiş və ümumi çəkisinin 0,29 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin maddə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmiş, bütün iştirakçılar zərfin üzərində imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlamış və sonuncunun cins şalvarının sol yan cibindən 01 ədəd “Samsung A04” markalı mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi və 02 manat pul aşkar edilmiş və mobil telefon iş üzrə əhəmiyyət edilərək götürülmüşdür. Daha sonra sənədləşmə aparılması məqsədilə Sumqayıt şəhər Polis İdarəsinə gedəcəklərini bildirmiş və onlar Təqsirləndirilən şəxs şəhər polis idarəsinə gətirmişlər. Xidməti otaqlardan birində təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə olunması, saxlanması və daşınmasında şübhəli şəxs qismində saxlanıldığını deyib, xidməti otaqda üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edəcək müdafiəçi təqdim etmiş və hüquq və vəzifələrini izah edərək, bu barədə bildirişi ona vermişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və Vidadinin əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd qaz açarı, cins şalvarının sağ yan cibindən 01 ədəd şəxsiyyət vəsiqəsi, sağ arxa cibindən 02 manat pul aşkar edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq üzərinə şəxsi axtarış keçirildiyini və üzərindən narkotik vasitə heroinə oxşar kütlənin aşkar edilib götürüldüyünü, zərfə qablaşdırılaraq, bu barədə protokol tərtib olunduğunu bildirmiş və o, bir ədəd “Samsung-A04” markalı mobil telefonla bir ədəd zərfi təhqiqatçı Səadət Qənbərova təqdim edib zərfin içərisində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə 0,29 qram çəkidə narkotik vasitə heroinə oxşar kütlənin olduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs zərfin içərisindəki kütlənin nə olduğunu, həmin kütləni haradan və hansı məqsədlə əldə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs zərfin içərisindəki kütlənin narkotik vasitə “kokos” olduğunu, həmin narkotik vasitəni Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Təhqiqatçı zərfin içərisində olan kütlənin ekspertiza tədqiqatından keçiriləcəyini izah etmiş və 01 ədəd “Samsung-A04” markalı mobil telefonun iş üzrə əhəmiyyət kəsb etdiyi üçün qaytarılmayacağını, qaz açarının isə kəsici xüsusiyyətini nəzərə alaraq qaytarılmayacağını bildirmişdir. Daha sonra şəxsi axtarışda iştirak edən müdafiəçi Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı fiziki zora məruz qalıb-qalmadığını, üzərindən aşkar edilmiş kütlənin ona məxsus olub-olmadığını, həmin kütləni hansı məqsədlə əldə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona qarşı heç bir fiziki zor tətbiq olunmadığını, üzərindən aşkar olunmuş narkotik vasitəni tanımadığı şəxsdən öz istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Sumqayıt şəhər polis idarəsinin NMB-nin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ifadələri elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, onlar məhkəmə iclasında ifadə vermiş digər Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokol və həmin yoxlama zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni tanımadığı şəxsdən əldə edib üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2025-ci il tarixdə, saat 20:29 radəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi Hacı Salayev küçəsi, 77-ci məhəllənin kəsişməsində saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş predmet və əşya vardırsa, təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) büküm qızılı rəngli kağız bükümü və mavi rəngli A04 markalı mobil telefonu təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Həmin heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,29 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs heroinə bənzər maddənin nə olması, kimdən, nə vaxt, haradan və neçəyə alması barədə sual olunmuş və sonuncu həmin maddənin narkotik vasitə olan heroin olduğunu, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. (i.v.10- 11) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:29 dəqiqədə Sumqayıt şəhəri, Corat qəsəbəsi, H.Salayev küçəsi ilə 77-ci məhəllənin kəsişməsində Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.26) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək, saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 28) “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə” xx.xx.2025-ci il tarixli protokol və həmin axtarış zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin tarixdə saat 21:40-dan saat 21:47dək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxsnın üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut olmadığını bildirmişdir. Bundan sonra sonuncunun üzərinə şəxsi axtarış davam etdirilən zaman onun üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud maddi sübut aşkar edilməmiş, aşkar edilmiş 2 manat pul özünə geri qaytarılmış, lakin 01 ədəd qaz açarı qohumlarına təhvil verilməsi üçün götürülmüşdür. Bundan sonra baxışda iştirak edən Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilli, polis mayoru Şahid1 üzərində müfaviq qeydlər aparılmış və DİN-in möhürü ilə möhürlənmiş ağ rəngli kağız zərfi təqdim edərək, həmin zərfin içərisində Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və yerdə üzərinə baxış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 büküm narkotik vasitə olan “heroin”ə bənzər maddənin aşkar edildiyini, həmin “heroin”ə bənzər maddənin elektron tərəzidə çəkilərək çəkisinin 0,29 qram olduğu müəyyən edildiyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məxsus Samsung A4 markalı mobil telefonu da təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs oglu, üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olduğunu, həmin maddəni saxlanılmamışdan əvvəl Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. (i.v.29-30) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli 20/60 nömrəli ekspert rəyində göstərilmişdir ki, “Şəxs: Təqsirləndirilən şəxs; İçərisində olan maddə heroinə bənzər kütlə; 1. /imza/ Təqsirləndirilən şəxs; 2. /imza/ Şahid1; 3. /imza/ Şahid2; 4. /imza/ Şahid3” əl yazıları olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,153 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; Ekspertiza təcrübəsindən sonra 01 ədəd bükümdə olan 0,153 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən tədqiqata 0,05 qram sərf edilmiş, 0,103 qram narkotik vasitə heroin qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. (i.v.38-41) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə saat 09:30-da həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v.50-51) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. (i.v.57-59) Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X5 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar Təqsirləndirilən şəxs saat 11:30-da təqdim edilmişdir. (i.v.60-61) Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş 01 ədəd “Samsung A04” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun işlək vəziyyətdə olduğu, telefonda ***-***-**-** mobil nömrəsinin istifadə olunduğu, mobil telefonda iş üçün sübut əhəmiyyəti kəsb edə biləcək telefon zənglərinin və Whatsapp ani mesajlaşma proqramında sübut əhəmiyyəti kəsb edə bilən yazışmaların olmadığı müəyyən edilmişdir.(i.v. 67) Qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə “Samsung A04” markalı mobil telefon zədəsiz və işlək vəziyyətdə olmaqla təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təhvil verilmişdir.(i.v.68) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (i.v.89) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsin Ambulator X2 barədə xx.xx.2025-ci il tarixli, 1551 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v.91-92) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində həmin tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 11 mart 2025-ci il tarixli 20/60 nömrəli rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə 0,153 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən məhkəmə-kimyəvi ekspertizası təcrübəsindən sonra qalıq qalmış 01 ədəd bükümdə 0,103 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc yerinə təhvil verilmiş, məhkəmə-narkoloji ekspertizasının 13 mart 2025-ci il tarixli 1551 nömrəli rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, şübhəli şəxsin üstünün yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokol iş üzrə sübut növü kimi qiymətləndirilmiş və iş materiallarına əlavə edilmiş, şəxsi axtarışın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokol iş üzrə sübut növü kimi qiymətləndirilmiş və iş materiallarına əlavə edilmiş, 02 ədəd “BİNGO CD- R 700 MB/80Min 2X-56X" formatlı disk sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.94-101) Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etriafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini, əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən narkotik vasitənin növünü və miqdarını, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni ilk dəfə məhkum edilməsini, əməlini səmimi etiraf edərək özünü təqsirli bilməsini və əməlindən peşman olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 62A ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1551 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1551 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,103 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 62A ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,103 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 168 (bir yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar