Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-363/2021 15.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 fevral 2021-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,343 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 03 fevral 2021ci il tarixdə, saat 16:34 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-yə aparılıb orada üzərinə üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş 0,343 qram çəkidə tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvələr məhkum olunmasa da təxminən 2 il olar ki, narkotik vasitə olan kakosdan (heroin) istifadə edir. O, 03 fevral 2021-ci il tarixdə, səhər saatlarında, təxminən saat 11 radələrində şəxsi işi ilə bağlı Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman tanımadığı bir nəfər şəxslə təsadüfən ünsiyyəti yaranmış və söhbət əsnasında həmin şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Tanımadığı həmin şəxs onda narkotik vasitə olan kakos (heroin) olduğunu və həmin narkotik vasitəni satdığını söyləmişdir. O da həmin şəxsə 20 (iyirmi) manat pul verib öz şəxsi istifadəsi üçün gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan 1 (bir) büküm kakos (heroin) almış və həmin kakosu (heroin) əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoyub Sumqayıt şəhərinə gəlmişdir. O, həmin gün saat 16:30 raələrində Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində münasib yer tapıb aldığı narkotik vasitədən istifadə etmək üçün piyada gəzərkən üç nəfər mülki geyimli və iki nəfər polis geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdimişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını söyləmişlər. Həmin vaxt ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. Sonra polis əməkdaşları video çəkilişlə üzərində şəxsi axtarış aparılacağını söyləyərək, saxlanıldığı yerdə şərait olmadığı üçün onu Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət etmişlər. O, da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə videoçəkiliş dayandırılmadan 4-cü PB-yə getmişdir. Bölmədə xidməti otaqların birində ona hüqularını müdafiə etmək üçün vəkil təqdim edilmiş və vəkilin iştirakı ilə videoçəkiliş aprılmaqla üzərində şəxsi axtarış aparılacağı ona təkrar izah olunmuşdur. O, polis əməkdaşlarına videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Polis əməkdaşları şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı qanunsuz əşya və ya maddənin olubolmamasını sual edərək təqdim etməyini bildirmişlər. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyduğu gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan 1 (bir) ədəd içərisində narkotik vasitə kakos (heroin) olan bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı həmin heroini 03.02.2021-ci il tarixdə səhər saatlarında şəxsi işi ilə bağlı Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş içərisində narkotik vasitə heroin olan bükülü tərəziyə qoyulub çəkilmiş, sonra həmin bükülü qablaşdırılmış, üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolu imzalamışlar. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində üzərindən aşkar olunan narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün üzərində saxladığını və həmin narkotik vasitədən heç kimə satmadığını, həmin narkotik vasitəni 03.02.2021-ci il tarixdə, saat təxminən 11 radələrində şəxsi işi ilə bağlı Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman təsadüfən tanış olduğu, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün alaraq üzərində daşıdığını qeyd etmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-də baş əməliyyat müvəkkili Şahid1 şahid qismində dindirilərkən ifadəsində bildirmişdir ki, 03.02.2021-ci il tarixdə Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi, ev 37-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, həmin bölmənin CA üzrə kiçik inspektoru, polis serjantı X3, 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X1 və Sumqayıt ŞPİ KTB-nin inspektor-kriminalisti, polis mayoru X2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisində olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 03.02.2021-ci il tarixdə saat 16:30 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 5-ci məhəllə ərazisinə getmişlər. Orada olan zaman inspektor-kriminalist Elnur Qocayev tərəfindən “Panasonik” markalı videokamera işə salınmış, bir neçə dəqiqədən sonra əlamətləri Təqsirləndirilən şəxsla üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görüb onu saxlayaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş və videoçəkilişlə PB-də onun üzərində şəxsi axtarış aparılacağı izah edilərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə PB-yə aparılaraq xidməti otaqda üzərində olan əşyaları təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə olan bükülünü çıxardaraq təqdim etmiş, Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə olan “kakos” (heroin) olduğunu söyləmişdir. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuş, o həmin narkotik maddəni 03.02.2021-ci il tarixdə saat təxminən 11:00 radələrində şəxsi işi ilə bağlı Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman tanımadığı şəxsdən 20 (iyirmi) manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini söyləmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəziyə qoyulub çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Həmçinin, Şahid1 ifadəsində Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o həmin narkotik maddəni 03.02.2021-ci il tarixdə saat təxminən 11:00 radələrində şəxsi işi ilə bağlı Abşeron rayonu, Novxanı qəsəbəsində olan zaman təsadüfən tanış olduğu, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 (iyirmi) manata şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirməsini bildirdiyini, hazırda mənbənin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbirləri davam etdirildiyini, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəyini bildirmişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahidlər Sumqayıt ŞPİ-nin 4-cü PBnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və həmin bölmənin CA üzrə kiçik inspektoru, polis serjantı X4 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 04.02.2021-ci il tarixli, 6/496 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: « Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... və s. qeydlər olan zərfdəki 1 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,343 qram olan maddə, tərkibinə görə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 14.04.2021-ci il tarixli, 1083 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,343 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq çəkisi 0,293 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserin 30.03.2021-ci il tarixli 1129 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkolji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03.02.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 05.02.2021-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12.04.2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin əməkdaşları tərəfindən tutularaq MSY-yə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 13.04.2021-ci il tarixli qərarına əsasən həbsdən azad edilmişdir. İş materiallarında olan 14.04.2021-ci il tarixli təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-363/2021 saylı, 08.09.2021-ci il tarixli qərarı ilə barəsində secilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28.09.2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin əməkdaşları tərəfindən tutularaq MSY-yə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və təqsirini etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 09 (doqquz) saat vaxt sərf etmişdir. Ona görə də 54 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 03.02.2021-ci il tarixdən 05.02.2021-ci il tarixədək, 12.04.2021-ci il tarixdən 13.04.2021-ci il tarixədək həbsdə olduğu 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutlduğu müddət çıxılaraq ona qəti olaraq müəyyən müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 28.09.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,293 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 03.02.2021-ci il tarixdən 05.02.2021-ci il tarixədək və 12.04.2021-ci il tarixdən 13.04.2021-ci il tarixədək həbsdə olduğu 04 (dörd) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan tutlduğu müddət çıxılaraq ona qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28.09.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,293 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 108,46 (bir yüz səkkiz manat qırx altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 54 (əlli dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-363/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-363/2021
15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver