Məhkəmə qərarları › İş №1(060)-364/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-364/2024

04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-364/2024 04.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvələr məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aslanov X2 Əyyub Əyyub oğluna sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə, Sülh küçəsi ərazisində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun üst dodağın sol hissəsinin selikli qişasının cərrahi tikişə ehtiyacı olan yarası və üst dodağın sağ hissəsinin selikli qişasının qançırı xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, Əyyub adlı şəxsin daha öncədən Sumqayıt şəhər bazarına yaxın yerdə işlədiyi üçün təqribən 5 ildir ki tanıyır. Təqribən 15 gün öncə Əyyubdan “VAZ 21074” markalı avtomobili satın almışdır. Aralarında borcla anlaşılmamazlıq yaranmışdır. Belə i, xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllə, Sülh küçəsi ərazisində onu təsadüfən görmüş və ona yaxınlaşmışdır. Əyyuba yaxınlaşan zaman yanlarında və ətrafda heç kim olmamışdır. Aralarında olan danışığı yalnız özləri eşitmiş daha sonra onlar nisbətən insanların az ola biləcəyi yerə çəkilib söhbət etdikləri üçün onları kənardan heç kim görməmişdir. Danışıq zamanı o, Əyyubdan avtomobilin sənədləşmə işlərini tamamlamaq üçün lazımı sənədləri verməsini istəmiş, bu zaman Əyyub aralarında olan borc məsələsini açmışdır. O, zarafatca Əyyubun reaksiyasını yoxlamaq məqsədi ilə pulu verməyəcəyini bildirmiş, Əyyub ona pulu verməyinin borcu olduğunu dedikdə sonuncunun işlətdiyi nalayiq ifadə onu əsəbləşdirmiş, bu zaman onun çənə nahiyəsindən bir dəfə sillə ilə vurmuşdur. Əyyub ona cavab olaraq zərbə endirməmiş, lakin Əyyubun onu vuracağını zənn edərək bir dəfə də yumruqla üzündən zərbə vurmuşdur. Daha sonra hər ikisi oradan uzaqlaşmışlar. Aralarında olan dava-dalaşı və mübahisəni kənardan heç kim görməmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmişlə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, fevral ayının ortalarında özünə məxsus olan “VAZ 21074” minik markalı avtomo Təqsirləndirilən şəxs satmışdır. O, Haldunu təqribən 4- 5 ildir ki, Sumqayıt şəhər bazarında işlədikləri vaxtdan tanımışdır. Avtomobilini ona satdıqdan sonra Haldunun ona 800 manat məbləğində borcu qalmışdır. Aralarında həmin pulun geri ödənməsi barədə danışıqlar olsa da, Haldun 800 manat pulu geri qaytarmamışdır. xx.xx.2024cü il tarixdə təqribən saat 15:30 radələrində o, Sumqayıt şəhəri, Sülh küçəsi, 34-cü məhəllə ərazisində yolun kənarında “Nənəmin təndiri” adlanan obyektin qarşısında öz idarə etdiyi avtomobilindən enərək dayısı oğlunun işlədiyi yerə tərəf getmək istəyərkən Haldun “VAZ 21074” markalı avtomobillə onun yanında dayanmış, avtomobildən enərək qeydiyyat şəhadətnaməsini ona verməli olduğunu demişdir. O isə evdə heç kimin olmadığını, bütün sənədləşmə işlərini özünün həll edəcəyini, lakin 800 manat verməli olduğunu Halduna bildirmişdir. Bu zaman Haldun ona 800 manatı qaytarmayacağını bildirərək, onun sağ çənəsindən sillə ilə zərbə endirmiş, lakin o, cavab qaytarmamışdır. Bundan sonra Haldun bir az kənara çəkilərək siqaret çəkməyə başlamış, o, isə Halduna ondan kiçik olduğunu, onu vurmağının düzgün olmadığını bildirən zaman Haldun yenidən ona yaxınlaşıb ağız nahiyəsindən yumruqla bir dəfə də vurmuşdur. Bundan sonra o, oradan uzaqlaşaraq polis bölməsinə getmişdir. Aralarında olan mübahisəni kənardan heç kim görməmişdir. Hazırda Haldunla barışmış, ona dəymiş ziyan ödənilmiş, sonunuya qarşı şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı şikayəti və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X4 xx.xx.2024-cü il tarixli, 400 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarət vardır: üst dodağın sol hissəsinin selikli qişasının cərrahi tikişə ehtiyacı olan yarası və üst dodağın sağ hissəsinin selikli qişasının qançırı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, törənmə müddəti zərərçəkmişin müayinəsindən bir günə qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, özüözünə yetirməsi istisna edilir və dərəcəsinə görə-sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. (i.v.16-19). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.22-23) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v.27) İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır.. (i.v. 70) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 128ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvələr CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarına görə CM 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Ələsgər Məmmədov 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar