Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-364/2023 19.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər: Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə, xx.xx.1979-cu ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Ağdam rayonu, Əhmədavar kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Əlvan metal pansionatında məskunlaşıb yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri, xx.xx.1974-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Əlvan metal pansionatında məskunlaşıb yaşayan yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 maddələri, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Əlvan metal pansionatında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Sumqayıt şəhəri, Sahil küçəsi, “Diana” restoranının yaxınlığındakı Zərərçəkmiş şəxs məxsus yarım tikilinin qarşısındakı açıq sahədən ikisi birlikdə bir ədədinin dəyəri 1,50 manat, ümumi dəyəri 90 (doxsan) manat olan 60 ədəd, 6 metr uzunluqda, 16 mm diametrli dəmir armaturları və bir ədədinin dəyəri 1,70 manat, ümumi dəyəri 340 (üç yüz qırx) manat olan 4 sm diametrli 200 ədəd dəmir xamutu həmin torpaq sahəsinin bir tərəfındən digər tərəfinə yığdıqdan sonra sifarişlə həmin ünvana gəlmiş “VAZ 2106” markalı, **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə daşımaqla gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs 430 (dörd yüz otuz) manat həcmində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəsxs hahnda oğurluq etmişlər. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 (Təqsirləndirilən şəxs1 təkrar olaraq) özgənin əmlakını gzili yolla talamaq məqsədilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa görə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Sumqayıt şəhəri, Sahil küçəsi, Diana restoranının yaxınlığındakı açıq sahədən Zərərçəkmiş şəxs məxsus 1 ədədinin dəyəri 1,50 manat, ümumi dəyəri 52,50 manat olan 35 ədəd 6 metr uzunluqda, 16 mm diametrli dəmir armaturları, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində isə bir ədədinin dəyəri 1,70 manat, ümumi dəyəri 34 manat olan, 6 metr uzunluqda 16 mm diametrli 20 ədəd dəmir armaturları və bir ədədinin dəyəri 1,70 manat, ümumi dəyəri 510 manat olan 4 sm diametrli 300 ədəd dəmir xamutu köməkli şəkildə həmin sahədən kənara yığaraq sifarişləri ilə həmin ünvana gəlmiş dövlət qeydiyyat nömrə nişanı və sürücüsü istintaqa məlum olmayan VAZ 2106 markalı avtomobil ilə daşımaqla vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 596,50 manat həcmində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək göstərdi ki, yaşadığı evin qarşısında dəniz kənarında sahibsiz vəziyyətdə yarımtikililərin və həmçinin dəmir armaturlarn və xamutların olduğunu görmüş, sahibsiz olduğu üçün gəlib gedənin olmadığına görə 1 gün gecə vaxtı ora daxil olub həmin armaturları oğurlamaq üçün plan qurmuşdur. Fikirləşdiyi kimi ona kömək üçün qonşusu İbrahimə planı barəsində demiş, İbrahim də onunla razılaşmış, birlikdə təxminən xx.xx.2022-ci il tarixdə həmin hasarın içərisinə daxil olmaqla oradan dəmirləri gətirib hasarın digər başına çıxarmışlar. İbrahim ertəsi gün təxminən saat 9 radələrində gedib Novxanıdan yük taksisi tapıb gətirmiş, orada olan təxminən 60 ədəd armaturu və təxminən 200 ədəd xamutu bir neçə dəfə gedib gəlməklə aparıb Novaxnı qəsəbəsində yerləşn metal qəbulu məntəqəsinə vermişlər. Məntəqədən dəqiq yadında qalmayan pul amış, aldıqları pulu yarıya bölüb sonra evlərinə getmişlər. Bundan sonra həmin həyətdə yenə armatur qaldığı üçün qərara gəlmişdir ki, yenə də həmin armaturları oğurlayıb satsın. Bu dəfə qonşuluqda yaşayan dostu Rüstəmə belə bir həyət olduğunu, orada dəmir armaturlar olduğunu, həmin armatur, həmçinin xamutları oğurlamaqla gəlir əldə edə biləcəyini demişdir. Rüstəm də onunla razılaşmışdır. xx.xx.2022 ci il tarixdə Rüstəmlə gecə saat 02 radələrində həmin dəniz kənarında olan yarım tikilinin həyətindən getmiş, ətrafda heç kimin olmadığını dəqiqləşdirib həmin armaturları hasarın o biri başından götürüb yola yaxın gətirib yerləşdirmişlər. Qərara gəlmişlər ki, qalan dəmir armatur və xamutları da daha sonra gəlib oğurlayarlar. Həmin armaturların hər birinin uzunluğu 6 metr olmuşdur. Bunları daşımaq üçün yoldan keçən vaz 2106 markalı nomrəsini bilmədiyi taksini saxlatdırmış, həmin avtomobilin üzərindədə yük götürmək üçün dəmiridə olmuşdur. Həmin vaxt artıq saat 06 radələri olmuş, taksini oğurluq etmək istədikləri həyətə gətirərək orada olan ilk öncə uzunluğu 6 metrlik 35 ədədə yaxın armaturu taksiyə yükləyib Rüstəmlə bərabər Novxanı kəndində yerləşən metal qəbulu məntəqəsinə gətirib orada kilosunu 0.40 qəpiyə sataraq ümumi 50 manata yaxın pul alaraq həmin pulu Rüstəmlə bölmüşlər. xx.xx.2022 ci il tarixdə yenə saat 03 radələrində təkrar həmin yerə getmiş, həyətdə uzunluğu təxminən 6 metr olan dəmir armaturları və 300 ədəd xamutu yığıb oğurlamaq üçün bir kənara qoymuşlar. Ertəsi gün səhər açılanda Rüstəmlə birlikdə həmin torpağın yaxınlığında durmuşlar, metal alan qaz 24 markalı avtomobil yol ilə hərəkətdə olduğunu görmüşlər. Həmin avtomobili idarə edən tanımadığı şəxsi cağıraraq dəmir armaturları olduqlarını demişlər. Həmin şəxs almaq istədiyini bildirəndə gecə topladıqları həmin armaturları və xamutları təxminən 100 kiloya yaxın olan metal şəklində kilosunu 30 qəpikdən verərək 30 manata yaxın pul almış, həmin pulu iki yerə bölmüşlər. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmişlər, onun heç bir şikayət və tələbi yoxdur, əməlindən peşman olmasını, bir daha belə hərəkətlərə yol verməyəcəyini nəzərə almağı xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, sudan dəmir yığmışlar, oğurlanan dəmirləri qaz 24 markalı avtomobilə satmışlar. Oğurlanan dəmirlər Rəşadın deyil, polis dedi deyə elə demişdir ki, guya oğurlannan dəmirlər onundur. Həmin ərazidə onun kimi çoxlu adam olmuş, sular çəkildikcə görünən dəmirləri yığıb satmışlar. Rəşadın obyekti sudan 200 metr aralıda yerləşir. Həmin obyektin sərhədi müəyyən edilməmişdir, hasar yoxdur. Onlar çayxanada oturan zaman bu barədə danışmışlar, dəmirlərin kimə məxsus olduğunu bilməmişdir. Polislər ilk öncə İbrahimin arxasınca getmişlər, o belə hadisənin olmadığını demişdir. Sonra polislər onun arxasınca gəlmişlər. O polislərə dəmiri yığdıqlarını, ancaq oğurlamadıqlarını bildirmişdir. Onlar dəmirlərii sudan girib çıxartmışlar. O Romanla oğurluğa getməmişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, zərərşəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir, zərərşəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Buna görə də barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, qonşusu Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Diana” restoranın yaxınlığında dəniz kənarında sahibsiz vəziyyətdə yarım tikilinin içərisində dəmir armaturlar olduğunu və ora gediş-gəliş olmadığını, oradan dəmir armaturları oğurlamaq istədiyini demiş və təklif etmişdir ki, onunla birlikdə dəmir armaturları oğurlasın. Maddi imkanı zəif olduğundan Romanla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində həmin yarımtikiliyə daxil olub oradan dəmir armaturları və təxminən 200 ədəd xamutu gətirib yarımtikilinin digər başına çıxarmışlar, sonra səhər saat 9 radələrində gedib Novxanıdan 2106 markalı nömrəsini bilmədiyi taksini tapıb gətirib orada olan təxminən 35 ədəd armaturu və təxminən 200 ədəd xamutu 1 dəfə gedib gəlməklə aparıb Novxanı qəsəbəsində yerləşən metal qəbul məntəsinə vermişlər. Dəmir armaturların və xamutun çəkisi 215 kiloqram olmuş. Orada 107 pul alaraq aldıqları pulu yarıya bölüb sonra evlərinə getmişlər. Əldə etdikləri pulu öz tələbatları üçün xərcləmiş, heç kimə həmin puldan və etdikləri oğurluqdan məlumat verməmişdir. Oğurladıqları dəmir armaturların uzunluğu 6 metr olmuşdur. Törətdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmişdir, zərərşəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, Kənan Zeynallıya məxsus Suqmayıt şəhəri X7 Sahil küçəsində yerləşən hasara alınmış boş torpaqda tikiləcək restoranın tikinti işlərinin aparılmasını öz üzərinə götürmüşdür, belə ki, həmin torpaq sahəsində restoran tikib Kənana təhvil verməli idi. 2022-ci ilin əvvəllərindən həmin işin görülməsi üçün torpaq sahəsində bünövrə üçün armatur və xamutlar alıb həmin sahəyə yığmış, müəyyən işlər aparılandan sonra bəzi problemlərə görə iş dayanmışdır. Həmin əraziyə bir neçə gündən bir gəlib baş çəkib nəzarət etmiş, təxminən xx.xx.2022 ci il tarixdə torpağa gəlib həyətdə olan tikinti materialları olduğu üçün baş çəkmişdir. Həyətdə 6 metr uzunluğunda armatur və dəmir xamutlar olmuş, həmin armaturlar istifadə üçün alınmış, lakin istifadə edə bilmədikləri üçün sahibsiz qalmışdır. xx.xx.2022 ci il tarixdə gəlib baxdıqda həyətdə olan təxminən 115 ədədə yaxın armaturların və 500 ədəd dəmir xamutların yerində olmadığını aşkar etmişdir. Təxminən bir metri 1.40 manat olan 700 metrə yaxın ümumi dəyəri 1000 manata yaxın armatur və bir ədədi 1.70 manat ümumi dəyəri 850 manat olan 500 ədəd xamut oğurlanaraq ona ümumilikdə 1850 manat maddi ziyan dəymişdir. Həmin mallar ona məxsus olmuş, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Bunun nəzərə alınmasını xahiş edir. xx.xx.2023-cü il tarixli məhkəm iclasında zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 3 ilə yaxındır ki, taksi fəailiyyəti ilə məşğul olmaqla, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. 2022 ci ilin noyabr ayının ortalarında, özünə məxsus vaz 2106 markalı **- BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Novxanı qəsəbəsi, Murad marketin yanında duran zaman tanımadığı bir cavan oğlan ona yaxınlaşıb köhnə dəmir armaturları olduqlarını və onu götürüb metal qəbulu məntəqəsinə aparmaq istədiyini bildirmişdir. Adının sonradan İbrahim olduğunu bildiyi şəxsin avtomobilə əyləşib Əlvan metal ponsianatının yanına getmiş, orada dəniz kənarında hasarın içərisində boş ərazidə yerdə dəmir armaturların olduğunu görmüş və yanında da sonradan adını Roman kimi bildiyi şəxs də olmuşdur. Onlar hər ikisi həmin dəmirlərin onlara məxsus olduğunu bildirmişlər, istifadə etmədikləri üçün satmaq istədiklərini demişlər. Armaturları maşına yüklədikdən sonra Novxanı qəsəbəsində yerləşən metal qəbul məntəqəsinə getmiş, orada armaturları boşaltdıqdan sonra gediş haqqı olaraq 5 manat pulunu alıb oradan çıxıb getmişdir. Əmlakın oğurluq olduğunu bilməmiş, həmin şəxslər əmlakın özlərinə məxsus olduqlarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əmisi oğlu X5 məxsus əlvan metal qəbulu məntəqəsində işləyir. Həmin əlvan metal qəbul məntəqəsi Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşir. 13 noyabr 2022-ci il tarixdə saat təxminən 10-11 radələrində bir nəfər şəxs Vaz 2106 markalı avtomobil ilə gələrək dəmir armaturları satmaq istədiyini bildirmiş, o da həmin şəxsdən şəxsiyyət vəsiqəsi tələb etmişdir. Həmin şəxs ona şəxsiyyət vəqsiqəsini təqdim etdikdə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs2dur. Bundan sonra aldığı əlvan metalların kitabçasında qeydiyyatını aparmış, Təqsirləndirilən şəxs2 215 kq armatur və dəmir xamutlar almış və qarşılığında İbrahimə 107 manat pul vermişdir. Həmin armaturları sonra tanımadığı müştərilərə satmışdır. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müşahidə edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus boş torpaq hasara alınmışdır. Dəniz kənarında həyətdə yarımtikili var. Həyətin bir tərəfinə yığılmış armaturlar və həyətdə digər tərəfdə olan materiallar müşahidə olunmuşdur. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə, saat 12:45-də tutulmuşdur. İş materiallarında olan “Şübhəli şəxin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə saat 13:50-də tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkna tədbiri seçilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən 05 ay 28 gün azdlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/9108 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, anoloji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 115 ədəd hər birinin uzunluğu 6 metr olmaqla, diametri 16 mm olan dəmir armaturların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 172.50 (115ədx1.50man) manat müəyyən olunur. Digər təsviri hissəsində göstərilən 500 ədəd hər birinin diametri 4 sm olmaqla dəmir armatur xamut haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal ili, istehsal yeri, istismar müddəti, texniki göstəriciləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Əməliyyat tapşırığına alınmış cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 oğurladıqları əmlakı satdıqıarı VAZ 2106 markalı avtomobilinin sürücüsünün şəxsiyyətini müəyyən etmək mümkün olmamış, həmçinin keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin avtomobil sürücüsünün hadisəni törətmiş şəxslərlə qabaqcadan əlbir olması ilə bağlı hər hansı müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan 1 saylı MKS-nin 28 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan 1 saylı MKS-nin 25 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 2011-ci il təvəllüdlü X3 adlı azyaşlı uşağı vardır. İş materiallarında olan 1 saylı MKS-nin 50 saylı, xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.3.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmiş hesab edilmiş, Təqsirləndirilən şəxs2 isə məhkumluğu ödənilməmiş hesab edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə təqsirli bilinməli və hər biri müvafiq olaraq həmin maddələr ilə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətini yüngülləşdirən hal kimi onun əməlindən peşman olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətini yüngülləşdirən hal kimi azyaşlı uşağının olması və əməlindən peşman olması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 05 dekabr 2022-ci il tarixdən tutularaq saxlanmış və xx.xx.2022-ci il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs3 05 dekabr 2022-ci il tarixdən tutularaq saxlanmış və xx.xx.2022-ci il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 maddələrinin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 05 dekabr 2022-ci il tarixdən tutularaq saxlanmış və xx.xx.2022-ci il tarixdə azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 dövlət büdcəsi hesabına Sumqayıt Regional Vəkil Bürosundan müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün isə Müdafiəçi3 tərəfindən hər biri ayrılıqda 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 150 (bir yüz əlli) manat, Müdafiəçi3 150 (bir yüz əlli) manat və Müdafiəçi2 150 (bir yüz əlli) manat, ümumilikdə 450 (dörd yüz əlli) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 05 dekabr 2022-ci il tarixdən 07 dekabr 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Əlvan metal pansionatındakı yaşadığı mənzili tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 05 dekabr 2022-ci il tarixdən 07 dekbar 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Əlvan metal pansionatındakı yaşadığı mənzili tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 05 dekabr 2022-ci il tarixdən 07 dekabr 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Əlvan metal pansionatındakı yaşadığı mənzili tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsinlər. Vəkillər Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 tərəfindən göstərilmiş hüquqi yardıma görə hər birinə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-364/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-364/2023
19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver