Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-364/2022 28.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Sabir oğlunun iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında 08.03.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivi fərdi evdə yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 25.02.2022-ci ıl tarixdə, saat 23:20 radələrində qeyri rəsmi olaraq münasibətdə olduğu ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncuya hərəkət məhdudluğu ilə müşayət olunmuş sol əlin 3-cü və 4-cü barmaqlarının qançır şişkinliyi xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə təxminən 6 aydır ki bir-birini tanyırlar. Onunla tanış olduqdan sonra aralarında normal münasibətlər olmuş, sonradan qeyri rəsmi olaraq birlikdə yaşamağa başlamışlar. İndiyə kimi aralarında heç bir münaqişə baş verməmişdir. 25.02.2022-ci il tarixdə təxminən saat 23:20 radələrində Sumqayıt şəhəri, Dənizkənarı Bulvar ərazisində gəzişən zaman Mələyin orada tək gəzişdiyini görmüşdür. O Mələyi tək gördüyü üçün ona yaxınlaşmışdır. Həmin vaxt Mələk onunla söhbət etməkdən imtina etmiş və qışqırmış, Mələyi sakitləşdirmək üçün onun əlindən tutaraq aşağı çəkmişdir. Həmin vaxt Mələk barmağından və dırnağından xəsarət almışdır. Mələk xəsarət alan kimi ağlamağa başlamışdır. Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq onları PB-nə dəvət etmişlər. Əməlindən peşmandır, gələcəkdə bir daha Mələyi narahat etməyəcəkdir. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 6 ay bundan əvvəl Sumqayıt şəhəri ərazisində tanış olmuş, onunla tanış olduqdan sonra onların arasında sevgi münasibətləri yaranmışdır. Onlar birlikdə qeyri rəsmi olaraq yaşamışlar. Lakin onlar eyni ünvanda yaşamamış, ara sıra Sumqayıt şəhərinin müxtəlif ərazilərində görüşmüşlər. Tanış olduqdan sonra aralarında normal münasibətlər olmuş, heç bir problemləri olmamışdır. Lakin son zamanlar onun psixoloji problemləri olduğu üçün Ceyhun ilə görüşməkdən imtina etmişdir. 25.02.2022-ci il tarixdə təxminən saat 23:20 radələrində Sumqayıt şəhəri, Dənizkənarı Bulvar ərazisində tək gəzişərək hava alırmış. Həmin vaxt qəfildən Ceyhun onun qarşısına çıxmışdır. O Ceyhundan uzaq getməsini tələb etmiş, lakin Ceyhun onun sözlərinə məhəl qoymaraq onun yanından çıxıb getməmişdir. Həmin vaxt ucadan qışqıracağını demiş, lakin Ceyhun getmədiyi üçün ucadan qışqırmışdır. Ceyhun onu sakitləşdirmək üçün sol əlindən tutaraq sıxmış və dırnağına xəsarət yetirmişdir. Onların münaqişə etdiklərini görən polis əməkdaşları onlara yaxınlaşmışlar. O baş vermiş hadisəni onlara da izah etmiş, bundan sonra onları aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmişlər. PB-nə gedərək Ceyhun barəsində şikayət ərizəsi yazmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının 26.02.2022-ci il tarixli, 289 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – hərəkət məhdudluğu ilə müşayət olunmuş sol əlin 3-cü və 4-cü barmaqlarının qançır şişkinliyi vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən 1 günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 25.02.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan DİN tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Sabir oğlu Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 05 (beş) saat sərf etmişdir. Ona görə də, 30 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Sabir oğlu Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASCnin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-364/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-364/2022
28.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver