Məhkəmə qərarları › İş №1(060)-362/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-362/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-362/2024 06.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, müdafiəçi Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Şabran rayonu, Ərəblər kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkən şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2023-cü ilin iyun ayında cinayətdən xəbərsiz Şahid2 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs “Azersun Holding”də planlaşdırma vəzifəsinə düzəltdirəcəyi adı ilə yalan vədlər verib aldatmaqla qeyd edilən məsələnin müsbət həlli üçün Zərərçəkmiş şəxs ilə razılaşmaqla sövdələşib, həmin adla 23 iyun 2023cü il tarixdə Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən “İçərişəhər” restoranının qarşısında aldığı 5000 (beş min) manat məbləğində pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid2 ilə birlikdə Orxanla birlikdə həqiqi hərbi xidmətdə olmuşdur. 2022-ci ilin mart ayından 2023-cü ilin aprel ayınadək "xxxx" Holdinqə məxsus karton istehsalat konbinantında anbardar vəzifəsində işləmişdir. 2023-cü il iyun ayında dostu Orxan ona zəng edərək Mahmud adlı tanışının işə düzəlmək istədiyini bildirmişdir. Belə ki, Orxan hələ də onun "xxxx" MMC-də işlədiyini bilmişdir. O, pula ehtiyacı olduğu üçün Orxana işdən çıxdığını da deməmiş və onun tanışını 5000 manat pul müqabilində işə düzəldə biləcəyini demişdir. Bundan sonra Orxanın tanışı Mahmud adlı şəxslə danışmış və həmin zaman ünvan 1 ünvanında kirayədə yaşadığı üçün Mahmudu Sumqayıt şəhərində dəvət etmişdir. 2023-cü ilin iyun ayında dəqiq gününü xatırlamadığı tarixdə Mahmud ilə Sumqayıt şəhəri, 11-ci mikrorayonda ərazisində yerləşən “İçərişəhər” restoranının qarşısında görüşmüş, Mahmuddan 5.000 manat pulu onu işə düzəltmək adı ilə almışdır. Həmin pulu aldıqdan sonra Mahmudun işə düzəldilməsi üçün hər hansı hərəkət etməmiş və həmin pulu da “Top.az” mərc oyununda uduzmuşdur. Bundan sonra maddi vəziyyəti yaxşı olmadığı üçün Mahmudun pulunu qaytara bilməmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə əmisi oğlu Şahid1 Zaqatala rayonunda keçirilən ad gününə getmiş, ad günü mərasimində olarkən əmisi oğlu Cəlalın iş yoldaşı Şahid2la tanış olmuşdur. Belə ki, Orxan əmisi oğlu Cəlalın hərbçi yoldaşı olmuşdur. Orxanla söhbət əsnasında işsiz olduğunu bildirmiş, Orxan da ona “Azərsun Holdinq”də dostu olduğunu, həmin şəxsin onu həmin Holdinqə işə düzəldə biləcəyini demişdir. O da Orxanla razılaşmış, Orxan ona Turan adlı şəxsin mobil telefon nömrəsini vermişdir. Bundan sonra Turanla danışmış və Turan onu “Azərsun Holdinq”-də işə düzəltmək üçün 5.000 manat pul lazım olacağını bildirmişdir. 23 iyun 2023-cü il tarixdə Turan Sumqayıt şəhərində yaşadığını deyərək orada görüşməyi təklif etmiş, o da əmisi oğlu Cəlal ilə birlikdə Turanın dediyi ünvana, yəni Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən “İçərişəhər” restoranının qarşısına getmişdir. Orada Turanla görüşmüşlər və əmisi oğlu Cəlalın iştirakı ilə Turana 5.000 manat pulu onu “Azərsun Holdinq”-də planlaşdırma işinə düzəldəcəyi adı ilə vermişdir. Orada Turan ondan şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomun surətini də götürmüşdür. Pulu aldıqdan sonra 1 ay müddətində onu işlə təmin edəcəyinə söz vermişdir 1 ay keçdikdən sonra Turan müxtəlif bəhanələr gətirməyə başlamış və Turan onu aldadaraq pulunu mənimsədiyini başa düşmüşdür. Bundan sonra Turanın atası Mirzə ilə əlaqə saxlamağa başlamış və X7 Federasiyasına gedib işləyəcəyini və pulunu qaytaracağını bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışmasını, ona vurulmuş ziyanın tamamilə ödənilməsini, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid1 məhkəməyə teleqram vuraraq ifadəsini təsdiq etdiyini bildirmişdir. Onun ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edilmişdir ki, Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə ad günündə dostları və əmisi oğlu Zərərçəkmiş şəxs da iştirak etmiş, mərasimdə olarkən əmisi oğlu Mahmud iş yoldaşı Şahid2la tanış olmuşdur. Orxan söhbət əsnasında Mahmudun işsiz oldğunu bildirmiş, Mahmud da ona Azərsun Holdinqdə dostu olduğunu, onu işə düzəlməyə kömək edə biləcəyini demişdir. Mahmud da Orxanla razılaşmış və Orxan ona Turan adlı şəxsin mobil telefon nömrəsini vermişdir.Bundan sonra Mahmud Turanla danışmış və o, X4 işə düzəltmək üçün 5000 manat pul lazım olacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Mahmud ilə birlikdə Turanın dediyi ünvana, yəni Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən “İçərişəhər” restoranının qarşısına gəlmiş, Orada Turanla görüşmüşlər və Mahmud onun iştirakı ilə Turana 5000 manat pulu onu “Azərsun Holdinq”-də planlaşdırma işinə düzəldəcəyi adı ilə vermişdir. Orada Turan ondan şəxsiyyət vəsiqəsinin, ali təhsil haqqında diplomun surətini də götürmüşdür. Pulu aldıqdan sonra 1 ay müddətində onu işlə təmin edəcəyinə söz vermişdir. 1 ay keçdikdən sonra Turan müxtəlif bəhanələr gətirməyə başlamış və Turan onu aldadaraq pulunu mənimsədiyini başa düşmüşdür. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid2 məhkəməyə teleqram vuraraq ifadəsini təsdiq etdiyini bildirmişdir. Onun ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edilmişdir ki, Şahid2 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin avqust ayından 2023-cü ilin avqust ayınadək DSX-nin Zaqatala rayonunda yerləşən N saylı hərbi hissəsində anbar rəisi işləmişdir. Zərərçəkmiş şəxs əmisi oğlu Şahid1 həmin hərbi hissədə xidmət etdiyi üçün o, Mahmudu da Cəlalın vasitəsilə tanımışdır. Belə ki, 17 iyun 2023-cü il tarixdə X5 rayonunda ad günü mərasimində tanış olmuş, Mahmudla söhbətləri zamanı işsiz olduğunu bildirmişdir. O da Mahmuda Turan adlı əsgər yoldaşının "xxxx" Holdinqdə işlədiyini və onu həmin holdinqdə işlə təmin edə biləcəyini demişdir. Belə ki, Turan ona əvvəllər "xxxx" Holdinqdə tanışlarıvasitəsilə ona işə düzələ biləcəyini demişdir. O, Turanla da danışmış və Turan ona 5000 manat müqabilində Mahmudu işə düzəldə biləcəyini bildirmişdir. Bu zaman o, Turanın 055 ***-**-** saylı mobil telefon nömrəsini Mahmuda verib əlaqə saxlamasını bildirmişdir. X6 5.000 manat məbləğində pulu Sumqayıt şəhərində onu Azərsun” Holdinqdə işə düzəltmək məqsədilə verdiyin, Turanın da onun işini düzəltmədiyini və pulu da qaytarmadığnı öyrənmişdir. Mahmudu işə düzəltmək üçün alınan 5.000 manat puldan ona hər hansı məbləğdə pul çatmamışdır. Cinayət işinin 70-71-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 06 mart 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 74-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmiş, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi olmadığından cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödənilməsini, hazırda X3 qarşı heç bir şikayət və tələbi olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət təqibinə xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar