Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-364/2021 22.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Höcətulla qızının, Müdafiəçilər: Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili X3 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-cı il tarixdə Şəmkir rayonunun Çənlibel kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonunun Çənlibel kəndində qeydiyyatda olan və ünvan 1-da yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 20 fevral 2021-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon, “Heydər Əliyev” parkında yerləşən “Fun Vord” uşaq əyləncə mərkəzinin yaxınlığında Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunun sağ əlində tutduğu içərisində şəxsiyyət vəsiqəsi, alış-veriş kartları, ev açarı, 39 manat nağd pul, üzərində 01 ədəd 05 (beş) manat dəyərində ***-***-**-** mobil telefon nömrəsi olan 99 (doxsan doqquz) manat dəyərində 01 ədəd “Samsung GalaxyJ4” markalı mobil telefon olan 0,50 (əlli) qəpik dəyərində 4 zəncirbənd ilə bağlanan cibli, tünd qəhvəyi rəngli, süni dəridən tikilmiş 10x19 sm qabarit ölçülü, astarı qəhvəyi rəngli xarici görünüşünə görə uzun müddət istifadə edilmiş 01 ədəd pul kisəsini dartıb almaqla açıq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 143,50 (bir yüz qırx üç manat əlli qəpik) manat maddi ziyan vurmaqla soyğunçuluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, anası Bakı şəhərində dayısıgilə getmiş, o da qardaşı Elçin Əmiraslanovla evdə ikisi qalmışlar. Heç bir yerdə işləmədiklərindən anasının evə qoyub getdiyi pulu xərcləmişlər. Daha sonra onların pulları olmadığından o, bir neçə tanışlardan da borc pul istəmişdir. Lakin onlar ona pul verməmişlər. 20.02.2021-ci il tarixdə saat 17 radələrində o, qardaşı Elçin Əmiraslanov ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mkr, Heydər Əliyev parkı tərəfə gələrək gəzməyə başlamışlar. O hardan və necə pul tapacağını fikirləşmişdir. Onlar parkda yerləşən “Fun Vord” uşaq əyləncə mərkəzinin yaxınlığında olarkən, qardaşı Elçinə zəng gəldiyi üçün o, kənara çəkilib kiminləsə danışan vaxt onun qarşısına üç nəfər orta yaşlı qadın çıxmışdır, onlardan birinin, yəni ortada olan qadının sağ əlində pul kisəsinin olduğunu görüb onu oğurlamağı qərara almışdır. Qardaşı Elçinin başının telefona qarışdığından istifadə edərək, o, arxadan həmin qadına yaxınlaşıb qadının əlindəki pul kisəsini cəld dartıb götürmüşdür. Həmin vaxt qadınlar ona tərəf dönüb qışqırmağa başlamışlar. O, qaçmağa başlamış, ondan bir az kənarda olan qardaşı Elçin də onun qaçdığını görüb ona qoşulub qaçmağa başlamışdır. Həmin qadınlar qışqıraraq onların dayanmalarını demişlər. Onlar isə sürətlə oradan aralaşmağa çalışmışlar. Yolda olarkən qardaşı Elçin nə baş verdiyini soruşduqda, o da ona bir az əvvəl qadının pul kisəsini oğurladığını demişdir. Elçin də onu qınayıb nahaq yerə belə hərəkət etdiyini demişdir. Onlar qaçaraq oradan uzaqlaşdıqda bir nəfər oğlanın da arxalarınca qaçdığını görmüşlər. Oğlan onlara çatdıqda oğlana uzaq durmasını, onlara yaxın gəlməməsini deyib, sonra oradan uzaqlaşmışlar. Onlar məhəllələrin içərisində hərəkət etdikdə Post Patrul avtomobili onlara yaxınlaşmış və avtomobildən 2-3 nəfər polis əməkdaşı düşərək onlara tərəf gəlmişlər. Həmin vaxtı qardaşı bir tərəfə, özü də başqa tərəfə qaçmışlar. O, məhələdə olan bir kafenin yanındakı tualetin içərisinə girərək gizlənmişdir. Pul kisəsini də əynində olan qara rəngli gödəkçənin cibinə qoymuşdur. Lakin polis əməkdaşı gəlib onun yerini tapmışdır. Polis əməkdaşı onun yerini tapdığından, daha qaçmağa yeri olmadığından ona təslim olmuşdur. Sonra qardaşını tutduqlarını görmüşdür. Onları birlikdə 3-cü Polis Bölməsinə gətirmişlər. Qadının pul kisəsini oğurlayarkən ona qarşı heç bir zor tətbiq etməmiş, qardaşı Elçinin isə bundan heç bir xəbəri olmamışdır. Oğurluq etmək barədə ona heç nə deməmişdir. Oğurluq etmək barədə qardaşı Elçinin heç bir məlumatı olmamış, ona heç nə deməmiş, onların qabaqcadan heç bir əlbirliyi, razılaşmaları olmamışdır. Pul kisəsini qadından oğurlayarkən qardaşı Elçin kənarda telefonla kiminləsə danışaraq, başı qarışıq olmuş, qadınlar qışqırdığı və Elçinin onun qaçdığını gördüyü üçün, Elçin də hürküb qorxaraq onunla qaçmışdır. Elçin onun pul kisəsini həmin qadından oğurladığını görməmişdir. Yolda qaçarkən onun deməsindən sonra bilmişdir. Zərərçəkmiş şəxsdən üzr istəmiş, onu bağışlamasını xahiş etmiş, zərərçəkmiş şəxs onu bağışlamışdır. Oğurladığı əşyalar zərərçəkmişə qaytarılmışdır. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 20.02.2021-ci il tarixdə saat 17 radələrində bacıları Şahid1 Xudjadulla qızı və Şahid2 Xudjadulla qızı ilə Sumqayıt şəhəri, 9-cu mkr ərazisində, “Heydər Əliyev” parkında yerləşən “Fun” Vord” adlanan uşaq əyləncə mərkəzinin yaxınlığında gəzən zaman birdən arxadan kiminsə onun sağ əlində tutduğu tünd yaşıl rəngli pul kisəsini dartıb götürdüyünü görmüş və tez arxaya döndükdə iki nəfər cavan oğlanın olduğunu və onlardan birinin əlində onun pul kisəsini tutaraq qaçdığını görmüşdür. Onlar onların yanından qaçmağa başlamışlar. Həmin şəxslərdən biri onun pul kisəsini əlindən alıb qaçarkən, yanındakı digər şəxs də telefonla danışırdı. Daha sonra həmin oğlanda pul kisəsini oğurlayan şəxsə qoşulub bilrlikdə qaçmışlar, qışqıraraq onlara dayanmalarını demişlər, amma onlar qaçmağa davam etmişlər. Onlar da qışqıraraq pul kisəsinin oğurlandığını demişlər. Bu zaman qarşıda hərəkət edən oğlanın da onların qışqırmalarını görüb onların dalınca qaçdığını görmüşlər. Onlar gedən tərəfə hərəkət etmişlər. Hərəkət etdikləri zaman qışqırmalarını görüb onlara Post Patrul avtomobili yaxınlaşmış və polis əməkdaşları avtomobildən düşərək onlardan nə baş verdiyini soruşmuşlar. Onlar da pul kisəsinin oğurlandığını demişlər. Polis əməkdaşlarına oğlanların qaçdığı tərəfi göstərmişlər. Təxminən 10-15 dəqiqədən sonra polis əməkdaşları onlara yaxınlaşaraq pul kisəsini oğurlayıb qaçan oğlanların tutulduğunu və 3-cü Polis Bölməsinə gəlmələrini demişlər və onlar da oraya gedərək həmin oğlanların tutulduğunu görmüşlər. Həmin şəxslərdən biri onun pul kisəsini əlindən alıb qaçarkən, digəri də ona qoşulub qaçmışdır. Onlardan heç biri ona qarşı hər hansı bir zor tətbiq etməmişlər. O, bacıları Şahid1 və Aslanova Natavan ilə Sumqayıt şəhəri, 9-cu mkr ərazisində, “Heydər Əliyev” parkında yerləşən “Fun” Vord” adlanan uşaq əyləncə mərkəzinin yaxınlığında gəzən zaman birdən arxadan kiminsə onun sağ əlində tutduğu tünd yaşıl rəngli pul kisəmi dartdığını hiss edib arxaya çevriləndə, görmüşdür ki, onlardan birinin əlində onun pul kisəsi qaçır, onun yanındakı şəxs də qulağında mobil telefonla kiminləsə danışır, o, onun pul kisəsini oğurlayan şəxsin qaçdığını görüb, onunla birlikdə qaçmağa başlayır. Pul kisəsi köhnə olmaqla, onu bir neçə il bundan qabaq 5(beş) manata almışdır. Pul kisəsinin içərisində ona məxsus şəxsiyyət vəsiqəsi, evinin açarı, 7 ədəd 5 manatlıq, 4 ədəd 1 manatlıq əskinaslar olmaqla 39 (otuz doqquz) manat pul, alış-veriş kartları, üzərində təxminən 5 (beş) manata aldığı 055 659-58-16 mobil nömrəsi olan 2 il bundan qabaq 330(üç yüz otuz) manata aldığı, saz və işlək vəziyyətdə olan “Samsung Galaxy 4” markalı mobil telefon olmuşdur. Ona ümumilikdə 379 (üç yüz yetmiş doqquz) manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 03 iyun 2021-ci il tarixli ərizəsində göstərilir ki, ona dəymiş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Xudjadulla qızı və X2 da Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında Şahid4 göstərdi ki, 20.02.2021-ci il tarixdə saat 17 radələrində postacı yoldaşı polis nəfəri, polis serjantı Şahid5 ilə birlikdə 91-74 çağırışlı, 23 nömrəli marşrut üzrə avtopatrulda Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində xidmətdə olarkən iki nəfər tanımadıqları qadının onlara yaxınlaşaraq tanımadıqları iki nəfər şəxsin onlardan birinin əlindəki pul kisəsini dartıb alaraq qaçdıqlarını bildirmişlər. Daha sonra qadınlar həmin şəxslərin getdikləri istiqaməti onlara göstərdikdən sonra onlar dərhal həmin istiqamətdə hərəkət etmişlər və iki nəfər şəxsin piyada hərəkətdə olduqlarını görmüşlər. Həmin şəxslər polis maşınının gəldiyini görüb ayrı-ayrı istiqamətlərə qaçmağa başlamışlar. O və postaçı yoldaşı həmin şəxslərin arxasına düşmüşlər, onlar hərəsi bir istiqamətə qaçmışdır. O da onlardan birinin arxasıyca düşmüşdür. O, ondan təxminən 10-15 metr qaçdıqdan sonra onu saxlaya bilmişdir. O, həmin şəxsə özünü təqdim edərək törətdiyi əməllə bağlı polis bölməsinə aparacaqlarını izah etmiş, o qaçmaq istədikdə onun şalvarının kəmərindən tutaraq onu qaçmağa qoymamış və gətirib xidməti avtomobillərinə əyləşdirmiş, postaçı yoldaşı Şahid5 də digər şəxsi gətirib avtomobildə əyləşdirmiş və onları 3-cü Polis Bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəfərov Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verdi Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 20.02.2021-ci il tarixdə saat 17.radələrində tək Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində, “Heydər Əliyev” parkında yerləşən “Fun” Vord” adlanan uşaq əyləncə mərkəzinin yaxınlığında hərəkət edərək “Şərq” bazarı tərəfə evinə bazarlıq etmək üçün gedərkən həmin vaxtı qarşı tərəfdən gələn üç nəfər orta yaşlı qadının qışqıraraq pul kisəsinin oğurlandığını dediklərini eşitmiş, onlar qışqıran zaman onun yanından iki nəfər oğlanın qaçaraq keçdiklərini görüb, oğlanların pul kisəsini oğurladıqlarını anlayıb dərhal həmin oğlanların dalınca qaçmağa başlamışdır. Onlar 9-cu mikrorayonda məhlələrin içərisinə girərək qaçmışlar, o da onların dalınca qaçmışdır. O, onlara çatdıqda onlar dayanmışlar. O, onlara pul kisəsini qaytarmalarını demişdir. Onlar isə ona çıxıb getməsini deyib yenidən qaçmağa başlamışlar və məhlələrin arasında itmişlər. O, onları tapa bilməmişdir. O da onları tapa bilməyib yenidən arxaya qadınların yanına qayıtmaq istədikdə yolda olan adamlar ona polislərin həmin oğlanları tutaraq 3-cü Polis Bölməsinə apardıqlarını demişlər. Sonra o da 3-cü Polis Bölməsinə gələrək olanları danışmışdır.. İşdə olan “Təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ələ keçirtdiyi pul kisəsini istintaqa təqdim etmişdir. (i.v.13-14) İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29.03.2021-ci il tarixli, 9/1075 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, təqdid edilən tədqiqat obyektlərinin, 20.02.2021-ci il tarixə respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: -ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd üzərində makalanması olmayan, 4 zəncirbənd ilə bağlanan cibli, tünd qəhvəyi rəngli, süni dəridən tikilmiş 10x19 sm qabarit ölçülü, astarı qəhvəyi rəngli xarici görünüşünə görə (səthinin üzərində zədələr, cızıqlar, dəri sürtülüb) uzun müddət istifadə edilmiş pul qabı 0,50 manat; -tədqiq edilən ortada olmayan 2019-cu ildə alınmış “Samsung J4” makalı mobil telefon aparatının təzə vəziyyətdə respublikadaxili orta bazar pərakəndə satış qiyməti 330 manat, köhnəlməsi nəzərə alaraq nəzəri hesablama yolu ilə 99 (330- 70%) manat; -bir ədəd ***-***-**-** “Cin” mobil nömrə kartı 5 manat. (i.v. 157-160) İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs ələ keçirtdiyi Zərərçəkmiş şəxs məxsus içərisində şəxsiyyət vəsiqəsi, alış-veriş kartları, ev açarı, 39 manat nağd pul, üzərində 01 ədəd ***-***-**-** mobil telefon nömrəsi olan 01 ədəd “Samsung GalaxyJ4” markalı mobil telefon olan tünd qəhvəyi rəngli pul qabı saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. (i.v. 136-138, 161-163) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 145-146) İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işinin icraatına xitam verilməsi barədə” 07 aprel 2021-cu il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilərək ona yeni ittiham verilməsi, Elçin Əmiraslanovun əməlində cinayət tərkibi olmasını sübuta yetirmək mümkün olmadığından ona Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə elan olunmuş ittihama və barəsində cinayət təqibinin aparılmasına xitam verilməsi, Zərərçəkmiş şəxs vurulmuş ziyanın məbləğinin 143,50 manat olmasının nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177, 180.2.1 və 180.2.4cü maddələrinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. (i.v. 187-194) İş materiallarında olan məlumatlara əsasən Təqsirləndirilən şəxs 20.02.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 22.02.2021-ci il qərarı ilə Təqsirləndirilən şəxs barəsində 20.05.2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər. Ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 75 (yetmiş beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs ələ keçirtdiyi Zərərçəkmiş şəxs məxsus içərisində şəxsiyyət vəsiqəsi, alış-veriş kartları, ev açarı, 39 manat nağd pul, üzərində 01 ədəd ***-***-**-** mobil telefon nömrəsi olan 01 ədəd “Samsung GalaxyJ4” markalı mobil telefon olan tünd qəhvəyi rəngli pul qabı saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Bu nəzərə alınmalı və sahibinə qaytarılmış hesab edilməlidir. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2021-ci il tarixdə tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda da həbsdədir. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 04 (dörd) ay 02 gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 06 (altı) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 fevral 2021-ci il tarixdən 22 iyun 2021-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənə qədər barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs 75 (yetmiş beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus içərisində şəxsiyyət vəsiqəsi, alış-veriş kartları, ev açarı, 39 manat nağd pul, üzərində 01 ədəd ***-***-**-** mobil telefon nömrəsi olan 01 ədəd “Samsung GalaxyJ4” markalı mobil telefon olan tünd qəhvəyi rəngli pul qabının saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-364/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-364/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver